İblis/İlk pərdə
Getmə, pək doğru, getmə sən, Rəna!
İblis
Hüseyn Cavid 1918-ci ildə yaradıcılığı üçün çox əhəmiyyətli olan, onun şah əsərlərindən sayılan “İblis” mənzum faciəsini tamamlayıb. Hərb və insanlığın fəlakəti, savaş və humanizının müsibəti problemlərinə Şərq fəlsəfi düşüncə tərzi əsasında yanaşan dramaturqun növbəti səhnə əsəri ilk növbədə romantik faciədir. Cavid hərb aparan hansısa dövlətin siyasətini deyil, bütövlükdə müharibənin faciələrini, iblisliyin insanlığı məhvə sürükləməsini mürəkkəb dramatik kolliziyalarda, psixoloji və fəlsəfi təzadlarla oxuculara çatdırıb.Faciənin əsas ideya yükünü, dramaturq qayəsini əsərin sonunda İblisin dili ilə söylənilən bu misralar dərindən əks etdirir: “İblis nədir? – Cümlə xəyanətlərə bais… Ya hər kəsə xain olan insan nədir? – İblis. ”
First published January 1, 1924
Book details & editions
Loading interface.
Loading interface.
About the author
Hüseyn Cavid
20 books 25 followers
Hüseyn Cavid (tam adı: Hüseyn Abdulla oğlu Rasizadə; d. 24 oktyabr 1882, Naxçıvan – ö. 5 dekabr 1941, Şevçenko kəndi, Tayşet rayonu, İrkutsk vilayəti) — Azərbaycan şairi, yazıçı və dramaturq.
Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani aıləsındə dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.
Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur. Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.
Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə “haq verilmir, alınır” ideyasına gəlib çıxmışdır.
Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri – “insan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.
1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.
Hüseyn Cavid ailəsi ilə birlikdə (1936)
20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.
Cənubi Azərbaycandakı azərbaycanlıların “şahənşahlıq” üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü (“Telli saz” dramı, 1930; “Kor Neyzən” poeması, 1930).
Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).
Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur.
Hüseyn Cavid. Əsərləri. Beş cilddə. IV cild. Bakı, “Lider nəşriyyat”, 2005, 256 səh.
Hüseyn Cavid. Əsərləri. Beş cilddə. V cild. Bakı, “Lider nəşriyyat”, 2005, 288 səh.
Hüseyn Cavid. Ana. (dram)
Hüseyn Cavid. Maral (faciə)
Hüseyn Cavid. Səyavuş (faciə)
Hüseyn Cavid. Şeyx Sənan (faciə)
Hüseyn Cavid. İblis (faciə)
Hüseyn Cavid. Azər (poema)
Hüseyn Cavid. Qız məktəbində (şeir)
Hüseyn Cavid. Çoban türküsü (şeir)
Ratings & Reviews
What do you think?
Rate this book
Write a Review
Friends & Following
Community Reviews
170 ratings 13 reviews
Search review text
Displaying 1 – 13 of 13 reviews
525 reviews 162 followers
Sadəcə İblisin monoloqunu yazmaq istərdim:
İblisin monoloqu:
İblis. O böyük ad nə qədər calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət.
Hər qülbədə, kaşanədə, viranədə İblis!
Həp Kəbədə, bütxanədə, meyxanədə İblis!
Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,
Hər kəs bana aciz qul ikən, bəslər ədavət.
Lakin bəni təhqir edən, ey əbləhü miskin!
Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,
Daim ayaq altında sönüb məhv olacaqsın.
Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altın və qadın düşgünü divanə bəbəklər.
Bin hiylə quran tilki siyasilər, o hər an
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
Onlar duruyorkən bəni təhqirə nə hacət?!
Onlar, əvət onlar sizi çignətməyə kafi,
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi.
Bən tərk edərim sizləri əlan nəmə lazim!
Hiçdən gələrək, hiçliyə olmaqdayım azim.
İblis nədir?
– Cümlə xəyanətlərə bais.
Ya hər kəsə xain olan insan nədir?
– İblis.
272 reviews 426 followers
YouTube kitap kanalımdaki Azerbaycan edebiyatı videosunda bu muhteşem kitabı önerdim: youtu.be/FM7RoOXGSok
Azerbaycan edebiyatında savaşın vahşetini anlatan bir kitap buldum! İşte o kitap Hüseyn Cavid’in İblis adlı oyunu.
Bugüne kadar gerek gündelik hayatta gerekse de askerlikte savaş hakkında hep düşündüm. Yeri geldi Stefan Zweig okudum onunla Brezilya’ya kaçtım, yeri geldi Puşkin okudum Kafkasya’da cephede savaştım. Bazen Einstein oldum ve savaştan nefret ettim bazen de Tolstoy oldum ve savaş devam ederken bizzat halkımın insanlarını anlattım.
İşte sayın Hüseyn Cavid’in İblis kitabı da böyle. Arif adlı karakterde Dostoyevski’nin Ivan Karamazov ve Goethe’nin de Faust adlı karakterlerinin bir karışımını bulabiliyorsunuz. Hem Ivan’ın kendi içindeki şeytan ile olan mücadelesi var Arif’te hem de Faust’un iyilik ile kötülük arasındaki gelgitten kurtulamayan o çelişkili ruh hali. O yüzden Azerbaycan edebiyatı okumayan insanların gerçekten de çok şey kaçırdığını düşünüyorum.
Yeri gelmişken hayatımda en sevdiğim kitaplardan biri olan Gecenin Sonuna Yolculuk kitabında, bu kitabı tam olarak özetleyen bir alıntı mevcut:
“Savaşı ve içinde ne varsa hepsini reddediyorum. Ben savaş var diye üzülmüyorum. Ben kaderime razı olmuyorum. Ben bu konuda sızlanıp durmuyorum. Onu olduğu gibi reddediyorum, içindeki insanlarla birlikte, onlarla, onunla hiçbir alışverişim olsun istemiyorum. İsterlerse dokuz yüz doksan beş milyon kişi olsunlar ve ben tek başıma kalayım, yine de haksız olan onlar. “ [s. 84]
Arif de savaşı ve içinde ne varsa hepsini reddediyor aslında. Reddediyor reddetmesine fakat insanın içindeki savaş öylece durur mu hiç? Bence insanın içinde olup biten savaşlar, bugüne kadar tarihte gördüğümüz bütün savaşlardan daha çetin geçiyor. Çünkü her gün bir başkası oluyoruz, hatta her an başka bir duygu halimizle tanışıyoruz. Bu halde insanoğlu nasıl olur da kendi içindeki varoluş kurşunlarının seslerini susturabilir?
Karşımıza türlü insan çıkıp duruyor hayatımız boyunca. Kimisi bizi peşinden sürüklüyor bilinmezliğe doğru kimisi de bize hayal kırıklıkları adlı katalogun içinden bir şeyler seçmemizi öğütlüyor. Bazı dönemler geliyor, hiçbirini istemiyoruz hayatımızda. Sadece kendi benliğimizle ve kendi nefesimizle olmak istiyoruz. İşte aslında bu kitapta da Arif’in içinde bulunduğu toplumla uyuşmazlığını net olarak görebiliyoruz.
Kitaptaki en sevdiğim kısmı da söylemeden geçmeyelim. İblis’in en sondaki konuşmasından bir kesit yapmak istiyorum:
“Bin hiylə quran tilki siyasilər, o hər an
Məzhəb çiqaran, yol ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
Onlar duruyorkən bəni təhqirə nə hacət?!” [s. 104]
Gerçekten sırf bu dizeler için bile herkesin okuması gereken bir kitap bence. Hem bu alıntı tamamen Azerbaycan Türkçesi ile yazılmış olmasına rağmen eminim ki çoğu arkadaş büyük bir kısmını anlamıştır bu dizelerin. Edebiyat evrenseldir zaten, kitap okuyan insanlar nasıl anlamaz ki birbirinin derdinden?
Hem hile dolu siyaset ve çarpıtılmış bir din anlayışıyla insanları kandırıp kendi iktidarını güçlendiren o kadar çok insan var ki etrafımızda, bütün bunlar varken şeytanı nasıl eleştirebiliriz ki? Şeytan tarih boyunca görevini yaptı ve yapmaya da devam edecek. Esas sıkıntı onun peşinden giden insanlarda!
Bu tür yıkım ve savaş edebiyatı kitaplarını genel olarak çok seviyorum. Eğer siz de bu konularda kitap arayışı içerisindeyseniz şu kitap önerilerine mutlaka bir bakmanızı tavsiye ederim:
– Wolfgang Borchert, Kapıların Dışında
– Hasan İzzettin Dinamo, Savaş ve Açlar
– Louis Ferdinand Celine, Gecenin Sonuna Yolculuk
Azerbaycan edebiyatının değerli yazarlarını ve kitaplarını okumaya hız kesmeden devam edeceğim. Bu incelemeyi paylaşarak bu kitabın daha çok okunmasını sağlayabilirsiniz. Takipte kalın!
İblis/İlk pərdə
Bağdad civarında ağaclıq, mənzərəli bir guşə. Bir tərəfdə dışarısı yeşilliklərlə mühat bir çardaq, içərisi həsirlə döşənmiş sadə bir qülbəcik. Qülbənin iki pəncərəsi, sağda, solda və qarşıda birər qapısı var. Taqçada bir taqım kitablar nəzərə çarpar. Ağustos, ikindi çağı. Pərdə açıldıqda Arif bir tərəfdə, taxta bir karyola üzərində əlinə təkyə edərək, uzanıb düşüncəyə dalmış, səhnə qaranlıq, ətrafda göy gurultusu, şimşək çaqışı, tranpete sədaları, top, tüfək, bomba patlayışları. Qarşıda, səhnənin nihayətində iki böyük göz (pəncərə) atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edər. Bir qaç zabit əldə durbin müharibə komandasilə məşğul. Gözlərin birində İblis, digərində Mələk görünür.Gurultudan sonra sükut.
İblis (məmnun qəhqəhələrlə)
Dəryalarə hökm etmədə tufan,
Səhraları sarsıtmada vulkan,
Sellər kibi aqmaqda qızıl qan,
Canlar yaqar, evlər yıqar insan.
Yarəb, bu nə dəhşət, nə fəlakət?
Yarəb, bu nə vəhşət, nə zəlalət?
Yoq kimsədə insafü mürüvvət,
İblisəmi uymuş bəşəriyyət?!
İblisin müstəhzi və sürəkli qəhqəhələrilə bərabər yenə göy gurultusu, top, mitralyoz sədaları başlar. Sonra sükut.
İblis (çılğın qəhqəhələrlə)
Toplar veriyor aləmə dəhşət,
Dəhşət. Qopiyor sanki qiyamət,
Yağmur kibi göydən yağar atəş.
Atəş. Qaralar, dalğalar atəş.
Yarəb, azacıq lütfü inayət!
Qəhr olmada artıq bəşəriyyət.
Başdan-başa həp yer yüzü vəhşət,
İblis ilə həmrəngi-siyasət.
Gözlər qapanır, səhnə aydınlaşır.
Arif (Uyqudan oyanır kibi alnını və gözlərini ovuşdurur. Yerindən qalqar, göyə doğru)
Dünyaları yoqdan yaratan, ey ulu tanrı!
Ey xaliqi-hikmət!
Duyduqca, düşündükcə olur qəlbimə tarı
Bin şübhəli illət.
Duyduqca, əvət, pərdəli hikmətləri hər an,
Bin dürlü həqiqət,
Bin dürlü müəmmalı həqiqət bana xəndan,
Həpsində də zülmət.
Bülbüllərin əlhanı, çiçəklərdəki əlvan
Ya şöleyi-əcram,
Olmaz şu bənim çıldıracaq könlümə əlan
Bir mənbəi-ilham.
Ey varlığı yoq, yoqluğu vardan daha dilbər!
Ruhum səni izlər.
Lütf et, o gözəl çöhrəni bir an bana göstər,
Könlüm səni özlər.
Uydum da peyəmbərlərə, qanunə, kitabə,
Duydum yenə qəsvət.
Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə,
Həp zəfə əlamət.
Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat,
Yoq rəhbəri-vicdan.
Sənsiz doğamaz qəlbimə, vicdanıma heyhat,
Bir şöleyi-irfan.
En gəl bana, yaxud bəni yüksəklərə qaldır,
Gəzdir qonağında.
Yerlərdə süründüm, yetişir, göylərə qaldır,
Dindir qucağında.
Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi
Cənnətdə mələklər?
Qaldır bəni, ta görməyim insandakı zülmi,
Baq, yer yüzü inlər.
Yarəb, bu cinayət, bu xəyanət, bu səfalət
Bulmazmı nihayət?
İnsanları xəlq etmədə var bəlkə də hikmət,
İblisə nə hacət?!
Yorğun və düşüncəli bir halda iskəmləyə oturur. Dərhal səhnənin işığı azalır. İblis sürəkli və istehzalı qəhqəhələrlə yerdən — alevlər içindən çıqar. Yaldızlı və əflatuni ridasının ətəkləri hərəkət etdikcə atəşrəng sima və əlbisəsi parlar, durur.
Arif! Bana baq, səndəmi evhamə qapıldın?
Biçarə çocuq, səndəmi İblisə taqıldın?
Dahilər, ululəzm nəbilər belə bəndən
Hiç vəchlə təxlisi-giriban edəməzkən
Daim bəni təhqir edərək əyləniyorsun.
Həp söyləniyor, söyləniyor, söyləniyorsun.
Bir gün gəlir, əlbəttə, şu izan ilə sən də
Bazicə olursun qoca İblisin əlində.
İblis, o böyük qüdrət, o atəşli müəmma
Bir gün səni də kəndinə eylər kölə. amma
Heyhat, olamaz dərdinə bir kimsədən imdad,
İmdadə qoşar, qoşsa fəqət ah ilə fəryad.
Ridasının ətəklərini Arifin yüzünə sürər, laübali qəhqəhələrlə çəkilib gedər. Səhnə aydınlaşır.
Arif (şaşqın, sinirli bir tevr ilə saçlarını qarışdırır, içəri girməkdə olan İxtiyara həyəcanlı və müztərib)
Gəl, gəl bana! Gəl, eylə bənim dərdimə çarə!
Oğlum, yenə dərdin nə imiş, söylə, nə çarə?
Arif (acı təbəssümlərlə)
Yar beynimi, aç qəlbimi! Eyvah, açamazsın,
Qaç bəndən uzaqlaş, xayır, əsla qaçamazsın.
Bən çılğınım artıq, bana yaqlaşma, kənar ol,
Gəl, qaçma, xayır, dərdimə lütf et də, dəva bul.
Oğlum, mədəni aləmi nifrətlə bıraqdın,
Gəldin şu cədəlsiz, bədəvi aləmə çıqdın.
İnsandakı haqsızlığı, zülmü unut artıq,
Qəlbindəki nifrətləri, vəhşətləri yaq, yıq.
Yüz, bin deyil İblisə uyan. həp bəşəriyyət
Etmiş bu gün ev yıqmağa, qan içməyə adət.
Arif! Unut, oğlum, unut artıq bəni, dinlə,
Sən kəndini məhv eyləyəcəksin bu gedişlə.
Arif (acı qəhqəhələrlə)
Mümkünmü unutmaq?! Dayanılmaz buna əsla,
Əsla dayanılmaz şu böyük vəhşətə. zira,
Yalnız deyil insanlara, vəhşilərə sorsan,
Onlar belə insandakı vəhşiliyə heyran.
(göyə doğru, sinirli və həyəcanlı)
Bilməm şu cinayət, şu xəyanət, şu fəlakət
Bitməzmi, ilahi! Bu qədər səbrə nə hacət?
Ver, bir buyuruq ver də cəhənnəmlər açılsın,
Coşsun, bütün atəşləri dünyaya saçılsın.
Yaqsın da, şu zalım bəşərin yurdunu yıqsın,
Həp yer üzü bir ah olaraq göylərə çıqsın.
Bu sırada dəhşətli göy gurultusu başlar. Gurultu ilə bərabər İblisin şiddətli qəhqəhələri eşidilir. İxtiyar məyus və düşüncəli bir halda qülbədən çıqar. Arif əli alnında olaraq gurultu və qəhqəhələri dinlər. Eyni zamanda səhnənin işığı azalır. İblis Arifin qarşısına keçi verir.
Arif (fəsini qoyaraq, şaşqın)
Kimsin, nəçisin? Söylə, nədir fikrü məramın?
Nerdən gəliyorsun, nə imiş şöhrətü namın?
İblis (məğrur qəhqəhələrlə)
Bən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim,
Həp xaliqə təsbih idi, təhlil idi virdim.
İlk öncə mələklər bəni təqdis ediyordu,
Adəm kibi bir sayğısız axır ləkə vurdu.
Alçalmadı, yüksəldi fəqət şöhrətü şanım,
Allah ilə bir zikr edilir namü nişanım.
Artıq yetişir, anladım, izahə nə hacət?
Qarşımdakı İblis imiş, eyvah, nə dəhşət!
Həp qəhr oluyorkən şu cihan xain əlinlə,
Bilməm nəyə gəldin, nəyə gəldin, bana söylə!
Baqdım, əziyor ruhunu həp qeydi-əsarət,
Gəldim edəyim ta səni hürriyyətə dəvət.
Baqdım, səni məhv etmədə bin dürlü xəyalət,
Gəldim verəyim qəlbinə bir nuri-həqiqət.
Uymam sana, hər mələnətin bəncə əyandır,
Dəf ol da, get, azğınları, sapqınları qandır.
Hürriyyətə əsla bəni sən irdirəməzsin,
Bir zülmət ikən nuri-həqiqət verəməzsin.
İblis (istehzalı qəhqəhələrlə)
Lakin bu xəta. Atəşi zülmət sanıyorsun,
Sən arif ikən, halbuki, pək aldanıyorsun.
Zülmət deyilim, iştə bənim hər sözüm atəş.
Atəş, özüm atəş, yüzüm atəş, gözüm atəş.
Bən nurə fəqət talibim, atəş nəmə lazim?!
Atəşsiz, inan, nur olamaz sabitü qaim.
Atəş, günəş atəş, bəşəriyyət bütün atəş,
Hər bir hərəkət, məbdəi-xilqət bütün atəş.
Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası
Həp atəşə tapdırmaq idi zümreyi-nası.
Yalnız bunu dərk etdi o əllameyi-məşhur,
Yalnız o böyük baş şu böyük kəşflə məğrur.
Məhv olsa da həp bənliyim uymam sana, dəf ol!
(qəhqəhə ilə çəkilir)
Haydı, çəkil, iştə açıq yol.
(Fəsini bir tərəfə atıb əsəbi hallar keçirir. Səhnə aydınlaşır)
Xavər (gəlir, həyəcan və təlaş ilə)
Söylə, Arif! Aman nə oldu yenə,
Yenə kimlər göründü gözlərinə?
Sorma, hiç sorma, nazənin Xavər,
Bəni məhv etdi iztirabü kədər.
(onu qolları arasına alır)
Sən, əvət, sən də olmasan, heyhat!
Bəni bir gün boğar şu qanlı həyat.
Ah, o gözlər bilirmisin nə diyor?
Ruhu cəzb ediyor,
Söylüyor əski xatiratı bana.
Sanki qarşımdadır gözəl Rəna.
Bana baq, səndə gizli bir söz var.
Onu hiç sorma, sevgilim!
Bu sırada İxtiyar ilə bərabər İbn Yəmin, Rəna, zənci çavuş və bir əskər, əlində ufaq bir çanta daxil olurlar.
İbn Yəmin (səmimi bir tevr ilə əlini İxtiyarın omuzuna qoyaraq)
Möhtərəm İxtiyar, nasıl keyfin?
Hiç qəmim yoq, var olsun İbn Yəmin!
İbn Yəmin (alnının tərini silər)
Pək sıcaq, həm də yol bu gün pək uzaq.
(əskərə)
Çabuq ol, haydı, qoş da atlara baq.
Əskər çantayı bir tərəfə bıraqıb çıqar.
Arif (diqqət və heyrətlə ətrafa)
Ah, o, Rəna, o nazənin afət!
Yenə bir şeymi oldu, Arif?
Söylə, Rənamı isminiz?
Rəna (Arifin əlini sıqar, heyrət və sevinclə)
İbn Yəmin (Arifi süzər, ətrafa)
Bizə bir əngəl olmasın şu hərif!
Bu gəliş, əfv edərsiniz, nerədən?
İbn Yəmin (məğrur və laübali)
Arif (acı təbəssümlə)
Bir fəzilətsə öldürüb-ölmək,
Canavar bizdən əşrəf olsa gərək.
İbn Yəmin (istehzalı qəhqəhə ilə)
İştə bir söz ki, büsbütün yanlış.
Yaşamaq istiyormusun, çarpış,
Hərbə qoş, həp vuruş, ya əz, ya əzil!
Onsuz irmək murada pək müşkül.
Arif (istehzalı və əzici bir təbəssümlə)
Doğru, pək doğru bir düşüncə. əvət,
İştə hər əskər, iştə hər millət
Bu gün olmaqda həp bu fikrə şərik,
Hiç çəkilməz fəqət bu sərsəmlik.
İxtiyar (onun qolundan tutaraq)
Arif, oğlum, bıraq münaqişəyi
Gəl, işim var səninlə.
Sağ tərəfdən çıqarlar.
İbn Yəmin (ətrafa)
Şu hərif feyləsofmu, ya dəlimi?
Sanki həp cəhldir bunun elmi.
Bəslənir hər könüldə bir duyğu,
Nə yaparsın, onun da məsləki bu.
Bu da məsləkmidir, nədir bilməm!
İştə bir kəcnəzər, zəki sərsəm!
Xavərin yüzündə naməmnun hallar.
Bəncə sərsəm deyil, o pək huşyar,
Neyləsin, hərbə qarşı nifrəti var.
Onu nerdən tanırsınız, əcaba?
Pək yaqın qomşumuzdu.
İbn Yəmin (ətrafa)
İştə bəla!
Əsli İstanbul əhlidir, lakin
Pək küçükkən zavallı dərbədərin
Evi yanmış da, nəsli məhv olmuş,
Bir küçük qardaşilə qurtulmuş.
Onu da ən sonunda biçarə
Qeyb edib, böylə qalmış avarə.
İbn Yəmin (saatına baqar, Rənayə)
Siz məhəbbət edin də biz çıqalım,
Əcaba, bir nə var,nə yoq baqalım.
(çavuşla bərabər bir tərəfə çəkilir)
Rəna (karyola üzərində gözünə ilişən iki kitabı göstərir)
Bu kitablar səninmidir, əcaba?
Əvət, Arif keçən yıl aldı bana.
(kitabların alt tərəfdə bulunan rəsmli yüzünü birər-birər çevirib göstərir)
Hoca Nəsrəddinin lətifələri.
Bu da “Bin bir gecə” hekayələri.
Rəna (açıb yapraqlarını çevirərək)
Bana lütfən bir az sərin su.
(dəstiyi alıb, sol qapıdan çıqar)
İbn Yəmin (dışarıda pəncərə önündə, çavuşa)
Pək düşündün, nə var?
Bəyim, hər şey,
Bir bəla iştə gördüyün Arif,
Çünki Rənayə pək yaqın şu hərif.
Daha müdhiş bəla bizim əskər,
Qorqarım, cümlə sirri faş eylər.
Bizi görmüş də çünki Rənanın
Babasın qətl edən zaman, xain!
Arif sağ tərəfdən daxil olur, onları dinlər.
İbn Yəmin (qafasını oynataraq istehzalı təbəssümlə)
Bir böyük ordu, bir yığın insan,
Bənim uğrumda oldu həp qurban.
Keyfə sərf eylədim də milyonlar,
Yenə devlətcə etibarım var.
Bən kimim, bir ərəb. nə zənn etdin?
Bir çocuqdanmı qorqar İbn Yəmin?
Arif (Rənaya yaqlaşır, vurğunca bir tevrlə)
Nə səadət, nə xoş təsadüf, inan,
Səni gördükdə bitdi tabü təvan.
Gecə röyalərimdə özlərkən
Bu gəliş böylə ansızın, bilsən,
Nə qədər zevqü nəşə verdi bana,
Haqlıdır hər könül tapınsa sana,
Burda qalsan, səninlə birləşsək,
Şubhə yoq, sisli taleyim güləcək.
Bir xəyal iştə, kim bilir, qismət!
Bir sözüm var, qüsura baqma fəqət,
Söylə, Rəna! Şu qanlı zabitlə
Nerəyə, hanki səmtə, bir söylə?
Şu yaqınlarda xəstələr varmış.
Saqın aldanma, pək böyük yanlış;
İnanıb getmə, ah, o pək xain,
Burda qal, getmə, həm də sorma niçin!
Bəlkə həp söylədiklərin gerçək,
Pək güc ama vəzifədən dönmək.
İşıq azalır, ağ saqallı, möhtəşəm simalı bir miralay xəyalı görünür. Rəna şaşqın və həyəcanlı.
Ah, babam, bir də anlı-şanlı babam!
İntiqam almadan, inan yaşamam.
(mühib və ağır bir ahənglə)
(əllərini xəyala doğru açaraq müztərib)
İblis
(xaricdən məmnun qəhqəhələrlə)
Babamın kim bulursa qatilini,
Ona bən səcdə eylərim ələni.
Bəni çöllərdə gəzdirən duyğu,
İntiqam eşqi. həp bu, yalnız bu.
Görünür, sizcə bəllidir qatil?
Xayır, əsla bilinmiyor o səfil,
Diyor İbn Yəmin: “İnan bana sən,
Bulurum nerdə olsa qatili bən.”
Bəncə, bir hiylədir bu,dinləmiyin.
Xavər
(dəstiyi gətirir, töküb Rənayə verir)
Buyurun, pək gözəl su, həm də sərin.
İbn Yəmin
(İxtiyar və çavuşla bərabər dönər, su içməkdə olan Rənayə)
Xeyli razıyım sizdən.
Çavuş çantayı alır.
Gər nəsib olsa, evdət eylərkən
Qalırız burda bəlkə üç-beş gün.
Ah, o günlər bizimçin ən xoş gün.
Hər üçü çıqar, İxtiyar ilə Xavər də onları izlər.
Gəlişin pək gözəl, fəqət gedişin
Umulur şey deyildi.
Allah için,
Yetişir, fəzlə zəhmət etməyiniz.
Nə olur, mümkün olsa, getməyiniz!
Getmə, pək doğru, getmə sən, Rəna!
(məhzun və sarsılmış bir halda iskəmləyə oturur)
Söylə, Arif, nə var, nə oldu sana?
Ah, o, Rəna, o nazlı heykəli-nur
Sanki qarşımda çırpınıb duruyor.
Ona bən yardım etməsəm, gerçək
Bəni vicdan əzabı məhv edəcək.
İki söz sormaq istərim sana bən,
Əcaba, hiç sevərmisin onu sən?
Sevərim başqa bir məhəbbətlə,
Əski, pək əski hissi-hörmətlə.
Yoq, inanmam, xayır, bu pək yanlış.
O nə halət, nədir o səs, o baqış?
Sanki bir inqilab içində sənin
Çırpınıb durmaq üzrə həp bədənin.
Sən də Arif qədər düşünsəydin
Ki, nələr yapmaq istər İbn Yəmin,
Büsbütün sarsılırdı vicdanın,
Heyrətindən həmən donardı qanın.
Bu sırada Vasiflə arqadaşı küçük zabit, silahsız olaraq, yaralı bir rus zabiti gətirirlər.
Daha dur, tabı qalmamış artıq.
(onların arqasından yetişib, yardım edər)
Yaralanmışmı? Ah, zavallı, yazıq.
Gətirin, bir qədər rahatlansın.
Ya əsir olmalı o, ya qaçqın.
Xəstə bir rus əsiri, həm yaralı.
Gəl qızım, tez sarıb da bağlamalı.
(İxtiyarla Xavər yaralının alnını və qolunu sarıb içəri odaya götürürlər.)
(Vasiflə küçük zabitə)
Ah, nə munis, nə mərhəmətlisiniz;
Nerdə rast gəldiniz şu zabitə siz?
Pək yaqınlarda, yol kənarində,
Baqdıq, əhvalı xeyli pəjmürdə.
Bir əsir iştə, düşman olsa belə,
Yenə lazım müavinət edilə.
Həp şu xislətdə olsa cinsi-bəşər
Hiç görülməzdi bunca vəhşətlər.
(sol qapıdan içəri keçər)
Vasif! Düşünür, həp düşünürsün, bu nə halət?
Məcnun olacaqsın bu təbiətlə nihayət.
Bulmazsam əgər İbn Yəmin xaini, əlbət –
Əlbət, qalır üstümdə şu çılğınca təbiət!
Rəna, hələ Rəna. Onu iğva nə deməkdir?
Bir alçağa layiqmi o gülqönçeyi-bakir?
Türk ordusu ətrafə bu gün həmlə edərkən,
İranə və ya Qafqaza imdadə gedərkən,
Rus ordusu durmaz, çəkilirkən önümüzdən,
Vasif! Nə rəvadır ki, şu parlaq günümüzdən
Feyz almayaraq, biz olalım qəflətə mail,
Satmaz, satamaz milləti şəxsiyyətə aqil.
Əfsus ki, hiçdir sonu, türk ordusu varsın,
İstərsə bütün Hindi də, Əfğanı da sarsın,
İstərsə bütün qarşı çıqan manei yıqsın,
Turanı basıb bağrına Altaylara çıqsın,
Mümkün deyil,əsla olamaz naili-amal,
Etdikcə xəyanət əli bu milləti pamal.
Lakin saparaq başqası eylərsə xəyanət,
Seyr eyləyərək, həp baqa dursunmu şu millət?
Türk ordusu daim basaraq ölkələr almış,
Ən sonra siyasətdə basılmış da bunalmış.
İdrakı sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək milləti həp əldə oyuncaq.
(ani bir düşüncədən sonra kəskin və şiddətli)
Turana qılıcdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.
(geri dönməkdə olan Arifə)
Yahu, buradan kimdi bir az öncə keçənlər?
Bir atlı ərəb zabiti, bir qızla bərabər.
Gördünmü? Gecikdik də qaçırdıq avı əldən.
İnsan nə qədər qaçsa da, qurtulmaz əcəldən.
Gəl, durma, hənuz əldə bir az fursətimiz var.
Artıq sən əmin ol, bu gün avcundadır onlar.
Hər ikisi yüngül təmənnalarla qülbədən çıqar və sürətli adımlarla İbn Yəmin hərəkət etdiyi tərəfə doğru yürürlər. Arif durduğu yerdə baqa qalır. Şaşqınlıqla qarışıq böyük bir hüzn və kədər ruhunu sarmağa başlar. Bu sırada səhnənin işığı azalır. İblis stehzalı və şiddətli qəhqəhələrlə qarşısına çıqar.
Dəf ol, yenə gəldinmi?
. Əzizim, çocuq olma!
Arif! Bana baq, əczi bıraq, hissə qapılma.
Çarpışmaq için lazım ikən mərdə cəsarət,
Bilməm, niçin olmuş sana qalib əsəbiyyət?
Bən həpsini duymaqdayım, inkar nə lazim;
Rəna, o sənin şimdi bütün ruhuna hakim,
Hakim o sənin hissinə, idrakinə. əfsus
Ayrılsan izindən olur əğyar ilə mənus.
Qandırmaq için Arifi həp nafilə israr,
Hər halda xainsin, inanmam sana, zinhar.
Lakin şu inadınla pərişan olacaqsın,
Bir gün gələcəkdir ki, peşiman olacaqsın,
Əfsus, nədamət sana verməz səmər əsla.
(əlində bir tapança ilə bir kisə altın tutaraq)
Al bunları. bas bağrına, Arif, eyi saxla!
Bunlar edəcək etsə, nihayət, səni məsud,
Al! İştə bu atəş, bu da ən sevgili məbud!
(tapançayı bir kərə havaya boşaltaraq)
Al! İştə bu atəşlə gəlir qəlbinə qüvvət,
Yalnız bu verir qarşı duran xəsminə dəhşət.
(kisədəki altınları səsləndirib oynadaraq, Arifə verir)
Baq, səsləniyor, iştə sədayi-pəri-Cəbril!
Bunsuz olamaz kimsə, inan, məqsədə nail.
(İblisin vermiş olduğu tapancayı və altınları yerə atar, son dərəcə qızğın və usanmış bir halda)
Dəf ol, yetişir, eyləmə əsla bəni təltif!
Möhtac deyil altına, ya qurşuna Arif.
Təkrar edərim, zəfi bıraq, aldanıyorsun,
Həp aldanıyorsun, bana baq, aldanıyorsun!
(tərəddüd və düşüncədən sonra)
Heyhat, o mələk qəhr edilirkən,
Layiqmi durub seyr edəyim bən?
(kəskin bir əzmlə)
Yoq, getməliyim, həm də bu saət,
Bəndən ona hörmət və məhəbbət.
(ridasını, “pelerin” və fəsini alıb həmən dışarı fırlar)
(gəlir, istehzalı qəhqəhələrlə)
Get, lakin o hörmət və məhəbbət
Bir gün doğurur qanlı ədavət.
Get, bəllidir insandakı xislət;
Sizlərdəki ülfət — sonu vəhşət,
Sizlərdəki şəfqət — sonu nifrət,
Sizlərdəki rəhmət — sonu lənət.
Dram əsərləri
Hüseyn Cavidi ədəbiyyat tarixində ən çox məhşurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərləridir. O, Azərbaycan romantik mənzum dramaturgiyasının görkəmli yaradıcısı və banisidir. Hüseyn Cavid dram əsərləri teatrlarımızda ən çox tamaşaya qoyulmuş dramaturqlardandır.
“Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Mövzusu Dağıstan həyatından alınıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. “Ana” dramı ilk dəfə 1913-cü ildə Tiflisdə çap edilib.-Əsəri Oxu.
Maral
“Maral” faciəsi nəsrlə yazılıb və 1912-ci ildə tamamlanıb. Mövzusu “Ana” kimi Dağıstan həyatından götürülmüş bu dram 1917-ci ildə Bakıda kitab şəklində çap edilib. Hüseyn Cavidin bu əsərində qadın azadlığı (Humay və Maralın mürəkkəb xarakterləri timsalında), feodal-burjua düşüncə tərzinin naqis tərəfləri, cəmiyyətdə yenilik duyğuları (Cəmil bəy) ilə mühafizəkar köhnəlik (Turxan bəy) arasındakı barışmaz mübarizənin reallıqları dramaturji konfliktin mərkəzində durur.-Əsəri Oxu.
Şeyx Sənan
Növbəti pyesi “Şeyx Sənan”ı nəzmlə işləyən dramaturq onun üzərində 1912-1914-cü illərdə Naxçıvanda və Tiflisdə yaşayarkən iki il işləyib. Faciə 1914-cü ildə tamamlanıb. Əsər lirik-dramatik məhəbbət faciəsi janrında yazılıb. Əvvəlcə Bakıda çıxan müxtəlif qəzetlər faciədən parçalar veriblər. Ayrıca kitab şəklində “Açıq söz” qəzetinin mətbəəsində çap olunub (1917).
“Şeyx Sənan” faciəsində dramaturq dünyagörüşü, məhəbbətə münasibəti panteist fəlsəfi ideyaların zəminində formalaşmış Şeyx Sənanın lirik-romantik, faciə və mürəkkəb psixoloji obrazını yaradıb. Dramaturq hadisələri bəşəri fəlsəfi dəyərlər axarına salmaq məqsədilə Şeyx Sənanın sevgilisini xristian, gürcü qızı Tamara (Xumar) ilə verib.-Əsəri oxu.
Şeyda
Hüseyn Cavid nəsrlə yazdığı “Şeyda” dramını 1911-19l2-ci illərdə tamamlayıb. Hətta “Ana” dramı kitabının girışində dramaturqun “Rəmzi” pyesi də olduğu göstərilib. Xatırladım ki, “Şeyda” pyesinin “Rəmzi” və “Nakam” adları da var. Lakin dram son dəfə 1916-cı ildə redaktə edilib və elə həmin dövrdə də kitab şəklində buraxılıb. “Şeyda” dramında həm cəmiyyətin sosial ziddiyyətləri, həm də ayrı- ayrı fərdlərin dünyagörüşlərindəki, mənəviyyatlarındakı təzadlar konfliktin özəyini təşkil edir.-Əsəri oxu.
Uçurum
“Uçurum” faciəsi (1919) ilə Hüseyn Cavid yaradıcılığının birinci mərhələsi başa çatır. Mövzusu Türkiyə həyatından alınmış bu əsərdə ədib süni avropalaşmanın, yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərlikləri əks eydirmişdir.-Əsəri oxu.
İblis
Hüseyn Cavid 1918-ci ildə yaradıcılığı üçün çox əhəmiyyətli olan, onun şah əsərlərindən sayılan “İblis” mənzum faciəsini tamamlayıb. Hərb və insanlığın fəlakəti, savaş və humanizının müsibəti problemlərinə Şərq fəlsəfi düşüncə tərzi əsasında yanaşan dramaturqun növbəti səhnə əsəri ilk növbədə romantik faciədir. Cavid hərb aparan hansısa dövlətin siyasətini deyil, bütövlükdə müharibənin faciələrini, iblisliyin insanlığı məhvə sürükləməsini mürəkkəb dramatik kolliziyalarda, psixoloji və fəlsəfi təzadlarla oxuculara çatdırıb.Faciənin əsas ideya yükünü, dramaturq qayəsini əsərin sonunda İblisin dili ilə söylənilən bu misralar dərindən əks etdirir: “İblis nədir? – Cümlə xəyanətlərə bais… Ya hər kəsə xain olan insan nədir? – İblis. ”-Əsəri oxu.
“Afət” dramatik faciəsini Hüseyn Cavid İstanbulda oxuyarkən yazıb. Lakin üzə çıxarmayıb və 1917-1920-ci illərdə əsər üzərində yenidən işləyib. Bir il sonra isə “Afət”in son variantı Akademik Milli Dram Teatrına təqdim olunub. Bu pyes ruhən mövzu və problematika baxımından ədibin “Uçurum” faciəsinə yaxın və doğmadır.-Əsəri oxu.
Peyğəmbər
Məhəmməd peyğəmbər obrazını milli dramaturgiyamızda ilk qələmə alan Hüseyn Cavid olub. O, “Peyğəmbər” mənzum dramını 1922-ci ildə yazıb. Əsər həmin il və 1923-cü ildə “Mədəni – maarif” jurnalının müxtəlif saylarında çap edilib. İştirakçılar (Əşxas) verilməyən pyes dörd pərdədən ibarətdir. Hər pərdədə Məhəmməd peyğəmbərin həyatının müxtəlif tarixi dövrü verilib.-Əsəri oxu.
Topal Teymur
Hüseyn Cavid tarixi dram janrında “Topal Teymur” adlı kamil səhnə əsəri yaradıb. Əsərin mövzusu XIV əsrin iki nəhəng hökmdarı – teymurilər imperiyasının banisi, Orta Asiya hökmdarı Əmir Teymurun və Türkiyə sultanı Yıldırım Bəyazidin apardıqları axırıncı qanlı müharibədən (1402) götürülüb. “Topal Teymur” dramındakı Şair Girmani müəyyən mənada Hüseyn Cavidin özüdür, onun ideyalarının, insanlıq, hökmdarlıq, məhəbbət, ülviyyət, mərdlik duyğularının tərənnümçüsüdür. Xalq oyun-tamaşalarındakı liliput oyunçularının estetikası əsasında işlənmiş Cücə personajı dramaturqun kəskin satirasının və kinayəli sarkazmının tərənnümçüsüdür.-Əsəri oxu.
Knyaz
“Knyaz” mənzum faciəsi Hüseyn Cavidin inqilabi mövzuda yazdığı dramlar cərgəsinə daxildir. Əsər ədəbiyyatda və Akademik Milli Dram Teatrının bəzi afişa və proqramlarında “Dəli knyaz” adı ilə də verilib. Pyesin mövzusu 1920-ci illərin əvvəllərində Gürcüstan həyatından götürülüb.-Əsəri oxu.
Səyavuş
Dramaturqun növbəti mənzum faciəsi beş pərdədən ibarət “Səyavuş”dur. Müəllifin 1932-ci ildə tamamladığı möhtəşəm dram əsərinin mövzusu şərqin mütəfəkkir şairi Əbülqasim Firdovsinin “Şahnamə” mənzum epopeyasındakı “Dastani-Səyavuş” poemasının məşhur süjetindən götürülüb.-Əsəri oxu.
Xəyyam
Hüseyn Cavid 1935-ci ildə yenə Şərq klassik poeziyasının dahilərindən birinə müraciət edib. Bu dəfə o, mütəfəkkir fars şairi Ömər Xəyyamın həyatına müraciət edərək “Xəyyam” adlı dramını yazıb. Dram 1935-ci ildə keçirilən pyeslər müsabiqəsində üçüncü mükafata layiq görülüb. Filosof mütəfəkkir Xəyyamın yaradıcılığı və keşməkeşli həyatı Hüseyn Cavidi gənc yaşlarından maraqlandırıb. Dramaturq rübai ustasının on altı müxtəlif poetik nümunəsini farscadan əruzun müxtəlif bəhrlərində dilimizə çevirərək öz əsərinə daxil edib. Əsərdə müəllif ideyanın mahiyyətinə uyğun olaraq, müxtəlif psixoloji hadisələrin təsvirində Xəyyamın poetik nümunələrindən iğtibaslar edib. Həmin iğtibaslar Xəyyamın həyat, insanlıq, məhəbbət, xeyirxahlıq fəlsəfi düşüncələri ilə səsləşir, dramatizjmi gücləndirir. İlk dəfə 1963-cü ildə çap edilmiş dramda Xəyyamla yanaşı, dövrünün böyük diplomatı Xacə Nizam (Nizamülmülk Əbu Əli Həsən ibn Əli), ismaililər hakimiyyətinin banisi Həsən Sabbah, İran Səlcuqlar sülaləsinin ikinci hökmdarı Alp Arslan, Alp Arslanın oğlu, səlcuqların üçüncü hakimi Məlikşah Cəlaləddin, Abbasiyə xilafətinin iyirmi yeddinci xəlifəsi Müqtədbillahın (Abdulla ibn Əhməd) maraqlı bədii surətlərini yaradıb. Eyni zamanda bədii təfəkkürün məhsulu olan Sevdanın (Xəyyamın sevgilisi) canlı xarakterini qələmə alıb.-Əsəri oxu.
İblisin intiqamı
“İblisin intiqamı” beşpərdəli dramını Hüseyn Cavid 1937-ci ilin martında bitirib. Bu əsər müəyyən mənada dramaturqun “İblis” faciəsinin davamıdır. “İblis” faciəsində olan Iblis, Arif, Rəna obrazları “İblisin intiqamı”nda da verilib. Dram əsəri Cavidin həyat yoldaşı Müşkünaz xanımın köçürdüyü əlyazması əsasında ilk dəfə Hüseyn Cavidin seçilmiş əsərlərinin dördüncü cildində (1985) çap olunub.-Əsəri oxu.
Dahi dramaturqun təxminən 1930-1932-ci illərdə yazdığı “Telli saz” dramı itib. Dramaturqun qızı Turan Cavidin köməkliyi ilə əsərin süjetini bərpa etmək mümkün olub. Onun “Xəyyam” faciəsi ilə bir dövrdə yazdığı “Şəhla” pyesi də hələlik tapılmayıb.
Comments are closed, but trackbacks and pingbacks are open.