Press "Enter" to skip to content

YAP “videosu yayılan” sabiq deputat Hüseynbala Mirələmovu partiyadan çıxardı

Azərbaycanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni Klinika Publik Hüquqi Şəxsin rəhbəri “digər vəzifəli şəxslərlə” birlikdə koronavirus xəstələrini stasionar müalicəyə yerləşdirmək müqabilində “onların yaxınlarından” rüşvət almaq ittihamı ilə həbs edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Hüseynbala Mirələmovun videosunu kim yaydı? – AÇIQLAMA

Ötən gün sosial şəbəkələrdə hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılıb.

Qeyd edək ki, Hüseynbala Mirələmov bu günə kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsini tuturdu. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı Hüseynbala Mirələmovun kabinetində çəkildiyi bildirilir.

Hadisə sosial şəbəkələlərdə geniş müzakirəyə səbəb olub.

Bəs bu video internetə necə düşüb, onu yayan təşkilatçılar kimlərdi?

Milli.Az xəbər verir ki, olayla bağlı Modern.az-a danışan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, hüquq-mühafizə orqanları bu məsələyə kəskin münasibət bildirməlidir:

“Mən düşünürəm ki, şantaj kimi hadisələrin davamlı olması cəmiyyətdə çox pis bir ovqat yaradır. Şantaj adiləşir, insanların içində qəzəb, kin duyğuları qabarır. Bu kimi hadisələr insanları qarşı-qarşıya qoyur.

Bilirəm ki, Hüseynbala Mirələmovla bağlı yayılan videonun izinə düşmək asan olacaq. Videodan başa düşülür ki, hansısa bir konfrans öncəsidir və bu görüntülər yalnız həmin konfransın texniki işlərinə baxanda ola bilər. Videogörüntüləri yaymaqda hansı məqsəd olduğunu bilmək üçün jurnalist araşdırması lazımdır. Çünki videoya baxan insanların düşüncəsində “görəsən, bu video şantaj məqsədi ilə Hüseynbala müəllimə çatdırılıbmı, maddi maraq güdülürmü” kimi suallar yaranır.

Bu məsələyə mütləq hüquq-mühafizə orqanları müdaxilə etməlidir.

Videogörüntünü yayan şəxs tapılaraq, Cinayət Məcəlləsinin qanunlarına əsasən cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Baş redaktor bildirib ki, o bu tip videoların yayılmasını qəti şəkildə pisləyir:
“Hesab edirəm ki, hüquq-mühafizə orqanları kəskin münasibət bildirib, belə məsələlərin sosial şəbəkələrdə yayılmasını sonlandıracaqlar”.

Milli.Az

YAP “videosu yayılan” sabiq deputat Hüseynbala Mirələmovu partiyadan çıxardı

Sabiq deputat Hüseynbala Mirəlimovun işçisi olduğu güman edilən qadına qarşı qeyri-etik davranışı əks olunan “videosuna görəYAP-dakı bütün vəzifələrindən azad edilib. Prezident Biden 1915-ci il hadisələrini “soyqırım” kimi tanımağa hazırlaşır – ABŞ mətbuatı, Azərbaycanda koronavirus müalicəsi ilə bağlı “rüşvətə görə” həkimlər həbs olunub, Azərbaycan Dövlət Sərhəd Xidməti bildirir ki, Ermənistan hərbçiləri azərbaycanlı sərhədçilərə “atəş açıb”, – daha ətraflı BBC News Azərbaycancanın icmalında.

YAP Hüseynbala Mirələmovla vidalaşdı

Sabiq deputat Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən çıxarılıb.

YAP-dan BBC News Azərbaycancaya verilən məlumata görə, bu barədə qərar bu gün YAP İdarə Heyətinin iclasında qəbul edilib.

Sosial mediada yayılan, işçisi olduğu güman edilən qadına qarşı qeyri-etik rəftarın əks olunduğu görüntülərin aid olduğu deyilən sabiq deputat Hüseynbala Mirəlimov çalışdığı universitetdən də çıxarılmışdı.

Hüseynbala Mirələmov, eyni zamanda YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb. O, həm də YAP Xətai rayon təşkilatının sədri idi.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) BBC News Azərbaycancaya bildirilib ki, onun təhsil müəssisəsindəki işinə son qoyulub.

Yayılmış bir neçə saniyəlik video görüntülərdə Hüseynbala Mirələmov olduğu deyilən kişinin onlayn görüşdə olduğu zaman əlini otağa girən qadının arxasına toxundurduğu əks olunub.

Sosial mediada onun bu hərəkəti cinsi qısnama kimi qiymətləndirilib.

BBC News Azərbaycanca Hüseynbala Mirələmovla əlaqə saxlaya bilməyib.

Hüseynbala Mirələmov hakim Yeni Azərbaycan Partiyasını parlamentdə uzun illər təmsil edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Bəhruz Nəzərov BBC News Azərbaycancaya bildirib ki, Hüseynbala Mirələmov cümə axşamı günü səhər universitetə gələrək işdən çıxması üçün ərizəsini təqdim edib:

“Hüseynbala Mirələmov həm kafedra müdiri idi, həm də yarım-ştat müəllim işləyirdi. Hər iki vəzifəsindən çıxarılmasını istədi, istəyi də dərhal yerinə yetirildi”.

Bu ərizənin onun çərşənbə günü yayılan video-görüntüləri ilə əlaqəsi varmı sualının cavabında Bəhruz Nəzərov bildirdi ki, bunu Hüseynbala Mirələmovun “özündən soruşmaq lazımdır”.

O, onlayn iclas zamanı Hüseynbala Mirələmovun universitetdəki kabinetində olmadığını deyir: “Bilirsiniz ki, Hüseynbala Mirələmovun müxtəlif vəzifələri var. Sabiq deputatdır. Mən dəfələrlə onun kabinetində olmuşam, nə kabinet burdakıdır, nə də həmin qadın universitetin işçisidir”.

Prezident Biden 1915-ci il hadisələrini “soyqırım” kimi tanımağa hazırlaşır – ABŞ mətbuatı

Şəklin mənbəyi, Getty Images

ABŞ Prezidenti 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi öldürülməsini “soyqırım” kimi tanımağa hazırlaşır, anonimlik şərti ilə Wall Street Journal qəzetinə danışan ABŞ rəsmiləri bildirirlər.

Məlumata görə, Joe Biden 24 apreldə çıxışı vaxtı “soyqırım” ifadəsini istifadə edə bilər.

Wall Street Journal-ın yazdığına görə, yekun qərar hələ verilməyib və ABŞ lideri alternativ ifadəni ehtiva edən formal bəyanatla da məhdudlaşa bilər.

Ötən il keçirilən prezident seçkiləri kampaniyasında Joe Biden 1915-ci il hadisələrinin “soyqırım” kimi tanıyacağını vəd edib. Bu baş verərsə, ABŞ və Türkiyə münasibətlərində yaşanan gərginlik bir qədər də kəskinləşə bilər. Keçmiş ABŞ Prezidentləri Donald Trump və Barack Obama ötən əsrin əvvəllərindəki hadisələrlə əlaqədar “soyqırım” ifadəsini istifadə etməyiblər.

Bu gün Türkiyə Prezidenti deyib ki, o, “həqiqəti “erməni soyqırımı” yalanlarından və siyasi hesablamalarla bu böhtanı dəstəkləyənlərdən müdafiə etməyə davam edəcək”.

Recep Tayyip Erdoğan bu barədə Prezident yanında Ali Məşvərət Şurasının toplantısında çıxış edərkən danışıb.

1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi deportasiyası və öldürülməsi Rusiya, Almaniya, Fransa, Kanada və dünyanın bir sıra digər ölkələrində “soyqırım” kimi tanınıb. Türkiyə həmin hadisələrin belə qələmə verilməsinə daim etiraz edir və deyir ki, qurbanlar bütün tərəflərdən olub.

  • #100qadın: Azərbaycanda ailə tərbiyəsi seksistdir?
  • 100 Qadın: Söz atan, göz zilləyən, fit çalan, siqnal verən, arxanızca düşən, sizə toxunan kişilər.
  • “Qadına bu yaraşmaz” deyənlərin “cinsi ayrıseçkilik” mübarizəsi

Azərbaycanda koronavirus müalicəsi ilə bağlı “rüşvətə görə” həkimlər həbs olunub

Şəklin mənbəyi, APA

Azərbaycanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni Klinika Publik Hüquqi Şəxsin rəhbəri “digər vəzifəli şəxslərlə” birlikdə koronavirus xəstələrini stasionar müalicəyə yerləşdirmək müqabilində “onların yaxınlarından” rüşvət almaq ittihamı ilə həbs edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

“Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir”.

İstintaqın məlumatında Pərviz Abbasova “rüşvət almada köməkçilik” edən daha bir neçə nəfərin adı çəkilir.

“Habelə, qeyd edilən qanunsuz əməllərin törədilməsində Pərviz Abbasova köməkçilik etmələrinə əsaslı şübhələr müəyyən olunmuş Əvəz Hüseynov və Vüsalə Əliyeva həmin məcəllənin 32.5,311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmiş, Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulmuşdur”.

Baş prokurorluğun yaydığı daha bir məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi “rüşvət almaq” ittihamı ilə həbs olunub.

Məlumata əsasən, İmran Ağayev tibb müəssisənin qeydiyyatçıları İlqar Orucov və Taleh İmanlı ilə “qabaqcadan əlbir olub” koronavirus xəstələrinin yerləşdirilməsi və müalicə alan xəstələrə daha yüksək səviyyəli tibbi xidmət müqabilində “müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində” alaraq aralarında bölüşdürüblər.

“Həmin faktlarla əlaqədar başlanmış cinayət işi üzrə toplanmış sübutlarla İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulmuşdur”.

Təqsirləndirilən şəxslərin ittihamlara münasibəti bəlli deyil.

Hüseynbala MİRƏLƏmov

dünyaya təşrif gətirən hər bir zərif məxluğu xoşbəxtliyə yetmək üçün yaradır.

Həyatsa bəzən öz qeyri-standart qanunlarıyla adamı mat-məəttəl qoyur. Min bir

dürlü naz-nemət, əlahiddə qayğı içində böyümüş milyonçu qızının taleyi üzünə

gülməmişdi, deyilənə görə yalnız zifaf gecəsini atasının hədiyyə elədiyi

malikanədə keçirən o “bəxtəvər gəlin” ertəsi gün həmin ali təbəqəyə məxsus

kübar sarayı, hətta şəhəri gizlincə tərk etmək məcburiyyətində qalıbmış.

(Məlum Qırmızı inqilab zamanı əmlakı qeydsiz-şərtsiz müsadirə edilən varlı-

karlı maqnat yeni hökumət tərəfindən Sibirə sürgünə göndəriləcəyindən

ehtiyatlanıb, ailəsilə birgə Avropaya üz tutmuş, ömrünün sonunacan orada

yaşayıbmış. Parisda dünyasını dəyişən neft milyonçusunun qızı uzun bir

mühacir ömrü sürsə də, ona doğma Bakıya dönmək səadəti heç vaxt nəsib

Qədim Qız Qalasının yaxınlığında yerləşən əski bina dənizin sahilindən

doğrudan da möhtəşəm qala kimi görünürdü. Köklü-köməcli şəhərli sayılan

qanuni ev-eşik sahiblərinin əksəriyyəti elanlarından bütün şıltaqlığı ilə dəniz

mənzərəsi görünən bu yaraşıqlı evdə xeyli müddətdi yaşamırdılar. Hündür

talanlı, dəhlizli, geniş otaqlı mənzillərini əcnəbilərə kirayəyə verib, kimisi bağ

evinə, kimisi də şəhərin ucqar yerlərində ucuz qiymətə tutduğu gecəqondulara

Dördüncü mərtəbədə it hürürdü, gecənin bu vədəsində Allah bilir nəyə hürür,

bəlkə binanın dəmir damını aramsız döyəcləyən, mənzilin dəniz tərəfinə baxan

pəncərələrini taybatay açan küləyə acığı tutmuşdu? Yoxsa gecə barında əylənən

harın sahibinin yolunu gözləməkdən təngə gəlmişdi? Həmin mənzili bir ildən

çox idi ki, Cek adlı cılız, sısqa bir ingilis kirayələmişdi. Qonşular bu vaxtacan

yaşı çoxdan otuzu haqlamış o adamın nə arvad-uşağının, nə də məşuqəsinin

üzünü görmüşdülər. Gördükləri əzizləyə-əzizləyə saxladığı bu hürən boz it idi,

bir də ağ rəngli qaşqa pişik. Cekin ingilissayağı yeritdiyi əmin-amanlıq siyasəti

sayəsində itlə pişik mənzildə mütəffik kimi, dostluq şəraitində yola gedirdilər.

Necə deyərlər, aralarından su keçmirdi. Bəs görəsən, o gecə niyə Cekin iti

qapının ağzında bərkdən hürür, pişiyi açıq qalmış pəncərənin qabağında

miyoldayır, dil-boğaza qoymurdu?

Bu sualı qədim binanın üçüncü qatında yaşayan Səlimzadələr ailəsinin böyük

qızı Fidan özünə verdi, nədənsə, qızın gözlərinə dan yeri sökülənəcən yuxu

getmədi, o gecə Növrəstə qız səksəkə içində idi, qəlbi tələyə düşmüş quş kimi

çırpınır, yatağında tez-tez qıvrınır, ilanvuran yatır, o, yatmırdı. Sanki uzaqdan

naməlum bir səs onu köməyə çağırırdı. Gecənin bu aləmində hətta qalxıb

yorğan-döşəyin içində oturdu. Yata bilməyəcəyini görüb pəncərəyə yaxınlaşdı.

Göy üzünə təkəm-seyrək ulduzlar görünsə də, Ayın qabağını karvanbasan

quldur kimi bulud kəsmişdi. Şəhərin lap ucqarında axşama yaxın sönən işıqlar

gecə yarıdan ötmüş yandı. Ətrafda tək-tük taksilər, yük maşınları o yan, bu

yana şütüyürdü. Küçələr çırağban idi, ən kiçik dalanlar da işıq selinə

bürünmüşdü. Yamyaşıl qol-budağı Fidangilin şüşəbənd eyvanına çırpılan

ucaboylu çinarın qapqara kölgəsi binanın həyətində var-gəl edən keşikçi əsgəri

xatırladırdı. Qız pəncərəyə söykənib bir xeyli dəniz tərəfə tamaşa etdi. Sahilə

yan alan köhnə balıqçı gəmisini beşik kimi yırğalayan dalğaların səsini ana

laylası tək dinlədi, azca əvvəl qəlbinə hakim kəsilən qəribə hisslər əriyib yoxa

çıxdı. İt daha hürmür, pişik də nəfəsini içinə çəkmişdi. Yəqin cənab Cek evə

qayıtmış, dilsiz-ağızsız dostlarına nəvaziş göstərib ovutmuş, əsəbilərini

Fidan əllərini sinəsində çarpazladı, nə düşündüsə başını bulayıb:

– Axmaq ingilis, deyəsən, gəlib çıxdı, – dedi, – özünü ağıllı, hamıdan mədəni

sayır, amma gecənin bu vədəsində ac-yalavac qoyduğu ev heyvanlarının

qonşuları necə narahat elədiyinin fərqində belə deyil.

Birdən iri qara gözlərini qıyıb şübhəli-şübhəli pıçıldadı:

– Bəlkə. bəlkə o, bu gecəni.

Üç ay öncə ən yaxın rəfiqəsi Natəvanla evə qayıdan zaman itini dənizkənarı

azərbaycanlıya yaraşmayan gözlənilməz jestlə əyilib boz itin başını sığallayaraq

süni naz-qəmzəylə sahibinin üzünə gülümsəmiş, ilk dəfə gördüyü bu yad

millətin nümayəndəsinə komplement söyləməkdən də çəkinməmişdi:

– Ooo, mən bu iti çox sevdim.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.