Press "Enter" to skip to content

Kadr dəyişiklikləri hüquq-mühafizə orqanlarının fəaliyyətini daha da səmərəli edəcək – ŞƏRH

“Bakıda keçirilən istər beynəlxalq tədbirlər, istərsə də idman yarışlarının hər biri insidentsiz baş tutub və Azərbaycan haqqında xoş təəssürat yaradıb. Nüfuzlu beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının bir neçə oyununun burada keçirilməsi gözlənilir. Heç bir şübhə yoxdur ki, Azərbaycan böyük tədbirləri təhlükəsiz keçirən ölkə imicini bir daha göstərəcək.

Azərbaycan hüquq-mühafizə orqanları general Akın Öztürkü istintaqa cəlb etdi – FETÖ İŞİ

Türkiyədə 2017-cı il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin ardınca Ankaranın istəyi ilə Azərbaycan hüquq-mühafizə orqanları da Fətullah Gülənin təriqətinə (FETÖ) qarşı təhqiqat başladıb.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu təhqiqat çərçivəsində 15 iyul hərbçi çevriliş planının lideri hesab edilən ordu generalı, Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürk də dindirilib.

“Yeni Şafak” qəzetinin yazdığına görə Azərbaycanın prokurorluq orqanları iki ölkə arasında ədliyyə sahəsində qarşılıqlı əməkdaşlıq əsasında Türkiyənin Ədliyyə Nazirliyinə general Akın Öztürkə yönəldilməli olan 10 sual göndərib. Həmin suallar Akın Öztürkün Azərbaycandakı əlaqələri barədə olub.

Türkiyə Ədliyyə Nazirliyinin xarici əlaqələr və Avropa İttifaqı üzrə idarəsi Azərbaycan tərəfinin tələbini Ankara Cümhuriyyət prokurorluğuna göndərib. Bu tələb əsasında prokurorluq Akın Öztürkü ötən gün yanvarın 12-də saxlanıldığı Sincan F tipli həbsxanasından jandarmanın müşaiyəti ilə Ankara Ədliyyəsinə aparıb.

Orada prokuror Mustafa Saylam Azərbaycanın ədliyyə məqamlarının göndərdiyi sualları Öztürkə yönəldib. Suallar əsasən Öztürkün Azərbaycandakı əlaqələri barədə olub. 45 dəqiqəyə yaxın dindirmədən sonra Öztürk yenidən Sincan həbsxanasına aparılıb.

Kadr dəyişiklikləri hüquq-mühafizə orqanlarının fəaliyyətini daha da səmərəli edəcək – ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin kadr dəyişiklikləri ilə bağlı son sərəncamları hüquq-mühafizə orqanlarının fəaliyyətini daha da səmərəli etmək məqsədi daşıyır.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, həmin sahələrə rəhbərlik etmiş şəxslərin daha yüksək vəzifələrə təyin edilməsi onların fəaliyyətinə yüksək qiymət verildiyini göstərir:

“Yeni təyinat alanlar Azərbaycan cəmiyyətinə yaxşı tanış olan şəxslərdir. Onlar həmin sahələrdə özlərini təsdiqləmiş şəxslərdir, aparıcı sahələrdə rəhbərlik etmək bacarığında olduqlarını sübut ediblər.

Şübhəsiz ki, indi hüquq-mühafizə orqanlarının qarşısında duran vəzifələr daha yüksək səviyyədə həyata keçirilməlidir. Azərbaycanda dövlətçiliyimizin möhkəmlənməsi, təhlükəsizliyin təmin edilməsi istiqamətində bu orqanlar qarşısında yeni tapşırıqlar durur. Ümumiyyətlə, Azərbaycanda bütün sahələr üzrə vaxtaşırı islahatlar, yeniliklər edilir”.

Millət vəkili ölkədə görülən işlərin, aparılan islahatların bir-biri ilə bağlı olduğunu vurğulayıb:

“Müstəqilliyimizin qorunması, sahibkarlığın inkişafı, iqtisadiyyatın gücləndirilməsi, iş yerlərinin sayının artması, vətandaşların sosial rifahının artırılması, Dağlıq Qarabağ probleminin həll edilməsi məsələsində Azərbaycanın mövqeyinin gücləndirilməsi, Azərbaycan mədəniyyətinin və incəsənətinin qorunub saxlanması – bütün bunlar bir-biri ilə sıx bağlıdır. Prezidentin vaxtaşırı bu və ya digər sahə ilə bağlı atdığı addımlar ümumilikdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir”.

A.Mirzəzadə Azərbaycan hüquq-mühafizə orqanlarının verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyini də qeyd edib:

“Bu gün Azərbaycanda cinayətkarlıq MDB məkanında ən aşağı səviyyədədir. Bu gün istənilən qanun pozuntusuna çox operativ reaksiya verilir. Bu baxımdan həm Azərbaycanın öz təcrübəsi, həm də xarici təcrübədən maksimum istifadə edilir”.

Deputat deyib ki, Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə olmasını Bakıda keçirilən böyük tədbirlərin təcrübəsi də sübut edir:

“Bakıda keçirilən istər beynəlxalq tədbirlər, istərsə də idman yarışlarının hər biri insidentsiz baş tutub və Azərbaycan haqqında xoş təəssürat yaradıb. Nüfuzlu beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının bir neçə oyununun burada keçirilməsi gözlənilir. Heç bir şübhə yoxdur ki, Azərbaycan böyük tədbirləri təhlükəsiz keçirən ölkə imicini bir daha göstərəcək.

Son dövrlərdə Bakıda ABŞ və Rusiya Baş Qərargah rəislərinin görüşünün təşkil edilməsi də Azərbaycanın təhlükəsiz ölkə olduğunu və ölkəmizə etibarın mümkünlüyünü göstərir”.

Qeyd edək ki, iyunun 20-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ramil Usubov Daxili İşlər naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib. Onu Daxili İşlər naziri vəzifəsində Vilayət Eyvazov əvəz edib.

Digər sərəncamlara əsasən, Mədət Quliyev Müdafiə Sənayesi naziri, Əli Nağıyev isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.

Vətəndaşlar hüquq-mühafizə orqanları və məhkəmələrdən narazıdır – PREZİDENT ADMİNİSTRASİYASI

“Vətəndaşların şikayətinin bir səbəbi də biganəlikdir”. Gununsesi.org xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılov vətəndaşların şikayətlərini təhlil məqaləsində yazıb.

O, yazır ki, 2018-ci ildə ölkə vətəndaşları müxtəlif mövzularda və müxtəlif dövlət qurumlarından, o cümlədən, tikinti şirkətlərindən prezidentə şikayət ediblər.

Ən çox şikayətlər hüquq mühafizə orqanlarının və məhkəmələrin, icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyətindən olub.

Həmçinin vətəndaşlar müalicə və dərman təminatı, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyətindən də şikayət ediblər.

2018-ci ildə Prezident Administrasiyasına göndərilən müraciətlər arasında şəhərsalma, çoxmərtəbəli binaların və kommersiya-istehsalat obyektlərinin tikintisi, söküntüsü və kompensasiyaların verilməsi kimi məsələlər də üstünlük təşkil edib, Süleyman İsmayılov öz məqaləsində göstərib.

O bildirib ki, 2018-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 69 faizi ərizə, 30,7 faizi şikayət, 0,3 faizi təklifdir.

Administrasiya rəsmisi 2017-ci illə müqayisədə şikayətlərin azaldığını vurğulayır. Ötən il Prezident Adminstrasiyasına edilən müraciətlərin 33,2 faizi şikayət olub”

Əlillik təyinatı mübahisələri

Məqalədə göstərilir ki, əlillik dərəcələrinin təyin edilməsi və tibbi-sosial ekspert komissiyalarının fəaliyyəti mövzusunda müraciətlərin sayı əvvəlki illə müqayisədə 2018-ci ildə xeyli artıb.

Süleyman İsmayılov yazır ki, bu artımın səbəbi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan struktur dəyişikliyi olub.

Yaradılan işçi qrupu ötən il verilən əlillik təyinatlarını araşdırıb və araşdırma nəticəsində 1000-dən artıq təyinat ləğv edilib, həmin şəxslərə aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlərin aparılması dayandırılıb, ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası istiqamətində tədbirlərə başlanıb, – məqalədə deyilir.

2018-ci ildə vətəndaşlar Prezident Administrasiyasına 100-dən çox tikinti şirkətindən şikayət ediblər.

Tikinti şirkətlərindən şikayətlər azalmır

2018-ci ildə vətəndaşlar Prezident Administrasiyasına 100-dən çox tikinti şirkətindən şikayət ediblər.

Onlar çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından şikayətçi olublar.

Vətəndaşların şikayətlərində razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanması, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsi kimi məqamlar da yer alıb.

Müraciətlərin təhlili göstərib ki, 2017-ci illə müqayisədə şikayətlərin sayı Bakı şəhərinin Xəzər, Sabunçu rayonlarından, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qobustan, Neftçala, Salyan, Şamaxı, Şəmkir və digər şəhər və rayonlardan artıb.

Vətəndaşa əsaslı və konkret cavab verilərsə…

Süleyman İsmayılov qeyd edir ki, şikayətlər, “əsasən biganəliyin, süründürməçiliyin” nəticəsidir və vətəndaşların yerlərdə həll olunmalı problemlərinə “laqeyd yanaşıldıqda”, onlar, “təbiidir ki, yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına” müraciət etməli olurlar.

Şöbə müdirinin sözlərinə görə, vətəndaşa ilk instansiyada cavab verilməməsi onları daha yuxarı instansiyaya üz tutmağa məcbur edir.

“Vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyada əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək müxtəlif idarələrin qapısını döyməz”.

Süleyman İsmayılov vurğulayır ki, daha çox təkrar müraciətlər Bakının rayonlarının, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Ağsu, Astara, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Laçın, Neftçala, Salyan, Samux, Siyəzən, Şamaxı, Şəmkir, Tovuz, Ucar, Zəngilan və digər şəhər və rayonların payına düşür.

Qəbul otağında qəbul edilənlər nədən şikayətçi olublar?

Prezident Administrasiyasının qəbul otağına il ərzində 15 minədək vətəndaş müraciət edib.

Onlar daha çox sosial müdafiə, işlə təmin olunma, əmək mübahisələri, hüquq mühafizə və məhkəmə orqanlarının, şəhər, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, yerli idarə, müəssisə və təşkilatların fəaliyyəti ilə bağlı müraciət ediblər.

Bir çox vətəndaşın müraciətində xaricdə müalicə və dərman təminatına kömək göstərilməsi, təhsil haqqını ödəməkdən azad olunma, xaricdə alınmış diplomların tanınması və sair məsələlər də yer alıb.

Comments are closed, but trackbacks and pingbacks are open.