Namaz və xəstələrin vəziyyəti
CAVAB: Bəli, oturaraq namaz qılmaq lazımdır. (Hindiyyə)
Gecə namazı necə qılınır?
Gecə namazı İslamda çox bəyənilən və savabı olan namazdır. İşa namazından sonra sübh azanına kimi müddət ərzində qılına bilər.
Milli.Az islam.az-a istinadən bildirir ki, gecənin ikinci yarısında, xüsusilə, son üçdən-bir hissəsində qılınması daha yaxşıdır. Gecə namazı vacib deyil, müstəhəb namazdır. Gecə namazı yalnız Həzrət Mühəmməd Peyğəmbərə (s) vacib buyurulmuş, ona görə də heç zaman o həzrət tərəfindən tərk edilməmişdir. Allah-təala Quranda öz Peyğəmbərinə belə müraciət edir: “(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl” (“İsra”, 79). Gecə namazı qılanların savabı barədə Qurani-kərimdə buyurulur: “Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində öz Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq onlar üçün göz oxşayan nə cür nemətlər qorunub-saxlandığını heç kəs bilməz” (“Səcdə”, 16-17).
Əvvəla, onu deyək ki, gecə qılınan namazlar “təhəccüd” (tərcüməsi “gecə yatmayıb ibadət etmək” deməkdir), “vitr” (tərcüməsi “tək” deməkdir) və “şəf” (tərcüməsi “cüt” deməkdir) olmaq üzrə üç növə bölünür (əhli-sünnə məzhəbində gecə yalnız təhəccüd və vitr namazları qılınır). Təhəccüd namazının rükətlərinin sayı insanın həvəsindən və vaxtından asılı olaraq 2 ilə 12 arasında dəyişə bilər; amma rükət saylarının cüt olması lazımdır. Təhəccüd namazı dalbadal sübh namazları kimi qılınır, hər iki rükətdən-bir salam verilir.
Vitr namazı hənəfi məzhəbində vacib sayılır. Yəni onu qılmayan cəhənnəm əzabına layiq görülməz, amma Peyğəmbərin şəfaətindən məhrum qalar. Vitr namazı 3 rükətdir. Birinci rükətdə “Fatihə”dən sonra “Əla” surəsini, ikinci rükətdə “Kafirun” surəsini, üçüncü rükətdə isə “İxlas” surəsini oxumaq müstəhəbdir. Üçüncü rükətin qiraətindən sonra təkbir deyilir və qünut tutulur.
Şafii məzhəbində də vitr namazı təkid olunan sünnət sayılır, 1-dən 11-ə kimi rükət halında (tək sayda) qılınır. Hənbəli məzhəbindəki kimi, müxtəlif variantlarda qılınması mümkündür. Amma rükətləri cüt-cüt ayırmaq, yəni hər ikinci rükətin axırında təşəhhüd və salam vermək sonuncu rükəti də tək qılmaq daha yaxşıdır. Ramazan ayının ikinci yarısında qılınan vitr namazlarının axırıncı rükətində qünut tutmaq da sünnətdir.
Cəfəri məzhəbində gecə namazının ən üstün qılınma qaydası bu cürdür: Gecə namazı ümumilikdə 11 rükətdir. Onun 8 rükəti gecənin nafiləsi niyyəti ilə 4 ədəd iki rükətlik namaz şəklində qılınır. Bunların qılınma qaydası sübh namazına oxşayır. Birinci rükətdə “Fatihə” və “İxlas”, ikinci rükətdə “Fatihə” və “Kafirun” surələrini oxumaq müstəhəbdir. Qünutda insana zülm verən zalımı cəzalandırması barədə Allaha dua etmək olar. Hər iki rükətdən-bir təşəhhüd və salam deyilir. Cüt rükətlərin arasında Həzrət Fatimənin zikrini söyləməyin savabı var.
8 rükəti bitirdikdən sonra 2 rükət “şəf” namazı qılınır. Onun birinci rükətində “Fatihə”dən sonra “Nas”, ikinci rükətində isə “Fatihə”dən sonra “Fələq” surələri oxunur, amma qünut tutulmur.
Axırda bir rükət “vitr” namazı qılınır. “Fatihə”dən sonra 3 dəfə “İxlas”, bir dəfə “Fələq” və bir dəfə “Nas” surələri oxunur. Sonra qünut tutulur. Qünutda 40 nəfər möminin bağışlanması üçün dua edilir, 70 dəfə istiğfar olunur (“Əstəğfirullahə rəbbi və ətubü ileyh”), 7 dəfə “haza məqamül-aizü bikə minən-nar” deyilir, 300 dəfə “əl-əfv” söylənilir. Qünutdan sonra rüku, səcdələr, təşəhhüd və salam yerinə yetirilir.
Vitr namazını bitirəndən sonra oxunması müstəhəb olan dualar var ki, müvafiq kitablardan onları öyrənmək olar.
Milli.Az
Namaz və xəstələrin vəziyyəti
Sual: Xəstə namazlarını necə qıla bilər?
CAVAB: Xəstəliklər müxtəlifdir. Ayaq üstə dura bilməyən xəstə oturaraq qılar. Otura bilməyən də yataraq ima ilə qılar.
Hədisi-şərifdə “Xəstə namazını ayaq üstə qıla bilməzsə oturaraq, buna da gücü yetməzsə, kürəyi üstə yataraq ima ilə qılar” buyruldu. Əli İmrân surəsinin “Onlar ayaqda ikən, oturarkən, yanları üzərinə yatarkən Allahı zikr edərlər” məalindəki 191-ci ayətindəki “zikir” namaz deməkdir. “Namazı gücü yetən ayaq üstə qılar, ayaq üstə qılmaqdan aciz olan oturaraq qılar, bundan da aciz olan yataraq ima ilə qılar” deməkdir. (Bəhrür raiq)
Sual: Ayaq üstə ikən başı dönən, başı, gözü və ya başqa yeri çox ağrıyan, yaxud ayaq üstə durduqda sidik, yel qaçıran və ya yarası axan, ayaq üstə qıldıqda övrət yeri açılacaq olan necə qıla bilər?
CAVAB: Bunlar da oturaraq qılar. Ayaq üstə qıldıqda xəstəliyinin artacağını və ya yaxşılaşmasının gecikəcəyini öz təcrübəsi ilə və ya mütəxəssis və saleh bir həkimin bildirməsi ilə anlayan xəstə də yerə oturaraq qılar. Ona rahat olan bir tərzdə bardaş quraraq və ya başqa cür yerə oturar. Rüku üçün bir az əyilər, səcdə üçün başını yerə qoyar.
Sual: Belim və dizim ağrıdığına görə əyilə və səcdə edə bilmirəm. Ayaqlarımı bükə bilmirəm. Namazımı necə qıla bilərəm? Stulda oturub qıla bilərəmmi?
CAVAB: Ayaqlarınızı bükə bilməsəniz yerə oturub ayaqlarınızı qibləyə doğru uzadaraq ima ilə qılarsınız. Yerə otura bilməsəniz qibləyə tərəf olan yatağın üstündə, ayaqlarınızı sallamadan oturaraq qılarsınız.
Əgər stula və ya kresloyaa oturmaq lazımdırsa o zaman önünüzə başqa bir stul və ya dirək qoyaraq ayaqlarınızı onun üstünə qoyarsınız, yəni ayaqlar qibləyə qarşı uzadılaraq namaz qılınar. Ayaqlarını bükə bilən bükər, qibləyə qarşı uzada bilməz.
Sual: Ayaq üstə namaz qıla bilməyib səcdə də edə bilməyən, ayaqlarını bükə bilməyəndə olduğu kimi, bükə bilənin də, ayaqlarını qibləyə qarşı uzatması lazımdır?
CAVAB: Ayaqlarını bükə bilməyən ayaqlarını qibləyə qarşı uzadaraq qılar. Fəqət bükə bilən ayaqlarını altına yığar. Ona rahat olan bir tərzdə bardaş quraraq və ya dizlərini dikəldib qollarını yığaraq, yaxud başqa cür yerə oturar. Səbəbsiz qibləyə doğru ayaq uzatmaq məkruhdur. Bükə bilməyən üçün məkruh olmaz.
Stulda namaz
Sual: Xəstənin stulda namaz qılması nə üçün caiz deyildir?
CAVAB: Din kitablarında deyilir ki, ayaq üstə dura bilməyən və ya zərər görən, başı dönən kimsə fərzləri də oturaraq qılar. Rüku üçün əyilər. Səcdə üçün başını yerə qoyar. Divara, dirəyə, insana söykənərək bir az ayaqda dura bilənin ayaqda təkbir alması və bir o qədər ayaqda oxuması fərzdir. Səcdə üçün yerə əyilə bilməyən xəstə 25 sm-dən yüksək olmayan, sərt bir şey üzərinə səcdə edər. Alnında yara olan yalnız burnu ilə, burnunda yara olan da yalnız alnı ilə səcdə edər. Alnında və burnunda hər ikisində üzrü olub başını yerə və ya sərt bir şey üzərinə qoya bilməyən ayaq üstə dura bilsə belə yerə oturaraq ima ilə qılar. Yəni rüku üçün bir az əyilər. Səcdə üçün rükudan daha çox əyilər. Səcdə üçün özü və ya başqasının yerdən bir şey qaldırıb üzünü bunun üstünə qoyması tahrimən məkruhdur.
Rəsulullah əfəndimiz bir xəstəni ziyarət edərkən xəstənin əli ilə yastığı qaldırıb üzərinə səcdə etdiyini görüncə yastığı ondan aldı. Xəstə odunu qaldıraraq onun üstünə səcdə etdi. Odunu da aldı və:“Gücün yetərsə yerə səcdə et! Yerə əyilə bilmirsənsə üzünə bir şey qaldırıb onun üzərinə səcdə etmə! İma edərək qıl və səcdədə rükudan daha çox əyil!” buyurdu. (Fəthul-qadir, Məraqil-fəlah, Haləbi, Məcmaul-ənhür)
Bir üzvdəki xəstəliyə görə düzgün otura bilməyən kimsə istədiyi kimi oturar. Otura bilmək üçün ayaqlarını qibləyə qarşı uzada bilər. Bir yerini yastığa və ya başqa şeyə dayayar. Yaxud bir kimsə onu tutaraq yıxılmaması üçün kömək edər. Yüksək bir şeyin üstünə oturub ima ilə qılması caiz deyildir.
[Stulda oturaraq qılanın namazı qəbul olmaz. Çünki stulda oturmaq üçün zərurət yoxdur. Stulda otura bilən kimsə yerdə də otura bilər və yerdə otura bilənin yerə oturub qılması lazımdır. Namazdan sonra yerdən ayağa qalxa bilməyən, stuldan isə asanlıqla qalxan xəstəni yerdən bir kimsə qaldırar. Yaxud qibləyə qarşı olan bir çarpayıda ayaqlarını sallamadan oturaraq qılar. Namazdan sonra ayaqlarını yatağın bir yanına sallayıb stuldan qalxar kimi qalxar.]
Bir şeyə söykənərək və ya bir kimsənin tutması ilə də yerdə otura bilməyən xəstə kürəyi üstə uzanaraq qılar. Ayaqlarını qibləyə uzadıb başının altına yastıq qoyar. Üzü qibləyə qarşı sağ və ya sol yanı üzərinə çevrilər. Rüku və səcdələri başı ilə ima edər. Başı ilə də ima edə bilməyən, ağlı başında bir xəstə bir gündən çox namazını qılmaq imkanı olmasa heç bir namazını qəza etməz. Səmavi bir səbəb ilə, yəni əlində olmayaraq [iradəsindən kənar], məsələn xəstəliyi ilə əlaqədar huşsuz, yaxud səcdə, rükət saylarını unudacaq qədər fikri dağınıq olaraq beşdən artıq namazını qıla bilməyən də belədir. Lakin alkoqollu içkilər və ya dərman qəbul edərək bu cür huşsuz, fikri dağınıq olanın qıla bilmədiyi namazlarının ədədi bir neçə günlük olsa da hər birini qəza etməsi lazımdır.
Xəstənin yataqda və ya stulda ayaqlarını sallayaraq oturub ima ilə qılması caiz deyildir. Xəstə yerdə və ya uzunluğu qiblə istiqamətində olan bir divan üstündə qibləyə qarşı oturaraq qılar. Yerə oturunca qalxa bilməzsə stula, kreslo və ya yataq üzərinə oturar, ayaqlarını bir dayağın üstünə qoyaraq ima ilə qılar. Şikəst olub əlil arabasına minib-düşə bilməyən də mümkünsə ayaqlarını dirəyə qoyar və ya qoydurar. Buna da imkan yoxsa, zərurət halında öz arabasında qılması caiz olur.
Sual: Ayaqlarını bükə bilməyən xəstələrin stulda namaz qılmaq imkanları yoxdur. Bu cür xəstələr oturub-qalxa bilmirlərsə və ya iflic olmuşlar nə etməli? Əlil arabasında qılmaq olmazmı?
CAVAB: Ayaqlarını bükə bilməyən xəstə yatağında ayaqlarını qibləyə qarşı uzadaraq ima ilə qıla bilər. Divanda ya yataqda da bu şəkildə oturaraq qılar. Kresloya oturarsa ayaqlarını dirəyə və ya başqa bir kresloya qoyaraq qıla bilər. Bunları da edə bilməyən xəstə uzanaraq ima ilə qılar.
Əlil arabasında oturan iflic olmuş xəstə də bir köməkçisi yoxsa ayaqlarını önündəki dirəyə qoya bilmə imkanı olmadığı üçün ayaqlarını sallayaraq da qılması caiz olur.
Sual: Ayaqları iflic olan namazlarını əlil arabasında qıla bilərmi?
CAVAB: Bir köməkçi ilə də yerə düşmə imkanı varsa və ya ayaqlarını qoya biləcəyi bir dirək varsa əlil arabasında namaz qılmaq caiz olmaz. Yerə düşürdəcək bir köməkçi olmadığı zaman, ayaqlarını dirəyin üstünə qoya bilmirsə, vaxtın çıxma təhlükəsi də varsa, zərurət olduğuna görə namazı əlil arabasında ima ilə qılmaq caiz olur.
Sual: Ayaq üstə çətinliklə namaz qılan xəstə namazını necə qılar?
CAVAB: Ayaq üstə dura bilməyən və ya zərər görən, başı dönən kimsə fərzləri də yerdə oturaraq qılar. Rüku üçün əyilər, səcdə üçün başını yerə qoyar. Divara, hər hansı bir dayağa, insana söykənərək bir az ayaq üstə dura bilənin ayaq üstə təkbir alması və o qədər ayaq üstə oxuması fərzdir.
Söykənərək oturmaq mümkün olarsa yataraq ima caiz olmaz.
Fərz qılarkən üzrsüz divara, hər hansı bir dayağa söykənmək məkruhdur. Bir üzr olarsa məkruh olmaz.
Xəstə sağ və sol tərəfinə dirək kimi bir şey qoyub onlara söykənərək ayağa qalxa bilərsə o cür qılması lazımdır. Bu da mümkündür.
Sual: Hamilə qadın namazlarını oturaraq qıla bilərmi?
CAVAB: Namazda ayağa qalxmağa çətinlik çəkirsə sağına və soluna dirək qoyub onlara söykənərək qalxa bilər. Bu şəkildə də ayaq üstə qıla bilməzsə o zaman oturaraq qılar.
Sual: Həkim, “hərəkət etsən uşağın düşər. Yataq rejimində olmağın lazımdır” dediyi hamilə namazı oturub qıla bilərmi, dəstəmaz yerinə təyəmmüm edə bilərmi?
CAVAB: Bəli.
Sual: Xəstəmizin yaxşı olana qədər hərəkət etmədən yatması lazımdır. Rüku və səcdə edə bilmir. Amma ayaq üstə dura bilir. Bu xəstə namazlarını necə qılmalıdır?
CAVAB: Ayaq üstə və ya oturub ima ilə qılar. Bunları da edə bilməzsə yataraq ima ilə qılar.
Sual: Ayaq üstə də, oturaraq da namazını qıla bilməyən xəstə namazını necə qılar?
CAVAB: Bir şeyə söykənərək və ya bir kimsənin tutması ilə də yerdə otura bilməyən xəstə kürəyi üstə yataraq qılar. Başının altına yastıq qoyar. Üzü qibləyə qarşı olar. Və ya qibləyə qarşı sağ və ya sol yanı üzərinə dönər. Rüku və səcdələri başı ilə ima edər. Baş ilə də ima edə bilməyən xəstə namazını qəzaya buraxar.
Sual: Alnı ilə burnunda yara olan və ya başqa bir xəstəlik səbəbiylə başını yerə qoya bilməyən xəstə namazını necə qılar?
CAVAB: Oturub ima ilə namazını qılar. Rüku üçün bir az əyilər, səcdə üçün rükuda əyildiyindən daha çox əyilər.
Sual: Nə qədər yüksək olan yerə səcdə etmək caiz olmaz?
CAVAB: 25 sm-dən yüksək olan yerə səcdə etmək caiz deyildir. Bəzi alimlərə görə az yüksək olan yerə də səcdə etmək caiz deyildir. (Camiur-rumuz)
Sual: 25 sm-dən az olan, məsələn 5 sm yüksək bir yerə səcdə etmək caizmi?
CAVAB: Məkruhdur. Yəni namaz səhih olarsa da savabı gedər. Səcdə edilən yer heç yüksək olmamalıdır.
Sual: Xəstəxanada xəstəmiz var. Müxtəlif cihazlara bağlıdır. Qibləyə tam dönə bilmir. Nə etməsi lazımdır? Namaz qılarkən ayaqlarını qibləyə qarşı uzatması caizdirmi?
CAVAB: Qibləyə dönə bilməyən xəstənin asan gələn tərəfə doğru qılması caiz olur.
Ayaqlarını qibləyə uzadar. Dikəldə bilərsə dizlərini dik tutması yaxşı olar. Başının altına yastıq qoyar. Üzü qibləyə qarşı olar. Və ya qibləyə qarşı sağ və ya sol yanı üzərinə dönər. İma ilə qılar. Onun üçün rahat olan şəkildə edər.
Sual: Ayaq üstə çox dura bilməyən xəstə təkbiri də oturaraq almalıdır?
CAVAB: Əgər oturunca səcdə edə bilirsə divara və ya söykənə biləcəyi bir yerə söykənərək (bir az ayaq üstə dura bilənin) ayaq üstə təkbir alması fərzdir. Oturunca səcdə edə bilmirsə o zaman oturaraq təkbir alar.
Sual: Ayaq üstə namaz qılınca sidik qaçıranın oturduqda isə sidiyi axmayanın oturaraq namazını qılar?
CAVAB: Bəli.
Sual: Səcdə edincə sidik və ya yel qaçıranın ayaq üstə ima ilə namaz qılması lazımdır?
CAVAB: Bəli.
Sual: Otura bilməyən xəstə ayaq üstə ima ilə qılar?
CAVAB: Bəli.
Sual: Uzanaraq ima ilə qılarkən sağa və ya sol tərəfə dönərək də qıla bilərmi?
CAVAB: Bəli. Sağ tərəfə uzanıb qılmaq sol tərəfə uzanıb qılmaqdan üstündür. Kürəyi üstə uzanaraq da sağa dönüb ima ilə qılmaqdan üstündür.
Sual: Göz ilə ima olarmı?
CAVAB: İma baş və vücud ilə olar. Göz, qaş və qəlb ilə ima olmaz. Fitva bu cürdür. İmamı Əbu Yusifə görə başı ilə ima edə bilməyən xəstənin gözü ilə ima etməsi caizdir. İmamı Züfərə görə isə qəlbi ilə də ima caizdir. (Rəddül Muxtar, Haləbi, Tahtavi)
Baş ilə də ima edə bilməyən xəstə istərsə imamı Əbu Yusifin sözünə üstünlük verərək və ya Şafi məzhəbini təqlid edərək göz ilə ima edərək qıla bilər.
Sual: Beyin əməliyyatı keçirdim. Başımı sağa-sola çevirə bilmirəm. Namazı necə qıla bilərəm?
CAVAB: Başı sallayaraq sağa-sola çevirmək lazım deyil. Səcdə edə bilirsənizsə deməli heç bir çətinlik yoxdur. Edə bilmirsənizsə o zaman oturaraq ima ilə qılarsınız.
Sual: Ayaq üstə dura bilməyən xəstənin qəza namazını oturaraq qılması caizdirmi?
CAVAB: Bəli.
Sual: Sağlam ikən qılına bilməyən namazlar xəstə ikən təyəmmümlə və oturub ima ilə qəza edilə bilərmi?
CAVAB: Bəli caizdir. (Rəddül Muhtar)
Sual: Ayağımda göbələk xəstəliyi var. Ayaq üstə durunca təzyiqdən dolayı yaşlıq çıxır. Dəstəmazın pozulmaması üçün oturaraq qılsam caiz olarmı?
CAVAB: Bəli, oturaraq namaz qılmaq lazımdır. (Hindiyyə)
Maliki məzhəbini təqlid edərsiniz yaşlıq çıxmaqla dəstəmazınız pozulmamış olar.
Sual: Yataq xəstəsi olan kimsə dəstəmaz alması və ya aldırtması mümkün deyilsə nə edər?
CAVAB: Təyəmmüm edər namazlarını ima ilə qılar. (Məraqil fəlah)
Sual: Bir xəstəlik səbəbiylə danışa bilməz vəziyyətinə gələn namazı necə qılar?
CAVAB: Dinimiz heç kimsəyə gücünün yetmədiyi bir işi əmr etməz. Dilsiz olanlardan və ya danışa bilməyən kimsələrdən, yaxud səs telləri quruyub danışa bilməyənlərdən qiraət fərzi sakit olar [düşər.](Məraqil fəlah)
Deməli, şüuru yerində olan bir xəstə hər vəziyyətdə namazını qılması lazımdır. Bu da namazın çox önəmli bir ibadət olduğunu göstərməkdədir.
Sual: Sağalması mümkün olmayan bir xəstəliyə yaxalanan kimsənin təyəmmüm edəcək halı olmadığı kimi, bir köməkçisi də yoxsa yenə də namaz qılması lazımdır?
CAVAB: Şüuru yerində olduğu müddətcə yenə də bütün çarələrə baş vurub qılmağa çalışması lazımdır. Yeməyini kim yedirirsə, digər xidmətlərini kim edirsə o təyəmmüm etdirər. Lazım olarsa iki namazı cəm edə bilər. Uzanaraq ima ilə qıla bilər. İma ilə də qıla bilməyən namazını qəzaya buraxar.
Sual: İflic olmuş bir kimsə təyəmmüm üçün köməkçi tapa bilməzsə namaz qılmazmı?
CAVAB: Yemək yedirdən, ehtiyacını görən təyəmmüm etməsinə də yardım edər.
Sual: “Quyruq hissəsi”ndə tük dönməsi səbəbiylə əməliyyat olan bir yaxınım var. Əməliyyat edilən hissədəki tikişlər açıqda və həkimlər iki həftə su dəyməməlidir demişlər. Yaranın üzərində sarğı-filan yoxdur. Bu xəstə qüslü necə almalıdır? Tikişli yaralı bölgənin üzərini bir bezlə örtüb sarğı kimi etdikdən sonra bunun üzərini məsh edə bilərmi?
CAVAB: Bəli, edə bilər.
Sual: Bir xəstənin bir ay ərzində üzü üstə hərəkət etmədən yatması lazımdır. Yerimək belə olmaz və sadəcə ayaq üstə dura bilir. Lakin rüku və səcdə edə bilmir. Bu xəstə namazlarını necə qılar?
CAVAB: Oturub ima ilə qılar. Otura bilmirsə uzanaraq ima ilə qılar.
Sual: Ayağına əməliyyatla protez taxılan bir xəstənin hər hansı bir ağrısı və sızıltısı yoxsa namazı necə qılar?
CAVAB: Ayaq üstə qıla bilməzsə oturaraq qılar.
Sual: Beli ağrıyan namazını necə qılar?
CAVAB: Səcdəyə gedə bilməyən yerə oturub ayaqlarını qibləyə doğru uzadaraq ima ilə qılar. Yəni rüku üçün azacıq əyilər, səcdə üçün ondan bir az daha artıq əyilər və namaz bu cür qılınar. Stula oturaraq qılınmaz. İlla ki, stula və ya kresloya oturmaq lazımdırsa, o zaman önünə başqa bir stul, taburet və s. bir şey qoyaraq ayaqlarını onun üstünə qoyar, yəni ayaqlar qibləyə qarşı uzadılaraq namaz qılınar. Stulda oturub ayaqları aşağı salaraq qılınmaz.
Sual: Ağır xəstə namazını necə qılar? Namaz üzərinə sakit olmazmı?
CAVAB: Ağlı başında isə namaz sakit olmaz. Oturaraq və ya uzanaraq qılması lazımdır. Səcdəyə gedə bilmirsə oturaraq rüku üçün başını bir az əyər, səcdə üçün bir az daha artıq əyər. Səcdəyə gedə bilirsə oturaraq qılar. Bir şeyə tutaraq ayağa qalxa bilərsə yanına dirək kimi bir şey qoyaraq ayağa qalxar. Ayaq üstə dura bilməyən oturaraq qılar. Otura bilməyən uzanaraq qılar. Dinimizdə asanlıq var. Bu hər kəsin asanına, işinə gələni etməsi demək deyildir. Ayağa qalxmaq mümkündürsə oturaraq qılmaq olmaz. Oturaraq qılırsa ima ilə qıla bilməz. (?)
Xəstə olan üçün dəstəmaz almaq çətindirsə Maliki məzhəbini təqlid edərək iki namazı cəm edib qılması caiz olur. Bir kimsə dəstəmaz almağa kömək etməzsə ancaq o zaman təyəmmüm edə bilər.
Sual: Boynumdan əməliyyat olacağım üçün başımla ima edə bilmərəm. Nə etməliyəm?
CAVAB: Vücudunuz sağlam olduğuna görə yerə otura bilərsiniz. Rüku üçün belini bir az əyərsiniz, səcdə üçün də ondan bir az daha artıq əyərsiniz. Boynu hərəkət etdirməyə ehtiyac yoxdur. Salam verərkən də sağa-sola dönməyə ehtiyac yoxdur. Onsuz da sağa-sola dönmək fərz və vacib deyil, sünnətdir. Salam vermək vacibdir.
Sual: Oturaraq qıldıqda rükuya və səcdəyə ima ilə əyilərkən əllər haraya qoyulmalıdır?
CAVAB: Rükuda dizlər tutulur, səcdə üçün də əllər budlara qoyulur. Qiyamda ikən də əllər bağlanır. Əllər bu şəkildə qoyulmasa da namaza zərəri olmaz.
Sual: Qolumda sistem varkən təyəmmüm edə bilərəmmi?
CAVAB: Sistemin təyəmmümə zərəri olmaz.
Sual: Əməliyyata girmədən öncə takdim və ya təhir (namazı cəm etmək)edilərmi?
CAVAB: Əlbətdə edilər və etmək də lazımdır. Hanbəli təqlid edilər. Ağızda plomb varsa Maliki təqlid edilər.
Sual: Üzrlü olan Hənəfi ikindini qılarkən axşam girsə dəstəmazı pozulduğu üçün namazı səhih olarmı?
CAVAB: Səhih olmaz. Qəza etməsi lazımdır. Amma Maliki məzhəbini təqlid edərsə dəstəmazı pozulmuş olmaz.
Sual: Dəstəmaz ala bilməyəcək qədər xəstə olanın xanımı yardım etməzsə təyəmmüm edər?
CAVAB: Bəli. Qadın ilə ərinin bir birinə dəstəmaz aldırması vacib deyildir. Bir birinə yardım edərək dəstəmaz aldırmaları yaxşı olar. Dəstəmaz ala bilməyəcək bir kimsə pul ilə də bir köməkçi tapa bilməsə təyəmmüm edər.
Sual: Dilsiz olan və ya səs telləri quruyub danışa bilməyən namazı necə qılar?
CAVAB: Dinimiz heç kimsəyə gücünün yetmədiyi bir şeyi əmr etməz. Dilsizdən və ya danışa bilməyən kimsədən qiraət fərzi sakit olar. Oxuya bilməməsi namazına zərər verməz. Namazda ayaq üstə durmaq fərzdir. Fəqət ayaq üstə dura bilməyən xəstə və ya ayaqları olmayan oturaraq namaz qılar. Otura bilməyən uzanaraq ima ilə qılar. (Məraqil fəlah)
Sual: Kəkələyən bir kimsə namaz qılarkən özü eşidəcəyi qədər bir səslə oxuduqda vaxt çox gedir. Özü eşitməyəcək qədər içindən oxuması caiz olarmı?
CAVAB: Özü eşitməyəcək qədər səssiz, yəni içindən oxumaq caiz olmaz. Kəkələyən bir kimsə belə vaxt çox getsə də özü eşidəcəyi qədər səslə oxumalıdır. (Haləbi)
Sual: Dilsiz namaz surələrini necə öyrənməlidir?
CAVAB: Dilsizin oxuma məcburiyyəti yoxdur. Ayaq üstə duraraq əyilib qalxar.
Sual: Zəka üzrlü birisinin duaları yaxşı söyləməyərək əksik namaz qılması uyğun olarmı?
CAVAB: Oxuya bildiyi qədər oxuyar. Heç kəsdən gücünün yetdiyindən artığı soruşulmaz.
Sual: Bir yaxınımın cinsiyyəti bəlli deyil. Belə bir kimsə namazı kişi kimi, yoxsa qadın kimi qılar? Cənazəsini kim yuyar? Sonradan qadın olan kişilərin vəziyyəti necədir?
CAVAB: Özündə həm kişilik, həm də qadınlıq üzvü olan və ya hər ikisi də olmayan kimsəyə Hünsa (hermafrodit) deyilir. Hər iki üzvü olub da sidiyini hansından çıxarırsa ona görə hökm verilir. Bu yalnız uşaq ikən belədir. Böyüyüncə saqqalı çıxıb kişi kimi ihtilam (yuxuda qüslün pozulması) olarsa kişi hökmündədir. Sinəsi böyüyüb qadınlıq halları meydana çıxarsa qadın olduğu anlaşılar.
Əgər kişi və ya qadın olduğuna dair heç bir əlamət olmazsa və ya hər ikisindən bərabər miqdarda olsa, belə kimsəyə “Hünsai-müşkil” deyilər. Hünsai-müşkil qadın olma ehtimalını düşünərək ehtiyatlı hərəkət edər. Namazı qadınlar kimi qılar. Ölüncə qadınlar kimi kəfənlənməsi yaxşı olar. Təyəmmüm etdirilərək dəfn edilər.
Qadın olduğu zənn edilib əməliyyatla kişi olduğu meydana çıxan kimsə kişidir. Kişi olduğu zənn edilib əməliyyat edilincə qadın olduğu meydana çıxarsa qadındır. Fəqət kişi ikən qadın olmaq niyyətiylə əməliyyat olan qadın olmaz. (Hidayə, Dürər, Hindiyyə)
Sual: Dizim oturub qalxarkən ağrıyır. Üzərinə də otura bilmirəm. Ayaq üstə dura bilirəm, amma səcdədə dizimi bükə bilmədiyim üçün ayağımı arxaya doğru uzadıram. Mahzuru varmı?
CAVAB: Bir mahzuru olmaz, istədiyiniz kimi uzadın. Səcdə edə bilənin və ayaq üstə dura bilənin ayaq üstə qılması lazımdır. Bir şeyə söykənərək ayağa qalxa bilərsiniz, həmçinin yanınıza taburet və ya dirək qoyub o tərzdə qalxın. İstədiyiniz kimi oturun. Ayağa qalxa bilirsənizsə oturaraq qılmaq olmaz. Amma həqiqətən də ayağa qalxdıqda çox ağrı olursa namaza ayaq üstə başlayaraq digər rükətləri oturaraq qıla bilərsiniz.
Sual: Namaz qıla bilməyən xəstə qılmadığı namaz və tutmadığı oruc yerinə fidyə verə bilərmi?
CAVAB: Ağır xəstə və çox yaşlı kimsə namaz qıla bilməzsə bunun yerinə kasıba fidyə (pul) verməz. Amma tutmadığı oruc yerinə fidyə verməsi lazımdır.
Sual: Xəstəyəm. Xanımı oyandıra bilməsəm namazı təyəmmümlə qıla bilərəmmi?
CAVAB: Bəli.
Sual: Ayağa protezin geydirilməsi məşəqqətli olur. Protezsiz ayaq üstə dura bilmirəm. Oturaraq namaz qılmağım caizmidir?
CAVAB: Məşəqqətli olunca caiz olur.
Sual: Səcdə edə bilməyən oturub ima ilə namaz qılarkən iftitah təkbirini ayaq üstə alması lazımdır?
CAVAB: Xeyir. Səcdə edə bilməyən ayaq üstə durmaz.
Sual: Oturunca ayağa qalxa bilməyən oturaraqmı namaz qılar?
CAVAB: Əgər oturunca səcdə edə bilirsə ayaq üstə təkbir alar və dura bildiyi qədər ayaq üstə durar, sonra oturub qılar.
Sual: Sağ qaşımda yara var. Səcdə edincə qanayır. Yalnız alnımın sol tərəfini və burnumu yerə qoyub səcdə etməyim caizdirmi?
CAVAB: Bəli.
Sual: Narkozdan qurtulma əsnasında namaz vaxtı çıxarsa nə etməli?
CAVAB: İki namaz cəm edilər.
Sual: Təhlükə zamanında namazı oturaraq və ya ima ilə qılmaq caizdirmi?
CAVAB: Düşmən və ya yırtıcı heyvan qorxusundan və ya xəstələnib ayaq üstə dura bilməyən və ya palçıq olub quru yer tapmayan kimsə namazını ima ilə qılar. Daha sonra bunları iadə (yenidən qılması) etməsi lazım olmaz. (Haləbi)
Sual: Şizofreniya xəstəsinin namaz qılması necə olmalıdır?
CAVAB: Qeyri təbii hərəkətləri davamlı deyilsə, səhhəti əlverişli ikən namazını qılar. Qılmadıqlarını isə qəza edər.
Sual: İki əli və ya iki ayağı olmayan kimsəyə də namaz qılmaq fərzdirmi?
CAVAB: Bəli fərzdir. Hər kəs gücü nisbətində ibadət edər. Ayaq üstə namaz qıla bilməyən oturaraq qılar, oturaraq da qıla bilməyən uzanaraq ima ilə qılar. Dəstəmaz ala bilməyən təyəmmüm edər.
Sual: Yoluxucu bir xəstəliyi olanın məscidə getməsi caizdir?
CAVAB: Caiz deyildir.
Sual: Namazımı normal qılıram. Ancaq dizlərimdə ağrı olduğu üçün sərt yerə qoya bilmirəm. Dizlərimin altına yumşaq bir şey qoysam dinən zərəri varmı?
CAVAB: Üzrünüz olduğu üçün zərəri olmaz.
Sual: Hər hansı bir xəstəlikdən üzrlü kimsəyə tövsiyəniz nədir?
CAVAB: Üzrlü kimsə Maliki məzhəbini təqlid edərsə yaxşı olar. Çünki Malikidə dəstəmazı pozan başqa bir səbəb yoxsa davam edən üzr namaz vaxtı çıxsa da dəstəmazı pozulmaz. Maliki məzhəbinə görə üzr sahibi olmaq üçün dəstəmazı pozan bir şeyin xəstəlik səbəbi ilə bir kərə çıxması kafidir. Bir namaz vaxtı içində davamlı çıxması şərt deyil. Namazdan öncə və ya namaz içində sidik və ya yel qaçıran və ya yarasından qan, irin çıxan və ya davamlı axıntısı olan dəstəmaz və namazının pozulmaması üçün Maliki məzhəbini təqlid edər. (M.Ərbəa)
Sual: Babasil xəstəsiyəm. Qanaxma olur, paltarım kirlənir. Dəstəmazlı dura bilməyim çətindir. Bir çarə varmı?
CAVAB: Çarə var. Maliki məzhəbini bu səbəblə təqlid edərsəniz babasildən axan qan dəstəmazı pozmadığı kimi nəcis də sayılmaz. Yəni namaz içində qan gəlsə həm dəstəmazınız pozulmaz, həm də paltarınızdakı qan nəcis sayılmadığı üçün o vəziyyətdə namaz qıla bilərsiniz.
Namazdan öncə qan gələrsə yenə dəstəmazınızı pozmaz, ancaq imkan və vaxt varsa paltarınızı dəyişdirməniz lazımdır. Çünki öz məzhəbimizdən çıxmış deyilik. İmkan yoxsa o vəziyyətdə qılmaq caizdir.
Sual: Spiral qoyulduğunda bir neçə gün qanaxma ola bilər. Bu halda diş dolğusu səbəbiylə Maliki məzhəbini təqlid edən birisi bu dövr ərzində namazlarını qıla bilərmi?
CAVAB: Keçən aydakı təmiz və heyzli günlərin bilinməsi lazımdır. Keçən aydakı da istihazalı isə ondan öncəki ayın təmiz və qanlı günlərinin bildirilməsi lazımdır. Bilinməzsə CAVAB vermək mümkün deyil. Əgər 15 təmiz gün içində spiral qoyulmuşdursa və qan gəlmişdirsə namaz qılınar. Spiral aybaşı düzənini də poza bilər. Hər namaz vaxtı dəstəmaz alaraq qıla bilər. Malikini təqlid edərsə hər namaz vaxtı dəstəmaz almağa lüzum qalmaz. Dəstəmazı pozan başqa bir şey olmadıqca spiraldan meydana gələn qanama dəstəmazı pozmaz. Ancaq 15 gündən sonra gəlmişdirsə heyz qəbul edilir.
Sual: Bir yaxınım oturub-qalxarkən yel qaçırır. Rükuda və səcdədə yel qaçırdığı üçün tez-tez dəstəmaz alır. Bu halın bir çarəsi vardırmı?
CAVAB: Əgər Maliki məzhəbini təqlid edərsə o zaman yel qaçırmaq dəstəmazı pozmaz. Sabah aldığı dəstəmazla yatsını qıla bilər. Təbii ki, dəstəmazı pozan başqa şey olmamışdırsa.
Sual: Sidik yollarımı soyuğa verdiyim üçün davamlı tualetə getmə ehtiyacım olur. Namaz qılarkən məni rahatsız edir. Belə vəziyyətdə qılmağım məkruh olurmu? Qəza namazlarına sağalıncaya qədər ara verməyim daha yaxşı olar?
CAVAB: Məkruh olmaz. Malikini təqlid edin. Öz-özünə axıntı olsa da dəstəmazınız pozulmaz. Qəza qılmağı gecikdirməyin. Malikini təqlid edib o halınızla qılın.
Sual: Bir vaxtın girməsiylə əli və ya hər hansı bir yeri qanayan bir kimsə fərzi qılacaq qədər bir zamanda qan durmazsa vaxtın sonuna doğru o halıyla vaxtın fərz namazını qıla bilərkən yatsı vaxtının girməsiylə əli qanayan və qanaması davam edən bir kimsə yatsı namazını və vitri qılmaq üçün yatsının son vaxtı olan imsaq vaxtına qədər gözləməsimi lazımdır?
CAVAB: Bəli. Ancaq Maliki təqlid edilərsə dərhal qılınar və sabaha qədər gözlənilməz.
Sual: Hansı miqdarda olan qan dəstəmazı pozar. Tüpürcəkdən çox olarsa pozularmı?
CAVAB: Ağızdakı bir yara və ya xəstəliyə görə qan nə qədər çox çıxarsa çıxsın Malikini təqlid edənin dəstəmazını pozmaz. Hənəfidə isə əlini dişə sürüncə qan ələ bulaşmışsa qan çıxdığı üçün dəstəmaz pozulur, amma almanı dişləyincə, misvaqdakı, diş çöpündəki pozmaz. Tüpürüncə tüpürcəkdən az isə yenə pozmaz.
Sual: Barmağım qanayır. Lakin laxtalaşdı. Sadəcə su dəyəndə axmağa başlayır. Namaz vaxtının sonuna dörd rükətli bir namazı qılacaq qədər gözləməliyəmmi? Quru ikən üzərinə yara binti sarıyıb bintin üzərini məsh etməliyəm, yaxud nə etməliyəm?
CAVAB: Yara binti sarı və üzərini məsh et. Əgər Malikini təqlid etsəniz yaradan qan irin axsa da dəstəmazınız pozulmuş olmaz.
Sual: Bir insanın həm yel, həm sidik qaçırmaq üzrü varsa nə etməlidir?
CAVAB: Malikini təqlid etməlidir. İstərsə beş dənə üzrü olsun heç birisi dəstəmazı pozmaz. Yəni özündən asılı olmadan çıxan yel, sidik, axıntı, ishal, babasil qanı, yaradan və ya çibandan çıxan qan və irin, burun qanaması, gözdən ağrı ilə gələn yaşlar və s. dəstəmazı pozmaz. Dəstəmazı pozan başqa bir şey olmazsa səhərdən yatsıya qədər namaz qılıb Quran oxuyar. Çünki dəstəmazı pozulmadı. Amma Hənəfi məzhəbində fərqlidir. Hənəfidə hər namaz vaxtı girincə dəstəmaz alması lazımdır.
Sual: Qaymoritdən əməliyyat olacağam. Burnuma tampun qoyacaqlar. Dəstəmaz almağım, namaz qılmağım necə olmalıdır?
CAVAB: Dəstəmazda burnun içini yumaq fərz deyil. Yəni bir problem yoxdur.
Narkoz verərək insanı yatırdıqlarına görə əməliyyatdan oyanınca vaxt keçmiş ola bilər. Onun üçün Hanbəli məzhəbini təqlid etmək lazım ola bilər. Deyək ki, günorta vaxtı əməliyyat olacaqsınız. Bu zaman ikindini də günorta ilə birlikdə qılarsınız və ya səhər əməliyyat olacağınız təqdirdə “günortanı bəlkə çatdıra bilmərəm” deyərək ikindi vaxtında ikisini birdən qılarsınız.
İkindi namazını qıldıqdan sonra əməliyyat olsanız axşamı yatsı vaxtında qılaram deyərsiniz. İki namazı bir yerdə qılarsınız.
Əgər Malikini təqlid edirsinizsə o zaman Hanbəlini deyil, Malikini təqlid edərək iki namazı cəm edərsiniz. Xəstəlik halında Malikidə də iki namaz cəm edilir.
Sual: Dəstəmaz almaq istəyirəm. Fəqət üzümdəki kəsikdən qan axmağa davam edir. Bu halda Malikiyə uyduğumu düşünüb dəstəmaz almağımda bir problem olmaz deyilmi?
CAVAB: Bəli, problem olmaz. Lakin bir yara binti yapışdırıb dəstəmaz almaq daha uyğun olar. Qan çıxmasa Malikini belə təqlidə lüzum qalmaz, qan çıxarsa Maliki təqlid edilər.
Sual: Bu gün günortaya yaxın dişimi çəkdirdim, çəkdirdikdən sonra diş ətində qanamalar başladı. Malikini təqlid edirəm. Günortanı qaçırmamaq üçün dəstəmaz aldım namazımı qıldım və qanama hələ də davam edir. Qıldığım günorta namazının qəzasını yenidən qılmaq lazımdırmı?
CAVAB: Dəstəmazınız belə pozulmamışdır. O dəstəmazla ikindini də, axşamı da qıla bilərsiniz. Təbii ki, dəstəmazı pozan başqa bir şey olmamışdırsa. Qanamaq Malikidə dəstəmazı pozmaz. Namazı qəza etməniz gərəkməz.
Sual: 13 yaşında həddi-buluğa çatan qızım axıntıya görə Maliki məzhəbinə uya bilərmi?
CAVAB: Əlbəttə, axıntısı o zaman dəstəmazını pozmaz.
Sual: Soyuqdan əl və ya dodaq yarılıb qanayarsa Malikini təqlid edənin dəstəmazı pozularmı?
CAVAB: Pozulmaz. Səmavi səbəblər pozmaz, bir müdaxilə varsa pozular.
Sual: Xəstəlik səbəbiylə tez-tez qusan Malikini təqlid edərsə dəstəmazı pozulmamışmı olur?
CAVAB: Bəli.
Sual: Yel qaçırmaqdan çox rahatsızam. Bəzən dəstəmazımı saxlaya bilmədiyim anlar da olur. Malikini təqlid etməyim caizdirmi?
CAVAB: Bəli.
Sual: Əməliyyat yolu ilə qarnımdan dəlik açaraq boru taxdılar. Borudan bəzən nəcasət sızır. Malikini təqlid etməyim caizdirmi?
CAVAB: Bəli.
Sual: Karın imamla namaz qılarkən qulaqcığını çıxarması lazımdırmı?
CAVAB: İmamın və ya camaatın hərəkətlərini görərək qıldığı üçün namazı səhih olur. Həm kar, həm kor olub camaatın hərəkətlərini görməsə qulaqcıq ilə eşitməsi zərurət olar və imama uyması səhih olur. Yəni qulaqcığını çıxarması lazım olmaz.
Sual: Dəli olan və ya hər hansı bir səbəblə bayılan (özündən gedən) kimsə bu əsnada qıla bilmədiyi namazlarını sağalınca qəza edərmi?
CAVAB: Dəli olan və ya buna oxşar digər xəstəliklərə düçar olub bayılan kimsə 24 saat ərzində ayılmazsa sağalınca namazlarını qəza etməz. Yəni bu kimsə beş vaxtdan artıq namazını qıla bilməzsə heç birini qəza etməz. Beşdən az olarsa qəza edər.
Uyuşdurucu, dərman, narkoz kimi şeylərdən bayılan kimsə isə nə qədər bayğın qalarsa-qalsın qılamadığı bütün namazlarını qəza edər.
Təyəmmüm edə bilməyən xəstə nə edər?
Sual: İslam Əxlaqı kitabında “Əlləri və ayaqları olmayanın üzü də yara isə namazı dəstəmazsız qılar”deyilərkən, başqa bir yerində “Dəstəmaz aldıracaq birisini tapa bilməyən xəstə təyəmmüm edər. Təyəmmüm də edə bilməyən namazı qəzaya buraxar” deyilir. Nə üçün bu da dəstəmazsız qılmır? Yaxud digəri də bunun kimi qəzaya buraxmır? Bu ziddiyyət deyilsə, fərqli bir qövldürmü?
CAVAB: Ziddiyyət yoxdur, fərqli bir qövl də deyildir.
Birinci xəstənin köməkçi ilə də təyəmmüm etmə imkanı yoxdur. Namazı qəzaya buraxsa da əlləri-qolları kəsik olduğu üçün yaxşılaşıb gələcəkdə dəstəmaz alaraq qılma imkanı yox, həmçinin təyəmmüm də edə bilmir. Məcburən dəstəmazsız qılır. Yəni dəstəmazın fərzləri yerinə gəlmir və dəstəmaz o şəxsdən sakit olur.
İkinci xəstənin üzvləri var, amma özü dəstəmaz ala bilmir. Yalnız köməkçi ilə ala bilir. Köməkçi yoxsa təyəmmüm edə bilir. Xəstəliyi səbəbindən təyəmmüm də edə bilmirsə, yaxşılaşınca və ya köməkçi tapılınca dəstəmaz alaraq və ya təyəmmüm edərək qılma imkanı yaranır. Onun üçün qəzaya buraxır. Hər hansı bir üzrlə qəzaya buraxdığı üçün də günah olmur. Bir köməkçi gəlincə dərhal təyəmmüm edə və ya dəstəmaz aldıra bildiyinə görə namazı qəzaya buraxır.
Birinci xəstə qəzaya buraxsa da dəstəmaz alacaq və ya təyəmmüm edəcək imkanı olmadığı üçün təyəmmümsüz namazını qılır. Yəni dəstəmaz və təyəmmüm fərzləri yerinə gəlmədiyi üçün dəstəmaz və təyəmmüm bu xəstəyə fərz olmur, sakit olur.
Hənəfi namaz
Cənazə namazının hökmü
Cənazə namazı fərzi-kifayədir. Qadın və ya kişi – sadəcə bircə nəfərin bu namazı qılması ilə fərz yerinə yetirilmiş olur. İbadət və dua niyyəti ilə qılınan bu namazın bəzi məqamları ilə bağlı ictihad və anlayış fərqləri vardır. Digər namazları pozan hallar buna da aiddir, namaz qılınması məkruh olan üç vaxt istisna hər zaman qılına bilər.[1]
Cənazə namazı Allahın şəninə tərif və Ona ibadət, Rəsulullaha salət-salam və mərhuma duadan ibarətdir. Cənazə namazında rüku, səcdə yoxdur, rüknləri iftitah təkbiri və qiyam ilə birlikdə dörd təkbirdir. Namazı bitirərkən salam vermək vacibdir. Sünnətləri isə Allaha həmd etmək, Rəsulullaha salavat gətirmək, həm mərhuma, həm də müsəlmanlara dua etməkdən ibarətir. Digər namazlardakı şərtlərə (dəstəmazlı olmaq, danışmamaq və s.) də riayət edilir.
Kimlərin cənazə namazı qılınar?
Namazı qılınan mərhum müsəlman olmalı, yuyulub kəfənlənməli, camaatın qarşısında olmalı, bədəninin hamısı və ya yarıdan çoxu, yaxud da başı ilə birlikdə ən azı yarısı olmalıdır.
Diri doğulub sonra ölən uşaq yuyulmalı və namazı qılınmalıdır.
Cənazə namazının qılınmasında məqsəd ölənin qüsurlarının bağışlanmasını Allahdan diləmək, son vəzifəni yerinə yetirməkdir.[2]
Cənazə namazı necə qılınır?
Cənazə yuyulub və kəfənlənib namaz qılınacaq yerə gətirilir, camaatın önünə, müsəllaya qoyulur. İmam (namaz qıldıran) ölünün sinəsinə sarı durur, camaat ayaq üstə və qibləyə doğru, imamın arxasında dayanır. Niyyət ediləndə (imam ilə birlikdə namaz qılmağa deyə niyyət edilir) cənazənin cinsi (kişi, qadın və uşaq) deyilir. Bilməyənlər isə “imamın qılacağı namaza” deyə niyyət edir. Niyyətdən sonra imam ucadan, camaat isə ürəyində ilk təkbiri gətirir. Hamı səssizcə “subhanəkə”ni “va cəllə sənəuk”la birlikdə oxuyur. Şafei məzhəbində ilk təkbirdən sonra “Fatiha” surəsi də oxunur. Sonra əllər qaldırılmadan (Şafei məzhəbində isə təkbir gətiriləndə əllər qaldırılır) imam səsli, camaat isə ürəyində ikinci təkbiri gətirir. Hamı səssizcə “salli-barik” duası oxuyur. Sonra əllər qaldırılmadan üçüncü təkbir gətirilir və canazə namazı duası oxuyurlar. Hz. Peyğəmbərin (s.ə.s) etdiyi dualardan seçilən aşağıdakı duanı etmək daha gözəldir.
Cənazə namazı duası
أللَّهُمَّ اغْفِرْ لِحَيِّنَا وَمَيِّتِنَا وَغاَئِبِنَا وَذَكَرِنَا وَأُنْثَانَا وَصَغيِرِنَا وَكَبيِرِنَا. أللَّهُمَّ مَنْ أَحْيَيْتَهُ مِنَّا فَأَحْيِهِ عَلَى الْإسْلَامِ وَمَنْ تَوَفَّيْتَهُ مِنَّا فَتَوَفَّهُ عَلَى الْإيِمَانِ وَخُصَّ (هَذِهِ) هَذَا الْمَيِّتَ بِالرَّوْحِ وَالرَّاحَةِ وَالْمَغْفِرَةِ وَالرِّضْوَانِ. أللَّهُمَّ إنْ كَانَ مُحْسِنًا فَزِدْ فِي إحْسَانِهِ وَإنْ كَانَ مُسِيئًا فَتَجَاوَزْ عَنْهُ وَلَقِّهِ الْأمْنَ وَالْبُشْرَى وَالْكَرَامَةَ وَالزُّلْفَى بِرَحْمَتِكَ يَا أرْحَمَ الرَّاحِمِينَ
Mənası: Allahım! Dirimizi, ölümüzü, burada olanımızı, olmayanımızı, kişimizi, qadınımızı, balacamızı, böyüyümüzü bağışla. Allahım! Yaşatdıqlarını İslam inancında yaşat, öldürəcəklərini imanlı olaraq öldür. Bu ölüyə də yüngüllük və rahatlıq ver, onu bağışla. Allahım! Bu şəxs yaxşı bir kimsə idisə sən onun yaxşılığını artır; əgər günahkarlardansırsa onu bağışla. Allahım! Ona rəhmətinlə rahatlıq, müjdə ver və dərgahına yaxınlıq nəsib et, ey mərhəmətlilərin ən mərhəmətlisi![3]
Əgər cənazə qadındırsa “və xussə”dən sonrakı əvəzliklər (zamirlər) qadın cinsində oxunur. “Həzihil meyyitə in kənət muhsinətən fəzid fi ihsənihə və in kənət musiətən fətcəvəz an səyyiətihə və ləqqihəl-əmnə…” kimi.
Bu duanı bilməyən “qunut” dualarını,”Rabbənə atinə…” ayəsini oxuya bilər. Belə də dua etmək olar; “Allahumməğfir li və ləhu vəlil mumininə vəl-muminət” (Allahım! Məni, bu ölünü və bütün möminləri bağışla.).
Ağıl xəstəsi və kiçik uşaqlar üçün istiğfar edilməz. Çünki onların günahı yoxdur. Onlar üçün, cənazə duasının “fə təvəffəhu aləl imən” dən sonrakı yerinə, bu dua əlavə edilir; “Allahummə-calhu lənə fəratən, Allahummə-calhu lənə əcran və züxran, Allahummə-calhu lənə şafiən muşəffəan” (mənası: Allahım! Sən onu bizim üçün əvvəldən göndərilmiş bir səvab vəsiləsi et. Allahım onu bizim üçün axirət sərmayəsi et. Allahım! Onu bizə axirətdə sözü keçən bir şəfaətci et.)
Bundan sonra əllər qaldırılmadan dördüncü təkbir gətirilir və heç nə oxunmadan sağa, sonra sola salam verilir. Beləcə namaz tamamlanır.
Bir neçə cənazə varsa hamısına ayrı-ayrı namaz qılınması daha yaxşıdır. İlk gətirilən cənazənin namazı birinci qılınır. Hamısı birlikdə gətirilmiş isə xalq nəzərində daha fəzilətli olanın namazı əvvəlcə qılınır. Hamısına birlikdə bir namaz qılmaq da kifayət edər. Bu təqdirdə cənazələr sıra ilə düzülür və imam bunlardan birinin sinəsi qarşısında duraraq namaz qıldırır. Yaxud cənazələr tək sıra halında qibləyə tərəf düzülərək uzunlamasına da qoyula bilər.
Sağ doğulub ölən uşağın adı qoyular, yuyulub kəfənlənər və namazı qılınar. Ölü doğan uşağın da adı qoyular, yuyulub bir bezlə sarılar və cənazə namazı qılınmadan dəfn edilər. Ölən hamilə qadının qarınındakı uşaq hərəkət etsə qadının qarını yarılaraq uşaq alınar.
Anasını və ya atasını qəsdən öldürənlərin, terroristlərin, qarşıdurma əsnasında öldürülən quldur və yolkəsənlərin cənazə namazları qılınmaz.
Şəri bir cəzanın tətbiq olunması nəticəsində ölənlərin cənazələri yuyular və namazları qılınar.
İrtidad edərək dindən çıxanın cənazə namazı qılınmaz və müsəlman qəbiristanlığına da basdırılmaz.
İntihar edənin namazı qılınar.
Cənazə namazı qılınma şəkli
Cənazə namazı qılmaq üçün qüsllü və dəstəmazlı olmaq şərtdir.
Nmaza durarkən imkan nisbətində ayaqqabılar çıxarılaraq canamaz, xalça, palaz üzərində durulur. Ancaq şərtlər əlverişsiz olduqda ayaqqabı ilə qılmaq olar, yetər ki, üzərində gözlə görülür nəcasət olmasın.
İmam olacaq şəxs biraz öndə dayanar. Camaat da arxa tərəfdə cərgə(lər) şəklində dayanar. Cərgələr arasında çox məsafə olması şərt deyildir, çünki cənazə namazında rükü və səcdə yoxdur.
Niyyət bu şəkildə edilir: Allah üçün namaza, Peyğəmbər üçün salavata və hazır olan cənazə üçün duaya. İmam isə “camaata imam olaraq” deyər. Camaat isə “uydum hazır olan imama” deyər.
Niyyət gətrildikdən sonra əllər normal namada olduğu kimi “Allahu əkbər” deyilərək qaldırılır və göbək altında bağlanılır. Subanəkə duası oxunur. Ancaq “Təalə caddukə” dedikdən sonra “Cəllə sənaukə” əlavə olaraq oxunur. Sonra əllər qaldırımadan ikinci təkbir alınır. Bu dəfə isə Allahumma salli və Allahumma barik duaları oxunur. Daha sonra Allahu əkbər deyərək əllər qaldırılmadan təkbir gətrilir. Bu təkbirdən sonra bilənlər yuxarıda qeyd olunan cənazə namazı duasını oxuyar, bilməyənlər Rəbbənə atinə, Rəbbənəğfirli dualarını, onu da bilməyən Allahummağfir ləhu deyər. Bunu da deyə bilməyən səssizcə gözləyər.
Ən son bir dəfə daha əllər qaldırılmadan təkbir gərilir və sağa-sola salam verilərək namazdan çıxılır. Salam verdikdən sonra ölü üçün dua edilir, daha sonra da halallıq istənilir.
Cənazə namazında neçə nəfər olmalıdır?
Cənazə namazında izdihamlı bir camaatın olması şərt deyildir. Yalnız bir kişinin və ya bir qadının bu namazı qılması ilə fərz yerinə yetirilmiş olar. Sadəcə qadınlardan ibarət camaat qılsa, bu da kifayət edər. Cənazədə fərzi-kifayəyə qadınlar da daxil olduğu üçün, onların da kişilər kimi camaata qatılma haqları var. Necə ki, Hz. Osman, İbn Ömər və Əbu Hüreyrənin Mədinədə cənazə namazlarını kişi və qadın camaatları ilə qıldıqları nəql edilmişdir.[4] Belə bir vəziyyətdə, arada bir boşluq buraxılaraq qadınların sağ və ya sol tərəfdə yer alması caizdir. Necə ki, Kəbeyi-Müəzzəmədə qılınan namazlarda, qadınlar ayrı qruplar halında, kişilərin önündə və yan tərəflərində, arada bir boşluq buraxılaraq camaatla namazlarını qılmaqdadırlar.
Cənazə namazında camaatın sayı nə qədər çox olarsa, savabı da çox olar. Hz. Aişə Rəsulullahın (s.ə.s) belə dediyini nəql etmişdir: “Bir cənazənin namazını yüz müsəlman qılaraq hamısı ona şəfaət diləyərsə, özlərinə o kimsə haqqında şəfaət izni verilər.”[5]
İbni Abbas (r.a) Rəsulullahın belə buyurduğunu bildirir: “Bir müsəlman öldüyü zaman, cənazəsində Allaha heç bir şeyi şərik qoşmayan qırx nəfər olarsa, Allah onlara həmin kəs haqqında şəfaət icazəsi verər.”[6]
Cənazə namazının vaxtı
Hənəfi və Şafei məzhəbinə görə cənazə nə vaxt hazır olarsa, namazı da o vaxt qılınır. Bəzi alimlərin fikrincə, kərahət (Namaz qılınması məkruh olan vaxtlar) vaxtlarında qılınması məkruhdur. Hazırlanmış cənazənin namazını gözlətmədən qılıb dəfn etmək daha uyğundur.
Bununla yanaşı, daha çox camaatın iştirak etməsinə, xüsusən, qohum-əqrəba, dost-tanış və qonum-qonşu kimi haqqı olan insanların xəbər tutub gəlməsinə şərait hazırlamaq üçün cənazə namazının vaxt namazlarından sonra qılınması ənənəyə çevrilmişdir.
Comments are closed, but trackbacks and pingbacks are open.