Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, şair, yazıçı, dramaturq milli romantik şeirin və mənzum faciənin banisidir.
Hüseyn cavid seçilmiş əsərləri
Rasizadə Hüseyn Abdulla oğlu – şair, 1934-cii ildən Azərbaycan Yazıçılar Birliyinin üzviü
1882-ci il oktyabrın 24-də Azərbaycanın Naxçıvan şəhərində ruhani ailəsində doğulub. İbtidai təhsilini mollaxanada alıb, sonra “Məktəbi-tərbiyə”yə daxil olub (1896). Bu məktəbi müvəffəqiyyətlə bitirib (1898). Təbrizdə “Tali- biyyə” məktəbində fars və ərəb dillərində oxuyub. Göz ağrısı xəstəliyi üzündən təhsili yarımçıq qoyub. Gülçin və Arif təxəllüsü ilə doğma dildə və fars dilində şeirlər yazıb. Ali təhsil almaq arzusu ilə Türkiyəyə getsə də, xəstəlik üzündən bir il Urmiyədə yaşayıb yenidən Naxçıvana qayıdıb (1904). Bir müddət ticarətlə məşğul olub, sonra Gürcüstanda Kaxetiya tərəflərdə şose yolu çəkən idarədə podratçılıq edib, bir ticarət şirkətində şərik olub. Bundan sonra İstanbula gedib gözlərini müalicə etdirib (1906). Bu dövrdə “Hüseyn Salik” təxəllüsü ilə şeirlər qələmə alıb. İstanbulda “Siratül-müstəqim” jurnalında şeirlər çap etdirib. İstanbul universitetində azad dinləyici-müdavim kimi mühazirələrə davam edib, Şərq ədəbiyyatını dərindən öyrənib, eyni zamanda ədəbi mühitlə, demokratik fikirli ziyalılarla yaxından tanış olub (1907-1909). Vətənə qayıtdıqdan sonra Tiflis, Bakı, Naxçıvan, Gəncə şəhərlərində müəllimlik edib (1910-1937). Bakıda “Səfa” məktəbində işlədiyi dövrdə “Mühərrirlər və ədiblər cəmiyyəti” təşkil edildiyi zaman “Ədəbiyyat komissiyası”na seçilib (1917). Azərbaycan Yazıçılar İttifaqı təşkilat komissiyası heyətinə və cəmiyyətə təminnamə (nizamnamə) yazacaq komissiya heyəti tərkibinə daxil olub (1923). Azərbaycan Xalq Maarif Komissarlığı onu müasir Avropa ədəbiyyatını öyrənmək və müalicə olunmaq üçün Parisə göndərilib (1926).
Ədəbi yaradıcılığa 14 yaşından başlasa da, şair-dramaturq kimi mətbuatda 1904-cü ildən çıxış edib. 1910-1918-ci illərdə “Keçmiş günlər”, “Bahar şəbnəmləri”, “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “İblis” və s. əsərlərini yaradıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Knyaz” (1929), ‘Telli saz” (1930), “Siyavuş” (1933), “Xəyyam” (1935), “Şəhla” (1935), “İblisin intiqamı” (1936), “Azər” poemasını, “Koroğlu” kinossenarisini və bir sıra başqa əsərlərini qələmə alıb. 1937-ci il, iyun ayının 3-də Sumbatovun verdiyi qərarla Hüseyn Cavid Rəsizadə Azərbaycan C/M-nin 72-73-cü maddələri ilə təqsirli bilinib və o, XDİK idarəsinin həbs evində saxlanılıb. Həmin gün də şairin evində axtarış aparılması üçün 509 saylı “Order” yazılıb. 4 iyun 1939-cu ildə 8 il azadlığdan məhrum edilməsi haqqında məhkəmə qərar çıxarıb. 1941-ci ildə Sibirdə sürgündə ikən vəfat edib.
Mərhumun cəsədinin qalıqları 1982-ci il oktyabrın 26-da Bakıya gətirilib, sonra doğma Naxçıvana aparılıb noyabrın 3-də Cavid bağında dəfn olunub. Onun xatirə ev-muzeyi açılıb. Bir sıra mədəniyyət evi, küçə, meydança, məktəb, uşaq bağçası və s. onun adını daşıyır.
Ana Tiflis. “Gürcü şirkəti” nəşri, 1913, 48 səh.
Keçmiş günlər, Tiflis, Şərq, 1913, 24 səh.
Maral, B., “Açıq söz” elektrik mətbəəsi, 1917, 64 səh.
Şeyda, B., “Açıq söz” elektrik mətbəəsi, 1917, 80 səh.
Şeyx Sənan, B., “Açıq söz” elektrik mətbəəsi, 1917, 121 səh.
Bahar şəbnəmləri, B., “Açıq söz” elektrik mətbəəsi, 1917, 83 səh.
Ədəbiyyat dərsləri, B., Hökumət mətbəəsi, 1919, 134 səh. (şərikli)
İblis, B., Azərnəşr, 1924, 108 səh.
İblis, B., Azərnəşr, 1927, 116 səh., 5000 nüs.
Peyğəmbər, B., XMK nəşri, 1922, 153 səh., 4000 nüs.
Şeyda (II nəşr), B., “Kooperativ” nəşriyyatı, 1925, 62 səh., 3000 nüs.
Şeyda (III nəşr), B., Azərnəşr, 1925, 70 səh., 10000 nüs.
Peyğəmbər, B., QMK nəşri, 1926, 147 səh., 5000 nüs.
Topal Teymur, B., Azərnəşr, 1926, 82 səh., 5000
Şeyx Sənan (faciə, 4 pərdədə), B., Azərnəşr, 1926, 122 səh., 5000 nüs.
Uçurum (faciə, 4 pərdədə) , B., Azərnəşr, 1926, 67 səh., 5000 nüs.
Səyavuş, B., Azərnəşr, 1934, 150 səh., 4000 nüs.
Seçilmiş əsərləri, B., Azərnəşr, 1958, 659, 20000 nüs.
Pyeslər, B., Azərnəşr, 1963, 270 səh., 15000 nüs.
Seçilmiş əsərləri (üç cilddə), I c., B., Azərnəşr, 1968, 371 səh., 25000 nüs.
Seçilmiş əsərləri (üç cilddə), II c., B., Azərnəşr, 1970, 250 səh., 25000 nüs.
Seçilmiş əsərləri (üç cilddə), III c., B., Azərnəşr, 1971, 352 səh., 20000 nüs.
Dram əsərləri, B., Azərnəşr, 1975, 563 səh., 20000 nüs.
Seçilmiş əsərləri (dörd cilddə), I c., B., Yazıçı, 1982, 321 səh., 30000 nüs.
Seçilmiş əsərləri (dörd cilddə), II c., B., Yazıçı, 1982, 392 səh, 30000 nüs.
Seçilmiş əsərləri (dörd cilddə), III c., B., Yazıçı, 1984, 30000 nüs.
Seçilmiş əsərləri (dörd cilddə), IY c., B., Yazıçı, 1985.
Seçilmiş əsərləri, B., Yazıçı, 1982, 374 səh., 15000 nüs.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Hüseyn Cavidin “Seçilmiş əsərləri” Daşkənddə özbək dilində işıq üzü görüb
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), Bakıdakı “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin layihəsi ilə böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin “Seçilmiş əsərləri” paytaxtdakı “Kamolak” nəşriyyatında özbək dilində çap olunub.
Kitabda çap edilən “Əmir Teymur”, “Şeyx Sənan” və “Səyavuş” dramlarını mərhum özbək tərcüməçi Usman Kuçkar, “Peyğəmbər” əsərini isə özbək dilinə şair Tahir Qahhar çevirib.
Layihənin rəhbəri AMM-nin rəhbəri Samir Abbasov, kitabın tərtibçisi Qulu Kəngərli, elmi məsləhətçi filologiya elmləri doktoru Sona Vəliyevadır.
Kitaba yazdığı “Ön söz”də akademik, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli qeyd edir ki, Hüseyn Cavid XX əsrin Azərbaycan romantik şeirinin istedadlı nümayəndələrindəndir. Alim yazıda Azərbaycan ədəbiyyatının orta əsrlər dövründə keçdiyi inkişaf mərhələsindən söz açır, ədəbi cərəyanlar haqqında fikirlərini bölüşür, Hüseyn Cavid yaradıcılığı barədə məlumat verir, əsərlərini təhlil edir və onun şeir üslubunun fərqli cəhətlərini, romantik-fəlsəfi mahiyyətini oxucularla bölüşüb.
İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə dram janrında əsər yazan romantik sənətkarlardan olan Hüseyn Cavidin ölkəmizdə romantik dramaturgiya məktəbinin əsasını qoyduğunu qeyd edib.
Mənbə: http://olaylar.az
Son Yazılar
- Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var
- Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!”
- Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman”
- Xəyalə SEVİL.”Üstümdə”
- Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni”
Arxivlər
Blogroll
Kateqoriyalar
- “Açık Kara” dergisi
- “Alkış” dergisi
- “Ədəbi Körpü” dərgisi
- “Güzlek”
- “Güzlek” dərgisi
- “Hece Taşları” dergisi
- “Kümbet” dergisi
- “Mevsimler” dergisi
- “Türkay” dərgisi
- “Usare” dergisi
- “Yarpuz” dergisi
- “Yeni nəşrlər”
- “Zərif kölgələr”
- “Zərrələr”
- “Kardelen” dergisi
- AJB Sumqayıt şəhər təşkilatı
- Ana səhifə
- Azərbaycan Dövlət Aqrar Universiteti
- Azərbaycan ədəbiyyatı
- Azərbaycan Prezidenti
- Dilçilik İnsitutu
- Ədəbiyyatşünaslıq
- Haqqımızda
- Mədəniyyət
- Müsabiqə
- Müsahibə
- Pakistan ədəbiyaytı
- Prezident Mükafatçıları 2022
- Publisistika
- Ruskaya literatura
- SOCAR «Azərikimya» İB
- Sumqayıt RMTİ
- Türk xalqları ədəbiyyatı
- Türkiyə Cümhuriyyəti
- Türkiyə ədəbiyyatı
Təqvim
| BE | ÇA | Ç | CA | C | Ş | B |
|---|---|---|---|---|---|---|
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 |
Son Yazılar
- Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var 17 Mart 2023
- Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!” 17 Mart 2023
- Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman” 17 Mart 2023
- Xəyalə SEVİL.”Üstümdə” 17 Mart 2023
- Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni” 17 Mart 2023
- Arzu HÜSEYN.”Ən gözəl çiləm” 17 Mart 2023
- Arzu HÜSEYN.”Hər şey səni xatırladır” 17 Mart 2023
- Nigar ARİF.”GEDƏK ÜZÜ KÜLƏYƏ?” 17 Mart 2023
- Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın məqaləsi “Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
- Azərbaycanlı yazıçı Coşqun Xəliloğlunun şeiri Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
- Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib 16 Mart 2023
- Prezident cənab İlham ƏLİYEVƏ Xalq yazıçısı ANARdan təşəkkür məktubu 16 Mart 2023
- Milli Kitabxanada “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası hazırlanıb 16 Mart 2023
- Xalq Yazıçısı Anarın 85 illiyi münasibəti ilə hekayə müsabiqəsi elan edilir 16 Mart 2023
- Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində 16 Mart 2023
- İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək 16 Mart 2023
- A.R.Rzayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 15 Mart 2023 - “Tesdergi” gösteri ve yazı dünyası 1. sayısı yayında 14 Mart 2023
- Xalq yazıçısı ANAR.Yeni şeirlər (2023) 14 Mart 2023
- Pərvindən yeni kitab 14 Mart 2023
Hüseyn Cavid “Seçilmiş Əsərləri 5” PDF
Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, şair, yazıçı, dramaturq milli romantik şeirin və mənzum faciənin banisidir.
Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) 24 oktyabr 1882-ci ildə Naxçıvanda ruhani ailəsində anadan olub. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində alıb. 1899-1903-cü illərdə Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirib. 1909-cu ildə isə İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, əvvəlcə Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.
Hüseyn Cavid dramaturigiyası:
Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb.
Bununla yanaşı, qələmə aldığı “Ana faciəsi”, “Maral”, “Şeyda”, “Şeyx Sənan”, “Uçurum”, “Afət”, “Knyaz”, “Xəyyam” əsərləri ilə milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib.
Hüseyn Cavid şeirləri:
Hüseyn Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir.
İdealla varlıq arasındakı ziddiyyət, ideal həqiqət axtarıcılığına istiqamətlənən xəyallardan yaranan lirik-fəlsəfi düşüncələr Cavid şeirinin başlıca məzmununu təyin edir. Şairin lirik “mən”i qayğılı, narahat düşüncələr və zəngin xəyallarla yaşayan filosof xarakterli aşiqdir:
Xəyal. Əvət, yaşadan yalnız əhli-halı odur,
Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.
Şair həm klassik lirika üslubunda qəzəllər, həm də xalq-aşıq şeiri ruhunda qoşma və gəraylılar yazıb. “Get”, “Könlümü” rədifli şeirlər, habelə “Hər yer səfalı, nəşəli” şeiri qəzəl formasında, “Xuraman-xuraman” şeiri isə qoşma formasındadır. “Rəqs”, “Uyuyur” və s. şeirlərdə müxəmməs və müsəddəslərin müəyyən əlamətləri müşahidə olunur. Bədii yaradıcılığın başlanğıc mərhələsinə xas olan həmin cəhət sənətkarın fərdi üslub axtarışları dövrü üçün səciyyəvi hal hesab oluna bilər.
Hüseyn Cavid poemaları:
Şair ilk poemalarını hələ XX əsrin əvvəllərində yazıb. İlk poemaları əsasən lirik-romantik, yaxud romantik-fəlsəfi əsərlərdən ibarətdir. Bu poemaların əksəriyyətində süjet əlamətləri və obrazlar yox dərəcəsindədir. “Bir ahi-məzlumanə” (1907), “İştə bir divanədən bir xatirə” (1912), “Hübuti-Adəm” (1913), poemalarında epik təsvirlərdən qat-qat çox lirik-romantik düşüncələr öz əksini tapıb. Yalnız “Hübuti-Adəm” poemasında Adəm peyğəmbərlə Həvvanın münasibətlərindən alınmış bir məqamın təsviri şairə nəfsin fəlakətləri ətrafında poetik mülahizələr irəli sürməyə imkan verib.
Hüseyn Cavidin yaradıcılığında ideya-sənətkarlıq baxımından ən kamil poema “Azər” əsəridir. Poemanı şair hələ 1926-cı ildə Almaniyada müalicə olunarkən yazmağa başlayıb, nəhayət, 1928-ci ildə tamamlayıb.
Hüseyn Cavid nə zaman vəfat edib?:
Hüseyn Cavid 1939-cu ildə Maqadana sürgün edilib, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat edib.
Comments are closed, but trackbacks and pingbacks are open.