Press "Enter" to skip to content

Ə həsənov azərbaycan və atət bakı 1997

Tarix elmləri doktoru, p rofessor

Hikmət Hacıyev: Azərbaycan Avropa İttifaqının enerji və ticarətlə bağlı bir sıra məsələlərdə daha çevik yanaşma göstərməsini gözləyir – VİDEO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Belçikanın nüfuzlu “Euroactive” xəbər portalına müsahibə verib.

Day.Az Trend-ə istinadən müsahibəni təqdim edir:

– Avropa İttifaqı – Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti necədir, yeni ticarət sazişinə yaxınıqmı?

– Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri onun xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Biz Avropa İttifaqı ilə bir çox müxtəlif sahələrdə əməkdaşlıq edirik. Azərbaycan ticarət sahəsində Avropa İttifaqının mühüm tərəfdaşlarından biridir. Həmçinin, Azərbaycandakı əsas investorlar da əsas etibarilə Avropa İttifaqı ölkələridir. Azərbaycan və Avropa İttifaqı təhlükəsizlik, nəqliyyat və eneji sahələrində yaxından əməkdaşlıq edir. Xüsusən enerji sahəsində Azərbaycan və Avropa İttifaqı strateji tərəfdaşlıq münasibətlərinə malikdir.

Bu il xüsusən ona görə əhəmiyyətlidir ki, biz TAP layihəsinin son hissəsini də tamamlayacağıq və artıq yay fəslinin ortalarında TANAP və TAP boru kəmərləri vasitəsilə Azərbaycan qazı fiziki olaraq Avropa İttifaqının ərazisinə daxil olacaq.

Biz, həmçinin Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq. Sənəd üzrə danışıqlar Avropa İttifaqı və Azərbaycan arasında hələ də davam edir. Müəyyən fundamental məsələlər var ki, tərəflər onlarla bağlı fərqli baxışlara malikdir. Bunula belə, hər iki tərəf konstruktiv yanaşma göstərməklə, mövqeləri yaxınlaşdırmaq istiqamətində birgə iş aparır. Saziş layihəsinin demək olar ki, doxsan faizi razılaşdırılıb. Lakin enerji və ticarətlə bağlı bir sıra məsələlər var ki, biz Avropa İttifaqının daha çevik yanaşma göstərməsini gözləyirik. Hesab edirik ki, Avropa İttifaqı sazişlə bağlı preferensial ticarət və ya digər ifadə ilə aqressiv ticarət yanaşması göstərməməlidir. İnanırıq ki, bu anlayışı əsas tutmaqla biz danışıqlarda irəliləyişə nail ola bilərik. Çünki bu məsələlər Azərbaycan üçün də strateji əhəmiyyətə malikdir. Bizim öz daxili islahatlar prosesimiz, iqtisadi prioritet və təşəbbüslərimiz var. Bu səbəbdən qarşılıqlı faydalı yanaşma göstərilməli və saziş elə tərtib olunmalıdır ki, o hər iki tərəfin ehtiyaclarına cavab versin.

– Son müsahibələrindən birində Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı elə də nikbin deyildi. Bu dəyişibmi?

– Mənim Prezidentim ümumilikdə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə və bir çox sahələrdəki əməkdaşlığına toxundu. Şərq Tərəfdaşlığına gəldikdə, mənim Prezidentim bir daha qeyd etdi ki, Şərq Tərəfdaşlığı müxtəlif ölkələri bir araya gətirən bir çərçivədir və biz də bu prosesin tərkib hissəsiyik. Biz Şərq Tərəfdaşlığı proqramında iştirak edirik. Hazırda Şərq Tərəfdaşlığının bundan sonrakı inkişafı ilə bağlı danışıqlar və müzakirələr gedir. Lakin bizim üçün bu prosesin bütün tərəfdaşları əhatə etməsi və onlar arasında dərəcələndirmə aparılmaması olduqca vacibdir. Həmçinin, Şərq Tərəfdaşlığı elə tərtib olunmalıdır ki, tərəfdaş ölkələrin tələb və ehtiyaclarını ödəsin və həmin ölkəyə uyğun olsun. Azərbaycan Şərq Tərəfdaşlığını ümumi çərçivə kimi görür. Biz Şərq Tərəfdaşlığı çərçivəsində hər hansı bir donor dəstəyi və ya maliyyə yardımı axtarışında deyilik. Bizim bu geniş formatdan istifadə etməkdə məqsədimiz Avropa İttifaqı ilə əməkdaşlığımızı daha da genişləndirməkdir.

– Sizin fikrinizcə, Şərq və Qərb arasında bağlantıların yaxşılaşdırılmasında Azərbaycanın rolu nə olmalıdır?

– Ümumiyyətlə, “İpək Yolu” konsepsiyası Azərbaycanın bu məsələyə baxışı ilə üst-üstə düşür. Çünki Azərbaycan tarixən qədim İpək yolunun üstündə yerləşmişdir. Bu səbəbdən bu yol və Xəzər dənizi boyunca biz öz Mərkəzi Asiyalı tərəfdaşlarımızla birgə müxtəlif bağlantı mexanizmləri təsis edirik. Bu, yalnız nəqliyyata aid deyil. Bu, həm də informasiya və kommunikasiya texnologiyalarına aiddir. Azərbaycan Xəzər dənizi boyunca Mərkəzi Asiya, o cümlədən Çin və digər tərəfdaşları ilə birgə yeni fiber optik xətt inşa edir. Biz, həmçinin “İpək Yolu”nun dəniz və hava komponentləri üzərində işləyirik. Qısacası, işlər yaxşı gedir. Biz Çin və Avropa İttifaqı arasındakı böyük ticarət dövriyyəsi potensialının fərqindəyik. Xüsusən də artıq istifadə verilmiş və tam işlək vəziyyətdə olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Azərbaycan orta dəhliz qismində bu məsələdə öz rolunu oynaya bilər. Biz Avropa İttifaqından olan tərəfdaşlarımızla birgə çox işlər görə bilərik. Azərbaycan İran və Rusiya ilə birlikdə Şimal-Cənub istiqamətində də bağlantılar xətti yaratmağa çalışır. Azərbaycanın dəmir yolu sistemi Rusiyanın dəmir yolu sisteminə yaxşı inteqrə edilib və əlaqələndirilib. Hazırda biz Hindistan okeanı hövzəsi ölkələrindən Avropanın şimalına malların qısa müddət ərzində çatdırıla bilməsi üçün İranlı tərəfdaşlarımızla birgə işləyirik. Bunlar bizim tərəfdaşlarımızla birgə üzərində çalışdığımız imkanlardır. Düşünürük ki, artıq bu istiqamətdə yaxşı tərəqqi əldə olunub.

– NATO-Azərbaycan əlaqələrinin hazırkı vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

– Ötən il biz Azərbaycanın 1994-cü ildə qoşulduğu Sülh Naminə Tərəfdaşlıq Proqramının 25-ci ildönümünü qeyd etdik. O vaxtdan bəri NATO ilə əməkdaşlıq Azərbaycanda təhlükəsizlik və müdafiə islahatları sahəsində mühüm rol oynayıb. Müxtəlif NATO proqramları çərçivəsində verilən təhsil, təlim və məşğələlər Azərbaycanın öz müdafiə qabiliyyətini artırması və bu sahədə aparılan islahatlar prosesində mühüm vasitə olmuşdur. Hazırda Azərbaycan NATO tərəfindən etibarlı və öz öhdəliklərinə sadiq bir tərəfdaş kimi qəbul edilir. Mən qürur hissi ilə deyə bilərəm ki, bu gün Azərbaycan əsgərləri NATO müttəfiq və tərəfdaş ölkələri ilə çiyin-çiyinə Əfqanıstanda terrorizmlə mübarizə aparır və bu ölkəyə sülh və əmin-əmanlıq gətirməyə çalışır. Azərbaycan, həmçinin NATO müttəfiq və tərəfdaş ölkələri üçün həyati əhəmiyyətli yüklərin nəqliyyatında tranzit və logistik qovşaq kimi də mühüm rol oynayır. Biz inanırıq ki, siyasi məsləhətləşmələr və dialoqun daha da inkişaf etdirilməsi üçün potensial var. Brüsselə səfər çərçivəsində biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, ümumi siyasi və regional məsələlər üzrə “29+1” (NATO + Azərbaycan) formatında müzakirələr apardıq. Bu mənə NATO müttəfiq və tərəfdaş ölkələrindən olan həmkarlar və dostlara münaqişə barədə məlumat vermə imkanı verdi.

– Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı duruşunu necə qiymətləndirərdiniz?

– Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı prinsipial və qəti mövqeyini müsbət qiyməndiririk. Bu mövqe Avropa İttifaqı və Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində bir daha öz təsdiqini tapmışdır. Biz bu siyasətin xüsusilə də Avropa İttifaqının Vahid Xarici və Təhlükəsizlik Siyasəti sənədinin yerinə yetirilməsinə dair Avropa Parlamentinin qətnaməsində davam etdirildiyini görürük. Bu, Avropa İttifaqının bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı öhdəlik xarakterli bir sənəddir. Bizim üçün bu, olduqca vacibdir və biz bu mövqeni təqdir edirik. Həmçinin, düşünürük ki, Helsinki Yekun Aktı və beynəlxalq hüquqdan irəli gələn bu fundamental prinsiplər heç bir ayrı-seçkiliyə yol vermədən, bütün Şərq Tərəfdaşlığı ölkələri də daxil olmaqla bütün münaqişələrə münasibətdə tətbiq edilməlidir. Biz bu siyasətin davam etdirilməsini və ATƏT, BMT və bəzi digər platformalarda Aİ-nin mövqeyi kimi əks etdirilməsini istərdik. Çünki ərazi bütövlüyü hər bir ölkə üçün vacib şərtdir.

– Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər hansı perspektiv görürsünüzmü?

– Mənim Prezidentim tərəfindən də deyildiyi kimi, təəssüf ki, ötən il münaqişənin həlli baxımından itirilmiş il olmuşdur. Biz bu münaqişənin həlli üçün hər hansı bir xüsusi hərəkət görə bilmirik. Əksinə, biz Ermənistan tərəfindən qeyri-məhsuldar, destruktiv siyasətin şahidi olduq. Danışıqlar prosesinin artıq təsis olunmuş formatının mövcudluğuna baxmayaraq, erməni tərəfi bu formatı dəyişməyə cəhd etdi. Ermənistan və Azərbaycan bu münaqişənin tərəfləridir və ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçilərdir. Daha sonra erməni tərəfi çox yüksək səviyyədə “yeni ərazilər, yeni müharibələr” və “bir santimetr belə ərazinin qaytarılmayacağını” dedi. Nəhayət, Ermənistanın Baş naziri Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində “Dağlıq Qarabağ Ermənistandır” dedi. Bu, suveren bir dövlətin ərazisinin digər bir ölkənin rəhbəri səviyyəsində açıq şəkildə ilhaq edilməsi deməkdır. Bu, tamamilə qəbuledilməzdir. Bu, nəinki danışıqlara zərbə vurur, bütövlükdə danışıqlar prosesini dağıdır. Biz həmsədr ölkələrə, beynəlxalq ictimaiyyətə ismarıc göndərdik ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!

– Yaxanıza taxdığınız nişan nəyi simvolizə edir?

– Bu nişan Azərbaycanda baş vermiş Qara Yanvar hadisələrinin 30-cu ildönümünü simvolizə edir. Hələ Sovet vaxtları idi və Sovet İttifaqının rəhbəri Mixail Sergeyeviç Qorbaçov Azərbaycanda fövqəladə vəziyyət elan edərək 26 min nəfərlik qoşunu Azərbaycana yeritdi. Yeganə məqsəd müstəqillik və azadlıq haqqında düşünən Azərbaycan xalqının iradəsini qırmaq, onu qorxutmaq idi. Tanklar və əsgərlər heç bir fərq qoymadan mülki etirazçılara qarşı gücdən istifadə etdi. Nəticədə 140 insan qətlə yetirildi, bir neçə yüz insan yaralandı. Onlar azadlıq, müstəqillik və ədalət istəyən günahsız mülki vətəndaşlar idi. Bu, Sovet rəhbərliyi tərəfindən kütləvi cəzalandırmanın bir elementi idi. Bu, müharibə cinayəti və bəşəriyyətə qarşı cinayət idi.

Ə həsənov azərbaycan və atət bakı 1997

Baş redaktor

Əli Məhəmmədəli oğlu Həsənov

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

“Beynəlxalq münasibətlər və xarici siyasət”

Tarix elmləri doktoru, p rofessor

TƏRCÜMEYİ-HAL

Əli Məhəmmədəli oğlu Həsənov 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş, 1985-ci ildə təhsilini davam etdirmək üçün məqsədli göndərişlə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülmüşdür. 1988-ci ildə adıçəkilən universiteti fərqlənmə diplomu ilə bitirərək əyani aspiranturaya qəbul edilmişdir. 1992-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasını bitirmiş, “1917-1941-ci illərdə SSRİ-də milli münasibətlər (Azərbaycan tarixşünaslığı)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.
1992-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası və Bakıda elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətlə məşğul olmuş, “Yeni Azərbaycan” partiyasının yaradılması prosesində yaxından iştirak etmişdir. 1992-ci ildə keçirilən təsis qurultayında partiyanın Siyasi Şurasının, 1998-ci ildə isə İdarə Heyətinin üzvü seçilmiş, eyni zamanda 1993-1995-ci illərdə partiyanın ideologiya şöbəsinə başçılıq etmişdir.
1996-ci ildən Ə.M.Həsənov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmiş, 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışmışdır. Birinci dərəcəli dövlət müşaviridir.
Ə.M.Həsənov 1992-ci ildən həm də elmi-pedaqoji fəaliyyətlə məşğul olur. 2000-ci ildən 2020-ci ilə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik etmişdir. Eyni zamanda, 2000-ci ildə Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991-1996)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi, 2005-ci ildə isə professor adını almışdır.
Ə.M.Həsənov beynəlxalq münasibətlər, geosiyasət və xarici siyasət məsələlərinə dair Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş 30-dan çox monoqrafiya, dərslik və dərs vəsaiti, proqram, metodik vəsait, eləcə də yüzlərlə elmi məqalənin müəllifidir.
Bundan başqa, onlarla elmi-siyasi kitaba redaktorluq, fəlsəfə və doktorluq dissertasiyalarına rəhbərlik etmiş müəllifin elmi və siyasi məqalələri, müxtəlif beynəlxalq forum, konfrans və seminarlardakı çıxış və məruzələri yerli, eləcədə xarici mətbuatda mütəmadi olaraq dərc edilir.
Aktiv elmi-siyasi fəaliyyətinə görə Ə.M.Həsənov 1998-ci ildə YUNESKO nəzdində Beynəlxalq Kadr Akademiyasının, 1999-cu ildə isə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 2000-ci ildə London Bioqrafiya Akademiyası Ə.M.Həsənovu dünyanın ən fəal siyasətçiləri və alimləri siyahısına daxil etmişdir.
Azərbaycan dövləti qarşısındakı səmərəli xidmətlərinə görə, Ə.M.Həsənov 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Ə.M.Həsənov 2010-cu ildə Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin inkişafındakı xidmətlərinə görə Rusiya Federasiyası Prezidenti tərəfindən “Fəxri fərman”, 2015-ci ildə isə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edilmişdir.

Tarix elmləri doktoru, professor

Əli Məhəmmədəli oğlu Həsənovun

nəşr edilmiş elmi əsərlərinin

s i y a h ı s ı

(1992-2019)

Azərbaycan dilində nəşr olunmuş elmi ( monoqrafiya,

dərslik, dərs vəsaiti) və tədis-motodiki işlər

  1. Azərbaycan və ATƏT: Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi ümumavropa təhlükəsizliyi fonunda / Əli Həsənov; elmi red. N.İsayev.- Bakı: İşıq, 1997.- 82 s.
  2. Lissabon sammiti 96 /Tərt. ed.: Ə.M.Həsənov, Ş.Şahməmmədov; buraxılışa məsul və ön söz. müəl. R.Mehdiyev; red. Ə.M.Həsənov.- Bakı: Azərnəşr, 1997.- 312 s.
  3. Azərbaycan-ABŞ: anlaşılmaz münasibətlərdən strateji tərəfdaşlığa doğru: oktyabr 1991-avqust 1997 /Əli Həsənov; elmi red. Ə.Mehdiyev; ön söz. müəl. V.Quliyev.- Bakı: “Azərbaycan Universiteti” nəşriyyatı, 1997.- 107 s.
  4. Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991-1996-cı illər) /Əli Həsənov; ön sözün müəl. və rəyçi Y.Mahmudlu; elmi red. Ə.Mehdiyev.- Bakı: Azərnəşr, 1998.- 331 s.
  5. Mətbuat və demokratiya /Buraxılışa məsul R.Ə.Mehdiyev; tərtib edəni və redaktoru Ə.M.Həsənov.- Bakı, 1999.- 110 s.
  6. Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ (1991-1996): tarix еlmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı: 07.00.03 /Əli Həsənov; Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı, 2000.- 76 s.
  7. Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri: 1991-1996 /Əli Həsənov; elmi red. Ə.B.Mehdiyev.- Bakı: Elm, 2000.- 391 s.
  8. Azərbaycan Respublikası 1991-2001 /müəl. Əli Həsənov, Fatma Abdullazadə, Fuad Ələsgərov, Əli Əlirzayev və b.; red. Ramiz Mehdiyev.- Bakı: XXI-Yeni nəşrlər Evi, 2001.- 359 s.
  9. Dünya Azərbaycanlılarının I Qurultayı /Buraxılışa məsul R.Ə.Mehdiyev; tərtibçi Ə.M.Həsənov; – Bakı: Azərbaycan, 2002.- 352 s.
  10. Yeni Azərbaycan Partiyası: Yaranması, formalaşması və əsas fəaliyyət istiqamətləri /Əli Həsənov; Aydın Mirzəzadə.- Bakı: Azərbaycan, 2002.- 200 s.
  11. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti: dərslik /Əli Həsənov; elmi red.: S.Qəndilov, Ə.Mehdiyev; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Azərbaycan, 2005.- 752 s.
  12. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti fənninə dair metodik vəsait: ali təhsilin bakalavr pilləsi üçün /Azərbaycan Respublikası “Təhsil” Mərkəzi, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası; tərt. Ə.M.Həsənov; elmi red.: N.Məhərrəmov, E.Əhmədov.- Bakı: Azərbaycan nəşriyyatı, 2005.- 110 s.
  13. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti fənninin proqramı: bakalavr hazırlığı üçün /Azərbaycan Respublikası “Təhsil” Mərkəzi, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası; tərt. Ə.M.Həsənov; elmi red.: Ə.B.Mehdiyev, E.İ.Əhmədov.- Bakı: Azərbaycan nəşriyyatı, 2006.- 96 s.
  14. Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri : dərs vəsaiti /Əli Həsənov, Adil Vəliyev; elmi red. S.Qəndilov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Azərbaycan, 2007.- 248 s.
  15. Geosiyasət: nəzəriyyələri, metodologiyası, aktorları, tarixi, xarakteristikası, anlayışları: dərslik /Əli Həsənov; elmi red.: S.Qəndilov, M.Qasımlı; red.: M.Abdullayev, Ə.Mehdiyev; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Aypara-3, 2010.- 604 s.
  16. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti: monoqrafiya /Əli Həsənov; elmi red.Ə.Abdullayev; red.: M.Abdullayev, V.Səlimov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Letterpress, 2011.- 440 s.
  17. Geosiyasət fənninə dair metodik vəsait: ali məktəblərin bakalavr pilləsi üçün /Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası; tərt. Ə.M.Həsənov; elmi red.: E.İ.Əhmədov.- Bakı: Lettepress, 2011.- 72 s.
  18. Avrasiya zirvələri: Azərbaycandan baxış: [məqalələr toplusu] /Əli Həsənov; Xalid Niyazov; məsləhətçilər: S.Dəmirəl, A.Suver.- İstanbul, “Marmara” nəşriyyatı, 2012.- 248 s.
  19. Dünya ölkələrinin müasir siyasi sistemləri : monoqrafiya /Əli Həsənov; Adil Vəliyev; elmi red. E.Əhmədov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Zərdabi LTD, 2013.- 776 s.
  20. Azərbaycanın geosiyasəti: dərslik /Əli Həsənov; elmi red. E.Nəsirov; red. V.Səlimov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Zərdabi LTD, 2015.- 1055 s.
  21. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları /Əli Həsənov; elmi red. E.Əhmədov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Zərdabi LTD, 2016.- 662 s.
  22. Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri /Əli Həsənov; elmi red. E.Əhmədov Bakı: Zərdabi LTD, 2016.- 80 s. Azərbaycan, ingilis və rus dillərində.
  23. Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti / Əli Həsənov; elmi red. E.Əhmədov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Zərdabi LTD, 2016.- 296 s.
  24. Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması /Əli Həsənov; elmi red. E.Əhmədov.- Bakı: Zərdabi LTD, 2017.- 464 s. Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və çin dillərində.
  25. Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri /Əli Həsənov; elmi red. E.Əhmədov.- Bakı: Zərdabi LTD, 2017.- 400 s. Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və çin dillərində.
  26. Azər­bay­ca­nın xai­ri­ci si­ya­sə­ti” fən­ni­nin proqramı. – Bakı: Zərdabi LTD, 2018.- 128 s.
  27. “Azər­bay­ca­nın geo­si­ya­sə­ti” fən­ni­nin proq­ra­mı. – Bakı: Zərdabi LTD, 2017.- 296 s. 2018.- 96 s.
  28. “Geo­si­ya­sə­t ” fən­ni­nin proq­ra­mı. – Bakı: Zərdabi LTD, 2018.- 80 s.
  29. İlhamƏliyev –On beş illik prezidentlik dövrününuğursalnaməsi(2003-2018). Bakı: Zərdabi LTD, 2018.- 184 s.
  1. Dünya ölkələrinin müasir siyasi sistemləri : Yenilənmiş və təkmilləşdirilmiş 3-cü nəşr. Monoqrafiya /Əli Həsənov; Adil Vəliyev; elmi red. E.Əhmədov; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.- Bakı: Zərdabi LTD, 2019.- 568 s.

P rof. Dr. Ali Muhammedali oğlu Hasanov’un

Türkçede y ayınlanan kitapları

  1. Süleyman Demirel /Ali Hasanov, İrfan Ülkü.- İstanbul , 1999.- 254 s.
  2. Jeopolitik : Teorileri, Metodoloji, Aktörleri, Tarihi, Karakteristiği, Kavramları /Ali Hasanov; çeviri A.Ağaoğlu, F.Şammedov.- İstanbul: Babıali Kültür Yayıncılığı, 2012.- 460 s.
  3. Azerbaycan Cumhuriyeti`nin Ulusal Kalkınma ve Güvenlik Politikası /Ali Hasanov; aktaran: A.Ağaoğlu, F.Şammedov.- İstanbul: Ötüken, 2013.- 432 s.
  4. GüneyKafkasya,HazarKaradenizHavzalarıveAzerbaycanınJeopolitiği / Ali Hasanov ; aktaran : A . A ğ ao ğ lu , F .Ş ammedov .- İ stanbul : Ö t ü ken , 2016.- 408 s.
  5. HazarKaradenizHavzalarıylaGüneyKafkasyanınJeoekonomikKarakteristiğiveAzerbaycanınYeniPetrolPolitikası / Ali Hasanov ; aktaran : A . A ğ ao ğ lu , F .Ş ammedov .- İ stanbul : Ö t ü ken , 2016.- 183 s.
  6. Güney Kafkasyanın Askeri-Jeostratejik Durumu ve Azerbaycanın Güvenlik Politikası /Ali Hasanov; aktaran: A.Ağaoğlu, F.Şammedov.- İstanbul: Ötüken, 2016. – 282 s.

Книги доктора исторических наук, профессора

Али Магомедали оглу Гасанова , изданные на русском языке

  1. Национальные отношения в СССР 1917-1941 годов. (Азербайджанская историография) : Автореферат диссертации на соискание ученой степени кандидата исторических наук: 07.00.09 /Али Гасанов.- Московский Государственный Университет им. М.В.Ломоносова. M., 1992.- 24 с.
  2. Азербайджан в системе международных и региональных организаций: [учебное пособие для студентов вузов] /Али Гасанов, Агалар Аббасбейли; ред. И.Шукюров; рец. С.Зейналов.- Баку: Азернешр, 1999.- 255 с.
  3. Современные международные отношения и внешняя политика Азербайджана: учебник / Али Гасанов.- Баку: Шарг-Гарб, 2007.- 904 с.
  4. Геополитика: учебник для студентов вузов /Али Гасанов; науч. ред.: М.Гасымов, К.Аллахвердиев; ред.: М.Абдуллаев, А.Мехтиев; Академия Государственного Управления при Президенте Азербайджанской Республики.- Баку: Zərdabi LTD, 2012.- 688 с.
  5. Современные международные отношения и внешняя политика Азербайджана: учебник /А.Гасанов (предисл.); [пер.: Н.Хидиров, Дж.Сафаров, С.Гасанов, Я.Гулузаде]; науч. ред. М.Алиева; [ред.: Э.Алиева, В.Морозков].- Второе издание, дополненное.- Баку: Zardabi LTD, 2013.- 1008 с.
  6. Политика национального развития и безопасности Азербайджанской Республики: [монография] /Али Гасанов; науч. ред. К.Аллахвердиев; Академия Государственного Управления при Президенте Азербайджанской Республики.- Баку: Zərdabi LTD, 2014.- 670, [2] с.
  7. Геополитика Азербайджанана Южном Кавказе и в Каспийско-Черноморском Бассейне : [монография] /Али Гасанов; науч. ред. К.Аллахвердиев; Академия Государственного Управления при Президенте Азербайджанской Республики.- Баку: Zərdabi LTD, 201 7 .- 6 24 с.
  8. ГеоэкономикаКаспийскоЧерноморского бассейна и Южного Кавказа: Энерге­ти­ческаяполитикаАзербайджана : [монография] /Али Гасанов; науч. ред. К.Аллахвердиев; Академия Государственного Управления при Президенте Азербайджанской Республики.- Баку: Zərdabi LTD, 201 7 .- 312 с.

Tarix elmləri doktoru, professor Əli Məhəmmədəli oğlu

Həsənovun digǝr dillǝrdǝ nəşr olunmuş kitabları

  1. გეოპოლიტიკა / ალი ჰასანოვმა – თბილისი , 2015.- 193 გვ . (Gürcü dilində)
  2. Геосиёсат /Али Ҳасанов; таржимон Б.Шариф.- Toshkent: “Tamaddun”, 2016. – 528 бет. (Özbək dilində).
  3. Каспий-ҚараҚаражас-Қара теңіз бассейнi және Оңтүстік Кавказдын геоэкономикасы: Әзербайжанның энергетикалық саясаты.-Астана, «Гылым»баспасы,2017.-240 б.+32 б. фотожапсырма . (Qazax dilində).
  4. Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri (Gürcü dilində).
  5. Ozarbayjonliklarga qarshi etnik tozalash va milliy qirg`in siyosati. Xo`jayli milliy qirg`ini /A.Hasanov.- Toshkent: “İstiqlol nuri”, 2017. – 200 бет. (Özbək dilində).
  6. Ходжалинский геноцид / Али Гасанов ; киргизский язык перевел Б . Дыйканбай . Бишкек : Турар , 2018.- 40 c. + 24 (Qırğız dilində).
  7. Etapele purificării etnice și genocidul împotriva Azerilor – Genocidul de la Khojaly: cauze, consecințe și recunoaștere internațională. București. 2018.- 400 p. (Rumın dilində).
  8. Khojaly genocide: coverage in foreign media and international recognition. Baku, “Zerdabi Neshr”, 2019, 256 s. (İngilis dilində).

Elmi məcmuə və jurnallarda Azərbaycan dilində

dərc edilmiş məqalələri

  1. Azərbaycan-ABŞ: qarşılıqlı mənafelər strateji tərəfdaşlıq tələb edir /Əli Həsənov //Azərbaycan məktəbi.- 1997.- № 4 (560).- S.4-16.
  2. Müstəqil Azərbaycan dövlətinin xarici siyasəti (Əsas istiqamətlər, prinsip və xüsusiyyətlər) /Əli Həsənov //Heydər Əliyev siyasi məktəbini öyrənirik.- Bakı, 1997.- S.126-142.
  3. Azərbaycan Respublikasının xarici siyasətinin əsas vəzifələri, prinsip və istiqamətləri (1991-1997-ci illər) /Əli Həsənov //Tarix və onun problemləri.- Bakı, 1998.- № 2.- S.49-69.
  4. Heydər Əliyev və Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin qurulması /Əli Həsənov //Bakı Universitetinin xəbərləri. Sosial-siyasi elmlər seriyası.- Bakı, 1998.- № 1.- S.29-39.
  5. Mətbuat azadlığı və jurnalist məsuliyyəti /Əli Həsənov //Mətbuat və demokratiya: məqalələr toplusu.- Bakı, 1999.- S.24-37.
  6. Azərbaycan Respublikasının xarici siyasəti müstəqilliyimizin və dövlətçiliyimizin əbədiliyinin qarantıdır /Əli Həsənov, Novruz Məmmədov //Müstəqil dövlətimiz və parlamentimiz.- Bakı, 2001.- S.137-160. (Azərbaycan və ingilis dillərində).
  7. Heydər Əliyev və Azərbaycanın ictimai-siyasi həyatı 1993-2001-ci illərdə /Əli Həsənov //Suverenlik, demokratiya, dövlət idarəçiliyi: (Elmi sessiyanın materialları – 10 oktyabr 2001-ci il).- Bakı, 2002.- S.7-24.
  8. Azərbaycan beynəlxalq münasibətlər sistemində /Əli Həsənov //Qafqaz Universiteti.- Bakı, 2003.- № 11.- S.47-61.
  9. Heydər Əliyev və Azərbaycanın xarici siyasət fəaliyyətinin formalaşması /Əli Həsənov //Heydər Əliyev və müasir Azərbaycan. I Ümumrespublika Əliyevşünaslıq konfransının materialları.- Bakı, 2003.- S.29-52.
  10. Heydər Əliyev şəxsiyyəti: Xarizmatik liderin səciyyəvi cəhətləri /Əli Həsənov //Fəlsəfə və sosial-siyasi elmlər: Elmi-nəzəri jurnal /Azərbaycan Fəlsəfə və Sosial-siyasi elmlər Assosiasiyası.- Bakı, 2004.- №1.- S.24-28.
  11. Heydər Əliyev şəxsiyyətinin səciyyəvi cəhətləri /Əli Həsənov //Heydər Əliyev: ümummilli ilder.- Bakı, 2004.- S.67-76.
  12. Heydər Əliyev və Azərbaycanın ictimai-siyasi həyatı 1993-2001-ci illərdə /Əli Həsənov //Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. 1999-2003.- Bakı, 2004.- S.162-181.
  13. Neft strategiyası və Azərbaycanın xarici siyasət fəaliyyətinin qurulması /Əli Həsənov //Əsrin müqaviləsi – 10. Azərbaycan böyük inkişaf yollarında.- Bakı, 2004.- S.11-16.
  14. Dünya ölkələrinin enerji siyasəti və Azərbaycanın yeni neft strategiyası /Əli Həsənov //Azərbaycanda milli siyasət və strateji inkişaf XXI əsrin astanasında: sosial, siyasi və ideoloji aspektlər /tərt., bur. məsul S.Həsənov; baş red. Y.İ.Rüstəmov; elmi red. Ə.M.Tağıyev; AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu.- Bakı, 2005.- S.3-16.
  15. Heydər Əliyev və Azərbaycanın xarici siyasət prioritetlərinin müəyyənləşməsi /Əli Həsənov //Heydər Əliyev irsi və Azərbaycan dövlətçiliyi.- Bakı, 2005.- S.571-582.
  16. Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizlik siyasəti (Regional təhlükəsizlik) /Əli Həsənov //Heydər Əliyev irsi və Azərbaycanın davamlı inkişaf strategiyası.- Bakı, 2006.- S.59-76.
  17. Səmərəli dövlətçilik – demokratik inkişaf /Əli Həsənov //İlham Əliyev: iqtibaslar və təhlil.- Bakı, 2006.- S.63-73.
  18. Heydər Əliyev Azərbaycanın xarici siyasət strategiyasının yaradıcısıdır /Əli Həsənov //Heydər Əliyev yolu: Azərbaycan inkişafın yeni mərhələsində.- Bakı, 2007.- S.351-367.
  19. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir /Əli Həsənov //Yeni Azərbaycan Partiyası 15 il yüksəliş yolunda.- Bakı, 2007.- S.33-43.
  20. Heydər Əliyevin dövlət quruculuğu təlimi /Əli Həsənov //Heydər Əliyev və Azərbaycan.- Bakı, 2008.- S.391-401.
  21. Heydər Əliyevin xarici siyasətində nəqliyyat-kommunikasiya və enerji dəhlizləri məsələsi /Əli Həsənov //Heydər Əliyev ideyaları XXI əsrdə. Azərbaycanın inkişaf yolu.- Bakı, 2009.- S.326-342.
  22. Heydər Əliyev və Azərbaycanın milli təhlükəsizlik siyasəti:əsas məqsədi, vəzifələri və icra mexanizmləri /Əli Həsənov //Heydər Əliyev və inkişafın Azərbaycan modeli.- Bakı, 2010.- S.32-48.
  23. Azərbaycanın alternativ neft-qaz ixracı siyasəti və onun geosiyasi nəticələri /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi,elmi populyar jurnal.- 2011.- № 3, may.- S.17-28.
  24. Azərbaycanın milli inkişaf və təhlükəsizlik siyasətinə konseptual yanaşma /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2011.- № 5, iyul.- S.3-6.
  25. Azərbaycanın müasir geosiyasi inkişafı:mövcud vəziyyət və perspektivlər /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2011.- №1, mart.- S.10-20.
  26. Heydər Əliyev və Azərbaycanın müasir geosiyasi inkişafı /Əli Həsənov //Heydər Əliyev və Azərbaycanın müasirləşmə strategiyası.- Bakı, 2011.- S.31-43.
  27. Heydər Əliyevin geosiyasi təlimi:XXI əsrdə Azərbaycanın əsas geosiyasi vəzifələri və perspektivləri /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2011.- №2, aprel.- S.3-18.
  28. Xəzər hövzəsinin enerji resursları və onun bölgə ölkələrinin geosiyasi vəziyyətinə təsiri /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2011.- №4, iyun.- S.28-34.
  29. Xəzərin hüquqi statusu məsələsi və Azərbaycanın geoiqtisadi maraqları /Əli Həsənov //Fəlsəfə və sosial-siyasi elmlər: Elmi-nəzəri jurnal /Azərbaycan Fəlsəfə və Sosial-siyasi elmlər Assosiasiyası.- 2011.- №1.- S.77-110.
  30. Cənubi Qafqazın regional təhlükəsizlik sistemi və Ermənistan: qonşu ölkələrə qarşı ərazi iddiasının bu dövlətə vəd etdiyi geosiyasi perspektivlər /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2012.- №3 (9) may-iyun.- S.6-11.
  31. Heydər Əliyev və Azərbaycanın 20 illik milli inkişaf strategiyası:xarakteristikası, əsas vəzifələri və tələbləri /Əli Həsənov //Azərbaycan 2020: inkişafın yeni hədəfləri.- Bakı, 2012.- S.51-65.
  32. Xəzər hövzəsi və Cənubi Qafqazın enerji resursları və Avropanın enerji təhlükəsizliyində iştirakı /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2012.- № 4 (40).- S.125-133.
  33. İranın Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional təhlükəsizliyinə yanaşması və Azərbaycanın hərbi-geostrateji maraqları /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2012.- № 2 (8) mart-aprel.- S.6-13.
  34. Transmilli dünya gücləri və bölgə dövlətlətinin Xəzər hövzəsindəki geoiqtisadi siyasəti, maraqları və fəaliyyətinin xarakteristikası /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2012.- № 4 (10) iyul-avqust.- S.8-12.
  35. Azərbaycanın enerji təminatı və təhlükəsizliyi siyasəti /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2013.- № 6 (18), noyabr-dekabr.- S.3-10.
  36. Azərbaycanın enerji təhlükəsizliyi siyasəti və onun başlıca istiqamətləri / Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2013.- № 4 (44).- S.127-134.
  37. Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizə dövründəki fəaliyyəti (yanvar 1990 – iyun 1993-cü il) /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2013.- № 2 (42).- S.5-15; Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2013.- № 2 (14), mart-aprel.- S.3-11.
  38. Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizəsi /Əli Həsənov //Heydər Əliyev – Böyük Azərbaycanlı.- Bakı, 2013.- S.124-139.
  39. Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional təhlükəsizlik mühiti:hərbi bloklaşma reallıqları və proqnozları, geostrateji güclərin təsnifatı /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal – 2013.- №1 (41).- S.94-98.
  40. Türkiyənin Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına yanaşması, Azərbaycanın geostrateji maraqları /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2013.- № 3 (43).- S.129-136.
  41. Azərbaycan Respublikasında informasiya fəaliyyəti və təhlükəsizliyi siyasəti /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2014.- № 1(19) yanvar-fevral.- S.3-15; Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. – 2014.- №1(45).- S.77-92.
  42. Azərbaycan Respublikasının ekoloji təhlükəsizlik siyasəti /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2014.- № 2 (20) mart-aprel.- S.3-9.
  43. Azərbaycanın milli dövlət quruculuğu və geosiyasi inkişaf xarakteristikası: keçilmiş yol, mövcud imkanlar və perspektivlər /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. – 2014.- № 3(47).- S.79- 96.
  44. Azərbaycanın milli inkişaf siyasəti: formalaşması, əsas mərhələləri və xarakterik xüsusiyyətləri /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. – 2014.- № 4 (48).- S.129-138.
  45. Azərbaycanın müasir geosiyasi inkişaf xarakteristikası və perspektivləri /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2014.- № 4 (22), iyul-avqust.- S.3-15.
  46. 2014-cü ilin yekunları qarşıdan gələn 2015-ci ilə nikbinliklə baxmağa tam əsas yaradır /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2014.- № 06 (24), noyabr-dekabr.- S.3-9.
  47. Azərbaycan Respublikasının müasir dünyadakı vəziyyəti və geosiyasi mövqeləri /Əli Həsənov //Azərbaycan müasir dünyada.- Bakı, 2015.- S.300-316.
  48. Azərbaycanın müasir geosiyasi fəaliyyətinin bəzi məsələləri /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2015.- № 5 (29), sentyabr-oktyabr.- S.3-7.
  49. 2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub və uğurlu inkişafını davam etdirib /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2015.-№ 06 (30), noyabr-dekabr.- S.3-10.
  50. Ermənistanın Azərbaycana təcavüzü: saxta “Erməni soyqırımı” və Qərbin “İkili standartlar” siyasəti /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. – 2015.- № 2 (50).- S.109-116.
  51. Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional təhlükəsizlik mühiti:hərbi bloklaşma reallıqları və proqnozları, geostrateji güclərin təsnifatı /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. – 2015.- № 3 (51).- S.77- 84.
  52. Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2015.- № 1 (49).- S.79- 90.
  53. Azərbaycan Respublikasının xarici siyasəti: Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri; Azərbaycan Respublikasının dünya dövlətləri ilə bərabərhüquqlu qarşılıqlı münasibətləri: ikitərəfli və çoxtərəfli əlaqələr, beynəlxalq təşkilatlarla əməkdaşlıq; Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi probleminin həlli istiqamətində fəaliyyət /Əli Həsənov //Azərbaycan Respublikasının tarixi (1991-2003) /AMEA, A.A.Bakıxanov adına Tarix İnstitutu; elmi məsl. A.Əlizadə; layih. rəhb. Y.Mahmudov; red. hey.: A.Əlizadə, İ.Həbibbəyli və b..- Bakı, 2016.- C.I: Heydər Əliyev dövrü.- S.385-462.
  54. Azərbaycan Respublikasının xarici siyasəti: Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri və hədəfləri; Dünyanın aparıcı dövlətləri ilə ikitərəfli və çoxtərəfli tərəfdaşlıq kursunun davam etdirilməsi; Qonşu ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələr. Regional əməkdaşlığın genişləndirilməsi siyasəti; Dünyanın müxtəlif güc mərkəzləri ilə iqtisadi və enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq münasibətlərinin dərinləşməsi; Beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlər; Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın xarici siyasəti /Əli Həsənov //Azərbaycan Respublikasının tarixi (2003-2016) /AMEA, A.A.Bakıxanov adına Tarix İnstitutu; elmi məsl. A.Əlizadə; layih. rəhb. Y.Mahmudov; red. hey.: A.Əlizadə, İ.Həbibbəyli və b..- Bakı, 2016.- C.II: İlham Əliyev dövrü.- S.385-449.
  55. Heydər Əliyevin siyasi kursunda multikulturalizmə baxış və yanaşmalar /Əli Həsənov //Heydər Əliyev irsi və multikultural dəyərlər.- Bakı, 2016.- S.3-7.
  56. Xəzər hövzəsinin geosiyasi xarakteristikası və müasir dünya siyasətindəki rolu /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2016.- № 3 (33), may-iyun.- S.3-7; № 4 (34), iyul-avqust.- S.3-8.
  57. Müstəqilliyimizin memarı /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2016.- № 1 (53).- S.109-116.
  58. Azərbaycanın milli dövlət quruculuğu və geosiyasi inkişaf xarakteristikası: keçilmiş yol, mövcud imkanlar və perspektivlər /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2016.- № 6 (36), noyabr-dekabr.- S.3-12.
  59. Azərbaycanın 25 illik müstəqillik tarixinin qısa xarakteristikası: keçilmiş yol, mövcud imkanlar və perspektivlər /Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2016.- № 4 (56).- S.12-23.
  60. 31 Mart Soyqırımı Ermənistanın Azərbaycanlılara Qarşı Etnik Təmizləmə Siyasətinin Ən Qanlı Səhifəsidir. Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. №1 (57), 2017,- S.101-111.
  61. Heydər Əliyevin Azərbaycanın milli dövlətçiliyi uğrunda mübarizəsi və siyasi islahatlar strategiyasının reallaşdırılması mexanizmləri. Əli Həsənov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. №2 (58), 2017,- S.85-97.
  62. Azərbaycan dünyada mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. /Əli Həsənov //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2017.- № 5 (41), sentyabr-oktyabr.- S.3-5.
  63. Heydər Əliyev və milli dövlətçilik təlimi – azərbaycançılıq // Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2018.- № 03 (45) may-iyun.- S.3-7.
  64. Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda mübarizəsidövründəki fəaliyyəti (1990- iyun, 1993-cü il). // XX əsr Azərbaycanın gorkəmli dovlət qurucuları. Bakı: 2018.- S.10-37.
  65. Heydər Əliyev və milli dövlətçilik təlimi: əas xüsusiyyətlər və hədəflər. // XX əsr Azərbaycanın gorkəmli dovlət qurucuları. Bakı, 2018.- S.38-50.
  66. Heydər Əliyev və milli dövlətçilik təlimi – azərbaycançılıq. // XX əsr Azərbaycanın gorkəmli dovlət qurucuları. Bakı: 2018.- S.51-64.
  67. On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi // Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2018.- № 05 (47) sentyabr-oktyabr.- S.3-8.
  68. Heydər Əliyev vəAzərbaycanın müstəqil dövlətçilik maraqları // Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2018.- № 06 (48) noyabr-dekabr.- S.3-7.
  69. Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir. // Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2019.- № 01 (49) yanvar-fevral.- S.3-9.
  70. İlham Əliyev – Yeni prezidentlik dövrünün möhtəşəm bir ili. // Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2019.- № 02 (50) mart-aprel.- S.3-9.
  71. İlham Əliyev – On beş illik prezidentlik dövrünün uğur salnaməsi (2003-2018). // Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2019.- № 03 (51) may-iyun.- S.3-11.
  72. Heydər Əliyev – yeni milli intibahın və müstəqil dövlətçiliyin əsasını qoymuş tarixi şəxsiyyət. // Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2019.- № 04 (52) iyul-avqust.- S.5-12.
  73. XOCALI SOYQIRIMI ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI HƏYATA KEÇİRDİYİ ƏN AĞIR CİNAYƏTDİR. // // Geostrategiya: Beynəlxalq ictimai-siyasi, elmi-nəzəri jurnal.- 2020.- № 01 (55) yanvar-fevral.- S.5-10.

Bilimsel dergilerde ve diğer yayınlarda

Türkçe çıkan makaleleri

  1. Çok kutuplu Dünya Güclerinin ve Bölge Ülkelerinin HazarHavzasındaki Jeoekonomik Çizgi, Çıkar ve Faaliyyetlerinin Karakteristiği /Ali Hasanov //Ekovitrin: aylık ekonomi dergisi.- İstanbul, Türkiye, 2012.- No: 155, Kasım.- S.26-31.
  2. ECO Zirvesinin Ardından: ECO’nun Faaliyyeti ve Azerbaycan /Ali Hasanov //Ekovitrin: aylık ekonomi dergisi.- İstanbul, Türkiye, 2012.- No: 156, Aralık.- S.42-47.
  3. Güney Kafkasya’nın Bölgesel Güvenliğine Türkiye’nin Yaklaşımı ve Azerbaycan’ın Jeostratejik Konumu Üzerindeki Etkisi /Ali Hasanov //Ekovitrin: aylık ekonomi dergisi.- İstanbul, Türkiye, 2012.- No: 152, Ağustos.- S.134-138.
  4. Hazar Denizi ve Karadeniz Havzalarıyla Güney Kafkasya’nın Bölgesel Güvenliği ve Azerbaycan’ın Askeri-Jeostratejik Sorunları /Ali Hasanov //Ekovitrin: aylık ekonomi dergisi.- İstanbul, Türkiye, 2012.- No: 149, Mayıs.- S.60-64.
  5. Hazar Havzasının Enerji Rezervleri ve Avrupa’nın Enerji Güvenliği /Ali Hasanov //Ekovitrin: aylık ekonomi dergisi.- İstanbul, Türkiye, 2012.- No:148, Nisan.- S.66-71.
  6. Hazar-Karadeniz Havzası Ülkelerinin Enerji İhracatı Politikası ve Azerbaycan’ın Petrol Stratejisi /Ali Hasanov //Kobi Efor: aylık politika ve ekonomi dergisi.- İstanbul, Türkiye, 2012.- No: 151, Nisan.- S.62-65.
  7. Kollektif Güvenlik Anlaşması Örgütü ve Azerbaycan’ın Askeri-Jeostratejik Çıkarları /Ali Hasanov //Ekovitrin: aylık ekonomi dergisi.- İstanbul, Türkiye, 2012.- No: 153, Eylül.- S.88-95.
  8. Türkiye ve Azerbaycan’ın Güney Kafkasya’daki Bölgesel Güvenlik Çıkarları /Ali Hasanov //Ekovitrin: aylık ekonomi dergisi.- İstanbul, Türkiye, 2012.- No: 150, Haziran.- S.192-195.
  9. Türkiye’nin Güney Kafkasya’nın Güvenlik Yapılanmasına Yaklaşımı ve Azerbaycan’ın Güvenlik Çıkarları /Ali Hasanov //Ekovitrin: aylık ekonomi dergisi.- İstanbul, Türkiye, 2012.- No: 151, Temmuz.- S.132-135 .

Научные статьи , опубликованные в сборниках

и журналах на русском языке

  1. Организация Экономического Сотрудничества (ОЭС): Создание и деятельность. ОЭС и Азербайджан //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2012.- № 5 (11), sentyabr-oktyabr.- S.3-7.
  2. Ситуация региональной безопасности в Каспийско-Черноморском бассейне и на Южном Кавказе:реалии и прогнозы об объединении в блоки, классификация геостратегических сил /Али Гасанов //Право и политология: Международный научный журнал.- Кишинэу, Молдова, 2012.- № 20, август.- С.30-35.
  3. Энергетические ресурсы Каспийского бассейна и Южного Кавказа и участие в энергетической безопасности Европы /Али Гасанов //Кавказ и Мир: Международный научный журнал.- Грузия, Тбилиси, 2012.- № 14.- С.18-28.
  4. Концептуальный подход к политике национального развития и безопасности Aзербайджана /Али Гасанов //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2013.- № 4 (16), iyul-avqust.- S.5-11.
  5. Отношения России с США, НАТО и Европейским Союзом, её влияние на геополитическую позицию, региональную безопасность Южного Кавказа и Азербайджана /Али Гасанов //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2013.- № 1 (13), yanvar-fevral.- S.5-12.
  6. Подход Ирана к Каспийско-Черноморскому бассейну и безопасности Южного Кавказа, геостратегические интересы Азербайджана в области безопасности /Али Гасанов //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2013.- № 3 (15), may-iyun.- S.6-14.
  7. Путь Азербайджана от восстановления независимости до членства в Совете Европы в отражении национальной печати /Али Гасанов, A.Зейналова //Право и политология: Международный научный журнал.- Кишинэу, Молдова, 2013.- № 24, сентябрь.- С.31-37.
  8. Агрессия Армении против Азербайджана и двойные стандарты Запада /Али Гасанов //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2015.- № 4 (52).- S.127-132.
  9. Этапы политики этнической чистки и геноцида против Азербайджанцев /Али Гасанов //Geostrategiya: aylıq ictimai-siyasi, elmi populyar jurnal.- 2015.- № 2 (26), mart – aprel .- S .3-12.
  10. Ходжалинский геноцид: причины, последствия и признание на международной арене , /Али Гасанов //Geostrategiya №1 ( 37 ) , yanvar-fevral, 2017, s.3-11.
  11. Ходжалинский геноцид: причины, последствия /Али Гасанов // Этно-территориальные конфликты в глобальной геополитике . ( Сборник материалов к Международной научно-практической конференции, Кишинэу, Молдова, 2017) Кишинэу: Метранпаш, 2017, стр . 17 – 33.
  12. Геноцид в Ходжалы: причины, последствия, международное признание / Али Гасанов // İ RS Наследие №1 (91) , 2018, s .44-51.
  13. Геноцид в Ходжалы: причины, последствия, международное признание // IRS– Наследие 2 (92) – 2018, c. 40-47.
  14. Геноцид в Ходжалы: причины, последствия, международное признание // IRS– Наследие 3 (93) – 2018, c. 42-49.
  15. Транснациональная транспортно-коммуникационная политика, проводимая Азербайджаном в Каспийско-Черноморском бассейне и на Южном Кавказе, и ее влияние на геоэкономическую ситуацию в регионе /Али Гасанов //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 201 7 .- № 4 ( 60 ).- S .127-138.
  16. Гейдар Алиев и учение о национальной государственности — Азербайджанство /Али Гасанов //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2018.- № 2 (62).- S.89-102.
  17. Ильхам Алиев – Пятнадцать лет на посту президента летопись достижений (2003-2018) . /Али Гасанов //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2018.- № 4 (64).- S.137-150.
  18. Признание в мире Ходжалинского геноцида – историческая необходимость. /Али Гасанов //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2019.- № 1 (65).- S.81-90.
  19. Гейдар Алиев и интересы независимой государственности Азербайджана. /Али Гасанов //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2019.- № 2 (66).- S.87-94.
  20. Гейдар Алиев – историческая личность, заложившая основу нового национального возрождения и независимой государственности. /Али Гасанов //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2019.- № 3 (67).- S.82-91.
  21. Контракт века” – проект, превративший Азербайджан в неотъемлемую часть глобальной мировой экономики. /Али Гасанов //Geostrategiya: Beynəlxalq ictimai-siyasi, elmi-nəzəri jurnal.- 2019.- № 5 (53), sentyabr-oktyabr.- S.5-10.
  22. СЛУГА НАРОДА – ЛИДЕР СОЗИДАТЕЛЬ. // /Али Гасанов //Geostrategiya: Beynəlxalq ictimai-siyasi, elmi-nəzəri jurnal.- 2019.- №6 (54), n oyabr – dekabr, – S.5-15.

Scientific articles published in journals and collections

  1. Territorial claims and Armenian military aggression against Azerbaijan in the late XX century /Ali Hasanov // Территориальная целостность государств и соблюдение прав человека . Материалы Международной научно-практической конференции (Кишинэу, Республика Молдава, 17 сентября 2014 г.).- Кишинэу , 2014.- C.21-26.
  2. Stages of ethnic cleansing and genocide against the Azerbaijanis /Ali Hasanov //Law and Politology: International scientific journal.- Moldova, Chisinau, 2015.- №31, September.- P.37-44.
  3. Stages of ethnic cleansing and genocide against the azerbaijanis /Ali Hasanov // Science and world: Inter­na­tional scientific journal.- Russia, Volgograd, 2015.- № 9 (25), Vol I.- P.93-98.
  4. Armenian policy of ethnic cleansing and genocide against the Azerbaijanis in the XX century /Ali Hasanov // Политика двойных стандартов в разрешение территориальных конфликтов . Материалы Международной научно-практической конференции (Кишинэу, Республика Молдава, 25 февраля 2016 г.).- Кишинэу, 2016.- С.13-24.
  5. The Khojaly genocide:causes,consequencesand international recognition /Ali Hasanov // Science and world: Inter­na­tional scientific journal.- Russia, Volgograd, 2017.- № 8 (48), Vol I.- P.123-129.
  6. Khojaly genocide: the gravest crime committed by armenians against azerbaijanis in late 20th century /Ali Hasanov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. №3 (59), 2017 s.101-110.
  7. Genocide of 31 March is the bloodiest page of Armenia`s policy of ethnic cleansing against Azerbaijanis /Ali Hasanov //Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal. №1 (61), 2018 s.93-106.
  8. Genocide in Khojaly: causes, consequences and international recognition // IRS– Heritage 4 (36) – 2018, 4(36), AUTUMN, 2018, p.56-63 .
  9. Grandiose triumphant annals of 15-year presidency / Ali Hasanov // Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə. Elmi-nəzəri jurnal.- 2018.- № 3 (63).- S.89-102.

Məsul katib

İsmayıl Ərşad oğlu Qasımov 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) politologiya fakultəsinə daxil olmuş, 1997-ci ildə adıçəkilən institutu fərqlənmə diplomu ilə bitirərək AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına qəbul olmuşdur. 2000-ci ildə aspirantura təhsilini başa vurmuşdur. Əmək fəaliyyətinə 1995-cı ildə “Olaylar” İnformasiya Agentliyində müxbir kimi başlamış, sonra bu agentlikdə analitik – siyasət şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1997 – ci ildə “Millət” qəzetində və “7 Gün” qəzetində fəaliyyətini davam etdirmişdir. 1998 –ci ildə “Ekspress” qəzetinin siyasət şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, 2000- 2007-ci illərdə mətbuatda məqalələrlə çıxış etmişdir. 2007-ci ildə hərbi xidmətə çağırılmış, 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra “Heydər Əliyev İrsini Araşdırma Mərkəzi”ndə fəaliyyətə başlamışdır. Ulu Öndər Heydər Əliyevin dünyamiqyaslı fəaliyyətinə həsr olunmuş – “Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir”, “Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı münasibətləri)”, “Azərbaycan vahid və bölünməz Avropada”, “Azərbaycan qadını naminə”, “135 illik yol” (“Road of 135 years”) – kitablarının redaksiya heyətinin üzvüdür. 2011- ci ildə “Geostrategiya” Beynəlxalq ictimai-siyasi, elmi nəzəri jurnalında fəaliyyətə başlamış və hazırda jurnalın məsul katibi vəzifəsində çalışır. Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 iyul 2015-ci il tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Redaksiya heyəti:

Prof.Dr. Александр Пухкал (Ukrayna)

Prof.Dr. Arif Quliyev (Ukrayna)

Prof.Dr. Aygün Attar (Türkiyə)

Prof.Dr. Babaxan Şərifov (Özbəkistan)

Prof.Dr. Cəfər Cəfərov (Azərbaycan)

Prof.Dr. Durxan Kıdırıli (Qazaxıstan)

Prof.Dr. Efim Pivovar (Rusiya)

Prof.Dr. Elçin Əhmədov (Azərbaycan)

Prof.Dr. Elman Nəsirov (Azərbaycan)

Prof.Dr. Ədalət Muradov (Azərbaycan)

Prof.Dr. Əli Həsənov (Azərbaycan)

Prof.Dr. Heydərbəy Bababekov (Özbəkistan)

Prof.Dr. Hikmət Məmmədov (Azərbaycan)

Prof.Dr. Xəqani Məmmədov (Azərbaycan)

Prof.Dr. İsa Həbibbəyli (Azərbaycan)

Prof.Dr. Kemal Çiçek (Türkiyə)

Prof.Dr. Quram Marxuliya (Gürcüstan)

Prof.Dr. Musa Qasımlı (Azərbaycan)

Prof.Dr. Sergey Pirojkov (Ukrayna)

Prof.Dr. Səlahəddin Xəlilov (Azərbaycan)

Prof.Dr. Ziyad Səmədzadə (Azərbaycan)

Dos.Dr. Akkan Suver (Türkiyə)

Dos.Dr. Aleksandr Quşşin (Rusiya)

Dos.Dr. Ərəstun Mehdiyev (Azərbaycan)

Dos.Dr. Firdovsiyyə Əhmədova (Azərbaycan)

Dos.Dr. İbrahim Əliyev (Azərbaycan)

Dos.Dr. Mübariz Qurbanlı (Azərbaycan)

Dos.Dr. Oleq Kuznetsov (Rusiya)

Azərbaycan adlı ilk dövlət nə vaxt yaranıb? – Həsən Həsənov

Azərbaycanın dövlət xadimi, sabiq baş nazir, tarix elmləri doktoru Həsən Həsənovun “Makedoniyalı İsgəndər və Atropat” adlı kitabında “Azərbaycan” adlı dövlətin yaranması ilə olduqca mühüm tarixi faktların təqdim edilməsi bu gün də müzakirə predmetidir.

Kult.az mövzunun son günlər aktuallaşdığını nəzərə alaraq, Həsən Həsənovun Azərtac-a müsahibəsini təqdim edir:

– Hörmətli Həsən müəllim, siz öz elmi fəaliyyətinizə sovet dövrünün əvvəlinə aid olan Azərbaycan tarixini tədqiq etməklə başladınız, sonra birinci Cümhuriyyətimizin formalaşmasının mürəkkəb prosesləri haqqında bir əsər dərc etdiniz. Necə oldu ki, sizdə tariximizin ən qədim dövrünə və “Makedoniyalı İsgəndər və Atropat” əsərini yazmağa maraq yarandı?

– Məsələ ondadır ki, tariximizin ən qaranlıq problemlərindən biri ölkəmizin ən qədim əhalisinin etnik mənşəyi haqqında məlumatın olmaması idi. Konseptual olaraq desək, Azərbaycanın ən qədim dövrünün etnik dünyasına olan qapını açacaq bir açar yox idi. Bu baxımdan, Zaur Həsənovun Nyu Yorkda nəşr olunan “Çar skiflər” adlı monoqrafiyası olduqca əhəmiyyətli, qətiyyətli və əsaslı oldu. Skiflər haqqında ilkin mənbələrdə e.ə. VII əsrdən başlayaraq Azərbaycanda baş verən hadisələrlə əlaqədar bəhs olunur. Eyni zamanda, arxeologiya skiflərə qohum xalq olan sakların Azərbaycanda daha əvvəllər yaşadığını qəbul etməyə əsas verir. Zaur Həsənovun məhz “Çar skiflər” əsəri və sonrakı bir sıra əsərləri mənim “Makedoniyalı İsgəndər və Atropat” əsərini yazmağım üçün əsas verdi. Həmin əsərimdə Azərbaycan tarixinin iki çox vacib mərhələsi haqda danışılır.

– Bu, hansı iki mərhələdir?

– Birinci mərhələ – Atropatena/Adorbayqan/Azərbaycan adlı dövlətin yaranmasıdır, hansı ki, sonralar öz müstəqilliyini itirmişdir. İkinci mərhələ isə həmin dövlətin eyni ad altında müstəqilliyinin bərpasıdır.

– “Azərbaycan” adlı ölkə hansı şəraitdə yaranıb?

– Roma tarixçisi Ammian Marsellin (IV əsr) “Atropatena” adlı ölkənin Assuriya İmperiyasının süqutu nəticəsində yaradıldığını bildirir. Həmçinin Suriyanın Karki de bet Selox (V əsr) salnaməsi “Adorbayqan” adlı ölkənin Assuriya İmperiyasının süqutu nəticəsində meydana gəldiyini bildirir. E.ə. I əsrə aid Roma xəritəsində eyni ölkə “Atrapatena” adlanır. “Atropatena/Atrapatena, Adorbayqan” və müasir “Azərbaycan” ad versiyaları eyni mənşəyə mənsubdurlar, bu haqda daha sonra ətraflı məlumat veriləcəkdir.

– Assuriya İmperiyası nə vaxt dağılıb, hansı ki, nəticədə Azərbaycan adlı dövlətin yaranmasına gətirib?

– Britaniya Muzeyində akkad dilinin yeni Babil ləhcəsində mətni təsvir edilən “The Fall of Nineveh” adlı mixi lövhə saxlanılır. Mətn 1923-cü ildə ingilis alimi S.J.Qadd (ing. C.J.Gadd) tərəfindən oxunub və nəşr edilib. Lövhədəki mətnə əsasən Assuriya İmperiyasının paytaxtı Nineviya e. ə. 612-ci ildə işğal olunaraq məhv edilib. Assuriyalılar müxtəlif şəhərlərdə hakimiyyəti qorumağa və hətta sənədlər dərc etməyə çalışsalar da, dövlətin mövcudluğu dayandırılıb. Bu səbəbdən Ammian Marsellininin bəhs etdiyi (Atropatena) və Suriyanın Karki de bet Selox salnaməsində bəhs olunan (Adorbayqan) yeni ölkənin yaranması tarixi e.ə. 612-ci il hesab olunur.

– E.ə. 612-ci ildə yarandığı zaman “Atropatena/Adorbayqan” adlı ölkənin hüdudları hara idi?

– Yarandığı anda Atropatena/Adorbayqan adlı ölkənin hüdudları barədə, ilkin mənbələrdən alınan məlumatlara, eləcə də E.Kavaiqnyak, Volfram Nagel, A.A.Nemirovski kimi XX əsr müəlliflərinin araşdırmalarına əsasən mühakimə edilə bilər. Bunlardan V.Nagel və A.Nemirovski hətta sərhədləri aydın göstərən xəritələr tərtib ediblər. Yəni, ölkənin şərq sərhədinin Xəzər dənizinin sahili olduğunu, qərb sərhədlərinin Anadoluda (hazırkı Qızıl İrmak) Qalis çayına çatdığını, şimal sərhədlərinin Qafqaz silsiləsinə, cənub sərhədlərinin isə Urmiya gölünə çatdığını qəbul etməyə əsas verir. Midiya isə ondan vassal asılılığında idi.

– Hansı xalq Assuriya İmperiyasını məhv etdi və Atropatena/Adorbayqan adlı ölkəni yaratdı?

– “The Fall of Nineveh”adlı Yeni Babil mixi lövhəsi və İstanbulda Arxeoloji Muzeydə saxlanılan mixi yazılı Nabonidus qranit lövhəsi Assuriya İmperiyasının Umman-Manda xalqı tərəfindən dağıdıldığından xəbər verir. Bu lövhənin tədqiqatçıları Qadd və B.B.Piotrovski Umman-manda adı altında skiflərin nəzərdə tutulduğunu iddia edirlər. Qərbi Asiyada o dövrdə hegemon xalqı “şimaldan gələn” adlandırırdılar. Əvvəlcə bu ad altında kimmerlər, sonra skiflər və nəhayət midiyalılar nəzərdə tutulurdu. E.ə. 623-cü ildə skiflərin midiyalılar üzərində (Çar Madiyanın başçılığı altında) qələbəsi nəticəsində (e.ə. 623-594-cü illər, 28 il ərzində) hegemonluq skiflərdə idi (bax. Herodot). Assuriya İmperiyasının dağıdılmasının e.ə. 612-ci ildə, yəni skiflərin hegemonluğu dövründə baş verdiyini nəzərə alsaq, “Umman-manda xalqı” dedikdə skiflərin nəzərdə tutulduğu şübhə doğurmur. Atropatena/Adorbayqan adlı ölkəni yaradan məhz Assuriya İmperiyasını məhv edən skiflər olub.

– Bəs Herodot deyir ki, Assuriyanı midiyalılar məhv etdilər?

– Doğrudur, yalnız Herodot (I, 103-106) deyil, həm də onun ən yaxın çağdaşı Ktesiy (Ctesias) də Midiyanın Assuriyanı məhv etdiyindən bəhs edir (bax: Diodor II, XXXII, 5). Lakin biz Herodot və Ktesiyin yazdıqlarını təkzib edən ilkin mənbələrə malikik. İlk növbədə, Herodot Kiaksarın 40 il hökmranlıq etdiyini (28 il sürən skif hökmranlığı da daxil olmaqla) vurğulayır. Bu, o deməkdir ki, Kiaksar 28 il ərzində Midiyanın hökmranlığından uzaqlaşdırılmış, Assuriya isə məhz 28 il davam edən skif hegemonluğu dövründə məhv edilmişdir. Diodor Assuriyanın Midiyanı öz valisi vasitəsilə idarə etdiyi barədə məlumat verir. Diodor Assuriyanı məğlub edən Arbakın Midiya çarı yox, yalnız “Midiya sərkərdəsi” olduğunu da vurğulayır. (Diodor II, XXVI, 1, 2). Kurtsiy Rufun və Diodorun bəhs etdikləri, həmçinin Assuriya İmperiyasını məhv edən ölkə barədə fikir formalaşmasına əsas verir. Kurtsiy Rufa görə, Makedoniyalı İsgəndərin qəbul etdiyi skif səfirləri ona “Suriya çarını, fars və midiyalıların çarını məğlub etdiklərini” bildirdilər və bu qələbələr sayəsində onların qarşısında Misirədək aparan yol açıldı (Kurtsiy Ruf, VII, 8, 18). “Suriya çarı” dedikdə Nineviyanın işğalı zamanı məğlub olan Assuriya çarı nəzərdə tutulur. “Fars və midiyalıların çarı” dedikdə Madiy tərəfindən məğlub edilən Midiya hökmdarı Kiaksar nəzərdə tutulur. Skiflər qarşısında Misirə aparan yolun açılması məsələsinə gəldikdə isə, bu barədə ilkin mənbələrdə məlumat verilir. “Skif hökmdarları tərəfindən digər məğlub edilmiş tayfaların da köçürülməsi və ən önəmli olanlardan biri Assuriyadan Paflaqoniya və Pontom arasında yerləşən torpaqlara, digəri isə Midiyadan Tanais çayı sahilinə köçürülmələri” barədə Diodorun yazdıqları assuriyalıların və midiyalıların məhz skiflər tərəfindən məğlub edilmələri sualına birmənalı cavab verir. (Diodor, II, XLIII, 6,7.).

– Assuriya İmperiyasının çökməsi və Atropatena/Adorbayqan adlı ölkənin yaranması zamanı skiflərin hökmdarı kim olmuşdur?

– Herodot yazır ki, skiflərin midiyalılar üzərində qələbəsi (e.ə.623-cü il) zamanı hökmdar Madies/Madiy idi. [Strabon onu Skifiyalı Madiy, Suriya mənbəyi isə Maday adlandırır]. Madiy e.ə. 673-cü ildə skif çarlığını (Assuriya mənbələrində “Aşquz/İşquz” adı ilə qeyd olunan) yaradan digər skif hökmdarı Prototinin oğlu idi. [Z.Həsənov Herodotu orijinal dildə oxumuş və orada “skiflər” deyil, “quzlar” yazıldığını aşkar etmişdir. “Quz” oğuz adının formalarından biridir]. Skif çarlığı Araz çayının sol sahilindən Qafqaz silsiləsinə qədər olan ərazidə yerləşirdi. Karki de bet Selox salnaməsində Assuriya İmperiyasının dağıdılması barədə qeyd olunur ki, “Arbak, çar Maday Assuriya çarlığına qarşı üsyan etdi”. Nəyə görə burada iki ad – Maday və Arbak – istifadə olunur? Məsələ burasındadır ki, e.ə. 623-cü ildə Midiya çarı Kiaksar Assuriyanı təkbaşına fəth etmək qərarına gəldi və bu məqsədlə paytaxt Ninevanı mühasirəyə aldı. Mühasirə uğurla başladı. Assuriya çarı təhlükəni hiss edərək skif çarı Madiydən kömək istədi. Madiy Midiyaya hücum etdi, Kiaksar Nineviyanın mühasirəsini dayandıraraq qoşunu ilə Midiyaya qayıdır və Madiy tərəfindən məğlub edilir. Bunun nəticəsində Herodotun dediyinə görə, skiflər 28 il ərzində Qərbi Asiyanın hegemonu oldular. Bölgədə hakimiyyətini davam etdirən Assuriya çarı Madiyi öz valisi təyin etdi. Yunan, Roma, Bizans, Suriya və Avropa qaynaqlarında əvvəlcə midiyalıları məğlub edən, sonra Assuriya İmperiyasını məhv edən skif çarı Madiy, Arbak/Arpat/Adurbad və s. titullarla Midiyada vali təyin olundu.

– Skiflər hansı etnosa aid idilər?

– Herodot təsvir etdiyi dövrün skif imperatorluğu müxtəlif xalqlardan ibarət böyük bir ərazini əhatə edirdi. Herodot skiflərin mifologiyasını, sosial strukturunu və bütpərəst dinini ətraflı təsvir edir. Bundan əlavə, Herodot qeyd edir ki, skif dövlətinin əhalisi yeddi dildə danışırdılar və hakim klanın nümayəndələri ölkəni gəzdikləri zaman özləri ilə yeddi tərcüməçi götürürdülər. Buna baxmayaraq, həm Avropa, həm sovet elmində, Herodotun yazdıqlarını diqqətə almayaraq, skifləri bütünlüklə, heç bir əsas olmadan, irandilli xalq olaraq tanıyırlar və onların yeganə davamçı nəsli olaraq osetinləri hesab edirlər. Son illərin tədqiqatları, o cümlədən Azərbaycan alimi Z.Həsənovun dil problemi və sosial-mifoloji aspektlər haqda araşdırmaları, skif cəmiyyətinin çoxdilli olmasını və hakim klanın türk klanı olmasını qəbul etməyə əsas verir. Eyni zamanda, qeyd edilməlidir ki, Atropatena/Adorbaygan/Azərbaycan adlı dövlət təşəkkül tapdığı dövrdə geniş əraziləri əhatə etməklə, bir çox xalqları birləşdirmiş və bunların həm dövlətin təşəkkülündə, həm də möhkəmlənməsində xidmətləri olmuşdur.

– Madiy adının və Arbak/Arpat titulunun mənşəyi nədir?

– Madiy adına gəldikdə isə türk tarixində Mode, Maodun, Modun, Mete adlı (e.ə. 234-174-cü illər) hun hökmdarı vardır ki, İakinf Biçurin və F.Hirt kimi türkşünaslar onu Oğuz xanla identifikasiya edirdilər. Hun hökmdarının Oğuz xan olması ilə biz razı deyilik, ona görə ki, onların yaşam dövrlərində bir neçə əsr fərq vardır. Bununla bərabər, Mode türk hökmdarı adının mövcud olması skif çarı Madiyin adının türk mənşəli olmasını hesab etməyə əsas verir. Hun hökmdarının adının türk versiyası “Mete”dir, bu isə türk dilindən tərcümədə “cəsur”, “igid”, “cəsarətli” mənalarını verir. “Vali” mənasında istifadə olunan Arbak titulu türk ənənəsində “əcdadın ruhu” mənasında yayılmışdır. Arpat, adı öz Avropa ölkəsinin yaradıcısı olaraq macarların ənənəsində qorunub saxlanılır. Qədim dövrdə skif bölgəsi olan Krımda Arpat adı toponim və hidronim şəklində geniş yayılmışdır. “Adurbad” forması əlavə mənaya malikdir və bu barədə daha sonra ətraflı müzakirə edəcəyik.

– “Atropatena/Adorbayqan” ölkə adı necə yarandı?

Ardı var…

Comments are closed, but trackbacks and pingbacks are open.