Həsənov tapdıq
1968-1969-cu illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsində çalışmışdır. Həsənov T.C. 1969-cu ildən Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasına keçərək, orada müəllim, baş müəllim, dosent, 2013-cü ildən isə professor vəzifəsində 1975-ci ildən Azərbaycan Respublikası Coğrafiya cəmiyyətinin həqiqi üzvüdür.2007-ci ildə AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasında “Azərbaycan Respublikası təsərrüfatının ərazi təşkilinin təkminləşdirilməsinin iqtisadi-coğrafi istiqamətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2013-cü ildən professor adını almışdır.O, 140-çox elmi əsərin monoqrafiya, bir sıra dərslik və xəritələrin müəllifidir.Məhz Qarabağ münaqişəsinə ilk reaksiya verənlərdən biri olan T.G. Həsənov öz təşəbbüsü ilə “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının ağır sosial-iqtisadi nəticələri” (2002) əsərini yazıb. [1]
Tapdıq Həsənov
Tapdıq Həsənov 1937-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Təzəkəndində anadan olmuş, 1961-ci ildə hazırki Bakı Dövlət Universiteti Geologiya-Coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsinə də çalışmış və həmin institutun göndərişi ilə 1964-1967-ci illərdə Moskvadakı Yanacaq qazıntıları Elmi-tədqiqat İnstitutunun aspiranturasını bitirərək “Zaqafqaziya iqtisadi rayonunda mineral gübrələr sənayesinin inkişafı və yerləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alır.
Elmi fəaliyyəti Redaktə
1968-1969-cu illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsində çalışmışdır. Həsənov T.C. 1969-cu ildən Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasına keçərək, orada müəllim, baş müəllim, dosent, 2013-cü ildən isə professor vəzifəsində 1975-ci ildən Azərbaycan Respublikası Coğrafiya cəmiyyətinin həqiqi üzvüdür.2007-ci ildə AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasında “Azərbaycan Respublikası təsərrüfatının ərazi təşkilinin təkminləşdirilməsinin iqtisadi-coğrafi istiqamətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2013-cü ildən professor adını almışdır.O, 140-çox elmi əsərin monoqrafiya, bir sıra dərslik və xəritələrin müəllifidir.Məhz Qarabağ münaqişəsinə ilk reaksiya verənlərdən biri olan T.G. Həsənov öz təşəbbüsü ilə “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının ağır sosial-iqtisadi nəticələri” (2002) əsərini yazıb. [1]
Elmi əsərləri Redaktə
- Azərbaycanın dağ rayonlarının davamlı sosial-iqtisadi inkişafının potensial imkanları və istiqamətləri/ Azərbaycan Coğrafiya Cəmiyyəti, X cild, Bakı 2006 səh. 45-52.
- Azərbaycan təsərrüfatının ərazi təşkilinin tədqiqat metodları //Bakı Universitetinin xəbərləri. Təbiət elmləri seriyası. 2007 .¹1, səh. 139-146.
- Bakı-Abşeron və ətraf regionlarda təsərrüfatın mütənasib inkişaf problemləri// Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri. Hüquq, sosial-ictimai, iqtisad, filologiya və pedaqoji elmlər seriyası. 2007, ¹21, s. 48-54.
- Azərbaycanda ətraf mühitin mühafizəsinin iqtisadi-coğrafi problemləri//Hidrometeorologiya və ətraf mühitin monitorinqi. 2007 ¹4, səh. 7-16.
- Azərbaycanın ekoloji-coğrafi mövqeyi və onun yaratdığı problemlər/Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, XII cild Bakı, 2008, səh. 318-442.
- “Regionların innovasiyalı sosial-iqtisadi inkişafı : reallıqlar və perspektivləri “ mövzusunda respublika elmi praktiki konfransın materialları. 7 may, 2015, “Avropa “ nəşir s.207-210
- Ümümmilli lider Heydər əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “Regional idarəetmə: innovativ yanaşmalar və perspektiv imkanlar. Aprel,2015, Bakı-Azərbaycan, s.219-225
- Azərbaycan regionlarının su ehtiyatlarından səmərəli istifadə olunmasının əsas istiqmətləri.Şərikli.”Coğrafiya və təbii resurslar “ jurnalı № 2 , 2015-il, s. 23-30, Azərbaycan Coğrafiya cəmiyyəti.
- İqtisadi-coğrafi rayonlaşdırma ölkənin sosial-iqtisadi həyatının tənzimlənməsi-nin fəaliyyət vasitəsidir. BDU-nun Coğrafiya fakultəsinin “ Coğrafiya: nəzəriyyə ,praktika və innovasiya” mövzusunda Elmi –praktiki konfransın materialları. 2015-ci il 10 dekabr, s.23-29
- Azərbaycan iqtisadiyatının dayanıqlı ekoinkişaf modeli// “Opto-, nanoelektronika, kondensə olunmuşmühit və yüksək enerji fizikası” mövzusunda respublika –elmi praktiki konfransın materialları. 2015-ci il. [2]
- Coğrafiya tarixi. Bakı, 2001 (dərslik, həmmüəlliflə). Тяжелые социально-экономические последствия оккупации Арменией территорий Азербайджана. Баку, 2004.
- Pedaqoji təcrübə və onun təşkili. Metodiki vəsait, Bakı 2015. [2]
Mükafatları Redaktə
- “Əməkdar müəllim” fəxri adı[3]
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı
- Bakı Dövlət Universitetinin “Fəxri fərmanı”
Həsənov tapdıq
Сoğrafiya üzrə elmlər doktoru, professor
İş telefonu: +(994) 12 438-11-58
QISA BIOQRAFIK MƏLUMAT
1937-ci ildə Gürcüstan Respublikası Qardabani rayonunda anadan olub. 2009-cu ildən BDU-nun professorudur. Ailəlidir, 2 övladı vardır.
TƏHSİLİ VE ELMİ DƏRƏCƏ VƏ EMLİ ADLARI
- 1944-1956-cı illərdə Qardabani Azərbaycan orta məktəbində təhsil almışdır.
- 1961-ci ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini fərqlənmə diploma ilə bitirib.
- 1965-1967-ci illərdə Moskva şəhərinin Yanacaq Qazıntıları E;lmi –tədqiqat institunun aspiranturasını bitirmişdir.
- 1968-ci ildə “Zaqafqaziya iqtisadi rayonunda mineral gübrələr sənayesinin inkişafı və yerləşməsi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiyə edərək iqtisad elmləri namizədi dərəcəsini alıbdır.
- 2007-ci ildə “Azərbaycan Respublikası təsərrüfatının ərazi təşkilinin təkmilləşdirilməsinin iqtisadi coğrafi istiqamətləri” mövzunda doktorluq dissertasiyasını müdafiyə edərək coğrafiya üzrə elmlər doktoru dərəcəsini, 2009-cu ildən professor elmi adını alıbdır.
ƏMƏK FƏALİYYƏTİ
- 1961-ci ildən Azərbaycan Respublikasının Balakən rayonunda, Sarıbulaq kənd orta məktəbində coğrafiya müəllimi işləyib.
- 1963-cü ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda çalışıbdır.
- 1967-ci ildən Azərbaycan Dövlət Plan Komitəsi nəzdində
- İqtisadiyyat elmi-tədqiqat İnstitutunda sektor müdiri vəzifəsində işləyibdir.
- 1969-cu ildən BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasında assisent (1971), baş müəllim (1977), dosent (1978) , professor (2009) vəziflələrində çalışmışdır,1991-ci ildən hazırkı vaxtadək kafedra müdiri vəzifəsində çalışır.
- 180-dək məqalə
- 4 dərslik
- 2 monoqrafiya
- 4 namizədlik dissertasiyasına rəhbərlik edib.
- 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 2009-cu ildən Azərbaycan Respublikasının Əməkdar Müəllimi adına layiq görülmüş və Fəxri Fərmanlarla təltif olunmuşdur.
- Apardığı dərslər: “Postsovet ölkələrinin iqtisadi coğrafiyası”, “İqtisadi coğrafi rayonlaşdırma”, “Coğrafiya elminin tarixi və metodologiyası”, “Cəmiyyətin ərazi təşkili”.
TƏDQİQAT SAHƏSİ
- Cəmiyyətin ərazi təşkili,ölkə və regionların təsərrüfat strukturunun təkmilləşdirilməsinin iqtisadi-coğrafi problemləridir.
BEYNƏLXALQ SEMİNAR, SIMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2004-cü il Gürcüstan Respublikasının Tbilisi şəhəri “Dağlıq ərazilərin təbii ehtiyatları, müasir vəziyyəti, problemləri perspektivləri” mövzusunda beynəlxalq konfrans.
- 2004, Almaniyanın Berlin şəhərində “Die Europeische Union und die kaspische” Region im Dialoq” beynəlxalq simpoziumu.
- 2005, Moskva-Barnaul şəhərlərində “Взаимодействие общества и окружающей среды в условиях глобальных и региональных изменений” beynəlxalq konfrans
- 2011, İran İR-nın XI Coğrafiya Konqresinin materialları, Şəhit Behişti Universiteti. Tehran
- 2014, “Statistika və Cəmiyyət” Elmi-praktik konfransı, Bakı
- 2015, “Opto-nanoelektronika, kondensə olunmuş mühit və yüksək enerji fizikası” mövzusunda respublika –elmi praktiki konfransı, Bakı.
- 2015, “Davamlı turizm, idman sağlamlıq turizmi və ətraf mühit ilə əlaqələnməsi üzrə milli konfransı” Ərdəbil.
- 2006, Azərbaycanın dağ rayonlarının davamlı sosial-iqtisadi inkişafının potensial imkanları və istiqamətləri.
- 2007, Azərbaycan təsərrüfatının ərazi təşkilinin tədqiqat metodları.
- 2010, Azərbaycanın Xəzərsahili nəqliyyat infrastrukturu risklərinin azaldılması yolları.
- 2011, Dövlətin beşinci inkişaf planı ilə Tehran metropolisinin tənzim olunması.
- 2012, Azərbaycanın təbii ehtiyatlarının regional təmərküzləşməsi və istifadəsinin qiymətləndirilməsi.
- 2013, İncreasing Development of the Cities and its Impact on the Enviroment
- 2014, Statistika iqtisadi və sosial coğrafiyanın informasiya mənbəyi və tədqiqat metodudur.
- 2015, Azərbaycan regionlarının su ehtiyatlarından səmərəli istifadə olunmasının əsas istiqamətləri.
- 2015, Azərbaycan iqtisadiyyatının dayanıqlı ekoinkişaf modeli.
- 2015, Ərdəbil Ostanında sağlamlıq turizminin inkişaf problemləri.
- 2016, Macroeconomic analysis of ecologization of the economy in Azerbaijan Republic: problems and ways to solve then.
- 2017, Directıons to optimize the use of natural resources in the Republic of Azerbaıjan.
- 2001, Coğrafiya tarixi. Dərslik, Bakı, 252s.
- 2004, Тяжелые социально-экономические последствия оккупации Арменией территорий Азербайджана. Баку,122 c
- 2008, İqtisadi-coğrafi raonlaşdırma. Bakı Universitetinin nəşriyyatı.Dərslik,245 s.
- 2009, Rayon və şəhərlərin planlaşdırılması, Dərs vəsaiti , Bakı, “Kooperasiya nəşriyyatı” 2014, 330 s.
- 2006, “Azərbaycan Respublikasının sənaye xəritəsi (1: 2500000).
- 2010, “Azərbaycanın iqtisadi-coğrafi rayonlarının inkişaf səviyyəsi və ixtisaslaşmış təsərrüfat sahələri” xəritəsi (1:250000 miqyasında) Bakı-“Elm”
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLAR
- Srft 982227 NATO-nun Cənubi Qafqazın aqroekosistemlərində su ehtiyatlarından səmərəli istifadə layihəsi (“Su ehtiyatlarından istifadənin qiymətləndirilməsi” bölməsi) –Qrant
Bakı Dövlət Universiteti © 2009
File : Tapdıq Həsənov.jpg
Click on a date/time to view the file as it appeared at that time.
Date/Time | Thumbnail | Dimensions | User | Comment |
---|---|---|---|---|
current | 11:50, 17 August 2017 | 407 × 517 (124 KB) | Ülkər Ramazanova (talk | contribs) | User created page with UploadWizard |
You cannot overwrite this file.
File usage on Commons
There are no pages that use this file.
File usage on other wikis
The following other wikis use this file:
- Usage on az.wikipedia.org
- Tapdıq Həsənov
- User:MarioGom/sandbox/Missing P21 Azerbaijani
- Q49239826
Metadata
This file contains additional information such as Exif metadata which may have been added by the digital camera, scanner, or software program used to create or digitize it. If the file has been modified from its original state, some details such as the timestamp may not fully reflect those of the original file. The timestamp is only as accurate as the clock in the camera, and it may be completely wrong.
Orientation Normal Horizontal resolution 300 dpi Vertical resolution 300 dpi Software used Adobe Photoshop CS Windows File change date and time 12:48, 24 January 2009 Color space sRGB Image width 407 px Image height 517 px Date and time of digitizing 16:48, 24 January 2009 Date metadata was last modified 16:48, 24 January 2009
Comments are closed, but trackbacks and pingbacks are open.