Hümeyir Əhmədov ->
Ağdamın Boyəhmədli kəndi rayon mərkəzindən 17 kilometr şimalda, Qabartı çayının hər iki sahilində, Qarabağ dağ silsiləsinə aid olan Qaraman dağının şərq ətəyində və Qarabağ düzündə yerləşir. Əhalinin məşğuliyyəti .
Pedaqogika elminin təşəkkülü və inkişafı
Pedaqogika digər elmlərlə müqayisədə gənc olsa da, pedaqoji ideyalar çox qədim tarixə malikdir. İlk pedaqoji fikirlər xalq yaradıcılığı ilə bağlıdır. Şifahi xalq ədəbiyyatı nümunələrində – atalar sözləri və zərb-məsəllərdə, tapmaca və laylalarda, nağıl və dastanlarda qiymətli pedaqoji ideyalar öz əksini tapmışdır. Xalq pedaqogikası elmi pedaqogikanın çox qədim və zəngin bir mənbəyini təşkil edir.
Cəmiyyət inkişaf etdikcə təlim-tərbiyə məsələlərinə maraq artmış, bu sahədə yeni-yeni baxışlar, nəzəriyyələr meydana çıxmışdır. Ta qədimdən pedaqoji fikirlər fəlsəfə ilə sıx bağlı olmuş, pedaqogika praktik fəlsəfə kimi onun tərkib hissəsini təşkil etmişdir. Qədim Şərq, Yunan və Roma filosoflarının (Sokrat, Demokrit, Aristotel, Kvintilian və b.) əsərlərində qiymətli pedaqoji ideyalar vardır.
Quldarlıq quruluşunda məktəb və təhsil quldarlar sinfinin mənafeyinə xidmət etmiş, hakimiyyət uğrunda mübarizədə təhsildən bir vasitə kimi istifadə olunmuşdur. Bu dövrdə təlim-tərbiyə işi dinin təsiri altında olmuşdur.İntibah dövrü özünə məxsus tərbiyə ideyaları ilə səciyyələnir. Şərqin humanist mütəfəkkir və pedaqoqları (İbn Sina, Biruni, Bəhmənyar, N.Gəncəvi, N.Tusi, İ.Nəsimi, M.Füzuli və b.) azad, kamil insan tərbiyəsi ideyasını irəli sürmüşlər. Digər elm sahələrində olduğu kimi, pedaqogikaya dair əsərlər də meydana gəlmişdi. Ə.Bəhmənyarın (XI əsr) “Ət-təhsil” (İdrak haqqında), N.Tusinin (XIII əsr) “Əxlaqi-Nasiri”, “Ədəb-ül mütəllimin” (Şagirdlərin davranışı haqqında) adlı əsərlər bu qəbildəndir. Bu əsərlərdə insanın zehni, əxlaqi-etik tərbiyəsi, ailə tərbiyəsi məsələləri öz dolğun əksini tapmışdır.
Dahi söz ustası, dünya poeziyasının korifeyi, böyük mütəfəkkir N.Gəncəvinin (XII əsr) ölməz yaradıcılığı çox qiymətli pedaqoji ideyalarla zəngindir. Onun “Xəmsə”si əvəzsiz pedaqoji mənbədir; insanın zehni, mənəvi, əmək və fiziki tərbiyəsi ilə bağlı oradakı fikirlər bu gün də öz aktuallığını saxlayır.
XVI-XVII əsrlərdən başlayaraq kapitalizmin inkişafı ilə əlaqədar kütləvi savadlı fəhlələrə ehtiyac artır. Bununla bağlı tərbiyə məsələlərinə, pedaqogikaya tələbat da artır. Pedaqogika müstəqil elm sahəsi kimi inkişaf etməyə başlayır. Şərqdə təşəkkül tapmış bir çox pedaqoji ideyalar Qərbi Avropaya yayılmış, orada inkişaf etdirilmiş, yeni-yeni ideya və baxışlar meydana gəlmişdir.
Pedaqogikanın bir elm kimi inkişafı böyük çex pedaqoqu Yan Amos Komenskinin (XVII əsr) adı ilə bağlıdır. Onun yazmış olduğu “Böyük didaktika” əsəri pedaqogika nəzəriyyəsi üzrə ilk əsərlərdən biridir. O, bu əsərdə “hamıya hər şeyi öyrətmək” ideyasını irəli sürmüş, kollektiv təlim formasını (sinif-dərs sistemini) əsaslandırmış, təlimin bir çox prinsip və metodlarını işləyib hazırlamışdır.
Pedaqogikanın bir elm kimi inkişafında Avropa klassik pedaqoqlarından C.C.Russo (Fransa), İ.H.Pestalotsi (İsveçrə), A.Disterveq (Almaniya), R.Ouen (İngiltərə) və başqalarının böyük xidmətləri olmuşdur.
Pedaqoji fikrin inkişafına rus inqilabçı-demokratlarından A.Radişev, A.N.Gertsen, N.Q.Çernışevski, V.Q.Belinski, N.A.Dobrolyubov qiymətli töhfə vermişlər. Onlar tərbiyənin məqsədini fiziki və mənəvi buxovlara qarşı, yeni cəmiyyət uğrunda fəal mübarizlər yetişdirməkdə görürdülər.
Rusiyada elmi pedaqogikanın yaranmasında görkəmli rus pedaqoqu və psixoloqu K.D.Uşinskinin (XIX əsr) xüsusilə böyük xidmətləri olmuşdur. Pedaqogikanın elmi-psixoloji əsaslarını işləyib hazırlamaq sahəsindəki böyük xidmətlərinə görə onu rus pedaqogikasının atası adlandırmışlar. Rusiyada pedaqoji fikrin inkişafında L.N.Tolstoy, S.T.Şatski, P.P.Blonski, A.V.Lunaçarski və b. böyük rol oynamışlar.
XX əsrdə Ukraynada pedaqogika elminin inkişafı, xüsusən tərbiyə nəzəriyyəsi A.S.Makarenko və V.A.Suxomlinskinin adı ilə bağlıdır. On altı il nəzarətsiz və cinayət yoluna düşən uşaqlarla işləyən A.S.Makarenko üç mindən artıq uşağı düzgün həyata qaytarmışdır. O, özünün “Pedaqoji poema”, “Qüllələr üzərində bayraqlar” və b. əsərlərində orijinal pedaqoji ideyalar irəli sürmüş, tərbiyə haqqında, habelə uşaq kollektivi haqqında yeni nəzəriyyə yaratmış, tərbiyənin prinsip və metodlarını sistemə salmışdır. Onun həmyerlisi V.A.Suxomlinski tərbiyədə humanist mövqe tutmuş, insanın qəlbinə yol tapmaqla tərbiyə etmək ideyasını irəli sürmüş, zehni, mənəvi, fiziki, əmək və estetik tərbiyə sahəsində orijinal fikirlərlə pedaqogikanı zənginləşdirmişdir. Onun əsas pedaqoji ideyaları “Vətəndaşın doğulması”, “Ürəyimi uşaqlara verirəm”, “Orta məktəbin pedaqoji kollektivi”, “Gənc məktəb direktoru ilə söhbət”, “Müəllimə yüz məsləhət”, “Məktəblinin mənəvi aləmi”, “Tərbiyə və özünütərbiyə”, “Kollektivin tərbiyəsi metodikası” və başqa qiymətli kitablarında öz əksini tapmışdır.
Pedaqoji fikrin inkişafında Azərbaycan pedaqoqlarının, yazıçı və mütəfəkkirlərinin böyük xidmətləri olmuşdur. XI-XVI əsr mütəfəkkirləri ilə yanaşı, XIX əsrdə A.Bakıxanov, M.F.Axundzadə, H.B.Zərdabi, M.Kazımbəy, S.Ə.Şirvani, M.T.Sidqi, sonrakı dövrdə C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov, Ü.Hacıbəyov, habelə ilk peşəkar pedaqoqlardan prof. Ə.Seyidov, akademik M.Mehdizadə, prof. M.Muradxanov və b. pedaqoji fikrin inkişafına qiymətli töhfə vermişlər. Pedaqoji məsələlərə həsr olunmuş əsərlər sırasında A.Bakıxanovun “Təkzibi-əxlaq” (Əxlaqın təmizliyi), “Kitabi-nəsihət” (“Nəsihətnamə”), H.B.Zərdabinin “Sağlamlığın qorunmasına dair rəhbərlik”, Ü.Hacıbəyovun “Məktəb məsələsi”, “Müəllim ictimaiyyəti haqqında”, “Musiqidə xəlqilik”, “Səhnənin tərbiyəvi əhəmiyyəti”, F.B.Köçərlinin “Ana dili”, “Müsəlman qadınlarının vəziyyəti və uşaqların tərbiyəsi”, R.B.Əfəndiyevin “Yeni səs metodu üzrə savad təliminə dair müəllimlər üçün rəhbərlik”, “Qadın məsələsi”, prof. Ə.Seyidovun “Pedaqogika tarixi”, “Azərbaycanda pedaqoji fikrin inkişafı tarixi”, akad. M.Mehdizadənin “Azərbaycanda sovet məktəbinin tarixinə dair xülasələr”, “Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları”, prof. M.Muradxanovun “Nizaminin pedaqoji görüşləri”, “A.S.Makarenkonun pedaqoji irsi”, “Əxlaq tərbiyəsinin prinsipləri”, “Məktəblilərin ailədə tərbiyəsi”, “Pedaqogika” (redaktor) və b. əsərləri göstərmək olar.
Hümeyir Əhmədov
Hümeyir Əhmədov (tam adı: Əhmədov Hümeyir Hüseyn oğlu; 14 avqust 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — pedaqogika üzrə elmlər doktoru, professor, RF Dövlət Təhsil Akademiyasının xarici üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasnın, Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi-pedaqoji kadr hazlığı şöbəsinin müdiri. [1]
Mündəricat
Həyatı [ redaktə | mənbəni redaktə et ]
Hümeyir Əhmədov 14 avqust 1958-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri Binəqədi rayonu 30 nömrəli orta məktəbin I sinfinə getmiş və 1975-ci ildə 246 nömrəli orta məktəbi bitirdikdən sonra, elə həmin il V.İ. Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuşdur. İnstitutda ali təhsil almaqla yanaşı 1976-cı ildə Zaqafqaziya komsomol məktəbini «əla» qiymətlə bitirmiş, 1976-1977-ci illərdə institutda fəaliyyət göstərən ictimai peşələr fakültəsinin jurnalistika şöbəsinin dinləyicisi olmuş, 1979-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək, təyinatla Xaçmaz stansiyası 45 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.
Fəaliyyəti [ redaktə | mənbəni redaktə et ]
- 1979-1981-ci illərdə Vətən qarşısında borcunu Uzaq Şərq hərbi dairəsinin Xabarovsk-Vladivostok diyarlarında yerləşən hərbi hissələrdə yerinə yetirmiş, tərxis edildikdən sonra əmək fəaliyyətini Saatlı stansiyasında 33 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat, fizika və əmək müəllimi kimi davam etdirmişdir.
- 1983-cü ildə C.Naxçıvanski adına hərbi təmayüllü orta məktəbdə tərbiyəçi-müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. 1984-cü ildən A.S.Makarenko adına 12 nömrəli rus dili təmayüllü internat məktəbində riyaziyyat müəllimi işləyən Hümeyir Əhmədovun elmə olan marağı onu 1984-cü ilin payızında Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna gətirmişdir. Ə.A.Ağayevin rəhbərliyi ilə pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində əyani aspirant kimi təhsilini müvəffəqiyyətlə başa vuraraq, 1988-ci ilin yayında “Azərbaycan SSR-də hamılıqla ümumi orta təhsilə keçilməsinə hazırlıq və onun həyata keçirilməsi” (1961-1977-ci illər) mövzusunda 13.00.01- pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ilin noyabrında institutun pedaqogika nəzəriyyəsi və tarixi şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin olunmuş, 1989-cu ilin aprelindən isə böyük elmi işçi vəzifəsinə seçilmişdir.
- 1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən böyük elmi işçi attestatı almışdır. 1994-cü ildə həmin şöbədə aparıcı elmi işçi, 1997-ci ildə isə həmin vəzifəyə yenidən seçilmişdir. 2000-ci il dekabr ayının 11-dən yenidən yaradılmış Azərbaycan Respublikasının Təhsil Problemləri institutunda Elmi-pedaqoji kadr hazırığı şöbəsinə müdir təyin edilmişdir, hazırda Azərbaycan Respublikasının Təhsil İnstitununda həmin vəzifədə çalışır. 2014-cü ildən Bakı Qızlar Universitetinin pedaqogika kafedrasının professorudur.
- 1985-ci ildən SSRİ PEA-nın “Məktəb və pedaqogika tarixi” üzrə problem şuranın üzvü, 2003-cü ildə ABŞ-ın Minnesota universitetinin“ Təhsilin strateji planlaşdırılması” üzrə Koordinasiya Şurasının üzvü və fəxri professorudur.
- 2003-2005-ci illərdə TPİ-nun doktorantı olmuş, “Qloballaşma şəraitində Azərbaycan Respublikasında ali təhsilin modernləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (05.04.2011) və ona pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi (27.01.2012), professor attestatı (27.12.2017) verilmişdir.
- 2004-cü ildən “Pedaqoqlar sülh və qarşılqlı anlaşma uğrunda” Beynəlxalq hərəkatının Azərbaycan təşkilatının üzvü seçilmiş, 2005-ci ilin yanvar ayında Moskva şəhərində Pedaqoji və Sosial Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ilin aprel ayında isə həqiqi üzvü (akademiki), 2006-cı ilin aprel ayında Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü, 2007-ci ilin noyabrında Pedaqoji Təhsilin Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademiki), 2008-ci ilin dekabrında Rusiya Hüquq Elmləri Akademiyasının üzvü, 2012-ci ilin iyununda Rusiya Federasiyasının Təhsilin informatlaşdırılması akademiyasının həqiqi üzvü (akademiki), 2018-ci ildə Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvu (akademiki) seçilmişdir.
- 2006-cı ilin dekabrında Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
- 2008-ci ilin fevralından Azərbaycan Respublikası “Təhsil Şurası” ictimai birliyinin idarə heyətinin üzvüdür. “Qızıl Qələm” media mükafatı laureatıdır. 2008-ci ildə ona “YUNESKO müəllimi” fəxri adı sertifikatı verilmişdir (Kazan şəhəri). 2008-ci ilin sentyabr ayında Rusiya Federasiyasnın 3-cü dərəcəli «Долг и честь» ordeni ilə təltif edilmişdir.
- 2009-cu ilin dekabrında Rusiya Federasiyası Elm və Təhsil nazirliyinin Pedaqoji elmlər sahəsində qazandığı nailiyyətlərinə görə K.D. Uşinski adına medallı ilə təltif edilmişdur. RTA-nın Prezidiumunun 2017-ci il tarixli qərarı ilə “Əməkdar elm və təhsil xadimi” fəxri adına layiq görülüb. RTA-nın təqdimatı ilə EUROPEAN SCIENTIFIC AND INDUSTRIAL CONSORTIUM tərəfindən 2018-ci ildə “LABORE ET SCIENTIA” – ordeni ilə təltif edilib.
- Əhmədov Hümeyir Hüseyn oğlu Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Təhsil Problemləri İnstitutunda yaratdığı (N 02.191 və B/D 02.191) dissertasiya şurasının üzvü olmuş, hazırda ADPU nəzdində fəaliyyət göstərən FD 02.061 və BD 02.061 disseertasiya şurasının üzvüdür. Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 20 doktorant və dissertanta elmi rəhbər, 4 elmlər doktoru proqramı üzrə təhsil alan 4 doktorant və dissertanta elmi məsləhtçi təyin olunmuşdur. Bunlardan fəlsəfə doktoru proqramı üzrə iki nəfəri müdafiə ərəfəsində, elmlər doktoru proqramı üzrə iki nəfəri isə dissertasiyalarını tamamlamışlar.ABŞ və bir neçə Avropa və Şərq ölkələrində işgüzar səfərdə olmuşdur.
- Elmi pedaqoji fəaliyyəti dövründə respublikamızda və ondan kənarda bir çox mötəbər elmi məclislərdə onlarla tezis və məruzələrlə çıxış etmiş, respublikamızda və ondan kənarda bir neçə elmi jurnalın redaksiya heyətinin üzvüdür.
- 350-dən artıq çap olunmuş elmi əsəri: monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, metodik vəsait, proqramların və məqalələrin müəllifidir. Əsərləri azərbaycan, türk, rus, gürcü və ingilis dillərində nəşr olunmuşdur. [2]
- Monoqrafiya və dərsliyi 2018-ci ildə Parisdə keçirilən kitab sərgisində “Qızıl medal”la təltif olunaraq sertifikata layiq görülüb.Təhsil Problemləri İnstitutunda (TPİ) elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiridir. [3]
Ailəsi [ redaktə | mənbəni redaktə et ]
Ailəlidir, iki övladı, iki nəvəsi var.
SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü, “SSRİ Maarif əlaçısı”, “Azərbaycan Respublikasının əməkdar ali məktəb işçisi”, “Azərbaycan SSR qabaqcıl maarif xadimi” Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, əmək və müharibə veteranı, pedaqoji elmləri doktoru, professor Hüseyn Əhmədovun oğludur.
Əsərləri [ redaktə | mənbəni redaktə et ]
Monoqrafiyaları [ redaktə | mənbəni redaktə et ]
- Azərbaycanda xeyriyyə cəmiyyətlərinin maarifçilik fəaliyyəti. Bakı: Mütərcim, 1997, 56 s.
- Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi. Bakı: Təhsil NPM, 2006, 264 s. (Əliyev P.B. ilə birgə)
- Человеческий ресурс Азербайджанского образования. Москва: МПСИ, 2007, 140 с.
- Ali təhsilin modernləşdirilməsi. Bakı: Maarif, 2008, 190 s.
- Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı: Elm, 2010, 800 s.
- Конституционно-правовые основы науки, научной и научно-технической деятельности в Российской Федерации. Москва: Элит, 2010, 464 с.
- The Strategy of Education Development in Azerbaijan. Saarbrücken, Deutschland / Germany. LAP LAMBERT Academic Publishing, 2014, 245 p.
- Elmi-pedaqoji və pedaqoji kadr hazırlığı problemləri. Bakı: AR Tİ, 2018
Dərslikləri [ redaktə | mənbəni redaktə et ]
- Pedaqogika. Orta ixtisas məkəbləri üçün. Bakı: Təhsil NPM, 2006
- Pedaqogika. Ali məktəb tələbələri üçün. Bakı: Təhsil NPM, 2013
- Pedaqogika. Bakalavr səviyyəsində təhsil alanlar üçün. Bakı: Elm və təhsil, 2016
- Texnologiya. Ümumtəhsil məktəblərinin II-IX sinif şagirdləri üçün. Bakı: Təhsil, 2008-2018
- Alqoritmlər nəzəriyyəsi. Ali təhsil müəssisələri tələbələri üçün. Bakı: Elm və təhsil, 2018
- The Strategy of Education Development in Azerbaijan. Saarbrücken, Deutschland / Germany. LAP LAMBERT Academic Publishing, 2014, 245 p.
- Pedaqogika.Bakalavr hazırlığı üçün dərslik. Bakı: Elm və təhsil, 2016. 455 s.. Zeynalova N. E.
- Управленческая педагогика и психология: Учебное пособие. Баку: Маариф, 2002,380с. (совместно с Ахмедовым Г.М., Гасановым А.В., Байрамовым Г.В.)
- Təhsil hüququ. Ali məktəblər üçün dərslik. Bakı: Təhsil NPM, 2007, 400 s.
- İnformatikanın tədrisi metodikası: Ali məktəblər üçün dərs vəsaiti. Bakı: Təhsil NPM, 2003, 240s. (Abdullayev C.S. və başqaları ilə birgə)
Həmçinin bax [ redaktə | mənbəni redaktə et ]
- Hüseyn Əhmədov
- Pedaqogika
- “Qırmızı əmək bayrağı” ordeni
- Qızıl qələm mükafatı
İstinadlar [ redaktə | mənbəni redaktə et ]
- ↑”Distant təhsilin müasir vəziyyəti və onun inkişaf yolları”. almazhasret.com. 27 Noyabr 2013. 2022-06-16 tarixində arxivləşdirilib . İstifadə tarixi: 5 mart 2016 .
- ↑Hümeyir Hüseyn oğlu Əhmədov, pedaqogika üzrə elmlər doktoru, Rusiya Dövlət Təhsil akademiyasının akademiki [ölü keçid]
- ↑”Təhsil Problemləri İnstitutunda doktorant və dissertantlarla görüş”. azertag.az. 09.02.2015. 2019-04-21 tarixində arxivləşdirilib . İstifadə tarixi: 5 mart 2016 .
Mənbə [ redaktə | mənbəni redaktə et ]
- Hümeyir Hüseyn oğlu Əhmədov. Pedaqogika üzrə elmlər doktoru, Rusiya Dövlət Təhsil akademiyasının akademiki [ölü keçid]
- “Distant təhsilin müasir vəziyyəti və onun inkişaf yolları”. almazhasret.com. 27 Noyabr 2013. İstifadə tarixi: 5 mart 2016.
- Təhsil Problemləri İnstitutunda doktorant və dissertantlarla görüş”. azertag.az. 09.02.2015. İstifadə tarixi: 5 mart 2016.
- Azərbaycan alimi Rusiya Təhsilin İnformasiyalaşdırılması Akademiyasının həqiqi üzvü seçilmişdir.
- Rusiya ali məktəblərinə tələbə qəbulu.
- Norveçdə və Sloveniyada ulu öndər Heydər Əliyevin elm və təhsilin inkişafında roluna dair məqalələr dərc olunub.
REGİONLAR
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Enerji təminatı məsələləri İşçi Qrupunun Zəngilan rayonunun Ağalı kəndində .
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb VİDEO
AzerTAg.az
02.07.2022 [10:43]
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb .
Səyyar “ASAN xidmət” İsmayıllıda vətəndaşlara xidmət göstərir
AzerTAg.az
02.07.2022 [10:29]
Səyyar “ASAN xidmət” iyunun 29–dan İsmayıllıda fəaliyyətə başlayıb və iyulun 28-dək rayon sakinlərinə xidmət göstərəcək. Qəbələ Regional “ASAN xidmət” Mərkəzinin səyyar xidmət avtobusunun qrup rəhbəri Ayaz Mirzəyev AZƏRTAC–ın bölgə müxbirinə bildirib .
Ağdam rayonunun Boyəhmədli kəndi
AzerTAg.az
02.07.2022 [10:00]
Ağdamın Boyəhmədli kəndi rayon mərkəzindən 17 kilometr şimalda, Qabartı çayının hər iki sahilində, Qarabağ dağ silsiləsinə aid olan Qaraman dağının şərq ətəyində və Qarabağ düzündə yerləşir. Əhalinin məşğuliyyəti .
Mingəçevir Dövlət Universitetində magistrantların növbəti “Poster sessiyası” təşkil edilib
AzerTAg.az
02.07.2022 [07:23]
Mingəçevir Dövlət Universitetində (MDU) cari il üzrə magistratura məzunlarının dissertasiya işlərindən ibarət növbəti “Poster sessiyası” təşkil edilib.Universitetdən AZƏRTAC-a bildiriblər ki, əsas məqsədi magistrantlar tərəfindən həyata keçirilən tədqiqatların əsas nəticələrinin geniş ictimaiyyətə çatdırılmasından .
Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib
AzerTAg.az
02.07.2022 [00:21]
Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hərəkətdə olan “VAZ-2107” markalı .
Nazir Rəşad Nəbiyev Şamaxıda gənclərlə İKT sektorundakı yenilikləri müzakirə edib
AzerTAg.az
01.07.2022 [20:47]
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında yaşayan, İKT sahəsində fəal olan gənclərlə görüş keçirib.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizdə İKT .
Mingəçevir Dövlət Universiteti Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib
AzerTAg.az
01.07.2022 [19:44]
Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının cari tədris ilində yekun iclası keçirilib. Universitetdən AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən iclasda MDU-nun rektoru Şahin .
Murovdağ tunelinin inşası davam etdirilir VİDEO
AzerTAg.az
01.07.2022 [19:42]
Toğanalı-Kəlbəcər avtomobil yolunun 13,5-ci kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrə qədər artır. Dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Bu barədə AZƏRTAC-a Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib .
“Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili” adlı təlim başa çatıb
AzerTAg.az
01.07.2022 [19:31]
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili” adlı ikigünlük təlimə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti, Hesablama Palatası, Auksion Mərkəzi, Mərkəzi Seçki .
Azərbaycan dövləti gənclərin fiziki sağlamlığı ilə yanaşı, mənəvi sağlamlığını da daim diqqətdə saxlayır
AzerTAg.az
01.07.2022 [19:25]
Ümumbəşəri problemə çevrilən narkomaniya ilə mübarizə ölkəmizin hər bir guşəsində olduğu kimi, Gəncə Dövlət Universitetində (GDU) də diqqət mərkəzində saxlanılır. Bu problemlə bağlı universitetin fakültələrində silsilə tədbirlər keçirilir .
Azərbaycan Texnologiya Universitetində “Məzun Günü” və “Məzun-2022” əmək yarmarkası keçirilib
AzerTAg.az
01.07.2022 [19:22]
Azərbaycan Texnologiya Universitetində Məzun Günü və “Məzun-2022” əmək yarmarkası keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə məzunlar universitetin həyətində ucaldılan Şəhidlər abidəsini ziyarət ediblər. Sonra Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin .
Gömrük Komitəsinin sədri Qobustanda vətəndaşlarla görüşüb
AzerTAg.az
01.07.2022 [18:41]
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər .
Hüquq-mühafizə orqanları fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurub
AzerTAg.az
01.07.2022 [18:36]
Naftalan şəhərində 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Zaur Bədəlov, polis əməkdaşları və veteran polislərin iştirakı ilə tədbir keçirilib .
Naxçıvanda dezinfeksiya tədbirlərinin növbəti mərhələsinə başlanılıb
AzerTAg.az
01.07.2022 [18:16]
Naxçıvanda infeksiyaların, yoluxucu, mövsümü xəstəliklərin yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə iyulun 1-dən növbəti genişmiqyaslı dezinfeksiya tədbirlərinə başlanılıb. Tibbi-profilaktik tədbirlər iyulun 10-dək davam etdiriləcək. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin .
Şəhid ailələri diqqət və qayğı ilə əhatə olunublar
AzerTAg.az
01.07.2022 [17:48]
Ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin ailələrinə qayğı göstərmək, onların problemləri ilə maraqlanmaq daim diqqət mərkəzində saxlanılır. Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki .
Gəncədə “Regionlarda uronefroloji xidmətin təkmilləşdirilməsi”nə dair müzakirələr aparılıb
AzerTAg.az
01.07.2022 [17:42]
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında “Regionlarda uronefroloji xidmətin təkmilləşdirilməsi”nə dair tədbir keçirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi fəaliyyətin təşkili departamentinin Multidisiplinar tibbi xidmətin təşkili şöbəsinin .
Xaçmazda avtomobil ağaca çırpılıb, bir nəfər ölüb
AzerTAg.az
01.07.2022 [17:31]
Xaçmazda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Xaçmaz rayonunun Bayoba kəndi ərazisində qeydə alınıb. Minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində dörd nəfər müxtəlif .
Sərmayə kapitalı almış qadınların yaşadıqları ünvanlarda monitorinqlər aparılıb
AzerTAg.az
01.07.2022 [17:22]
“Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi”, həmin layihənin davamı olan “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” və “Qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihələri çərçivəsində sərmayə .
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edib
AzerTAg.az
01.07.2022 [17:18]
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri respublikamızın şəhər və rayonlarında vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti belə qəbul iyulun 1-də İsmayıllıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin .
Comments are closed, but trackbacks and pingbacks are open.