Press "Enter" to skip to content

Fiskal siyasәt

edir. Bu göstəricilərə ÜMM (ayrı-ayrı firmaların buraxılışı deyil); qiymətlərin orta

Fiskal siyasət

Fiskal siyasət (fiscal policy) – hökumətin büdcə xərcləri və vergi sistemi ilə bağlı elə tənzimləyici siyasətidir ki, bu, son nəticədə milli gəlirin və xərcləmələrin strukturuna və yenidənbölgüsünə təsir edir. Beynəlxalq praktikada vergi dərəcələrinin artırılması və ya büdcə xərclərinin kəskin azaldılması fiskal siyasəti gərginləşdirən amillər kimi nəzərdən keçirilir. Optimal fiskal siyasət vergi dərəcələrinin dəyişməsinin işgüzar aktivliyə, büdcə xərclərindəki dəyişikliklərin inflyasiya və faiz dərəcələrinə, büdcə kəsirinin isə makroiqtisadi tarazlığa təsirini nəzərə almaqla icra edilməlidir. Bəzi iqtisadi ədəbiyyatlarda büdcə-vergi siyasəti də adlandırılan fiskal siyasət iqtisadi tsikllərdən və monetar siyasətdən də asılıdır. Fiskal siyasətin diskret və avtomatik olmaqla iki növü fərqləndirilir ki, əsas fərq də onların stimullaşdırma funksiyalarının vəziyyəti ilə bağlıdır. Fiskal siyasət mərkəzi hökumətin büdcə mövqeyidir. Məcmu tələbi stimullaşdırmaq üçün vergiləri azaltmaq və ya dövlət xərclərini artırmaq “zəiflədilmiş fiskal siyasətə” istinad edir. Yüksək vergi dərəcələri və dövlət xərclərinin azaldılması fiskal siyasəti gərginləşdirir. Fiskal siyasətin iqtisadi idarəetmədə müvafiq çəkisi ilə bağlı əhəmiyyətli ziddiyyət fiskal siyasətlə əlaqəlidir. Fiskal siyasətdən qısa müddət ərzində iqtisadiyyatı tənzimləmək üçün istifadə olunur və onun yaxın məqsədi borc almağın münasib səviyyəsinin qorunmasının saxlanmasına və qızıl qayda, sabitlik və artım paktı qaydalarına istiqamətlənmişdir.

Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı

fiskal siyasәt

2. hökumətin makroiqtisadi vəziyyətə nəzarət etmək üçün həyata keçirdiyi siyasətdir. iqtisadi tənzimləyicilər bu siyasət vasitəsilə işsizlik faizini aşağı salmağı, inflyasiyanı nəzarətdə saxlamağı və.s planlayır. fiskal siyasət ingilis iqtisadçı john maynard keynes in adıyla bağlıdır. durğunluq zamanı fiskal siyasəti həyata keçirmək iqtisadiyyatı canlandıra bilər, məsələn vergi faizlərini aşağı endirmək. əgər insanlar az vergi ödəsələr daha çox pul xərcləyəcəkləri aşkardır. bu da öz növbəsində iqtisadi dirçəlişə səbəb olur. başqa bir yol isə hökümətin öz xərclərini artırmasıdır. məsələn əgər dövlət yol çəkməyə qərar versə avtomatik olaraq yeni iş yerləri yaranır və bunun sayəsində işsizlik faizi azalır.

15.05.2015 16:09,

3. Sabitlik, iqtisadi artım və ədalətli gəlir bölgüsü kimi müəyyən iqtisadi məqsədlərə çatmaq üçün iqtisadi nəzəriyyələrin təklif etdiyi siyasət vasitələrindən istifadə fiskal iqtisadi siyasət adlanır. Bu məqsədlər bəzən işsizlik nisbətini azaltmaq və ya büdcə kəsrini bağlamaq kimi daha konkret ola bilər. Hər hansı məqsədə çatmaq üçün maliyyə, pul və gəlir siyasəti kimi vasitələrdən istifadə olunur. Bu siyasətlər bir-birindən asılı deyil. Bu siyasətlərdən biri ilə istənilən iqtisadi məqsədə çatmaq olar. Burada siyasi iqtidar hansı siyasətin həyata keçiriləcəyi ilə bağlı qərar verir və bəzi yöntəmlərə baş vurur. Bəzi siyasətlər birbaşa təsirli ola bilir, digərlərində isə təsir dolayı yolla öz töhvəsini verə bilir.

iqtisadi siyasət vasitəsi olan maliyyə siyasəti yəni fiskal siyasət müəyyən iqtisadi və sosial məqsədlərə çatmaq üçün dövlətin müdaxiləsi və dövlət xərcləri, vergi və borc alətlərindən istifadə etməklə iqtisadi sabitliyin qorunub saxlanılmasını təmin edir. Fiskal siyasət təkcə makroiqtisadi dəyişənlərə deyil, həm də özəl sektor daxil olmaqla bütün iqtisadi quruluşun fərqli seqmentlərinə təsir edir.

iqtisadiyyatda dövri bir dalğalanma vəziyyətində dövlətin bəzi vasitələrdən istifadə edərək iqtisadiyyatda baş verən dalğalanmaları minimuma endirmək fiskal siyasətdir. Müəyyən dövrü əhatə edən dalğalanma bir iqtisadiyyatda tənəzzülün və ya inflyasiya hadisələrinin meydana gəlməsini ifadə edir. Fiskal siyasət alətləri ümumiyyətlə dövlət xərcləri, transfer xərcləri, vergilər və büdcə xərcləri kimi vasitələrdir. Məsələn, bir iqtisadiyyatda tənəzzül, yəni iqtisadi fəaliyyətin yavaşlaması meydana gəldikdə, iqtisadi fəaliyyətlər sürətləndirilməlidir. Bu halda hökumətlər ya xərclərini artıracaq, ya da vergi dərəcələrini – vergi yükünü azaldacaq. Bu addımlara genişləndirici fiskal siyasət deyilir və bu siyasətlər hətta büdcənin böyüməsinə belə kömək edə bilir.

Klassik iqtisadi anlayışda dövlətin əsas vəzifəsinin faydaları bölünə bilməyən, heç kimin istehlakdan kənarlaşdırıla bilməyəcəyi və heç kimin qiymət təyi edə bilməyəcəyi tam ictimai mal və xidmətlər istehsal etmək olduğu ifadə edilir. Ancaq 1929-cu ildə ortaya çıxan iqtisadi Depressiyadan sonra dövlətin iqtisadiyyatda fəal rol oynaması, iqtisadiyyata müdaxilə etməsi və fiskal siyasət həyata keçirməsi anlayışı ön plana çıxdı.

Digər tərəfdən, bugünümüzə geri dönsək 2000-ci illərdən bəri qlobal bazarlarda likvidlik bolluğunun artması əksər ölkələri və bölgələri likvidlik tələsinə saldı. Likvidlik tələsi, pul köçürmə mexanizminin işləmədiyi vəziyyətə, yəni pul siyasətinin disfunksiyaya çevrilməsinə deyilir. Və bütün bu baş verənlərə müvafiq olaraq fiskal siyasətin populyarlığı daha da artdı.

2007-ci ildə ortaya çıxan və 2008-ci ilin sonuna yaxın ən yüksək həddinə çatan, ABŞ-dan qaynaqlanan qlobal iqtisadi böhran dövründə maliyyə siyasəti təcrübələri ənənəvi strukturundan uzaqlaşaraq bir qədər dəyişdi. Bu böhranın əsasını maliyyə bazarlarının həddindən artıq genişlənməsi, maliyyə aktivlərinin həddən artıq qiymətləndirilməsi və maliyyə bazarlarının real iqtisadiyyatdan uzaqlaşması təşkil edirdi. Keynesin “məşğulluğun, pulun və faizin ümumi nəzəriyyəsi” kitabında maliyyə bazarları kazinolara bənzədilir və həddindən artıq böyüməmələri lazım olduğu ifadə edilir. Liberalizasiyanın dərinləşməsi və sərbəst bazar iqtisadiyyatının uzunmüddətli tətbiqi səbəbindən bu sistemli böhran şəraitində ölkələr fiskal siyasəti həyata keçirərkən daha çox firmanı xilas etmək üçün addımlar atdılar. Məsələn, dövlət birbaşa bu qurumlara pul köçürür və ya bu qurumları alır. Bu addımların məqsədi bazar iqtisadiyyatının uğursuz nöqtələrinə birbaşa müdaxilə etməklə uzunmüddətli perspektivdə bazar iqtisadiyyatını yenidən işə salmaq kimi izah edilə bilər.

1 Makroiqtisadiyyatın predmeti. Makroiqtisadi siyasət və makroiqtisadi modellər

də dayanıqlı iqtisadi artım həmin dövrü dəyişmələrin idarə edilməsini tələb edir.

Resursların tam məşğulluğunu və inflyasiya olmayan iqtisadi artımın təmini

məqsədilə iqtisadi dövrün idarə edilməsi makroiqtisadi siyasət, yəni büdcə-vergi

(və ya fiskal)pul-kredit (və ya monetar) alətlərinin köməyi ilə həyata keçirilir.

Budcə-vergi siyasəti (o cümlədən xarici ticarət) əsasən hökümət, pul-kredit

siyasəti isə Mərkəzi Bank tərəfındən həyata keçirilir. Fiskal və monetar siyasətin

qısamüddətli və uzunmüddətli məqsədləri, alternativ alətlərin seçilməsi və alternativ

strategiyaların işlənilməsi makroiqtisadi nəzəriyyənin bilavasitə tədqiqat obyektidir.

Dövlətin fiskal və pul-kredit siyasətini təyin edən (məsələn, investisiyanın

dinamikası, dövlət büdcəsi və tədiyyə balansının vəziyyəti; əmək haqqı, qiymət,

valyuta kursunun səviyyəsi və i.a.) əhəmiyyətli iqtisadi amillərə diqqəti

cəmləşdirməklə, makroiqtisadiyyat ayrı-ayrı iqtisadi agentlərin (ev təsərrüfatları və

firmalar) davranışını arxa planda qoyur. Makroiqtisadi təhlil ayrı-ayrı bazarların

fərqlərindən təcrid olunmaqla, bütövlükdə iqtisadiyyatın əmtəə, əmək və pul bazarları

ilə qarşılıqlı əlaqədə fəaliyyətinin başlıca anlarının aşkar edilməsini nəzərdə tutur.

Deməli, söhbət fiskal və monetar siyasət tədbirlərinin köməyi ilə qısamüddətli və

uzunmüddətli ümumi makroiqtisadi müvazinətliyin qoyulması və saxlanılması

Qeyd etməliyik ki, mikro və makroiqtisadi proseslər bir-birilə sıx qarşılıqlı

əlaqəlidirlər. Mikroiqtisadiyyatdan fərqli olaraq makroiqtisadiyyat vahid tam

iqtısadiyyatın fəaliyyətini xarakterizə edən aqreqatlaşdırılmış kəmiyyətlərdən istifadə

edir. Bu göstəricilərə ÜMM (ayrı-ayrı firmaların buraxılışı deyil); qiymətlərin orta

səviyyəsi (konkret əmtəələrə qiymətlər deyil); bazar faiz norması (ayrı-ayrı bankların

faiz norması əvəzinə); inflyasiya, məşğulluq, işsizlik səviyyələri və s. aid olunur.

Əsas makroiqtisadi göstəricilərə real ÜMM artım tempi, inflyasiya tempi və işsizliyin

İqtisadçılar iqtisadiyyat haqqında təsəvvür yaratmaq məqsədilə sadələşdirilmiş

nəzəriyyədən istifadə edərək, modellər yaratmağa səy göstərirlər. Həmin modellərdə

müxtəlif iqtisadi dəyişənlər arasında nisbətlər müəyyən olunur. Əksər hallarda onlar

riyazi formada yaradılır.

Modellərin tətbiqi ona görə məqsədəuyğundur ki, onlar iqtisadi hadisələrin

öyrənilməsində əhəmiyyətli olmayan hissələrdən uzaqlaşmağa və prinsipial iqtisadi

əlaqələri aşkar etməyə imkan yaradır. Modellərdə iki növ iqtisadi dəyişənlərdən

istifadə olunur: daxili (endogen) və xarici (ekzogen). Ekzogen dəyişənlər başlanğıc

informasiya olub, kənardan daxil edilir; endogen dəyişənlər isə modelin “daxilində”

formalaşır, onlar həmin modelin həllinin nəticəsidir. Başqa sözlə, ekzogen

dəyişənlərin kəmiyyəti model qurulanadək verilir, endogen dəyişənlərin kəmiyyəti isə

model üzrə hesablamaların gedişi ərzində müəyyən edilir.

Xarici (ekzogen) dəyişənlər kimi əksər hallarda hökümətin fiskal siyasətinin və

Mərkəzi Bankın monetar siyasətinin əsas alətləri olan dövlət xərclərinin, vergilərin və

pul kütləsinin kəmiyyətlərinin dəyişiklikləri çıxış edir.

Modellərin köməyilə iqtisadi problemlərin çox variantlı həlli təmin edilməklə

makroiqtisadi siyasətin lazımi alternativliyi və çevikliyi əldə olunur. Makroiqtisadi

modellərdən istifadə büdcə-vergi, pul-kredit, valyuta və xarici ticarət siyasəti

alətlərinin uzlaşdırılmasını optimallaşdırmağa, hökümət və Mərkəzi Bankm

iqtisadiyyatda dövrü dəyişmələrin idarə edilməsi tədbirlərini səmərəli

əlaqələndirməyə imkan yaradır. Bu baxımdan ən perspektivli modellər iqtisadi

agentlərin inflyasiya gözləmələrinin dinamikasını nəzərə alanlardır.

Dairəvi axın, AD-AS, Fillips, Laffer əyriləri, Solou modeli və i.a.

ümumiləşdirilmiş makroiqtisadi modellər iqtisadi təhlilin ümumi alətləri olub, heç bir

milli xüsusiyyətlərə malik deyildirlər. Xüsusiyyətlər yalnız empirik əmsalların

kəmiyyəti və müxtəlif ölkələrin iqtisadi dəyişənləri arasında funksional asılılıqlarında

konkret formalarda ola bilər. Modellər kifayət dərəcədə reallığı əks etdirməli, çox

mürəkkəb olmamalıdır. Lakin modellərin həddindən artıq sadələşdirilməsi təhlildən

əhəmiyyətli amillərin çıxarılması və nəticələrin düzgün olmamasına səbəb ola bilər.

Ona görə də istənilən modelin qurulmasının ən mürəkkəb anı, konkret problemin

makroiqtisadi təhlilində əhəmiyyətli olan amillərin müəyyən edilməsidir.

Dairəvi axınlar modeli. Makroiqtisadi müvazinətliyin ümumi şərtləri.

Makroiqtisadi təhlilin əsasını sadə dairəvi axın modeli (və ya ÜMM, gə lirlər

və xərclərin dövr etmə modeli) təşkil edir. Özünün ən sadə formasında bu modelə iki

iqtisadi agent – ev təsərrüfatları və firmalar daxildir. O, iqtisadiyyata dövlətin

müdaxiləsini, eləcə də xarici dünya ilə heç bir əlaqəni nəzərə almır. Bunu şəkil 1.1-

dən daha aydın görmək olar. Sxemdən görünür ki, iqtisadiyyat qapalı sistem olub,

orada bir iqtisadi agentin gəlirləri digərinin xərclərini təşkil edir.

Şəkil 1.1. Sadə dairəvı axınlar modeli

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.