Press "Enter" to skip to content

Azərbaycanda hüquq mühafizə orqanları əməkdaşlarının və hakimlərin əməkhaqları artırılacaq

Xalqımızın müstəqillik uğrunda mübarizədə verdiyi qurbanlardan danışan Baş prokuror deyib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olmuş, bu gündə hakimiyyət xülyasında olan xəyanətkar və səriştəsiz qüvvələr həyatı əhəmiyyətli islahatları nəinki reallaşdıra bildilər, əksinə, onların yarıtmaz fəaliyyəti nəticəsində respublika müstəqilliyini itirmək təhlükəsi və vətəndaş müharibəsi ilə üzbəüz qaldı. Erməni qəsbkarları tərəfindən torpaqlarımız işğal olundu. 1991-ci ildə əldə etdiyimiz müstəqilliyimizin ilk illərində Azərbaycanda hökm sürən hakimiyyətsizlik, hərci-mərcilik, cinayətkarlığın artması həyatın bütün sahələrinə böyük zərbələr vurdu. Bütün bunlar ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxardı. Belə bir çətin, böhranlı məqamda xalqımız dünya şöhrətli siyasətçi Heydər Əliyevə üz tutdu. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vətəndaş müharibəsinin qarşısı alındı, genişmiqyaslı dövlət quruculuğu prosesinə başlanıldı. Azərbaycan məhz Ulu Öndərin qətiyyəti və müdrikliyi sayəsində öz müstəqilliyini qoruyub saxladı və bütün sahələrdə sürətli inkişafa qədəm qoydu. Bu siyasi kurs və strateji inkişaf konsepsiyası Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları və mənafeyi dayanır. Sosial mahiyyəti ilə seçilən bu siyasətin sistemli və ardıcıl surətdə reallaşdırılması bütün sahələrdə nailiyyətlər qazanılmasına şərait yaradıb.

Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib YENİLƏNİB VİDEO

Oktyabrın 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının hüquq- mühafizə orqanlarının gənc əməkdaşlarının “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda birinci Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Forumun məqsədi ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətə, o cümlədən müstəqilliyin, dövlətçiliyin, təhlükəsizliyin və iqtisadi mənafelərinin etibarlı qorunması işinə ölkənin hüquq- mühafizə orqanlarında xidmət edən gənc əməkdaşların töhfə vermək əzminin daha da yüksəldilməsi, ölkədə sabitliyin, dövlət təhlükəsizliyinin, ictimai qayda və asayişin, həmçinin dövlət-vətəndaş həmrəyliyinin etibarlı təmin olunması sahəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.

Forumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər, Gənclər siyasəti və idman məsələləri şöbələrinin müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin komitə sədrləri, Azərbaycanın Milli qəhrəmanları, təhlükəsizlik orqanlarının veteranları, Müdafiə, Gənclər və İdman nazirliklərinin, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərinin, “ASAN xidmət”in, Gənclər Fondunun, Gənclər Təşkilatları Milli Şurasının rəhbərləri və əməkdaşları iştirak ediblər.

Əvvəlcə Forum iştirakçıları Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.

DTX-nin Mədəniyyət Mərkəzində keçirilən Forum xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycanın müstəqillik yolunu və dövlət quruculuğunu, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən fəal hüquq-mühafizə siyasətini əks etdirən film nümayiş olunub.

Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədbir iştirakçılarını dövlət müstəqilliyi günü münasibətilə təbrik edərək bildirib ki, belə bir forumun keçirilməsi gənc əməkdaşların səmərəli təmaslar qurmasına kömək göstərməklə yanaşı, onların müstəqilliyimizin və dövlətçiliyimizin əbədi, daimi və dönməz olması üçün üzərilərinə düşən vəzifələri hər zaman vicdanla yerinə yetirməyə hazır olduqlarını nümayiş etdirir.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün gənclər Azərbaycanda dövlət siyasətinin aktiv iştirakçısı və aparıcı qüvvəsidir. Son illər gənclərin ictimai fəallığı daha da yüksəlib, onların idarəetmədə rolu artıb. Hazırda hüquq-mühafizə və xüsusi xidmət orqanlarında çalışan əməkdaşların yarısını gənclər təşkil edir və onların sayı ilbəil artmaqdadır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən əsgər və zabitlərin böyük əksəriyyəti də gənclərdir. Onlar sərhədlərimizi qoruyur, düşmənlə üzbəüz mövqelərdə dayanırlar. Azərbaycan gəncləri cəmiyyətimiz üçün yeni olan könüllülük hərəkatının əsasını qoyublar. Artıq bu hərəkatın on minlərlə üzvü var.

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gənclərə, onların təhsilinə və inkişafına, dövlət idarəçiliyinə gənc kadrların cəlb olunmasına hər zaman xüsusi önəm verirdi. Ümummilli Liderin özü gənc yaşlarından hüquq-mühafizə orqanlarında çalışmışdı. Bu sahədə qazandığı təcrübə Ulu Öndərin müstəqil Azərbaycan dövlətçiliyinin gücləndirilməsi, xüsusilə müstəqilliyimizin ilk dövrlərində yaranmış xaos və hərc-mərcliyə son qoyulması, eləcə də hüquq-mühafizə orqanlarının inkişafı istiqamətindəki misilsiz fəaliyyətində önəmli rol oynayıb”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Gənclərə qayğının Prezident İlham Əliyevin də daim diqqət mərkəzində dayandığını qeyd edən Fuad Ələsgərov deyib ki, dövlətimizin başçısı gənclərimizi qayğılandıran məsələlərlə daim maraqlanır, dövlət orqanlarında, o cümlədən hüquq-mühafizə sistemində rəhbər vəzifələrə gənc kadrların irəli çəkilməsinə üstünlük verir. Hər bir gəncin əsas vəzifəsinin müstəqilliyi möhkəmləndirmək olduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycan gənclərinə inandığını və onlarla fəxr etdiyini bildirir.

Bu gün bacarıqlı və istedadlı gənc nəsil yetişdiyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib: “Gənclərin inkişafı, onların ölkə həyatının, dövlət quruculuğunun bütün sahələrində, eləcə də hüquqi sahədə və hərbi xidmətdə böyük uğurlar qazanması qürurverici haldır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gənclərə ünvanlanmış sözlərini xatırlatmaq yerinə düşər: “Zəngin, bilikli və dərin mənəviyyatlı, vətənpərvər gənclik olaraq formalaşmağınız gələcəyə inamımızı artırır, qəlbimizi qürur hissi isə doldurur. Azərbaycanın gələcəyi məhz sizlərin bilik səviyyəsindən və müasir innovativ texnologiyalara yiyələnmək bacarığınızdan asılı olacaq”.

Fuad Ələsgərov son vaxtlar hüquq-mühafizə orqanlarında da həyata keçirilən mühüm islahatlardan danışaraq bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib. Prezident İlham Əliyevin bu il oktyabrın 15-də iqtisadi məsələlərə həsr olunan müşavirədə dediyi kimi, “biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq, heç kim bu işdə bizə mane ola bilməz”.

Qeyd olunub ki, Azərbaycanda dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlər yeni müstəvidə həyata keçilir. Şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınması sahəsində müsbət mənada çox böyük dəyişikliklər baş verib. Dövlət orqanları-vətəndaş münasibətlərində inqilabi dəyişikliyə nail olunub. Buna misal olaraq “ASAN xidmət” və “DOST” mərkəzlərinin fəaliyyətlərini qeyd etmək olar.

“Bu gün yüksək intellektə malik və müstəqillik ənənələrinə sadiq əməkdaşlarla komplektləşdirilən hüquq-mühafizə və təhlükəsizlik orqanlarında gənclərin rolu sürətlə artır. Dövlət orqanlarında fəaliyyət göstərən təlim-tədris qurumları, ixtisaslaşmış akademiyaların fəaliyyəti gənclərin davamlı və gələcək inkişafı üçün çoxsaylı imkanlar təmin edir. Hüquq-mühafizə orqanlarında xidmət edən gənclər vətəndaşlarla sıx ünsiyyətdə olur və bununla dövləti təmsil edirlər. Bu da vətəndaşların dövlətə olan inamına təsir göstərir. Odur ki, hər bir əməkdaş operativ və düzgün qərar qəbul etmək bacarığına malik olmalıdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları komanda şəkilində işləməlidirlər”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Ölkəmizdə xarici və bəzən də dövlətimizin müstəqilliyinə yönəlmiş daxili təhdidlər olduğunu və bununla mübarizə aparıldığını qeyd edən Fuad Ələsgərov forum iştirakçılarına müraciətlə deyib: “Siz gənclər bu reallıqları daim görməli, milli maraqları rəhbər tutmaqla, ölkədə və dünyada gedən ictimai siyasi proseslərə adekvat qiymət verməyi bacarmalı, gəncliyin verdiyi üstünlüklərlə, çevikliyiniz və enerjinizlə üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirməlisiniz”.

Prezident İlham Əliyevin hüquq-mühafizə orqanlarının inkişafını daim diqqətdə saxladığını, bu sahədə ixtisaslaşmış xüsusi proqramlar qəbul edildiyini, əməkdaşların maddi-sosial təminatının mütəmadi olaraq yaxşılaşdırıldığını vurğulayan Prezidentin köməkçisi bu Forumun gənclər üçün faydalı müzakirə və ünsiyyət platforması olacağına əminliyini ifadə edib.

DTX-nin rəisi, general-leytenant Əli Nağıyev bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan daxili və xarici siyasət, o cümlədən təhlükəsizlik strategiyası Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə uğurla həyata keçirilir. Respublikamızın hüquq-mühafizə orqanlarında xidmət edən gənc əməkdaşların bu strategiyaya töhfə vermək əzminin daha da yüksəldilməsi, bu orqanların qarşılıqlı fəaliyyətinin səmərəliliyinin artırılması, qazanılmış nailiyyətlər üzrə təcrübə mübadiləsinin gücləndirilməsi ilk dəfə keçirilən forumun əsas məqsədidir. Ulu Öndərin müdrik kəlamı – “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” devizi ilə keçirilən Forumun dahi şəxsiyyətin vaxtilə Azərbaycanın təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə dəfələrlə çıxış etdiyi bu zalda təşkil olunması təsadüfü deyil. Azərbaycan xalqı müstəqillik yolunda illərlə mübarizə aparıb, minlərlə şəhid verib və nəhayət iyirminci əsrin sonunda dövlət müstəqilliyini bərpa etməyə nail olub. Müstəqilliyin ilk illərində Azərbaycanı, xalqını düşdüyü fəlakətdən xilas etmək, dövlət müstəqilliyini qoruyub saxlamaq və onun dönməzliyinə təminat vermək, qardaş qırğınının qarşısını almaq, cinayətkar Ermənistanın işğalçılıq siyasətini dayandırmaq iqtidarında olan yeganə şəxsiyyət ümummilli lider Heydər Əliyev idi. Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin rəhbərliyi ilə dövlət quruculuğunun, onun tərkib hissəsi olan hüquq-mühafizə sisteminin və ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, normativ hüquqi baza təkmilləşdirildi, təhlükəsizlik şəraitində sürətli iqtisadi inkişafın bünövrəsi qoyuldu. Bu gün Prezident İlham Əliyev Ümummilli Liderin gənclər siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısının milli inkişaf strategiyasında prioritet hədəflərdən olan insan kapitalının yaradılması istiqamətində Birinci vitse-prezident Mehriban Əliyeva da əvəzsiz xidmətlər göstərib.

“Hazırda Azərbaycan gəncliyinin ümumi dünyagörüşünün vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik, humanizm prinsipləri əsasında formalaşdırılması əsas meyara çevrilib. Gənclərin dini ekstremizm, radikalizm, beynəlxalq terrorçuluq kimi təhlükəli, zərərli təsirlərin altına düşməsinin qarşısının alınması başlıca vəzifələrdəndir. Hüquq-mühafizə orqanlarında xidmət edən gənc əməkdaşlar qarşısında, həmçinin müstəqilliyimizin və ərazi bütövlüyünün qorunması, dövlətçiliyin inkişaf etdirilməsi, sabitliyin və təhlükəsizliyin etibarlı təmin olunması sahəsində ciddi vəzifələr dayanır. Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə yönələn mümkün təhdidlərin qarşısının alınması məqsədilə zəruri qabaqlayıcı tədbirlərin görülməsi üçün digər dövlət və hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bugünkü Forum da bu səmərəli əməkdaşlığın əyani nümunələrindən biridir”, – deyə Əli Nağıyev vurğulayıb.

Qeyd olunub ki, dövlət təhlükəsizliyi orqanlarında xidmət edən əməkdaşların 40 faizindən çoxunu gənclər təşkil edir. Onlar göstərilən etimadı şərəflə doğruldur və üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Təhlükəsizlik orqanları üçün yüksək ixtisaslı kadrların hazırlığında 1998-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə yaradılmış DTX-nin Akademiyasının rolunu vurğulayan Əli Nağıyev əmin olduğunu bildirib ki, Ümummilli Liderin adını daşıyan ali təhsil ocağını bitirən hər bir gənc zabit, onun peşəkarlıq məktəbinin davamçısı kimi öz layiqli yerini tutacaq. Bunun üçün hər bir əməkdaş, xüsusilə gənclər Vətənə, dövlətə, Ali Baş Komandana sədaqətlə xidmət etməli, tutduğu vəzifəsindən asılı olmayaraq peşə andına və vəzifə borcuna məsuliyyətlə yanaşmalıdır.

Baş Prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov çıxışında tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, Forum cəmiyyətimizin böyük hissəsini təşkil edən gəncliyimizin hüquq-mühafizə orqanlarında təmsil olunan nümayəndələrinin bir araya gəlməsi, milli maraqlara xidmət edən aktual məsələlərin müzakirə olunması baxımından mühüm platformadır.

Xalqımızın müstəqillik uğrunda mübarizədə verdiyi qurbanlardan danışan Baş prokuror deyib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olmuş, bu gündə hakimiyyət xülyasında olan xəyanətkar və səriştəsiz qüvvələr həyatı əhəmiyyətli islahatları nəinki reallaşdıra bildilər, əksinə, onların yarıtmaz fəaliyyəti nəticəsində respublika müstəqilliyini itirmək təhlükəsi və vətəndaş müharibəsi ilə üzbəüz qaldı. Erməni qəsbkarları tərəfindən torpaqlarımız işğal olundu. 1991-ci ildə əldə etdiyimiz müstəqilliyimizin ilk illərində Azərbaycanda hökm sürən hakimiyyətsizlik, hərci-mərcilik, cinayətkarlığın artması həyatın bütün sahələrinə böyük zərbələr vurdu. Bütün bunlar ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxardı. Belə bir çətin, böhranlı məqamda xalqımız dünya şöhrətli siyasətçi Heydər Əliyevə üz tutdu. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vətəndaş müharibəsinin qarşısı alındı, genişmiqyaslı dövlət quruculuğu prosesinə başlanıldı. Azərbaycan məhz Ulu Öndərin qətiyyəti və müdrikliyi sayəsində öz müstəqilliyini qoruyub saxladı və bütün sahələrdə sürətli inkişafa qədəm qoydu. Bu siyasi kurs və strateji inkişaf konsepsiyası Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları və mənafeyi dayanır. Sosial mahiyyəti ilə seçilən bu siyasətin sistemli və ardıcıl surətdə reallaşdırılması bütün sahələrdə nailiyyətlər qazanılmasına şərait yaradıb.

Ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətindən, gənc kadrların müstəqilliyin qorunmasına və inkişafa verdiyi töhfələrdən danışan Zakir Qaralov deyib: Bu gün dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı nəticəsində gənclərin təhsili, beynəlxalq miqyaslı qəbul olunan rəqabətədavamlı mütəxəssis kimi yetişdirilməsi, müasir dünyaya inteqrasiya olunmaq imkanları yaradan biliklərə yiyələnməsi, bununla yanaşı, milli maraqları, dövlətçilik mənafeyini hər şeydən üstün tutmaları istiqamətində mühüm işlər görülür. Azərbaycanda həyata keçirilən gənclər siyasətinin təzahürlərindən biri də gənclərin dövlət orqanlarına işə qəbulunun müsabiqə yolu ilə daha aşkarlıq şəraitində, şəffaf proseduralarla aparılmasıdır. Prezident İlham Əliyev qarşımızda prokurorluq orqanlarının dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünya görüşünə, yüksək nəzəri biliklərə malik gənclər hesabına yeni nəsil prokurorluq əməkdaşları ilə formalaşması vəzifəsi qoyub. Biz bu məsələyə xüsusi diqqət yetiririk. Hazırda prokurorluğun kadr korpusunun 70 faizi müsabiqə yolu ilə seçilmiş gənclərdən ibarətdir.

Baş prokuror hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarına tövsiyə edib ki, onlar üzərilərinə düşən məsuliyyəti tam dərk etməli, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətin və xalqın maraqlarının, ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, qanunçuluğun və təhlükəsizliyin, insan hüquq və azadlığının təmin edilməsi üçün qüvvə və bacarıqlarını əsirgəməməlidirlər.

Forumda çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Mikayıl Cabbarov qeyd edib ki, Ulu Öndərin siyasi rəhbərliyə qayıdışı Azərbaycanı fəlakətdən qurtardı və ölkə iqtisadiyyatını inkişaf yoluna çıxardı. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir, həyata keçirilən islahatlar vergi sisteminə də müsbət təsirini göstərir.

Ölkəmizdə insan kapitalının formalaşması istiqamətində mühüm layihələr həyata keçirildiyini, savadlı gənc nəsil formalaşdığını vurğulayan nazir deyib ki, Vergilər Nazirliyində də kadrların böyük hissəsini gənclər təşkil edir. Yeni nəslin bilik və bacarıqları, xüsusilə müasir informasiya kommunikasiya texnologiyalarından daha səmərəli bəhrələnməyə imkan yaradır. Bugünkü gənclik qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırdır. Vergilər Nazirliyinin əsas məqsədi ölkəmizdə ədalətli rəqabət mühiti yaratmaq, bazar iqtisadiyyatının prinsiplərinə uyğun fəaliyyət göstərən, üzərinə düşən bütün öhdəlikləri yerinə yetirən vergi ödəyicilərinin fəaliyyətini tam həcmdə təmin etməkdir.

Dövlət müstəqilliyinin bərpasının ilk illərində ölkəmizdə yaranmış ağır vəziyyəti, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını, vətəni və xalqı qarşısında müstəsna xidmətlərini xatırladan Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev deyib ki, suverenliyimizin qorunub saxlanmasında və möhkəmləndirilməsində, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin də çox böyük rolu olub. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan məqsədyönlü gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Gənclər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub, onların inkişafına hər cür şərait yaradılıb.

Daxili işlər orqanlarında da gənc əməkdaşlara diqqət və qayğı ilə yanaşıldığını qeyd edən İsmət Əliyev bildirib ki, bu gün şəxsi heyətin 43 faizini yaşı 30-dək olan gənclər təşkil edir, 90 gənc əməkdaş rəhbər vəzifələrdə çalışır. Onlar cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələrin öhdəsindən layiqincə gəlir. Cəmiyyətdə hüquq-mühafizə sisteminə etimad getdikcə yüksəlir. Bu uğurları gözü götürməyən məkrli qüvvələr müxtəlif təxribata əl ataraq cəmiyyətdə çaşqınlıq yaratmağa, idarəçilik sisteminə etimadı sarsıtmağa çalışırlar. Bugünkü Forum gənc əməkdaşların düşmən qüvvələrə qarşı mübarizədə səylərini birləşdirməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Sonra tədbir hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının çıxışları ilə davam edib. Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədov, Baş Prokurorluğun əməkdaşı, ədliyyə müşaviri Toğrul Muxtarov, Dövlət Gömrük Komitəsinin əməkdaşı, gömrük xidməti mayoru Eldar Abbasov, Daxili İşlər Nazirliyinin əməkdaşı, polis leytenantı Ağasəlim Pirəliyev, Ədliyyə Nazirliyinin əməkdaşı, III dərəcəli ədliyyə qulluqçusu Səbinə Hüseynova, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, baş leytenant Sənan Nəsirli, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, baş leytenant Fərid Mehbalı, DTX-nin əməkdaşı Elşən Cəfərli çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, hüquq-mühafizə orqanlarında çalışan gənclər dövlətimizin başçısının siyasi kursunu dəstəkləyir və onun ətrafında sıx birləşib. Onlar müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönələn, sabitliyin pozulması niyyəti güdən hər hansı təxribatın qarşısını almağa hazırdırlar.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Forum iştirakçıları adından müraciət qəbul edilib.

Müraciətdə qeyd olunur ki, Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayan destruktiv qüvvələr tərəfindən cəmiyyətimizin təməl dəyərlərinin sarsıdılması, ictimaiyyət arasında hakimiyyət təmsilçilərinin və dövlət orqanlarının nüfuzdan salınması, təhqir və böhtan kampaniyasının aparılması üzrə sistemli iş həyata keçirilir. Məkrli qüvvələr öz çirkin məqsədlərinə çatmaq üçün yenidən cəmiyyətdə çaşqınlıq yaratmağa, dövlət idarəçilik sisteminə etimadı sarsıtmağa çalışırlar.

Prezidentə ünvanlanmış müraciətdə deyilir: “Düşmən qüvvələrin bu niyyətlərinə çatması mümkün deyil. Ona görə ki, onların qarşısında Sizin ölkəmizdə təhlükəsizliyin və ictimai asayişin təmin olunmasını etibar etdiyiniz hüquq-mühafizə orqanları, o cümlədən vətənpərvər, dövlətinə və xalqına sadiq gənc əməkdaşlar dayanıb. Böyük zəhmət hesabına ölkəmizdə əldə olunmuş sabitliyin, əmin-amanlığın və firavanlığın qorunmasına görə məsuliyyətimizi dərindən dərk edirik. Biz gənclər Vətənimizin daha da çiçəklənməsi və müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda apardığınız mübarizədə hər zaman Sizin yanınızdayıq”.

Tədbir Forumun qətnaməsinin qəbul olunması ilə başa çatıb.

Azərbaycanda hüquq mühafizə orqanları əməkdaşlarının və hakimlərin əməkhaqları artırılacaq

Azərbaycanda hüquq mühafizə orqanları əməkdaşlarının və hakimlərin əməkhaqları artırılacaq Azərbaycanda dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin işçilərinin, habelə hakimlərin sosial təminatının yaxşılaşdırılması və korrup

4 Aprel , 2022 17:36

https://static.report.az/photo/e2ac7fc7-70bb-371b-a1ed-91cd2e567b07.jpg

Azərbaycanda dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin işçilərinin, habelə hakimlərin sosial təminatının yaxşılaşdırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması fəaliyyətinin gücləndirilməsi məqsədilə həmin şəxslərin əməkhaqlarının mərhələlərlə artırılması üzrə tədbirlər davam etdiriləcək, bununla bağlı təkliflər hazırlanacaq. “Report” xəbər verir ki, bu barədə məsələlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında əksini tapıb. Sənədə əsasən, məsələnin əsas icraçısı Nazirlər Kabineti, digər icraçıları Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyidir. Habelə, bu məsələnin icrası ilə bağlı Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Ali Məhkəmə, Baş Prokurorluğa da tövsiyə verilib. Qeyd edilən müddəanın icra müddət 2022-2026-cı illərdir.

Vətəndaş hüquq mühafizə orqanlarının məsul şəxslərindən kömək istəyir

Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədri Cənab Fikrət Məmmədova
Azərbaycan Respublikası Ali Məhkəmənin sədri, Məhkəmə Hüquq Şurasının üzvü Cənab Ramiz Rzayevə
Azərbaycan Respbulikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Məhkəmə Hüquq Şurasının üzvü Cənab Fuad Ələsgərova
“Hakim Abiyeva Kəmalə Nəbi qızının qanunsuz və Konstitusiyaya zidd hərəkətləri barədə”
Hüquqşünas B.A.Məlikov tərəfindən
M Ü R A C İ Ə T

Hörmətli Məhkəmə Hüquq Şurasının Sədri və üzvləri! N.Əliyev 2015-ci ildə DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İDDİA PREDMETİVətəndaş Nəcəf Əliyev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, aşağıdakılar barədə qərar çıxarılmasını xahiş etmişdir:- Yasamal rayon Məhkəməsinin 26.01.2012-xi il tarixli qətnaməsinin icrası zamanı Əliyev Nəcəf Firuz oğlunun A.Şaiq küçəsi dalan 19 ev 5,6 ünvanında birinci mərtəbədə yerləşən ümumi sahəyə dair mülkiyyət hüququnun ləğvi ilə əlaqədar cavabdehin hərəkətləri qanunsuz hesab edilsin. – DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Yasamal rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsi icra edilərkən, qət edilmiş tələbdən kənara çıxılmaqla, Yasamal rayonu A.Şaiq küçəsi dalan 19, ev 5,6 ünvanındakı (Texniki pasport üzrə “A” tikilisi 21.06.2011-ci il tarixli Çıxarış üzrə “A” liter üzrə) ikimərtəbəli yaşayış evi olan mülkün birinci mərətəbəsində yerləşən ümumi sahəyə dair, dövlət reyestrində N.Əliyevin adınA Çixarış bərpa edilsin. – Əliyev Nəcəf Firuz oğlunun adına A.Şaiq küçəsi dalan 19, ev 5,6 ünvanındakı 1-ci mərtəbədə yerləşən 40,7 kv.metr ümumi sahəyə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilsin.
Birinci instansiya məhkəməsi N.Əliyevin iddiasını təmin edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, N.Əliyevin adına çıxarışın bərpa edilməsini cavabdehə həvalə etmişdir.
1-ci instansiya məhkəməsinin qərarı:1 saylı Bakı İnizbati-İqtisadi Məhkəməsi 03 oyul 2015-ci il tarixdə iddianı təmin edərək aşağıdakı məzmunda qərar qəbul etmişdir:
“İddia təmin edilsin.Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsinin icrası zamanı Əliyev Nəcəf Firuz oğlunun A.Şaiq küçəsi dalan 19 ev 5,6 ünvanında birinci mərtəbədə yerləşən ümumi sahəyə dair mülkiyyət hüququnun ləğvi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin hərəkətləri qanunsuz hesab edilsin. DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsi icra edilərkən, qət edilmiş tələbdən kənara çıxılmaqla, Yasamal rayonu A.Şaiq küçəsi dalan 19 ev 5,6 ünvanındakı (Texniki pasport üzrə “A” tikilisi 21.06.2011-ci il tarixli Çixarış üzrə “A” liter üzrə) ikimərtəbəli yaşayış evi olan mülkün birinci mərtəbəsində yerləşən ümumi sahəyə dair dövlət reyestrində Əliyev Nəcəf Firuz oğlunun adına çıxarış bərpa edilsin. Əliyev Nəcəf Firuz oğlunun adına Bakı şəhəri, A.Şaiq küçəsi dalan 19 ev 5,6 ünvanındakı 1-ci mərtəbədə yerləşən 40.7 kv.mert ümumi sahəyə dair çxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilsin.” Bakı Şəhər Ərazi İdarəsi 1-ci instansiya məhkəməsinin qərarından 25.08.2015-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, N.Əliyevın adında 43,0 kv.metr yaşayış sahəsi olduğundan, habelə məhkəmənin 26.01.2012-ci il tarixli qətnaməsində 2-ci mərtəbədəki 44 kv.metr ümumi sahə göstərilməsinə baxmayaraq, məhkəmə həmin qətnamədə 2-ci mərtəbədəki 44 kv.metr ümumi sahəni 3 otaqdan ibarət olmasını göstərmişdir. Bu baxımdan hesab edirlər ki, qətnaməni düzgün icra etmişlər. Ancaq Bakı Şəhəri Ərazi İdarəsi nəyə görə məhkəmənin 26.01.2012-ci tarixli qətnaməsində yalnız 2-ci mərtəbədə 44 kv.metr ümumi sahəyə dair hissədə dövlət reyestrindəki çıxarışı ləğv edib və bu hissədə N.Əliyevin adına verilmiş qeydiyyatın ləğv edilməsinin cavabdehə həvalə edilməsinə baxmayaraq, cavabdeh 84,7 kv.metr ümumi sahənin bütövlükdə ləğv edilməsinin səbəblərinə izah verə bilməmişdir. Eyni zamanda 84,7 kv.metr sahə dövlət reyestrində bütövlükdə 02.11.2012-ci ildə Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsinə əsasən Z.Nağıyevin adına keçirilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarıBakı Apellyasiya Məhkəməsinin hakimi K.Abiyeva 03.09.2015-ci il tarixdə cavabdehin apellyasiya şikayətini icraata qəbul edib 2-1(103)-1692/2015 saylı işin baxılmasını əsassız uzatmış və nəticədə 19 yanvar 2016-cı il tarixdə əsassız və qanunsuz olaraq 1-ci instansiya məhkəməsinin qərarını ləğv etmişdir.
Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsini icra edərkən Bakı Şəhər Ərazi İdarəsi qətnamənin qət etdi hissəsində müəyyən edilmiş tələbdən kənara çıxıb. Yasamal Rayon Məhkəməsinin 26.01.2012-c il tarixli 2(004)-418/2012 saylı qətnaməsi üzrə iddiaçı vətəndaş Nağıyev Zaur Fətəli oğlu cavabdeh Əliyev Nəcəf Firuz oğlu olmuşdur. Yasamal Rayon Məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində N.Əliyevin adına verilmiş MA 0226285 saylı çıxarışa istinad edilməklə öz qətnaməsini əsaslandırmışdır. Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsi qanuni qüvvə almışdır. Qətnamə Azərbaycan Respublikası adındam çıxarılmaqla aşağıdakıları qət etmişdir:26.01.2012-ci il tarixli qətnamənin nəticə hissəsi:“Nağıyev Zaur Fətəli oğlunun Əliyeva Firəngiz Nəcəf qızına, Əliyev Nəcəf Firuz oğluna, 3-cü şəxslər 5 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə, Əbilova Gülxar Ənvər qızına, Stefan Aybəniz Binnət qızına, Namazov Elman Fərman oğluna, Musayeva Xalidə Yaşar qızına və Məmmədəliyeva Gülbəniz Mürşüd qızına qarşı bağışlama müqaviləsinin qismən ləğv edilməsi tələbinə dair iddiası təmin edilsin. DiqqətƏliyeva Firəngiz Nəcəf qızı ilə Əliyev Nəcəf Firuz oğlu arasında bağlanmış 07 fevral 2002-ci il tarixli bağışlama müqaviləsi qismən – Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi 19-cu dalandakı 5(6) saylı evin ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 44 kv.metr olan 3 otaqlı, 2 şüşəbənd hamam və ayaqyolu tikililərinə dair hissədə ləğv edilsin.(Diqqət: cavabdeh yalnız aşağıdakı bu hissədə qətnaməni icra etməli idi)Daşınmaz Əmlakın Dövlət Reyestrində Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi 19-cu dalandakı 5(6) saylı evin ikinci mərətəbsində yerləşən ümumi sahəsi 44 kv.metr olan 3 otaq, 2 şüşəbənd hamam və ayaqyolu tikililərinə mülkiyyət hüquqna dair Əliyev Ncəcəf Firuz oğlunun adına qeydiyyat ləğv edilsin.”Qeyd: Qətnamə bu hissədə düzgün icra olunmayaraq, N.Əliyevin mülkiyyət hüquqları pozulub. Bu qətnamə əsasında Yasamal Rayon Məhkəməsinin 25.04.2012-ci il tarixli 2(004)-418/2012 saylı icra vərəqəsinə əsasən, Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru, I dərəcəli ədliyyə qulluqçusu Fuad Kərimov tərəfindən 26.04.2012-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilərək, Əliyeva Firəngiz Nəcəf qızı ilə Əliyev Nəcəf Firuz oğlu arasında bağlanmış 07 fevral 2002-ci il tarixli bağışlama müqaviləsinin qismən – Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi 19-cu dalandakı 5(6) saylı evin ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 44 kv.metr hissəyə dair N.F.Əliyevin adına verilmiş çıxarışın ləğv edilməsinin icra edilməsi cavabdeh Bakı Şəhər Ərazi İdarəsindən tələb edilmişdir.Lakin DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən qətnamə yanlış, qərəzli formada icra edilmişdir. Baxmyaraq ki, məhəmə qətnaməsində konkret olaraq qeyd olunub ki, A.Şaiq küçəsi 19-cu dalandakı 5(6) saylı evin ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 44 kv.metr olan 3 otaq, 2 şüşəbənd hamam və ayaqyolu tikililərinə mülkiyyət hüququna dair Əliyev Nəcəf Firuz oğlunun adına qeydiyyat ləğv edilsin. DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi məhkəmə qətnaməsindən kənara çıxaraq, həmin “A” tikilisində 1-ci mərtəbədə yerləşən 40,7 kv.metr sahəni də, yəni “A” tikilisində birinci və ikinci mərtəbədə yerləşən 84,7 kv.metr bütün sahələri 02 noyabr 2012-ci il tarixdə N.Əliyevin adından dövlət reyestrindən çıxararaq, Z.Nağıyevin adına çıxarış əsasında keçirmişdir. Bakı Şəhər Ərazi İdarəsi öz hərəkətlərini Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsinin icra edilməsi ilə əlaqələndirmişdir. Mübahisə predmeti olmuş mənzilə, yəni A.Şaiq küçəsi dalan 19, 5-6 saylı evə mülkiyyət hüquqlarına münasibətdə qüvvədə olan məhkəmə aktları, reyestrdən çıxarışlar başqa sözlə işin materiallarına əlavə edilmiş Faktiki hallara dair mövcud sübutlar barədə qısa məlumat; Yasamal Rayon Məhkəməsinin 06 iyul 2001-ci il tarixli 2-1053 saylı qətnaməsi ilə ərizəçi Əliyeva Firəngiz Nəcəf qızının Bakı şəhəri A.Şaiq küçəsi dalan 19, ev 5-6 saylı ev üzərinə mülkiyyət hüququ tanınmış və bu mülkə dair F.N.Əliyevaya qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhəri Tİ və MHQİ-nə tapşırılmışdır. Məhkəmənin bu qətnaməsi 06.08.2001-ci ildə qanuni qüvvə almışdır. Qətnamə 04.09.2001-ci ildə cavabdeh təşkilat tərəfindən icra edilərək Əliyeva Firəngiz Nəcəf qızının adına həmin tarixdə FM 006357 nömrəli “Qeydiyyat vəsiqəsi” verilmişdir. Əliyeva Firəngiz Nəcəf qızı məhkəmə qətnaməsi əsasında xüsusi mülkiyyətə qəbul etdiyi əmlakları 07 fevral 2002-ci ildə nəvəsi Əliyev Nəcəf Firuz oğluna bağışlamışdır. Beləliklə, 2002-ci ildən sonra Bakı şəhəri, A.Şaiq küçəsi dalan 19, 5-6 saylı evin mülkiyyətçisi hazırki iş üzrə iddiaçı Əliyev Nəcəf Firuz oğlu olmuşdur. 24.03.2005-ci il tarixli qətnamə ilə müəyyən olunub: 2005-ci ildə maraqlı tərəf Nağıyev Fətəli Əzizoviç Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsinin 06.07.2001-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. AR Apellyasiya Məhkəməsinin 24.03.2005-ci il tarixli 1 MK-509/2005 saylı qətnaməsi ilə məhkəmə aşağıdakıları müəyyən etmişdir (bax:qət.əsaslandırıcı hissə səh.3,abz.5-8).- Fətəli Nağıyevin atası Ə.Ə.Nağıyev 1949-cu ildə A.Şaiq küçəsi 5(6) saylı evin ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 28 kv.metr olan iki otağı 5 min 500 rubla satın almışdır. – Maraqlı şəxs F.Ə.Nağıyev tərəfindən sonradan həmin ünvanda əlavə tikinti işləri aparılmış və hazırda maraqlı şəxs F.Ə.Nağıyevin yaşadığı evin ümumi sahəsi 44,0 kv.metr olan 3 otaq, 2 şüşəbənd, hamam və ayaqyolundan ibarətdir (Diqqət: Bu məqama xüsusi diqqət yetirilməlidir. Çünki məhkəmə qətnaməsi ilə vətəndaşın əlavə tikililər etməklə 2-ci mərtəbədə ümumi sahəni 44 kv.metrə və otaqların sayının 3-ə çatdırılması müəyyən olunub, məhz bu sahəyə dair də həmin vətəndaşın mülkiyyət hüquqları tanınmışdır). 24 mart 2005-ci il tarixdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 1 mk-509/2005 saylı Qətnaməsi ilə aşağıdakılar qət edilmişdir.24.03.2005-ci il tarixli qətnamənin nəticə hissəsi:“Apellyasiya şikayəti qismən təmin olunsun, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 06 iyul 2001-ci il tarixli qətnaməsi qismən Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi 19-cu dalan 5(6) saylı evin ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 44,0 kv.metr olan 3 otaq, 2 şüşəbənd, hamam və ayaqyoluna dair ərizəçi F.N.Əliyevanın mirası qəbul etməsi faktının müəyyən edilməsi və həmin tikililər üzərində mülkiyyət hüququnun tanınmasına aid hissədə ləğv edilsin, həmin hissədə ərizə əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia ərizəsi təmin olunsun, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi 19-cu dalan 5(6) saylı ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 44,0 kv.metr olan 3 otaq, 2 şüşəbənd, hamam və ayaqyoluna dair mərhum Ə.Ə.Nağıyevlə P.A.Qurbanov arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 19-cu dalan 5(6) saylı evin ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 44,0 kv.metr olan 3 otaq, 2 şüşəbənd, hamam və ayaqyolu tikililərinə Nağıyev Fətəli Əzizoviçin mülkiyyət hüququ tanınsın, həmin hissəyə dair F.Ə.Nağıyevin adına qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsi Bakı şəhər Tİ və MHQ idarəsinin öhdəsinə qoyulsun. Qalan hissədə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılsın.”
Diqqət yetririlməli olan və iş materiallarına əlavə edilməsi üçün cavabdeh tərəfindən təqdim olunmuş bu qətnamədən görünür ki, vətəndaşın 1949-cu ildə 2-ci mərtəbədə aldığı mənzilin ümumi sahəsi 28 kv.metr olmuş, sonradan isə əlavə artırmalar hesabına həmin ümumi sahənin həcmini 44 kv.metrə çatdırmaqla otaqların sayı 3 olmuşdur. Qətnamədən görünür ki, bütün bu artırmalar mübahisəli əmlakın 2-ci mərtəbəsi ilə əlaqədardır. Məhkəmə qətnaməsi ilə həmin vətəndaşın yalnız 2-ci mərtəbəyə münasibətdə mülkyyət hüququ tanınmışdır.
Cavabdeh təşkilat, yəni reyestr orqanı AR Apellyasiya Məhkəməsinin 24.03.2005-ci il tarixli qətnaməsini icra etməmişdir. 15 avqust 2011-ci il tarixdə Bakı Şəhər Ərazi İdarəsi qətnamənin izah edilməsini Bakı Apellyasiya Məhkəməsindən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnamənin izah edilməsindən 15.08.2011-ci il tarixdə 1MK-509/2005 saylı qərardad ilə imtina etmişdir.Mübahisə predmetinə (evə) dair N.Əliyevin adına Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Çıxarış” və “Texniki pasport” haqqındaBakı şəhəri A.Şaiq küçəsi 19-cu dalan, 5-6 saylı evin mülkiyyətçisi Əliyev Nəcəf Firuz oğlu keçən dövr ərzində (yəni 2002-2011-ci illərdə) özünə məxsus əmlakların bir qismini özgəninkiləşdirdikdən sonra, Bakı Şəhər Ərazi İdarəsinə müraciət edərək 2011-ci il tarixə onun mülkiyyətində qalmış həmin ünvandakı mülkə – fərdi yaşayış evinə dair 18 iyun 2011-ci il tarixdə “Daşınmaz əmlakın texniki pasportu” tərtib və təsdiq olunmaqla, 21 iyun 2011-ci il tarixdə dövlət reyestrindən 0226285 nömrəli çıxarış ona verilmişdir. Vətəndaş N.Əliyevin adına mülkiyyətin olmasına dair çıxarış verilməmişdən əvvəl, yəni 18.06.2011-ci il tarixdə Bakı Şəhər Ərazi İdarəsi qeyd olunan ünvanda yerləşən əmlaklara dair texniki sənəd olan daşınmaz əmlakın “Texniki Pasportunu” tərtib və təsdiq etmişdir. AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən vətəndaş Əliyev Nəcəf Firuz oğluna 21.06.2011-ci il tarixdə MA seriyalı 0226285 sayla dövlət reyestrindən çıxarış və texniki pasport verilərək, onun xüsusi mülkiyyətində A.Şaiq küçəsi dalan 19 ev 5,6 ünvanında yerləşən 2 mərtəbədən ibarət olan “A” tikilisində 43,4 kv.metr yaşayış sahəsi, 41,3 kv.metr yardımçı sahə, ümumi sahə isə 84,7 kv.metr olmaqla xüsusi mülkün sahibi olması təsdiqlənir. Dövlət orqanı tərəfindən 18.06.2011-ci il tarixdə təsdiq olunmuş texniki pasportdan və 21.06.2011-ci il tarixli çıxarışdan görünür ki, A.Şaiq küçəsi dalan 19 ev 5,6 üç tikilidən – “A”, “B” və “C” tikililərindən ibarət olmuşdur. Təsdiq olunmuş texniki pasportdan və onun əsasında dövlətin adından 21.06.2011-ci il tarixdə verilmiş MA seriyalı 0226285 saylı çıxarışdan görünür ki, qeyd olunan üç tikilidən ikisi “B” və “C” tikililəri bir mərtəbəli binalar olub. Bu tikililərdən yalnız “A” tikilisi iki mərtəbəli olmuşdur. “A” tikilisi iki mərtəbədən ibarət olmaqla bu tikilidə yaşayış sahəsi 43,4 kv.metr və yardımçı sahə 41,3 kv.metr olmaqla, ümumi sahə 84,7 kv.metrdən ibarət olmuşdur. Hansı ki, məhkəmənin baxdığı iş materiallarına əlavə edilmiş 2005-ci və 2012-ci il tarixli qətnamələri ilə də bu faktlar təsdiq olunur. N.Əliyevin adına qeyd olunan ünvana dair texniki pasport və 21.06.2011-ci ildə dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, “B” və “C” tikililərinin payçıları (mülkiyyətçiləri) başqa-başqa vətəndaşlar olmaqla və bunlara məxsus mənzil və yardımçı sahələrin həcmləri də “A” tikilisindən fərqli olmaqla, həmin mülkiyyətçilərin sahələri ilə N.Əliyevin sahəsinin tamamilə bir-birinə qarışacağı yoxdur. Yuxarıda qeyd etdiyim kimi Bakı Şəhər Ərazi İdarəsi AR Apellyasiya Məhkəməsinin 24.03.2005-ci il tarixli qətnaməsini yanvar 2012-c il ilə qədər icra etməmişdir. Ünvandakı evin mülkiyyətçiləri (payçıları) çox olduğu səbəbindən, qətnaməni icra edərkən hansı mülkiyyətçiyə məxsus 44 kv.metr ümumi sahəni ləğv edib, Nağıyev Fətəli Əzizoviçin adına çıxarış verilməsini cavabdeh mümkünsüz hesab etmişdir. 12 aprel 2011-ci ildə Fətəli Nağıyev vəfat etdiyi üçün, onun qanun üzrə vərəsəsi Nağıyev Zaur Fətəli oğlu Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 26.01.2012-c il tarixli 2(004)-418/2012 saylı qətnaməsi üzrə iddiaçı vətəndaş Nağıyev Zaur Fətəli oğlu cavabdeh Əliyev Nəcəf Firuz oğlu olmuş və bu qanuni qüvvə almış məhkəmə qətnaməsinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən düzgün icra olunmaması ilə əlaqədar N.Əliyev məhkəməyə iddia ərizəsi vermişdir.
Yasamal Rayon Məhkəməsinin qeyd olunan 26.01.2012-ci il tarixli qətnaməsini Bakı Şəhər Ərazi İdarəsi 02.11.2012-ci il tarixdə aşağıdakı formada icra edib.Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsi Bakı Şəhər Ərazi İdarəsi tərəfindən icra edilərək, Əliyev Nəcəf Firuz oğlunun adına 21.06.2011-ci il tarixdə dövlət reyestrində aparılmış qeyd tam ləğv edilmişdir. Nəcəf Əliyevin adına dövlət reyestrində qeydə alınmış 43,4 kv.metr yaşayış sahəsi, 41,3 kv.metr yardımçı sahə olmaqla, ümumi sahəsi 84,7 kv.metr olan mənzil sahəsi bütövlükdə ləğv edilərək, 02 noyabr 2012-ci il tarixdə eyni ölçülərdə, yəni 84,7 kv.metr ümumi sahə tam həcmdə dövlət reyestrində Nağıyev Zaur Fətəli oğlunun mülkyyətinə keçirilmişdir. Bununla da iş materiallarına əlavə edilmiş AR Apellyasiya Məhkəməsinin yuxarıda izah etdiyim 24.03.2005-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hallara və 26.01.2012-ci il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin tələblərinə zidd olaraq – qətnamənin icrası zamanı cavabdeh ləğv edilməsi qət edilmiş tələbdən kənara çıxmaqla, N.Əliyevin mülkiyyət hüquqlarını pozmaqla, dövlət reyestrində onun adına əmlak kimi qeydə alınmış bütün sahəni onun adından çıxarmış və eyni ölçüdə sahə Z.F.Nağıyevin adına keçirilmişdir. Bununla əlaqədar yuxarıda N.Əliyevin iddia tələbində və 1-ci instansiya məhkəməsinin qərarında ətraflı qeyd olunub. Bu iddia ilə əlaqədar məhkəmə qərarları barədə yuxarıda qeyd etmişik.
Bakı Apellyasiya Məhkəməsinin hakimi K.Abiyevanın işin faktiki hallarını nzərə almaması və işin hüquqi əsasları barədə.
Görəsən birinci instansiya məhkəmələrində obyektivliyi ilə müəyyən qədər seçilən bəzi hakimlər yuxarı instansiya məhkəməsinə təyinat alandan sonra AR Konstitusiyası və qanunları ilə müəyyən olunmuş normalardan kənara çıxmalarının səbələri və 1-ci instansiya məhkəmələrinin qanuni qərarlarını əsassız ləğv edən yuxarı instansiya məhkəməsinin hakiminin arxayınlığı nədən irəli gəlir! Nəyə görə 1-ci instansiya məhkəmələrinin üzərinə bir növ nəzarət edən yuxarı instansiya məhkəməsinin bəzi hakimləri qanunsuz və əsassız qərar qəbul etməkdən çəkinmirlər. Arxayınlıq nə ilə əlaqədardır. Mübahisəli iş üzrə icraat zamanı Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva 11.11.2015-ci il tarixdə Yasamal Rayon İcra Hakimiyyətinə sorğu təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi dalan 19, ev 5-6 ünvanları üzrə kompensasiya ödənilmiş şəxslər barədə məlumat təqdim etməyi Yasamal Rayon İH-dən xahiş etmişdir. Hakimin belə bir sorğu təqdim etməkdə marağı və məqsədi nədən ibarət olmuşdur? Hakimin İcra Hakimiyyətinə ünvanladığı bu sualın mübahisəli məsələyə aidiyyəti nədir?! Yuxarıda məhkəməyə iddia ərizəsi təqdim etmiş N.Əliyevin xahişi tam qeyd olunmuş və 1-ci instansiya məhkəməsi də iddia predmeti həddində işə baxaraq iddianı təmin etmişdir. Hakim bilir ki, Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsi əsasında iddiaçıya məxsus əmlaka dair mülkiyyət hüququ yalnız 2-ci mərtəbədə yerləşən 44.kv.metr ümumi sahə hissəsində ləğv olunduğundan və AR Konstitusiyasının 29-cu maddəsinə görə məhkəmənin qərarı olmadan heç kim mülkiyyətindən mərhum oluna bilməz. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 24.03.2005-ci il tarixli qətnaməsi əsasında vətəndaş Nağıyevin xeyrinə qəbul edilmiş qərarın əsaslandırıcı və nəticə hissəsini Bakı Apellyasiya Məhkəməsinin hakimi K.Abiyevanın bilə-bilə nəzərə almaması qüvvədə olan məhkəmə aktlarına hakimin etinasızlığıdır, yoxsa hakim hesab edir ki, AR Apellyasiya Məhkəməsi ləğv olunduğu üçün, onun qəbul etdiyi qətnaməni sübut növü kimi nəzərə almamaqda haqlıdır! Məhkəmə qətnaməsinə eyni hörmətzisliyi 2005-2012-ci illərdə Bakı Şəhər Ərazi İdarəsi də nümayiş etdirmişdi. Bakı Apellyasiya Məhkəməsinin hakimi 1-ci instansiya məhkəməsinin qanuni qərarını ləğv edərkən, görəsən Yasamal Rayon Məhkəməsinin 26.01.2012-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikasının adından çıxarıldığını, həmin qətnamədən zamanında Bakı Şəhər Ərazi İdarəsinin şikayət verməməsini və AR Konstitusiyasının 129-cu maddəsinə görə qətnamənin icrası məcburi olduğunu bildiyi halda, hakim K.Abiyevanın 11 noyabr 2015-ci il tarixdə iddia predmetinə aid olmayan məsələlər barədə Yasamal RİH-nə sorğu göndərib araşdırmaqda məqsədi nə olmuşdur! Vətəndaşın mülkiyyət hüquqları dövlət tərəfindən qorunduğu halda, cavabdehin açıq-aşkar məhkəmənin 26.01.2012-ci il tarixli qətnaməsindən kənara çıxıb, vətəndaşın həmin ünvandakı 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 40,7 kv.metr sahəyə dair mülkiyyət hüququ məhkəmə və digər orqanlar tərəfindən ləğv olunmadığı halda, hakimin qüvvədə olan məhkəmə qətnamələrinə və N.Əliyevin adına Bakı Şəhər Ərazi İdarəsi tərəfindən müvafiq qaydada təsdiq olunmuş formada verdiyi texniki pasportu, reyestrdən çıxarışı nəzərə almaq istəməməsi anlaşılan deyil. Hakimin iş materiallarında olan məhkəmə aktlarını və texniki sənədləri nəzərə almadan Yasamal RİH vasitəsi ilə həmin ünvana görə kompensasiya verilmiş şəxslərin axtarışı üçün İcra Hakimiyyətinə sorğu təqdim etməsində məqsədi aydın deyildir. Vətəndaşın mülkiyyət hüququ cavabdeh tərəfindən pozulub. Məhkəmə qətnaməsində göstərilənlərdən bilə-bilə kənaraçıxma hallarına hakim qiymət verməkdən yayınır, lakin kompensasiyanın kimə verilməsi ilə maraqlanır. Odur ki, yuxarı instansiya məhkəməsinin hakimindən Məhkəmə Hüquq Şurası, Ali Məhkəmə və sair səlahiyyətli şəxslər 1-ci instansiya məhkəmələrinin qanuni və obyektiv qərarlarını ləğv edən hakimdən izahat tələb etməsələr çətin ki, yalnız kassasiya şikayətləri verməklə məsələnin düzəlməsinə dövlət başçımızın Cənab İlham Əliyevin Şəki Məhkəmə Kompleksinin açılışında söylədiyi aşağıdakı fikirlərin icrasına nail olmaq olar: “Məhkəmələrin qərarları ədalətli olmalıdır. Ancaq ədalətli istintaq və ədalətli məhkəmə qərarları korrupsiyaya qarşı, rüzvətxorluğa qarşı, ədalətsizliyə qarşı mübarizəni həyata keçirə bilər. Dövət məmurları tərəfindən sahibkarların əllərindən əmlakları alınaraq, külli miqdarda onlardan rüşvət alınıb. Buna heç rüşvət də demək olmaz! Reketlik edilib. Sahibkarların əllərindən əmlakları hədə-qorxu ilə, reketlik edilərək alınıb! Yalnız ədalətli məhkəmə sistemi bu faktlara düzgün hüquqi qiymət verməlidir.” Hakim 1-ci instansiya məhkəməsinin qərarını əsassız ləğv edərkən, iş materiallarına əlavə edilmiş yuxarıda ətraflı izah edilən məhkəmə qətnamələrini və reyestr orqanının özləri tərəfindən verilmiş sənədləri nəzərə almadan, hakimin kompensasiya almış şəxslərlə maraqlanması, onlar barədə axtarışa çıxması, lakin vətəndaşın pozulmuş mülkiyyət hüququndan irəli gələn məsələlərə əhəmiyyət verməməsi dözülməz haldır. Məsələyə hüquqi yanaşma yox, subyektiv formada düşünülmüş hər hansı formada yanaşma düzgün deyil.
AR Konstiusiyasının 13-cü maddəsinin 1-ci bəndində yazılır: “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.”Konstitusiyanın 29-cu maddəsinin IV bəndində yazılır:“Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.”Konstitusiyanın 129-cu maddəsinin 1-ci bəndində yazılır: “Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.” AR MPM-nin 15-ci maddəsində yazılır:15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir.15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Təəssüf doğuran hal ondan ibarətdir ki, məhkəmə qətnaməsi cavabdeh tərəfindən bilə-bilə yanlış icra edilməklə, vətəndaş N.Əliyevin konstitusion hüquqlarının pozulduğu tam sübuta yetirildiyi üçün 1-ci instansiya məhkəməsi qanuni qərar qəbul edir. Lakin Apellyasiya Məhkəməsi heç bir dövlət marağı olmadan, dövlətin qanunlarını açıq formada pozur. AR CM-nin 306-cı maddəsinə görə məhkəmənin qərarını qərəzli icra etməyən şəxslər üçün məsuliyyət nəzərdə tutulmuşdur. Sual olunur məhkəmə qərarını düzgün icra etməyən şəxslər bu qanun normasının təsir altına düşməlidirlərmi? Yaxud ölkə Başçımızın çağırışına səs verərək qanunsuz qərar qəbul edən şəxslərin, yəni bəzi hakimlərin hərəkətlərinə göz yummağa son qoyulmalıdırmi. Hesab edirəm ki, Məhkəmə Hüquq Şurası şikayət edən tərəfə kassasiya şikayəti vermək hüququnu izah etməklə kifayətlənməməlidir. Hakimin açıq-aşkar qanunsuz qəbul etdiyi qərarın Məhkəmə Hüquq Şurasının müzakirəsinə çıxarıldığı hallarda, bəlkə digərləri bu hərəkətlərə yol verməyəcəklər. Hazırda belə bir acı təcrübə formalaşıb – hakimin qanunsuz qərarına görə, həmin hakimdən heç kim, heç nə soruşmur! Nəticədə ədalətli qərar daha çox 1-ci instansiya məhkəmələrində çıxarılır, nəinki aplleyasiya instansiyası məhkəmələrində. Apellyasiya Məhkəməsinin bəzi hakimləri də 1-ci instansiya məhkəməsinin qanuni qərarını əsassız olaraq ləğv edir. Çünki bu halda hakim heç bir intizam məsuliyyətinə cəlb olunmur. Məhkəmə qətnamələrinin bilə-bilə düzgün icra edilmədən vətəndaşın Konstitusiya ilə qorunan mülkiyyət hüquqları pozulur. Yuxarıda göstərilənləri, habelə məhkəmə qətnamələrini olduğu kimi nəzərinizə çatdırmaqda məqsədim ondan ibarətdir ki, qanunsuz və ədalətiz qərarın şahidi olasınız. Konstitusiyamıza hər kəsin hörmət etməsi əsas kimi götürülməlidir. Çünki Konstitusiya birbaşa hüquqi qüvvəyə malikdir. Bəzən dövlətimizin adından qanunu pozaraq qanunsuz qərar qəbul edən hakimlərin qərəzli qərarları ilə əlaqədar vətəndaşa söz tapıb izah vermək olmur. Bu qanusuz qərardan kassasiya şikayəti veriləcəkdir. Lakin Konstitusiya və qanunların açıq şəkildə pozulmasının qarşısını almaqdan ötrü hakim K.Abiyeva və başqaları barədə tədbir görməyi Sizdən xahiş edirəm.
Qeyd: N.Əliyevin qeydiyyatda olduğu ünvan söküldüyü səbəbindən, əlaqə saxlanılması üçün nümayəndənin ünvan və telefon nömrəsi təqdim olunur.
Qoşma: Müraciətdə istinad olunan sənədlərin surətləri ____ vərəqə

İmza: B.A.Məlikov Tel: (050) 321-62-85 Ünvan: Xətai ray., H.Aslanov qəs., R.Hüseynov küç., 3-cü döngə, ev 8 İmza: Əliyev Nəcəf Firuz oğlu

Comments are closed, but trackbacks and pingbacks are open.