Press "Enter" to skip to content

T xalları. Səbəblər və müalicəsi – FOTO

Müasir tibdə papillomalar əsasən lazer, radiodalğa, maye azotla xaric olunur. Bütün bu vasitələr təhlükəsiz və, demək olar, ağrısızdır. Papillomaları dermatoloqlar müalicə edir. Papillomanı xaric etdikdən sonra xəstəyə həmçinin viris əleyhinə və immuniteti möhkəmləndirən preparatlar da təyin oluna bilər.

Xərçəng xəstəliyinin yeni növü: Səbəbləri və əsas əlamətləri – FOTOLAR

Son illərdə dünyanın başına bəla olan xərçəng xəstəliyinin hər il yeni növləri aşkarlanır. Ötən bir il ərzində xeyli sayda insanın yoluxduğu dil xərçəngi yeni növlərdən sayılır. Son zamanlar daha çox yayılan dil xərçənginin əlamətləri nələrdir və necə yaranır bir çox insan bilmir.

Musavat.com sizə son illərin geniş yayılan “xərçəng” xəstəliyi haqqında bilməniz lazım olan məlumatları təqdim edir.

Dil xərçəngi yastı örtük toxumalarından ibarətdir və bədxassəli şiş sayılır. Əsasən dilin kənarlarında, nadir hallarda isə dilin altında, kökündə və uc hissəsində əmələ gəlir.

Araşdırmalara görə, dil xərçənginə daha çox kişilərdə və yaşlı insanlarda rast gəlinir. Dil xərçəngi bu xəstəliyin digər növlərinə nisbətən qısa zaman ərzində sürətlə yayılır, metastaz verir.

Ancaq şiş tez aşkar edilərsə və müalicəsi düzgün aparılarsa, xərçəngin qarşısını almaq olar. Dil xərçəngi çox gizli gələn bir xəstəlikdir. Bu xəstəlik çox qısa bir zamanda irəliləyir. Buna görə də erkən aşkar edib, dərhal müalicə etmək insan həyatı üçün önəmlidir.

Dil xərçənginin əlamətləri özünü təkcə dilin üzərində biruzə vermir. Boğazda meydana gələn şişlər və udqunarkən yanma da bu xəstəliyin xəbərdarlığı ola bilər.

Dil Kanserinin En Erken Belirtileri

Daha bir əlamət isə ağızdan gələn qoxudur. Ağzınızdan qan tamında dadlar gəlməyə başlayırsa və bu uzun müddət davam edirsə, dərhal həkimə müraciət etməniz lazımdır.

Dil Kanserinin En Erken Belirtileri
Dil xərçənginin yaranmasına səbəb isə bunlardır:
1. Siqaret;
2. Həddindən artıq spirtli içki qəbulu;
3. Yaxşı oturmayan, damağı incidən diş protezləri;
4. Cinsi yolla yoluxan infeksiyalar.

Lakin həkimlərin dediklərinə görə, dünyada dil xərçənginə yoluxan bir neçə insanda bu səbəblərin heç birinə təsadüf edilməyib.

Ət xalları. Səbəblər və müalicəsi – FOTO

Ət xalları (papillomalar) əsasən 35-40 yaşından sonra əmələ gəlir. Cavan insanlarda və uşaqlarda ət xallarına çox nadir hallarda təsadüf edilir.

Ət xalları dərinin müxtəlif yerlərində, xüsusilə boyunda, qöz qapaqlarının üzərində, qasıq və qoltuğaltı nahiyəsində, qadınlarda süd vəzilərinin altında inkişaf edir. Ət xalları adətən müxtəlif səbəblərə görə immun sisteminin zəiflənməsi fonunda (stress, hər hansı xəstəlik, qadınlarda hamiləlik və klimaks dövrü, yaşla bağlı) əmələ gəlirlər.

Bu kiçik şişlərin yeganə əmələ gəlmə səbəbi insan papilloması virusudur (İPV). Bu virus insanların arasında herpes virusundan sonra ən yayımış virus sayılır. Belə hesab olunur ki, insanların təxminən 70%-i bu virusa yoluxur. Virus cinsi və məişət yolu ilə keçir.

Təəssüf ki, orqanizmə düşdükdən sonra virus burada həmişəlik qalır. Hal hazırda bu virusu tam müalicə edən tibbi vasitələr yoxdur. Virus əleyhinə və immuniteti möhkəmləndirən preparatların köməyi ilə yalnız bu virusun aktivliyini azaltmaq mümkündür.

Həkimlər dərinin üzərində olan papillomaları xaric etməyi tövsiyə edirlər, xüsusilə şişlərin travmaya məruz qalması riski yüksəkdirsə (paltarlara sürtünmə, qırxma zamanı və s.). Tez-tez zədələnən papillomanın xərçəngə çevrilə bilər.

Müasir tibdə papillomalar əsasən lazer, radiodalğa, maye azotla xaric olunur. Bütün bu vasitələr təhlükəsiz və, demək olar, ağrısızdır. Papillomaları dermatoloqlar müalicə edir. Papillomanı xaric etdikdən sonra xəstəyə həmçinin viris əleyhinə və immuniteti möhkəmləndirən preparatlar da təyin oluna bilər.

Həkimlər papillomaları ev şəraitində xaric etməyi tövsiyə etmir. Bu həm lazım olan effekt verməyəcək (bir müddətdən sonra papilloma bu yerdə yenidən əmələ gələcək), həm də təhlükəlidir ki, papillomanın xərçəngə çevrilməsi riski artır.

Xaricdə necə təhsil ala bilərəm?

Bu suali bizdən dəfələrlə soruşublar və biz də bunu nəzərə alaraq bu mövzuda yazı yazmağı düşündük. Xaricdə necə təhsil ala bilərəm? sualı çox maraqlı amma geniş sahədir. Bunu bir neçə yazıya bölmək olar. Amma biz umumi biliklərinizi yeniləməyə çalışacağıq ki, sonra seçimlər etmək sizin üçün də asan olsun. Xaricdə təhsil almağı düşündüyünüzdə ilk öncə sahəni, büdcəni düşünməlisiniz. Yəni sizin hansı ölkədə oxumaq şansınız var.

Xaricdə təhsil almaq demək olar ki, hər bir gəncin istəyidir. Bu həm digər bir ölkəni görmək arzusundan, həm də təhsillərini daha da yaxşı universitetlərdə davam etdirmək istəyindən irəli gəlir.

Bakalavr üzrə təhsil almaq

Baklavr pilləsi orta məktəbi bitirdikdən sonra universitet təhsilinə ayaq qoyacağınız ilk pillədir. Bəzi ölkələrdə 3 (Avropa), 4 (MDB və Amerika) və digər ölkələrdə isə 5 illik ola bilər. Bu hər ölkənin təhsil sisteminə görə müəyyənləşir. Lakin hal-hazırda 3 və 4 illik proqramlar dünyada daha çox yayılmışdır.

Azərbaycanlı gənclər üçün daha məqbul variantlar iki sistem üzrə aparıla bilər:

  1. Azərbaycanda 11-ci sinfi bitirib birbaşa bakalavr pilləsinə qəbul edən ölkələr
  2. Azərbaycanda 11-ci sinfi bitirib baza təhsilini keçdikdən sonra qəbul edən ölkələr

Xaricdə birbaşa təhsil almaq üçün ölkələrin bizim Attestatı tanımaları önəmlidir. Müəyyən ölkələr bizim Orta Təhsil Haqqında Attestatı öz orta məktəb sistemləri ilə eyni saydığı və tanıdıqları üçün Azərbaycanlı tələbələr bu ölkənin universitetlərinə qəbul ola bilərlər. Amma burada bəzi ölkələr bizim TQDK imtahanı olmadan, bəziləri isə TQDK imtahanı tələb edirlər. Bura aşağıdakı ölkələr daxildir:

  1. Polşa Universitetləri (Attestat və İngilis dili sertifikatı)
  2. Litva (Attestat və İngilis dili sertifikatı)
  3. Latvia (Attestat və İngilis dili sertifikatı)
  4. Estoniya (Attestat və İngilis dili sertifikatı)
  5. Luksemburq ((Attestat və fransiz dili sertifikatı)
  6. Macaristan (Attestat və İngilis dili sertifikatı)
  7. Amerika Birləşmiş Ştatlarıda Universitetlər üçün (Attestat + SAT I və bəzən II)\/
  8. Kanada yerləşən Universitetlər (Attestat və İngilis dili sertifikatı)
  9. Niderland Krallığı (applied sciences) (Attestat və İngilis dili sertifikatı)
  10. Türkiyə Dövlət Universitetlərinə (TQDK balı , SAT I, Daxili YÖS + Attestat + Türk və İngilis dili sertifikatı)
  11. Avstria (Attestat, TQDK balı, Alman və ya İngilis dili sertifikatı)

Xaricdə təhsil almaq üçün ikinci qrupa aid olan ölkələr isə Azərbaycanda 11-ci sinfi bitirən şagirdləri birbaşa qəbul etmir. Çünki həmin ölkələrdə orta məktəb 12 və yaxud da 13 illikdir. Bunun üçün ya həmin ölkədə 1 illik “Foundation” proqramını keçməlisiz ya da Azərbaycanda 1 il və yaxud da 2 il bakalavr təhsili almalısınız. Bu qrupa demək olar ki, qalan bütün ölkələr daxildir.

  1. Almaniya (iki il universitet təhsili və ya Ştudien Kollec)
  2. Fransa ( bir il universitet təhsili və ya Fransada bir il foundation proqramı)
  3. Böyük Britaniya Universitetləri ( bir il universitet təhsili və ya Fransada bir il foundation proqramı)
  4. Norveç (iki il universitet təhsili və Norveç dili)
  5. İsveç (iki il universitet təhsili və İngilis dili)
  6. Finlandiya (iki il universitet təhsili və İngilis dili)
  7. İrlandiya (bir il universitet təhsili və İngilis dili)
  8. İtaliya (bir il universitet təhsili və İngilis və ya İtalyan dili)
  9. İspaniya (bir il universitet təhsili və İngilis və ya İspan dili)
  10. Asia ölkələri (Korea, Yaponiya, Çin) (bir il universitet təhsili və İngilis dili

Xaricdə Bakalavr təhsil almaq üçün hansı imtahanlar tələb olunur?

Bu sual da bizə ən çox ünvanlanan suallardandır. Ümumiyyətlə, xaricdə təhsil almaq üçün əsasən TOEFL və IELTS imtahanları tələb olunur.Bu imtahanlar yalnız ingilis dilində təhsil almaq istəyənlər üçün nəzərdə tutulmuşdur. Siz avropa ölkələrində təhsil almaq üçün bu imtahanlardan keçmək məcburiyyətindəsiniz. Ola bilər bəzi universitetlər olsun ki, bu imtahanları tələb etməsin. Yəni universitet özünün tələb etdiyi imtahanla qəbul etsin tələbəni. Önəmli olan öncədən doğru universiteti seçmək və onların qaydalarına görə hazırlaşmaq lazımdır.

Xaricdə Magistr təhsili almaq

Xaricdə Magistr təhsili almaq üçün müəyyən imtahanlar tələb olunur. Hal-hazırda bir çox gənclər magistr təhsillərini xaricdə davam etdirməyi üstün tuturlar. Bu səbəbdən də magistr üzrə təhsil alanların sayı bakalavr üzrə təhsil alanların sayından xeyli çoxdur.

Xaricdə magistr təhsili almaq üçün ilk öncə bakalavr diplomu olmalıdır. Bu diplom olduqdan sonra müəyyən imtahanlar tələb olunur. Yenə də ingilis dili üzrə təhsil almaq istəyənlər TOEFL və IELTS imtahnlarından keçməlidirlər. Türkiyə üçün ALES imtahanı tələb olunur. Türkiyənin özəl universitetləri üçün isə TOEFL və IELTS də keçərlidir. Əksər ABŞ və digər ölkənin (avropa) universitetləri GMAT və GRE imtahanları da tələb edirlər.

Xaricdə Magistr təhsili üçün ixtisasım bakalavr ixtisası ilə eyni olmalıdır?

Bu bir qədər mürəkkəb məsələdir. İxtisas təbii ki, bakalavr ixtisası eyni olmalı və yaxud da yaxın ixtisas olmalıdır. Məsələn, Humanitar elmlər üzrə təhsil alan tələbə, dəqiq elmlər üzrə təhsil ala bilməz. Bu həm də onun oxuması üçün çətin olar. Bu səbəbdən də xaricdə magistr təhsil almaq istəyənlər bakalavr ixtisasına yaxın və yaxud da eyni ixtisası seçməlidirlər. İstisna hallar ola bilər ki, bakalavr ixtisasınız başqadır və siz magistr üzrə başqa ixtisas üzrə təhsil almısınız. Bu ola bilər,amma bunu bəzi universitetlər qəbul edir. Bu universitetlər isə məsləhətli universitetlər deyil.

Ümid edirik ki,Xaricdə təhsil almaq arzusunda olanlar üçün yazdığımız məlumatlar kifayət qədərdir və bu onlara köməklik edəcək. Bizə suallarınız yazmaqdan çəkinməyin.

Xaricdə Təhsil məsləhəti üçün bizimlə əlaqə saxlayın

CELT Colleges İçəri Şəhər ofisi: 012 492 68 53, Anar Qurbanzadə (Avropa və Amerika) və ya 050 503 59 39 Fərid Kərimov (Türkiyə)

Comments are closed, but trackbacks and pingbacks are open.