Press "Enter" to skip to content

HUF hesabından xarici banka necə köçürmə edə bilərəm

• Aşağı komissiya haqqı

Azərbaycanda xarici bank kartlarından istifadə

Salam.
Mən Gürcüstan(Borçalıdan) vətəndaşıyam hazl-hazırda Azərbaycanda yaşayıram.Azərbaycanın online ödəmə portalları vasitəsilə kommunal ödənişlər,kontur vurmaq kimi xidmətlərindən istifadə etmək istəyirəm.Təəssuflər olsunki bank kartını Gürcüstandan almışam və tapdıgım online odəmə saytları(e-pul.az portmanat.az və s.)xarici ölkə bank kartarından ödəmə qəbul etmir.Mən hansı online ödəmə saytları ilə xarici bank kartlarından istifadə edə bilərəm?

Sualı verdi: Mövlud Ahmedov ( 22/08/2016 )

Kateqoriya: Sual . odeme kartlari, visa kart. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Təəssüf ki yerli prosessinq mərkəzləri normal halda dəstəkləmir xarici kartları. Bəzi ödəniş qəbul edən şirkətlər xarici kartları açdıranda işləyir onlarda, sadəcə kommunal və.s. üçün olan ödəniş saytlarına bu gərək deyil deyə açdırmayıblar(axı kommunal ödəniş yerli ödəniş sayıır, onunçün də xarici kart lazım deyil, çox nadir halda, sizin durumdakı kimi durumda problem olur, o da ki nadir haldır deyə onları narahat etmir). Məsləhət görərdim ki portmanat kimi sistemlərdən istifadə edəsiniz. Məsələn 100 azn vurursunuz Portmanata istənilən terminaldan. Sonra o 100 manatı onlayn xərcləyirsiz kommunal və digər yerli ödənişlər üçün.
Digər yol isə yeni kart almaqdır. Xarici vətəndaşlara kart verilməlidir mən bilən.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Xəzri

Kapital Bankın Xəzri sürətli pul köçürmə sistemi 2007-ci ildə yaradılıb.

Xəzri bankda hesab açmadan fiziki şəxslər arasında sürətli pul köçürmələrinin aparılmasını təmin edir. Bu sistem Azərbaycanda yüzlərlə xidmət məntəqəsində tətbiq olunur.

Əhatə dairəsi

Xidmət məntəqələri

Köçürmənin müddəti

Üstünlüklər

• Aşağı komissiya haqqı

• Köçürmənin çox qısa, cəmi 5 dəqiqə ərzində yerinə yetirilməsi

• Pulsuz SMS xəbərdarlıq xidməti

• Müştərilərə fasiləsiz xidmət

• Bir əməliyyat üzrə limit ölkədaxili – 50000 AZN / 20000 USD

• ATM vasitəsilə 1000 AZN-dək ölkədaxili köçürülən məbləğin alınması imkanı

• MilliÖn ilə pul göndərmək imkanı

Əməliyyatlar

• Kapital Bank terminallarından vəsaitin göndərilməsi

• BirBank vasitəsilə vəsaitin göndərilməsi

Tariflər

Azərbaycan daxilində
0.8%-i (minimum 1 AZN/USD, maksimum 30 AZN/USD)

Qeyd: tarif üzrə köçürülən məbləğin 0.8%-i 1AZN/USD/EUR-dan yuxarı olarsa və xidmət haqqında əlavə qəpik olarsa, bu zaman xidmət haqqı yuxarıya doğru yuvarlaqlaşdırılır.

Kapital Bankın Xəzri sürətli pul köçürmə sistemi 2007-ci ildə yaradılıb. Ölkədaxili pul köçürmələri etməyə imkan tanıyan sistem müştərilərə faizsiz xidmət göstərir. Ölkədaxili köçürmə əməliyyatları üçün müəyyən olunan vəsait limiti 50 000 AZN / 20 000 USD olaraq müəyyən edilmişdir. Köçürmələrin daha etibarlı şəkildə aparılması üçün əməliyyatları izləmək məqsədiylə istifadəçilərə pulsuz SMS xidməti təqdim olunur. Ölkədaxili pul göndərmək üçün siz, MilliÖn-dən, Kapital Bank terminallarından, Xazri.az saytından və Birbank mobil tətbiqindən istifadə edə bilərsiniz. Vəsaiti Kapital Bank bankomatlarına yaxınlaşaraq komissiyasız nağdlaşdırmaq mümkündür. Köçürmələrin statusu haqqında məlumat almaq üçün Xezri.az saytına keçid etməyiniz kifayətdir. Xəzri pul köcürmələri sistemində Azərbaycan daxilində edilmiş bütün köçürmə əməliyyatları üçün 0.8% komissiya haqqı təyin olunmuşdur. Xəzri pul köçürməsi sürətli və etibarlı şəkildə əməliyyatlar etmənizə zəmanət verir.

VERGİLƏR

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Fiziki şəxslərin bank hesablarından Azərbaycandan kənara köçürülən xarici valyuta haqqında statistik hesabatın tərtibi və təqdim edilməsinə dair təlimat”ı təsdiqləyib.

“APA -Economics” məlumat verir ki, Təlimat Mərkəzi Bank tərəfindən pul və valyuta siyasətinin formalaşdırılmasında istifadə edilməsi üçün fiziki şəxslərin bank hesablarından Azərbaycan Respublikasından kənara köçürülən xarici valyuta barədə statistik məlumatların əldə edilməsi məqsədilə hazırlanıb. Fiziki şəxslərin bank hesablarından Azərbaycandan kənara köçürülən xarici valyuta haqqında statistik hesabat banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən tərtib olunmalıdır.

Hesabatda fiziki şəxslərin bank hesablarından 1.000 ABŞ dolları ekvivalentində və ondan artıq məbləğdə xarici valyutanın rezident və qeyri-rezident təsnifatı üzrə köçürülməsi tarixi, valyutanın adı, vəsait köçürülən ölkənin tam adı, köçürmənin məqsədi, köçürülən məbləğ (köçürülən xarici valyutada və ABŞ dolları ekvivalentində) və əməliyyatların sayı əks olunmalıdır. Hesabata statistik vahidlərin emissiya etdiyi ödəniş kartları vasitəsilə aparılan valyuta əməliyyatları ilə bağlı məlumatlar daxil edilmir. Hesabatda köçürülən xarici valyuta yalnız ABŞ dolları ilə qeyd edilir. ABŞ dolları istisna olmaqla, digər xarici valyutalarda köçürmələr əməliyyatın icra edildiyi günə manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsi əsasında hesablanmış çarpaz məzənnə üzrə ABŞ dolları ekvivalentində əks olunmalıdır. Hesabatda fiziki şəxslərin hesab açmadan apardıqları pul köçürmə əməliyyatları barədə məlumatlar qeyd edilmir.

Fiziki şəxslərin bank hesablarından Azərbaycandan kənara köçürülən xarici valyuta haqqında statistik hesabat statistik vahid tərəfindən onun bütün bölmələri üzrə icmallaşdırılaraq elektron formada aylıq əsasda, hesabat dövründən sonrakı 2 (iki) iş günü ərzində Mərkəzi Banka təqdim edilir. Əməliyyat baş verməyən hallarda hesabatda həmin göstərici (göstəricilər) üzrə xanada (xanalarda) 0 (sıfır) rəqəmi qeyd olunur. Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasib və ya onu əvəz edən şəxsin, yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.