Hüquq nəzəriyyəsi
Bu ayədə əmanəti sahibinə qaytarmaq əmrindən sonra ədalət məsələsinə işarə olunur. Bu tövsiyə yaxşı və gözəl moizə ünvanı ilə qeyd olunur. Allahın eşidən və görən vəsfindən söz açılır. Bununla bildirmək istəyir ki, hakim bilməlidir ki, Allah-taala onun danışıq və rəftarını nəzarətdə saxlayır.
Hüquq nəzəriyyəsi
Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 466
Səs ver:
Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izah etmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür.
Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir. Hüququn əsas əlaməti onun normalarının məcburi xarakter daşımasıdır. Pozitiv hüquq məktəbinə görə, hüquq ilə yazılı qanunvericilik demək olar ki eyni mənaya gəlir. Hüququn mənbəyini dövlət iradəsi ilə qoyulan qanunlar təşkil edir.
Fəlsəfi hüquq məktəbi — hansısa sosial normanın hüquq norması olub-olmaması onun hüququn prinsiplərinə uyğunluğu baxımından müəyyən edilir. Təbii hüquq nəzəriyyəsinə görə isə insanın təbii hüquqlarına zidd olan normalar hüquq normaları kimi qəbul edilmir.
Fəlsəfi hüquq nəzəriyyəsinə görə hüquq obyektiv xarakter daşıyır və dövlətin iradəsinin təzahürü deyildir.
Təbii-hüquq məktəbi — hüquq həmişə mövcüd olmuşdur. Hüquq öz mənbəyini ya Tanrıda, ya da təbiətdə tapır. John Stuart Millin ifadə etdiyi kimi, necə ki Allah insanı yaradanda ona qulaq və burun veribsə, o insana eyni zamanda insan olduğundan irəli gələn hüquqlar da bəxş edib. Bura azadlıq, yaşamaq, mülkiyyət, bərabərlik və s. hüquqlar aiddir.
Psixoloji nəzəriyyə — hüquq insanların psixoloji keyfiyyətlərinə, istəklərinə, hisslərinə uyğun yaranır. Hər bir dövlətin qanunları orada yaşayan insanların psixologiyasından asılıdır və onların tələbatlarına uyğun qəbul edilir.
Tarixi huquq məktəbi — hüquq da tarixdə olan hər bir şey kimi daima baş varən hadisələrə insanların təlabatlarına uyğun olaraq dəyişir. Grotius tərəfindən irəli sürülən və von Savigny tərəfindən dəstəklənən bu məktəbə görə, bir cəmiyyətdə hüquq, o cəmiyyətdə adət ənənənin inkişafı ilə bir yerdə inkişaf edir və ona uyğunlaşır. Cəmiyyətin, insanların həyatı dəyişdikcə hüquq da dəyişir. Bu məktəb Fransız Mülki Məcəlləsinin Alman hüquq məktəbinə gətirilməsinə qarşı çıxmışdır.
Normativ nəzəriyyə — hüququ dövlət müəyyən edir və hüquq normalarının dəyişməsi dövlətdən asılıdır.
Marksist nəzəriyyə — hüquq dövlətlə bağlıdır və sosial–iqtisadi faktorlara uyğun olaraq müəyyən edilir.
Baxılıb: 5 466
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Azərbaycanda ailə, qadın və uşaq hüquqlarının müdafiəsi:inkişaf və perspektivlər
Hüquq norması
Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında qanun
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Hüquq nəzəriyyəsi
وأمَّا حَقُّ سَائِسِكَ بالمِلْك فَنَحْوٌ مِنْ سَائِسِكَ بالسُّلْطَانِ إلاّ أَنَّ هذَا يَمْلِكُ مَالا يَمْلِكُهُ ذاكَ، تَلْزِمُكَ طَاعَتُهُ فِيمَا دَقَّ وَجَلَّ مِنْكَ إلاّ أَنْ تُخرِجَكَ مِنْ وُجُوب حَقِّ الله، ويَحُولَ بَينَكَ وبَيْنَ حَقِّهِ وَحُقُوقِ الخَلْقِ، فَإذَا قَضَيْتَهُ رَجَعْتَ إلَى حَقِّهِ فَتَشَاغَلْتَ بهِ. ولا قُوَّةَ إلاّ باللهِ.
“Sənə malik olan mövlanın haqqı hakimin haqqı kimidir. Yalnız, bu fərqlə ki, malikin xususi haqqı var, amma bu haqq hakimdə yoxdur. Onun xususi haqqı, az və çox hər şeydə onun itaətində olmaqı lazım bilir. Bütün bunlar o, vaxtdır ki, onun haqqı ilə Allahın sənəvacib buyurduğu əməllə təzadda olmasın. Sənin əməlinlə, Allahın haqqı arasında mane olmasın. Yox əgər belə olarsa, onda Allahın haqqı müqəddəmdir. Hər vaxt Allahın haqqını yerinə yetirsən, onda malikin haqqının ədasının vaxtı yetişir, ona məşğul olmalısan. Allahın güc və qüdrətindən başqaheç bir-güc qüvvə yoxdur!”
“Məkarimül-Əxlaq” kitabında belə gəlib:
“Malikin sənin boyununda haqqı budur ki, onun itaətində olub, ona qarşı günah etməyəsən. Yalnız, o şeydə itaət etmə ki, Allahın qəzəbinə səbəb iş olsun. Çünki, Allaha qarşı günah etməkdə heç vaxt bəndəyə itaət etmək olmaz!.”
İmam Zeynalabidin (əleyhissalam)-ın gözəl bəyanlarından məlum olur ki, maliklə hakimin haqqını bir-birinəoxşar bilir. Bu fərqlə ki, malikə görə xususi haqqı var. O, da onu özünə itaətkar edir. Yeri gəlmişkən, bu haqqın şərhindən belə bir şərhə başlayaq ki, köləlik hansı zamandan başlayıbdır və kökü nədir? Əlbəttə, bu bəhsdə təkcə köləlik yox, ümumi mülkiyyət nəzərdə tutulur.
QULDARLIĞIN TARİXİ
Quldarlığın yaranma tarixi çox da məlum deyildir. Onun kökləri barədə müxtəlif nəzəriyələr vardır. Montöskye quldarlığın amilləri barəsində yazır: Quldarlığınibtidasıaşağıdakı amillərdən biri ola bilər:
1. Beynəlxalq hüquq normaları zəruri bilir ki, döyüşdə əsir düşənlər ölümdən amanda qalmaqdan ötrü qulam hökmündə qalsınlar.
2. Rum dövlətinin mədəni qanunu, borcunu qaytara bilməyənlər barəsində icazə vermişdir ki, onların özləri satılsın və ya tələbkarın pulunun əvəzində ona bəndəlik etsin.
3. Təbiət qanunu atanı kölə etdiyi kimi, övladı da kölə edir. Beləliklə, oğul ataya tabe olur.
4. Köləlik haqqı, bir millətin başqa bir millətə qarşı təhqirindən qarşıya çıxır, o da adət və ənənələrin ixtilafı üzərində qurulub.
5. Quldarlığın əsas mənşəsi insan cəmiyyətində qüdrətli və zəiflərin tuğyanlar və istismarçı ruhiyyəsi ilə birlikdə olmasıdır.” Sonra Montöskye yazır:
Aristotel subut etmək istəyir ki, kölə və qul fitrətən olub və olacaq. Bu, o mənadadır ki, Allah-taala, bəzi insanları yaradıb ki, başqalarının kölələri olsunlar. Əgər biz bu filosofun dediyini qəbul etsək və qul olmaqı fitri bilsək, onda qulların qulluğdan azad olması kəlamını faydasız və fitrətin xilafı kimi qiymətləndirməliyik.
Bunlar, köləlik barəsində Montöskyenin “Ruhul-qəvanin” kitabında gətirdiyi bəhsdir.
İSLAM DİNİ, KÖLƏLİK BARƏSİNDƏ
Müqəddəs İslam dinində, qul olma heç də fitri deyildir. Aristotel məntiqinin əksinə olaraq, İslama görə bəşər azad yaradılmışdır.Həzrəti Əli (əleyhissalam) buyurur:
“Bütün bəşər azad yaradılmışdır. Məgər o, kəslər ki, öz zərərlərinə köləliyə iqrar ediblər (özləri elə bir iş görürlər ki, kölə olmaqlarına şərait yaransın) “
Həzrət başqa bir bəyanda buyurur:
“Başqalarının qulu olma! Halbuki Allah səni azad yaratmışdır.”
Bu iki bəyan, bəşəriyyətin azadlıq carçısı sayılan, Həzrəti Əli (əleyhissalam)-dan idi.
Bəşər azad doğulmuşdur. Əgər sonradan kimin köləsi olursa, xarici amillərin təsirindəndir. Onun köləliyi həmişəgi yox, müvəqqətidir. Keçmiş zamanlarda kölələr necə yaşayırmışlar?
“Tarixi Rum” kitabının müəllifi Alber Male rumluların kölələri barəsində belə nəql edir:
“Qanuna görə qul və ya kölə şəxs, insan deyil . Bəlkə də, qul, bir şey və ya danışa bilən bir alətdir. Beləliklə, heç bir haqq və hüququ da yoxdur.”
Montöskye yazır: Əflatunun qanununda qərara alınmışdır ki, qul özünün təbii müdafiəsindən istifadə edə bilməz. Əgər ona həmlə olarsa, bu qanuna əsasən, özünün təbii müdafiəsindən istifadə edə bilməz. Həmçinin, mədəni müdafiə haqqı ona verilmirvə məhkəməyə də şikayət etməyə haqqı yoxdur. Spart şəhərində köləyə verilmiş qanuna görə məhkəməyə müraciət etməyə haqqı yox idi.
Spartlı qullar, bu cəhətdə o qədər bədbəxt olurlar ki, təkcə bir nəfərin köləsi yox, bəlkə də, bütün cəmiyyətin köləsi hesab olnurdular.
ALÇALMAQ, HARA QƏDƏR?
Rum əşraf və əyanlarının kef məclislərindən biri bu idi ki, biçarə qulları nümayiş göstərilən bir meydanda, şir, bəbir, pələng kimi vəhşi və ac heyvanlarla bir yerdə cəm edirdilər. Elə ki, qullar özlərini bu yırtıcı heyvanların caynağında giriftar görürlər, ahu-fəğan və qışqırıqları ucalır. Bu vaxt əyan və əşrəflərin şadlıq ruhiyyələri ərşə çatır. Həmçinin, bu əsil və əşrəflərin istirahət məclislərindən biri də bu idi ki, əli qılınclı çılpaq qullardan ibarət iki dəstəni, bir-birinin canına salırdılar. O həddə kimi ki, bir-birlərinin əzalarını və üz-gözlərini yaralayıb kəsirlər. Bu cinəyatgər əşrəflər, belə dəhşətli və qanlı səhnələri görməkdən ləzzət alıb sevinirdilər. Əgər bu qullar belə işə boyun qoymasaydılar, meydanın ətrafını dövrəyə almış əsgərlər tərəfindən tikə-tikə doğranardılar.
Həmçinin, rumlu cinayətkar əyan və əşrəflərin başqa kef məclislərindən biri bu idi ki, kölələri məcbur edirdilər ki, öz əllərini arı və əqrəblə dolu yuvaya salsınlar. Onlar da kölələrin qaralmış əziyyətli çöhrələrini görməklə şad olub gülsünlər.
“Tarixi Rum” kitabının müəllifi, yenə o ölkənin kölələri barəsində belə yazır:
“Kölələr, heyvanlar kimi yalnız, ağır və müşkül işləri görməli idilər. O cümlədən, xəndəkləri təmizləmək, yolları daş asfalt etmək, tikanları təmizləmək, bağları belləmək, ziyanlı bitkiləri və kolları kəsmək, buğdanı döymək ayaq yollarını təmizləmək və sair işləri yerinə yetirirdilər.
Əgər qullardan birinin bu işləri görməməkdə qüsuru olsaydı, şiddətli və müxtəlif cəzalara məruz qalır, çubuq və şallaq vururdular. Daha sonra onu dəvə və atın yerinə zəncirə bağlayıbiş gördürürdülər. Mədən quyularına atılır və yaş zirzəmilərdə həbs olunurdular. Heyvanların bayram günlərində işlərindən azad olmalarına baxmayaraq, kölələr bu günləri işdən azad olmurdular.
İSLAMDA KÖLƏLƏRİN TƏDRİCLƏ AZAD OLUNMASININ SƏBƏBLƏRİ
Köləliklə mübarizəaparıb onları tədriclə azad etmək tarixi İslam və müsəlmanlara məxsusdur. Əgər soruşlsa ki, nəyə görə İslam bu işi birdəfəlik yox, tədriclə görür? Onda bu sualın cavabında demək lazımdır: Əvvala, İslam zühur edən zamanda Ərəbistanın qaranlıq mühitində, quldarlıq o cəmiyyətin iqtisadiyyatının rüknu idi. Bir çoxlarının ticarət və yaşayışı kölə alveri ilə bağlı olmuşdur. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) belə bir imkanı yox idi ki, köləlik və kölə alverini birdəfəlik aradan aparsın. Çünki, iqtisadi nəzm pozulardı. Bundan əlavə, bütün sərvətini verib kölə olanlar bu işə heç vaxt razı olmazdılar. Bir dəstə hazır yeyənlər yalnız, bu yolla dolanırdılar. Bu dövrdə İslam dini əvvəlcə, iş və fəaliyyətin savabını həmçinin, işsizlik və hazır yeməyinməzəmmətli olmasını cəmiyyətdə insanlara bəyan edir. İş, İslama görə ən yaxşı ibadətlərdən sayılır, nəticəsi, insanın özünə qayıdır. Bu yolla hazır yeyənlər tədriclə iş dalınca gedir və anlayırlar ki, başqalarının əl muzdunu yeyib talan etməklə dolanmaq olmaz.
İkinci dəlil, əməl və əksül-əməl qanununa görə əgər İslam birdəfəlik kölələri azad elan etsəydi, ola bilsin zülm görmüş kölələr özlərində vücüda gəlmiş etiqadlara görə qanlı inqilablara əl atsınlar, nəticədə, ümumi əmniyyətə zərbə dəyərdi. Bu mövzunun tarixdə oxşarı vardır. Montöskye, fəsadlar və kölələrin birdəfəlik azad olunması barəsində yazır: Saysız sayda kölələrin birdəfəlik azad olunması səlah deyildir. Çünki, cəmiyyətdə nəzm qanunlarının pozulmasına səbəb olar. Nümünə üçün belə yazır:
Velisin şəhərində kölələr dəstə cəmi azad olub seçkilərdə səsvermə hüququ qazanırlar. Əksər səsi ələ gətirib belə bir qanun yazırlar ki, ona əsasən, hər kim azad (kölə olmayan) şəxslərdən biri ilə evlənsə, kölələrdən birisi toyun ilk gecəsində azadbakirə qadınla yatmalı, ikinci gecə isə bəyə təhvil verməlidir. Üçüncü dəlildən ötrü tarixçi, Kuteov Lubonun işarə etdiyi mətləbə diqqət etmək kifayətdir. O da budur ki, kölələr qədim zamanlarda kölə şəklində yaşadıqlarına görə və tüfeyli həyat sürdükləri üçün istedasız və təcrübəsiz böyüyürdülər. Deyə bilərik ki, əgər İslam bütün kölələri birdəfəlik azad elan etsəydi, kifayət qədər istedları və təcrübələri olmadıqlarına görə müstəqil yaşayış həyatı təşkil edə bilməyib, nəticədə, amerka kölələri kimi azad olduqdan sonra həmin səbəbdən məhv ola bilərdilər.
Yuxarıdakı səbəblərə görə deyə bilərik ki, İslamda qanunverici, kölələrin birdəfəlik azad olmasına əl atmır. Bəlkə də, onların azadlığının tədriclə olması şəraitini hazırlayır. İndi də İslam dininin, kölələrin azad və xilas olunmaları barəsindəki nəzərinə baxaq. Əvvəlcə, İslam, kölələrinin vəziyyətinin qanunu şəkildə tanıması və şəriətdə onların xüsüsi hökmlərinə işarə etməsinə nəzər salaq. Daha sonra əxlaqi yolları araşdıraq.
İSLAMDA KÖLƏLƏRİN AZAD OLUNMA YOLLARI
Birinci: Yazışma. Bu yolla kölə və malik arasında qərar bağlanılır. Bu əsasla ki, kölə bir miqdar pul verib azad olur. Əgər öhdəsinə götürdüyü məbləğdən verə bilməsə, şəriət hakimi beytül-maldan verib onu azad etməlidir.
İkinci: Tədbir. Bu mənada ki, malik qərara alır ki, öldükdən sonra kölə azad olunsun.
Üçüncü: Əgər birisi ata-ana, baba, nənə, övlad, övladın övladı, bacı, bibi, xala, qardaş qızı, bacısı qızına malik olsa, dərhal onları azad etməlidir.
Dördüncü: Əgər birisi kölənin bir qismini azad etsə, o kölə tamamilə azad olar.
Beşinci: Əgər kəniz ağasından övlad dünyaya gətirsə, azad olar.
Altıncı: Əgər kölə küfr mühitində olmasından əvvəl, müsəlman olsa, azad olar.
Yeddinci: Hər vaxt malik, kölənin qulağı, burnu və ya hər hansı bir üzvünü kəssə, kölə azad olar.
Səkkizinci: Əgər kölə, kor, cüzam, bərəs, axsaq olsa və yatağa düşsə, azad olar. Yaşayış xərci isə beytül-maldan verilər.
Doquzuncu: Əgər vərəsəsi olmayan sərvətli ölsə, belə şəxsin köləsi ondan alınıb azad olunar. Mal-dövlət də köləyə çatır.
Onuncu: “Vəsail Şiə” kitabında belə bir ünvanda fəsil var ki, imanlı müsəlman kölə, yeddi ildən sonra azad olunur.
On birinci: Zəkatın sərf olunan səkkiz yerindən biri də, kölələrin alınıb azad olunmasıdır.
On ikinci: Əgər birisi öz nəzir və əhdinə əməl etməsə, andını sındırsa, orucunu qəsdən yesə, birini xətadan öldürsə və məhrəmlərindən biri ilə xəta etsə, kəffarə verməlidir. Bu kəffarələrdən biri də kölə azad etməkdir.
ƏMƏLİ VƏ ƏXLAQİ YOLLAR
Müqəddəs İslam dini, əməli və əxlaqi cəhətdən kölələrin azad olunması şərtini hazırlamışdır. Nümünə üçün İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) və məsum İmamların (əleyhimussalam)-mın əməli və əxlaqi rəftarlarınabaxaq.
Tarixçilər yazır: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), Zeyd ibni Haris kimi kölələri azad edirdi. O vaxt müsəlmanlar bir-birinin ardınca Həzrətdən nümünə götürüb kölələri azad edirdilər. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Zeyd ibni Harisi azad etməsindən əlavə, onu Cəhişin qızı ilə evləndirir və qısa müddətdən sonra ayrılırlar. Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Zeydin oğlu Usaməni, İslam qoşunlarına başçı təyin edir. Mühacir və ənsarın böyüklərinin ona tabe olmalarını tələbedir.
Həzrəti Əli (əleyhissalam) öz əlinin zəhməti ilə qazandığı puldan, min köləni azad edir.
Tarixçi Corc Zeydan yazır: Əbdullah ibni Süleyman yetmiş min kənizi azad etmişdir.
ƏXLAQİ GÖSTƏRİŞLƏR
İslam dini, kölələrin azad edənlərdən ötrü o qədər savab və axirət mükafatı qərara alıb ki, bununla öz tərəfdarlarını kölə azad etməyə təşviq etmişdir. Quran “Bələd” surəsində buyurur:
“Məgər Biz ona iki göz vermədikmi?Eləcə də bir dil və qoşa dodaq vermədikmi? Biz ona iki yolu (xeyir və şərr, küfr və iman yollarını) göstərmədikmi? Lakin o, əqəbəni keçə bilmədi. (özünə verilən bu qədər nemətlərə şükür etmədi.) Ya Peyğəmbər! Bilirsənmi əqəbə nədir? O bir kölə azad etməkdir. Yaxud, aclıq zamanı yemək verməkdir. Qohumluq əlaqəsi çatan bir yetiməvə ya taqətsizlikdən torpağa sərilmiş bir miskinə!”
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: “Hər kim müsəlman köləni azad etsə, Allah-taala, o kölənin hər bir üzvünün əvəzində, azad edən şəxsin üzvünü cəhənnəmin atəşindən azad edər.”
İmam Sadiq (əleyhissalam) kölə azad edənlərin barəsində buyurur: Allah-taala, azad olunmuş kölənin hər bir üzvü əvəzində azad edənin əzabını atəşdən xilas edir.
Bəhsin sonunda qeyd edək ki, İmam Səccad (əleyhissalam)-ın bu sözləri, o zamana aiddir ki, hələ kölələr azad olmamışdılar. O, vaxt kölələr öz malikləri haqqında belə rəftar etməli idilər. Əlbəttə, bu bəhs genişdir. Biz yalnız, bu qədərinə kifayətlənirik.
ADİ ŞƏXSLƏRİN HÜQUQLARI
18. ƏHALİNİN HAQQI
فأَمَّا حُقُوقُ رَعِيَّتِكَ بالسُّلْطَانِ فَأَنْ تَعْلَمَ أَنَّكَ إنَّمَا اسْتَرْعَيْتَهُمْ بفَضْلِ قُوَّتِكَ عَلَيْهِمْ فَإنَّهُ إنَّمَا أَحَلَّهُمْ مَحَلَّ الرَّعِيَّةِ لَكَ ضَعْفُهُمْ وَذُلُّهُمْ، فَمَا أَوْلَى مَنْ كَفَاكَهُ ضَعْفُهُ وَذُلُّهُ حَتَّى صَيَّرَهُ لَكَ رَعِيَّةً وَصَيَّرَ حُكْمَكَ عَلَيْهِ نَافِذاً، لا يَمْتَنِعُ مِنْكَ بعِزَّةٍ وَلا قُوَّةٍ وَلا يَسْتَنْصِرُ فِيمَا تَعَاظَمَهُ مِنْكَ إلا [باللهِ] بالرَّحْمَةِ وَالْحِيَاطَة وَالأَناةِ وَمَا أَولاكَ إذَا عَرَفْتَ مَا أَعْطَاكَالله مِنْ فَضْلِ هذِهِ الْعِزَّةِ وَالقُوَّةِ الَّتِي قَهَرْتَ بهَا أَنْ تَكُونَ لِلّهِ شَاكِراً، وَمَنْ شَكَرَ الله أَعْطَاهُ فِيمَا أَنعَمَ عَلَيْهِ. ولا قُوَّةَ إلا باللهِ.
“Amma sənin hakimiyyətində rəiyyiətin haqqı budur ki, həqiqətən, sən özün artıq qüdrətinin səbəbinə onları rəiyyət ünvanı ilə seçmisən. Həqiqətən, onların zəifliyi və gücsüzlüyü özlərini rəiyyət qərar verib. Belə olan halda, kimsənin zəifliyi, zilləti və səni ehtiyacsız etməsi, sənə üstünlük deyildir. Belə ki, zəiflik və zillətlik, onu sənin rəiyyətin və əlinin altında qərar verib. Sənin hökmünü onlara təsirli etmişdir. Onlar öz qüvvə və izzətləri ilə sənin müqabilində yalnız, Allahdanrəhmət, himayət, səbr və kömək intizarındadılar. Əgər anlasan ki, Allah-taala sənə hansı izzət və qüvvə əta etməklə, başqalarına qələbə çalmısan, onda daha yaxşı olarki, Allaha şükür edəsən. Hər kim Allahın nemətinə şükür etsə, ona daha çox nemət bağışlar. Allah tərəfindən başqa heç bir güc-qüdrət yoxdur! “
Məkarimul-Əxlaq kitabında bu mövzudayazır
“Amma sənin hakimyyətin altında qərar tutanların haqqı budur ki, biləsən ki, onlar özlərinin zəifliyi və sənin qüdrətli olmaqına xatir sənin rəiyyətinə çevriliblər. Belə olan halda, sənə vacibdir ki, onlar barəsində ədalətlə əməl edəsən vəonlardan ötrü ürəkyandırıcı ata olub, nadanlıq üzündən etdikləri xətaları bağışlayasan. Onların pis əməlləri müqabilində cəza verməyə tələsmə. Allahın sənə verdiyi qüdrətə görə şükür et.”
İmam Səccad (əleyhissalam), hakim barəsində buyurur: Rəiyyət hakimin itaətində olub onunla düşmənçilikdən çəkinsinlər. Onun müqabilində rəiyyətin hüququndabuyurur: Hakim öz qüdrət və hakimiyyətinə xatir ədalətə riayət etməlidir. Bu hüquqda İmam Səccad (əleyhissalam) neçə mühüm mövzuya işarə etmişdir:
Birinci: Hakimin ədalətli olması.
İkinci: Hakimin mehriban və ürəkyandırıcı ataya oxşaması.
Üçüncü: Rəiyyət öz həyatında xətalara yol verir. Hakim onların müqabilində bağışlamağı bacarmalıdır.
Dördüncü: Hakimin, Allahın ona bağışladığı qüdrət və hakimiyyət neməti müqabilində ona şükür etməsi.
RƏHBƏRLİKDƏ ƏDALƏT
İnsanlar, başqalarının hüquqlarına pis gözlə baxmayıb onların hüquqlarına təcavüz etməsələr, insanlar arasında haqq və hüquq cəhətdən heç bir ayrı-seçkiliyə yol verməsələr, həmçinin, hakim öz hakimiyyətində ən nəhayət tərəfkeşsizlikə hamıya bir gözlə baxarsa, belə şəxslər adil və ədalətli adlanırlar. Onların müqabilində o, şəxslər ki, başqalarının haqlarına təcavüz edir və öz hakimiyyəti çərçivəsində ayrı-seçkiliyi rəva bilib zalimlərdən tərəfdarlıq edirlərsə, belələrinə “zalim”deyərlər.
Beləliklə, demək olar ki, hüquqlara riayət edib hər bir haqq sahibinin haqqını özünə əta etməyə “həqiqi ictimaiədalət”deyilir. Bəşər qanununda buna riayət olunmalıdır. Hüquqa dayaq olan ədalətin mənası budur.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:”Hakimiyyət küfrlə davam tapar, amma zülüm və sitəmlə heç vaxt davam tapmaz.”(Şərh Risalətül hüquq Qapançı. C.1.səh.385 )
Başqa hədisdə İslam Peyğəmbəri(səlləllahu əleyhi və alehi və səlləm)buyurur:
“Bir saat ədalətli olmaq, altımış ilin ibadətindən üstündür.”
SƏXAVƏTLƏ ƏDALƏTİN FƏRQİ
Həzrət Əli (əleyhissalam)-ın səxavətlə ədalət arasında fərq barəsində gözəl bəyanı vardır. Həzrətdən bu barədə soruşulanda sualın cavabında buyurur:
“Ədalət hər şeyi öz yerinə qoyur. Səxavət, onu öz yerindən çıxarır. (çünki, səxavət yəni, haqqından çox bağışlamaq).
Ədalət hər şeyi hifz edəndir. Səxavət yalnız, bəxşiş olunana fayda verir. Beləliklə, ədalət daha yaxşı və şərəflidir.”(Nəhcül Bəlağə. Qısa kəlmələr. 429 )
PEYĞƏMBƏRLƏR VƏ ƏDALƏTƏ DƏVƏT
Bütün İlahi peyğəmbərlər öz risalətlərində bəşəriyyətin kamal və səadəti, əxlaq və ədalət sayəsində olmasını bəyan etmişlər. Quranda bu mövzuda olan ayələrin bəzilərinə işarə edək.
“Ey iman gətirənlər Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərnizdən xəbərdardır.” ( Maidə surəsi -8 )
İslamda ədalət məsələsinə verilən əhəmiyyət kimi məsələ çox azdır. Çünki, ədalət məsələsinin tövhid kimi İslamın bütün kök və şaxələrində kökü vardır. Etiqad, əməl, fərd, ictimai, əxlaqi və hüquqi məsələlərinin heç biri tövhiddən kənarda deyildir. Həmçinin, bu məsələlərin heç birisi ədalətdən kənarda qalmır. Beləliklə, heç də təəccüblü deyildir ki, ədalət İslam dininin əsas köklərindən və müsəlmanlarınfikri əsaslarından sayılır.
Ayədə bəyan olunan mühüm mövzulardan biri ədalətdən yayınmağın yollarından sayılan, kin-küdurətdir. Tayfalar arasında kin, düşmənçiliklər və şəxsi hesab-kitablar, ədalətin icra olunmasının qarşısını alır və başqalarının hüquqlarına təcavüzə səbəb olurlar. Çünki, ədalət, bunların hamısından üstündür. Təqva və pəhrizkarlığın ən mühüm rüknü sayılan ədalətə riayət edin.
DANIŞIQDA ƏDALƏT
Quran buyurur: “Yetimin malına xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz heç kəsi gücü çatmayan işə vadar etmərik. Söz söylədiyniz zaman əleyhinə danışdığnız adam qohumunuz olsa belə, ədalətli olun Allah qarşısındakı əhdi yerinə yetirin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə düşünüb öyüd nəsiət qəbul edəsiniz! “
Allah-taala bu ayədə yetimlərin hamilərini, satıcıları və tərəzi çəkənləri ədalətə dəvət edir. Bundan əlavə, danışanda da ədaləti gözləməyitövsiyə edir. Beləliklə, cəmiyyətə danışıqda, müamilədə və yetimləri saxlamaqda ədalətli olmaq tövsiyə olunur.
Yetimin malı barəsində, ona “yaxın düşməmək” xəbərdarlıq olunur. Bu ifadə Quranda bəzi günahlar barəsində də işlənmişdir. Belə nəzərə çatır ki, bu ifadə vəsvəsə gətirən günahlar barəsində işlənmişdir. Məsələn, zina, fahişəlik və yetimlərin müdafiəsiz malları və sair kimi işlərdə, insanlara xəbərdarlıq olunur ki, onlara yaxın düşməyin. Bununla da, Şeytanın vəsvəsəsinin təsirinə düşməzsiniz.
HÖKUMƏTDƏ ƏDALƏT
Quran buyurur: “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyniz zaman ədalətlə hökm etməyinizi əmr edir. Həqiqətən, bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir. Əlbəttə, Allah hər şeyi görən və eşidəndir!” ( Nisa surəsi-58 )
Bu ayədə əmanəti sahibinə qaytarmaq əmrindən sonra ədalət məsələsinə işarə olunur. Bu tövsiyə yaxşı və gözəl moizə ünvanı ilə qeyd olunur. Allahın eşidən və görən vəsfindən söz açılır. Bununla bildirmək istəyir ki, hakim bilməlidir ki, Allah-taala onun danışıq və rəftarını nəzarətdə saxlayır.
4..Başqa ayədə ədalət və ehsan verməyi bir yerdə qeyd olunur, buyurur: “Həqiqətən, Allah-taala (Quranda insanlara) ədalətli olmaqı yaxşılıq etməyi, qohumlara (haqqını verməyi) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsiət verir.”
Başqa yerdə Quran buyurur: “(Ya Davud!) Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et. Nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırarlar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab günü şiddətli əzab gözləyir.”( Sad surəsi-24 )
Bu ayədə, əvvala, Allah-taala tərəfindən Davudun xəlifə qərar verilməsi ona xatırladılır. İkinci, ədalətdən çıxmamaq xəbərdarlıq olunur. Üçüncü, ədaləti aradan aparan amillərdən biri, insanın nəfsi istəklərinə tabe olmasına işarə edir. Həmçinin, insan öz zəlalətini və hesab-kitab gününü unudarsa, ədalətsizlik edər.
Bu beş ayə, nümunə ünvanı ilə bizə ədalət mövzusunu nişan verir. İslamda hər bir hakim, cəmiyyətin bütün üzvlərinə bir nəzərlə baxmalıdır. İndi də ədalətə, rəvayət nəzərindən baxaq. Nümunə üçün aşağıdakı hədisləri nəzərdən keçirək:
İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: “Ədalət teşnə insana, içmək istədiyi ən şirin su kimidir. Əgər ədalətlə rəftar olunarsa, az da olsa, yerlərdə icra olunsa, çox təsirlidir.”(Usul Kafi. C.2. səh. 146 )
Yenə də o, həzrətdən nəql olunur buyurur: “Ədalət hər şirindən şirin, əldən yumşaq və müşkdən ətirlidir.”(Usul Kafi. C.2. səh. 147 )
“Mən la yəhzuruhul fəqih” kitabında İmam Sadiq (əleyhissalam)dan nəql olunur:
“Həzrətdən soruşurlar ki, bir nəfərin müsəlmanlar arasında şəhadətindən ötrü ədalətli olmasını nə ilə bilək?Buyurdu: Libası, iffəti, qarnını və şəhvətini haramdan hifz etmək, əli və dili gözləmək, Allahın atəş vədə verdiyi böyük günahlardan çəkinmək, şərab içməkdən qorunub, zina, riba və valdeyn üzünə ağ olmamaq, cəbhə bölgəsindən qaçmamaq və sair. ”(Əl Mizan.c. 6. səh. 221 )
protesthv
İnsan hüquqları: formalaşma və inkişaf tarixi
Posted: December 21, 2012 in Ümumi, Hüquq Nəzəriyyəsi, Maraqlı Məlumatlar
İnsan hüquqları… Yəqin ki, bu söz birləşməsi zəmanəmizin ən aktual və sıx rast gəlinənlərindən biridir. Bu məqalədə mən sizə insan hüquqlarının nəsilləri, onların müasir normativ əsasları, təmin olunma və müdafiə olunma səviyyəsi barədə danışacağam.
Mövzuya ən əsasından, təməldən başlayaq. İnsan hüquqları necə və nə zaman yaranıblar?
Bütün insan hüquqları üç “nəsilə” bölünür. Birinci nəsilə mülki (şəxsi) və siyasi hüquqlar aiddirlər. Onların sırasında biz azadlıq hüququ, vicdan və söz azadlığı, sübutsuz həbsdən və tutuqlanmaqdan azad olunma hüququ və bir sıra digər hüquqları sadalaya bilərik. Bu hüquqlar şəxsin azadlığı, dövlətin ayrı-ayrı insanların şəxsi həyat sahəsinə qarışmamazlığı, həmçinin hər kəsin ölkənin siyasi həyatında iştirak etmə hüquq və azadlıqlarının təmin olunması ideyaları ifadə edilir.
İkinci nəsilə iqtisadi, sosial və mədəni hüquqlar aiddirlər. XX əsrin birinci rübü və ortaları arasındakı dövrdə müxtəlif ölkələrin konstitusiyalarında bir sıra sosial-iqtisadı və sosial-mədəni hüquqların daxil edilməsi müşahidə edilir. Bu hüquqlara əmək hüququ, təhsil hüququ, elm və mədəniyyət nailiyyətlərindən azad şəkildə istifadə etmək və digər hüquqlar aiddirlər. Artıq 1919-cu ildə Veymar konstitusiyası əmək hüququ, qocalıq və xəstəliyə görə müavinət almaq hüququnu nəzərdə tuturdu. Beləliklə, insan hüquqlarının ikinci nəslinin əsası qoyuldu. Birinci və ikinci nəsil hüquqların əsas fərqi dövlətin onların həyata keçirilməsində iştirak dərəcəsində ifadə olunur. Birinci nəsil hüquqlar mənfi hüquqlar adlandırılır, çünkü vətəndaşların onları həyata keşirmə zamanı dövlətin maksimal dərəcədə bu prosesə qarışmamazlığı qeyd edilir. Amma ikinci nəsil hüquqları barədə tam əksini demək olar. Bu hüquqlar müsbət xarakter daşıyırlar. Yəni şəxsin öz sosial-iqtisadi və mədəni hüquqlarından istifadə etməsi üçün dövlətin aktiv iştirakı, onun əlverişli şəraitlər yaratması tələb olunur.
Üçüncü nəsil hüquqlara kollektiv hüquqları aid edirlər. Şəxs bu hüquqlarla öz xüsusi statusuna görə yox, cəmiyyətin bir üzvü olduğu üçün təmin olunur. Bu hüquqlar sırasında təhlükəsiz ətraf mühitdə yaşamaq hüququ, sülh hüququ, xalqən öz müqəddəratını təyin etmək hüququ kimi hüquqları sadalamaq olar.
Son zamanlar dördüncü nəsil hüquqların var olmasını qeyd edirlər. Belə hüquqların yaranmasını elmi-texniki tərəqqi, genetik mühəndisliyin inkişafı və digər amillərlə əlaqələndirirlər.
Müasir dövrdə insan hüquqları universal, ümumdünya səviyyəsində qeyd olunub və təmin edilirlər. Bunun sübutu olaraq insan hüquqları məsələsinə toxunan bir sıra beynəlxalq aktların qəbul olunmasını qeyd etmək olar. Onlar içərisində ən vacibi BMT Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul olunmuş və elan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamədir. Bəyannamənin Preambulasında qeyd olunur ki, BMT BA İnsan hüquqları haqqında Ümumi Bəyannamə bütün xalqlar və bütün dövlətlərin yerinə yetirməyə can atmalı olduqları vazifə kimi bəyan edir. Bu Bəyyanamə hər kəsin ləyaqət və hüquqlarında azad olduqlarını (maddə 1); diskriminasiyanın heç bir formada yolverilməməzliyini (maddə 2); quldarlığın və qul ticarətinin qadağan edildiyini (maddə 4); şəxsin işgəncəyə, qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya qarşı çıxdığını (maddə 5); hər bir insanın mülki (şəxsi), siyasi, sosial, iqtisadi, mədəni, həmçinin kollektiv hüquqlarla təmin olunduğunu bəyan edir. Eyni zamanda Bəyannamə hər bir insanın cəmiyyət qarşısında daşıdığı bəzi öhdəliklər barədə də danışır. Bəyannamə həmçinin qeyd edir ki, şəxsin öz hüquq və azadlıqlarını həyata keçirilməsi BMT məqsəd və prinsiplərinə zidd olmamalıdır (maddə 29, 3-cü hissə).
İnsan hüquqları institunun inkişaf etməsində bir sonrakı addım BMT BA tərəfindən 16 dekabr 1966-cı ildə iki paktın qəbul olunması oldu: Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt. Bu paktların mətnlərində İnsan hüquqları haqqında ümumi Bəyannamənin müddəaları daha da detallaşdırılır və dəqiqləşdirilir, İnsan Hüquqlar Komitəsi təşkil edilir, onun funksiyaları sadalanır, həmçinin insanların hüquq və azadlıqlarını daha effektiv şəkildə təmin olunma və müdafiəsinə yönəlmiş bir sıra digər mütərəqqi müddəalar əks olunub.
İnsan hüquqları sahəsində universal aktlarla yanaşı, həmçinin bəzi regional aktlar da qəbul olunub. Misal olaraq 4 noyabr 1950-ci ildə qəbul olunmuş “İnsan hüquqlarını və əsas azadlıqıarının müdafiəsi haqqında” Avropa Konvensiyasının adını çəkmək olar.
Bütün sadalanmış aktlar insan hüquqları institunun həm beynəlxalq, həm də ayrı-ayrı dövlətlər səviyyəsində formalaşması və inkişaf etməsində böyük rol oynayırlar. Bu sənədlər dünyanın bir çox ölkələri tərəfindən qəbul olunub və təsdiq ediliblər, onların əsas müddəaları bu ölkələrin konstitusiya və digər qanunlarının bir sıra maddələrində öz əksini tapıblar. İnsanın hüquq və azadlıqıarını təmin etmək və müdafiə etmək müstıqil demokratik cəmiyyət qurmağa can atan bütün dövlətlər üşün ən əsas məqsəddir.
Müəllif: A. Çinarə
Qanunsuz tikililər
Tikili – dörd tərəfi metal, taxta və s. materialarla əhatə olan məkan anlayışıdır.
Məqalə bu anlayışı təkcə hüquqi aspekten baxmağa yönəlsədə, “tikili” tək hüquqi anlayış deyil. “Tikili ”ümumi anlayışdır və bunu nəzərə alsaq onu bir necə yöndən öyrənmək lazımdır.Əvvəlcə bu anlayışın tarixinə nəzər salaq.
İlk insan həyata tutunmaq üçün od, qidayla yanaşı müxtəlif tikililərdən də istifadə edirdi.Yalnız bu tikililər primitiv xarakter daşıyır və indidən fərqli olaraq təbiətdən (yarpaq, ağac, daş və s.) istifadə olunurdu. Zaman keçdikcə onlar bu materialların bir-birindən fərqləndiyini hiss etməyə başlamış, nə qədər möhkəm materiala sahib olsalar,o qədər təhlükəsiz şəraitdə yaşadıqlarını gormüş, və beləliklə zaman keçdikcə primitive tikililər formalaşmış, indiki dövründəki formaya sahib olmuşlar.
Əgər “mənimsəmə ” hissi insanın həyata tutunmağına köməklik göstərmişsədə, bu duyğu insanları zaman keçdikcə tərk etməmiş və bu ilimizə qədər gəlib cixmiş, bizləridə özü ilə birlikdə gətirmişdir. Amma bu duyğunun bütün hisslər kimi müsbət və mənfi tərəfləri mövcuddur.Məqaləmin əsasını təşkil edən anlayışın formalaşmasında mənfi tərəf çoxluq təşkil edir. Belə ki, bu hiss çoxaldıqca insanlar özlərinə aid olanından daha çoxunu istəmiş, buda ”qanunsuz tikili” anlayışına yol açmışdır.
Tikililər iki növə ayrılır:
❶Qanun çərçivəsindəki tikililər;
❷Qanunsuz tikililər.
Azerbaycan Respublikasının 12 noyabr 1995-ci ildə referendum vasitəsi ilə qəbul olumuş, 24 avqust 2002 və 18 mart 2009-cu ildə əlavə və dəyişikliklər edilmiş əsas qanunu sayılan – Konstitusiyasının 29.1 maddəsində (“Mülkiyyət huququ”) deyilir: “Hər kəsin mülkiyyət hüququ vardır.”,və müvafiq olaraq 43.1 və 43.2 maddələrində (“Mənzil hüququ”) deyilir: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.” Yuxarıda göstərilənlər hər bir vətəndaşın hüququdur. Lakin yaddan çıxarmaq lazım deyil ki, “Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.”(AR Konstitusiyasi maddə 24.2).
Yaşadığımız binanın istər pəncərəsindən, istər qapısıdan başımızı çıxarsaq və diqqətlə baxsaq bu növ tikililərin elə də az olmadığını görərik. Azərbaycan Respublikasının 1 sentyabr 2000 –ci ildə qüvvəyə minmiş Mülki Məcəlləsində 180 maddəsi “ Özbaşına tikinti və onun nəticələri”nə həsr olunmuşdur.
Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qanunda bu tikililərin mülkiyyət hüqunu çərçivəsinə alına bilməsi də nəzərə alınmışdır.Belə ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Amma əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.Bu isə Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən 24 –cü maddəsinin sübutu ola bilər.
Azərbaycanda da bu tikililərin sayı az deyil. Bunu nəzərə alan Bakı şəhəri İcra hakimiyyəti qanunsuz tikililərin leqallaşdırılması haqqında qanun layihəsi hazırlayıb.Hal- hazırda qanun layihəsi nəzərdən keçirilir. Beləliklə, yenidən qeyd etmək yerinə düşər ki, Azərbaycan Dövlətin ali məqsədi İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir.Bunun üçün bir sıra addımlar atılıb və atılmaqdadır.
Müəllif: Məmmədova Gülnar
Ölüm cəzası: lehinə yoxsa əlehinə?
Posted: December 21, 2012 in Ümumi, Cinayət Hüququ, Hüquq Nəzəriyyəsi, Maraqlı Məlumatlar
Hələ ən qədim zamanlardan ölüm cəzası ən geniş yayılmış və tez-tez tətbiq edilən cəzalardan biri idi. O həmçinin ətrafdakı digər insanlar üçün xəbərdarlıq üsulu kimi istifadə edilirdi və məhz buna görə açıq şəkildə yerinə yetirilrdi. Bu məqalədə mən bu sualla bağlı öz nöqteyi-nəzərimi bildirəcəm və bu cür cəzanın nə qədər ədalətli və məqbul hesab etdiyim barədə danışacağam.
Tarixə nəzər salsaq ölüm cəzasının XX əsrin 40-cı illərinə qədər əsas cəza növü olaraq qaldığını və digər növ cəzalardan daha sıx tədbiq edildiyini görərik. Amma İkinci Dünya Müharibəsindən sonra vəziyyətin getdikcə dəyişdiyini görürük. Sırayla bir çox ölkələrdə ölüm cəzası ya ləğv edilir, ya da ömürlük həbs və ya uzun müddətli azadlıqdan məhrum edilmə ilə əvəz olunurdu. Sadalanmış hadisələrin ən əsas səbəbi 10 dekabr 1948-ci il tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamənin və 16 dekabr 1966-cı il tarixli iki Beynəlxalq Paktların: mülki və siyasi hüquqlar haqqında və iqtisadi, sosial və mədəni hüquqlar haqqında qəbul edilməsi oldu.
Lakin o vaxtlardan və bu günlərədək bu sual ətrafında müxtəlif alimlər arasında bir şox diskussiyalar gedir. Ölüm cəzası ləğv edilməlidir yoxsa onun qüvvədə qalması daha məqsədəuyğundur? Şəxsən mən bu suala birmənalı cavab verməkdə zorlanıram. Bir tərəfdən ölüm cəzası mənə görə ən qəddar və qeyri-insani bir cəzadır. Belə baxsaq, bu da adam ödürmədi, lakin qanuni şəkildə. Bundan başqa məhkəmə tərcübəsi xeyli elə hallar bilir ki, insan ölüm cəzasına məhkum edilib və bu cəza yerinə yetirilib, amma sonra məlum olub ki, bu insan bu əməldə günahkar deyildi. Lakin olan olub, keçen keçib.
Amma elə hallar olur ki, insanı onun həyatdan məhrum edərək cəzalandırmaq yetərincə haqlı hesab oluna bilər. Məsələn, ardıcıl olaraq bir sıra qətllər törədən şəxslər və digər belə kategoriya cinayətkarlar barəsində bu cür cəza yeganə mümkün və ədalətlidir. Əks halda öz həyatın, yaxınlarının təhlükəsizliyi barədə heç narahat olmadan belə cinayətkarlarla eyni cəmiyyətdə yaşamaq necə mümkündü?
Ölüm cəzasının bütün müsbət və mənfi tərəflərini təhlil etdikdən sonra mən yenə də onun ləğv edilməsinin tərəfdarıyam, çünkü söhbət insan həyatları barədə gedir. Və bu həyatlar bir an içində məhəkəmənin tək bir qərarı ilə kəsilə bilər və bu qərarlar hər zaman haqlı olmaya da bilərlər.
Müasir dövrdə ölüm cəzası 130-dan çox ölkədə ləğv edilib. Azərbaycan Respublikasında ölüm cəzası 10 fevral 1998-ci ildə ləğv edilib. Ölüm cəzasının ləğv edilmədiyi ölkələrdə onun tədbiqi qəti şəkildə məhdudlaşdırılır və ömürlük həbs cəzası ilə əvəz olunur. Həm ölüm cəzası tədbiq edildikdə belə onun ən ağrısız yolla – ölümcül inyeksiya yolu ilə yerinə yetirilir.
Tədricən bütün dövlətlər bu növ cəzadan imtina etmə yoluna düşürlər. Və bu tendensiya kifayət qədər doğru və ağlabatandır.
Müəllif: Abdullayeva Çinarə
Vəsiyyət etmək azadlığı
Posted: December 21, 2012 in Ümumi, Hüquq Nəzəriyyəsi, Mülki Hüquq, Müraciətləriniz
“Bütün vəsiyyətimi arvadıma bir şərtlə edirəm: o yenidən ailə həyatı
qursun. Mən əmin olmaq istəyirəm ki,ən azı bir kişi mənim ölümümə ağlayacaq” Genrix Geyne
Vərəsəlik hüququ qədim institutlardan biridir.Mülkiyyət hüququnun yaranması cəmiyyət qarşısında bir sıra suallar qoydu- mülkiyyətçinin ölümündən sonra əmlakı kimə qalacaq, o əmlak kimə məxsusdur və s. Bundan əlavə, nikah və ailə münasibətlərinin inkişafı da bu məsələlərin həll olunmasına ehtiyac duyur.Vərəsəlik institutunun çox uzun və mürəkkəb tarixi vardır.Cəmiyyət seçim qarşısında qalmışdır:bir tərəfdən,mülkiyyəti ilə istədiyi kimi rəftar etmə azadlığı,digər tərəfdən, vəsiyyətçinin yaxın qohumlarının cəmiyyət tərəfindən qayğısı,məsəl üçün,özlərini təmin edə bilməyib, kiminsə himayəsi altında yaşayanları.İndiyə qədər dünyanın bütün hüquqi sistemləri iki fundamental prinsip birləşmələrinə əsaslanırlar: vəsiyyət etmək azadlığı və ailənin maraqlarının qorunması.
Vəsiyyət etmək azadlığı nədən ibarətdir?Vəsiyyət etmək azadlığı ilk öncə vətəndaş ölüm vəziyyətində olarkən mülkiyyəti ilə nə edəcəyinə qərar vermə hüququndan ibarətdir,yəni o vəsiyyət qoya da bilər, qoymaya da.Bu prinsipə əsasən vətəndaş hər bir insana vəsiyyət qoya bilər,hər hansı bir şəkildə payı müəyyən edə bilər, miras edən qanun üzrə varislərdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir,vəsayyitə qanunda müəyyən olunmuş başqa müddəaları əlavə edə bilər.Vəsiyyət etmək azadlığının bir məhdudiyyəti var – məcburi pay.Bu miras qoyanın ən yaxın qohumlarının,səhhətində problemləri olanların və himayəndəsində yaşlı biri olanlara kömək üçün tərtib edilmişdir.Vəsiyyət etmək azadlığı miras qoyanın istədiyi əmlakını vəsiyyət etmək azadlığından ibarətdir.Burda söhbət ancaq həmin anda vəsiyyətçiyə məxsus olan mülkdən yox,həm də gələcəkdə əldə oluna biləcək mülkdən gedir.Bu halda vəsiyyət anlayışı belə ola bilər:”Bütün əmlakımı nədən ibarət olursa olsun,harda olursa olsun,vəsiyyət edirəm…”.Vəsiyyətnamədə vəsiyyətçiyə məxsus olan mülkün yalnız bir hissəsidə miras qoyula bilər.Bu halda mirasın qalan hissəsi vəsiyyət olunmamış elan olunur və qanun üzrə miras edilir.Vəsiyyətlərin sayı bir neçə dənə ola bilər.Vəsiyyətçi bir vəsiyyət üzrə bütün mülkiyyətini miras qoya bilər və ya bir neçə vəsiyyət üzrə konkret mirası göstərməklə vəsiyyət edə bilər.
Vəsiyyətçi kiməsə vəsiyyətnamənin məzmununu,ləğvi və ya dəyişdirilməsi haqqda məlumat verməyə borclu deyil.Vəsiyyət etmək azadlığı ilk öncə varisləri müəyyən etməyə yönəlir. Bu vəsiyyətçinin ailə üzvləri, qohumları və digər şəxslər və müəssisələr,və ya hər hansı bir dövlət, Azərbaycan Respublikası,o cümlədən, bələdiyyələr, beynəlxalq təşkilatlar və s. ola bilər.
İkincisi, vəsiyyətçi istədiyi bir şəkildə varislərin payını müəyyən edə bilər.O,bütün mirasının və ya hissəsini birinə və ya bütün varislərə eyni payda vəsiyyət edə bilər,hər birinin payını müəyyən edə bilər,həmçinin mirası bir neçə nəfərə vəsiyyət edib paylarını göstərməyə bilər.
Üçüncüsü,vəsiyyətçi qanun üzrə varisləri mirasından məhrum edə bilər. Vərəsəlik hüququndan məhrum olunan şəxslər heç bir halda varisliyə cəlb oluna bilməz.Başqa bir hal-vəsiyyətnamədə qeyd olunmayan varis.O bir halda vərəsəliyə cəlb oluna bilər ki, digər varislər mirasdan imtina etsələr və ya ləyaqətsiz varis kimi tanınsalar.
Dördüncüsü,vəsiyyətçi öz vəsiyyətnaməsində varisləri yenidən müəyyən edə bilər.Başqa sözlə,o,vərəsəliyə təyin olunmuş şəxs ölərsə və ya vərəsəlikdən imtina edərsə,onu dəyişib başqa varis təyin edə bilər.
Ölümdən sonra mülkiyyətçiyə öz əmlakının hüquqi taleyinin müəyyən etməyə imkan verən vərəsəlik azadlığı getdikcə daha da çox vəsiyyətçinin ailəsinin xeyrinə məhdudlaşdırılır. Şəxsin ölümüylə onun əmlakının taleyi və, ümümiyyətlə, onun hüquqi münasibətləri (borclar, tələblər və s.) barədə bir sıra suallar yaranır. Müasir anlayışlara əsasən mərhumun ölümündən sonra onun əmlakı tərkib hissələrə bölünməyib, öz əvvəlki birliyini qoruyub, artıq məlum olan şəxslərə, yəni mirasçılara keçir. Məhz onlar mərhumun bütün hüquq munasibətlərinə daxil olub, onun əmlakının sahibi olur, kreditor və öhdəliklərində borclu qismində çıxış edirlər. Əmlakın bu şəkildə, yəni hüquq münasibətlərinin bütün məcmusunun arası kəsilməyən keçidini, biz vərəsəlik adlandırırıq.
Müəllif: Məmmədova Aygün
Hüquq və mənəviyyat
Posted: December 21, 2012 in Ümumi, Hüquq Nəzəriyyəsi, Maraqlı Məlumatlar
Hər hansı bir şəkildə davranarkən bir deyirik ki, “Mənim hüququm var…” və ya “Bu mənim hüququmdur” və s. Lakin tez-tezmi biz bu hərəkətlərin mənəvi tərəfi barədə düşünürük? Və, ümumiyyətlə, onun haqqında düşünmək lazımdırmı?
Hüquq və mənəviyyat…Hansını seçməli? Bu iki anlayışdan hansı biri digəri üzərində üstünlüyə malikdir? Amma hər şey sırayla. Əvvəlcə hər bir sözün mənasını dərk eləməkdən başlayaq.
Hüququn bir neçə mənası var, lakin bu kontekstdə o hər bir insana məxsus olan subyektiv hüquq kimi başa düşülür. Yəni şəxs müəyyən bir vəziyyətdə öz qənaəti nəticəsində davranır: o, hər hansı bir hərəkəti edə bilər yaxud da onları yerinə yetirməkdən imtina edə bilər.
Mənəviyyatı qısaca ətrafdakıların şəxsin etdikləri hərəkətlərə münasibəti kimi təsvir edə bilərik. Bu halda şəxs hər hansı bir şəkildə davranarkən cəmiyyət tərəfindən veriləcək reaksiya, qiymət barəsində düşünür, və o, bütün cəmiyyət tərəfindən ümumi qəbul olunmuş qaydalar və normaları rəhbər tutur. Mənəvi başlanğıclar, əsasən, dini yazılarda öz əksini tapmışdılar (məsələn, “öldürmə”, “oöurlama” və s.).
Çox vaxt hüquq və mənəviyyat üst-üstə düşürlər. Və əksər hallarda qanunsuz davranış həmçinin mənəviyyat normalarına da zidd olur. Yəni şəxs qanunu pozduqda bütün cəmiyyətə qarşı çıxır, ictimai əsayişi pozur, cəmiyyətin bütün üzvlərini təhlükəyə salır.
Amma elə məqamlar da olur ki, hər hansı bir hərəkət mənəviyyat qanunlarına zidd olduğu halda belə qanunsuz hesab edilmir. Hər kəsin rastlaşa biləcəyi və böyük bir ehtimalla rastlaşdığı sadə bir misal gətirəcəm: bir qayda olaraq, ictimai nəqliyyatda qocalara, qadınlara və uşaqlara yer verirlər. Lakin hərdən belə hal baş vermir. Bu vəziyyətdə şəxs seçim qarşısında qalır: hüquq yoxsa mənəviyyat? Hüquq deyir ki, öz yerini kiməsə vermək ya da verməmək şəxsin hüququdur, yəni bu məsələnin həlli onun öhdəliyinə buraxılır. Lakin mənəviyyat bu vəziyyətdə şəxsi öz yerini yuxarıda sadalanmış insanlara verməyə məcbur edir. Nəticə olaraq biz görürük ki, insan öz yerini digərinə vermədikdə, qanunu pozmasa da mənəviyyat normalarını pozmuş olur.
Sonda qeyd edək ki, hər bir insan öz davranışının əsası olaraq hüququ ya da mənəviyyəti seçməkdə azaddır. Amma bu o demək deyil ki, bu seçim bütün hallara aiddir. Dövlət qəbul etdiyi qanunlarla şəxsə bəzi hərəkətləri etməyi qadağan edir və bu normalara riayət etməməyə görə müəyyən cəzaları nəzərdə tutur. Çünkü dövlət ayrılıqda şəxsin, bütün cəmiyyətin və, təbii ki, bütün dövlətin maraqlarını qoruma altına alır. Beləliklə, o, hər bir kəsdə qorunma, təhlükəsizlik hissini yaradır. Sözsüz, ən ideal variant hüquq və mənəviyyətin birləşməsi hesab edilir, lakin bu hər zaman mümkün olmur. Lakin buna doğru getmək lazımdır.
Müəllif: Abdullayeva Çinarə
Hüquqa giriş
Posted: December 21, 2012 in Hüquq Nəzəriyyəsi
Hüquq kifayət qədər geniş və mürəkkəb sahədir, onu anlamaq, müxtəlif sahələrini öyrənmək üçün ilk növbədə ümumi hüquq nəzəriyyəsi ilə tanış olmaq lazımdır, çünkü məhz onun əsas termin və anlayışları ilə biz gələcəkdə tez-tez rastlaşacağıq.
Ümimi hüquq nəzəriyyəsində hüquq və dövlət paralel şəkildə öyrənilir. Təsadüf deyil ki, adətən bu kurs “Dövlət və hüquq nəzəriyyəsi” adlandırılır. Tarix boyu hüquq və dövlət bir-biri ilə sıx əlaqədə inkişaf edirdilər. Məhz hüquqi və demokratik dövlətdə müxtəlif hüquq sahələri daha geniş şəkildə inkişaf edirlər, və həmçinin, insan və vətəndaşın əsas hüquq və azadlıqları hərtərəfli qəbul olunur, təmin edilir və qorunur. Elə buna görə də, biz hesab edirik ki, blogumuzda dövləti hüquqla yanaşı öyrənmək daha məqsədəuyğun olardı.
Dövlətin inkişafıyla, elmi-texniki tərrəqinin mükəmməlləşməsiylə, hüquqla idarə olunması tələb edən yeni sahələr və münasibətlər yaranır.
Hüquq ibtidai icma dövründən bizim günlərədək uzun bir inkişaf yolu keçib. Öz inkişafının hər mərhələsindən hüquq və onun strukturu daha da mürəkkəbləşir, tətbiq sahəsi genişlənir.
Hüquq, onun müasir anlayışında, Yeni dövrdə yaranıb. Məhz bu zaman ilk məcəlləşdirilmiş aktlar qəbul olunub. Onlara 1804-cü ildə dərc edilmiş Napoleon Bonapartın “Mülki Məcəlləsi”ni və 1896-cı ildə dərc olunmuş “Almaniya Mülki Məcəlləsi”ni aid etmək olar.
Müasir dovrdə belə aktlar bütün sahələrdə və bütün ölkələrdə qəbul olunublar.
Hüquq hər yerdə və hər şeydədir və bu prosses – hüququn yeni sahələrə daxil edilmə prossesi – dayanmır, əksinə, o daha da sürətlənir və mükəmməlləşir.
Comments are closed, but trackbacks and pingbacks are open.