Hüquq lüğəti
is. [ ər. “həqq” söz. cəmi]
1. Dövlət tərəfindən müəyyən olunan və tətbiq edilən, insanlar arasında ictimai münasibətləri nizama salan və hakim sinfin iradəsini ifadə edən normaların, qaydaların məcmusu. Seçki hüququ.
Hüquq terminlərinin yeni lüğətləri əhatə dairəsinin genişliyi və mötəbərliliyi ilə seçilir
Elmin müxtəlif sahələrinin sürətlə inkişaf etdiyi və beynəlxalq əlaqələrin genişləndiyi bir dövrdə ikidilli sahə lüğətlərinə böyük ehtiyac duyulur. Son illər respublikamızda belə lüğətlərin sayı daim artmaqdadır. Bu baxımdan hüquq sahəsi də istisna deyil. İkidilli terminoloji lüğətlərin sırası yeni hüquq terminləri lüğətləri ilə əhəmiyyətli dərəcədə genişlənib. “Nurlar” Poliqrafiya-Nəşriyyat Mərkəzində üç yeni hüquq lüğəti işıq üzü görüb. Bunlardan biri “Azərbaycanca-rusca izahlı hüquq lüğəti” (Bakı, 2012, 416 səh.), digəri “Azərbaycanca-ingiliscə izahlı hüquq lüğəti” (Bakı, 2012, 480 səh.) və üçüncüsü isə “Rusca-azərbaycanca izahlı hüquq lüğəti”dir (Bakı, 2014, 480 səh.). Ramiz Rzayev, Rafiq Novruzov, Könül Əliyeva tərəfindən hazırlanmış hər üç lüğət Azərbaycan Respublikası Ali Məhkəməsinin təşəbbüsü və bilavasitə iştirakı ilə tərtib edilib. Qeyd etmək lazımdır ki, lüğətin redaksiya heyətinə, müəlliflər qrupuna və redaktorluğuna təcrübəli hüquqşünaslar və dilçi-alimlər daxildirlər. Bu isə həmin lüğətlərin mötəbərliliyini daha da artırır.
Filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universiteti “Lüğət mərkəzi” elmi-tədqiqat laboratoriyasının müdiri Təvəkkül Şükürbəyli AZƏRTAC-a bildirib ki, lüğətlərin etibarlı mənbələrdən toplanmış sözlüyü (lüğətlərin tərtibində 90-dan artıq mənbədən istifadə edilib) hüquq sahəsində işlənən18 minədək söz və terminoloji söz birləşmələrini əhatə edir. Sözlük kifayət qədər əhatəli və genişdir. Burada Azərbaycan dilində işlənən hüquq terminləri ilə yanaşı, dünya hüquq sistemində istifadə edilən termin və ifadələr, hüquq ədəbiyyatında tez-tez rast gəlinən klassik məfhumlar və artıq dilimizə daxil olmuş marketinq, menecer, xaker kimi yeni alınma sözlər də öz əksini tapıb. Ümumiyyətlə, lüğətləri səciyyələndirən şərtlərdən biri onun dolğunluğudur, yəni, sözlüyünün genişliyidir.
Lüğətlərdə verilən Azərbaycan hüquq terminlərinin mənaları rus və ingilis dillərində, rus dilində işlənən hüquq terminlərinin mənaları isə Azərbaycan dilində tam şəkildə açılır. Belə ki, tərcümə ilə yanaşı, onların hər üç dildə – Azərbaycan, rus və ingilis dillərində izahı verilir. Məsələn, “Azərbaycanca-rusca izahlı hüquq lüğətində” beylif (şerifin köməkçisi, məhkəmə pristavı) бейлиф (помощник шерифа, судебный пристав),
bayram günləri (qanunla müəyyən edilmiş günlər) праздничные дни (дни, установленные законом) və yaxud ”Azərbaycanca-ingiliscə izahlı hüquq lüğətində” çarter (beynəlxalq dəniz ticarətində yükdaşıma müqaviləsi növü) charter (the agreement or contrakt regulating shipping), kontrafaksiya (ədəbi saxtakarlıq; başqasının əsərini icazəsiz çap etdirib yayma) counterfeiting (makinq an imitation of something genuine (literary work, work of art) with the intent to deceiveor defraut; forged) kimi qeyd olunur.
İzahı verilən sözlər sırasına, əsasən, alınma və beynəlxalq terminlər daxildir: bodmerey, bonus, dispaç, dispozitiv, emitent, eskarp, fidusiari, fiskal, fotorobot, hipotez, indigenat, klertofobiya, kolliziya, korrupsiya, nostrifikasiya, reversiya, subagent, vindikasiya və s.
Lüğətlərdə baş (yəni, izah olunan) söz qismində ayrı-ayrı terminlər (azadlıq, bandit, cəza, çıxarış, dalaşma, edam, ədliyyə, fərarilik, güllələnmə. ) və sabit birləşmələr (hal şahidi, xəyanət etmək, ibtidai istintaq, kosmos hüququ, qətimkan tədbiri, lizinq alan, məhkəmə aidiyyatı. ) çıxış edir. Əsas terminlərlə bərabər, törəmə terminlərə (daxil. daxili. sağlam. sağlamlıq. şahid. şahidlik. ) və baş sözlərin yuvasında terminoloji xarakter daşıyan söz birləşmələri də geniş yer tutur. Məsələn, cinayət, hüquq, iddia, qanun, məhkəmə, müqavilə, sübut, şəxs və digər lüğət məqalələrində baş sözlərlə bağlı onlarla, yüzlərlə birləşmə terminləri gətirilir və tərcüməsi verilir: cəhd etmək покушаться, cinayət axtarışı уголовный розыск, cinayət məcəlləsi уголовный кодекс..; hüquq fəaliyyəti юридическая деятельность, hüquq normaları нормы права, hüquq subyekti субъект права..; iddia ərizəsi исковое заявление, iddia qaldırmaq возбуждать иск..; qanun layihəsi проект закона, qanuna görə по закону, qanunlar toplusu свод законов..; məhkəmə iclası судебное заседание, məhkəmə icraçısı судебный исполнитель, məhkəmə qətnaməsi судебное постановление..; müqavilə bağlamaq заключить договор, müqaviləni ləğv etmək аннулировать договор..; sübut təqdim etmək представлять доказательство, maddi sübut вещественное доказательство..; mülki şəxs гражданское лицо, vəzifəli şəxs должностное лицо, şübhəli şəxs подозреваемое лицо… Bu müsbət haldır, çünki terminologiyanın müəyyən hissəsini sabitləşmiş birləşmələr təşkil edir. Baş sözün yanındakı birləşmələr əlifba sırası ilə yerləşdirilir ki, bu da lazımi termini (söz birləşməsini) asanlıqla tapmağa imkan yaradır.
Terminlərin mənalandırılmasında sinonimlərdən geniş istifadə edilir. Məsələn, lüğətdə davranış sözünün mənası обращение, отношение, обхождение, поведение, поступок sinonimləri vasitəsilə açılır. Bu, həmin sözün çoxmənalılığı ilə bağlıdır. Hər bir sinonim mətndən asılı olaraq davranışın bir mənasına uyğun gəlir. Eynilə dayaq – опора, оплот, защита, помощь, поддержка; var-dövlət – богатство, имущество, состояние və s.
Elm və texnikanın, müxtəlif bilik sahələrinin belə sürətlə inkişaf etdiyi, dövlətlər və xalqlar arasında iqtisadi-siyasi əlaqələrin genişləndiyi bir zamanda, dünyada baş verən qloballaşma və inteqrasiya dövründə ikidilli terminoloji lüğətlərin əhəmiyyəti, onların yaranma zərurəti də artır, həyati məsələyə çevrilir. Haqqında söhbət gedən lüğətlər bu şəkildə (bu keyfiyyətdə, bu tərkibdə və bu həcmdə) respublikamızda ilk dəfə olaraq yaradılır. Lüğət müasir leksikoqrafiyanın bütün tələblərinə cavab verir, elmi üslub gözlənilməklə dilçilik baxımından mükəmməldir, texniki tərtibatı ilə diqqəti cəlb edir.
Azərbaycanca-rusca, azərbaycanca-ingiliscə və rusca-azərbaycanca izahlı hüquq terminləri lüğətlərinin oxucu dairəsi kifayət qədər genişdir. Onlar, ilk növbədə hüquqşünaslar və tərcüməçilər üçün nəzərdə tutulub. Lakin ondan elmi işçilər, dissertantlar, hüquq sahəsində çalışan işçilər, hüququ öyrənən tələbələr, onu tədris edən müəllimlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar da faydalana bilərlər. Bundan əlavə lüğətdən işgüzar məktubların, sorğuların, şikayətlərin, etirazların, sövdələşmələrin, müqavilələrin, protokolların, ərizələrin tərtibində də istifadə etmək olar.
HÜQUQ
is. [ ər. “həqq” söz. cəmi]
1. Dövlət tərəfindən müəyyən olunan və tətbiq edilən, insanlar arasında ictimai münasibətləri nizama salan və hakim sinfin iradəsini ifadə edən normaların, qaydaların məcmusu. Seçki hüququ.
– İnsan hüququndan dərs deyən ölkə; Haqqı bağ güncünə niyə atmısan? B.Vahabzadə.
// Cəmiyyətin təşkilinin, həyat və fəaliyyətinin hər hansı bir cəhətinə aid olan dövlət hüquq və qərarlarının məcmusu. Əmək hüququ. Mülki hüquq. Vətəndaşlıq hüququ.
// Hər hansı bir məsələyə dair dövlətlər arasındakı qarşılıqlı münasibətləri nizama salan beynəlxalq sazişlərin, müqavilələrin məcmusu. Dəniz hüququ.
// Həmin qayda və normalar haqqındakı qanunlardan bəhs edən elm və onun bu və ya başqa bir sahəsi. Mülki hüquq mütəxəssisi. Cinayət hüququndan mühazirə. Hüquq elmləri doktoru.
– Mehman sənədlərini təqdim edib hüquq fakültəsinə daxil oldu. S.Rəhimov.
2. Bir iş görmək, bir şeyi həyata keçirmək üçün dövlət qanunları ilə verilən azadlıq, imkan, ixtiyar. Vətəndaşların hüquqları. Fəhlə sinfinin siyasi hüquqları. Sosial təminat hüququ. Varislik hüququ.
– Asudə nəfəs çəkməyə halət edə fəhlə; Yainki hüquq üstə ədavət edə fəhlə. M.Ə.Sabir.
Və yenə də biz başa düşmürük ki, osmanlı arvadları nə hüquq istəyirlər? C.Məmmədquluzadə.
// Birisinə vəzifəsini yerinə yetirmək, müəyyən vəzifə tutmaq ixtiyarını verən rəsmi icazə, vəsiqə. Müəllimlik hüququ.
// dan. Hər hansı bir şəxsə avtomobil, motosiklet və s. sürmək ixtiyarı verən sənəd. Sürücülük hüququ.
3. Bu və ya başqa bir tərzdə hərəkət etmək, iş görmək imkanı; ixtiyar. Yeni təyin edilmiş müdirə böyük hüquqlar verilmişdir.
– [Cahan:] İmdi bizim hüququmuz kişilərlə bərabərdir. Ə.Haqverdiyev.
4. Əsas, sübut, haqq. Bu adı daşımağa heç bir hüququ yoxdur.
5. köhn. Əmək haqqı, zəhmət haqqı; maaş, aylıq, donluq.
…Həmin uşqolda həftədə iki saat şəriət dərsi deyib, ayda on iki manat yarım hüquq alasınız. C.Məmmədquluzadə.
◊ Hüquq məsləhətxanası – əhaliyə hüquq məsələlərinə dair məsləhətlər vermək üçün vəkillər kollegiyası şöbəsi.
Hüquq məsləhətçisi – bir idarənin, müəssisənin və s.-nin hüquq məsələlərinin praktik həlli ilə məşğul olan və hüquq təşkilatlarında (arbitrajda, məhkəmədə və s.) onun mənafeyini müdafiə edən hüquqçu.
Sinonimlər (yaxın mənalı sözlər)
- HÜQUQ HÜQUQ [Ruzbeh:] Hətta, o qədər məharətli və yumşaq bir adamam ki, mənim şəxsi hüquqlarımı və ixtiyaratımı məhdudlaşdırıb öz xeyrinə istifadə edənlərə
- HÜQUQ ixtiyar — imtiyaz
- HÜQUQ haqq
Abdullayev F. (məsul). Rusca-azərbaycanca hüquq lüğəti
Lüğətdə, əsasən, sahibkarlıq, kommersiya hüququ ilə bağlı sözlərin tərcüməsi ilə yanaşı, ümumişlək hüquqi terminlərə də geniş yer verilmişdir. Müasir dövrdə insan hüquqları, onların müdafiəsi probleminin aktuallığını nəzərə alaraq lüğətdə insan hüquq və azadlıqları ilə bağlı bir sıra terminlər də öz əksini tapmışdır. Lüğətdə, həmçinin, latın dilində olan, bu gün beynəlxalq hüquqi aktlarda, kommersiya müqavilələrində və mülki hüquq ədəbiyyatında işlədilən bəzi hüquqi terminlərin rus dilində tərcüməsi və izahı da verilmişdir.
Lüğətdən, əsasən, hüquqşünaslar, tərcüməçilər, hüquq və kommersiya sahəsində fəaliyyət göstərən, rəsmi sənədlərin, müqavilələrin hazırlanması ilə məşğul olan mütəxəssislər, rus dilində ədəbiyyatdan, internetdən istifadə edən müəllimlər, tələbələr və digər bu sahə ilə maraqlanan oxucular istifadə edə bilərlər.
- Sign up or login using form at top of the page to download this file.
- Sign up
Comments are closed, but trackbacks and pingbacks are open.