Press "Enter" to skip to content

Eyx Sənan

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə “haqq verilmir, alınır” ideyasına gəlib çıxmışdır. Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri – “insan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilmiş və işğalçı müharibələrə lənət yağdırılmışdır.1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıdır. Ötən əsrin 20-30-cu illərində Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə və tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.Böyük sənətkarın yaradıcılıq irsinə və şəxsiyyətinə hər zaman diqqət olmuşdur. Ümummilli Lider Heydər Əliyevin “Hüseyn Cavidin 120 illik yubileyi haqqında” imzaladığı Sərəncamdan bir gün sonra 2002-ci il 24 oktyabrda, yəni Hüseyn Cavidin 120 illik yubileyi günündə şairin Ev Muzeyi açıldı. Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Azərbaycan Prezidentinin Sərəncamına əsasən, böyük sənətkarın əsərləri latın qrafikasında çap olunub. Hüseyn Cavidin 130 və 135 illik yubileylərinin keçirilməsi haqqında dövlət başçısı sərəncamlar imzalamışdır.Görülən işlərin davamı olaraq, Cənab Prezident 24 sentyabr 2022-ci il tarixində Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu sənəd Cavid yaradıcılığına ayrılan daha bir diqqətdir.

Şeyx Sənan

Hüseyn Cavid (tam adı: Hüseyn Abdulla oğlu Rasizadə; d. 24 oktyabr 1882, Naxçıvan – ö. 5 dekabr 1941, Şevçenko kəndi, Tayşet rayonu, İrkutsk vilayəti) — Azərbaycan şairi, yazıçı və dramaturq.
Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani aıləsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.

Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə “haq verilmir, alınır” ideyasına gəlib çıxmışdır.

Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri – “insan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.

Hüseyn Cavid ailəsi ilə birlikdə (1936)
20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.

Cənubi Azərbaycandakı azərbaycanlıların “şahənşahlıq” üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü (“Telli saz” dramı, 1930; “Kor Neyzən” poeması, 1930).

Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.
Hüseyn Cavid. Əsərləri. Beş cilddə. IV cild. Bakı, “Lider nəşriyyat”, 2005, 256 səh.
Hüseyn Cavid. Əsərləri. Beş cilddə. V cild. Bakı, “Lider nəşriyyat”, 2005, 288 səh.
Hüseyn Cavid. Ana. (dram)

Hüseyn Cavid. Maral (faciə)
Hüseyn Cavid. Səyavuş (faciə)
Hüseyn Cavid. Şeyx Sənan (faciə)
Hüseyn Cavid. İblis (faciə)
Hüseyn Cavid. Azər (poema)
Hüseyn Cavid. Qız məktəbində (şeir)
Hüseyn Cavid. Çoban türküsü (şeir)

Şeyx Sənan

Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!

Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .

Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * “Özün götür” xidməti ilə

Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə

ISBN: 9789952383256

Sәnan bir sufi şeyxidir. O, dövrünün böyük şəxsiyyətdir.
Sayılır, seçilir, müəyyən bir kütləyə rəhbərlik edir. Şeyx
Sənan bir gün Kəbəyə yola düşür. Məqsədi islamı ayaqda
saxlamaqdır. Şeyx adından çox qorxur. Bütün şər işlərin
mənbəyini onda görür. Lakin bir gün hər şey dəyişir. Şeyx
Sənan Xumar adlı bir qıza aşiq olur. Həm də xristian bir
qıza. Zamanına görə islam şeyxinin xristian qızına aşiq
olması heç də ürəkaçan hal deyildi. Lakin güclü sevgi Şeyx
Sənanı boynundan xaç asmağa qədər aparır. Daha sonra
islamın müqəddəs kitabını yandırmaq imtahanı ilə üz-üzə
qalır.

Məhsulun kodu: 9789952383256
Nəşriyyat: Qanun Nəşriyyatı
Cild: Yumşaq
Müəllif: Hüseyn Cavid
Səhifə sayı: 184
dil: Azərbaycan
Seriya: Mini Klassika

şərhlər 1

Hüseyn Cavidin bütün əsərlərini sevərək oxumuşam.Şeyx Sənan isə tamamilə başqa əsərdir.Oxuduğum bütün əsərlərdən fərqlənir.Hadisələr elə axıcı cərəyan edir ki heyrətlənnəmək əlimdə deyildi.Sevərək,çox içdən oxudum.Hər kəsə tövsiyyə edirəm.

Hüseyn Cavid -140 TƏHLİL

Fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən Hüseyn Cavid yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazıb. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm edib. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirib. Azərbaycan xalqının XX əsrdə yetirdiyi ən böyük şəxsiyyətlərdən olan filosof-şair və istedadlı dramaturq Hüseyn Cavid ictimai fikir tarixində böyük rol oynamışdır. Hələ sağlığında öz orijinal sənət yolu ilə milli ədəbi-ictimai fikrin diqqətini yaradıcılığına cəlb etmiş Hüseyn Cavid irsi günahsız yerə repressiya olunduqdan sonra, bir müddət yasaq edilsə də, əsl vətənpərvər ziyalıların xatirindən bir an da çıxmamış, yeri gəldikcə, şifahi şəkildə olsa da, təbliğ edilmişdir. Bütün böyük klassiklər kimi, Hüseyn Cavid də zamanın sınağından alnıaçıq çıxaraq, layiq olduğu bəraəti almışdır.

“TARİX HƏR ŞEYİ ÖZ YERİNƏ QOYDU”

Xalqımızın bir çox klassik sənətkarı kimi, Hüseyn Cavid irsinin və sənətkar şəxsiyyətinin əsl qiymətini sözün-sənətin böyük bilicisi və hamisi Azərbaycan xalqının böyük Oğlu, Ümummilli Lider Heydər Əliyev vermiş, onun istər cismən, istərsə də mənən vətəninə və xalqına qaytarılmasında müstəsna rol oynamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin hələ 1982-ci ildə Uzaq Sibirdən vətəninə gətirilməsi və Naxçıvanda məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması milli ruhun dirçəlişi və azərbaycançılıq məfkurəsinin təntənəsi baxımından, müstəsna əhəmiyyətə malik misilsiz bir hadisədir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi”.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin cənazəsinin qalıqlarının Azərbaycana – şairin doğma yurdu Naxçıvana gətirilməsi Sovet məkanında yaşadığımız illərdə, həqiqətən də, böyük maraq doğurmuşdu. Milli mədəniyyətimizin hərtərəfli inkişafına, yüksəlişinə daim təkan verən Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan KP MK-nın Birinci Katibi vəzifəsində çalışarkən, 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etmiş, bu qərardan sonra – 1982-ci il oktyabrın 3-də Naxçıvana səfəri zamanı Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən tapılıb gətirilməsinə xeyir-dua vermişdir. 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul etmiş və bu qərarın icrası rusiyalı həmkarlarının köməyindən istifadə edərək şairin məşəqqətli ömür yolunu tədqiq edərək, Cavid haqqında uzaq Sibirdə saxlanılan sənədlərin əldə olunmasına nail olan Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova həvalə olunmuşdu.Cavidin cənazəsinin qalıqları onilliklərdən sonra uzaq və buzlu Sibirin əlçatmaz yerlərindən doğma yurdu Naxçıvana gətirildi.

AZƏRBAYCAN ƏDƏBİYYATINDA İLK MƏNZUM FACİƏ VƏ DRAMLARININ MÜƏLLİFİ

Böyük dramaturqun doğum günündə onun keçdiyi ömür yolunu bir daha vərəqləyirik. Böyük dramaturq Hüseyn Cavid 1882-ci ildə oktyabrın 24-də Naxçıvanda ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini isə M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş, Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub və yazı ədası forma yeniliyi baxımından, Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.

“İYİRMİNCİ ƏSRİN MƏDƏNİ VƏHŞİLƏRİ”

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə “haqq verilmir, alınır” ideyasına gəlib çıxmışdır. Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri – “insan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilmiş və işğalçı müharibələrə lənət yağdırılmışdır.1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıdır. Ötən əsrin 20-30-cu illərində Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə və tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.Böyük sənətkarın yaradıcılıq irsinə və şəxsiyyətinə hər zaman diqqət olmuşdur. Ümummilli Lider Heydər Əliyevin “Hüseyn Cavidin 120 illik yubileyi haqqında” imzaladığı Sərəncamdan bir gün sonra 2002-ci il 24 oktyabrda, yəni Hüseyn Cavidin 120 illik yubileyi günündə şairin Ev Muzeyi açıldı. Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Azərbaycan Prezidentinin Sərəncamına əsasən, böyük sənətkarın əsərləri latın qrafikasında çap olunub. Hüseyn Cavidin 130 və 135 illik yubileylərinin keçirilməsi haqqında dövlət başçısı sərəncamlar imzalamışdır.Görülən işlərin davamı olaraq, Cənab Prezident 24 sentyabr 2022-ci il tarixində Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu sənəd Cavid yaradıcılığına ayrılan daha bir diqqətdir.

BƏNİ ÖLDÜRSƏLƏR DƏ BƏN YAŞARIM

Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək, Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazmışdır. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır. Böyük dramaturq Hüseyn Cavid “Şeyx Sənan” faciəsində yaratdığı dramatik münaqişə vasitəsilə insanın həqiqət axtarışında olaraq, onun hisslərinin aliliyini yüksəltmək səyləri ilə ucala biləcəyinin mümkünlüyünü isbat etmişdir. Hüseyn Cavid də, məhz belə ali dəyərlərin axtarışında olaraq, əbdiliyini qazanmışdır. Əsərdə qəhrəmanı Sənanın dilindən deyilmiş aşağıdakı misralarda sanki dramaturqun həyatı nəzmə çəkilmişdir:

Bəni öldürsələr də bən yaşarım,

Tərk edib xəlqi xaliqə qoşarım.

Comments are closed, but trackbacks and pingbacks are open.