Press "Enter" to skip to content

Həsən bəy zərdabi əsərləri

1852-ci ildə Səlim bəy oğlunu Şamaxı şəhər məktəbinə (şkolasına) verir. Bu vəqtdə Həsən bəyin 15 yaşı var imiş. Əski üsul məktəbində fars dilini öyrənmiş və Quran oxumağı bacaran Həsən bəy yeni üsul məktəbinə girincə öz istedadını göstərməyə başlamışdı. Rus dili onun üçün yabançı bir dil olduğuna baxmayaraq, rus arkadaşlarından geridə qalmayaraq o qədər müvəffəqiyyət qazanır ki, o vəqtin Qafqaz ölkəsi maarif müdiri baron Nikolay onu Tiflisə aparır. Orada Həsən bəyi hökumət xərcinə olaraq gimnaziyanın 5-ci sinfinə qəbul edirlər.

Текст книги “Həsən bəy Zərdabi xatirələrdə”

Qafqaz türklərinin Rusiya işğalı altına düşməsi sonrakı 1 əsrdə Azərbaycan dövlətçiliyinin bərpasını hədəfə alan milli idealın yaradılması və istiqlal məfkurəsinə çevrilməsi prosesini doğurmuşdur. Yeni tipli məktəbin, milli teatr və anadilli mətbuatın yaradılması bu təbii-tarixi prosesə yön və nizam verilməsində, milli kimliyə sahib çıxacaq ziyalılar nəsli yetişdirilməsində həlledici rol oynamışdır. Bu tarixi zərurətin gerçəkləşdirilməsi Mirzə Şəfi Vazehin, Abbasqulu ağa Bakıxanovun və Mirzə Fətəli Axundovun maarifçilik fəaliyyətindən qaynaqlanan milli idealı zehni-nəzəri çevrədən əməli-təcrübi məcraya yönəldən, həqiqi xalq xadimi kimi tarixi şəxsiyyətin yeni örnəyini yaradan Həsən bəy Məlikov Zərdabinin adı ilə bağlıdır.

Həyatını, ikiyə bölünmüş Vətəninin quzeyində dövlətçiliyini itirmiş, yox olmağa məhkum edilmiş xalqının nicatı işinə həsr etmiş Zərdabinin əməlləri və zəngin zəka irsi sağlığında və ölümündən sonrakı bir əsrdən artıq müddətdə milli-mədəni geriliyin aradan qaldırılması və azərbaycançılıq məfkurəsinin istiqlal məramnaməsinə çevrilməsi işinə xidmət etmişdir. Həsən bəyin bənzərsiz həyatı və müqəddəs mübarizəsi isə zaman-zaman xalq işinə xidmətin mükəmməl timsalı olaraq qəbul edilmişdir.

Çoxcəhətli fəaliyyəti, banisi olduğu elmi-mədəni çalışma yönləri ilə XIX əsrlə XX yüzillik arasında körpü yaratmış, sosial təkamülçü olmuş Zərdabi milli oyanış, demokratik təşəkkül və ümumi tərəqqi tariximizin öndəri, yeni ziyalılar nəslinin atası mərtəbəsinə yüksəlmişdir. Zəkası, qələmi və həyatda yaratdıqları ilə nadir irs qoyub getmiş Həsən bəy Zərdabi dövrünün əhatəli bioqrafiyasını yaratsa da, təəssüf ki, əhatəli xatirə yazmaması ilə mənalı ömür yolunun bir çox izlərini ötənlərin pərdəsi altında buraxıb getmişdir.

Nə yaxşı ki, mədəni tariximizə ilk milli ziyalı ailəsi kimi düşmüş zərdabilər və doğmaları, Həsən bəyin yetirmələri və zərdabişünaslar zamanında Zərdabi xatirəsinə və irsinə istinadla bu pərdəni yırtaraq böyük xalq xadiminin əhatəli bioqrafiyasını yaratmış, fəaliyyətini dərindən tədqiq etmişlər. Həsən bəyin məktubları və bir sıra məqalələri də bioqrafik səciyyəsi ilə onun ömür yolunun ayrı-ayrı səhifələrinə işıq salır. Xatirələrdə, mətbuat səhifələrində, tarixi sənədlərdə, məqalə və elmi araşdırmalarda əksini tapmış bu materialları yeni əlifba ilə nəşr etmək, toplular halında oxuculara çatdırmaq çağdaş nəsilləri milli idealın formalaşması tarixi ilə tanış etmək baxımından gərəklidir.

Zərdabinin öz millətinə xidmət nümunəsi ölümündən sonrakı illərdə milli-mədəni dairələrdə yüksək tutulsa da, təşviq olunsa da sovet zamanında hakim ideoloji tələblə Həsən bəyin ömür yolu və irsi “ifrat milliliyi” ilə təhlükəli sayılmış, qadağa və unutqanlıq çevrəsinə salınmışdır. Stalinizmin iflasından sonra milli varlığımıza bağlı ziyalılar (Heydər Hüseynov, Firidun Köçərli, Cəlal Məmmədov, Abbas Zamanov, Mirəli Axundov, Ziyəddin Göyüşov, Zaman Məmmədov, Şirməmməd Hüseynov, Vəli Məmmədov, İzzət Rüstəmov və s.) Zərdabinin həyat və fəaliyyətini müxtəlif yönlərdən öyrənməklə onun adını və irsini yenidən işığa çıxarmışlar.

Həsən bəy Zərdabi şəxsiyyətinin nadir kimliyini sonrakı nəsillərə çatdırmaqda onun ailə üzvlərinin – həyat yoldaşı və silahdaşı Hənifə xanım Abayeva-Məlikovanın, qızı Qəribsoltan xanım Məlikovanın və kürəkəni, qızı Pərisoltan xanımın həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun xatirələri çox qiymətli mənbələrdir. Həsən bəyin bioqrafiyasını canlı şəhadətlə yaradan bu xatirələr rus dilində yazıldığından və diqqətdən kənarda qaldığından uzun illər geniş oxucu kütləsi onlardan istifadə edə bilməmişdir. Son illərdə Söz Azadlığını Müdafiə Fondunun dəstəyi ilə bu xatirələr və digər bioqrafik materiallar toplular şəklində çap olunmuşdur.

Həsən bəyin doğum ili barədə müxtəlif tarixlərin mövcudluğu bu vaxtadək onun yubileylərinin keçirilməsinə mane olmuşdur. Ötən onilliklərdə 1837 və 1842-ci il tarixləri əsas götürülməklə elmi-mədəni dairələr 5-10 ildən bir Zərdabini yada salıb müxtəlif tədbirlər keçirsə də, bunlar rəsmi yubiley miqyası almamışdır. Nəhayət, bu il, mübahisəli sayılsa da, Həsən bəyin öz qələmindən çıxdığına görə əsaslı sayılmış 1842-ci il tarixini qəbul etməklə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə milli teatrın və mətbuatın banisinin 170 illik yubileyinin ölkə miqyasında təntənəli surətdə qeyd olunması qərara alınmışdır.

Yubiley tədbiri olaraq, Zərdabi barədə bioqrafik nəşr kimi çap olunan bu topluda əsas yeri Həsən bəyin ailə üzvlərinin xatirələri tutub. Bu xatirələrlə sıx bağlı olduğuna və onları tamamladığına görə H.Zərdabinin M.F.Axundovla məktublaşmaları, “Əkinçi”, “Kaspi” və “Həyat” qəzetlərində dərc olunmuş məfkurəvi və bioqrafik yüklü məqalələri toplunun əvvəlində yer alıb.

Həsən bəy Zərdabinin istedadlı yetirmələrindən biri, ölümündən sonra onun ilk bioqrafı olmuş görkəmli pedaqoq-publisist Fərhad Ağazadə Şərqlinin 1925-ci ildə “Əkinçi” qəzetinin 50 illik yubileyi münasibətilə yazdığı “Həsən bəy Məlikov-Zərdabinin tərcümeyi-halı” oçerki elmi-bioqrafik tutumuna görə kitabda geniş ön söz kimi nəzərdə tutulub.

Böyük Həsən bəyin 1907-ci ildə ölümü və ümumxalq matəminə çevrilmiş dəfni barədə dövri mətbuatda çap olunmuş yazılar bioqrafik dəyərinə görə sonrakı bölmədə verilib. Tanınmış zərdabişünasların araşdırmalarının xronikal səhifələri kitaba salınmaqla görkəmli demokratın ömür yolu barədə təsəvvürləri dolğunlaşdırıb. Topluya Həsən bəy Zərdabi və ailəsi barədə əldə olan fotoşəkillər də daxil edilib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi bu kitab materialların zənginliyi və gərəkliyi ilə bu vaxtadək Həsən bəy Zərdabi barədə buraxılmış bioqrafik kitablardan xeyli seçilir və ”milli ziyalılarımızın atası”nın yubileyinə dəyərli töhfədir.

Tahir Aydınoğlu,

Əməkdar jurnalist,

Zərdabi və “Ali media” mükafatçısı

HƏSƏN BƏY MƏLİKOV – ZƏRDABİNİN TƏRCÜMEYİ-HALI

(“Əkinçi” qəzetəsinin əlliilliyi münasibətilə)

XIX əsrdə Azərbaycan mədəni tərəqqisini öyrənmək üçün, şübhəsiz ki, Həsən bəy Məlikov Zərdabi və Mirzə Fətəli Axundovun gördükləri işlərdən başlamaq lazım gəlir.

Mədəniyyət tariximizin səhifələrində bu iki nəfər – Həsən bəy və Mirzə Fətəli böyük bir mövqe tuturlar. Bunlar ictimai vəziyyətləri etibarilə xəlqdən pək uzaq – birinin bəy, digərinin molla oğlu olduqlarına baxmayaraq, xas sinifdən ayrılıb xəlqə qoşularaq onların imtiyazlı siniflərə qarşı apardıqları mübarizələrinə yardım etmələri şayani-diqqətdir. Azərbaycanda bu dövrdə ilk dəfə bu iki sima imtiyazlı siniflərə qarşı üsyan qaldırırlar. Zaman və vəziyyət etibarilə bunların gördükləri işlər nə qədər küçük olursa da olsun, fəqət atdıqları addımlarının əhəmiyyəti etibarilə fövqəladə deniləcək qadar böyük və qiymətlidirlər. Zira bu vəqtlərdə istibdad hökumətinin yürütdüyü siyasət əskiliyi müdafiə etmək, mövcud “ənənati” bütün “müqəddəsliyi” ilə saxlamaq və bununla da Azərbaycan türklərinin tərəqqiyə doğru olan hər dürlü təşəbbüslərini nəticəsiz buraxmaq idi. Bu səbəbdən dolayı idi ki, hökumət gənclərin ata-baba çürük etiqadlarına qarşı olan etirazlarına, onların məhkum sinif leyhinə fəaliyyət göstərmələrinə tamamilə zidd bulunurdu.

Əsrlərdən bəri cahil mühit içərisində hər tərəfə rişə ataraq qüvvətli bir zəmində bulunan çürük adətlərə qarşı ilk üsyanı qaldırmaq və cəhalət moizələrinə hücuma başlamaq böyük cürət tələb edirdi.

Ata-babalara olan hörmət, onların nüfuzuna tabeiyyət mövcud ikən bu üsyanı yalnız quru bir cürət ilə yapmaq qabil deyildi. Bunun üçün məharət, bacarıq, gələcəyi görmək kimi böylə mühitlərdə mübarizə aparan şəxslərə lazım olan xassə bulun malı idi; çünki düşmənin qüvvətli bir dövründə, bir və yaxud iki mübariz kişi aradan qaldırmaq bir o qədər də zor iş deyildi. Bu iki sima bu nöqtələri olduqca iyi qavramış və bütün xətti-hərəkətlərinə doğru bir istiqamət verə bilmişlərdir. Cəhalət qələsinə məharətlə yanaşdıqları və cəsarət göstərdikləri üçün bir çox təşəbbüslərinin nəticələrini öz dövrlərində görməyə müvəffəq olmuşdular. Bir çox təşəbbüsləri sırasında imtiyazlı siniflərin əsasını sarsıtmaq və fikir cərəyanına bir yenilik, bir həyat vermək olmuşdur. Bu onların istədiklərinin əsasını təşkil edirdi.

Bu küçücük əsərdə Mirzə Fətəlidən bəhs olunmayacaqdır, zira onun haqqında çox yazılmışdır. Mirzə Fətəli Həsən bəyin müasiri olduğu və eyni vəzifəyi də üzərinə aldığı qiymət mahiyyətcə də bir olduğu üçün müqayisə olunsun deyə, burada ondan bir qadar bəhs etdik; Həsən bəyə dair qəzetlərdə, məcmuələrdə bir neçə məqalə və tərcümeyi-əhval yazılmışdır. Fəqət bunların verdiyi məlumat ilə iktila etmək olmaz. Bunların az olması ilə bərabər bir çox tarixi nöqsan və xətaları da vardır; bu boşluğu doldurmaq məqsədi ilə “Əkinçi” qəzetəsinin əlliillik yubilesindən istifadə edərək bu küçük kitabçeyi yazmağı öhdəmizə aldıq. Vəqtin azlığı təbiidir ki, geniş miqyasda yazmaq imkanını verməyəcəkdir.

Həsən bəy Məlikzadə (Məlikov), yaxud başqa cür təbirlə Həsən bəy Məlik Zərdabi 1837-ci ildə noyabrın 12-sində anadan olmuşdur. Onun ata yurdu Göyçay qəzasının Zərdab kəndidir. Bu kənd Kür çayının kənarındadır. Atası Səlim bəy, babası Rəhim bəy məzkur kəndin mülkədarı idilər. Bunlar şairləri pək çox sevdiklərindən evlərində daima şairlər qonaq bulunarmış.

Balaca Həsən bəy şairlər, ədəbiyyat və sair vaqeələr xüsusunda atası Səlim bəydən məlumat alardı. Həsən bəyin bu kimi şeylərdəki marağı onun Qafqaziyada olmuş bir çox vaqeələrin tarixini öyrənməsinə səbəb olmuşdur. Bunların hamısını atasından öyrənirdi. Səlim bəy oğluna keçmişi öyrətdikcə onun tərbiyəsinə təsir edir. Ona keçmişdən ibrət ala biləcək bir çox materialları verə bilirdi. Yuxarıda Həsən bəyin cəhalətə qarşı mahiranə bir surətlə və böyük bir cəsarətlə mübarizə apardığını qeyd etdik; böylə bir cəsarətə babası Rəhim bəy də malik bulunurdu.

Səlim bəy ona İran şahzadəsi Xosrov Mirzə ilə olmuş bir əhvalatı anlatmışdır. Xosrov Mirzə Qarabağ yolları ilə keçib İrandan Leninqrada (Peterburqa – red.) çar hüzuruna gedirkən bəylər və xanlar tərəfindən Şirvan hüdudunda qarşılanmışdı. Bunların sırasında Rəhim bəy də bulunurmuş. Rəhim bəyin yanındakı bir bəyə bir söz anlatdığını görmüş şahzadə, onun yanına gələrək nə danışdığını sorar. Rəhim bəy cəsarətlə qorxmadan qonşusunun qulağına söylədiklərini şahzadəyə təkrar edər:

“Xosrov Mirzə qadın kimi bəzənməyi tərk edərək at belində İran kəndlərini gəzib rəiyyətinin ehtiyaclarını öyrənərsə, şübhəsiz, gələcəkdə ədalətli bir şah olur. İndiki halda Xosrov Mirzə qadındır. Onun bu yaşayışından İran əhlinə heç bir nicat yolu yoxdur” – demişdi. Təbiidir ki, bu sözlər şahzadəyi məmnun etmişdi. Ancaq Rəhim bəyin cürəti onu heyrətə salmışdı.

Bu kimi keçmişə aid sözləri eşidən Həsən bəy doğru danışmaq, qorxmamaq kimi xassələri çocuqluğundan özündə yaratmağa müqtədir olmuşdu. Digər tərəfdən başqalarından eşitdiyi keçmişə aid böylə əhvallar Həsən bəydə vətənə qarşı olmazın bir məhəbbət oyadır və onda vətənin keçmişini öyrənməyə bitməz və tükənməz bir maraq doğururdu.

Həsən bəy Azərbaycanın tarixi ilə maraqlanmağa başlayır.

Keçmiş xanların rəqabəti, Nadirin və Ağa Məhəmməd şahın Muğana gəlməsi, onların Azərbaycan xanları ilə müharibələri və başqa bu kimi tarixi vaqeələr Həsən bəyin zehnini çocuqluqdan bəri məşğul edirdi.

Həsən bəy bu surətlə Azərbaycana aid bir çox məlumat əldə etmiş və bunların nəticəsində Azərbaycanın təbiətcə zəngin olması onun tənəzzülünə bais olduğunu da təyin edə bilmişdi. Zira Şərq və Qərb cahangirləri bu ölkəyi özlərinə mal etmək məqsədilə on dəfələrlə ayaqları altında çeynəmiş və təsərrüfatını dağıtmış və əhalisini talan etmişdirlər.

Həsən bəy 7-8 yaşında məktəbə getməyə başlamış, Quran, “Gülüstan”, “Şahnamə” kimi yabançı dillərdə olan bir çox əsərlər görmüş, bunların arasında türkcəyə təsadüf etməməsi onu şaşırmışdır. Məscidə getdikdə moizələrdən bir şey anlayamadığı üçün onu tərk edərək bu xüsusda atasına şikayət etmişdir. Oğlunun şikayətini eşidən ata da mollaya bu surətlə müraciət etmiş və demiş: “Heç fərqi yoxdur, Həsən bəy çocuqluqda məscidə getsə, böyüklükdə getməyəcəkdir. Çünki sizin moizələrinizi anlamaq olmayır. Anlaşılsa da bunlar həyati deyildir, vəqtilə sizin məscidləriniz boş qalacaqdır. Buna görə də nə çocuğa və nə də özünüzə əziyyət verməyiniz”.

1852-ci ildə Səlim bəy oğlunu Şamaxı şəhər məktəbinə (şkolasına) verir. Bu vəqtdə Həsən bəyin 15 yaşı var imiş. Əski üsul məktəbində fars dilini öyrənmiş və Quran oxumağı bacaran Həsən bəy yeni üsul məktəbinə girincə öz istedadını göstərməyə başlamışdı. Rus dili onun üçün yabançı bir dil olduğuna baxmayaraq, rus arkadaşlarından geridə qalmayaraq o qədər müvəffəqiyyət qazanır ki, o vəqtin Qafqaz ölkəsi maarif müdiri baron Nikolay onu Tiflisə aparır. Orada Həsən bəyi hökumət xərcinə olaraq gimnaziyanın 5-ci sinfinə qəbul edirlər.

1861-ci ildə Həsən bəy müvəffəqiyyətlə Tiflis gimnaziyasını qurtararaq yenə hökumət xərcinə Moskva Darülfünununa göndərilir. Həsən bəy təbiyyat, riyaziyyat fakültəsinə gedərək rus tələbələri arasında birincilik qazanır. Professorları arasında çalışqanlığı sayəsində böyük nüfuz qazanır.

Böylə ki, Darülfünunu qurtardığı vəqt professorluğa namizədliyini qazanmış olur.

Həsən bəy tələbəliyini rus cəmiyyətinin fəal qismi arasında keçirmişdi. Bunlarla bulunduğu müddətdə rus ədəbiyyatının gedişinə aşina olmur. Gizlin çalışan siyasi dərnəklərin (krujokların) tələb və proqramlarına aşina olurdu. Tanıdıqları arasında şair Pleşşevlə (Aleksey Nikolayeviç Pleşşeyev (1829-1893) nəzərdə tutulur – T.A.) yaxından dost olmuşdu. Bu şair fransız sosialistlərinin fəaliyyətini tədqiq edən dərnək başçılarından biri idi. Bu adam sonralar həbs edilərək əvvəlcə öldürülməklə və sonra Sibiryaya sürgün edilməklə məhkum edilmiş iyirmi dörd nəfərdən birisi olmuşdur. Bundan başqa Həsən bəy rusların məşhur tarixçisi Sulikov (bu familiya səhvdir. Söhbət Moskva Dövlət Universitetinin rektoru olmuş (1871-1877) məşhur rus tarixçisi Sergey Mixayloviç Solovyovdan gedir – T.A.) ilə də dost olmuşdur. Həsən bəy onun evində pək sevgili və möhtərəm qonaq hesab edilirdi. Həsən bəy də Şərq millətləri həqqində ona məlumat verərdi. Həsən bəyin məlumatını məzkur müvərrix pək qiymətli sanardı. Bu evdə Sulikovun (Solovyov) qızı ilə görüşərək ona məhəbbət yetirir. Qızı alaraq Qafqaziyaya gəlmək istədiyi vəqt, bu düşüncəsindən daşınaraq ilk məhəbbətindən vaz keçir. Qızı almadan Qafqaziyaya gəlir. Buna da eldən ayrılmaq qorxusu səbəb olmuşdur.

Həsən bəy Moskvadan gəldikdən sonra Tiflisdə “mejavoy palata” daxil olur. Burası, guya ki, kəndlilərin topraqlarını bölmək, müqəddəratı təyin etmək və aralarındakı mübahisələri həll etməklə mütif bulunurmuş. Həsən bəy kəndlilərin həyatı olan bu işlərində, onlara yardım etməyi çox arzu edərdi, zira topraq üstündə olan mübahisə, vuruşmaları, mülkədarların əlaqəsini və çar hökumətinin fitnə və fəsadlarını Həsən bəy çocuqluqdan bilirdi.

Kəndlilərin sulu, əkinə yarar topraqlarını bir tərəfdən mülkədar, digər tərəfdən çar hökuməti zəbt edərdi. Onun bu barədə qopardığı fəryadlarını kimsə dinləməyirdi. Bir çox etdiyi şikayətlərə əhəmiyyət verən olmayırdı.

Həsən bəy Borçalı qəzasında çalışarkən təsadüf etdiyi bəylərə, kəndlilərə əziyyət etməmələri və bu zülmdən əl çəkmələri həqqində çox nəsihətlər etmişdir. Borçalının ən məşhur bəylərindən olan Yadigarova Həsən bəy yetmiş il bundan əvvəl bu sözləri demişdir: “Bir zaman gələcək ki, hər bir hüquqdan məhrum etdiyiniz bu kəndlilər sizdən iraq olmaq istəyəcəklər, artıq əsirlikdə qalmayacaqlardır”.

“Mejavoy palat”ın verdiyi təəmmümlərinə çox vəqt əməl etməyərək öz fikrini yazıb bildirərdi. Bu, rəisinin və çinovniklərin hiddətinə səbəb olurdu. Yenə də bir dəfə Həsən bəy kəndlilərin yerini tutmaq (zəbt etmək) üçün əmr alır. Bu əmrə əməl etməyərək qulluqdan çıxır (digər rəvayətə görə, vəzifəsindən kənar edilir).

O zamanlar kəndlinin dərdini dinləyəcək heç bir idarə yox idi. Bu xüsusda polis idarəsi daha da iləri getmiş, kəndlinin ən qəddar düşməni kəsilmişdi. O zamanın təbirincə, kəndlilər “divanxana” qapısında ömürlərini çürüdürdülər. Dərdlərini bildirmək üçün türkcə ərizələr yazmayırdılar. Rusca da bilməyirdilər. Çinovniklər də məhəlli əhalinin dilini öyrənməyə tənəzzül etməyirdi. Bu iş üçün şəhərə çağırılmış kəndli aylarla ac-susuz qubernatorun (valinin) qapısında vəqt keçirirdi. Bu halları görən Həsən bəy yenə də qulluğa girir və bunu yenə bir çarə bilirdi.

1867-ci ildə Həsən bəy “Quberniski pravleniye”yə girərək kəndlilər həqqində rəis ilə danışığa girişir. Bu xüsusda ona ərizələr yazılır, təbiidir ki, Həsən bəyin böylə hərəkətləri çinovniklərin xoşuna getməyir. O zaman qubernator olmuş (Kulebakin) Həsən bəyi küçədə görürkən qarşı-qarşıya gəlməsin deyə o tərəfə keçirdi. Bütün bunların nəticəsində Həsən bəy “Quberniski pravleniye”dən uzaqlaşmaq məcburiyyətində qaldı. Vəzifəsini öz arzusu ilə tərk etməsəydi, şübhəsiz ki, kənar ediləcəkdi.

Bir müddət sonra Həsən bəy Quba məhkəməsində katib olur, o zamanlar məhkəmə işlərində bir taqım islahat yapılmışdı. Bu xüsusda rus dilində ədəbiyyat dəxi mövcud idi. O vəqt türk kəndlilərinin bunlardan xəbəri yoxdu. Advokatlar, tərcümanlar (dilmanclar) məhkəməyə işi düşən zavallı kəndlilərin dərisini soyardılar. Həsən bəy burada da böyük bir həqsizliyə təsadüf edirdi. Təbiidir ki, bütün mövcudiyyəti ilə bu kimi həqsizliklərə qarşı qoyan Həsən bəy burada sakit oturamazdı. Yenə də fəaliyyətə başlayır, bacardığını yapır, kəndlilərə əlindən gələn müavinəti edir. Onlara parasız ərizələr yazır, yol göstərir. Vəlhasil dayanmadan çalışırdı. Bunun bütün bu fəaliyyəti məhkəmə qurdlarının və soyğunçularının xoşuna getməyir. Çünki Həsən bəy kəndlilərə hüququnu anlatdıqca, onlara yol göstərdikcə advokatların və tərcümanların mədaxili az olurdu. Buna görə də bütün müftəxor dəstəsi Həsən bəyin düşməni kəsilmişdi. Bunlar mədaxillərinə mane olan Həsən bəyi aradan qaldırmaq məqsədi ilə bir gecə ona sui-qəsd edirlər. Evdə oturduğu vəqt pəncərədən ona güllə atırlar. Bir təsadüf olaraq güllə isabət etməyir, bununla da Həsən bəy ölümdən qurtarır.

Bu müftəxor güruhu həqqində Həsən bəy “Əkinçi” qəzetəsinin birinci il 15-ci nömrəsində aşağıdakı sözləri yazır:

“Bizi əvvəl mikroblar (qədim pristavlar) və indi də bəzi advokatlar soymağına səbəb biz özümüzük. Nə qədər avamıq, bizi aldadan olacaqdır. Əmələcatdan və advokatdan bizləri xilas etməklə biz xoşgüzaran olmayacağıq. Onlar olmayanda bir qeyri-müftəxor bizim malımıza şərik olacaqdır. Pəs şəkva etmək əvəzində səy edin, qanacağınızı artırın, yəni elm təhsil edin ki, müftəxorların sizin tər töküb qazandığınız mülk və malınıza şərakəti olmasın”.

Yenə də “Əkinçi” qəzetəsinin birinci il altıncı nömrəsində (səhifə 4) advokatlar xüsusunda Qubadan almış bir məktubu dərc edərək yazır: “Bu kağızı yazan öylə fikir edir ki, qeyri yerlərdə həlva yeyirlər. Əzizim, siz istədiyiniz vəkili Rusiyanın paytaxtında da tapmaq olmur”.

O zaman Qubada boyaq böhranı idi. Bundan istifadə edərək advokatlar əhalini soyurdu, bu “hüquqşünaslar” bir quldur dəstəsinə oxsayırdı. Vəqtilə Həsən bəy bunları çox gözəl təsvir etmişdir.

Həsən bəy hər hanki bir hökumət müəssisəsinə gedirsə, fikrini yürüdəməyərək vəzifəsini tərk etməyə məcbur olub. Bunların hamısı Həsən bəyə, yalnız bir nəfərin çar hökuməti ilə mübarizə aparması imkan xaricində olduğunu sübut edir. Bu mübarizəni müvəffəqiyyətlə aparmaq və arzu olunan nəticələri əldə etmək üçün oxumuşlar kadrosunun lazım olduğunu hiss edir. Bunu da təbiidir ki, əski üsul məktəblər verə bilmə– yəcəkdi. Fəqət çar hökumətinin ruslaşdırmaq siyasətini yürüdən yeni açılmış bu məktəblər, türk kütləsini özündən uzaqlaşdırmış və onların hüsnrəğbətini qazanamamışdılar.

Məktəb müəllimləri əksərən ruslardı və yaxud rusca bilən başqa millətlərdən idi. Bunların arasında “dərman üçün də olsun” bir türk müəllimi yoxdu.

Digər cəhətdən mollaların da bu işə böyük təsiri vardı. Bütün bunların nəticəsi olaraq bu məktəblərdə türk tələbəsi bulmaq çox zor idi. Olan beş-on kişi də bəy, mülkədar, varlı övladları idi. Kəndli işçi çocuqlarının birini də bu məktəblərdə görmək olmazdı. Geniş əməkçi kütləsini bu məktəblərə yalnız bu kütlənin bütün mənafeyini gözləyən və onu ürəkdən sevən müəllim cəlb edə bilərdi.

Həsən bəy darülfünundan aldığı şəhadətnamə üzrə məktəblərdə müəllim ola bilərdi. Buna görə də Qubadan Bakıya köçərək gimnaziyanın təbiyyat müəllimi olur. O zamanlar türklərin orta məktəblərdə müəllim olmaq həqqi yox idi. Həsən bəy buna yalnız öz bilik və məharəti sayəsində müvəffəq ola bilmişdi. Gimnaziyanın müdiri Həsən bəyin köhnə dostlarından olduğundan bu məsələnin Həsən bəy nəfinə həll edilməsi üçün çox çalışmışdı.

Həsən bəy məktəbə müəllim təyin edildikdən sonra türklərin bu məktəblərə cəlb olunması üçün çox çalışırdı, fəqət az nəticə əldə edə bilirdi. Buna da o zamankı türk mühitinin cəhalətdən ibarət olması imkan verməmişdi.

Altmış il bundan əvvəlki Bakı indiki mədəniyyət mərkəzi olan Bakıya heç bənzəməzdi, o zamanlar deyil ki, qızları, hətta oğlanları böylə məktəbə buraxmazdılar. Bəzi atalar oğlanlarının evdən dışarı çıxmasına razı olmazdı.

Avropa libası geyənləri şairlər həcv edər, mollalar da minbərdən onlara lənət yağdırarlardı.

Qaranlıq düşəndən sonra heç kəs küçəyə çıxmazdı. Xəstə qadınları faytona mindirmək lazım gəldikdə onları örtülü faytona mindirərlərdi. Cəhalətin böylə hakim bulunduğu bir mühit içərisində Həsən bəy müəllimlik fəaliyyətinə başlayır.

Müəllimlik iqtidarına gəlincə bununla birlikdə müəllimlik etmiş rus arkadaşları daima onu alqışlar, Həsən bəyin qəzetə və məcmuələrdə yazmış olduğu məqalələr onun ixtisasına dair böyük məlumata malik olduğunu göstərir.

Tələbələrin ruhlarını öyrənmək, onlara yanaşmaq, onları hər tərəfdən tədqiq etmək, zəif tərəflərini daima nəzərdə tutmaq işlərində Həsən bəydə fövqəladə bir bacarıq var idi. Bunun tələbələrə böylə yaxın bulunması, onların məhəbbətini tamamilə qazanmışdı. Həsən bəy bütün rus, erməni və gürcü şagirdləri arasında böyük hörmət və məhəbbət qazanmışdı.

Saçı-saqqalı ağarmış tələbələri indi də Həsən bəyin adını hörmətlə yad edərlər.

Həsən bəy türk əməkçi kütləsinin övladlarını məktəbə tərəf etmək üçün çalışır. Bunun üçün yollar arayır. Bu məqsədlə Həsən bəy boş vəqtlərini xəlq arasına çıxar, dəllak, xarrat, dərzi dükanlarında saatlarla vəqt keçirərək onlarla söhbətlər edərdi. Bunun dükanlardakı söhbətinin əsas mövzusu savad, elm, sənətdən ibarət olurdu. Həsən bəyin sözlərini dinləyənlər onun nə qədər doğru danışdığını təsdiq edər. Fəqət yenə də çocuqlarını məktəbə verməzdilər. Bəzən də bir çox nalayiq sözlərə hədəf olurdu. “Şapqalı rus” və “Sünni Həsən bəy” kimi bir çox ləqəblər də qazanmışdı.

Cəhalət içərisinə qərq olmuş o vəqti ki, Bakı müsəlmanlarının arasında “Ömər toyu”, “Baba Sücəddüm” (Baba Sücaəddin) adəti var idi. Dinçilərin təhriki ilə Bakı əhalisi ildə bir dəfə bu bayramı yapardılar. Bakıda yaşayan ləzgi və sünni xəlqi bu cahil hərəkətlərdən rəncidə olaraq ürəklərində ədavət bəslərdilər. Həsən bəy isə bu kimi mənasız və cəfəng işlərə əhəmiyyət verməyərək əhali arasından çəkilməz və öz təbliğatına davam edərdi, onun çox getdiyi yer bir dəmirçinin dükanı idi. Bu dəmirçinin bir oğlu vardı.

Həsən bəy çox çalışırdı, dəmirçiyə təbliğ etdi. Onu oğlunu məktəbə qoymağa məcbur etdi. Oğlunun xərcini ödəməyən dəmirçi Həsən bəyə çox şikayətlər edərdi. Həsən bəy bu şikayətlərə qarşı: “Palas-paltarını sat, amma oğlunu oxut” demişdi.

Dəmirçinin oğlu oxudu. Sonralar məşhur doktorlardan oldu. Həsən bəyin bu cahil atalar arasında apardığı təbliğat bəzilərinə təsir edirdi. Bu surətlə əməkçi kütləsindən də gimnaziyalara yaxınlaşmağa başladı. Fəqət bunların ədədi barmaqla sayılacaq bir dərəcədə idi. Bunlarla bərabər, Bakı bəyzadələri və tacir balaları da məktəbə gəlirdi. Həsən bəy bunların həqqində böylə yazır: “Bunları elm təhsil edən hesab etmək olmaz” (“Əkinçi”, birinci il, 8-ci nömrə, 4-cü səhifə). Məktəbə yeni gəlməyə başlamış varlı balalarının arasında əməkçi çocuqlarının günü yaxşı keçməyirdi. Onlar məktəb xərcinin öhdəsindən gələ bilməyirdilər. Həsən bəy bu yoxsul tələbələrin də halını düşünməyə başlayır.

Bu vəqtlər Mirzə Fətəli yeni-yeni yazmağa başlamışdı. (Əslində, M.F.Axundov 6 komediyasını 1850-1855-ci illərdə qələmə almışdı. – T.A.) Həsən bəy bu komediyələri öz tələbələrinə verərək onlarla tanış olmalarını tapşırır. Bunlardan “Hacı Qara”nı seçərək ilk dəfə gimnaziyanın salonunda oynayırlar. Bu pyesin biletləri qapı-qapı gəzdirilərək satılır. Bakı varlıları bu işə yaxın belə durmaq istəməyirlər. Tamaşaya gələnlərin çoxu Bakıda yaşayan özgə yerlilər idi. Bu tamaşanın hasilatı yoxsul tələbələr arasında bölünür. Bundan sonra bir müsəlman bayramı (Novruz bayramı – T.A) yaxınlaşdığı vəqt yoxsul tələbələrin nəfinə olaraq bir teatro tamaşası verilir. Həsən bəy yoxsul tələbələrə yardım etməklə türk teatrosunun da ilk banisi olmuşdur.

Gimnaziyanın salonundan hər zaman istifadə etmək olmayırdı. Buna görə də yalnız teatro mədaxili ilə yoxsul tələbələr təmin olunmayırdı. Digər tərəfdən də o vəqtlər Bakıda teatroya məxsus bina da yox idi. Bunun üçün də başqa və daha əsaslı tədbirə müraciət etmək lazım gəlirdi.

O zamanlar Bakıda yaşayan millətlərin hamısının cəmiyyəti-xeyriyyələri var idi. Həsən bəy də türklərə məxsus cəmiyyəti-xeyriyyə təşkili fikrinə düşür. Bir çox süründürmələrdən sonra Həsən bəy cəmiyyəti-xeyriyyənin proqramının təsdiqinə müvəffəq olur.

Həsən bəy Bakı dövlətlilərini Qazı Molla Cavad Axundun evinə toplayaraq cəmiyyətin proqramını onlara oxuyur. Hər kim bu məsələyi təsvib edir. Ortalığa para adı gəlincə hamısı bir bəhanə ilə məclisi tərk edirlər. Dövlətlilərin böylə düşüncəsiz hərəkəti Həsən bəyi qətiyyən ümidsiz etməyir.

1872-ci ilin yay fəslində Həsən bəy rəsmi bir dəftər ilə bərabər Qafqazın məşhur şəhərlərinə gedərək cəmiyyətə üzv yazdırır. Üzvlər üzvülük həqqindən başqa, cəmiyyətə xüsusi surətdə ianə də verəcəklərini vəd edirlər. Bu surətlə Həsən bəy “cəmiyyəti-xeyriyyə”nin ilk binasını qurmuş olur. Həsən bəy Bakıya qayıtdıqdan sonra üzvlərdən para almağa başlayır. Bu vəqtlər gimnaziyaya təyin edilmək üçün iki nəfər də yetim çocuq göndərirlər. Bunları da Həsən bəy məktəbə qeyd etdirməyə müvəffəq olur.

Məsələnin ağır cəhəti bunların iaşə və tərbiyəsi idi. Çocuqları tərbiyə etmək üçün hər halda bir tərbiyə görmüş savadlı türk qızı lazım idi. O zamanlarda böylə bir qızı bulmaq çox çətin idi. Məzkur ildə Tiflisdə “Svyataya Nina” məktəbini qurtarmış qızların siyahısı qəzetədə elan edilmişdi. Bunların arasında Hənifə xanım Abayeva adlı bir qız da bulunurdu. Bu xanım Şimalı Qafqazda yaşayan “bolqar” (balkar – T.A.) adlı türk elinə mənsub idi.

Bu xəbəri almış Həsən bəy Tiflisə gedir. Məktəbdə qız ilə görüşərək onu bəyənir. Qız da Həsən bəyi xoşladığı üçün evlənməyə razı olur. Həsən bəy əski adətlərin ziddinə olaraq məktəbə bir molla dəvət edərək məktəbdə nikah əqd edir. Bununla da Həsən bəy elçi və ataların vasitəsi olmadan ilk dəfə nikah qaydası qoymuş olur.

Həsən bəy Hənifə xanım ilə bərabər Bakıya gəlir. Həsən bəy müəllimliyə davam edir. Hənifə xanım da bir neçə məktəb çocuğunun tərbiyəsi ilə məşğul olaraq onların bütün zəhmətlərini üzərinə alır.

O vəqtlər Bakı küçələrində heç bir türk qadını başı açıq gəzə bilməzdi. Hənifə xanım buna əhəmiyyət verməyərək əri ilə bərabər küçəyə çıxardı. Bu iş əski qafalı kişilərin xoşuna getməzdi. Onların dalınca daş atar, onları küçədə təhqir edərdilər. Həsən bəy evində saxladığı şağirdlərin sayını gündən-günə artırardı.

Həsən bəy əvvəlki qaidə üzrə başqa şəhərlərdən para almağa davam edir. Fəqət para göndərənlərin miqdarı getdikcə azalmağa başlayır. Ən nəhayət, mədaxili məxaricdən az olur. Bununla da cəmiyyəti-xeyriyyə qapanır. Bu məsələ Həsən bəyi olduqca mütəəssir edir. Çünki başqa millətlərin cəmiyyəti-xeyriyyələri olmazın işlər görür. Yüzlərcə tələbələrini ali məktəblərdə oxudurlar. Onlara hər dürlü yardımda bulunurlar. Bu münasibətlə Həsən bəy “Həyat” qəzetəsinin 107 və 115-ci nömrələrində yazmış məqaləsində deyir ki: Bir danə Qarabağ əməkçisi suçu (Karapetin) millət qeyrəti bütün Qarabağ bəylərində yoxdur. Karapet işin biləndə su daşıyaraq min rublə toplamış və bunu erməni cəmiyyəti-xeyriyyəsinin rəisi bulunan doktor Rustamyana məktəb şagirdlərinə sərf olunmaq üçün vermişdir.

Həsən bəy Qafqazya şəhərlərində üzv toplayarkən Şuşaya da gəlmişdir. Burada bəylərin evlərinə gedərək onlardan müavinət istəmişdi. Cəmiyyət adını eşidən bir bəy “ay aman” deyərək nökərinin qucağına yıxılmışdı, digər bir bəy də erməni məktəbinə, rus kəlisasına, Rusiyada yanmış şəhərlərə müavinət etdiyini göstərərək artıq para vermək imkanı olmadığını qeyd etmiş və atasının ərvahinə and içmişdi.

Cəmiyyətin məzkur qaytanlı dəftəri bu son illərə qadar dururdu. Təəccüb orasıdır ki, bunda bir nəfər Bakı müsəlmanının imzası böylə yoxdur. Digər tərəfdən o vəqtdə Qazarov, Trusov kimi rus və erməni adları vardır. O vəqtin qubernatoru Staroselski dəftərə aşağıdakı sözləri yazmışdır: “Bakıda qubernator olduğum müddətdə müsəlman cəmiyyəti-xeyriyyəsinə yüz manat para verməyi özümə borc bilirəm”.

Bir azdan sonra Həsən bəy cəhalətlə mübarizə üçün qəzetəyi yeganə vasitə olaraq tanıdı və qəzetəyə böyük ümidlər bəslədi. Bu münasibətlə Həsən bəy “Həyat” qəzetəsində böylə yazır:

“Bizim cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatro oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib zəmanəyə müvafiq məktəblər açdırıb küçə-bazarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu dünyada dolanmaq mümkün deyil. Ələlxüsus bizim yerlərdəki qonşularımız elm təhsil edib gün-gündən iləri gedib bizim əlimizdə olan mülk və malımıza sahib olurlar və bir azdan sonra biz onlara rəncbərlik edib onların malını daşımaqdan ötrü kirakeşlik edəcəyik. Belədə nə qayırmalı? – Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm eşitmir! Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysaq, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürurla əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər. Belədə qəzetə çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzetə oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o səd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu – rəxnə tapır və su mürurla səddi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğruluğu aşkar olar…”

Həsən bəy zərdabi əsərləri

30 янв 2015

В группе 314 участников

Həsən bay Zərdabi və Azərbaycan mədəniyyəti Nəşr tarixi XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Azərbaycan xalqının mədəni intibahı və yüksəlişi tarixində mühüm hadisələr Həsən bəy Zərdabinin yaradıcılığı ilə daha sıx şəkildə bağlı olmuşdur. Xalqımızın maariflənməsi, onun cəhalət və mövhumat yuxusundan ayılması vəmədəni inkişaf yoluna düşməsində Zərdab son dərəcə böyük zehni zəhmət çəkmişdir. O, Azərbaycanda ilk ali təhsilli müəllim, milli teatrını və milli mətbuatını, xeyriyyə cəmiyyətinin banisi və görkəmli ictimai xadim kimi tanınmışdır. Görkəmli maarifçi-demokrat Həsən bəy Zərdabinin dünyagörüşü müəyyən ictimai-iqtisadi şərtlərlə yanaşı, mütərəqqi dünya mədəniyyətinin təsiri altında formalaşmışdır.Bu dünyagörüşü öz ideya mənbələri etibarilə istər Şərqin, istərsə də Qərbin mütərəqqi ictimai-siyasi, fəlsəfi və ədəbi ənənələrinə gedib çıxır. Bu ənənələr içərisində Azərbaycan xalqının uzun illərdən bəri formalaşmaqda olan ictimai-siyasi və fəlsəfi fikrinin nailiyyətləri xüsusi yer tutur. Zərdabi Bəhmənyardan tutmuş M.F.Axundova qədərki Azərbaycan mütəfəkkirləri ilə ideya əlaqəsində olmuşdur.Respublikamızda Zərdabinin dünyagörüşünün tədqiqinə, tarixi xidmətlərinin öyrənilib xalqımıza çatdırılması işinə xeyli diqqət yetirilmişdir. Onun iqtisadi, pedaqoji, elmi fəlsəfi görüşləri Azərbaycan maarifçiliyində müstəsna əhəmiyyətə malikdir.Zərdabinin əsərlərində xalqımızın mənəvi mədəniyyət məsələləri, xüsusilə ədəbiyyat, incəsənət, dil və din məsələləri də mühüm yer tutur. O, bu məsələləri bilavasitə cəmiyyətin inkişafı ilə bağlı şəkildə, vəhdətdə görürdü.Həsən bəy Zərdabi incəsənətin həyatla əlaqəsini, məzmun və formasını düzgün anlamışdır. Onun fikrincə şairlər, yazıçılar, aşıqlar xalqın ehtiyaclarını əks etdirən, xalqa edilən zülmləri göstərən əsərlər yazmalı və insanların maariflənməsinə kömək etməlidirlər.Xalqımızın maariflənməsi uğrunda çalışan, mübarizə aparan bir çox elm xadimləri kimi H.Zərdabi də şifahi xalq yaradıcılığına, onun ayrı-ayrı forma və janrlarına xüsusi əhəmiyyət vermiş və öz yaradıcılığında bunlardan dönə-dönə istifadə etmişdir.O, ədəbiyyat və incəsənət məsələlərinə də ciddi fikir vermişdir. Həsən bəyin nəzərincə ədəbiyyat və incəsənət xalqın maariflənməsində güclü vasitələrdəndir. Onun məqalələrində şeir və sənət məsələlərinə, incəsənət əsərlərində forma və məzmun vəhdətinə, ideyalılıq və xəlqilik prinsiplərinə, şifahi xalq yaradıcılığı problemlərinə toxunulmuş, bunlar haqqında olduqca maraqlı fikirlər söylənilmişdir.”Aləmə xalq baxışı” adlandırdığı atalar sözlərinin və xalq məsəllərinin dərindən öyrənilməsinə o, ciddi əhəmiyyət verirdi. Maraqlıdır ki, Zərdabinin ədəbiyyat və incəsənət, şeir və sənət haqqında fikirləri dərin estetik məzmundan məhrum deyildir. O, yeri gəldikcə gözəllikdən, onun tələblərindən, bu tələblərin pozulmasının incəsənət əsərlərini eybəcər və yararsız hala salmasından, estetik zövqdən və onu inkişaf etdirmək tələblərindən, incəsənətin tərbiyəvi və idraki əhəmiyyətindən də danışır.Həsən bəy Zərdabinin məqalə və qeydləri göstərir ki, o, klassik dünya ədəbiyyatınının görkəmli nümayəndələrinin, o cümlədən rus şair və yazıçılarının əsərləri ilə yaxından tanış olmuşdur. Zərdabi yeri gəldikdə həmin əsərlərə və onların müəlliflərinə istinad edirdi. Tez-tez Homerin, Dantenin, Götenin, Puşkinin, Saltıkov-Şedrinin adlarını çəkir, onlardan iqtibaslar gətirirdi.H.Zərdabinin xalqımızın mənəvi mədəniyyəti ilə bağlı böyük xidmətlərindən biri də onun mahnı və nəğmələrimizi toplaması hesab edilməlidir. Xalqın mənəvi inkişafında, dünya baxışında mahnı və nəğmələrin xüsusi yer tutmasından söhbət açan müəllif “Əkinçi” qəzetinin 1877-ci il 18-ci nömrəsində yazırdı: “Mahnı vacib şeydir. Ona binaən onun mənasını yaxşılaşdırmaq səyinə düşmək lazımdır. Hər tayfanın vətəndaşlıq və millətin keçmişində olan yaman və yaxşı günlərini şərh edən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur”.H.Zərdabi hələ “Əkinçi” qəzeti səhifələrində xalqı başa salırdı ki, köhnə təlim-tərbiyə üsullarından əl çəkib, dünyəvi elmlərə yiyələnmək vaxtıdır: “. bu qayda qədim zamənə qaydasıdır və zamanə dəyişildiyinə görə o qayda da dəyişilsin”. Əlbəttə, Həsən bəyin xalq arasında səpdiyi elm, təhsil toxumu yerli mollaların, şeyxlərin mənafeyinə toxunurdu. Deməli, savad, təhsil uğrunda Zərdabinin apardığı mübarizə heç də sadə bir iş deyil, ölüm-dirim işi idi.Böyük mütəfəkkir şeirə, nəğməyə adi söz yığını kimi yox, ideya silahı, xalqı oyanışa, qurtuluşa çağıran bir vasitə kimi baxırdı. Elə bu məqsədlə də o, dövrlə, həyatla səsləşən şeirlər, nəğmələr yazmağı tələb edir və vurğulayırdı ki, xülasə, şeir böyük bir alətdir ki, onunla bizim yuxuda olan qardaşlarımızı ayıltmaq çox asandır.Zərdabi aşıq musiqisinin də vurğunu olmuşdur. Həm də o, musiqinin xalqımızın mənəviyyatında xüsusi yer tutduğunu aydınlığı ilə dərk etmişdir. H.Zərdabi aşığa şeirimizi xalq arasında yayan bir təbliğatçı kimi baxırdı. Bu, təsadüfi deyildir. Zərdabi yaxşı bilirdi ki, XIX əsrdə və eləcə də XX əsrin əvvəllərində Azərbaycan kəndində aşıqlar qədər xalqa yaxın, onun dərdini-kədərini bilən sənət sahibləri yox idi.Başqa sözlə desək, aşıq xalqla gündəlik təmasda olan, onun məişətini bilən el nümayəndəsiydi. Odur ki, onların ifa etdiyi şeir nümunələri dili, məzmunu, ruhu etibarı ilə xalqa, onun tərəqqisinə xidmət göstərməliydi. Buna görə də H.Zərdabi bütün yaradıcılığı ərzində bu cəhətləri özü üçün əsas götürüb, həm də yazıçıları sadə, xalqın başa düşdüyü dildə yazmağa dəvət edirdi.Çünki Həsən bəy ana dilinin xalqın mənəvi inkişafında mühüm amillərdən biri olduğunu gözəl bilirdi. Bu baxımdan onun “Həyat” qəzetinin 1906-cı ilin yanvarında çap etdirdiyi “Dilvədin”, “İttihadi lisan” və “Dil davası” adlı məqalələri diqqətəlayiqdir.Zərdabinin bir mütəfəkkir kimi yetkinləşməsində Azərbaycan mədəniyyətinin XIX əsrdə yaşayıb-yaratmış görkəmli nümayəndələri Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov böyük rol oynamışdır. A.Bakıxanovun və M.Ş.Vazehin maarifçilik ideyaları, M.F.Axundovun mübariz ateizmi və materializmi Zərdabinin görkəmli bir alim və maarifçi kimi püxtələşməsinə, onun dünyagörüşünün formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.H.Zərdabinin yaradıcılığı ilə dərindən tanışlıq onun bu görkəmli mütəfəkkirlərin ideyaları ilə nə qədər bağlı olduğunu, daim bu ideyalardan qida aldığını bir daha sübut edir. Buna görə də biz Bakıxanovu, Vazehi və Axundovu Zərdabinin bilavasitə ideya sələfləri adlandıra bilərik.H.Zərdabi qeyd edirdi ki, istəyirsinizsə Azərbaycan milləti yaşasın, qabağa getsin, elmi və maarifi olsun, ona ana dili verin. onlar yazsın, qabağa getsin, məktəblər bina edib, öz dillərində elm təhsil etsin. Həsən bəy dili xalqın mənəvi siması, millətin yaşadıcısı hesab etmiş və bu cəbhədə M.F.Axundovun bir sələfi kimi Azərbaycan dilinin saflığı uğrunda həyatının sonunadək mübarizə aparmışdır.Böyük maarifçinin mənəvi mədəniyyətinizlə bağlı xidmətlərindən danışarkən onun milli teatrımızla bağlı fəaliyyətini də unuda bilmərik. Teatr yaratmaq ideyası H.Zərdabidə onun Tiflisdə yaşadığı, bəlkə də Moskvada təhsil aldığı illərdə yaranmışdı.Zərdabi xalqın, gənc nəslin tərbiyə edilib maariflənməsi işində xeyriyyə cəmiyyətləri ilə yanaşı teatr kimi digər vasitələrə də fikir vermişdir. 1873-cü ildə onun rəhbərliyi altında, Nəcəf bəy Vəzirovun və Əsgər bəy Adıgözəlovun yaxından iştirakı ilə Bakı realnı gimnaziyasının otaqlarından birində böyük dramaturq M.F.Axundovun “Hacı qara” komediyasının tamaşası göstərildi. Bununla da Azərbaycan milli teatrının əsası qoyuldu.Sonralar Zərdabi aydın surətdə dərk etməyə başladı ki, nə təkcə xeyriyyə cəmiyyətləri, nə də teatr vasitəsitəsilə həqiqi mənada xalqın maariflənməsinə nail olmaq mümkün deyildir. Həsən bəy maarif işi üçün geniş imkanlar aça bilən ideya vasitələri axtarırdı. Onun nəzərincə belə vasitələrdən biri Azərbaycan dilində nəşr ediləcək qəzet olmalı idi. Zərdabi qəzeti elə bir tribuna hesab edir ki, onun vasitəsilə xalqla danışmaq, onun dərdləri barəsində söhbət etmək mümkün olsun.H.Zərdabi dövrünün böyük maarifçisi kimi xalqının qurtuluşunu, cəhalətdən yaxa qurtarmasının başlıca yolunu elmə, təhsilə yiyələnməkdə görür və bu sahədə xüsusi iş aparırdı. Böyük Sabirin dili ilə desək, Azərbaycanın hər yerindən, hər obasından “oxutmuram əl çəkin” sədaları gəldiyi bir vaxtda “biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq” söyləyən Zərdabi millətin bu qəflət yuxusundan oyanıb təhsilə yiyələnməsi üçün fəryad qoparırdı.Ədəbin bu sahədə apardığı mübarizə öz bəhrəsini verdi. Doğma kəndi Zərdabda məktəb açılmasına icazə veriləndə o, buna ürəkdən sevinərək “Kaspi” qazetində bildirdi: “Nəhayət ki, bizim küçədə də bayramdır. Bu gün, ya sabah Zərdabda məktəb olacaqdır. Deməli, mənim səsim səhrada olduğu kimi batmayıbdır. Mən mötəbər mənbələrdən bilirəm ki, Zərdabda və İsmayıllıda ikisinifli məktəb açılacaqdır “.Qeyd etmək lazımdır ki, xalqın mədəni inkişafının, maariflənməsinin bir sıra mühüm məsələlərinin həllində Zərdabi Nəriman Nərimanovla birgə fəaliyyət göstərmişdir. İlk azəri müəllimlər qurultayının hazırlanmasında və keçirilməsində onların birgə fəaliyyəti çox mühüm əhəmiyyət kəsb etmişdir. Nərimanovun və Zərdabinin qurultayda etdikləri təkliflər iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Qurultaya sədrliyi də onlar aparmışlar.H.Zərdabinin bir böyüklüyü də onun bütün xalqların tərəqqisinə çalışmasında idi. Böyük beynəlmiləlçi öz xalqının elmə, təhsilə yiyələnməsinin bir yolunu da başqa xalqlarla təmasda olmaqda, qeyri-millətlərin nümayəndələri ilə birlikdə oxumaqda görürdü. Zərdabiyə görə başa papaq əvəzinə şapka qoymaq, ayağa çarıq əvəzinə çəkmə geymək heç də din xadimlərinin düşündüyü kimi müsəlmanlıqdan çıxmaq demək deyildi. Əksinə, bu, azərbaycanlıların da yeni mədəniyyətə yiyələnmələrinə işarədir.H.Zərdabi yaradıcılığında xalqımızın mənəvi mədəniyyət məsələləri haqqında yuxarıda verdiyimiz məlumatlar bizə bunu deməyə əsas verir ki, onun yazıb-yaratdığı zəngin irsində xalqın gündəlik həyat tərzi üstünlük təşkil etmişdir. Onun istər kiçik və istərsə də böyük həcmli məqalələrində, əsərlərində biz xalq həyatının, məişət və mədəniyyətinin bir çox sahələrinin əksini görürük. Zərdabi irsində xalqımızın adət-ənənələri, məişəti təkcə təsvirlə bitmir. Həsən bəy onları saf-çürük edir, yaxşılarının yaşadılmasını təbliğ, vaxtı ötmüş adətləri isə pisləyərək, el-obanın da onlardan əl çəkməsini inandırıcı faktlarla onlara izah edirdi.H.Zərdabi irsi bu gün də həyatımızla, məişətimizlə birgə səsləşir. Böyük ədibin etnoqrafik irsinin zənginliyi, gücü və aktuallığı da zənnimizcə, onun müasirliyində, bu günümüzlə ayaqlaşmasındadır.

Комментарии 0

Новые комментарии

Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь

Сервисы VK

добавлена 28 июня 2020 в 21:34

Программа Всесоюзной Коммунистической Партии (большевиков). Вступай в ряды большевиков! ь

519 046 просмотров

добавлена 18 июня 2020 в 21:02

Видео удалено или не является публично доступным

добавлена 13 июня 2020 в 21:33

Граждане Азербайджана! Наша Родина лежит в руинах: за 30 лет оккупации ворами и бандитами уничтожены промышленность, образование, сельское хозяйство и, как мы сегодня видим, медицина! Коек для больных просто нет! А оккупанты посылают последние средства в США, откровенно насмехаясь над народом, чувствуя свою безнаказанность! Нас уже открыты уничтожают! И мы так и вымрем по одному, если не обьединимся! Без партии-штаба сопротивления народа мы – стадо, и нас легко иметь олигархам! Смело вступайте в партию, крепите её ряды, чтобы вместе бить паразитов! Смерть врагам Советской власти!

Həsən bəy zərdabi əsərləri

HƏSƏN BƏY ZƏRDABİ (Həsən bəy Məlikov)

Doğum tarixi: 28 iyun 1837-ci il
Doğum yeri: Zərdab, Göyçay qəzası
Vəfatı: 28 noyabr 1907-ci il (70 yaşında)
Vəfat yeri: Bakı
Vəfat səbəbi: iflic olub
Həyat yoldaşı: Hənifə Abayeva-Məlikova
Uşaqları: Midhət bəy, Səffət bəy, Pəri xanım (Ə.Topçubaşovun həyat yoldaşı), Qəribsoltan xanım
Milliyyəti: türk

Həsən bəy Məlikov (Zərdabi) (1837-1907) — Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869-cu il), təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi (“Cəmiyyəti-Xeyriyyə”,1872), 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi (1873-cü il), Rusiyada ilk turkdilli qazetin – “Əkinçi”-nin naşiri, Azərbaycan mətbuatının banisi (1875-ci il iyul ayının 22-si), Azərbaycanda ilk qızlar gimnaziyasın açılmasının təşəbbüskarı, təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri(1906).

Həsən bəy Məlikov (Zərdabi) 1837-ci il iyunun 28-də keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Həsən bəy ilk təhsilini mollaxanada almış, sonra Şamaxı qəza məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin təbiyyət-riyaziyyat fakültəsini bitirmişdir.
Ali təhsil ocağında oxuduğu müddətdə Həsən bəy tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılmışdır. Lakin vətəninə, doğma Azərbaycanına olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu bu gənc, perspektivli müəllimi Azərbaycana çəkib gətirdi. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başladı.
Gündəlik həyatında və işində xalqla sıx bağlı olan Zərdabi asudə vaxtlarını xalq arasında keçirir, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirirdi. Onun apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdı.

“Əkinçi” qəzetinin yaranması

Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatımızın yaranması zərurətini doğurdu. Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət edir. Bununla əlaqədar böyük mütəfəkkir İstambuldan hürufat gətirtdirdi və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq oldu. Bu mətbu orqanla milli mətbuatımızın əsası qoyuldu.
1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxmışdır.
“Əkinçi” qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunurdu.
Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdu. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi.
İlk mətbu orqan kimi “Əkinçi” öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şerlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraq insanlar yerbəyerdən “Əkinçi”nin üzərinə hucuma keçdilər.
1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Milli mətbuatımızın ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan “Əkinçi” realist ədəbiyyatımızın inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.

“Əkinçi” qəzetinin nəşri dayandırıldıqdan sonrakı dövr

1880-cı ildən başlayaraq Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başladı. O, kənd təsərrüfatı sahəsində kəndlilərə yaxşı məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını da çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq Zərdabi yenə də mətbuatda fəal iştirak edirdi.
1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunur.
Həsən bəy Zərdabi 1875-ci ildə “Əkinçi” qəzеtinin 1, 4, 8-ci, 1876-cı ildə 26-cı saylarında və 1899-cu il “Kaspii” qəzеtinin 172-ci sayında tоrpaqşünaslığın əsas müddəaları və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar vеrmişdir, tоrpağın хışla dеyil, kоtanla şumlanmasını təklif еtmişdir.
Həyatının son illərində Zərdabi Bakı şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edirdi. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də qocaman maarif xadimi, görkəmli mütəfəkkir Zərdabi olmuşdur.
Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic xəstəliyinə tutuldu və 1907-ci il noyabr ayının 28-də vəfat etdi. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılıb. Mərhumun sümükləri bir-neçə il evdə ailəsinin yanında qalıb. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.