Press "Enter" to skip to content

ABŞ-dan Hollandiyaya necə zəng etmək olar

Hollandiya pendiri ilə də məşhurdur. Ümumiyyətlə, bu ölkədə kənd təsərrüfatı geniş inkişaf edib. Ancaq ölkə əhalisinin yalnız 18 faizi kənd təsərrüfatı ilə məşğuldur. Baxmayaraq ki, torpaqların icarə haqqı çox ucuzdur – ildə 80 avro. Bununla belə, ölkə əhalisi kənd təsərrüfatı məhsulları ilə tam təmin olunur.

Hollandiyadan necə zəng edə bilərəm?

Hollandiya – bu ölkəni görməyən azərbaycanlılar üçün təsəvvürlər ölkəsidir: Cinsi azlıqların evləndiyi, narkomaniyanın və fahişəliyin leqallaşdırıldığı, kazino və barların bol olduğu bir yer. Bir sözlə, anarxiya. Kim harada nə istəyir edir, amma nədənsə, ölkə bu qədər çirkabın içərisində məhv olmur, Avropanın ən yaşamalı ölkələrindən birinə çevrilir. Səbəb? Bu səbəbi bilmək, daha dəqiq desək, Hollandiyanın əslində təsəvvürlərdəkindən fərqli ölkə olduğunu görmək üçün heç olmasa orda bir dəfə olmaq lazımdır.

Təyyarədən görünən tablo

Yəqin ki, səyahət edən hər kəs gedəcəyi ölkəni təyyarədən seyr etməyi sevir. Axı ilk təəssürat daha qüvvətli olur. Hollandiya haqqında təsəvvürlərim heç də başqalarından fərqlənmirdi. Bir də ümumi məlumatlarım vardı. Bilirdim ki, Niderland Krallığı Qərbi Avropa dövlətidir, Şimal dənizinin sahilində yerləşir, Almaniya və Belçika ilə həmsərhəddir. Paytaxtı Amsterdam, hökumətin iqamətgahı Haaqa şəhəridir.

Niderland xüsusi statusa malik olan Aruba adası və Niderland Antil adaları ilə birlikdə Niderland Krallığını təşkil edir. Bu ərazilər arasındakı münasibətlər 1954-cü ildə qəbul edilmiş “Niderland Krallığının Statusu” adlı sənədlə tənzimlənir.

Təyyarədən görünən bu ölkə sanki bir sənət əsəri idi. Elə bil hansısa tabloda rəssamın əl işinə baxırsan. Ölkə başdan-başa yaşıllıqlarla əhatələnmiş xətlərdən ibarətdir. Sanki hansı ağacın harda bitəcəyini belə əvvəlcədən planlaşdırıblar. Bir sözlə, bu tablo işlənərkən xətkeşdən geniş istifadə olunub.

Tarixi məkanlar diyarı

Amsterdam kiçik tarixi evləri, rahat yaşam tərzi, çoxmədəniyyətli və hərəkətli gecə həyatı olan bir şəhərdir. Bu ölkədə 178 ölkədən gəlmiş adamlar yaşayır. Əsasən Polşa, Bolqarıstan, Rumınya kimi AB ölkələrindən bura işləməyə gələnlər var.

Şəhərdəki bütün binalar xırda, nazik kərpiclə tikilib. Kərpiclər o qədər sıx və səliqəlidir ki, adam bu evləri tikən ustaların səbrinə məəttəl qalır. Eyni sözü yollar haqqında da demək olar. Yalnız şosse yollar beton döşəmədən ibarətdir. Şəhərin bütün küçələri isə xırda daşlarla, kərpiclərlə döşənib. Bu küçələr daha çox bizim evlərdəki parket fiqurlara bənzəyir. Qırlanmış bir küçəyə belə rast gəlməzsən. Hollandlar bunu ekologiyayla əlaqələndirirlər. Torpaq nəfəs alsın deyə onu qırlamırlar, üzərinə daş düzürlər.

Amsterdamda evlər belə bir-birinə uyğunlaşdırılıb, bir-birinin ahəngini qoruyur. Şəhərin mərkəzində Avropada məşhur olan “Coster Diamond” muzeyi var. Bu muzeydə dünyanın ən bahalı brilliantları satılır. Muzeyi gəzmək üçün gərək bank hesabında ən azı 2 min avro vəsaitin olsun. Halbuki bu muzeydə o qiymətə heç nə yoxdur. Məlumatlara görə, Azərbaycan hakimiyyətinin elitasının da bu muzeydə hissələri var.

Bir-birinə dolaşan kanallar

Venesiya dünyanın kanal şəhəri kimi tanınsa da, ən çox su kanalı olan şəhər Amsterdamdır. Şəhəri hörümçək toru kimi bürüyən 165 kanal var. Bir-birinə bağlanan kanallar vasitəsilə şəhərin hər tərəfinə getmək mümkündür. Adalararası gəmilər isə pulsuzdur.

Bünövrəsi suyun icində və ya yaxınlığında olan 2500-dək ev var. Amma evlər elə tikilib ki, heç birində rütubət yoxdur. Kanalların üzərindəki körpülərin dəmirlərinə bağlanmış qıfıllar da diqqəti cəlb edir. Hər birinin də üzərində ürək şəkli, adlar, yaxud da həriflər. Bu da insanların inancı ilə bağlıdır. Adları yazılmış qıfılları burdan asan insanlara elə gəlir ki, onlar tezliklər sevdiklərinə qovuşacaqlar.

İnsandan çox velosiped var

Amsterdam küçələrində avtomobillərə də az rast gəlinir. Sosial durumuna görə Avropanın ən yaxşı ölkələrindən hesab olunan Hollandiyada ümumiyyətlə, Azərbaycanda gördüyümüz iri, bahalı maşınlar yoxdur. Varsa belə, bu, diqqət çəkməyəcək qədərdir. Şəhərdə daha çox velosipedlərdən istifadə olunur. Elə Amsterdamın özəlliklərindən biri də budur. Bu şəhərədə velosipedlərin sayı insanların sayından şoxdur. Amsterdamda 810 min civarında adam yaşayır, ancaq velosipedlərin sayı 1 milyonu keçib. Velosiped sürmək üçün xüsusi yollar var.

Şəhərin müxtəlif yerlərində velosiped dayanacaqlarına rast gəlinir. Ən böyük dayanacaq “Amsterdam central”dadır ki, burada 10 minə yaxın velosiped dayanır. Velosiped sahiblərinin öz əmlakını buradan necə tapa bildiyi hər bir turisti təəccübləndirir. Çünki dayanacaqda heç bir nömrə-filan yoxdur, bütün velosipedlər də bir-birinə bənzəyir.

Bələdiyyə hər gün yanlış yerə bağlanmış velosipedləri toplayır, səhərisi gün isə həmin yerlərə təkrar velosiped bağlandığının şahidi olursan.

Yaşından, cinsindən asılı olmayaraq hər kəs velosiped sürür. Arxasına uşaq oturacağı bağlanmış velosipedlər də çoxdur. Hətta velosiped sürən hamilə qadınlara da rast gəlinir.

Hər kəs bərabərhüquqludur

Hollandların məşhur sözü var: “Allah hollandları, hollandlar isə Hollandiyanı yaradıb”. Doğrudan da, belədir. Hollandiya sırf sosial ölkədir və burda hər kəsin haqqı tanınır. Ən öndə qadınların, itlərin və uşaqların hüququ qorunur. Qadına sillə vuran holland cəza alacağını yaxşı bilir.

Gömrükdə kasıb ölkələrdən gələn vətəndaşlar daha çox yoxlanılır. Çünki ölkəyə saxta mal gətirilə biləcəyindən ehtiyatlanırlar. Bundan başqa, kasıb ölkələrdə yaşayan qadınlarla evlənən kişilər üçün də sənədləşmə işi çətinləşdirilib. Çünki çox halda bu qadınlar ölkə vətəndaşlığı aldıqdan sonra kişinin mal varlığına sahiblənirlər. Ümumiyyətlə, kişilərin azyaşlı alması qadağandır. Evlənənlər arasında ən çoxu 20-25 yaş fərq ola bilər. Bu qadağalar da məhz kasıb ölkələrə gedib evlənənləri sığortalamaq üçün nəzərdə tutulub.

Amsterdamda dilənçiyə rast gəlinmir. Hökumət imkansız adamları xüsusi yerlərdə yedizdirib, saxlayır. İşsizlərin aldığı aylıq müavinət isə istehlak səbətini ödəyir. Buna görə də işsizlik problemi yaşayanların vəziyyəti o qədər də çətin deyil.

Ümumilikdə hollandiyalılar vaxtlarını doğru bölə bilirlər. Axşam saat 7-8 arası bütün mağazalar qapanır. Baxmayaraq ki, günün o saatında əhalinin çox hissəsi işdən çıxır və hava işıqlı olur. İnsanların istirahət haqqı tanındığından belə edilir. Yəni, hər kəs gündüz çalışıb, gecə əylənmək haqqına sahibdir.

Marixuanalı şokoladlar

Hollanlar qəhvə içmək üzrə dünyada ön yerlərdən birini tuturlar. Statistikaya görə, bir amsterdamlı gündə 3-4 bardaq, ildə 140 litr qəhvə içir. Kafeinə çox meyllidirlər.

Bu ölkədə narkotik maddə açıq satışdadır. Elə turistləri ölkəyə cəlb edən əsas xüsusiyyət də narkotika və fahişəliyin leqal olmasıdır. Mağazalarda təkcə marixuannın özü deyil, ondan hazırlanmış şokoladlara, konfetlər də satılır. Suvenirlərin böyük əksəriyyətinin üzərində marixuana rəsmi var. Üzərinə “cafe shop” yazılan yerlərdə ondan açıq istifadə olunur.

Ən qəribəsi də odur ki, narkotikanın açıq satışı kriminal hadisələrin sayına təsir etməyib. Ölkədə kokainin də leqallaşması istiqamətində müzakirələr gedir. Parlamentarilər hesab edir ki, kokainin leqallaşması ondan istifadə edənlərin sayını dəqiqləşdirməyə kömək edəcək və iynə üçün müraciət edən şəxslərin reabilitasiyasına səbəb olacaq.

Məşhur “qırmızı fanarlar”

Hollandiya adı gələndə daha çox cinsi azlıqları düşünən oxucuların nəzərinə çatdırım ki, onlar heç də küçədə dayanıb açıq-saçıqlıq etmirlər. Gündüzlər çalışıb, gecələr əylənən amsterdamlılar arasında geylər də var. Onların xüsusi kafeləri, barları mövcuddur və hər birinin də qarşısından bayraqları asılıb.

Fahişəliyin leqal olduğu bir çox ölkədə “qırmızı fanarlar” küçəsi var. Amma nədənsə Hollandiya bu baxımdan daha çox məşhurdur. Amsterdama gedib, həmin küçədə olmayan çox az turistə rast gəlmək olar. Bu küçə şəhərin mərkəzində yerləşir və əsasən gecələr daha qaynar həyat yaşayır.

İkinci Dünya Müharibəsinin məhv etdiyi ölkələrdən biri də Hollandiya olub və müharibə holland kişilərin sayını sürətlə azaldıb. Nəsil artırmaq üçün çıxış yolu axtaran kraliça fahişəliyin leqallaşmasına imkan yaradıb. Bundan sonra evində kişisi olmayan qadınların pəncərəsində qırmızı işıq yanıb.

Ənənə bu günə kimi davam edir. Ancaq nəsil artırmaq üçün deyil. Əsasən hava qaraldıqdan sonra küçədəki pəncərələrdə qırmızı işıqlar yanır. Şüşəli pəncərələrə söykənmiş çılpaq qadınlar öz bədənlərini satışa çıxarırlar. Onlarla maraqlanan kişilər qapıya yaxınlaşır, qiymətləşir. Qiymətlər də qadınların görünüşünə, yaşına görə dəyişir. Ortalama qiymət 50 avrodur.

İçəri tərəfdən qapıya söykənmiş qadınlar arasında müxtəlif irqə, millətə , çəkiyə, görünüşə məxsus olanlar var.

Bu küçədə striptiz göstərilən barlar, porno-teatrlar da fəaliyyət göstərir. Eyni zamanda “sexyshop”lar da çoxdur.

Müftə pendir yemək istəyirsizsə.

Hollandiya pendiri ilə də məşhurdur. Ümumiyyətlə, bu ölkədə kənd təsərrüfatı geniş inkişaf edib. Ancaq ölkə əhalisinin yalnız 18 faizi kənd təsərrüfatı ilə məşğuldur. Baxmayaraq ki, torpaqların icarə haqqı çox ucuzdur – ildə 80 avro. Bununla belə, ölkə əhalisi kənd təsərrüfatı məhsulları ilə tam təmin olunur.

Amsterdamın mərkəzi küçələrində pendir mağazaları var. Bu mağazalarda çoxçeşidli pendirlər var; tərxunlu, kişniş toxumlu, qoyun, keçi, inək pendiri və s. Hər pendir növünün yanında da boşqaba doğranmış pendirlər qoyulur. İstənilən şəxs girib onların dadına baxa bilər. Pendirlərin çeşidi o qədər çoxdur ki, adam mağazadan doyub çıxır.

İnzibati şəhər – Haaqada

Ölkənin digər iri şəhəri Rotterdam isə daha çox Nyu-Yorka bənzəyir. Şəhərin vağzalı yeni qurulub və Avropada ən böyük vağzallardan biri hesab olunur. Vağzalın düz yaxınlığında Nyu-Yorkda partladılmış göydələnlərin şərəfinə eynilə həmin göydələnlərdən ucaldılıb. Amsterdamdan fərqli olaraq, Rotterdam başdan-başa göydələnlərlə əhatə olunub.

Şəhərlərarası sürət qatarları ikimərtəbəli, olduqca rahat və səliqəlidir. Qatarların hamısında “WIFI” var. Sürət qatarı ilə 70 km-lik yolu 20-25 dəqiqəyə getmək mümkündür. Yolboyu kiçik göllər, kəndlər var. Hər tərəf o qədər səliqəlidir ki, küçələrdə, arxların kənarında bir kağız parçasına belə rast gəlinmir. Yalnız Amsterdama turistlər çox gəldiyindən kücədə siqaret kötüklərini görmək olur. Bu təmizliyin bir səbəbi də gecələr küçələrin şampunla yuyulmasıdır. Yerə saqqız atılmaması üçün zibil qablarının üzərində buna dair yazı lövhələri də var.

Haaqa isə sülh və hüquq şəhəri kimi tanınır və hökumət bu şəhərdə yerləşir. Şəhərdə qədim binalarla yanaşı yeni binalar da var. Tramvaylar binaların altından keçir. Ancaq o qədər səssiz hərəkət edirlər ki, nə sakinlər narahat olur, nə də bina silkələnir.

Şəhərdə atlarda dolaşan polislər arasında qızlar da var.

Ölkəni idarə edən baş nazirin kabineti ilə parlament bir əsrdən çox yaşı olan binada yerləşir. Binaları əhatə edən ümumi ərazidə insanların oturub dincəlməsi üçün skamyalar qoyulub, fantan quraşdırılıb. Ölkənin baş naziri də işə velosipedlə gəlir və bəzən də dayanıb insanlarla söhbət edir, dondurma alır. Bir sözlə, sadə xalqla yaxından təmasda olduğundan onların problemlərini də yaxşı bilir.

Bütün bunları görəndən sonra istər-istəməz öz ölkəni, ölkəni idarə edən qurumlar və qanunlar haqqında düşünürsən. Və bir daha əmin olursan, qanunların işlədiyi, hakimiyyətin xalqla təmasda olduğu ölkələri nə narkomaniya, nə də fahişəlik dağıda bilər. Elə əsl demokratiya da budur.

Aynur Elgünəş

ABŞ-dan Hollandiyaya necə zəng etmək olar

Hollandiya Avropanın şimal-qərbində, Karib hövzəsində adalara sahib olan kiçik bir ölkədir. Birləşmiş Ştatlara dostdur və çoxlu hollandlar amerikalılara baş çəkir və onlarla iş görürlər. Amerika sakinləri Hollandiyadakı dostları və ya həmkarları ilə uzaq məsafədə olmasına baxmayaraq, beynəlxalq telefon zəngi etməklə saniyələr ərzində əlaqə saxlaya bilərlər. Düzgün zəng etmək üçün düzgün məlumat lazımdır. Sizə sahib olduqdan sonra zəng etmək asandır.

addım

Metod 1/3: Hollandiyaya zəng edin

  • Bu zəngləri edə biləcəyinizi öyrənmək üçün telefon şirkətinizlə əlaqə saxlayın. Bəzi şirkətlər normal ödənişlərinizə əlavə olaraq beynəlxalq dəqiqələr üçün qeydiyyatdan keçmənizi tələb edir. Digər sistemlər beynəlxalq zəngləri xidmətinizin bir hissəsinə çevirir, lakin hər zəng üçün əlavə xərc tələb olunur. Dəqiqə.
  • Hollandiya Mərkəzi Avropa Saat Zonasındadır, Qrinviç Saatından bir saat əvvəl (GMT +1: 00). ABŞ-ın Şərq Saat Zonası GMT -5: 00-dır, buna görə də Hollandiyadan 6 saat geri qalır. Nyu-Yorkda saat 12.00-da, buna görə də. 18.00 Amsterdamda.
  • ABŞ-a qərbə doğru hərəkət edərkən, saatlar əlavə edin. Amsterdamda 18:00 Mərkəzi Saat Zonasında 11:00 (GMT -6: 00), Dağ Saat Zonasında 10:00 (GMT -7: 00), Sakit Okean Saat Zonasında 9:00 (GMT -) 8:00), Alyaskada 8:00 (GMT -9:00) və Havayda 7:00 (GMT -10:00).
  • Birləşmiş Ştatlardan istənilən beynəlxalq zəng üçün 011 nömrəsinə zəng etməklə başlayın. Ölkə kodu daha konkretdir və hara zəng etmək istədiyinizdən asılıdır.

Metod 2/3: Hollandiya Antillərinə zəng edin

  1. Necə hesablandığınızı öyrənin. Əksər telefon şirkətləri Hollandiya Antillərinin ən böyük adaları olan Kurakao və Sint Martenə (Sent-Martin) zənglər də daxil olmaqla beynəlxalq zənglər üçün əlavə ödəniş tələb edirlər. Zəng etməzdən əvvəl biznesinizin Hollandiya Antillərinə zəng edib-etmədiyini öyrənin və bu qiymətlər qanun layihəsinizdə görünəndə təəccüblənməyin.
    • Bu zəngləri edə biləcəyinizi öyrənmək üçün telefon şirkətinizlə əlaqə saxlayın. Bəzi şirkətlər normal ödənişlərinizə əlavə olaraq beynəlxalq dəqiqələr üçün qeydiyyatdan keçmənizi tələb edir. Digər sistemlər beynəlxalq zəngləri xidmətinizin bir hissəsinə çevirir, lakin hər bir zəng üçün əlavə xərc tələb olunur. Dəqiqə.
  2. Vaxt fərqini yoxlayın. Hollandiya Antilləri GMT -5: 00, ABŞ-ın şərq saat qurşağı ilə eynidir. Saat 12.00-da New York City, o da buna görə də. 12.00 Curacao adasındakı Willemstadda.
    • ABŞ-a qərbə doğru hərəkət edərkən bir saat əlavə edin. Kl. Willemstadda 12.00 mərkəzi vaxt qurşağında 11.00 (GMT -6: 00), dağ saat qurşağında 10.00 (GMT -7: 00), Sakit Okean vaxt zonasında 9.00 (GMT -8: 00), 8 : Alyaskada 00 (GMT -9: 00) və Havayda səhər 7: 00 (GMT -10: 00).
  3. 011 599 nömrəsinə zəng edin. İlk üç rəqəm ABŞ-ın mənşə ölkə kodu, son üç rəqəm isə Hollandiya Antillərinin xüsusi ölkə kodudur. Bu, telefonunuza beynəlxalq zəng etdiyiniz və hansı yerə çatmağa çalışdığınız barədə məlumat verir.
  4. Telefon nömrəsinə zəng edin. Hollandiyadan olan bir Antil adaları nömrəsinin 9 rəqəmi var. Faktiki telefon nömrəsi 6 və ya 7 rəqəmdən ibarət olacaq və qarşısında 2-3 rəqəmli sahə kodu olacaq.

Metod 3/3: Başqa yollarla zəng edin

  1. Beynəlxalq danışıq kartından istifadə edin. Əgər beynəlxalq rüsumun telefon fakturanızda görünməsini istəmirsinizsə, əvvəlcədən ödənilmiş danışıq kartından istifadə etməyi düşünün. Bu lazımlı kartlar sizə zəng etməzdən əvvəl telefon haqqını ödəməyə imkan verir.
    • Baqqal mağazasında kart alın. Kartın həqiqətən Hollandiyaya edilən zəngləri əhatə etdiyinə əmin olun. Kartı almazdan əvvəl gizli ödənişlərə və ya istifadə məhdudiyyətlərinə diqqət yetirin. Aldığınız əlavə ödənişlərə təəccüblənmək istəmirsiniz.
    • Kart giriş nömrəsini daxil edin. Bu, çox güman ki, sizi zəng edən şirkətlə birləşdirən 800 nömrədir.
    • Kartın PİN kodunu daxil edin. Bu, kartınızı aktivləşdirir və dəqiqələrinizdə saatı işə salır.
    • Əlaqə saxlamaq istədiyiniz nömrəyə zəng edin. Yerli əraziyə zəng etməzdən əvvəl çıxış kodunu (011) və müvafiq ölkə kodunu və kartsız zəng edirmiş kimi nömrəni daxil edin.
    • Söhbətinizin kəsilməməsi üçün kartın sizə neçə dəqiqə verdiyini mütləq qeyd edin.
  2. Telefon nömrəsinə zəng etmək üçün Skype-dan istifadə edin. İnternet zəng xidməti Skype sizə Hollandiya telefon nömrələrinə zəng etməyə imkan verir. Zəng etdiyiniz ölkəni seçmək üçün açılan menyudan istifadə edin və ya birbaşa ölkə kodunu daxil edin (31 və ya 599).
    • Ölkə kodunu birbaşa daxil etmək üçün “+” işarəsinin görünməsi üçün “0” düyməsini 2 saniyə basıb saxlayın. Ölkə kodunu daxil etmək üçün “+” işarəsindən istifadə etməlisiniz.
    • Skype istifadə edərək beynəlxalq zənglər pula başa gəlir, ona görə də zəng etmək üçün kifayət qədər kreditiniz olduğundan əmin olun. Əgər yoxsa, daha çox alın.
  3. Skype-dan Skype bağlantısı yaradın. İstənilən ölkədə olduğu kimi Skype vasitəsilə kiməsə birbaşa zəng etmək pulsuzdur. Doğru əlaqə məlumatınız olduğundan və zəng edənin sizi gözlədiyindən əmin olun.
  4. Google+ istifadə edərək zəng edin. Görüş açın və axtarış düyməsini klikləyin. Axtarış sahəsinə telefon nömrəsini daxil etməyə imkan verən sağ tərəfdəki telefon simgesini basın. Axtarış qutusunun sol tərəfində axtarış qutusunun sol tərəfində ölkə bayrağı işarəsi olmalıdır. Bunun üzərinə klikləyin və zəng etmək üçün Hollandiyanı axtarın. Zəng etmək istədiyiniz telefon nömrəsini daxil edin və Zəng düyməsini basın.
    • Google+ istifadə edən beynəlxalq zənglər hər zəng üçün kiçik qiymət alır. Dəqiqə. Hollandiya üçün stasionar telefona zəng 0,01 dollar, cib telefonu 0,04 dollar, peycer isə 2,29 dollardır. Hollandiya Antil adalarına edilən zənglər hər zəng üçün 0,14 dollara başa gəlir. Həm quru, həm də mobil xətlər üçün dəqiqə.
  5. Zəng etmək üçün Viber istifadə edin. Siz həmçinin Viber proqramından istifadə edərək ona sahib olan digər şəxslərə beynəlxalq zənglər edə bilərsiniz. Proqramı açdığınız zaman düzgün ölkə kodu daxil olmaqla zəng etmək istədiyiniz nömrəni yığın. Hesabınızda kifayət qədər kreditiniz olduğundan və əlaqə saxlamağa çalışdığınız şəxsin Viber olduğundan əmin olun.

İcma sualları və cavabları

Məsləhətlər

  • Ölkənin adı “Hollandiya”dır, ona görə də “Hollandiya” deməməyi unutmayın. Hollandiya, ölkənin bir çox böyük şəhərlərini özündə birləşdirən iki vilayətin adıdır. Bununla belə, Hollandiyanın sinonimi deyil.

Bunu edənlər Hollandiyada mühacir kimi yaşaya bilər: Marixuana, eynicinsli evlilik və. – MÜSAHİBƏ

Soydaşlarımızın xarici ölkələrdə qazandıqları uğurlar həm də ölkə adınadır. Müsahibim Əli Ağayev uzun müddətdir ki, dünyanın ən rəngarəng ölkələrindən olan Hollandiyada vəkil vəzifəsində çalışır. Əli bəy dünyanın ən azad insanlarının yaşadığı “güllər ölkəsi”nin tikanlı tərəflərindən də danışdı.

– Bu gün Haaqa şəhəri planetin qanun keşikçisi olan əsas nöqtələrindən biridir. Bəs holland xalqı qanunlarla dostdurmu?

– Maraqlı sualdır. Niderland dilində Haaqa şəhəri Den Haag adlanır. Den Haag dünyada hüququn paytaxtı kimi tanınır. Bu isə bir neçə beynəlxalq məhkəmənin və tribunalın burada yerləşməsi ilə bağlıdır. BMT-nin beynəlxalq ədalət məhkəməsi, beynəlxalq cəza məhkəməsi Haaqadadır. Məsələn, Qəddafinin oğlunu da burada məhkəməyə çəkməyi düşünürdülər. Bosniya müsəlmanlarının soyqırımında məsulliyəti olan şəxslərin cinayət işləri üzrə tribunallar var. Gələcəkdə də beynəlxalq tipli araşdırmalarla əlaqəli məhkəmələr olsa, mütləq Haaqada baş tutacaq. Hətta BMT-dən öncə 19-cu əsrin sonlarında ilk beynəlxalq məhkəmə Haaqada yaradılıb. O ki qaldı holland xalqına, insan dünyanın hər nöqtəsində insandır. Deyə bilmərəm ki, bütün xalq qanuna uyur. Pozuntular hər zaman var. Hətta insanlar şikayət edirlər ki, qanunlar bizi boğur. Əsas odur, məhkəmə sistemi mükəmməl işləyir. Burada insanların bələdiyyədən tutmuş nazirliklərə qədər istədiyi qurumu məhkəməyə verə bilərlər. Dünyada hüquqi dövlətin modelini qur desəniz, Hollandiyanın adını çəkərəm.

– Ümumiyyətlə, marixuananın, eynicinsli nikahların, əxlaqsızlıq yuvalarının leqal olduğu bir ölkədə insan niyə qanunlara qarşı çıxmaq istəsin ki?

Əslində Hollandiya bu günlərə gəlib çatmaq üçün çox uzun yol qət edib. 16-cı əsrdə 80 illik müharibədən sonra İspaniyanın işğalından xilas olublar. İspaniya da bildiyiniz kimi katolik ölkədir. Hollandlar isə protestantdırlar. İspanların təsirindən katolikləşmiş xalq öncə protestantlara yer vermək istəmir. Protestantlar hakimiyyətə gələndən sonra vəziyyət dəyişir. Onlar katoliklərə yaşamaq hüququ verirlər, ancaq yenə də ikinci sinif vətəndaş sayırlar. Amma elə o zamankı digər Avropa ölkələri ilə müqaisədə müəyyən tolerantlığın təməli qoyulur. 400 il müddətində ölkədə bu qanunlar hökm sürür. 1960-cı illərdə baş verən Hippilər hərəkatı ölkədə inqilaba səbəb olur. O vaxtadək Hollandiya 3 sinifdən ibarət olan ölkə idi. Protestantlar, katoliklər və sosialist işçi qrupuna bölünürdülər. Bəli, onlar hamısı bir yerdə yaşayırdılar, amma protestantların və katoliklərin öz kilsələri, hər qrupun öz televiziyası, radiosu, qəzetləri, hətta öz futbol klubları vardı. Müəyyən qədər qarşılıqlı sayğı, amma çərçivəli ünsiyyət kimi xarakterizə edə bilərik. Bu 3 sinfin bir-biri ilə ailə qurmasına da nadir hallarda rast gəlinirdi. İkinci Dünya Müharibəsindən sonra “Beybi bum” adlı demoqrafik partlayış baş verir. Ölkədə çoxlu uşaq dünyaya gəlir. 1960-cı ildə isə həmin körpələr həddi buluğa çatırlar və artıq valideynlərinə qarşı çıxırlar. Bu Hippi hərəkatına qoşulan gənclər haqlarının məhdudluğundan şikayət əlaməti olaraq marixuana çəkir, cinsi əlaqənin sırf evlilik üçün deyil, daha geniş anlam olduğunu sübut etməyə çalışırlar. Yəni insan istədiyi şəxslə cinsi əlaqədə ola bilər. Abortlara icazə qanuniləşdirilir. Artıq cəmiyyət cinsi azlıqları yavaş-yavaş qəbul etməyə başlayır. İllər sonra liberal partiyalar yaradılır. 2000-ci ildə isə dünyada ilk dəfə Hollandiyada eyni cinsdən olan insanların ailə qurmasına icazə verilir. Yəni onlar artıq bir fərd olaraq düşünürlər ki, insanların xristian, müsəlman, ateist olmağa haqları çatdığı kimi homoseksual olmaq hüquqları da var. Amma günü bu gün də holland xalqının cüzi sayda dindar üzvü bu evlilikləri doğru saymır. Bu, bir xalqın mədəni inqilabıdır. Amma Niderlandın turizm sektorunda əsas gəliri rahat marixuana çəkmək istəyən, eyş-işrət niyyəti güdən insanlar təmin edir. Xalq olaraq bundan əsla utanmırlar. Çünki özlərini bu inqilabda digər ölkələrdən bir addım öndə hesab edirlər.

– Azərbaycanın da adı tolerant ölkələr sırasında səslənir. Sizcə, biz hollandların mədəni inqilabına hazırıqmı?

– Düşünürəm ki, heç bir ölkənin qanunvericiliyini başqa ölkəyə eynilə tətbiq etmək doğru deyil. Bir ölkənin qanunu xalqın xarakterinə uyğun olaraq təbii yollarla inkişaf etməlidir. Məsələn, 1922-ci ildə Osmanlını devirdikdən sonra cümhuriyyət qururlar və deyirlər ki, təcili avropalaşmalıyıq. İtaliyanın ticarət qanununu, İsveçrənin ailə hüququnu, Fransanın idarə məsələlərini götürüb Türkiyəyə tətbiq edirlər. Bununla da avropalaşdıqlarını zənn edirlər. Lakin bu bir prosesdir. Körpə doğulub böyüdüyü kimi qanun da xalqın xarakterindən, adətlərindən kök atmalıdır. Hər millətin özünəxas inkişafı və tarixi var. Qanun qəbul edərkən də bu faktlara önəm vermək lazımdır.

– Deməyin ki, Niderlandda rüşvət yoxdur?

– Çox varlı və müdrik insanlar qanunların açıq nöqtələrindən istifadə edə bilirlər. Dünyada vergi sisteminin beynəlxalq vergi müqaviləsi olmadığına görə müəyyən boşluq var. Ona görə məsələlər iki dövlət arasında həll olunur. Tutaq ki, Niderlandın onlarla ölkə ilə vergi müqaviləsi var. Odur ki, çox zəngin niderlandlılar hansı ölkələrin banklarında pul saxlamağın daha əhəmiyyətli olduğunun, az vergi tutulduğunun vəkilin köməyi ilə asan yollarını tapırlar. Hansı ölkənin bankında pul saxlasan, digər ölkələrin bank sistemi xəbər tutmaz. Qanun pozuntusu, rüşvət məsələlərinə adətən yüksək təbəqələrdə rast gələ bilərsiniz. Yoxsa kimsə polisə 50 avro ödəsin ki, mənə cərimə yazma, bu çox gülünc səslənir. Bu, həm də maaşların kifayət qədər yüksək olması ilə əlaqədardır. Çünki ölkədəki polislər də, adi işçilər də yüksək maaş alırlar. Yenə deyirəm, kriminal aləmlə əlaqəsi olan yüksək məbləğdə rüşvətxorluq cinayətləri olur, amma bu nadir hallarda baş verir. Gündəlik həyatda isə xırda rüşvət almaq, yaxud təklif etmək ağılasığmazdır.

– Sizin işiniz isə mühacirlərin hüquqi məsələlərini həll etməkdir.

– 13 yaşımdan Hollandiyada yaşayıram. Burada böyüyüb təhsil almışam. Karyeramın əvvəlində qarşıma məqsəd qoydum ki, miqrasiya üzrə vəkilliyi seçəcəm. Bura qeyri-mühacir miqrasiyası, qanunsuz şəkildə Niderlanda yaşadıqları üçün həbs olunan mühacirləri azad etmək, üçüncüsü isə ölkəsində müharibə olduğuna görə qaçqın düşən, yaxud siyasi səbəblərdən Hollandiyaya üz tutan insanlarla iş daxildir. Hollandiya miqrasiya məsələsində bir çox dünya insanının yaşamaq istədiyi ölkədir. Başlıca səbəblərdən biri də ölkənin sülh şəraitində yaşamasıdır. Bütün bunlar ölkənin müsbət imicini formalaşdırır. Holland hökuməti bunun fərqində olduğu üçün hər müraciətə müsbət cavab vermir. Ölkədə böyük bir aktivist qrupu var. Onlar müharibə şəraitində yaşayan ölkədən gələnlərin oturum alması üçün əllərindən gələni edirlər. Hətta beş il ərzində Hollandiyada yaşayandan sonra vətəndaşlıq almaq üçün müraciət də edə bilirlər. Məsələn, suriyalı olduğunu sübut edənlər Hollandiyada mühacir kimi çox rahat yaşaya bilirlər.

– Hollandların özlərinin pozduğu qanunlar varmı?

– Əsasən, kirayə məsələlərində problem yaşanır. Məsələn, Hollandiyada fondlar var ki, yüzlərlə, minlərlə binaya sahibdirlər. Az gəlirli insanlar da kirayə ev tutmaq istəyəndə həmin fondlara müraciət edirlər. Aylıq kirayənin bir hissəsini dövlət ona yardım məqsədilə geri qaytarır. Lakin 3-4 ay ərzində pulunu ödəməyən insanlara xəbərdarlıq gəldikdən sonra borcun üzərinə pul gəlir. Məsələn, 10 avro borcunuz 200 avroya çevrilə bilər. Holland qanununda dəyişiklik etmək lazım olsaydı, bu maddənin gözdən keçirilməsini istərdim. Çünki həmin şəxs uzun müddət sonra bütün borcunu ödəsə də, fondun ona güvənməyib evdən çıxarmaq kimi haqqı var. Bu zaman vəkillər işə qarışır və kirayəçinin hüquqlarını qoruyur. Hollandiya sosial ölkədir. Burada işçiyə çox böyük önəm verilir, hüquqları mükəmməl şəkildə qorunur. Onu adi səbəblərdən işdən çıxarmaq mümkün deyil. Ən son anda çıxarılsa belə mütləq təzminat tələb edir. Aztəminatlı insanlara aylıq yardım olunur. Lakin bir şərtlə ki, fiziki imkanları məhdud olsun. Sağlamdırsa, təlimlərə qatılmalıdır. Cəmi bir dəfə gəlmədiyi halda sosial təşkilat yardımı dayandıra bilər. Digər faktlar da var. Qardaşım nəqliyyat sahəsində vəkildir. Məsələn, Çindən, yaxud Kosta Rikadan konteyner gəlir. Dondurucu sistemindəki nasazlıq ucbatından bananlar çürüyür. Yolda qasırğa baş verir. Konteynerin içindəki şüşə əşyalar qırılır. Bütün bunlara görə məhkəmə prosesi fəaliyyətə başlayır. Yəni hər cür qanun pozuntusu baş verə bilər.

– İnsan haqlarını qorumaq, ona yeni həyat bəxş etmək deməkdir. Peşənizlə qürur duyduğunuz anlar yəqin ki, az olmur.

– Təbii ki, olur. Məsələn, bir türk ailəsi 1993-cü ildən bəri Hollandiyaya köçmüşdü. 3 aylıq vizanın zamanı tamamlanır, onlar qaçaq yolla yaşamağa başlayırlar. Mənə müraciət edəndə artıq burada doğulmuş övladlarının 13, 14 yaşları var idi. Burada istər qaçaqçılıq yolu ilə, istərsə də digər qanunsuz yollarla gələn ailələrin uşaqlarının 18 yaşınadək məktəbdə oxumaq hüquqları var. Amma ölkədən çıxmaq qadağan idi. Polisdən gizlənirdilər. Vətənlərinə getməkdən məhrum idilər. Uşaqlar Türkiyəni valideynlərinin hekayələrindən tanıyırdılar. 3 il ərzində davam edən məhkəmə işinin sonunda ataya Hollandiyada yaşamaq haqqı aldım. Bu yolla övladların və xanımın da sənədləri hazırlandı. Mən o an işimdən çox zövq aldım. Onların dilindən, “sizi heç vaxt unutmayacağıq” sözünü eşitmək çox gözəl hissdir. Hələ də bayramlarda zəng edirlər. İşimiz çox çətindir. Bəzən sutkanı yolda keçirə bilirik. Amma belə isti sözlər bütün yorğunluğu unutdurur.

– Maraqlıdır, qaçaq yolla yaşayan ailənin övladları doğularkən problem yaşanmadı? Axı, dövlətin onlara sığorta vermək haqqı yoxdur?

– Hollandiyada bu problem yoxdur. Zəruri müalicə (uşaq doğulması da bura aiddir) mütləq sığortalanır. Xüsusi qurumlarla danışıq aparıldıqdan sonra xəstəxanalara sənəd göndərilir ki, bu ailənin gəliri yoxdur və tibbi prosedur aparılır.

– Hər bir xalq individualdır. Bəs hollandlara xas hansı xüsusiyyətlərə heyrətlənə bilərik?

– Buraya gələn ingilis də, fransız da, ərəb də onların bir xüsusiyyətlərinə çox heyrətlənirlər. Hollandlar çox açıq sözlüdürlər. Yəni mağazada seçim edərkən bir geyim sənə yaraşmırsa, açıq şəkildə deyəcək. Yaxud evinizə qonaq gəlib, siz yemək təklif edirsiniz. Acdırsa, təklifinizi qəbul edəcək. Yox deyirsə, demək toxdur. Siz onlara getmisiniz. Yemək yalnız özünə yetəcək qədərdirsə, deyəcək, bağışla, mən səni nəzərə almamışdım. Özü yeyib söhbətinə davam edəcək. Yəni hollandlar şərq xalqlarında olduğu kimi bir şeyi nəzərdə tutub, digərini söyləmək siyasətinə yaddırlar. Gizlətmək, utanmaq kimi xüsusiyyətləri yoxdur. Bir cəhətləri də var ki, təbəssümləri daim simalarındadır. Tanımadıqları insanlara belə üzlərində gülüşlə salam verirlər. Ən acı tənqidi təbəssümlə söyləyirlər. Hətta Hollandiyaya səfər edən rus tanışlarım bu hala çox təəccüblənirlər. Özləri də etiraf edirlər ki, Rusiyada küçədə təbəssümlə gəzən insanlara normal münasibət bəsləmirlər. Hollandlarının söhbətinin ana mövzusu havadır. Çünki buranın iqlimi əsasən yağışlıdır. Havadan başlayıb hər mövzuda danışa bilirlər.

– Sonda hamını maraqlandıran sual vermək istəyirəm. Elə tutaq ki, Azərbaycandan Hollandiyaya necə köçmək olar?

– Hollandiyada şirkət açmaq olar. Lakin bunun üçün müəyyən qədər təhsilin və təcrübən olmalıdır. Burada bir neçə nəfərə iş verməlisən. Bu oturum hüququnu almaq mümkündür, amma çox çətindir. Təhsil, təcrübə, biznes plan və ölkəyə gətirəcəyin faydan nəzərə alınır. Sonra isə İqtisadiyyat Nazirliyinin müəyyən şöbəsi bu işə baxıb, qəbul edib-etməyəcəyini söyləyir. Məsələn, Rotterdam şəhərində 150-yə yaxın türk restoranı var. Kimsə bu biznes planla müraciət etsə, heç də böyük maraqla qarşılanmayacaq.

İkinci üsulu da Hollandiyanın bir universitetində təhsil almaqdır. Lakin bu da ödənişlidir. Məsələn, il ərzində 8-10 min avro pul ödəməlisiniz. Tələbə yalnız həftədə 10 saat işləyə bilər. Amma bunun yaxşı tərəfi də odur ki, universitet bitirəndən sonra Hollandiya iş tapmağınız üçün 1 illik oturum hüququ verir. İşə qəbul edən şirkət isə yaşı 30-dan aşağı olanlara 2300 avro, 30-dan yuxarı olanlara isə 3000 avro maaş verməlidir. Çünki Hollandiya təhsilli insanları saxlamaq istəyir. Bir də Hollandiyadakı böyük şirkətlər mütəxəssisə ehtiyac duyur və siz uyğun gəlsəniz, yüksək maaşla ölkəyə dəvət alırsınız. Növbəti yol da hollandla evlənib ölkəyə köçməkdir.

– Son vaxtlar Avropaya üz tutanlar Polşa, Latviya və digər ölkələrin Şengen vizasını alırlar. Sizcə, bu yol nə dərəcədə əlverişlidir.

– Latviya, Litva, yaxud Polşanın oturumunu almaq daha asandır, amma bu viza sizə Hollandiyada çalışmaq haqqı vermir. Yalnız o halda işləmək hüququ qazana bilərsiniz ki, Litvada sizi işə qəbul edən şirkət Hollandiyada büro açsın və sizi o işə dəvət etsin.

– Əli bəy, Hollandiyaya virtual səfərimə bələdçilik etdiyiniz üçün minnətdaram.

Leyla Sarabi

Comments are closed, but trackbacks and pingbacks are open.