Görkəmli dilçi alim, ədib professor
CÜMLƏLƏR
Açar sözlər: Paralel tabelilik, yaruslu budaq cümlələr, həmcins budaq cümlələr, sintaktik əlaqə vasitəsi.
Azərbaycan dilinin leksikası
Söz dilin əsas vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Dilin lüğət tərkibindən bəhs edən bölmə leksikologiya adlanır.
Sözün ifadə etdiyi məna onun leksik mənasıdır. Yəni həmin sözü deyərkən nəyi başa düşməyimizdir.
Sözün qrammatik mənası da olur. Qrammatik məna sözün hansı nitq hissəsinə aid olması və həmin nitq hissəsinə aid xüsusiyyətləri daşımasıdır.
«İzin» sözü: icazə almaq leksik mənası, isim və adlıq halda olması qrammatik mənasıdır.
Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar:
- Həmin sözə yaxın mənalı söz seçməklə: təməl-bünövrə
- Əşyanın, hərəkətin əlamətlərini izah etməklə: sarıköynək — sarı rəngli quş; şütümək — sürətlə ötüb keçmək
- Sözün hissələrinin mənasını açmaqla: ovlaq — ov yeri
SÖZÜN HƏQİQİ VƏ MƏCAZİ MƏNASI
Söz tələffüz edilərkən ağıla gələn ilk məna həqiqi mənadır.
İnsanlara məxsus müəyyən hərəkətləri cansız əşyalara aid etmək nəticəsində meydana çıxan məna isə məcazi mənadır:
insanın ayağı (hə qiq u) — kəndin ayağı (məcazi) insanın qolu (həqiqi) — çayın qolu (məcazi) uşaq yatdı (həqiqi) — külək yatdı (məcazi)
Bədii əsərlərdə sözlərin məcazi mənalarından daha geniş istifadə olunur.
Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir: təyyarə, avtobus
Eyni leksik məna ilə bağlı bir-birinə yaxın müxtəlif mənaları bildirən sözlərə isə çoxmənalı sözlər deyilir: qapının ağzı, yolun ağzı
Çoxmənalı sözlər bir-birinə oxşar əşyaları, yaxud oxşar əlamət və hərəkəti bildirir.
OMONİMLƏR
Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə omonimlər deyilir. Omonimlər həm eyni, həm də müxtəlif nitq hissələri ola bilər:
- — Eyni nitq hissəsi: bağ (isim, isim)
- — Müxtəlif nitq hissəsi: yol (isim, fel)
- — Bir neçə nitq hissəsi: sarı (sifət, fel, qoşma)
Hansı sözlər omonim kimi götürülə bilməz?
- Ümumi və xüsusi isimlər: qərənfil (gül) və Qərənfil (ad)
- Xüsusi isimlər: Araz (çay) və Araz (ad)
- Eyni cür yazılıb, vurğularına görə fərqlənən sözlər: gəli’n (isim) gə’lin (fel)
- Yazılışı, tələffüzü eyni, lakin kökləri müxtəlif olan sözlər:
a) Külək əsir.
b) Düşmən əsir düşdü. - Səslənməsinə görə eyniləşən sözlər (paronimlər): mətn mətin
Həm çoxmənalı, həm də omonim olan sözlər:
burun, boğaz, yar, say, al, at, inci, quru, ağrı, kök, dil, tut, bel, yay, qaş, qol, dolu, yol, düz.
SİNONİMLƏR
Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlərə sinonimlər deyilir.
Sinonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur:
- İsim: eynək, çeşmək, gözlük; qovun, yemiş
- Sifət: qəşəng, gözəl, göyçək; hündür, yüksək, uca
- Fel: oturmaq, əyləşmək; yatmaq, mürgüləmək, yuxulamaq Sinonimlər fikri daha dəqiq ifadə edir və yersiz təkrarın qarşısını alır. Dilimiz sinonimlərlə zəngindir.
ANTONİMLƏR
Mənaca bir-birinin əksi olan sözlərə antonimlər deyilir.
Antonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aiddir.
işıq-qaranlıq (isim), arıq-kök (sifət), oyanır-yatır (fel)
ÜMUMİŞLƏK VƏ ÜMUMİŞLƏK OLMAYAN SÖZLƏR
Hamı üçün məlum olan sözlər ümumişlək sözlər adlanır. Bunlar dilin fəal lüğət fonduna daxildir. Biz gündəlik nitqimizdə, əsasən, belə sözlərdən istifadə edirik: su, hava, duz, çörək, çay, dəniz, qırmızı, sarı, yaşıl
Hamının nitqdə istifadə etmədiyi sözlər ümumişlək olmayan sözlər adlanır və bir neçə qrupa bölünür:
l.Dialekt sözlər
Belə sözlər məhəlli xarakter daşıyır və yalnız bir qrup əhalinin dilində işlənir:
- necə — hancarı
- küçə — doqqaz
- tez — becid
- qəfildən — lapdan
- qarğıdalı — kəbə, inəkə, peyğəmbəri, qarqundey,
- (sütül) xiyar — gülbəsər,
- yelpənək lobya — maş
- nəlbəki — zir
- döşəkcə — nimdər
- dəsmal — əlardan, təlis
- hündür — qəlbi
- daş — qəmbər
- ip — zivə
- çörək — əppək
- nişan almaq — tuşqullamaq
- nişanlamaq — manşırlamaq
Dialekt sözlərdən bəzən bədii əsərlərdə də istifadə olunur ki, buna dialektizm deyilir.
2.Terminlər
Müxtəlif ixtisas və peşə sahələri ilə əlaqədar olan sözlərə terminlər və ya ixtisas sözləri deyilir:
- Azərbaycan dili: fonetika, samit, mübtəda;
- Ədəbiyyat: süjet, folklor, poema, oçerk;
- Biologiya: iynəyarpaqlılar, flora, subtropik;
- Tibb: — angina, validol, qrip, pnevmaniya;
- Musiqi: forte (ucadan), piano (pəsdən)
- Riyaziyyat: tənlik
Terminlərin xarakterik xüsusiyyətləri:
- yığcamlıq
- yeni söz yaratmaq qabiliyyətinə malik olmaq
- emosionallığın, sinoniminin, məcaziliyin olmaması
Hər elm sahəsinin, peşənin özünəməxsus terminləri olur. İxtisas sözlərindən, yəni terminlərdən elmi üslubda daha çox istifadə olunur.
Terminlər, əsasən, elmi üslubda işlənir, bəzən isə bədii əsərlərdə də istifadə olunur.
Yalnız terminlər kimi çıxış edən sözlər: metafora, sinekdoxa, fiksaj .
Həm termin, həm də ümumişlək sözlər: güc, bucaq, qüvvə, enerji, zərf, say, fel.
Cəmiyyətin mədəni inkişafı ilə əlaqədar olaraq bəzi terminlər (ixtisas sözləri) ümumişlək sözlərə çevrilir: akvarel, ekran, solo, aspirin, arayış, protokol və s.
3.Arxaizmlər (köhnəlmiş sözlər)
Vaxtilə ədəbi abidələrimizdə, ayrı-ayrı sənətkarların yaradıcılığında işlənib, sonradan köhnələn və öz ümumiş-ləklik xüsusiyyətini itirən sözlər arxaizmlər adlanır: arı (təmiz), yey (yaxşı), seyvan (eyvan), İraq (uzaq), ər/ərən (igid), ayaq (qədəh), tanıq (şahid), sayru (xəstə), us (ağıl), əsən (sağ-salamat), damu (cəhənnəm), uçmaq (cənnət), duş (yuxu), altun (qızıl), güz (payız), ayıtmaq (demək), varmaq (getmək), yazı (çöl) və s.
Tarixi proseslə bağlı olan belə sözlərə isə tarixizmlər deyilir:
- konka — şəhərlərdə dəmir yol üzərində vaqonu atla hərəkətə gətirən nəqliyyat vasitəsi;
- çuxa — üstdən geyilən, beli büzməli kişi geyimi;
- dinar — pul vahidi;
- qorodovoy — keçmişdə aşağı rütbəli polis işçisi; mədrəsə — dini məktəb;
- dəyə — komacıq;
- aynalı — patronu üstdən qoyulan təklülə tüfəng; bəndərgah — düşmənin keçə bilməyəcəyi yol, keçid; qənşər — qarşı tərəf;
- qıçqı — sıxışdırma, sıxma-boğmaya salmaq;
- dəbilqə — keçmişdə döyüşçülərin başlarına qoyduqları dəmir papaq;
- çarıq — göndən hazırlanan yüngül ayaqqabı;
- güyüm — misdən hazırlanmış uzunboğazlı su qabı; təlinə — iri ağac kötüyündən hazırlanmış böyük qab;
- qalxan — qədim müharibələrdə zərbədən qorunmaq üçün əldə tutulan dairəvi və ya düzbucaqlı sipər;
- xurcun — palaz kimi toxunan, yaxud parçadan tikilən ikigözlü heybə, torba.
- Darğa (şəhər hakimi), abbası (pul vahidi), batman (çəki vahidi), ağac (uzunluq ölçü vahidi), koxa da buraya aiddir.
4. Neologizmlər (yeni sözlər)
İctimai həyatda baş verən bir sıra yeniliklərlə əlaqədar olaraq, elmə, texnikaya, mədəniyyətə, məişətə aid yeni əşyaları, hadisələri yeni sözlərlə ifadə etməyə ehtiyac yaranır. Belə sözlərə yeni sözlər və ya neologizmlər deyilir:
kosmodrom, sərinkeş, biznesmen, ekologiya, alışqan, telefilm, olay (hadisə), durum (vəziyyət), uçaq (təyyarə), çağdaş (müasir), açıqca (otkrıtka), nəfəslik (fortoçka), dabankeş ( raj ok ) .
Dilin lüğət tərkibinə daxil olan sözlərin bir qismi müəyyən müddətdən sonra ümumişlək sözlərə çevrilir: sərinkeş, telefilm, yetərsay
Bəzi sözlər isə ümumişlək olmayan sözlər sırasında qalır: rotoprint, elektron, nitron
Bəzi sözlər köhnələrək dildən çıxır: komsomol, pioner, kolxoz — bu sözlər XX əsrin 20-30-cu illərində neologizm, 40-80-ci illərində ümumişlək söz, 90-cı illərində isə tarixizm olmuşdur.
QEYD: Köhnəlmiş sözlər və neologizmlər dilin qeyri-fəal lüğət fonduna aiddir.
FRAZEOLOJİ BİRLƏŞMƏLƏR
Nitqdə bütövlükdə müəyyən bir leksik mənanı ifadə edən sabit söz birləşmələrindən — frazeoloji birləşmələrdən də istifadə olunur. Frazeoloji birləşmələr:
- sabit söz biləşmələridir;
- hazır şəkildə olur;
- bir cümlə üzvü olur, bir suala cavab verir;
- məcazi məna daşıyır
qorxmaq = ürəyi ağzına gəlmək
inanmamaq = gözü su içməmək
qaçmaq = dabanına tüpürmək
yorulmaq = əldən düşmək
Frazeoloji birləşmələrin tərkibindəki ayrı-ayrı sözlər öz həqiqi mənalarını itirir. Belə birləşmələrdən, əsasən, danışıq üslubunda, bədii üslubda istifadə olunur. Frazeoloji birləşmələr omonimlik, sinonimlik, antonimlik yarada bilir:
Frazeoloji birləşmələrin sinonimliyi:
- ağzına su almaq — ağzını qıfıllamaq
- dil-dil ötmək — dilotu yemək
- burnunun ucu göynəmək — ürəyi istəmək, ürəyi axmaq
Frazeoloji birləşmələrin omonimliyi:
- can vermək — Yağış təbiətə can verir.
can vermək — Yaralı quş can verir. - üz vermək — Bizə xoşbəxtlik üz verir.
üz vermək — Üz verirsən, astar istəyir.
Frazeoloji birləşmələrin antonimliyi:
- xoşu gəlmək — acığı gəlmək
- üz ağartmaq — üz qaraltmaq
- dil-dil ötmək — ağzına su almaq
ƏSL AZƏRBAYCAN SÖZLƏRİ VƏ ALINMA SÖZLƏR
Dilimizdə olan sözlər iki yerə bölünür: əsl Azərbaycan sözləri və alınma sözlər.
- fellər,
- kökü fel olan sözlər
- saylar (istisna: həştad, milyon, milyard, trilyon)
- əvəzliklər
- qohum-əqrəba adları
- bədən üzvləri
- sonu q və k samiti ilə bitib tələffüzdə ğ və y samitinə çevrilən sözlər.
Alınma sözlərə daxildir: r səsi ilə başlayan, tərkibində j səsi olan, sonu q və k samiti ilə bitib tələffüzdə ğ və y samitinə çevrilməyən, qoşa samitlə başlayıb qoşa samitlə qurtaran, ön şəkilçi qəbul edən (istisna: nadinc, nakişi), tərkibində üç samit yanaşı işlənən, elm, təhsil və ilahiyyatla bağlı olan sözlər.
Alınma sözləri iki qrupa ayırmaq olar:
- ərəb-fars dillərindən alman sözlər: qanun, hökm, şüur, müalicə, sahib
- Avropa dillərindən alman sözlər: traktor, tramvay, velosiped, respublika, demokratiya
Dilimizdəki alınma sözlərin bir qismi dünya dillərinin çoxunda işlədilir ki, bunlar beynəlmiləl sözlər adlanır: parlament, deputat, firma, fonetika
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0
- Teqlər:
- leksika
- , leksikologiya
- , Azərbaycan dilinin qrammatikası
- , söz yaradıcılğı
Görkəmli dilçi alim, ədib professor
ünsürləridir, onların ilkin məna izləri hələ də qalmaqdadır.” (1, 227-228).
Bu bölgüyə, əsasən, H.Həsənov semantik frazeologizmlərin tam məcazi
mənada, qrammatik frazeologizmlərin isə həm məcazi mənada işləndiyini,
həm də sözlərdən birinin müstəqil mənasının hiss olunduğunu qeyd edir.
Məsələn, ürəyi getmək, ürəyi sıxılmaq, ürəyi qopmaq frazeologizmlərində
ürək sözü öz müstəqil mənasını qoruyub saxlayır. Semantik
frazeologizmlərə aşağıdakıları misal göstərmək olar: razı salmaq, ələ
vermək, əl-ayaq açmaq, əl-ayağa düşmək və s.
Səlim Cəfərov isə “Müasir Azərbaycan dili” kitabında yazır:
“Frazeologiya bəhsində öyrənilən sabit söz birləşmələrinin aşağıdakı
növləri vardır: idiomlar,ibarələr, hikmətli sözlər, atalar sözləri, zərbi-
məsəllər və tapmacalar.” (2, 89).
Buludxan Xəlilov isə bölgünü fərqli şəkildə aparmışdır. O “Müasir
Azərbaycan dilinin leksikologiyası” adlı kitabında yazır: “Müasir
Azərbaycan dilinin frazeologiyasını iki böyük qrupa ayırmaq olar:
1.Frazeoloji sabit söz birləşmələri
2.Frazeoloji sabit ifadə və ibarələr. (3, 266)
Frazeoloji sabit söz birləşmələri dildə daha çox işlənir, cümlənin bu
və ya digər üzvü vəzifəsində işlənir. Eyni zamanda frazeoloji sabit söz
birləşmələri çox vaxt tək sözün sinonimi kimi işlənir. Məsələn, yola
düşmək-getmək, ağzına su alıb oturmaq-susmaq və s.
B.Xəlilov frazeoloji söz birləşmələrinə frazeoloji qovuşma,
frazeoloji birlik və frazeoloji birləşmələri daxil etdiyi halda, frazeoloji ifadə
və ibarələrə atalar sözlərini, məsəlləri, aforizmləri, rəvayətli ifadələri, ədəbi
sitatları və s. Daxil etmişdir.
Frazeoloji vahidlər, əsasəsən, iki mənbə əsasında yaranır : 1. Öz
dilimizin imkanları hesabına, 2. Başqa dillərdən alınmalar hesabına.
Dilimizin öz imkanları əsasında yaranan frazeologizmləri H.Həsənov iki
qrupa ayırır. O yazır :“Dilimizin öz imkanları hesabına yaranan
frazeologizmlər xalqımızın qədim və zəngin söz xəzinəsinə əsaslanır.
Bunları iki qismə bölmək olar: ümumi və xüsusi. Ümumxalq tərəfindən
yaradılmış, hamı tərəfindən anlaşılan və işlədilən frazeologizmlər
ümumidir. Bunları hamı işlədir və üslubca neytraldır. Məsələn, gözü
götürməmək, ürəyi getmək, ayaq altına yaxılmaq. Ayrı-ayrı şair və ya yazıçı
tərəfindən yaradılan müəyyən üslubi mənada işlədilən frazeologizmlərə
xüsusi frazeologizmlər deyilir. Məsələn, günəşin keşiyi, qaranlıq zindan və
s.” (1, 224)
Alınmalar hesabına yaranan frazeoloji vahidlər dilimizdə kalka yolu
ilə əmələ gəlmişdir. Azərbaycan dilinin frazeoloji vahidləri içərisində rus
dili materialları əsasında formalaşan frazeoloji vahidlər mühüm yer tutur.
Bu barədə H.Bayramov yazır :“Azərbaycan dili frazeoloji sistemini bu
cəhətdən rus dili faktları ilə müqayisəli şəkildə nəzərdən keçirərkən görürük
ki, dilimizdə bir neçə sabit birləşmə rus dilinin təsiri ilə yaranmışdır.
Ehtimal etmək olar ki, bunların yaranması təxminən XIX əsrin ikinci
yarısından sonra başlamışdır.” (4,68)
Müasir dövrdə Azərbaycan dilində yeddi səviyyə vardır. Bunlardan dördü
əsas, üçü isə aralıq səviyyədir. Frazeologiya müasir dövrdə leksikologiyanın
tərkibində öyrənilmir,aralıq səviyyə kimi müstəqil formada öyrənilir.
1.Həsənov H. “Müasir Azərbaycan dilinin leksikası”. Bakı, 1988.
2. Cəfərov S. “Müasir Azərbaycan dili”. Bakı, 2007.
3. Xəlilov B. “Müasir Azərbaycan dilinin leksikologiyası”. Bakı, 2008.
4. Bayramov H. “ Azərbaycan dili frazeologiyasının əsasları.” Bakı, 1978.
5. Məmmədov N., Axundov A. “ Dilçiliyə giriş”. Bakı, 1980.
Lətifə Cəlili
QƏZƏNFƏR KAZIMOVUN “MÜASİR AZƏRBAYCAN DİLİ”
ƏSƏRİNDƏ İSMİN MƏNACA NÖVLƏRİ
Azərbaycan dilində əsas nitq hissələrindən biri, həm də lüğət ehtiyatının
zənginliyinə görə birincisi isimdir. İsim mənşəcə ərəb sözüdür, ad mənasındadır.
Vaxtilə Azərbaycan türk dilində də, ümumi söz kimi, ad mənasında işlənibdir.
Hazırda dilçilik termini olmaqla, nitq hissəsinin adı kimi işlənir.
XX əsrdə bir çox Azərbaycan dilçiləri isim üzərində tədqiqat işi aparmış,
ismə müxtəlif təriflər vermişlər. Lakin bu təriflərin heç biri ismin xüsusiyyətlərini
tam əhatə etməmişdir. İsmə verilən təriflərin müxtəlifliyinə baxmayaraq, bu
təriflərdə əşya termini özünə möhkəm yer tutmuş və isim bütöv halda, bütün məna
və növləri ilə əşya terminində öz ifadəsini tapmışdır. Əşya termin kimi çox
əhatəlidir. Əşya isimlərin ümumiləşmiş qrammatik mənasıdır.
Nitq hissələrinin sırası isimlə başlanır. Bu da ismin qrammatik mənası, əşya
bildirməsi ilə əlaqədardır. Digər nitq hissələrinin bildirdiyi əlamət, kəmiyyət,
hərəkət əşyanın varlığı ilə şərtlənir, bu və ya başqa yolla əşyaya xidmət edir,
əşyaya tabe olur. “Əşya yoxdursa, əlamət, kəmiyyət, hərəkət də yoxdur. Bunlar
əşyanın varlıq formalarıdır. İsim əşya bildirən nitq hissəsi olmaqla, nitq
hissələrinin önündə dayanır.” (5, 214)
İsim söz tutumuna görə digər nitq hissələrindən fərqlənir. Tək ismə daxil
olan sözlər digər nitq hissələrinə daxil olan sözlərdən daha çoxdur. İsim əsas nitq
hissəsi kimi, kim? nə? hara? suallarına cavab verir və lüğəvi mənasına görə iki
qrupa ayrılır:
Cəlili Lətifə – Bakı Dövlət Universitetinin magistrantı.
Həsənov H.Ə.Müasir Azərbaycan dilinin leksikası, Bakı: Bakı Universitetinin nəşriyyatı, 2001, 399 s
Həsənov H.Ə.Müasir Azərbaycan dilinin leksikası, Bakı: Bakı Universitetinin nəşriyyatı, 2001, 399 s.
Qarayev A. Müasir Azərbaycan dilində Avropa mənşəli leksik alınmalar, Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1989, 95 s.
Qasımov M. Azərbaycan dilinin terminologiyasının əsasları, Bakı: Elm, 1973, 186 s.
Sadıqova S. Azərbaycan dilinin terminologiyası, Bakı: Elm, 2011, 380 s.
С.Кулиева
Унификация дипломатических терминов
Резюме
Статья посвящена унификации дипломатических терминов в азербайджанском языке. Поскольку в настоящее время Азербайджан как независимое государство участвует в международных отношениях, проводить независимое государство участвует в международных отношениях, проводит независимую политику, возникает необходимость в уточнении, унификации, стандартизации терминов связанных с этой деятельностью.
В исследовании привлекаются богатые факты унификации терминов дипломатии и международных отношений в теоретическом аспекте.
S.Kulieva
The unification of diplomatic terms
Summary
The article has dedicated to the unification of diplomatic terms in Azerbaijani language. Nowdays the partication of Azerbaijan in the system of invernational relations as an independent stabe, has been actual issne standarbization, unification, to plase in order, invenboray terms connestion with the diplomatic and invernational relations as well as the use official and business styles.
The unification terms connection with diplavacy and international realitions havebeen investigated rich fact materials in theoretical aspects.
Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu,
Terminologiya şöbəsi
Rəyçilər: filologiya ü.fəl.dok.S.Novruzova
filologiya ü.fəl.dok İ.Abdullayeva
Kəmalə Əhmədova
Bakı Dövlət Universiteti ,dosent.
kemale.ahmedova.71@ mail.ru
PARALEL TABELİLİK ƏSASINDA QURULMUŞ
CÜMLƏLƏR
Açar sözlər: Paralel tabelilik, yaruslu budaq cümlələr, həmcins budaq cümlələr, sintaktik əlaqə vasitəsi.
Ключевые слова: параллельное подчинение, ярусные придаточные предложения, однородные придаточные предложения, средство синтаксической связи.
Key words: paralel subordinations, the tiers of subordinate clause, hierarchical (subordinativ) connections, homogeneous subordinate clauses, syntactic relations.
Bu konstruksiyaların özünəməxsusluğu ondadır ki, a) onlar yalnız iki yarus təşkil edir: baş cümlənin və iki (və daha artıq) budaq cümlələrin yarusu; b) budaq cümlələrin hamısı baş cümlə ilə fərdi konkret əlaqədə olurlar; c) budaq cümlələr arasında ierarxik (subordinativ) əlaqə və münasibətlər deyil, konstellyativ münasibətlər mövcuddur; ç) bu münasibətlər fonunda baş cümləni ya həmcins budaq cümlələr genişləndirir, ya da qeyri-həmcins budaq cümlələr; d)budaq cümlələrin həmcinsliyi sintaktik əlaqə vasitəsi ilə də ifadə oluna bilər (və, ancaq, amma, hətta, isə və s. bağlayıcıları ilə), bağlayıcısızlıq əlaqəsi ilə də; e) bu mənada paralel budaq cümlələr ikili sintaktik əlaqə sisteminə girirlər: baş cümlə ilə yalnız tabelilik əlaqəsində, öz aralarında isə tabesizlik və ya bağlayıcısızlıq əlaqəsində olurlar.
- 2) 3)
Model-sxemlərdən göründüyü kimi bu konstruksiyaların əsas modellərinin quruluş, formalaşma prinsipi üç şəkildə olur: 1-ci halda baş cümləni iki budaq cümlə – bir prepozitiv, bir də postpozitiv budaq cümlə genişləndirir. Budaq cümlələr bu halda həmcins olmurlar, onların paralelliyi ancaq eyni baş cümləyə aid olduqları ilə ölçülür və izah olunur:
a) – İnsan nə qədər çox bilsə, yenə yoldaşın, dostun məsləhətinə möhtacdır, çünki, necə deyərlər, ağıl ağıldan ötgün olar (M.İbrahimov. Pərvanə. I hissə. Vfəsil).
b) – Əgər məktəbə getməsən, səni həmişə pambığın ən ağır yerində işlədəcəyəm, çünki mənim bir də cərimə verməyə imkanım və həvəsim yoxdur (1,?).
c) Xanım hadisəni təfsilatı ilə bilməsə də, ərinin dediklərindən duydu ki, Məmməd Əfəndi ilə komissarın münasibəti nə yerdədir (S.Rəhimov. Ana abidəsi. I hissə, IVfəsil).
Paralel budaq cümlələr hər üç konstruksiyada baş cümlə ilə birtərəfli sintaktik əlaqədə olub, öz aralarında həmcinslik münasibətlərinə girə bilmirlər, birincisi, ona görə ki, budaq cümlələr müxtəlif tipli vahidlərlə təmsil olunmuşdur (güzəşt + səbəb(a); şərt+səbəb (b); güzəşt-şərt + tamamlıq (c)), ikincisi, onlar müxtəlif qütblərə daxil olurlar, müxtəlif qüblərdə çıxış edən baş cümlələrə «qulluq» edirlər.
Birinci cümlədə qütblərin sərhəddi çünki bağlayıcısı ilə olan səbəb budaq cümləsindən əvvəl, ikinci cümlədə də həmcins səbəb budaq cümləsindən əvvəl, üçüncü cümlədə isə birinci komponentdən sonra keçir (xanım… bilməsə də/). Beləliklə qeyri-həmcins paralel budaq cümlələr yalnız ümumi konstruksiyanın tərkibində nisbi münasibətlərdə ola bilirlər. Əsaslısı isə budur ki, qeyri-həmcins paralel budaq cümlələrdən ibarət olan konstruksiyalarda eynimənalı budaq cümlələrin, yəni mənaca eynitipli budaq cümlələrin baş cümləni həm prepozisiyada, həm də postpozisiyada genişləndirməsi istisnadır.
İkinci halda ÇKMC quruluşunda əsaslı motiv kimi çıxış edən digər əlamət yer tutur: budaq cümlələr (sayından asılı olmayaraq) baş cümlə ilə eyni sintaktik əlaqədə olub, eyni məna münasibətlərinə girir, eyni sintaktik pozisiyanı tutduqlarına görə eyni «suallara cavab» verirlər. Bu halda konstruksiyanı paralel-həmcins budaq cümləli ÇKMC adlandırmaq daha doğru olardı. Göstərilən əlamət bu konstruksiyaları irəlidə sözü gedən konstruksiyalara (paralel, amma qeyri-həmcins) qarşı qoyur.
Bunu nəzərə alaraq, qeyd etmək lazımdır ki, paralel tabelilik və həmcins paralel tabelilik anlayışları heç də eyniləşdirilə bilməz: «həmcins budaqlı» ÇKMC-lər anlayışı adı çəkilən hər iki qrupu xarakterizə etmir. E.C.Həsənova «həmcins budaqlı tabeli mürəkkəb cümlələr» adı altında hər iki qrupu birləşdirir , çünki məlum olmayan səbəblərdən paralel, amma həmcins olmayan budaq cümləli konstruksiyaların bir qismini ardıcıl tabelilik müstəvisində , bir qismini isə paralel konstruksiyalar içində təqdim edir.(1)
Hesab edirik ki, paralel tabelilik üzərində qurulmuş konstruksiyaları yuxarıda qeyd etdiyimiz üç model əsasında təsnifləndirmək daha doğru olardı.
- Budaq cümlələr eynimənalı, eynifunksionaldır, yəni onlar həmcins tamamlıq, həmcins xəbər, həmcins şərt və s. tipli budaq cümlələr olur:
– Ona elə gəldi ki, oturanların hər ikisi acıqlıdır və onu qəsdən saya salmırlar (M.Süleymanov. Fırtına. IV fəsil).
– Əvvəllərdə olduğu kimi, indi də inanırdım ki, mənə heç nə olmaz, heç kəs bizə heç nə edə bilməz (İ.Əfəndiyev. Sarıköynəklə Valehin nağılı. 15-ci nağıl).
– Əgər o, saqqalını qırxdırsa, saçını vurdurub, bığlarını sahmana salsa, lap cavan görünərdi. (İ.Şıxlı. Dəli Kür. II hissə).
2. Budaq cümlələri baş cümləyə birləşdirən bəzi bağlayıcılar və bağlayıcı sözlər hər budaq cümlənin əvvəlində təkrar olunur:
– Nə qədər ki buludlara qalxan alova tamaşa edirdi, nə qədər ki kənarda durub mübahisə edənlərə baxırdı, çox sakit idi, heç bir əndişəsi yox idi (M.İbrahimov. Pərvanə. II hissə, V fəsil).
– Və gecənin belə bir vədəsində gözdən könüldən uzaq bir pivə köşkünün qabağında… qorxusuz-hürküsüz dayanmaq Samur hər şeydən çox ləzzət verirdi, çünki belə şey heç bir Buzbulaqlının işi deyildi, çünki burda çoxdan bəri alver eləyən Ələkbərin özü də gecə vaxtı qaldığı məhəllədən bir addım oyana keçə bilmirdi (Ə.Vəliyev. Ötən günlər, VI fəsil).
Bağlayıcıların və bağlayıcı sözlərin budaq cümlələrin əvvəlində təkrar olunması heç də həmişə sözügedən ÇKMC-lərin strukturunda vacib-mütləq deyil, onların təkrar olunması, misallardan göründüyü kimi, adətən üslubi-xarakterioloji mahiyyət kəsb edir, konstruksiyanın konnotativ (əlavə məna və ekspressivlik çalarları) gücünü artırır, onun perseptiv yaddaş baxımından «dayazlaşmasını» təmin edir. Odur ki, göstərilən faktor paralel konstruksiyalarda budaq cümlələrin həmcinsliyini təsbit edən həlledici faktor olmayıb, çox vaxt köməkçi rol oynayır.
Həmcinsliyin həlledici göstəriciləri sırasında və, ancaq, amma bağlayıcılarının paralel-həmcins budaq cümlələri arasında işlənməsi daha maraqlıdır, çünki bu bağlayıcı vasitələr iki əsaslı funksiya yerinə yetirir: a) budaq cümlələrin baş cümlə ilə münasibət və əlaqələrinin həmcinsliyini bir daha önə çəkir; b) budaq cümlələrin öz aralarında sintaktik tabesizliyini, onların konkret sintaktik əlaqədə olmasını və bununla da vahid baş cümləyə münasibətdə homogen olmasını, birgəlik münasibətlərində olmasını ifadə edir:
– Cahan xanımın ağlına da gəlmirdi ki, dünyada pulun da dindirə bilmədiyi adamlar var və bu adamlar çox zaman zəhmətdə böyüyənlərin içindən çıxır (M.İbrahimov. Pərvanə. I hissə, 4-cü fəsil)
– O gördü ki, ağanın təzə arvadı kişinin ayağını qucaqlayıb irəli buraxmır, Şamxal isə namusa boğulub atasının qabağından qaçmaq istəmir (İ.Şıxlı. Dəli Kür. I hissə).
– Nə etməli ki, biz, yəni Sarıköynəklə mən heyran ola bilmirdik, ancaq bizim belə söhbətlərə… biganə qulaq asmağımız heç də Balaəlini ilhamdan salmırdı (İ.Əfəndiyev. Sarıköynəklə Valehin nağılı. 13-cü nağıl).
-Aydın idi ki, onun günahından məhkəmə, prokuror, milis bəlkə də keçər, amma Mehnətoğlu Şahalı özü keçməz (B.Bayramov. Yazılmamış kitab.1-ci hekayət).
Beləliklə, paralel tabelilik durumunda olan ÇKMC-lərin budaq cümlələrinin funksional təyinatı iki növ sintaktik əlaqə və iki növ məna münasibətləri əsasında (tabelilik və tabesizlik əlaqələri, subordinativ və konstellyativ məna münasibətləri) reallaşır. Yuxarıda qeyd etdiyimiz kimi, bu əlamət sözü gedən konstruksiyaları ardıcıl tabelilik əsasında formalaşan konstruksiyalarla qarşı qarşıya qoyur, bu iki qrup konstruksiyaların sistem münasibətlərində olmasını təsbit edir.
Bununla belə, budaq cümlələrin həmcinslik faktoru haqqında danışdığımız paralel tabelilik durumunda olan konstruksiyalarda daha bir amillə tənzimlənir. Bu amil budaq cümlələrin həmcinsliyini leksik-qrammatik vahidlərin (sözlərin, söz birləşmələrinin və s.) budaq cümlələr tərkibində təkrar olunması ilə üzə çıxır.(2)
Təkrarlıq elementləri budaq cümlələrin biri-birinə diffuziya etmək səviyyəsini, budaq cümlələrdə təmsil olunmuş informasiya tiplərinin homogen-həmcins olduğuna işarə mövqeyindən çıxış edirlər:
– Hiss elədim ki, [Rəşid] bir yandan ağlamaq, bununla da özünü yüngülləşdirmək istəyir, bir yandan da «düşmən müqabilində» ləyaqətini qoruyub saxlamağa can atır… (B.Bayramov. Yazılmamış kitab. 1-ci hekayət).
– … Katibə zərgərliyə izahat verdi ki, komissarlıqda qəbul işləri necə olur, maarif komissarlığını görmək istəyənləri necə siyahıya alır, nə barədə müraciət etmək istəyənlərin ərz-hallarını şəxsən komissara necə təqdim edir (S.Rəhimov. Ana abidəsi. I hissə, III fəsil).
– Bəli, biz bir neçə adam, bu qərara gəldik ki, sən gözü kor Fərhad Murad oğlunun gözlərini açaq, sən qulağı kar Fərhad Murad oğlu Fərhadzadənin qulaqlarının pərdəsini yırtaq, kilidlənən ürək qapılarını taybatay… açaq və sənə deyək ki, ay kişi, sən öz ailənin daxilinə bax…! (S.Rəhimov. Ana abidəsi. II hissə, IX fəsil).
– Yox, Ziyad kişinin belə əməli olmamışdı və nə yaxşı ki, tam öz bircə gəlməsi ilə bunu Ziyad kişiyə demişdi və bu bircə kəlmə indicə açılan səhərin özü idi… (S.Rəhimov. Ana abidəsi. II hissə, XXI fəsil).
– Məni narahat edən odur ki, kim bunlara bələdçilik eləyib, bizim evimizin içində daldan xəncəri kürəyimizə kim batırıb?! (M.İbrahimov. Pərvanə. I hissə, 13-cü fəsil).
Misallardan göründüyü kimi, təkrarlanan elementlər heç də məhz sintaktik təkrar deyilən kateqoriyanı açıqlamır, onlar oppozitiv məna kəsb edən təkrarlardır ki, həmcins budaq cümlələrin baş cümləyə münasibətini gücləndirir, üslubi-konnotativ, üslubi-sintaktik funksiya daşıyır, ÇKMC-nin bütöv bir konstruksiya olmasını, onun vahid nitq-informatik bir quruluş olmasını bir daha vurğulayır.
- Fərhad diləyirdi ki, onun anası heç də dünyadan tez getməsin, o azı-azı yüz il ömür sürsün, Fərhad da səksən yaşında belə öz başını yüz yaşlı anasının sümüklü dizlərinin üstünə qoysun, bəlkə də gözü anasının gözlərində dünyadan getsin… (S.Rəhimov. Ana abidəsi. I hissə, VI fəsil) = Fərhad diləyirdi ki, anası heç də dünyadan tez getməsin. Diləyirdi ki, anası azı-azı yüz il ömür sürsün. Diləyirdi ki, o, səksən yaşında belə öz başını anasının sümüklü dizlərinin üstünə qoysun. Diləyirdi ki, bəlkə də onun gözləri anasının gözlərində dünyadan getsin.
Buna baxmayaraq bizim yaratdığımız parselyativ transformasiyanın da yaşamaq hüququ sintaktik-emfatik normalar daxilindədir. Və belə formalara ədəbi dil məkanında az da olsa hələ ki rast gəlinir:
- Belə vaxtlarda o bircə şeyi hiss eləyirdi: hiss eləyirdi ki, oxuyur, hiss eləyirdi ki, dünya genişdir, hiss eləyirdi ki, yaşamaq gözəldir… (Ə.Məmmədxanlı. Bakı gecələri);
- Qaçaq Nəbi bunları qanıb… istəmirdiki, yer əkən əkinçinin, zəmi biçən biçinçinin əlində qabardan savayı heç zad qalmamış olsun. Qaçaq Nəbi istəmirdi ki, əkinçinin, biçinçinin uşağı ac qalsın… Qaçaq Nəbi əslaistəmirdi ki, imperator üsul-idarəsi hər yanda insafsızcasına ağalıq etsin… Qaçaq Nəbi istəmirdi ki, öz vətəninin gözəl güşələri divan-düşmənin amansız əli ilə dözülməz cəhənnəmə çevrilsin (S.Rəhimov. Qafqaz qartalı. 8-ci fəsil).
Amma, 2-ci cümlənin strukturu göstərir ki, bu üslubi-bədii fiqur vahid konstruksiya şəklində də təzahür edə bilər. Və beləliklə, nəticədə üçetaplı bir sintaktik prosesin şahidi oluruq:
a) Eyniməzmunlu (identik) baş cümləli ayrı-ayrı tabeli mürəkkəb cümlələrin sırası; b) həmin tabeli mürəkkəb cümlələrin bir konstruksiyada qrafik qoşulması, birləşməsi, c) həmin tabeli mürəkkəb cümlələrin implisit (gizli) olaraq bir paralel tabelilik qurumunda təmsil olunması.
Bu cümlələrin model-sxemini təklif edirik:
Bu ifadə formaları göstərir ki, məzmunca eyni olan həyat reallığı və situasiyalar sistem münasibətində olan müxtəlif konstruksiyalar və ya onların derivativ modelləri ilə ifadə olunur ki, bu ifadə vasitələri bu və ya digər səviyyədə sintaktik sinonimiya faktorunun arsenalını təşkil edir, dilin sintaktik sinonimlərinin mexanizmini qanunauyğunluq səviyyəsində işə salır; müq. edək: – Bəs onda necə olmuşdu ki, Gündüz qıza, (Şəlaləyə) bu qədər inanmışdı, Şəlalə bunca məharətlə onu aldatmışdı və üstüörtülü gəzəyənliyində qalmaqla Gündüzə əzəlkilər kimi mələk donunda görünmüşdü? (S.Rəhimov. Ana abidəsi. II hissə, VII fəsil).
Bir məqamı da diqqətə çəkək. Təsvir etdiyimiz proses həmcins-paralel budaq cümləli ÇKMC-lərin strukturunda baş verir. Qeyri-həmcins, homogen olmayan paralel budaq cümlələr sistemində müşahidə olunmur. Həmcins-paralel budaq cümlələrin yaratdığı ÇKMC, beləliklə, eyni baş cümləli budaq cümlələr kompleksinin preslənmiş formasıdırsa (buna yuxarıda dediklərimiz müəyyən dərəcədə zəmanət verir), tabeli mürəkkəb cümlələr sırası, kompleksi sözü gedən ÇKMC-lərin təkrir-parçalanmış, separasiya formalarıdırlar; daha bir müqayisəyə müraciət edək:
– Bilmirəm ki, sizin yanınızda olan hörmətimin dərəcəsi çox yüksəkdir. Bilirəm ki, heç bir vasitə o hörmətə xələl gətirə bilməz. Lakin bir şeyi də bilirəm ki, əqidə birliyi olmayan yerdə sevgi birliyi də ola bilməz (M.S.Ordubadi. Dumanlı Təbriz. I kitab, I hissə) = Bilirəm ki, sizin yanınızda olan hörmətimin dərəcəsi çox yüksəkdir və heç bir vasitə o hörmətə xələl gətirə bilməz, amma onu da bilirəm ki, əqidə birliyi olmayan yerdə sevgi birliyi də ola bilməz.
Separasiya-təkrir üstündə qurulmuş «mətn»lə ÇKMC-nin əsas fərqini yenə də üslubi-sintaktik effektdə görürük: ÇKMC-nin təsviri gücü yüksəkdir, separativ formaların isə konnotativ-üslubi təsiri daha qüvvəlidir. Buna görə də müqayisə olunan konstruksiyalar heç də bütün parametrləri miqyasında eynilik təşkil etmirlər. Belə ki, axırıncı konstruksiyada amma bağlayıcısından sonra «Onu da bilirəm ki» komponenti irəlidəki «Bilirəm ki» komponentləri ilə formaca identik olmasına baxmayaraq, məzmun baxımından əkslik, antonimlik təşkil edir və buna görə də o «təxirə salına» (eliminasiya oluna) bilməz; ikincisi də, məhz o mənanın daşıyıcısı olduğu üçün ÇKMC kompleksinin qütblərini müəyyənləşdirir. Bir qədər əvvəl analiz etdiyimiz «ÇKMC-mətn» kompleksində isə ÇKMC-nin «Necə olmuşdu ki» baş cümlə komponentinin axırıncı etapda təkrarı vacib deyil: qütb sərhəddi vahid baş cümlə ilə təkrarlanan, paralel budaq cümlə kompleksi arasından keçir, və budaq cümlələrin hamısı biri-biri ilə funksional-sintaktik sinonimlər nisbətindədirlər, çünki baş cümlə «Necə olmuşdu ki» bütün budaq cümlələrlə ayrı-ayrılıqda normativ-sintaktik bir birləşmə təşkil edə bilir (3).
Burada digər bir məqam da diqqəti çəkir. Təsvir etdiyimiz hadisə əsasən baş cümlə deyilən elementin «qurucu», «təşkilatçı» olması ilə bağlı olsa da, digər hallarda paralel-həmcins budaq cümlələrin tərkibində də bəzi leksik elementlər təkrar olunur, sanki baş cümlələrin bütövlükdə təkrarını neytrallaşdırmaq istəyi ilə budaq cümlələrin hamısı üçün ümumi olan hər hansı bir cümlə üzvü hər dəfə üzə çıxarılır, və artıq belə bir (ikinci) üsulla ÇKMC-nin, yuxarıda dediyimiz kimi, məna dərinliyi dayazlaşdırılır, oxucunun perseptiv yaddaşının həcminə uyğunlaşdırılır:
– Və mənə elə gəlirdi ki, on il, ya iyirmi il bundan sonra da eynən belə bir dekabr günü olacaq, bu küçədə adamlar onda da eynən beləcə yeriyəcək, binalar eynən beləcə dayanacaq və o binaların üstündəki yazılar da eynən indiki məzmunda qalacaqdır… (M.Süleymanov. Fırtına, VII fəsil).
Bir məqamı da xüsusi ilə qeyd etmək istərdik. Analiz etdiyimiz ÇKMC-lərdə ümumi konstruksiyanın məna dərinliyini dayazlaşdırmaq zəminində işlənən təkrarlar sistemi təkcə budaq cümlələrin funksional imkanlarını deyil, bir çox hallarda baş cümlələrin də identik imkanlarını əhatə edir. Bu hallarda təkrarlanan baş cümlə mürəkkəb sintaktik bütöv deyilən üslubi fiqurun konstruktiv əlamətinə çevrilir, (4) mürəkkəb sintaktik bütövün başlanğıc mərhələsinin məna və aktuallaşma gücünü artırır:
– Baxşı: O doğrudur ki, kəndlilər soyulur, o doğrudur ki, atam heyvan kimi işləyir və bir çuxa almaq üçün bir həyat idealı olmuşdur, o doğrudur ki, işçilərin günü ağırdır, varlılar daha yaxşı dolanırlar, lakin qan, insan qanı…, mən adına insan qanı tökülə biləcək bir ideal tanımıram (C.Cabbarlı. 1905-ci ildə. I şəkil).
Bu tipdən olan ÇKMC-lər çoxkomponentli konstruksiyalarla mürəkkəb sintaktik bütöv arasında sistemli münasibətlərin reallığından, bu münasibətlərin sinkretik xarakter daşımasından xəbər verir.
Comments are closed, but trackbacks and pingbacks are open.