Hərbi bilik jurnalı 2019
komponentlərinin bağlanmasında əvəzliklərin əhəmiyyətli rolu olduğunu
Vaqtinchalik sinf jurnallari
Vaqtinchalik sinf jurnallari. Barcha sinflar uchun vaqtinchalik sinf jurnallarini ushbu sahifadan yuklab olishingiz mumkin.
| Fayl nomi | Turi | Hajmi |
| Sinf jurnali 1-4 sinf | 6.67 MB | |
| Sinf jurnali 5-6 sinf | 7.55 MB | |
| Sinf jurnali 7-8 sinf | 7.32 MB | |
| Sinf jurnali 9-sinf | 9.31 MB | |
| Sinf jurnali 10-11 sinf | 1.34 MB |
ЭТО МОЖЕТ БЫТЬ ИНТЕРЕСНОЕЩЕ ОТ АВТОРА
Ориентирлаш бурчаклари ва уларнинг географик аҳамияти
Тупроқнинг агрофизикавий хусусиятлари ва уларнинг деҳқончиликдаги аҳамияти
Тупроқнинг ҳаво ва иссиқлик мароми, уларни бошқариш
Вопросы олимпиады по ЭкономикеIqtisod fanidan olimpiada savollari
Вопросы олимпиады по экономике. Чтобы загрузить вопросы об Олимпийских играх, щелкните один раз нужный файл или нажмите кнопку «скачать». 9-iqtisod-yozma скачать 9-iqtisod-test скачать iqtisodiy-bilim-asoslari скачать Iqtisod fanidan olimpiada.
Вопросы олимпиады по ГеографияGeografiya fanidan olimpiada savollari
Вопросы олимпиады по географии. Чтобы загрузить вопросы об Олимпийских играх, щелкните один раз нужный файл или нажмите кнопку «скачать». 9-geografiya-yozma скачать 9-geografiya-test скачать 9-10-11-geografiya скачать 10-geog-test-uzbek-rus-40-talik-скачать 10-geografiya-yozma скачать Geografiya fanidan.
Вопросы олимпиады по биологииBiologiya fanidan olimpiada savollari
Вопросы олимпиады по биологии. Чтобы загрузить вопросы об Олимпийских играх, щелкните один раз нужный файл или нажмите кнопку «скачать». 9-biologiya-test скачать 9-sinf-biologiya-yozma скачать 9-sinf-biologiya-yozma скачать 9-10-11-sinf-olimpiada biologiya скачать 9-biologiya-yozma.
Вопросы олимпиады по химииKimyo fanidan olimpiada savollari
Вопросы олимпиады по химии. Чтобы загрузить вопросы об Олимпийских играх, щелкните один раз нужный файл или нажмите кнопку «скачать». 9-kimyo-test скачать 9-kimyo-yozma скачать kimyo-olimpiyada-savollari-9-klas скачать 1-kimyo скачать 11-laborat скачать 11-kimyo-test.
Вопросы олимпиады по правуHuquq fanidan olimpiada savollari
Олимпиада по вопросам права. Чтобы загрузить вопросы об Олимпийских играх, щелкните один раз нужный файл или нажмите кнопку «скачать». 9-10-11-huquq скачать 11-huquq-yozma скачать 11-huquq-test скачать 10-huquq-yozma скачать 10-huquq-test_ скачать 9-huquq-yozma.
Hərbi bilik jurnalı 2019
2018-07-09 12:05:28
Abituriyentlərin NƏZƏRİNƏ: İxtisas seçimi jurnalı çap olundu
Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 4-cü nömrəsini nəşr etmdi.
AzEdu.az xəbər verir ki, jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar. Jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilmişdir. Bu nömrədə həmçinin Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına 2018/2019-cu tədris ili üçün kursant qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunub.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, 2017-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları “Abituriyent” jurnalının 2018-ci il 2-ci nömrəsində dərc edilib. Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.azsaytından sifariş etmək olar:
- Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
- Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M
Bu bölməyə aid digər xəbərlər
MDU-da növbəti tələbə elmi konfransı keçirilib
2023-03-17 10:27:00
Ümumdünya Gömrük Təşkilatının Baş katibi UNEC-də olub
2023-03-17 10:15:00
MDU tələbəsi təhsilini İspaniyada davam etdirir
2023-03-17 09:42:59
BMU-nun komandası III yerin qalibi olub
2023-03-17 08:59:21
AzMİU-da Novruz mühazirələrinə start verilib
2023-03-16 17:46:00
AzTU-da Novuz şənliyi keçirilib
2023-03-16 17:09:41
MDU-da Novruz tədbiri keçirilib- FOTO
2023-03-16 15:18:00
MDU-da gənc tədqiqatçıların elmi seminarı keçirilib
2023-03-16 14:28:00
BMU-da tələbələr üçün tədbir keçirilib
2023-03-16 13:46:59
Böyük Britaniya və Şimali İrlandiya Krallığının səfiri UNEC-də olub
Filologiya məsələləri, №5, 2017
minamyot, radiolokasiya, radioparol, radiopelenqator, raketodrom və s.
b) söz birləşmələri: aviasiya raketi, aviasiya torpedası, ekspedisiya
korpusu, atom bombası, raket bazası, balIistik raket, artilleriya parkı və s.
2. Komponentlərindən biri alınma olanlar:
a) mürəkkəb sözlər: qranatatan, raketdaşıyan, betondağıdan,
hidrotəyyarə, katapultaetmə, radio müşahidə, radioəlaqə və s.
b) söz birləşmələri: hava desantı, aviasiya müşaiyəti, hərbi baza,
hərbi komissar, hərbi akademiya, atom zərbəsi, niivəsiz zona, donanma
3. Komponentləri milli mənşəli sözlərdən və ya Azərbaycan dilində
vətəndaşlıq hüququ qazanmış ərəb və fars mənşəli sözlərdən ibarət olanlar:
döyüşdənçıxma, əsirtutma, özüyeriyən, nizəatan, oxatan, kiçikçaplı və s.
b) söz birləşmələri: döyüş sursatı, təpməyən top, döyüş tapşırığı,
zirehdələn mərmi, istehkam sipəri, partlayıcı maddə, daxili qoşun və s.
Komponentləri arasındakı sintaktik əlaqənin növünə görə mürəkkəb
strukturlu hərbi terminləri iki yerə bölmək olar:
1. Yanaşma əlaqəsi əsasında. Komponentləri bir-birinə yanaşma əlaqəsi ilə
bağlanan hərbi terminləri nitq hissələrinin iştirakına görə belə qruplaşdıra
a) tərəfləri sifət-isim olan hərbi terminlər: daxili qoşun, soyuq silah, hərbi
müşavir, səssiz silah, sualtı qayıq, radioparol, nüvəsiz zonavə s.
b) tərəfləri isim-feili sifət olan hərbi terminlər: qranatatan, raketdaşıyan,
betondağıdan, minaaxtaran, bayraqdaşıyan, özüyeriyən, nizəatan və s.
c) tərəfləri say-düzəltmə isim olan hərbi terminlər: təklüləli, altıaçılan,
beşatılan, birkalibrli, ikilüləli, onatılan, çoxpatronlu və s.
ç) qoşa sözlərdən ibarət olan hərbi terminlər (xüusilə isim-isim) general-
mayor, flaq-kapitan, top-tüfəng, polkovnik-leytenant, dava-dalaş və s.
2. İdarə əlaqəsi əsasında. Bu əlaqə əsasında formalaşan mürəkkəb
hərbi terminlərin birinci komponenti şəkilçisiz, ikinci komponenti isə
mənsubiyyət şəkilçisi ilə işlənir: avtomobil parkı, atom bombası, raket
bazası, hava desantı, ordu generalı, döyüş sursatı, hücum xətti, istehkam
qurğusu və s.Sintaktik yolla söz yaradıcılığının bir qolunu da mürəkkəb
ixtisarlar – abreviaturlar təşkil edir. Azərbaycan dili üçün çox da xarakterik
olmayan abreviaturlardan hərbi leksikada geniş istifadə edilir. Belə sözlərin
meydana çıxması dildə daimi sadələşməyə doğru meyildən, çoxsözlü, çətin
tələffüz olunan adların bir dil vahid formasında birləşməsinə edilən cəhddən,
anlayışı təsviri yolla deyil, müxtəsər, qısa bir leksik vahidlə ifadə etmək
tələbatından irəli gəlir. Belə bir tələbat, təbii ki, digər sahələrə nisbətən hərbi
işdə daha güclüdür. Mürəkkəb ixtisarlardan adətən hərbi sənədlərdə daha
Filologiya məsələləri, № 5, 2017
geniş istifadə edilir. İşlədilməsinə görə hərbi abreviaturlar ümumi və xüsusi
olur. Ümumi abreviaturlar bir qayda olaraq hamı tərəfindən anlaşılır və
onların izahı üçün sahəvi məlumatlılıq tələb edilir. Məsələn, PDM, ZTR,
DOT, DZOT, kombat, komdiv, MN kimi mürəkkəb ixtisarlar müəyyən qədər
hamı üçün anlaşıqlıdırsa, MAD (Motoatıcı bölük), TO (tuşlayıcı operator),
HDQ (Hərbi Dəniz Qüvvələri), KTP (Kalaşnikov Sistemli Təkmilləşdirilmiş
Pulemyot) və bu kimi digər xüsusi xarakterli abreviaturlar məhdud dairədə
işlənir. Xüsusi xarakterli hərbi abreviaturların səciyyəviliyi ondadır ki, belə
mürəkkəb ixtisarlar müəyyən hərbi sənədlərdə razılaşdırılmış qaydada
işlənir. Hərbi leksikada abreviaturların reduksiya olunmuş ekvivalenti –
mürəkkəb söz və ya söz birləşməsi əvvəlcədən məlum olmalıdır, elə buna
görə də hərbi leksikada abreviaturların özünəməxsus xüsusiyyəti – şərti
işarəvilik xarakteri daha qabarıq şəkildə özünü büruzə verir.Mürəkkəb
ixtisarların hərbi terminologiyada geniş yayılmış növü inisiallardır ki,
bunları da yaranma texnikasına görə iki yerə bölə bilərik:1. Hərflərin qəbul
edilmiş adının oxunuşu yolu ilə yaranan mürəkkəb ixtisarlar: ATM – ateem
(alay tibb məntəqəsi), DMK – Deemka (Dövlət Müdafiə Komitəsi), KM –
kaem (komanda məntəqəsi), PM – peem (partlayıcı maddə) və s.2. Baş
səslərin adi söz kimi oxunuşu yolu ilə yaranan mürəkkəb ixtisarlar ÖAT- öal
(özüdolan avtomat tüfəng), TƏBQ – təbq (tank əleyhinə batalyon qovşağı),
TƏİR – təir (tank əleyhinə idarəedilən raket), HƏM – həm (hərbi əməliyyat
meydanı), MAB – mab (motoatıcı bölük) və s.Sintaktik yolla hərbi
terminlərin yaradılmasında ayrı-ayrı sözlərin aktiv rolu da qeyd olunmalıdır.
Buraya “hərbi” (hərbi and, hərbi hazırlıq, hərbi texnika, hərbi qayda, hərbi
baza, hərbi xidmət, hərbi komissar, hərbi vəziyyət və s.), “döyüş” (döyüş
sursatı, döyüş hazırlığı, döyüş mövqeyi, döyüşqabağı, döyüşdənçıxma, döyüş
texnikası və s.), “silah” (atom silahı, bioloji silah, soyuq silah, səssiz silah və
s.) və digər sözləri daxil etmək olar.Morfoloji yolla söz yaradıcılığından
fərqli olaraq sintaktik yolla hərbi leksikada söz yaradıcılığından bu gün geniş
istifadə olunur. Bunun da səbəblərindən biri odur ki, hərbi leksikada dil
vahidlərinin bir-biri ilə əlaqəsi sıxdır və müəyyən məfhumu adlandırmaq
üçün xüsusilə də yeni texnikanı, müxtəlif vəzifə və sənəti adlandırmaqdan
ötrü sözlər daimi şəkildə sintaktik əlaqəyə girir.
1. Adilov V. Termin və ümumişlək söz. Terminologiya məsələləri. Bakı:
2. Cəfərov S. Müasir Azərbaycan dili (leksika). Bakı: Maarif, 1982
3. Qasımov İ. Azərbaycan terminologiyasının əsasları. Bakı: Kitab aləmi,
Filologiya məsələləri, № 5, 2017
4. Qasımov İ. Azərbaycan dilinin lüğət tərkibində hərbi terminlər //
“Azərbaycan dili və ədəbiyyatının tədrisi” jurnalı. № 2. Bakı, 2000 (17)
5. Qasımov T. Azərbaycan hərb quruculuq tarixinə aid tədqiqlər // “Hərbi
bilik” jurnalı, № 2. Bakı, 2011, s. 112-115
6. Məmmədli Y. Azərbaycan dilinin hərbi leksikası. Bakı: BDU, 1997
7. Sadıqova S. Azərbaycan dilində terminologiyanın təşəkkülü və
inkişafı. Bakı: Nurlan, 2005
Создание военных терминов в азербайджанском языке
В статье говорится о путях создания военных терминов, соста-
вляющих особый слой терминологии азербайджанского языка. Здесь
дается информация о структурных особенностях военных терминов,
путях и способах их создания.
В частности, здесь показываются основные средства создания
военных терминов синтаксическим способом. Подробно говорится о
сложных словах, словосочетаниях, аббревиатурных формах военных тер-
минов, созданных синтаксическим способом. В статье сделана ссылка на
соответствующие словари и научные источники по теме.
Creation of military term by syntactical way in azerbaijani language
In this article spoken about creation ways of military terms consisting
the special stage of terminology of Azerbaijani language. There has been
given information on structural features, their creation way and methods of
these military terms.
Specially, there has been indicated military term creation of main
instruments. Spoken about compound word, expressions, abbreviations form
of military terms created by syntactical method. There has been referenced
to appropriate dictionaries and scientific sources on this topic.
Rəyçi: Gülbəniz İsmayılzadə
filologiya üzrə fəlsəfə doktoru, dosent
Filologiya məsələləri, № 5, 2017
QEYRİ-MÜƏYYƏN ƏVƏZLİKLƏRİNİN MÜRƏKKƏB SİNTAKTİK
BÜTÖVLƏRİN ƏMƏLƏ GƏLMƏSİNDƏ ROLU
Açar sözlər: Azərbaycan dili, dilçilik, mürəkkəb sintaktik bütövlər, qeyri-
Key words: Azerbaijani language, linguistics, phrase types, indefinite pronouns
Ключевые слова: Азербайджанский язык, лингвистика, сложно синтак-
сические целое, неопределенные местоимения
Mürəkkəb sintaktik bütövlərin komponentlərini əlaqələndirən morfoloji
vasitələr içərisində əvəzliklərin xüsusi rolu vardır. Azərbaycanda mətn sintaksi
tədqiqlərinin banilərindən olan Əbdülmənaf Xəlilov 1967-1987-ci illər arasında
yazmış olduğu məqalə və kitablarında mürəkkəb sintaktik bütövün (MSB)
komponentlərinin bağlanmasında əvəzliklərin əhəmiyyətli rolu olduğunu
müəyyənləşdirmiş, 1969-cu ildə yazdığı “Əvəzliklərin müstəqil cümlələr
arasında əlaqə yaratmaqda rolu” [6] adlı məqaləsi ilə mətn sintaksisi sahəsində
əvəzliklərin tədqiqini yeni bir sferaya yüksəltmişdir. Qəzənfər Kazımov
mürəkkəb sintaktik bütövlərin konstruksiyasının təşkilində əvəzlilərin rolu
barədə yazır: “Mətnin komponentlərinin əlaqələndirilməsində əvəzliklərin rolu
daha böyükdür. Əvəzliklər əvvəlcə deyilmiş, söylənmiş bir sözü, bir ifadəni, bir
cümləni, bir sintaktik bütövü əvəz edə bildiyi kimi, böyük bir mətni, bir romanı,
bir epopeyanı da əvəz edə bilir. Buna görə də təkcə sintaktik bütövlərin
komponentlərini deyil, müxtəlif sintaktik bütövləri də əlaqələndirən əsas vasitə
kimi çıxış edir. Əvvəlcə söylənmiş böyük bir fikri bu sözünün vasitəsilə mətnin
sonrakı cümlələri ilə bağlamaq mümkündür. Bu hal dildə təkrarın qarşısını alan
mühüm və ən kütləvi bir prosesdir və sintaktik bütövlərin bir-biri ilə əlaqəsinə,
bağlanmasına, inteqrasiyasına səbəb olur.” [8, 460] MSB-nin komponentlərinin
bağlanmasında əvəzliklərin, ümumilikdə, bütün növləri iştirak edir. Qeyri-
müəyyən əvəzliklərin də mətnin təşkilindəki rolu danılmazdır:
hamı.İnsanlar üçün istifadə edilən hamı əvəzliyi ən az iki nəfəri ifadə
etməklə cümlələri təkrardan qurtarır.
Aşağıdakı MSB-də ilk cümlədə işlənən hamı əvəzliyi ikinci cümlədəki
“ər”, “qız”, “dostlar” və “dərzi” sözlərinin hamısını birdən ifadə etmişdir:
– Bura bax, – deyə o, həvəslə sükutu pozdu, amma bu həvəs özü bir qədər
saxta idi, – bilirsən, hamıdan qaçmışam. Ərimdən, qızımdan, dostlarımdan,
hətta dərzimdən – bu gün gərək onun yanına gedəydim. Düzdü, tamam
Filologiya məsələləri, № 5, 2017
qaçmamışam, bircə günlüyə. Gecə uçuram geri. Gəldim sənin ad gününü təbrik
edəm, amma görürəm sən çox da elə sevinmirsən.
– Boşla görək, həddindən artıq şadam ki,
gəlmisən. Fədakarlığını da
lazımınca qiymətləndirirəm, həm də ki,
hadisələri qabaqlayırsan. Mənim bu fani
dünyaya qədəm basdığım gün bu gün deyil, sabahdır.
– Necə yəni sabah? Bu gün 29-u deyil?
– Elədir. Amma mən 30-da anadan olmuşam. 1 May bayramına hədiyyə
– Yox, – bu sözü elə qəti dedi ki,
az qala məni də şübhəyə saldı, mənim lap
yaxşı yadımdadır ki,
sizə ayın 29-da gəlmişdim. GÜRCÜ MSB 45 [4, 359-360]
hamısı.Hamı əvəzliyi mənsubiyyət şəkilçisi qəbul edərək hamısı şəklində
də işlənə bilir. Bəzən bir, yaxud bir neçə cümlədə bəhs edilən fikirlər hamısı
əvəzliyi ilə ifadə edilir. Bu MSB-nin 5 və 6-cı cümlələrində danışılan fikirlər
10-cu cümlədə hamısı əvəzliyi ilə göstərilmişdir:
1.– İçəri şəhəri sökürlər. 2.Köhnə evləri, küçələri.
3.– Sən nə danışırsan, – onun üzündə dəhşət ifadəsi vardı.4. – Ola bilməz.
5.Bu, tarixdir, keçmişdir. 6.Başa düşürsən, İçərişəhər memarlığın folklorudur,
onu əsrlərlə tikiblər, müxtəlif nəsillər, müxtəlif adamlar.
7.– Bilirəm, bilirəm, əzizim. 8.Hər halda axı mən də memaram. 9.Deyirsən
İçəri şəhər memarlığın folklorudur. 10.Bunların hamısını mən bilirəm.
11.Amma bir məsələ də var. 12.Axı. adamlar belə bir şəraitdə yaşaya
bilməzlər. 13.Bu köhnə evlər, əyri üyrü küçələr, natəmizlik.
14.– Düzdür, düzdür, razıyam səninlə. 15.Qoy adamları köçürtsünlər.
16.Evlər isə qalsın.
17.– Gözəl fikirdir. 18.Bizim müdir eşidəydi sənin bu sözlərini. 19.Şəhərin
tən ortasında böyük, boş, adamsız bir ərazi – sentimental uşaqlıq xatirələrinin
20.– Dayan, Oqtay, dayan görüm. 21.Bəsdir yuyub apardın məni. 22.Bura
bax, deyəsən bu döngə mənə tanış gəlir. 23.Hə də, əlbəttə, bax, bizim ev
24.– Sizin ev orda yoxdur. Söküblər.
25.– Necə yəni söküblər? 26.Anam rəhmətliyə təzə evdə mənzil
verəcəkdilər, amma mən elə bilirdim ki,
bu ev qalıb. GÜRCÜ MSB 45 [4, 370-
hər şey.Aşağıdakı nümunədə hər şey əvəzliyi üçüncü cümlədə danışılan
“ayaqlarıyla yeri döymə” hadisəsini ifadə edir:
– Əsmər, yadındadı ədəbiyyat müəlliminin başına nə oyun
açardıq? Ocaqçının əhvalatı yadında?
ədəbiyyat müəllimindən xoşumuz gəlmirdi, hər dəfə
o, sinfə girən kimi, ayaqlarımızla yeri döyərdik, soruşanda da bu
nədir, cavab verirdik ki,
biz nə bilək, yəqin aşağıda ocaqçı işləyir. O,
Filologiya məsələləri, № 5, 2017
bizi başqa sinif otağına keçirtdi və biz hər şeyi təzədən başladıq. “Bu
nədir, ocaqçı da bizim dalımızca gəzir?” deyə o təəccüblənirdi.
– Yox, – dedi. – Ocaqçı kimdir?
Ancaq mən onun yadına salmadım. Belə əhvalatları
unutmusansa, danışmağın heç bir mənası yoxdur. Bütün təfərrüatıyla
xəyalında yaşamırlarsa, indi onları danışarkən sənə nə gülməli
gələcək, nə maraqlı, nə məzəli. Başa düşməyəcəksən ki,
nədədir. GÜRCÜ MSB 37 [4, 367-368]
MSB-lərdə nə sözünün təsrifli, yaxud sadəcə -lər cəm şəkilçisilə istifadə
edilən şəkillərinin isə, ilə hissəcikləri və -lər cəm şəkilçisi ilə qeyri-müəyyənlik
funksiyası ilə işləndiyini də görmək olar. Bunlar: nələr, nəsə, nəylə, nədənsə,
nəyəsə, nəyi, nəyinsə, nəyisə və s. kimi qeyri-müəyyənlik əvəzlikləridir.
nələr.Bu MSB-də ananın qəlbindən keçənlər oxuyucunun öhdəsinə
buraxılaraq nələr qeyri-müəyyən əvəzliyi ilə ifadə edilmişdir. Bu qeyri-
müəyyənlik sonrakı MSB-lərdə diqqətli oxuyucunun beynində müəyyənləşir.
Xülasə, nələr bir əvəzlik olaraq təmsil etmə, yerində işlənmə funksiyasını
Оnun dоdaqları səyridi, çənəsinin əzələləri titrədi. Nə qədər çalışdısa da
kirpiklərindən süzülən yaşı saxlaya bilmədi. Deyəsən anası bunu һiss etdi.
Çevrilib baxdı və birdən dirsəklənib qalxmaq istədi. İstədi ki, qоlunu açıb bir az
yadlaşan оğlunu bağrına bassın, uşaq vaxtlarında оlduğu kimi. Amma dayandı.
Nə fikirləşdisə qоllarını yanına saldı. Ürəyindən nәlәr keçdiyini bircə Allah
bildi. Anasının һüznlü gözlərində bir işartı gördü, rəngində qızartı. Elə bil
arvad bir azca dirçəldi.
— A, sən gələn yоllara qurban оlum, nə yaxşı bizi yada saldın, neçə gün
idi elə gözüm yоl çəkirdi, səndən ötəri lap burnumun ucu göynəyirdi, dərdin
alım, qоrxurdum üzünü görməyəm, gоra əli uzalıqlı gedəm.
— Səndə nə var ki, uşağın ürəyini xarab eləyirsən? — deyə kişi sözə
— Оrası elədir, amma nə bilim, gündə min xəyala düşürəm, dünya ölüm-
Arvad susdu. Bulanıq gözlərini оğlunun üzündən çəkib çölə baxdı. Bir
azca yanpörtü uzandı. Deyəsən istəyirdi ki, göz yaşlarını оğlu görməsin. О da
yaşla dоlu gözlərini pəncərədən о taya, çılpaq qələmələrin başına qоnub
büzüşən qarğalara zillədi. QIZIL MSB 10 [11, 449-450]
nəsə, nəyisə.ÜRƏK MSB 18-də Əjdərin hekayənin sonrakı hissələrində
əksini tapan fikirləri nəsə və nəyisə əvəzlikləri ilə ifadə edilmişdir:
İndi onlar Bakıda Təzəbazarın qapısı qabağında üz-üzə dayanmışdılar.
Əjdər ağlagəlməz dərəcədə kökəlmişdi, qarın bağlamışdı, buxaq sallamışdı.
Filologiya məsələləri, № 5, 2017
Boğula-boğula nəfəs alırdı, hirsli-hirsli Sərvərin üzünə baxırdı və bu hirsin
səbəbini Sərvər heç cür anlaya bilmirdi.
– Nəyə gəlmisən? – Əjdərin birinci sualı bu oldu.
– Alverə gəlmişəm. Bir az şey-şüy gətirmişəm. Satıb, sonra Ləninqrad
tərəfə getmək istəyirəm.
Sərvərin ütülənmiş şalvarına və onun qara pencək altdan geydiyi, bu
dünyada yalnız Buzbulaq qarılarının toxuya bildiyi, qırmızı naxışlı ağappaq yun
köynəyinə Əjdər çox baxdı. Baxıb nәsә fikirləşdi, nәyisә götür-qoy elədi:
– Bu vid-fasonla, – dedi, – bazarda oturacaqsan?
Əjdər cibindən quru ota oxşayan bir şey çıxartdı. Onu iyləyib xeyli
öskürəndən sonra boğula-boğula soruşdu:
– Badamdır, bir də cövüz. Cəmisi yüz on bəş kilodur.
– Kömürçü bazarında, Teymurun yanındadır.
Bir müddət Əjdər fikirli-fikirli yola baxdı. Sonra yoldan keçən bir boş
taksini saxlayıb Sərvəri oturtdu:
– Get, qoy maşına gətir! – dedi.
Çox keçmədi ki, onlar iki nəhəng kisəni həmin taksidəncə düşürüb,
bazarda Sərvərin tanımadığı bir adamın yanında qoydular. ÜRƏK MSB 18 [9,
bəziləri.Aşağıdakı MSB-də bəziləri sözü əvvəlki cümlədəki “mühacirlər”
sözünün yerində işlənmişdir:
Əsmər mühacirlərdən danışırdı. Müxtəlif ölkələrdə rast gəldiyi
mühacirlərdən. Bәzilәrinin görürsən güzəranı da pis keçmir, amma hamısının
gözlərində eyni bir ifadə var – qəriblik, yalqızlıq ifadəsi.
Mən düşündüm ki,
bəlkə biz də, Əsmər də, mən də mühacirik. Böyüklər
diyarına uşaqlıq ölkəsindən gəlmiş mühacirlər. Geri qayıtmaq imkanından
əbədi məhrum olmuş mühacirlər. Vətənləriyçün qəribsəmiş mühacirlər.
GÜRCÜ MSB 68 [4, 381]
Hind-Avropa və Hami-Sami dillərindəki qeyri-müəyyənlik artiklına
bənzər şəkildə istifadə edilən bir sözü, müxtəlif şəkilçi və sözlərlə birləşərək
qeyri-müəyyənliyi müəyyənləşdirən yeni cümlələrin əmələ gəlməsinə səbəb
biri.Biri əvəzliyi həm təkbaşına, həm də bir sözlə bərabər təyini söz
birləşməsi şəklində işlənib özündən əvvəlki cümlələrdə danışılan ümuminin bir
komponentini ifadə edərək cümlələri əlaqələndirir:
Bu dəhşətdən sonra yaxşıca nahar eləmək lazımdır, – deyə o, qayğısız və
şən gülümsədi. – Yaman acmışam. Yaxşı kabab yemək istəyirəm. Deyirlər burda
əntiqə bir kababxana açıblar.
Filologiya məsələləri, № 5, 2017
– Hə. Biri var Binəqədidə. Amma ora uzaqdır. Biri də Bayıldadır. Gedək
– Gedək. GÜRCÜ MSB 54 [4, 376]
Əsmər Bakı torpağına düşəndə üzündə həyəcan, bir qədər süni, bir qədər
qeyr-i təbii çılğınlıq vardı, amma indi yavaş yavaş bu həyəcan, bu çılğınlıq qrim
təkin onun üzündən yuyulub silinir, yerinə: azacıq əsəbi nigaranlıq ifadəsi
gəlirdi. Amma, kim bilir, bəlkə bu da onun maskalarından biri idi. Sənin neçə
maskan var, – deyə vaxtilə mən ondan xəbər alardım. O vaxtlar, mənim belə
suallar vermək yaşım çatmışdı, amma bu suallara özüm cavab tapmaq vaxtı
hələ qarşıda idi. GÜRCÜ MSB 9 [4, 359]
Dördüncü cümlədəki “tanış biliş” ifadəsi üçüncü cümlədə bir kimsə
əvəzliyi ilə göstərilmişdir:
1.“Camalnan mən” ifadəsi məni xeyli əsəbiləşdirdi və odur ki,
sözünü ağzında qoyub bir qədər kəskin xəbər aldım:
– Yaxşı, nə deyirsən, bizə gedəcəyik?
2.– Yox, yox, mən bura gizli gəlmişəm. 3.Məni gərək səndən başqa bir
kimsә görməsin. 4.Tanış bilişi nəzərdə tuturam. 5.Gəl elə belə şəhəri gəzək,
göstər mənə Bakını, gecə də uçub gedəcəm. 6.Geriyə bilet də almışam.
8.– Bəs şəhəri necə gəzəcəksən ki,
istəmirsən səni görən olsun?
9.– Budey, bax, – deyə o, qara eynəyini gözünə keçirdi, – kim məni
tanıyacaq? 10.Kim tanıyacaq ki,
mən həmin o Əsmərəm? 11.Tanısalar da qoy
isbat eləsinlər ki,
mənəm, görək necə isbat edəcəklər. GÜRCÜ MSB 32 [4, 365-
Do’stlaringiz bilan baham:
Ma’lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2023
ma’muriyatiga murojaat qiling
Comments are closed, but trackbacks and pingbacks are open.