Kurikulum jurnalı, 2013, №3
Hümeyir Əhmədov (tam adı: Əhmədov Hümeyir Hüseyn oğlu; 14 avqust 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — pedaqogika üzrə elmlər doktoru, professor, RF Dövlət Təhsil Akademiyasının xarici üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasnın, Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi-pedaqoji kadr hazlığı şöbəsinin müdiri. [1]
Humeyir əhmədov pedaqogika
Psixologiya elminin tarixinə nəzər salarkən onun bir sıra elmlərlə o cümlədən pedoqogika elmi ilə sıx qarşılıqlı əlaqəli şəkildə inkişaf etdiyini açıq görə bilərik.
Psixologiya və pedaqogika elmləri arasında başlıca əlaqə həmin elmlərin predmetlərinin yaxınlığı ilə bağlıdır. Əvvala həmin elmlərin obyekti inkişaf etməkdə olan insandır (uşaq və yaşlı). Digər tərəfdən, psixologiya insan psixikasının inkişaf qanunlarını öyrənir. Pedaqogika isə şəxsiyyətin inkişafının idarə olunması qanunlarını işləyib hazırlayır. İnsanın tərbiyəsi, təhsili təlimi onun psixikasının, təfəkkürünün, fəaliyyətinin məqsədəyönəlmiş şəkildə inkişaf
etdirilməsi deməkdir. Psixologiya və pedaqogika elmlərinin mühüm qarşılıqlı əlaqəsini göstərən amillərdən biri də onların tədqiqat üsullarındakı eyniyyətdir.
B u həmahəngliyi nəzərə alaraq Azərbaycanda Pedoqoji fikrin yaranmasında və inkişafında misilsiz rolu olan ilk azәrbaycanlı pedaqoqalim, professor, əməkdar elm xadimi Əhməd Seyidovun həyatı və elmi yaradıcılığı ilə bağlı mövcud məlumatları biraraya toplamağı məqsədəuyğun bildik. Görkəmli alimin psixologiya elminə verdiyi daha bir dəyərli “töhvə” kimi yetirməsi olan nəvəsi, Psixologiya elmləri doktoru, professor Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvü Səməd Seyidovu göstərə bilərik.
Həyatı
Əhməd Yusif oğlu 1882-ci ildə Qazax qəzasının Aslanbəyli kəndində doğulmuş, erkən – dörd yaşında atasını itirmişdi. Anasının himayəsində böyümüş və təhsil almışdı. Əhməd Seyidov 1911 –ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuş , 1917-ci ildə Seminariyanı bitirərək geri dönmüşdür. İlk pedoqoji fəaliyyətə yaşadığı kənddə məktəb açaraq başlamışdır. Belə ki, görkəmli alim evlərinin ikinci mərtəbəsində qızlar və oğlanlar üçün məktəb açmış və ilk “Əlifba” dərsliyini də gözəl maarifçi, şair H.K.Sanılı ilə birgə yazmışdı.
Әhmәd Seyidov 1920-30cu illәrdә Qazax qәza xalq maarifi şöbәsindә inspektor, Aslanbәyli, Musagöy vә Kosalar kәnd mәktәblәrindә direktor, Lәnkәran qәza xalq maarifi şöbәsinin müdiri, Azәrbaycan Xalq Maarif Komissarlığında dәmir yolu mәktәblәri üzrә inspektor vәzifәlәrindә çalışmışdır. Böyük yazıçımız Mehdi Hüseynin atası Ə.Hüseynovun təklifilə otuzuncu illərdə Bakıya gəlmiş, az sonra onu Lənkəran qəzasına maarif müdiri göndərmişdilər. Bu bölgədə müdir kimi təhsilin təşkilində, xüsusilə yetim uşaqların məktəbə cəlb olunmasında əməyini əsirgəməmişdi.
Әhmәd Seyidov 1930-cu ildә ADU-nun Şәrq fakültәsini bitirdikdәn sonra ömrünün sonuna qәdәr fasilәsiz olaraq Azәrbaycan Pedaqoji İnstitutunda assistent, dosent, professor, fakültә dekanı, kafedra müdiri, elmi işlәr üzrә direktor müavini, direktor (rektor) vәzifәlәrindә fәaliyyәt göstәrmişdir. Azərbaycan Pedaqoji İnstitutunda “Pedaqogika” kafedrasına 40 il rəhbərlik etmişdir.
70-ci illərdə Professor Əhməd Seyidov səhhətilə bağlı Bakıdan doğma Aslanbəyli kəndinə gəlir. Professor, əməkdar elm xadimi, pedaqoji fikir tarixinin patriarxı Əhməd Seyidov 1977-ci ildə vəfat etmiş və Aslanbəyli kəndində dəfn edilmişdir.
Elmi Fəaliyyəti
Elmi fəaliyyəti boyunca Professor Əhməd Seyidov elmi kadrların yetişdirilməsi məsələsini ön plana çəkmiş və bu sahədə misilsiz iş görmüşdür. Qırxıncı illərdən vəfatına qədər (1977) 100-dən artıq elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olmuşdur. Görkəmli pedaqoqlarımızdan akademik Hüseyn Əhmədov və professor, əməkdar elm xadimi Nurəddin Kazımov məhz Ə.Seyidovun yetirmələridir. Onlar da xeyli sayda pedaqoqlara elmi rəhbərlik etmişlər. Əhməd Seyidov Azərbaycanda pedaqoji fikrin inkişafında bilavasitə xidmət göstərməklə yanaşı, vaxtilə SSRİ məkanında, xüsusilə Moskvanın pedaqoq elitasında milli irsimizi yüksək səviyyədə tanıtmışdır. Akademiklərdən Y.M.Medinski, N.K.Qonçarov, D.İ.Konstantinov onun pedaqoji yaradıcılığını yüksək qiymətləndirmişlər. Bu dövrlərdə pedaqogika tarixçilәri әsasәn uzaq vә yaxın xarici ölkә pedaqoqlarının (C.Dyui, J.J.Russo, A.Disterverq, C.Lokk, K.D.Uşinski vә b.) nәzәri irsinin rus dilindәn tәrcümәsi, tәdqiqi vә tәbliği ilә mәşğul olmuşlar.
Öz tәşәkkülü vә inkişafının regional vә milli özünәmәxsusluğu ilә seçilәn Azәrbaycan xalqının zәngin pedaqoji ideyalar tarixinin ilk sistemli tәdqiqatçısı “Azәrbaycan pedaqoji fikrinin pioneri” (E.H.Medınski), “akademik vә canlı ensiklopediyası” (H.K.Qonçarov), ilk azәrbaycanlı pedaqoji elmlәr namizәdi vә doktoru, professor Әhmәd Seyidov olmuşdur. O, milli pedaqoji tariximizin bütöv bir mәrhәlәsinin yaradıcılarından, A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vazeh, S.Ә. Şirvani, H.Zәrdabi, M.Füzuli, F.Köçәrli, M.Ә.Sabir, C.Mәmmәdquluzadә haqqında zamanın tәlәblәrinә uyğun aparılmış fundamental tәdqiqatların müәllifidir.
Pedaqoqalim kimi Ə.Seyidovun maraq dairәsi böyük olsa da, tәdqiqatçı kimi daha dәrindәn nüfuz etdiyi bir problem vardı: milli vә bәşәri mәzmun daşıyan pedaqoji fikrin tәdqiqi. Onun әsәrlәri pedaqoji fikrimizin keçmişi ilә indisi arasındakı irsiliyin, varisliyi fasilәsizliyin mәqsәdinә әmәli xidmәt göstәrir. Onun elmipedaqoji yaradıcılığının daimi predmeti kimi iki istiqamәtin aparıcı olduğu diqqәti cәlb edir:
1. Azәrbaycan pedaqoji fikrinin tәdqiqi;
2. Uzaq vә yaxın xarici ölkә pedaqoqlarının pedaqoji irsinin tәdqiqi vә tәbliği.
Әslindә bu tәdqiqat istiqamәtlәrinin hәr ikisi alimin istinad etdiyi bir elmi pedaqoji üslubda birlәşir, milli pedaqoji fikrimizi hәm millitarixi qaynaqları, hәm dә beynәlxalq әlaqәlәri ilә birlikdә öyrәnmәyә kömәk edәn zәmin rolunu oynayır.
Әhmәd Seyidov ilk sanballı vә sistemli tәdqiqat işini o vaxta qәdәr tәdqiqat predmeti olmayan çox vacib birmәsәlәyә xalqımızın milli iftixarı A.Bakıxanovun pedaqoji görüşlәrinin tәdqiqinә hәsr etmişdir. Bununla o, birtәrәfdәn özünün әsas tәdqiqat obyektini müәyyәnlәşdirdi, digәr tәrәfdәn isә X1X әsr Azәrbaycan pedaqoji fikrinә yeni elmi münasibәtin yaranmasına zәmin hazırladı. Onun 1939cu ildә müdafiә etdiyi “A.Bakıxanovun pedaqoji görüşlәri” namizәdlik dissertasiyası pedaqoji fikrimizin tәdqiqinә hәsr olunmuş ilk mükәmmәl elmi tәdqiqat işi idi.
Bu dissertasiyada A.Bakıxanovun dövrü, mühiti faktik material vә zәngin sәnәdlәr әsasında şәrh olundu, ictimaisiyasi, pedaqoji vә etik fikirlәri, qadın vә müәllim haqqında baxışları tәhlil edildi. Bununla da yeni elmi tәdqiqatistiqamәtinin formalaşmasının әsası qoyuldu. Yüksәk elminәzәri әhәmiyyәti ilә seçilәn bu әsәr 1940cı ildә SSRİ Elmlәr Akademiyasının Azәrbaycan filialı tәrәfindәn keçirilәn müsabiqәdә mükafata layiq görüldü.
1941-ci ildə Ə.Seyidova APİ-nin rektorluğu vəzifəsini təklif edirlər və alim 1949-cu ilə qədər bu vəzifədə fəaliyyət göstərir.
Ә.Seyidov 1940-cı ildәn sonra sistemli olaraq Azәrbaycan pedaqoji fikrinin tәdqiqi sahәsindә araşdırmalarınıdavam etdirәrәk, 1947-ci ildә “XIX әsr Azәrbaycan pedaqoji fikrinin әsas nümayәndәlәri” mövzusunda doktorluq dissertasiyası müdafiә etmiş, hәmin dissertasiyanın әsas hissәsini “Azәrbaycanda pedaqoji fikrin inkişaf tarixindәn” (Bakı, «Azәrnәşr», 1958) adı altında nәşr etdirmişdir.
“Azәrbaycanda pedaqoji fikrin inkişafı tarixindәn” kitabında Azәrbaycan pedaqoji fikrinin inkişaf yolu tarixi pedaqoji vә nәzәri planda ayrı-ayrı oçerklәr (“A.Bakıxanovun pedaqoji görüşlәri”, “M.Şәfinin pedaqoji görüşlәri”, “M.F.Axundovun pedaqoji görüşlәri”, “S.Ә.Şirvaninin pedaqoji görüşlәri”, “H.Z.Mәlikovun pedaqoji görüşlәri”) vә qısa icmallarda (“Azәrbaycanda XIX әsrә qәdәrki dövrün pedaqoji fikrinә dair”, “XX әsrin әvvәllәrindә Azәrbaycanda pedaqoji fkrin qısa xülasәsi”) tәqdim olunur, xalqımızın dünya elminә vә mәdәniyyәtinә buraxılış vәsiqәsi hesab edilәn XIX әsr pedaqoji fikir klassiklәrimizin bu gün dә öz tәravәtini itirmәyәn elminәzәri fikirlәri yüksәk peşәkarlıqla vә tәdqiqatçılıq sәriştәsi ilә araşdırılır.
Ə.Seyidov 1958 və 1970-ci illərdə çoxcildlik “Pedaqogika tarixi” və “Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən” monoqrafiyalarını qələmə aldı. Bu gün də həmin əsərlərdən bir dərslik kimi ali məktəblərdə istifadə olunur.
Əhməd Seyidovun həyatına dair digər bir fakt kimi qeyd edə bilərik ki, bir gün Mikayıl Müşfiq Əhməd Seyidovun evinə gəlir və xahiş edir ki, onun poeziyasındakı tərbiyə məsələləri haqqında məqalə yazsın (Artıq 37-ci il yaxınlaşmışdı, şairə hücumlar da güclənmişdi). Və alim qələmə alır: 12 səhifəlik bir məqalə. Məqalə M.Müşfiqin şeirlərini xilas etsə də, şairin xilasına gücü çatmır.
Görkəmli pedaqoq unudulmaz şəxsiyyətlərimizdən İsmayıl Şıxlının, Şıxəli Qurbanovun müəllimi kimi, onlardan qürurla danışırdı. Xüsusilə, İsmayıl Şıxlı “Dəli Kür” romanını yazanda Qori Müəllimlər Seminariyası ilə əlaqədar bəzi məlumatları Əhməd Seyidovdan almışdı.
Akademik Y.M.Medinskinin məsləhətindən sonra “Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri” mövzusunda doktorluq işini başa çatdırdı (1945) və az sonra (1947) uğurla müdafiə etdi. Professor Əhməd Seyidov görkəmli alimlərimizdən Mehdi Mehdizadənin, Ziyəddin Göyüşovun, Ağamməd Abdullayevin, Şövqi Ağayevin, Bəşir Əhmədovun rəsmi oppenenti olmuşdur.
Professor Ə.Seyidov tarixi şəxsiyyətlər sırasında yeri görünən alimlərdən biridir. Onun yaşadığı 85 illik şərəfli ömür Azərbaycan Pedoqoji elm tarixində əvəzsiz bir irs qoymuşdur.
Elmi əsərləri:
~ “Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən” monoqrafiyası
~ “Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri”
~ “Pedoqogika Tarixi” (kitabi buradan yukləyə bilərsiniz)
Mənbələr:
1.“Psixologiya” (Ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə hazırlanmış dərslik) Bakı – 2007
2. R.Əliyev «Psixologiya tarixi» (2006)
3. Bayramov Ə.S., Əlizadə Ə.Ə., – Psixologiya. Bakı, “Çinar-Çap”, 2006, – 620 səh.
4.Ə.T.Baxşəliyev “XX əsrdə Azərbacanda psixoloji fikrin inkişafı III hissə”,B.,ADPU,1998.
Hazırladı: Fəridə Qasımova
Kurikulum jurnalı, 2013, №3
Kurikulum Редаксийа щейяти У.Ялякбяров, Н.Ъяфяров, В.Аббасов, Й.Мяммядов, Я.Ялизадя, А.Мещрабов, А.Нахчыванлы, А.Ящмядов, Я.Аббасов, И.Мустафайев, Ф.Гядиров, Ф.Шащбазлы, Ф.Рцстямов, Е.Рцстямов, Т.Талыбов, З.Вейсова, А.Сцлейманова, Б.МакКа (АБШ), Ъ.МакНулти. Показать больше
Kurikulum Редаксийа щейяти У.Ялякбяров, Н.Ъяфяров, В.Аббасов, Й.Мяммядов, Я.Ялизадя, А.Мещрабов, А.Нахчыванлы, А.Ящмядов, Я.Аббасов, И.Мустафайев, Ф.Гядиров, Ф.Шащбазлы, Ф.Рцстямов, Е.Рцстямов, Т.Талыбов, З.Вейсова, А.Сцлейманова, Б.МакКа (АБШ), Ъ.МакНулти (АБШ), Н.И.Танрыгулу (Тцркийя), Щ.Моеландс (Щолландийа), Щ.Пиллай (Австралийа) елми-методик журнал Тясисчи Азярбайъан Республикасынын Тящсил Назирлийи Баш редакторун мцавини Сащиб Мянсимов © «Курикулум», 2013 Бцтцн щцгуглар горунур. Редаксийанын рясми разылыьы олмадан журналын вя йа онун бир щиссясинин суряти чыхарылараг вя йа тякрар чап олунараг йайылмасы гадаьандыр. 2 20 01 13 3 № №3 3 ( (2 23 3) ) (ийул-сентйабр) Журнал Азярбайъан Республикасы Тящсил Назирлийинин 19.07.2007-ъи ил тарихли 897№-ли ямри иля тясис едилмиш, Ядлиййя Назирлийиндя дювлят гейдиййатына алынмышдыр. Гейдиййат №: 0107-П337-49126 Редаксийанын цнваны: АЗ1025, Бакы шящяри, А.Ъялилов кцчяси, 22 (Тящсил Проблемляри Институтунун бинасы, отаг 304) Телефон/Факс: (012) Спрятать
- Похожие публикации
- Поделиться
- Код вставки
- Добавить в избранное
- Комментарии
Humeyir Ehmedov – Wikipedia
Hümeyir Əhmədov (tam adı: Əhmədov Hümeyir Hüseyn oğlu; 14 avqust 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — pedaqogika üzrə elmlər doktoru, professor, RF Dövlət Təhsil Akademiyasının xarici üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasnın, Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi-pedaqoji kadr hazlığı şöbəsinin müdiri. [1]
| Hümeyir Əhmədov | |
|---|---|
| Hümeyir Hüseyn oğlu Əhmədov | |
| Doğum tarixi | 14 avqust 1958 (64 yaş) |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | SSRİ → Azərbaycan |
| Milliyyəti | azərbaycanlı |
| Atası | Hüseyn Əhmədov |
| Elm sahələri | pedaqogika, təhsil hüququ |
| Elmi dərəcəsi | pedaqogika üzrə elmlər doktoru |
| Elmi adı | professor |
| İş yerləri | Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi-pedaqoji kadr hazlığı şöbəsinin müdiri |
| Təhsili | V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
| Mükafatları | |
| www.ahmadoff.org | |
Mündəricat
Hümeyir Əhmədov 14 avqust 1958-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri Binəqədi rayonu 30 nömrəli orta məktəbin I sinfinə getmiş və 1975-ci ildə 246 nömrəli orta məktəbi bitirdikdən sonra, elə həmin il V.İ. Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuşdur. İnstitutda ali təhsil almaqla yanaşı 1976-cı ildə Zaqafqaziya komsomol məktəbini «əla» qiymətlə bitirmiş, 1976-1977-ci illərdə institutda fəaliyyət göstərən ictimai peşələr fakültəsinin jurnalistika şöbəsinin dinləyicisi olmuş, 1979-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək, təyinatla Xaçmaz stansiyası 45 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.
Fəaliyyəti
- 1979-1981-ci illərdə Vətən qarşısında borcunu Uzaq Şərq hərbi dairəsinin Xabarovsk-Vladivostok diyarlarında yerləşən hərbi hissələrdə yerinə yetirmiş, tərxis edildikdən sonra əmək fəaliyyətini Saatlı stansiyasında 33 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat, fizika və əmək müəllimi kimi davam etdirmişdir.
- 1983-cü ildə C.Naxçıvanski adına hərbi təmayüllü orta məktəbdə tərbiyəçi-müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. 1984-cü ildən A.S.Makarenko adına 12 nömrəli rus dili təmayüllü internat məktəbində riyaziyyat müəllimi işləyən Hümeyir Əhmədovun elmə olan marağı onu 1984-cü ilin payızında Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna gətirmişdir. Ə.A.Ağayevin rəhbərliyi ilə pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində əyani aspirant kimi təhsilini müvəffəqiyyətlə başa vuraraq, 1988-ci ilin yayında “Azərbaycan SSR-də hamılıqla ümumi orta təhsilə keçilməsinə hazırlıq və onun həyata keçirilməsi” (1961-1977-ci illər) mövzusunda 13.00.01- pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ilin noyabrında institutun pedaqogika nəzəriyyəsi və tarixi şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin olunmuş, 1989-cu ilin aprelindən isə böyük elmi işçi vəzifəsinə seçilmişdir.
- 1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən böyük elmi işçi attestatı almışdır. 1994-cü ildə həmin şöbədə aparıcı elmi işçi, 1997-ci ildə isə həmin vəzifəyə yenidən seçilmişdir. 2000-ci il dekabr ayının 11-dən yenidən yaradılmış Azərbaycan Respublikasının Təhsil Problemləri institutunda Elmi-pedaqoji kadr hazırığı şöbəsinə müdir təyin edilmişdir, hazırda Azərbaycan Respublikasının Təhsil İnstitununda həmin vəzifədə çalışır. 2014-cü ildən Bakı Qızlar Universitetinin pedaqogika kafedrasının professorudur.
- 1985-ci ildən SSRİ PEA-nın “Məktəb və pedaqogika tarixi” üzrə problem şuranın üzvü, 2003-cü ildə ABŞ-ın Minnesota universitetinin“ Təhsilin strateji planlaşdırılması” üzrə Koordinasiya Şurasının üzvü və fəxri professorudur.
- 2003-2005-ci illərdə TPİ-nun doktorantı olmuş, “Qloballaşma şəraitində Azərbaycan Respublikasında ali təhsilin modernləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (05.04.2011) və ona pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi (27.01.2012), professor attestatı (27.12.2017) verilmişdir.
- 2004-cü ildən “Pedaqoqlar sülh və qarşılqlı anlaşma uğrunda” Beynəlxalq hərəkatının Azərbaycan təşkilatının üzvü seçilmiş, 2005-ci ilin yanvar ayında Moskva şəhərində Pedaqoji və Sosial Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ilin aprel ayında isə həqiqi üzvü (akademiki), 2006-cı ilin aprel ayında Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü, 2007-ci ilin noyabrında Pedaqoji Təhsilin Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademiki), 2008-ci ilin dekabrında Rusiya Hüquq Elmləri Akademiyasının üzvü, 2012-ci ilin iyununda Rusiya Federasiyasının Təhsilin informatlaşdırılması akademiyasının həqiqi üzvü (akademiki), 2018-ci ildə Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvu (akademiki) seçilmişdir.
- 2006-cı ilin dekabrında Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
- 2008-ci ilin fevralından Azərbaycan Respublikası “Təhsil Şurası” ictimai birliyinin idarə heyətinin üzvüdür. “Qızıl Qələm” media mükafatı laureatıdır. 2008-ci ildə ona “YUNESKO müəllimi” fəxri adı sertifikatı verilmişdir (Kazan şəhəri). 2008-ci ilin sentyabr ayında Rusiya Federasiyasnın 3-cü dərəcəli «Долг и честь» ordeni ilə təltif edilmişdir.
- 2009-cu ilin dekabrında Rusiya Federasiyası Elm və Təhsil nazirliyinin Pedaqoji elmlər sahəsində qazandığı nailiyyətlərinə görə K.D. Uşinski adına medallı ilə təltif edilmişdur. RTA-nın Prezidiumunun 2017-ci il tarixli qərarı ilə “Əməkdar elm və təhsil xadimi” fəxri adına layiq görülüb. RTA-nın təqdimatı ilə EUROPEAN SCIENTIFIC AND INDUSTRIAL CONSORTIUM tərəfindən 2018-ci ildə “LABORE ET SCIENTIA” – ordeni ilə təltif edilib.
- Əhmədov Hümeyir Hüseyn oğlu Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Təhsil Problemləri İnstitutunda yaratdığı (N 02.191 və B/D 02.191) dissertasiya şurasının üzvü olmuş, hazırda ADPU nəzdində fəaliyyət göstərən FD 02.061 və BD 02.061 disseertasiya şurasının üzvüdür. Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 20 doktorant və dissertanta elmi rəhbər, 4 elmlər doktoru proqramı üzrə təhsil alan 4 doktorant və dissertanta elmi məsləhtçi təyin olunmuşdur. Bunlardan fəlsəfə doktoru proqramı üzrə iki nəfəri müdafiə ərəfəsində, elmlər doktoru proqramı üzrə iki nəfəri isə dissertasiyalarını tamamlamışlar.ABŞ və bir neçə Avropa və Şərq ölkələrində işgüzar səfərdə olmuşdur.
- Elmi pedaqoji fəaliyyəti dövründə respublikamızda və ondan kənarda bir çox mötəbər elmi məclislərdə onlarla tezis və məruzələrlə çıxış etmiş, respublikamızda və ondan kənarda bir neçə elmi jurnalın redaksiya heyətinin üzvüdür.
- 350-dən artıq çap olunmuş elmi əsəri: monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, metodik vəsait, proqramların və məqalələrin müəllifidir. Əsərləri azərbaycan, türk, rus, gürcü və ingilis dillərində nəşr olunmuşdur. [2]
- Monoqrafiya və dərsliyi 2018-ci ildə Parisdə keçirilən kitab sərgisində “Qızıl medal”la təltif olunaraq sertifikata layiq görülüb.Təhsil Problemləri İnstitutunda (TPİ) elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiridir. [3]
Ailəlidir, iki övladı, iki nəvəsi var.
SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü, “SSRİ Maarif əlaçısı”, “Azərbaycan Respublikasının əməkdar ali məktəb işçisi”, “Azərbaycan SSR qabaqcıl maarif xadimi” Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, əmək və müharibə veteranı, pedaqoji elmləri doktoru, professor Hüseyn Əhmədovun oğludur.
Monoqrafiyaları
- Azərbaycanda xeyriyyə cəmiyyətlərinin maarifçilik fəaliyyəti. Bakı: Mütərcim, 1997, 56 s.
- Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi. Bakı: Təhsil NPM, 2006, 264 s. (Əliyev P.B. ilə birgə)
- Человеческий ресурс Азербайджанского образования. Москва: МПСИ, 2007, 140 с.
- Ali təhsilin modernləşdirilməsi. Bakı: Maarif, 2008, 190 s.
- Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı: Elm, 2010, 800 s.
- Конституционно-правовые основы науки, научной и научно-технической деятельности в Российской Федерации. Москва: Элит, 2010, 464 с.
- The Strategy of Education Development in Azerbaijan. Saarbrücken, Deutschland / Germany. LAP LAMBERT Academic Publishing, 2014, 245 p.
- Elmi-pedaqoji və pedaqoji kadr hazırlığı problemləri. Bakı: AR Tİ, 2018
Dərslikləri
- Pedaqogika. Orta ixtisas məkəbləri üçün. Bakı: Təhsil NPM, 2006
- Pedaqogika. Ali məktəb tələbələri üçün. Bakı: Təhsil NPM, 2013
- Pedaqogika. Bakalavr səviyyəsində təhsil alanlar üçün. Bakı: Elm və təhsil, 2016
- Texnologiya. Ümumtəhsil məktəblərinin II-IX sinif şagirdləri üçün. Bakı: Təhsil, 2008-2018
- Alqoritmlər nəzəriyyəsi. Ali təhsil müəssisələri tələbələri üçün. Bakı: Elm və təhsil, 2018
- The Strategy of Education Development in Azerbaijan. Saarbrücken, Deutschland / Germany. LAP LAMBERT Academic Publishing, 2014, 245 p.
- Pedaqogika.Bakalavr hazırlığı üçün dərslik. Bakı: Elm və təhsil, 2016. 455 s.. Zeynalova N. E.
- Управленческая педагогика и психология: Учебное пособие. Баку: Маариф, 2002,380с. (совместно с Ахмедовым Г.М., Гасановым А.В., Байрамовым Г.В.)
- Təhsil hüququ. Ali məktəblər üçün dərslik. Bakı: Təhsil NPM, 2007, 400 s.
- İnformatikanın tədrisi metodikası: Ali məktəblər üçün dərs vəsaiti. Bakı: Təhsil NPM, 2003, 240s. (Abdullayev C.S. və başqaları ilə birgə)
Həmçinin bax
- Hüseyn Əhmədov
- Pedaqogika
- “Qırmızı əmək bayrağı” ordeni
- Qızıl qələm mükafatı
İstinadlar
- ↑”Distant təhsilin müasir vəziyyəti və onun inkişaf yolları”. almazhasret.com. 27 Noyabr 2013. 2022-06-16 tarixində arxivləşdirilib . İstifadə tarixi: 5 mart 2016 .
- ↑Hümeyir Hüseyn oğlu Əhmədov, pedaqogika üzrə elmlər doktoru, Rusiya Dövlət Təhsil akademiyasının akademiki [ölü keçid]
- ↑”Təhsil Problemləri İnstitutunda doktorant və dissertantlarla görüş”. azertag.az. 09.02.2015. 2019-04-21 tarixində arxivləşdirilib . İstifadə tarixi: 5 mart 2016 .
- Hümeyir Hüseyn oğlu Əhmədov. Pedaqogika üzrə elmlər doktoru, Rusiya Dövlət Təhsil akademiyasının akademiki [ölü keçid]
- “Distant təhsilin müasir vəziyyəti və onun inkişaf yolları”. almazhasret.com. 27 Noyabr 2013. İstifadə tarixi: 5 mart 2016.
- Təhsil Problemləri İnstitutunda doktorant və dissertantlarla görüş”. azertag.az. 09.02.2015. İstifadə tarixi: 5 mart 2016.
- Azərbaycan alimi Rusiya Təhsilin İnformasiyalaşdırılması Akademiyasının həqiqi üzvü seçilmişdir.
- Rusiya ali məktəblərinə tələbə qəbulu.
- Norveçdə və Sloveniyada ulu öndər Heydər Əliyevin elm və təhsilin inkişafında roluna dair məqalələr dərc olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.