Press "Enter" to skip to content

Həsənov Həsrət (tərtibçi). Müasir Azerbaycan dilinin leksikası

Yalnız bir dialektlə məhdudlaşan dialektizmlər. Məsələn, savışmaq – bitmək, alana – qaysı

Müasir Azərbaycan dilinin mənşəcə lüğət tərkibi

olan eynilik təsəvvür etmək çətindir” , – deyə ifadə etmişdir.

Azərbaycan xalqı mənşəyinə görə türk dilləri ailəsinə daxildir. Lakin dilimizdə çoxlu

alınma sözlər də vardır. Bu xalqımızın tarixində olmuş hadisələrlə bağlıdır. Belə ki, “yerli

əhalinin dilinin gəlmələrin dili ilə əvəz olunması Azərbaycanda da baş vermişdi..” (“Azərbaycan

tarixi”, I cild, Bakı, 1961, s. 189). Azərbaycan xalqı qonşu xalqlar və bir sıra digər ölkələrlə

həmişə siyasi-iqtisadi və mədəni əlaqədə olmuş, başqa xalqların dilindən Azərbaycan dilinə

çoxlu sözlər keçmişdir. Bu sözlər dilçilikdə alınma sözlər adlanır. Azərbaycan dilinin lüğət

tərkibindəki alınma sözlər muxtəlif dillərdən – fars, ərəb, rus, fransız, ingilis, ispan, italyan,

gürcü və s. dillərdən keçmişdir.

Dilimizin lüğət tərkibində olan sözlər mənşəyinə görə iki qrupa bölünür:

Əsl Azərbaycan sözləri.

Əsl Azərbaycan sözləri

Dilimizin lüğət tərkibindəki sözlərin əsas hissəsini mənşəyinə görə əsl Azərbaycan sözləri

təşkil edir. Əvəzliklər, sadə fellər, saylar ( sıfır, həştad, milyon, milyard, trilyon sayları

istisnadır), bədən üzvlərinin adını və qohumluq münasibətini bildirən isimlər (“əmi” sözü

istisnadır), əsli sifətlər əsl Azərbaycan sözləridir.

Azərbaycan dilinə məxsus sözlərin bir sıra xüsusiyyətləri vardır. Bunlar, əsasən,

Dilimizə məxsus söslərin kökləri əsas etibarilə təkhecalıdır: gəl, get, bax, sel, yol, baş, göz,

at, ot, bir, beş və s.

Ahəng qanununa tabedir: qapı, otaq, uşaq, ipək, düymə və s.

Vurğunun yeri sabitdir və sözün son hecasına düşür: yaşı`l, sürmə`.

Söz əvvəlində və söz sonunda iki samit yanaşı işlənmir.

Sözdə iki sait yanaşı işlənmir.

Fleksiyaya uğrayan sözlər alınmadır (“kiçil”, “alçal”, “saral” və s. sözlər istisnadır).

İltisaqiliyin pozulduğu aşağıdakı sözlər öz sözlərimizdir: ağzım,

alnım, burnum, qarnım, nadinc, natəmiz,nakişi,oğru, ayrı,sarğı və s.

Sonu –aq, -ək, -q ilə ilə bitən sözlər öz sözlərimizdir: daraq, ələk, ipək və s.

Sonu –ar, -ər ilə ilə bitən sözlər öz sözlərimizdir: qatar, çəpər, çapar və s.

Sonu –ır ilə ilə bitən sözlər öz sözlərimizdir: çadır, qatır və s.

Sonu –ma, -mə ilə ilə bitən sözlər öz sözlərimizdir: düymə, qiymə və s.

Sonu –nc ilə bitən təkhecalı sözlər Azərbaycan sözləridir: dinc, tunc, künc və s.

Dilimizdə ı və ğ ilə başlanan sözlərə rast gəlinmir.

Var, ver, vur sözləri və onlardan törəyənlərdən başqa dilimizdə v ilə başlayan milli söz

Mən, min, mırıq, muncuq sözləri; fır, fıs, fış tipli təqlidi sözlər və onlardan törəyənlər;

zoğ, zoğal, hörük, hay, haray, haça, hə, hör, hür sözləri öz sözlərimizdir.

Sonu qoşa samitlə bitən təkhecalı Azərbaycan sözü yoxdur (alt, üst, kənd, dörd, ilk

o, ö, e saitləri şəkilçilərdə işlənməz ( -lov, -sov, -ey istisnadır).

Alınma sözlər

Dilimizin lüğət tərkibində olan sözlərin bir qismini alınma sözlər təşkil edir. Alınma sözlər

də mənşəyinə görə müxtəlifdir. Sözlər bir dildən başqa dilə həm şifahi şəkildə, həm də yazı

vasitəsilə keçə bilər. “Alınma sözlər müəyyən zərurət nəticəsində mədəni, ictimai, iqtisadi və s.

tələbatla əlaqədar alınan sözlərdir. Tamamilə Azərbaycan dilinin leksik sisteminə daxil olub

dilimizə xas olan laeksik mənanı, qrammatik əlaməti qəbul edən, müxtəlif üslublarda işlədilən və

fonetik sistemə müvafiq olaraq səslənən sözlər alınma sözlər adlanır.” (Həsənov H.,”Müasir

Azərbaycan dilinin leksikası”, Bakı, 1988, səh. 120).

Azərbaycan dilinə müxtəlif dillərdən keçən sözlərin xüsusiyyətləri, əsasən, aşağıdakılardır:

Söz əvvəlində, söz sonunda iki samitin yanaşı işləndiyi sözlər alınma-

dır: stol, stul, plan, bank və s.

Tərkibində iki saitin yanaşı işləndiyi sözlər alınmadır: itaət, ailə, saat və s.

Tərkibində uzun saitlərin işləndiyi sözlər alınmadır: [bə:zi], [mə:dən] və s.

Tərkibində r, z, f, j samitləri olan sözlər və v, l, m, g, p, f, x, h ilə başlayan sözlər alınmadır:

rəfiq, zeynal, firqə, jurnal, limon, vedrə, gil, pəri, fələk, xadim, həlim və s.

Fleksiyaya uğrayan sözlər alınmadır: nəzm – nizam – Nizami – Nazim – mənzum və .

Sonu –at² ilə ilə bitən sözlər ərəb mənşəlidir: təşkilat, rəqabət və s. (Gedişat, elat istisnadır).

Ön şəkilçili sözlər alınmadır: la+qeyd, ba+məzə, na+məhrəm, bi+vec, anti+kommunist,

Tərkibində eynicinsli qoşa samitli sözlər (əlli, yeddi, səkkiz, doqquz və digər saylar

istisnadır) alınmadır: təəccüb, əlbəttə və s.

Söz sonunda o, ö, e saitləri işlənən sözlər alınmadır: kino, büro və s.

Söz əvvəlində a saitindən sonra k və f samitlərinin işləndiyi sözlər alınmadır: Akif, Afaq və

Söz əvvəlində ə saitindən sonra b, f, v, q, d, h samitlərinin işləndiyi sözlər alınmadır: əbəs,

əfsun, əvəz, ədəd, əhsən, və s.

“i”“ü” ilə başlayan əksər sözlər alınmadır:izah, inşa, üfüq, ünvan.

Söz əvvəlində q samitindən sonra i və ü saitlərinin işləndiyi sözlər alınmadır: qismət, qüssə

Söz əvvəlində m saimtindən sonra ö və ü saitlərinin işləndiyi sözlər alınmadır: mömin, mülk

Sonu eynicinsli və müxtəlifcincli qoşa samitlə bitən təkhecalı sözlərin çoxu alınmadır: sirr,

hiss, xətt, rəsm, zərb, tərk, zövq və s.

Poetik söz və ifadələrin əksəriyəti fars mənşəlidir: gül, bülbül, bahar və s. (Yayqış sözləri

–dar, -kar, -baz, -pərvaz, -keş, -saz, -xana, -şünas, -pərəst, -stan, -xor və s. şəkilçili sözlər

Uzun tələffüz olunan a, e, i, u saitli sözlər alınmadır: a:rif, e:lan, qəni:mət, höku:mət və s.

Zaman keçdikcə alınma sözlərin əksəriyyəti daxil olduğu dilin qayda-qanunlarına

uyğunlaşır və onları milli sözlərdən ayırmaq olmur. Dilimizdə də belə alınmalar çoxdur: qaidə –

qayda, faidə – fayda, əql – ağıl, rahət – rahat və s.

Dilimizdə elə alınma sözlər vardır ki, ahəng qanununa tabe olur, vurğusu son hecaya

düşür: ağı`ĺ, nəsi`ĺ́́́, raha`t́́, dəftə`r, zehi`n və s.

Dilimizdən də başqa dillərə çoxlu sözlər keçmişdir. Məsələn: otaq, sorağ, ələk, yedək,

qoruq, yazıçı, buzlaq, açar, çəpər, qızıl, külək, tüfəng, sürmə, tütün və s. sözlər fars dilinə;

çörək, çanta, qarpız, qazma və s. sözlər ərəb dilinə; buğa, keçi, xurma, xal, elçi, çoban, otq, şal,

papaq, manat, pul və s. sözlər gürcü dilinə; çamadan, başmaq, aşıq, ağsaqqal, ordu, anbar, saray,

ütü, almaz, karandaş, sandıq, üzüm, qarovul, torba, kişmiş, ayran, maral, kərpic, xan, xanım, bəy,

alça, arşın, qarpız və s. sözlər rus dilinə dilimizdən keçmişdir. Bundan başqa dilimizdən ləzgi,

tat, erməni, udin, lak, aqul, talış və s. dillərə də sözlər ( dolma, tor, motal, bayatı, ox, ipək, sarı,

turp, paltar, ipək, pambıq və s.) keçmişdir.

Rus dili vasitəsilə dilimizə keçən alınma sözlər

Latın sözləri: vena, professor, konstitusiya, respublika, kurs, motor, akvarium, qlobus,

doktor, diktor, direktor, klinika, poliklinika, qonorar və s.

Yunan sözləri: fizika, optika, omonim, sinonim, antonim, qrammatika, dram, mexanika,

pedaqogika, muzey, metro, teatr, dram, lirika, proqram, termos, metod, kosmos, filosof,

leksika, poema, telefon, atom və s.

İngilis sözləri: futbol, basketbol, klub, mitinq, tort, dispetçer və s.

Fransız sözləri: albom, artist, balans, bloknot, balet, roman, loja, mebel, salon, palto,

kostyum, jilet, jaket, tül, janr, odekolon, pomada, pudra, kotlet, kompot, salat, plombir,

marmelad, limonad, krem, mayonez, restoran və s.

Alman sözləri: lift, orden, rota, şirma, stol, stul, qalstuk, şlyapa, vafli, şrift, sex, bint, kurort,

plastır, marka və s.

İtalyan sözləri: opera, valyuta, balkon, kvartet, konsert, novella vəs.

Alınma sözlər nitqi zənginləşdirir, onun daha dəqiq və ifadəli olmasına imkan yaradır.

Lakin onlardan yerli – yersiz istifadə etmək dilə xələl gətirir. Dilimizə ötən əsrdə daxil olmuş bir

qisim sözlər vardır ki, onların dilimizdə qarşılığı olsa da, çox zaman gəldiyi dildə olduğu kimi

işlənməkdədir: olay (hadisə), durum (vəziyyət), uçaq (təyyarə, samalyot), çağdaş (müasir –

sovremennı), açıqca (otkrıtka), sərinkeş (ventilyator), nəfəslik (fortoçka), dabankeş (rajok),

soyuducu (xolodelnik), tozsoran (pılesos), yelçəkər (skvoznyak), çimərlik (plyaj), zəncirbənd

(zamok), çəkmə (sapoşki), işıqfor (svetofor), soyqırım (genosid), millət vəkili (deputat), səndəl

(bosonojka), göstəriş (təlimat, instruksiya), səhər yeməyi (zavtrak), axşam yeməyi (ujin) və s.

Sözlərdən bu kimi istifadə halları dildə yolverilməzdir.

Alınma sözlərin bir qismi bir çox dünya dillərində işlədilir. Belə sözlərə beynəlmiləl sözlər

deyilir: demokratiya, parlament, kompyuter,

monitor, morfologiya, operetta, peyzaj və s.

Dilimizə daxil olan yeni alınma sözlər haqqında “Neologizmlər” mövzusunda geniş

ÜMUMİŞLƏK VƏ ÜMUMİŞLƏK OLMAYAN SÖZLƏR

Dilimizin löğət tərkibində olan sözlər bir-birindən həm də istifadə dairəsinə görə fərqlənir.

Sözlərin bir qismi ümumxalq səciyyəli olub hamı tərəfindən işlənir, bir qismi isə məhdud dairədə

işlədilir. Bu, bir dildə danışanların fərqli biliyə, dünyagörüşünə, fərqli ixtisasa malik olmaları və

Mənası hamıya məlum olan sözlər ümumişlək sözlər adlanır. Bu sözlər insan fəaliyyətinin

bütün sahələrini əhatə edir, ən zəruri anlayışları, əşya, hadisə, hal, kəmiyyət, keyfiyyət, hərəkət

və s. bildirir. Biz gündəlik nitqimizdə, əsaən, belə sözlərdən istifadə edirik. Bu szölər dilimizin

fəal lüğət fonduna daxildir: su, çörək, hava, kənd, şəhər, oxu, yaz, üç, beş, qırmızı, dairəvi və s.

Ümumişlək sözləri, demək olar ki, hər kəs eyni dərəcədə istifadə edir və eyni mənada başa

düşür. Bu sözlər dilimizin lüğət tərkibinin əsas hissəsini təşkil edir. Ümumişlək sözlər

Azərbaycan dilində danışan hamı üçün gündəlik nitqdə lazım olan sözlərdir və həyatın müxtəlif

sahələrini əhatə edir.

Azərbaycan dilinin lüğət tərkibinin bir hissəsini də məhdud dairədə işlədilən sözlər təşkil

Köhnəlmiş sözlər

Dil ictimai hadisə olub cəmiyyətə xidmət edir. Cəmiyyətdə baş verən dəyişikliklər dilin

lüğət tərkibinə də təsir edir: dil daima dəyişir, inkişaf edir, dilə yeni sözlər daxil olur, bir qismi

isə dildən çıxır. Dildən çıxan sözlər ya başqa sözlərlə əvəzlənir, ya da işləkliyini itirib dilin

passiv fonduna keçir.

Bu onunla bağlıdır ki, həyatımıza, məişətimizə yeni əşyalar daxil olduqca

onları ifadə edən sözlər də daxil olur, keçmiş məişət tərzi ilə bağlı, köhnəlmiş məfhumları

bildirən sözlərin isə bəziləri istifadədən qalır.

Dilin lüğət fondunun passiv hissəsinə keçmiş, istifadədən qalan və ya az istifadə olunan

sözlər köhnəlmiş sözlər adlanır. Sözlərin köhnəlmə səbəbləri müxtəlifdir. Bu, eyni əşya və ya

hadisənin bir neçə sözlə adlandırılması, əşya və hadisənin bir qisminin aradan çıxması və s.

Köhnəlmiş sözlər iki yerə ayrılır:

Tarixizmlər

Keçmiş məişət tərzi ilə bağlı, köhnəlmiş məfhumları bildirən, müəyyən əşya, keyfiyyət və

ya hadisənin həyatdan çıxması ilə əlaqədar istifadədən qalan sözlər tarixizm adlanır. Məsələn:

töyçü, girvənkə, naib, kətta və s.

Bəzi tarixizmlərin izahı

Konka- şəhərlərdə dəmir yol üzərində atla hərəkətə gətirilən vaqon

Çuxa- beli büzməli kişi üst geyimi

Dinar – bəzi Yaxın Şərq ölkələrində qızıl pul vahidi

Qorodovoy – keçmişdə aşağı rütbəli polis işçisi

Darğa – şəhər hakimi

Abbası, şahı – pul vahidləri

Batman, misqal, girvənkə – çəki vahidləri

Ağac – uzunluq ölçü vahidi

Dəyə – komacıq, alaçıq, qazma

Aynalı – patronu üstdən qoyulan təklülə tüfəng

Bəndərgah- düşmənin keçə bilməyəcəyi yol, keçid

Dəbilqə – döyüşçülərin başlarına qoyduqları metal papaq

Çarıq – göndən hazırlanan yüngül ayaqqabı

Güyüm – misdən hazırlanmış uzunboğazlı su qabı

Təhnə – iri ağac kötüyündən hazırlanmış bütöv qab

Qalxan – döyüşdə zərbədən qorunmaq üçün əldə tutulan sipər

Xurcun, heybə – palaz kimi toxunan, yaxud tikilən ikigözlü torba

Əllaf – taxıl, un, ot satan

Kəndxuda – kəndin başçısı

Ayıtmaq – demək, söyləmək

Köhnəlmiş sözlərin bir qismi arxaizm adlanır. Arxaizmlər elə sözlərdir ki, onların ifadə

etdiyi əşya və hadisələr indi də mövcuddur, lakin başqa adla ifadə olunur.

Sözlərin arxaikləşməsi iki səbəbdən olur:

Köhnəlmiş sözlərin bəzisi öz mə`nasını tamam dəyişir: dəli (igid), kəpənək (yapıncı), aş

Bə`zisi isə başqa sözlə əvəz olunur: əsrük (sərxoş), yanşaq (aşıq), Tanrı (Allah), ağız

(sərhəd), ud (həya), us (ağıl), suç (günah), tanıq (şahid), görklü (müqəddəs), alp (cəsur), yazı

Köhnəlmiş sözləri belə qruplaşdırmaq olar: vəzifə adları, silah adları, ölçü adları, müəssisə

adları, geyim adları və s.

Köhnəlmiş sözlərdən daha çox elmi və bədii əsərlərdə istifadə olunur. Müəllif tarixi bir

dövrü təsvir etmək, qəhrəmanın xarakterini açmaq, istehza, satira, yumor yaratmaq və s. üçün

köhnəlmiş sözlərdən istifadə edir. Məsələn:

Gündə bir gətirir zakoni – tazə,

Fikri budu xəlqi verə güdazə;

Naməhrəm, füzuli heyvərə,yanşaq.

Gərək bu alımdən eyləmək həzər.

Öz yerində deyil çünki xeyrü şər.

Bihörmət olubdur pədərə pesər,

Yüzdə biri yaxşı olur ittifaq. (Q. Zakir)

Yeni sözlər (neologizmlər)

Neologizmlər elmin, texnikanın, mədəniyyət, incəsənət və s. inkişafı nəticəsində yaranan

məfhum və anlayışları ifadə edən və dilə yeni daxil olan sözlərdir. Yeni sözlər həyatın bütün

sahələrini əhatə edir və ictimai tələbat əsasında əmələ gəlir. Dil bu tələbatı yerinə yetirmək üçün

müxtəlif üsullarla: başqa dildən sözalma, yeni söz yaratma, köhnə sözlərə yeni məna vermə və s.

üsullarla yeni sözlər yaradır. Dilin lüğət tərkibi də əmələ gələn yeni sözlər hesabına zənginləşir.

Yeni sözlər dilin lüğət tərkibinə keçən kimi ümumişlək olmur. Onlar müəyyən müddət ya

köhnə sözlərlə bərabər işlənir, ya da hamı

tərəfindən qəbul edilmir və az işlənir. Yeni sözlər hamı tərəfindən işlənilənə qədər yeniliyini

saxlayır və dilin passiv fondunu təşkil edir.

Neologizmlərin yeniliyi dilin son 5-10 ili ilə müəyyən olunur. Ötən əsrin əvvəllərində

dilimizə yeni daxil olmuş sözlərin bir qismi müəyyən dövrdən sonra ümumişlək sözə keçmiş (

tozsoran, soyuducu, televizor, telefon, avtomobil, seçki və s.), bir qismi ümumişlək olmayan

sözlər sırasında qalmış (rotoprint, okeanavt, nitron və s.), bir qismi isə ümumişlək olduqdan

sonra istifadədən qalmış, köhnəlmiş sözlər cərgəsinə daxil olmuşdur (kolxoz, sovxoz, komsomol,

Dildə neologizmlərin yaranmasının müxtəlif yolları vardır. Neologizmlər ana dilinin öz

daxili imkanları hesabına, alınma sözlər hesabına, şair və yazıçıların yaratdıqları yeni sözlər

hesabına, sözlərin omonimlərə çevrilməsi və s. yolu ilə yaranır.

Son dövrlərdə dilimizə çoxlu sayda yeni sözlər daxil olmuşdur: bilgisayar, manşet,

elektron lövhə, marker, market, avro, sayt, bloq, bloqer, proqramçı və s.

Neologizmlər söz yaradıcılığında da iştirak edərək ədəbi dildə müntəzəm törəyirlər.

Son dövrlər dilimizə çoxlu sayda yeni sözlər daxil olmuşdur. Məsələn:

Ayfo`n – Səs, rabitə və görüntü imkanlarını özündə birləşdirən simsiz multimedia qurğusu.

Aypə`d – İnternetə fərdi qoşulma cihazı, klaviaturasız noutbuk.

Cekpo`t – Lotereyada böyük məbləğli uduş.

Çat – İnternet şəbəkəsi dialoq rejimində qısa mətn məlumatları ilə mübadilənin təşkili. Bu halda

dialoq iştirakçıları klaviatura vasitəsilə sorğu göndərir və displeyin ekranında cavabı alır.

Çip – 1. Mürəkkəb siqnal elementi. Bu siqnalın uzunluğu informasiyalı simvolun uzunluğundan

dəfələrlə azdır. 2. Bir kristal üzərində yarımkeçirici mikrosxem.

Çi`zburqer – İsti qəlyanaltı; ikiyə bölünmüş və arasına kotletlə pendir qoyulmuş ədviyyatlı

Data ka`rt – İnformasiya əməliyyatlarını yerinə yetirmək üçün elektron kart.

Dayce`st – Rəqəmli imza rolunu oynayan qısa şifrələnmiş məlumat. Bu rabitə kanallarında şifrə

edilməmiş məlumatlar birgə ötürülür.

Debe`t – Müəssisənin (bankın) borclarının miqdarını göstərən, mühasibat hesablarının sol

tərəfidir. Aktiv hesablarda debet sayılan məbləğin artmasını, passiv hesablarda isə azalmasını

göstərir. Bütün iqtisadi hesablaşmalar bir hesabın debetinə və digər hesabın kreditinə yazılır.

Debe`t kartı` – Alıcının cari hesabından onun tərəfindən alınmış mal və xidmətlərə görə pul

silinməsini həyata keçirən mikroprosessor kartoçka.

Debi`tor – Kredit (borc) verilmiş hüquqi və ya fiziki (borclu) şəxslərdir.

Devalva`siya – Pul vahidinin, qızıl məzənnəsinin rəsmi azalması, yaxud milli valyutanın qızıla,

gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi deməkdir. İnflyasiya, tədiyyə

balansının defisiti (kəsiri) pul dövriyyəsinin pozulması nəticəsində digər ölkələrin valyutası ilə

müqayisədə bir ölkənin valyutasının dəyişmə məzənnəsinin birdəfəlik aşağı düşməsi,qiymətdən

düşməsidir. Devalvasiya zamanı ixrac olunan mallar ucuzlaşır, idxal olunan mallar isə bahalaşır.

Dərəcə pro`fili – Təhsil proqramı və ya ixtisaslaşma xüsusiyyətlərinin təsviridir. Bu tanıdıcı,

təhsil proqramının məxsusi məqsədlərinə əsaslanan proqramın əsas xüsusiyyətlərini, tədris

olunan fənlərin akademik xəritəsinə və ya tematik təlimlərə necə uyğunlaşmasını və peşəkar

ictimaiyyətə nə dərəcədə aid olmasını göstərir.

Dice`y – Səsyazma daxil edilməklə, şərh, zarafat və reklamla müşayiət olunan musiqili verilişin

və ya əsasən, musiqi üzərində qurulmuş radio

proqramının aparıcısı (əlavə olaraq bax:

Dialekt sözləri

Xalq dili yaranana qədər tayfa dilləri xalq dilinin tərkibində

dialektlər şəklində mövcud olur. Dialektlər xalq dilinin müəyyən mərhələsində əmələ gəlir.

Tayfa dillərinin geniş yayılmış, hamı tərəfindən anlaşılan xüsusiyyətləri xalq dili elementlərinə

çevrilir, məhdud dairədə işlənən elementləri isə dialekt əlaməti kimi yaşayır.

Müəyyən ərazidə məhdud dairədə işlədilən dialekt sözlərinə dialektizmlər deyilir.

Məsələn: deşdəkəbur-tısbağa, qut-tumurcuq və s.

Xalq dilinin ünsiyyət dairəsi genişdir, dialektlər isə dil mövcudluğunun ərazicə məhdud

formasıdır. Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir:

Şərq qrupu (Bakı, Quba, Şamaxı,

Qərb qrupu ( Gəncə, Qazax, Qarabağ)

Şimal qrupu (Şəki, zaqatala – Qax)

Cənub qrupu ( Naxçıvan, Ordubad, Cənubi Azərbaycan).

Dialektizmləri işlənmə arealına görə müxtəlif qruplara ayırmaq olar:

Yalnız bir dialektlə məhdudlaşan dialektizmlər. Məsələn, savışmaq – bitmək, alana – qaysı

qurusu, zir – nəlbəki, dəç – dolu avıtmaq – sakitləşdirmək və s. sözlər Naxçıvan bölgəsində;

bəgə – məgər, buğur – kök, qallac – səxavətli, dəlay – mübahisə və s. Bakı kəndlərində

Bir neçə dilektdə eyni manada işlənən dialektizmlər: muzalan – ağcaqanad, əfsəl – vacib,

düryə – baş örtüyü, qənbər – daş və s.

Bir neçə dilektdə fərqli manalarda işlənən dialektizmlər: kora – mıx (Gürcüstan), kora – topa

(Quba), kora – kin (Gəncə); aval – mahal

(Qax), aval – bəla (Qazax) və s.

Dialektizmlərin müxtəlif növləri vardır: fonetik, leksik, morfoloji və s. Ədəbi dildən yalnız

fonetik xüsusiyyətlərinə görə fərqlənən dialektizmlər fonetik dialektizmlərdir. Məsələn, ərəbə –

araba; qərdeş – qardaş; h`əyif – heyif; bajı, boci – bacı; öv, öy, əv – ev; udun – odun; sürfə,

sofra – süfrə; qeyçi – qayçı; sögüd – söyüd; popağ – papaq və s.

əlardan, təlis – dəsmal düb – tərs

Həsənov Həsrət (tərtibçi). Müasir Azerbaycan dilinin leksikası

Söz dilin əsas vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Dilin lüğət tərkibindən bəhs edən bölmə leksikologiya adlanır. Sözün ifadə etdiyi məna onun leksik mənasıdır. Yəni həmin sözü deyərkən nəyi başa düşməyimizdir. Sözün qrammatik mənası da olur. Qrammatik məna sözün hansı nitq hissəsinə aid olması və həmin nitq hissəsinə aid xüsusiyyətləri daşımasıdır. «İzin» sözü: icazə almaq leksik mənası, isim və adlıq halda olması qrammatik mənasıdır. Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar: həmin sözə yaxın mənalı söz; seçməklə: təməl-bünövrə; Əşyanın, hərəkətin əlamətlərini izah etməklə: sarıköynək — sarı rəngli quş; şütümək — sürətlə ötüb keçmək. Sözün hissələrinin mənasını açmaqla: ovlaq — ov yeri.

  • Чтобы скачать этот файл зарегистрируйтесь и/или войдите на сайт используя форму сверху.
  • Регистрация
  • Узнайте сколько стоит уникальная работа конкретно по Вашей теме:
  • Сколько стоит заказать работу?

Müasir Azərbaycan danışıq dili

Ədəbi dilə aid olmayan ünsiyyət formalarının cəmi danışıq dili adlanır. Danışıq dilinə eyni zamanda qeyri-ədəbi dil də deyilir.

Danışıq dilinin də ictimai həyatda xüsusi rolu vardır. Belə ki, bu dil xalqımızın əsasən ədəbi dili bilməyən və yaxud az bilən təbəqəsinə xidmət etdi. Danışıq dilinin rolu bununla məhdudlaşmır. Şifahi ünsiyyətdə ondan savadlı adamlar da istifadə edirlər.

Danışıq dilinin özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki, həmin xüsusiyyətlər onu ədəbi dildən fərqləndirir:

  • danışıq dili xalqın mədəni tələblərini ödəmir, lakin ədəbi dil bütün mədəni tələblərin ödənilməsinə kömək edir;
  • danışıq dilinin yazılı forması yoxdur. Ədəbi dil isə yazı ənənələri ilə sıx bağlıdır;
  • ədəbi dilin bütün milli dil vasitələri hamı üçün eynidir. Lakin danışıq dilinə aid bəzi dialekt sözləri və formaları isə cəmiyyətin ancaq məhdud bir hissəsinə məxsusdur;
  • danışıq dili ədəbi dilə nisbətən çox mühafizəçi olur. Burada dilin arxaikləşmiş ünsürləri mühafizə olunub uzun zaman saxlanıla bilir;
  • ədəbi dil müəyyən normalara əsaslandığı halda, danışıq dili qeyri-normativdir. Buna görə də danışıq dili fonetik və orfoepik, leksik və frazeoloji, morfoloji və sintaktik əlamətlərinə əsasən ədəbi dildən fərqlənir. Bunu aşağıdakı müqayisələrdə aydın görmək olur:

Danışıq dilinin qrammatik xüsusiyyətləri öz sərbəstliyi ilə ədəbi dildən az-çox fərqlənir. Bu fərqlər sözlərin sırasında, cümlələrin quruluşunda və s.özünü göstərir.

Ədəbi dilin şifahi forması ilə danışıq dili bir-birinə çox yaxındır. Buna görə də ədəbi dilin şifahi formasına aid normaları təyin etmək, dəqiq müəyyənləşdirmək çox zaman çətin olur. Bu çətinlik şifahi ədəbi dillə danışıq dilinin bir-birinə çox yaxın və həm də hər ikisinin hərəki olmalarından irəli gəlir.

Danışıq dili ilə ədəbi dil arasındakı fərqlər get-gedə aradan qalxır və bunlar bir-birinə qovuşur. Şübhəsiz ki, müəyyən vaxtdan sonra bu fərqlər tamamilə silinəcəkdir.

Azərbaycan danışıq dili öz xarakterinə görə vahid deyildir. Bu cəhətdən danışıq dili tərkibinə görə iki qola ayırmaq olar: a) sadə danışıq, b) dialekt və şivələr olar.

Sadə danışığı hamı başa düşür. Lakin dialekt və şivəyə aid ünsürlər hamı tərəfindən eyni şəkildə anlaşılmır.

Azərbaycan dilinin dialekt və şivələri haqqında qısa məlumat

Ədəbi dildən fərqli olaraq ayrı-ayrı yerlərdə yaşayanların danışığında xüsusi cəhətlər olur.

Bu, yəni müəyyən bir yerin, yaxud rayonun fərqli danışığı başqalarından seçilir.

Ədəbi dildən və bir-birindən fərqlənən bu və ya başqa ərazinin yerli danışığı dialekt adlanır. Hər bir dildə bir neçə dialekt ola bilir. Dialekt fərqləri dilin həm fonetik sistemində, həm lüğət tərkibində, həm də qrammatik quruluşunda özünü göstərir. Dialektlər öz mahiyyətinə görə iki cür olur: a) yerli dialektlər, b) —sinfi— dialektlər və ya jarqonlar.

Yerli dialektlərin öz əsas lüğəti və qrammatik quruluşu olur. Buna görə də hər bir yerli dialekt inkişaf edir, müəyyən şəraitdə müstəqil dilə çevrilə bilir. Lakin sinfi dialektlər — jarqonlar bu xüsusiyyətə malik deyildir. Jarqonlar daha çox kapitalizm dövründə yalançı modalar əmələ gəlir. Bunların əməli əhəmiyyəti yoxdur və buna görə də xalqa xidmət etmir. Yerli dialektlərin yaranması və inkişafı feodalizmdə qüvvətli olur. Dialektlər məhz bu dövrdə müstəqil dillərə çevrilə bilir. Buna əlverişli şərait yaradan amil ayrı-ayrı feodallıqlar arasında ictimai, siyası, iqtisadi münasibətlərin zəif olması, möhkəm sərhəd yaradılmasıdır. Kapitalizmdə isə dialektlər inkişaf etmək əvəzinə, ümumi dil içərisində əriməyə başlayır. Bu və ya digər dialekt müstəqil dil kimi inkişaf edə bilmir; çünki həmin dövrdə milli dillər yaranır, milli dil yarandıqda isə dialektlər bilavasitə ədəbi dildən asılı olur.

Sosializm şəraitində dialektlərin ərimə prosesi daha da sürətlənir. Burada xalqın mədəni və iqtisadi inkişafı ilə əlaqədar olaraq, ədəbi dil yerli dialektlərə güclü təsir göstərir. Nəticədə dialekt xüsusiyyətləri tədricən azalır və sıradan çıxır.

Dilin dialekt və şivələrinin öyrənilməsinin böyük nəzəri və əməli əhəmiyyəti vardır. Dialekt və şivələrin öyrənilməsi bu və ya digər dilin tarixini təbliğ etmək üçün qiymətli material verir. Eyni zamanda dialekt sözləri vasitəsi ilə ədəbi dilin lüğət tərkibi zənginləşdirilir. Azərbaycan dilini dialekt və şivələrinin geniş və elmi şəkildə öyrənilməsinə sovet dövründə başlanmışdır. Dialektologiya məsələlərinə dair bir sıra elmi əsərlər yazılmışdır. Azərbaycan dilinin dialekt və şivələri coğrafi ərazi prinsipi üzrə 4 qrupa bölünür:

  • Azərbaycan dilinin şərq qrupu dialekt şivələri. Buraya Quba, Bakı, Şamaxı dialektləri və Muğan, Lənkəran şivələri daxildir.
  • Azərbaycan dilinin qərb qrupu dialekt şivələri və şivələri. Buraya Qazax, Qarabağ, Gəncə dialektləri və Ayrım şivələri aiddir.
  • Azərbaycan dilinin şimal qrupu dialekt və şivələri. Buraya Şəki dialekti və Zaqatala-Qax şivələri daxildir.
  • Azərbaycan dilinin cənub qrupu dialekt və şivələri. Buraya Naxçıvan, Ordubad, Təbriz dialekləri və Yerevan şivəsi (indi bu ərazi ermənilərin müvəqqəti işğalı altındadır) daxildir. Bunlar bir-birindən yalnız bir sıra fonetik, leksik, qrammatik xüsusiyyətlərinə görə az-çox fərqlənir.

Azərbaycan dilində fonetik hadisə və qanunlar

Dilin başqa cəhətlərində olduğu kimi, fonetik quruluşunda da bir sıra hadisə və qanunlar mövcud ola bilir. Bunlardan ədəbi dildə sabitləşənləri qanun hesab edilir. Danışıq dilində işlənərək ədəbi dildə qanuniləşməyənləri isə hadisə adlanır.

Dildəki fonetik hadisə və qanunlar hər bir dilin öz milli xüsusiyyətləri əsasında yaranır. Bu hadisə və qanunların dildə rolu çox böyükdür. Xüsusən başqa dillərdən alınan sözlərin ümumxalq dilinə uyğunlaşdırılmasında fonetik hadisə və qanunlar mühüm əhəmiyyət kəsb edir. Belə ki, bəzi alınma söz dilin tələblərinə uyğun gəlmədikdə ona yeni səs artırılır, yaxud əksinə, bu və ya başqa səs ixtisar edilir, yaxud dəyişdirilir və s.

Müasir Azərbaycan dilinin bir sıra fonetik hadisə qanunları vardır. Bu hadisələr qanunauyğun şəkildə, müxtəlif dövrlərdə və tədricən əmələ gəlmişdir.

Müasir Azərbaycan dilindəki fonetik hadisə və qanunlar bunlardır:

  • assimilyasiya,
  • dissimilyasiya,
  • səsartımı,
  • 4)səsdüşümü,
  • yerdəyişmə,
  • ahəng qanunu,
  • cingiltiləşmə qanunu.

Bunların bəzisi bütövlükdə qanun kimi sabitləşmiş, bəzilərinin tərkibində isə hələ həm qanun, həm də hadisə xüsusiyyəti mövcuddur.

Məsələn, səslərin ahəngi məsələsi tam qanun şəklini aldığı üçün ədəbi dildəki həmin məsələ ahəng qanunu adlanır.Lakin səsartımı məsələsində sözlərə bitişdirici səslərin (n, y, s) əlavə edilməsi ədəbi dildə qanun kimi sabitləşməsinə baxmayaraq, məsələn, —r” səsi ilə başlanan sözlərin əvvəlinə samit artırılması elə hadisədir. Deməli, səsartımında həm qanun, həm də hadisə vardır.

Assimilyasiya

Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına deyilir. Məsələn, mən sözünü götürək. Bu sözə -dən şəkilçisi artırıldıqda sözün sonundakı n səsinin təsiri ilə şəkilçinin əvvəlindəki d səsi n səsinə keçir. Buna görə də həmin söz məndən əvəzinə, mənnən şəklində tələffüz edilir.

Assimilyasiya hadisəsi bir sıra səbəblərlə əlaqədar meydana çıxır. Bu hadisəsəslərin formalaşmasında, xüsusən fəal iştirak edən bu və ya digər üzvün bir vəziyyətdən başqa bir vəziyyətə keçməsi ilə yaranmış olur. Assilimiyasiyanın əmələ gəlməsində dilin, səs tellərinin və damaq pərdəsinin bir səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməsinin xüsusi rolu vardır. Belə ki, bunlardan, məsələn, dil birinci səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməyəndə assimilyasiya hadisəsi törəyir.

Ədəbi dilimizin orfoqrafiyasına dair normaların müəyyən-ləşdirilməsində assimilyasiyanın xüsusi rolu vardır. Lakin ədəbi dildəki assimilyasiya hadisəsi ilə danışıq dilinə məxsus assimilyasiyanı qarışdırmaq olmaz.

Azərbaycan dilindəki assimilyasiya hadisəsi istiqamətinə, keyfiyyətinə və digər cəhətlərinə görə müxtəlif və rəngarəngdir.

Assimilyasiyanın istiqaməti

Assimilyasiya istiqamətin görə iki cür olur: irəli assimilyasiya və geri assimiliyasiya.

  • İrəli assimilyasiya. Birinci səsin ikinci səsə təsiri nəticəsində yaranan assimilyasiya irəli assimilyasiya adlanır.İrəli assimilyasiyanın istiqaməti kökdən şəkilçiyə doğru olur: məsələn:
    Səndən — n — d == nn — sən
    Sərinlik — n — l == nn — sərinniy
    Bu misalların hamısında birinci yerdə duran səs özündən sonrakı səsə təsir edib onu assimilyasiyaya uğratmışdır.
  • Geri assimilyasiya. İkinci səsin birinci səsə olan təsiri nəticəsində əmələ gələn assimilyasiyaya geri assimilyasiya deyilir. Geri assimilyasiyanın istiqaməti şəkilçidən kökə və ikinci sözdən birinci sözə tərəf olur. Məsələn:
    Dinməz-n-m-mm = dimməz
    Yavaşca-ş-c == cc — yavacca

Dilimizdə irəli assimilyasiyaya nisbətən, geri assimilyasiya azlıq təşkil edir.

Assimilyasiyaya uğramış səs, təsirinə düşmüş səslə ya tam həmcinsləşir, ya da məxrəccə ona yaxın səsə çevrilir.

Assimilyasiyanın keyfiyyəti

Bu cəhətdən assimilyasiya hadisəsi tam və natamam olur.

1 ) tam assimilyasiya

Təsirə düşən səsin təsiredən səslə tamamilə həmcinsləşmə-sinə tam assimilyasiya deyilir.Məsələn:
Onlar—n—l== onnar
Şorlu—r -l == şorru
Bu misallarda n səsi l səsinə, r səsi l səsinə təsir edərək onu tamamilə eyni məxrəcli səsə çevirmişdir.

2 ) Natamam assimilyasiya

Təsirə düşən səsin təsiredən səslə tam həmcinsləşməsinə, ona yaxın səsə çevrilməsinə natamam, yaxud yarımçıq assimilyasiya deyilir. Məsələn:
Atlar -t- l == td – atdar
Gözlük — z-l ==zd gözdük və s.
Bu misalda l səsi m səsini və l səsi z səsinin düşmüş və başqa səsə çevrilmişdir.

Dissimilyasiya

Sözdəki eynicinsli səslərin birinin digərinə təsir edərək onu başqa səsə çevirməsinə dissimilyasiya deyilir. Məsələn, sararmaq və qararmaq sözlərinə nəzər yetirək.

Çəmənlər, bağçalar, bağlar sararsa,
Fəzalar dönərək sular qararsa,
Hər şeyi bir ölüm qorxusu sarsa
Əyilməm bir daha… bir həvəs məni.
(S.Vurğun)

Bu misalda sararsa və qararsa sözləri sarı və qara sözlərinə -raq şəkilçisi artırılmaqla düzəldilmişdir.

Lakin sonradan həm sararmaq, həm də qararmaq sözlərin-dəki birinci r səsi ikinci r səsinə təsir edərək onu l səsin çevirmiş və buna əsasən də hazırda həmin sözlər saralmaq, qaralmaq formasında deyilir.

Azərbaycan dilindəki dissimilyasiya hadisəsi öz istiqamətinə və sözdəki yerinə görə irəli və geri, yaxın və uzaq olur.

Sözdəki qonşu səslərin bir-birinə təsiri nəticəsində yaranan dissimilyasiyaya yaxın dissimilyasiya deyilir. Məsələn, hammal sözündəki birinci m səsi —qonşusu” olan ikinci m səsinə təsir edib, onu b səsinə çevirir. Buna görə də həmin söz hammal yox, hambal formasında tələffüz olunur.

Səsartımı

Azərbaycan dilinin təbiətinə görə sözdə iki sait, yaxud eyni hecada iki və daha artıq samit yanaşı işlənmir.Buna görə də sonu saitlə bitən sözlərə saitlə başlayan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılır ki, buna da səsartımı deyilir.

Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır: n, y, s. Bir neçə misal göstərək:

  • y səsinə aid: su + (y)u, işlə + (y)ən, gözlə + (y)ən və s.
  • S səsinə aid: başçı + (s)ı, əmi +(s)i, nənə +(s)i və s.
  • N səsinə aid: Əli +(n)i, Vəli + (n)i və s.

Ədəbi dildə ancaq samitlərin artırılmasına təsadüf edildiyi halda, danışıq dilində sözlərə saitlərin də artırılması geniş yayılmışdır. Ümumiyyətlə, dialekt və şivələrlə sözün əvvəlinə səs artırılmasına alınma sözlərdə daha çox təsadüf edilir.Bu, əsasən 2 halda özünü göstərir.

  • R səsi ilə başlanan sözlərdə. Məsələn: Rza əvəzinə İrza, Rayon əvəzinə İrayon və s.
  • Qoşa kar samitlə başlanan sözlərdə. Məsələn: Şkaf əvəzinə İşkaf, Rast əvəzinə İrast və s.

Ümumiyyətlə, alınma sözlərin dilimizə uyğunlaşdırılmasında səsartımı hadisəsinin də xüsusi rolu vardır.Belə ki, dilimizdəki bir qrup sözlər, o cümlədən şəhər, fikir, isim kimi söz qrupları mənbə dildə şəhr, fikr, ism formasında olduğu halda, bizimdildə işlənərkən onlara i saiti artırılmış və beləliklə də, həmin sözlər Azərbaycan dilinin fonetik tələblərinə uyğunlaşdırılmışdır.

Səsdüşümü

Sözdən bu və ya digər səsin düşməsinə səs düşümü (eliziya) deyilir. Səsdüşümü həm saitlərdə, həm də samitlərdə müşahidə olunur. Lakin saitlərə nisbətən, samitlərin söz tərkibindən düşməsi azdır.

Azərbaycan ədəbi və danışıq dilində səsdüşümü hadisəsi müxtəlif şəkillərdə təzahür edir.

Ədəbi dil üçün xarakterik olan səsdüşümü hadisəsi iki vəziyyətdə özünü göstərir: 1) sözlə şəkilçilərin birləşməsi, 2) sözlərin yanaşmasında.

Sözlə şəkilçilərin birləşməsi zamanı aşağıdakı hallarda səs-düşümü hadisəsi yaranır.

1.İkihecalı sözlərə saitlə başlanan şəkilçi əlavə edildikdə sözün ikinci hecasındakı sait düşür; məsələn:
Fikir — fik(i)r + in – fikrin
Sinif — sin(i)f + in – sinfin
Əmir — əm(i)r + in — əmrin və s.

2.Sonu saitlə bitən miqdar saylarına saitlə başlanan şəkilçi qoşulduqda şəkilçinin əvvəlindəki sait düşür; məsələn:
İki — iki(i)nci – ikinci
Altı — altı(ı)ncı – altıncı
Yeddi — yeddi(i)nci — yeddinci və s.

3. Felin inkar şəkilçisini (ma, mə) qəbul etmiş sözlərə indiki zaman şəkilçisi artırıldıqda sait səslər düşür; məsələn:
Yazma — yazm(a) + (y)ır – yazmır
Bilmə — bilm(ə) + (y)ir – bilmir
Gəlmə — gəlm(ə) + (y)ir — gəlmir və s.

4. Bəzi sifətlərdən -ar şəkilşisi vasitəsi ilə fel düzəldilərkən şəkilçinin saiti düşür; məsələn:
Qara — qara + (a)rmaq — qararmaq

5.Sonu qoşa samitli sözlərə cəm şəkilçisi qoşulduqda qoşa samitlərin biri düşür; məsələn:
Fənn — fən(n) + lər — fənlər
Xətt — xət(t) + lər — xətlər
Sirr — sir® + lər — sirlər və s
.

Ayrı-ayrı sözlərin yanaşması əsasında aşağıdakı hallarda səs-düşümü meydana çıxır.

1. İki müxtəlif sözün birləşməsi ilə mürəkkəb söz əmələ gətiriləndə sözlər arasında yanaşı gələn saitlərin biri düşür; məsələn:

  • Mirzə Əli — Mirzəli,
  • Ağa Əli — Ağəli,
  • Əli Əsgər — Ələsgər,
  • Əli İsa — Əlisa və s.

2. İdi, imiş, isə sözləri bəzən başqa felə bitişdirildikdə bunların birinci saiti düşür; məsələn:

  • Gəlmiş + idi — gəlmişdi,
  • Gəlib + imiş — gəlibmiş,
  • Görmüş + isə — görmüşsə və s.

Səs yerdəyişməsi

Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə yerdəyişmə (metateza) deyilir; məsələn:

  • Layihə — lahiyə — (yh — hy)
  • Torpaq — topraq — (rp — pr)
  • Fərhad — Fəhrad — (rh — hr)
  • Yanlış — yalnış — (nl — ln)
  • Məşhur — məhşur — (şh — hş) və s.

Yerdəyişmə dilimizdə geniş şəkildə yayılmamışdır. Bu, əsasən, danışıq dili üçün xarakterikdir. Dilimizdəki kirpik sözü danışıq dilində kirpik və kiprik formalarında işlənir; məsələn:

Çəkilib bağa divar,
Üstümə yağa divar.
Gözün bağ, qaşın bağman,
Kipriyin bağa divar.
(bayatı)

Atıbdı çoxlar məni,
Bircə yar yoxlar məni.
Amandır, elə baxma,
Kirpiyin oxlar məni.
(bayatı)

Ədəbi dil bu formalardan birini (kirpik) götürür.

Metateza bu və ya başqa bir dildəki, yaxud da qohum dillərdəki sözlərin etimologiyasını müəyyənləşdirməkdə xüsusi rola malikdir. Məsələni aydınlaşdırmaq üçün dilimizdəki göstərmək sözünə fikir verək. Bu söz vaxtilə, daha doğrusu, keçmiş dövrlərdə «görsət» formasında işlənmişdir; məsələn:

Çox nəstə sifətdə zahir olmaz,
Görsət üzünü bizə nəhani.
(Xətai)

Görsət sözü sonradan metateza hadisəsinə uğramışdır. Müasir göstər sözünün tarixində metateza hadisəsi baş vermiş olduğunu müəyyən etdikdən sonra, həmin sözün təşkil etdiyini söyləmək olur.

Ahəng qanunu

Sözdə uyğun səslərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Məsələn, quş və gün sözlərini götürək. Quş sözündəki u di-larxası, gün sözündəki ü isə dilönü saitdir. Buna görə də həmin sözlərə qoşulan şəkilçilərdəki saitlər də uyğun olur; məsələn: quş +lar, quş + dan, quş +u, quş + a, gün + dən, gün + lər, gün + ü və s.

Azərbaycan dili üçün ahəng qanunu çox xarakterikdir. Bu qanun həm söz köklərinə, həm də şəkilçilərə aiddir. Lakin —Azərbaycan ədəbi dilində ahəng qanunudaha çox sözlərə bitişən şəkilçilərdə özünü göstərir”.

Ahəng qanunu dilimizdə geniş şəkildə yayılmışdır. Burada həm saitlərin, həm samitlərin, həm də uyğun saitlərlə samitlərin bir-birini izləməsi müşahidə olunur. Bütün bunlara əsasən Azərbaycan dilində ahəng qanununun üç növü olduğu müəyyənləşdirilmişdir:

  • Saitlərin ahəngi.
  • Samitlərin ahəngi.
  • Saitlərdə samitlərin ahəngi.

Saitlərin ahəngi

Sözdə dilin və dodaqların vəziyyətinə görə saitlərin bir-birini izləməsinə saitlərin ahəngi deyilir.

Azərbaycan ədəbi dilində dilin və dodaqların vəziyyətinə görə saitlərin ahəngi aşağıdakı formada özünü göstərir.

  1. Dilin vəziyyətinə görə saitlərin ahəngi. Dilin vəziyyətinə görə saitlərin ahəngi iki cür olur: dilönü ahəng və dil arxası ahəng.
  • Dilönü ahəngə görə sözdə və sözə bitişən şəkilçi şəkilçi-lərdəki saitlərin hamısı dilönü (incə) sait olmalıdır; məsələn: məktəb + li +lər, iş + çi + lər, ördək + lər və s.
  • Dilarxası ahənginə görə sözdə və sözə qoşulan şəkilçilərdəki saitlərin hamısı dilarxası (qalın) sait olmalıdır; məsələn: arı + çı + lıq, armud + dan, ağır + lıq və s.

Dilimizdə bu qaydaya tabe olmayan bir sıra sözlər vardır; məsələn: partiya, respublika, kino, teatr, ticarət, təşkilat, işıq, ilxı, ildırım və s. Bu qrup sözlərin əksəriyyəti başqa dillərdən alınmadır.

  1. Dodaqların vəziyyətinə görə saitlərin ahəngi. Dodaqların vəziyyətinə görə saitlərin ahəngi də iki cür olur: dodaq və damaq ahəngi.
  • Dodaq ahəngi. Dodaq ahənginə görə sözdə və sözə qoşulan şəkilçidəki saitlərin hamısı dodaqlanan olmalıdır; məsələn: o + dun, uzun + çu + luq, öz + ümüz və s.
  • Damaq ahəngi. Damaq ahənginə görə sözdə və sözə bitişdirilən şəkilçidəki saitlərin hamısı dodaqlanmayan sait olmalıdır; məsələn: gəmi + çi, geniş + lik, gənc + lər və s.

Dildəki sözlərin hamısı dodağın vəziyyətinə görə iki yerə bölünmür. Belə ki, bəzi sözlərdə həm dodaq, həm də damaq saiti ola bilir; turac, ocaq, ördək və s. sözlərdə olduğu kimi. Belə sözlər dodaq və ya damaq ahənginə tabe deyildir. Lakin dilin vəziyyətinə görə birincisi dilarxası, ikinci isə dilönü ahəngə tabedir.

Dilimizdəki sözlərə şəkilçi qoşularkən şəkilçidəki sait həmin sözün son hecasındakı saitə həmahəngləşir; məsələn: ədəbiyyat + çı, kolxoz + lar, lüğət + lər, məktəb + dən, bağça + ya, baba + sı, düşmən + imiz və s.

Samitlərin ahəngi

Azərbaycan dilində saitlərin öz tiplərinə görə bir-birini izləmələri olduğu kimi, samitlərin də bir-birini izləməsi qanunları vardır.

Sözdə kar samitlərin kar, cingiltili samitlərin isə cingiltili samitləri izləməsinə samitlərin ahəngi deyilir.

Samitlərin ahəngi iki şəkildə olur: 1) kar samitlərin ahəngi, 2) cingiltili samitlərin ahəngi.

  • Kar samitlərin ahənginə görə sonu kar samitli sözlərə kar samitlə başlanan şəkilçi qoşulmalıdır; məsələn: seç + ki, səp + ki, kəs + kin və s.
  • Cingiltili samitlərin ahənginə görə sonu cingiltili samitlə bitən sözlərə cingiltili samitlə başlanan şəkilçi qoşulmalıdır; məsələn: sər + gi, ver + gi, vur + ğu, dol + ğun, əz + gin və s.

Samitlərin ahəngi dilimizdə az yayılmışdır və bu qanun getdikcə məhdudlaşır. Buna görə də dilimizdəki bütün şəkilçilər bu qanuna uyğun gəlmir.

Saitlərlə samitlərin ahəngi

Müasir Azərbaycan ədəbi dilində təkcə saitlərlə saitlərin, yaxud samitlərlə samitlərin deyil, saitlərlə samitlərin də həmahəng-ləşməsi qanunu vardır.

Azərbaycan dilində əksərən dilarxası saitlərlə dilarxası samitlər həmahəngləşir. Eyni zamanda dilönü saitlərlə də dilin ortasında yaranan samitlər uyğunlaşır. Belə bir qanuna saitlərlə samitlərin ahəngi deyilir.

Dilimizdə demək olar ki, a, ı, o, u dilarxası saitləri ilə q, ğ, x samitləri, ə, i, ö, ü, e dilönü saitləri ilə k, g, y dilortası samitləri həmahəngləşir.

Azərbaycan dilində saitlərlə samitlərin ahəngi qanuna görə əvvəl gələn hecada arxa sıra saitlərdən (a, ı, o, u) biri olarsa, sonra gələn hecada arxa sıra samitlərdən (q, ğ, x) biri; əvvəl gələn hecada ön sıra saitlərdən (ə, e, ö, ü, i) biri olarsa, sonra gələn hecada da ön sıra samitlərdən biri (k, g, y) olmalıdır; məsələn:

Arxa sıra: otaq, buruq, sırıq, bağ, çox, toxunmaq.

Ön sıra: ətək, kötək, çiçək, ürək, köynək, tökülmək və s.

Cingiltiləşmə qanunu

Müasir Azərbaycan ədəbi dilindəki fonetik qanunlardan biri də cingiltiləşmədir. Başqa fonetik hadisələrdən fərqli olaraq, ahəng qanunu kimi, cingiltiləşmə də dildə sabitləşdiyi üçün qanun şəklinə düşmüşdür.

Sözdə kar samitin öz yerini cingiltili samitə güzəşt etməsinə cingiltiləşmə qanunu deyilir. Cingiltiləşmə sonu kar samitlə bitən bəzi sözlərə saitlə başlanan şəkilçi qoşulduqda baş verir; məsələn:

  • K -> y -inək — inəy + i
  • kəpənək — kəpənəy + i
  • qəpik — qəpiy + i və s.
  • T -> d — get -ged +im — ged + ək
  • yarat — yarad + ım — yarad + aq və s.

Cingiltiləşmə hadisəsində kar səs, düşdüyü şəraitlə əlaqədar cingiltiləşir. Bu və ya başqa samit eyni şəraitdə bəzən cingiltiləşir, bəzən isə cingiltiləşmir; məsələn:

Et — ed + im — ed + ək

Ət — ət + im — ət + in və s.

Göründüyü kimi, burada t səsi d səsinə çevrilmişdir .

Azərbaycan ədəbi dilində heca

Danışıq zamanı tələffüz olunan bu və ya başqa birsöz asanlıqla hissələrə bölünür. Tələffüz edilərkən sözün bu cür parçalanan hissələrinə heca deyilir; məsələn: yol-daş, jur-nal, əs-gər və s.

Bir səsli, iki səsli, üç, dörd səsli hecalar: o, at+ta, a+dam, ü+züm, bu, əl, mən, biz, duz, söz, qəbz, turş, spirt, şmidt.

Sözlərdəki hecalar quruluşlarına görə eyni formada olmur. Bunlardan bəzilərinin sonu sait (ancaq saitdən ibarət olan heca da vardır), bəzilərinki isə samitlə bitir. Bu xüsusiyyətuinə görə hecalar iki yerə bölünür: a) açıq hecalar, b) qapalı hecalar. Sonu saitlə bitən hecalara açıq heca deyilir.

Məsələn: a+na, ba+cı, qo+ca, qa+pı, də+ri, a+cı və s.

Sonu samitlə bitən hecalara qapalı heca deyilir;məsələn: in+san, ic+las, ul+duz, oğ+lan, öv+lad, on+suz, ot+laq, or+du və s.

Sözdəki hecalar onları təşkil edən səslərin sayına, xüsusən samitlərin miqdarına görə və yerlərinə görə bir-birindən fərqlənir. Buna görə də hecaların müxtəlif tipləri vardır.

Azərbaycan ədəbi dilində vurğu

Müasir Azərbaycan ədəbi dilində vurğunun başlıca olaraq üç növü vardır; 1) heca vurğusu; 2) məntiqi vurğu; 3) həyəcanlı vurğu.

Məntiqi vurğuda cümlə daxilindəki bir söz aktuallaşır. Ak-tuallaşan cümlə üzvü informasiyasının bazasını(nüvəsini) təşkil edir. Məntiqi vurğu ilə cümlənin bir üzvünün aktuallaşması əslində, sintaktik aktuallaşmaya aid bir məsələdir. Ancaq cümlədə hər hansı bir üzvün aktuallaşaraq məna yükünü (informasiyanı) öz üzərinə götürməsində intonasiya (tonallıq) əsasdır. Tonallığın səslənmə səsə görə fərqləndirmə keyfiyyəti məntiqi vurğunu fonetik proseslə bağlıdır. Məntiqi vurğuda cümlədəki üzvlər öz yerini dəyişmir. Ancaq məntiqi vurğu ilə mənanın hansı üzvə aid olduğu təyin edilir:

  • Mən indi kəndə gedirəm. (Yəni mən gedirəm)
  • Mən indi şəhərə gedirəm. (Yəni indi gedirəm)
  • Mən indi şəhərə gedirəm. (Yəni şəhərə gedirəm)
  • Mən indi şəhərə gedirəm. (Yəni getməyi icra edirəm).

Sözdə qonşu olmayan səslərin bir-birinə təsiri əsasında yaranan dissimilyasiyaya uzaq dissimilyasiya deyilir. Məsələn, zərər sözündəki birinci r ilə ikinci r arasında başqa səs vardır. Lakin buna baxmayaraq, birinci səs öz həmcinsi olan ikinci r səsinə təsir edərək onu l səsinə çevirir ki, bunun da nəticəsində zərər əvəzinə, zərəl tələffüz edilir.

Sözdə iki eynicinsli səslərdən birinin öz yerini başqasına güzəştə getməsi hadisəsi danışıq dilində çox yayılmışdır. Bu hadisədən xalq poeziyasında, aşıq ədəbiyyatında da geniş istifadə olunur. Məsələn:

Bir ovçunun ovu getsə yaralı,
Gəzər dağı, olmaz səbri qəralı,
Məhəmmədəm düşdüm eldən aralı,
Çəkdi sinəmə bu dağlar mənim.
(Şair Məhəmməd)

Burada başqa məqsədlə də olsa qərar əvəzinə qəral işlədilməsi dissimilyasiyadır. Dildə dissimilyasiyaya uğrayan hər növ hadisə ədəbi dil üçün məqbul sayılmır. Məsələn, ədəbi dildə qəral yox, qərar yazılır və tələffüz edilir. Lakin qararmaq sözündə baş verən dissimilyasiya hadisəsi ədəbi dil üçün məqbul hesab olunmuşdur: buna görə də qararmaq əvəzinə qaralmaq yazılır və tələffüz edilir.

Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə

  • Teqlər:
  • Azərbaycan dili
  • , Azərbaycan dilinin fonetikası
  • , fonetika
  • , danışıq dili
  • , orfoepiya

Comments are closed, but trackbacks and pingbacks are open.