ATVİB heyəti “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin rəhbərliyi ilə görüşdü – FOTOLAR
Milli Məclisin iclası başlayıb, Nazirlər Kabinetinin Hesabatı dinləniləcək
Daxili siyasət
Emin Hüseynov: Gələn il Hadrut və Tuğa köç reallaşacaq
16 mart 2023 15:33 (UTC +04:00)
Xəbər Lenti
Ötən il büdcə kəsiri proqnozdan 55,5% az olub
17 mart 2023
Ötən il Azərbaycanın büdcə xərcləri 17% artıb
17 mart 2023
2022-ci ilin icmal büdcəsinin yenilənmiş göstəriciləri açıqlanıb
17 mart 2023
Ötən il 14 xarici vətəndaş qanunsuz ovla bağlı saxlanılıb
17 mart 2023
Buraxılış imtahanlarının məzmununun çətin olması iddialarına aydınlıq gətirilib
17 mart 2023
Şəhid ailə üzvlərinin banklara olan 126,4 min manat borcu silinib
17 mart 2023
Ötən il radikallığı təbliğ edən 107 kitabın idxalı və yayımı qadağan edilib
17 mart 2023
Hərbi həkim komissiyaları ötən il 1,5 min nəfərin əlillik təyinatı müraciətinə imtina verib
17 mart 2023
Baş Nazir: Ötən il məqsədyönlü islahatlarla yadda qalıb
17 mart 2023
Qayıdışa dair 36,9 min məcburi köçkün ailə arasında sorğu keçirilib, razı olanlarla protokollar imzalanıb
17 mart 2023
6 əcnəbinin adı Azərbaycan sərhədini qanunsuz keçmiş xarici ölkə vətəndaşlarının siyahısından çıxarılıb
17 mart 2023
Ötən il 491 nəfərin əlillik təyinatı ləğv edilib, bir sıra vəzifəli şəxslərə cinayət işi açılıb
17 mart 2023
Ötən il axtarışda olan 35 nəfər Azərbaycana ekstradisiya edilib
17 mart 2023
Ötən il dövlət sərhədindən keçən şəxslərin sayı açıqlanıb
17 mart 2023
Qərbi Azərbaycan İcması Ermənistan XİN-in qərəzli bəyanatını şərh edib
17 mart 2023
Bu il 300 nəfər məcburi köçkün Şuşa şəhərində işlə təmin olunacaq
17 mart 2023
Ötən il 457 kişi, 152 qadın intihar edib
17 mart 2023
İşğaldan azad edilən rayonlar üzrə minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb
17 mart 2023
RSK-nın müvəqqəti yerləşdirildiyi ərazilərdə qanunsuz fəaliyyətlər açıqlanıb
17 mart 2023
DİM: Ali məktəblərə sənəd verənlərin sayı artıb
17 mart 2023
Serbiyalı nümayəndə heyəti Şuşaya səfər edib
17 mart 2023
Qəzalı binalarla əlaqədar Dövlət Proqramının layihəsi hazırlanıb
17 mart 2023
Keçən il Ukraynadan təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub
17 mart 2023
SN: Yuxusuzluq uzun müddət narahat edəndə ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər
17 mart 2023
Fizulidə 18 binanın tikintisinə başlanıb
17 mart 2023
Vejnəli qızıl yatağındakı zavodda təhvil-təslim işləri başa çatdırılıb
17 mart 2023
Azərbaycanın 2022-ci ildə ixrac etdiyi hərbi məhsulların həcmi açıqlanıb
17 mart 2023
Azərbaycanda 5 adda yeni müdafiə təyinatlı məmulat yaradılıb
17 mart 2023
Keçən il Qarabağ və Şərqi Zəngəzurda tikintisinə və istismarına icazə verilən obyektlərin sayı açıqlanıb
17 mart 2023
İşğala qədər Xankəndidə azərbaycanlıların yaşadığı evlər “Qarabağ Rəqəmsal Geoinformasiya Sistemi” nə daxil edilib
17 mart 2023
Milli Məclisin iclası başlayıb, Nazirlər Kabinetinin Hesabatı dinləniləcək
17 mart 2023
Laçın rayonunun əvvəlki dəhliz hissəsi üzrə daşınmaz əmlakların sayı açıqlanıb
17 mart 2023
Azad edilmiş ərazilərdə ilkin invertarlaşma işləri tamamlanıb
17 mart 2023
Şəhid adının əbədiləşdirilməsi və ailələrinin sosial müdafiəsinə dair yeni qanun layihəsi hazırlanıb
17 mart 2023
2022-ci ildə dövlət büdcəsinin gəlirləri 4,3 mlrd. manat artıb
17 mart 2023
Üçtərəfli Bəyannamədən sonra davam edən erməni təcavüzü ilə bağlı 32 cinayət işi başlanılıb
17 mart 2023
Biləsuvarda qadın Polis şöbəsi yaxınlığında intihara cəhd edib
17 mart 2023
Heydər Əliyevə həsr olunmuş “Günəşə qovuşmaq istəyirəm mən!” adlı konsert keçirilib – FOTO
17 mart 2023
Fevralda Azərbaycanın xam neft hasilatı açıqlanıb
17 mart 2023
Medvedev Qara dənizə düşən ABŞ PUA-sı ilə bağlı insidenti şərh edib
17 mart 2023
DYP qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
17 mart 2023
“Azərbaycan bölgələrinin maliyyə özünəyetərliyi” tədqiqatının nəticələri NK-ya təqdim olunacaq
17 mart 2023
Agentlik: Azərbaycanın “yaşıl enerji” potensialı 200 qiqavat həcmində qiymətləndirilir
17 mart 2023
Ombudsmanın Milli Preventiv Qrupu 3 saylı uşaq evinə başçəkmə həyata keçirib
17 mart 2023
Ülviyyə Cabbarova ASA-nın Müşahidə Şurasına yeni sədr seçilib
17 mart 2023
FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb – VİDEO
17 mart 2023
Zaqatalada keçmiş arvadını güllələyən kişi könüllü təslim olub – YENİLƏNİB-1 – FOTO
17 mart 2023
“Naxçıvan Sığorta” maliyyə vəziyyətini açıqlayıb
17 mart 2023
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© 2004 – 2021 Bütün müəllif hüquqları qorunur.
Hvil hvilov dünya xalqlarının etnoqrafiyası
Ana Səhifə Cəmiyyət ATVİB heyəti “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin rəhbərliyi ilə görüşdü – FOTOLAR
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Yanvar 12, 2022 – 19:24
!Reklam – Yazi
Dünən – 11 yanvar 2022-ci il tarixində Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədr müavini Mövlud Işık və şair, tanınmış ziyalı Hamdi Ayvazoğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsini ziyarət edib.
Yenicagml.az xəbər verir ki, ATVİB heyəti ziyarət sırasında şöbə müdiri, türkoloq Güllü Yoloğlu və şöbənin aparıcı elmi işçisi Mehparə Əliyeva ilə görüşüb. Görüşdə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsi ilə gələcək əməkdaşlıq planları, Axısxalı gənclərin elmi tədbirlərə cəlb olunması, Axısxa Türklərinin yaşadıqları bölgələrə etnoqrafik ekspedisiyaların təşkili kimi bir çox vacib məsələlər müzakirə edilib. Görüş zamanı AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsi və Dünya Türkologiya Mərkəzinin qarşıdan gələn mart ayıda – Novruz Bayramı ərəfəsində birlikdə təşkil edəcəyi “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı beynəlxalq konfrasla bağlı fikir mübadiləsi də aparılıb. Mövlud Işık, Dünya Ahıska Türkləri Birliyi (DATÜB) və Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin fəaliyyətindən, Qarabağ müharibələri zamanı şəhid olan Axısxalıların igidliyindən, vətən sevgisindən, eləcə də gələcək əməkdaşlığın perspektivlərindən söhbət açaraq, şöbəyə müəllifi olduğu “Axısxalı şəhidlər” kitabını, Vətən Savaşında qazanılan şanlı qələbəyə həsr edilən “Türk Birliyi” jurnalının özəl sayını və qəzetləri hədiyyə edib. Qeyd edək ki, olduqca səmimi keçən görüşün sonunda xatirə şəkli də çəkilib.
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Etnoqrafiya elminin predmeti və vəzifələri
Etnoqrafiya dünya xalqlarının həyat və məişətindən bəhs edən tarix elmidir. O, yunan sözü olan «etnos» və «qrafo» sözlərindən əmələ gəlməklə «xalqın təsviri» mənasını verir. Bu elmi bəzən etnologiya da adlandırırlar. Məişət dedikdə fərdi və ictimai həyatda bərqərar olunmuş ənənəvi formalar başa düşülür. Hər bir xalqın özünəməxsus məişət forması vardır ki, ayrı-ayrı xalqlarda bunlar çox vaxt bir-birindən köklü surətdə fərqlənir. Xalqın məişəti ilə yanaşı etnoqrafiya bir elm kimi xalqın mədəniyyətini də öyrənir. Bir qayda olaraq dünya xalqlarının mədəniyyəti iki sahəyə ayrılır: maddi mədəniyyət və mənəvi mədəniyyət. Maddi mədəniyyət anlayışına insan əli ilə yaradılan bütün maddi nemətlər və əşyalar daxildir. Məs: yaşayış məskənləri və evlər, geyimlər və nəqliyyat vasitələri, yeməklər və içkilər, əmək alətləri, silahlar və bəzəklər; Mənəvi mədəniyyət anlayışına isə insan zəkasının yaratdığı bütün mənəvi məhsullar daxildir: ədəbiyyat, incəsənət, elm, din, fəlsəfə, əxlaq, musiqi, adət -ənənələr və i. a.
Təbiidir ki, dünyanın hər bir xalqının özünəməxsus mədəniyyəti vardır. Lakin müxtəlif xalqlarda mədəniyyətin inkişaf səviyyəsi eyni deyildir; həm də hər bir xalqın mədəniyyətində keyfiyyət özünəməxsusluğu vardır. Bu keyfiyyət özünəməxsusluğu hər bir xalqın etnik və ya milli ənənəsini təşkil edir. Lakin etnoqrafiya elmi müxtəlif xalqların məişət və mədəniyyətində olan müxtəlifliyi öyrənməklə kifayətlənmir. O, eyni zamanda xalqların məişət və mədəniyyətində nəzərə çarpan oxşar cəhətləri də öyrənir. Maddi və mənəvi-mədəniyyətdə, ictimai və ailə məişətində mövcud olan ümumi qanunauyğunluqları müəyyən etməyə kömək göstərən həmin oxşar və fərqli xüsusiyyətlər bəşəriyyətin inkişaf dialektikasını dərk etməyə imkan yaradır.
Tarixi inkişafın müəyyən mərhələlərində bəşər mədəniyyəti müxtəlif olmuşdur. Belə ki, ibtidai icma dövründə insanların ilk sosial birliyi olan qəbilənin az-çox dərəcədə yekcins mədəniyyəti vardır. İndiyədək ibtidai icma quruluşu şəraitində yaşayan bütün qəbilələrdə də bu cür vəziyyət müşahidə olunur. Lakin sinfi cəmiyyətdə hakim siniflərin məişət və mədəniyyəti, istismar olunan siniflərin məişət və mədəniyyətindən fərqlənir.
Etnoqrafiya elmi yalnız müasir xalqları öyrənmir; o, həmçinin hazırda siyasi fəaliyyət səhnəsindən çıxmış, yox olmuş xalqları da öyrənir. Bununla etnoqrafiyanın xüsusi bir sahəsi-tarixi etnoqrafiya məşgul olur.
Rus alimlərindən S.P.Tolstov etnoqrafiyanın predmetindən danışaraq yazırdı ki, bu elm dünyanın müxtəlif xalqlarının məişət və mədəniyyətindəki xüsusiyyətləri bilavasitə öyrənən, müşahidə edən tarix elmidir. Bu elm xalqın məişət və mədəniyyətindəki xüsusiyyətlərin tarixi dəyişkənliyini və inkişafını, xalqların etnogenezini, etnik coğrafiyasını, onların qarşılıqlı mədəni-tarixi əlaqələrini tədqiq etməklə məşğul olur. Y.V.Bromley və S.A.Tokaryev etnoqrafiyanın tədqiqat obyektindən, predmet və metodlarından danışaraq yazırlar; «Etnoqrafiya — əsas tədqiqat obyekti bilavasitə etnos və ya etnik birliklərin digər tipləri olan tarix elmidir». 1968-ci ildə nəşr olunan «Etnoqrafiyanın əsasları» adlanan kitabında S.Tokaryev etnoqrafiyaya ümumiləşdirilmiş tərif verərək yazır: «Etnoqrafiya dünya xalqlarının məişət və mədəniyyətini öyrənən tarix elmidir». Y.Bromley isə 1973-cü ildə nəşr edilən «Etnos və etnoqrafiya» əsərində, habelə 1981-ci ildə çap olunan «Etnoqrafiyanın müasir problemləri» adlanan kitabında etnoqrafiyanı «etnik birliklər haqqında elm» adlandırır. S.Tokaryevin həmin ümumiləşdirilmiş tərifini nəzərə alan Sankt-Peterburqlu alim R.İts etnoqrafiyaya aşağıdakı kimi tərif verir: «Etnoqrafiya xalqların məişətindən və etnik tarixindən, dünya mədəniyyətinin tərkib hissəsi kimi onların məişət və mədəniyyətindəki spesifik cəhətlərin formalaşmasından bəhs edən tarix elmidir.» Bu deyilənlərdən aydın görünür ki, etnoqrafiya elminin əsas tədqaqat obyekti, bilavasitə etnosdur, xalqın özüdür. Məhz xalq anlayışı etnoqrafiyanın əsas və başlıca anlayışıdır, çünki xalq anlayışı çox vaxt etnosla eyniləşdirilir. Qədim yunan termini olan etnos etimoloji cəhətdən «xalq», «qəbilə», «insan qrupu» anlayışlarına uyğun gəlir. Y.Poplinskinin göstərdiyi kimi qədim yunanlar özlərini başqalarından fərqləndirməkdən ötrü, qeyri-yunanları «etnos» adlandırmışdılar. Bununla da qeyri-yunanların yunanlardan fərqli olan real mədəni-məişət fərqlərini aşkara çıxarırdılar. Beləliklə, etnosun əsas ekvivalenti bizim dildə xalq anlayışına uyğun gəlir. Bununla belə XX əsrin 60-70-ci illərində etnoqrafiyanın əsas tədqiqat obyekti olan etnos mətbuat səhifələrində diskussiya mənbəyinə çevrilmişdi. Bromley etnosun mənşə birliyi məsələsini adətən tarixi-sosial planda verirdi. Digər sovet alimi L.Qumilyov etnosa bioloji cəhətdən yanaşaraq onu fərdiləşdirirdi. Lakin L.Qumilyov 1990-cı ildə nəşr edilmiş «Etnosun coğrafiyası» kitabında etnosa mücərrəd anlayış baxımından yanaşmır, ona bir tərəfdən tarixi prosesin təmsilçisi kimi baxır, digər tərəfdən də onu (etnosu) tarixi inkişafın təkan vericisi, onun hərəkət verici qüvvəsi kimi qəbul edirdi.
L.Qumilyova görə etnos bu və ya başqa dərəcədə sosial pərdəyə bürünmüş biofiziki varlıq olduğundan, hansının birinci və əsas olması barədə aparılan diskussiya mənasız bir şeydir. Çünki bunlar bir-birini o dərəcədə şərtləndirir ki, bunlardan biri olmadan, o biri mümkün deyildir. Bu diskussiya yumurta-cücə əhvalatını xatırladır.
Mütərəqqi elm xadimlərinin böyük əksəriyyəti etnosa sosial-tarixi mahiyyət verərək, onun alçaq mənşəli etnosdan yüksək formalı etnosa qədər dialektik inkişaf yolunu göstərmişlər.
Hər bir etnik birliyin beş əlaməti vardır ki, bunlardan bəziləri əsas, başlıca əlamətdir, digərləri isə ikinci dərəcəli əlamətlərdir. Belə ki, hər bir etnik birliyin vahid dili, vahid etnik ərazisi, məişət- mədəniyyət ümumiliyi və mənşə birliyi mövcuddur; bununla belə hər bir etnik birliyin öz-özünü dərk etmək, öz-özünü anlamaq xüsusiyyəti vardır. Hər bir xalqın müxtəlif tarixi inkişaf dövründə onun etnoqrafik xarakteristikasında, göstərilən əlamətlərdən biri və ya bir neçəsi ön plana çıxa bilər.
DİL. Yer kürəsində yaşayan xalqların əksəriyyəti öz milli dillərində danışır. Lakin çox vaxt müxtəlif xalqlar eyni bir dildə danışırlar. Məs. bütün Latın Amerikası ölkələrində — ispan dilində, Avstriya, Almaniya, İsveçrə və b. ölkələrdə alman dilində danışırlar. Eyni zamanda biz, bir xalq arasında iki və ya daha artıq dillərin yayılmasını da müşahidə edirik. Məs: irlandiyalılar həm irland, həm də ingilis dilində, hindistanlılar həm hindi, həm də ingilis dilində, Rusiya xalqları həm rus, həm də öz milli ana dillərində danışırlar. Buradan belə nəticə çıxır ki, dil bir xalqı başqalarından fərqləndirən yeganə əlamət hesab edilə bilməz.
ETNİK ƏRAZİ. Etnik ərazi, yəni müəyyən xalqın yerləşdiyi vilayət onu başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdən biridir. Hər bir xalq adətən müəyyən bir ərazidə formalaşır. Lakin, bəzən tarixi inkişaf prosesində bir xalq başqa bir xalqla ərazi cəhətdən qarışıq yaşamağa məcbur olur. Belə bir vəziyyətdə parçalanmış etnik ərazi yaranmış olur: çünki xalqın müxtəlif hissələri arasındakı əlaqələr sarsımış vəziyyətdə olur. Buna misal olaraq Rusiyada yaşayan başqırdları, azərbaycanlıları, tatarları, karelləri, buryatları və s. göstərmək olar. Belə bir şəraitdə xalqın daxili birləşmə qüvvəsi zəifləyir, hətta azlıqda qalan kiçik hissələri böyük xalqlarla qaynayıb qarışır. Lakin elmə belə bir hal da məlumdur ki, xalq öz ərazi birliyinin pozulmasına baxmayaraq, vahid bir birlik kimi öz inkişafını davam etdirir.
MƏİŞƏT VƏ MƏDƏNİYYƏT ÜMUMİLİYİ. Oxşar təbii şəraitdə, bir-birilə ünsiyyətdə yaşayan insanlar bir qayda olaraq maddi və mənəvi mədə-niyyət sahəsində oxşar mədəni ünsürlər yaradırlar. Məs: çox vaxt yaşayış məskənləri, evlər, geyim tipləri ayrı-ayrı nəqliyyat növləri bir-birinə bənzəyir. Bütün bu ünsürlər etnik əlamətlər sayıla bilər. Lakin bunlar ikinci dərəcəli əlamətlərdir; çünki mədəniyyətin oxşar əlamətlərinin yayılma sahəsi çox vaxt etnik əlamətlərlə uyğun gəlmir. Məs. karellər və vepslər maddi mədəniyyətin bütün xüsusiyyətinə görə şimali ruslara çox yaxındırlar; moldavanların maddi mədəniyyəti ukraynalılarınkı ilə, latışlarınkı isə estonlarla çox uyğunluq təşkil edir.
MƏNŞƏ BİRLİYİ. Bu cəhət yalnız nadir hallarda bir xalqı başqalarından ayırmaq üçün fərqləndirici əlamət sayıla bilər. Lakin xalqları fərqləndirərkən onu da mütləq nəzərə almaq lazımdır. Məs. müxtəlif ölkələrdə yaşayan qaraçılar, yəhudilər, zəncilər və s. mənşə etibarilə ayrıca qrup təşkil edirlər.
ETNİK ÖZ-ÖZÜNÜ ANLAMA. Etnik birlik əlamətlərindən birini də etnik öz-özünü anlama təşkil edir. Bəzi alimlər bu aləməti hətta əsas, həlledici əlamət kimi qəbul edirlər. Qarışıq mənşəli insanlar adətən özlərini istədiyi etnosa aid edə bilərlər.
ETNOQRAFİYANIN MƏNBƏLƏRİ VƏ TƏDQİQAT ÜSULLARI
Etnoqafiya elminin əsas mənbəsini tədqaqatçının çöl müşahidələri təşkil edir. Etnoqrafın çöl müşahidələri müxtəlif formalarda aparılır:
Bilavasitə müşahidə,
Etnoqrafın yerli əhalinin işində fəal iştirakı,
İnformatorlarla müsahibə.
Bu üsullarla toplanılan materiallar etnoqraf tərəfindən çöl gündəliyinə daxil edilir. Eyni zamanda tədqiqatçı müxtəlif rəsmlər çəkir, məlumatçıların söhbətlərini maqnitofon lentinə yazır. İmkan olduqda o, həm də maddi mədəniyyət əşyaları toplayır və bu yolla muzey fondlarını zənginləşdirir. Bir qayda olaraq çöl işlərinin aparılmasının iki başlıca metodu vardır: 1) Ekspedisiya üsulu və 2) Stasionar üsul. Birinci üsula görə etnoqraf tək və ya bir neçə nəfər mütəxəssislə birlikdə onu maraqlandıran obyektə gedir. Orada yaşayan əhalinin məişət və mədəniyyətini müşahidə edir. Bir qayda olaraq ekspedisiya qısa müddət üçün (10 gündən 3 aya qədər) nəzərdə tutulur. Bu müddət qısa olsa da, geniş ərazidə etnoqrafik material toplanılır. Stasionar iş üsuluna görə etnoqraf uzun müddət (bəzən 10-15 il) müəyyən bir kəndin və ya şəhərin əhalisi içərisində qalır, onun sakinlərinin məişət və mədəniyyətini öyrənir. Hər iki iş üsulunun həm müsbət və həm də mənfi cəhətləri vardır. Məs. Ekspedisiya zamanı etnoqraf eyni zamanda bir çox kəndləri öyrənir və burada topladığı materiallar əsasında müqayisələr və ümumiləşdirmələr etmək imkanına malik olur. Digər tərəfdən müşahidəçi həmin kəndlərin hər birində qısa müddət ərzində qaldığından (bəzən cəmi 1-2 gün və ya 1-2 saat) o, həmin kənd sakinlərini hərtərəfli və bütünlüklə öyrənə bilmir, onları yalnız səthi tədqiq edir. Stasionar iş üsulu zamanı etnoqraf müəyyyən bir kəndin, rayonun və ya zonanın əhalisini dərindən və hərtərəfli öyrənsə də o, müqayisələr və ümumiləşdirmələr edə bilmir. Buna görə də etnoqrafik çöl tədqiqatları ilə məşğul olarkən, hər iki iş üsulunu əlaqələndirmək lazımdır.
ETNOQRAFİYA BİR ELM kimi digər humanitar və təbiət elmləri ilə sıx surətdə əlaqədardır. Onun antropologiya, arxeologiya, linqvistika, folkloristika və çoğrafiya ilə sıx əlaqəsi mövcuddur. Antropologiyanın irqlərin yaranmasına dair olan bölməsi, insan irqlərinin ərazi cəhətcə yayılması, tarixi-sosial əlaqələr zəminində insanın fiziki simasının dəyişməsini öyrənən sahələri etnik antropologiya adlanır. Arxeoloji materiallar üzrə mədəni-məişət xüsusiyyətlərinin müəyyənləşdirilməsi qədim etnik qrupları bir-birindən ayırmağa imkan verir. Arxeologiyada son vaxtlarda meydana çıxan bu xətt paleoetnoqrafiya adlanır. Etnik antropologiyanın və paleoetnoqrafiyanın verdiyi materiallar xalqın etnik tarixinin ilk mərhələlərini öyrənməyə imkan verir. Yuxarıda dediyimiz kimi etnoqrafiyanın dilşünaslıqla, ədəbiyyatşünaslıq və folklorşünaslıqla da tematik və problem yaxınlığı vardır ki, bunlar xalqların mənəvi mədəniyyətlərinin spesifik cəhətlərini anlamağa imkan yaradır. Hər bir dilin daxili inkişaf qanunauyğunluğu mövcuddur ki, bu bilavasitə həmin dilin daşıyıcıları ilə sıx surətdə əlaqədardır. Odur ki, dilşünaslıqda xüsusi bir bölmə-etnolinqvistika bölməsi vardır. Elmin bu sahəsi dilin mənşəyini, onun başqa dillərlə qohumlugunu və yaxınlığını öyrənməklə məşgul olur. Elmlərin etnososiologiya və etnopsixologiya sahələrinə də bu mövqedən yanaşmaq lazımdır. Etnoqrafiyanı öz ağuşunda böyüdən coğrafiya əhalini, onun yerləşməsini, ətraf mühitə insanların təsirini öyrənməklə yanaşı bu elmlə də öz sıx əlaqəsini saxlayır. Etnoqrafiya ilə əlaqəsi olan coğrafiyanın həmin sahələri demoqrafiya, statistika, etnocoğrafiya, etnokartoqrafiya, etnostatistika və s. dir. Etnobotanika və etnozoologiya elmləri də etnik birliklərin qədim inkişaf tarixini izləməyə imkan verir.
Elmin müstəqil bir sahəsi kimi etnoqrafiya XIX əsrin ortalarında Qərbi Avropa və Amerika ölkələrində təşəkkül tapmağa başlamışdır. XIX əsrin 60-70-ci illərində müxtəlif ölkələrdə etnoqrafik təşkilatlar və cəmiyyətlər meydana çıxmışdır. Lakin «Etnoqrafiya» sözünü bundan əvvəlki tarixi dövrlərdə də işlətmişdilər. Ancaq o vaxtlar bu söz elmi məna daşımırdı. Hələ 1607-ci ildə yazıçı İohan Zommer Maqdeburq şəhərində «Etnoqrafik məcmuə» nəşr etməyə başlamışdı. 1791-ci ildə isə Nyurenberq şəhərində «Etnoqrafik albom» dərc edilmişdir. 1820-ci ildə macar xalq geyim kompleksini əks etdirən albom dərc olundu ki, bu albomun üstünə «Etnoqrafiya» sözü yazılmışdı. 1826-cı ildə İtaliya coğrafı Adriano Balbi «Etnoqrafik atlas» çap etdirmişdi.
Hazırda müasir etnoqrafiyanın qarşısında çox mühüm vəzifələr durur ki, bunları da başlıca olaraq 6 qrupa ayırmaq mümkündür:
1) Ayrı-ayrı ölkələrin, həmçinin bütün dünya əhalisinin etnik tərkibinin öyrənilməsi;
2) Xalqların etnik tarixi və etnogenezi problemi.
3) Nəsli qəbilə quruluşunun, yəni sinifsiz cəmiyyətin öyrənilməsi.
4) Tarixən formalaşan milli-mədəni ənənələrin öyrənilməsi.
5) Müasir məişətin öyrənilməsi.
6) Müasir etnik proseslərin öyrənilməsi.
1. İlk baxışda birinci problemin araşdırılması adama çox asan görünür. Məs. biz deyirik ki, İtaliyada italyanlar, Koreyada koreyalılar yaşayırlar. Əslində isə bu məsələ göründüyündən qat-qat çətindir. Çünki hər bir ölkədə əsas millətdən başqa, bir çox digər xalqların nümayəndələri də, yəni azlıqda qalan qeyri-əsas xalqlar da yaşayır. Çox vaxt bu milli azlıqların sayını müəyyən etmək o qədər də asan olmur. Çünki, belə bir sual meydana çıxır ki, biz əhalinin hansı qrupunu müstəqil xalq, hansını isə əsas millətin tərkib hissəsi kimi qiymətləndirməliyik? Məhz, buna görə də etnoqraflar adətən etnik və etnoqrafik qrupları həmçinin milli azlıqları həm əsas xalqdan, həm də bir-birindən fərqləndirməyə çalışırlar.
2. Xalqların etnik tarixi və etnogenezi problemi, hər bir xalqın sistematik tədqiqinə başlanılan zaman, tədqiqatçının qarşıya qoyduğu əvvəlinci məsələlərdən biridir. Bu məsələ eyni dərəcədə həm tarixçini, həm arxeoloqu, həm antropoloqu, həm də dilşünası maraqlandırır. Bu problemin həll edilməsi üçün bütün adları çəkilən elmlərin məlumatından istifadə olunmalıdır. Başqa sözlə desək, hər hansı bir xalq arasında üstünlük təşkil edən irqi tiplər haqqındakı məlumatları (antropologiya); onun dili haqqındakı məlumatı (dilşünaslıq); öyrənilən xalqın əcdadlarının qədim maddi izləri haqqındakı məlumatları (arxeologiya); habelə yazılı mənbələrin və xalqın özünün folklor materiallarını mütləq nəzərə almaq lazımdır. Məlum olduğu kimi xalqın mənşəi uzun sürən, mürəkkəb tarixi-etnik prosesdir. Xalqın etnik tarixi, onun həm ictimai-iqtisadi, həm siyasi, həm də mədəni tarixi ilə əlaqədardır. Bu tarixi inkişaf gedişində, bəzən xalqın dili də dəyişikliyə məruz qalır. Etnik inkişaf prosesində müəyyən vaxt ərzində insanların sosial birliklərinin tipləri də dəyişilir. Qəbilələrdən qəbilə ittifaqları yaranır ki, bunlar da sonralar xalqlara, axırıncılar isə öz növbəsində, kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar olaraq, etnik birliyin yeni tipi olan millətlərə çevrilirlər.
3.Nəsli qəbilə quruluşunu, yəni sinifsiz cəmiyyəti qismən arxeoloji məlumatlar əsasında öyrənmək mümkündür. Lakin məlum olduğu kimi arxeoloji materiallar cansız, dilsiz materiallardır. Onların əsasında biz yalnız ibtidai insanların əmək alətlərini, incəsənəti, qismən təsərrüfat formalarını və maddi mədəniyyətin digər sahələrini öyrənə bilərik. İbtidai insanların ictimai quruluşunun bir çox cəhətləri (ana nəsli qaydaları, ailə və nigahın ilkin formaları, yaşa və cinsə görə bölgü, hakimiyyətin təşkili) indiyədək arxaik qaydaların nisbətən hökm sürdüyü Avstraliya, Amerika və Afrikanın yerli əhalisinin öyrənilməsi prosesində mümkün olmuşdur.
4.Tarixən formalaşmış milli mədəni ənənələrin öyrənilməsi də mühüm problemlərdəndir. Mütərəqqi alimlər göstərirlər ki, hər bir xalq öz böyüklüyündən və kiçikliyindən asılı olmayaraq dünya mədəniyyəti xəzinəsinə müəyyən əvəzedilməz incilər bəxş edir. Beynəlmiləl mədəniyyətin yaranmasında hər bir xalqın mədəni nailiyyətinin səviyyəsini bilmək lazımdır. Burada maddi mədəniyyət abidələri, tikintinin tipləri və formaları, sənətkarlıq texnikası, bədii sənətkarlıq, xalq musiqisi, xalq təbabəti və s.dən söhbət gedir. Milli mədəniyyətlərin öyrənilməsi, onlarda olan müsbət və mənfi cəhətlərin hərtərəfli müəyyən edilməsi ona görə vacibdir ki, bu beynəlmiləl tərbiyəyə və bizə pis adətlərdən xilas olmaqda kömək edir. Eyni zamanda əməyə, hər bir xalqın yaradıcılığına hörmətlə yanaşmağı öyrədir.
5.Müasir məişətin öyrənilməsi problemi yalnız son zamanlarda qarşıya qoyulmuşdur. Buna görə də hələlik o, zəif öyrənilən sahələrdən sayılır. Etnoqraflar çoxdan öyrənilmiş məişət və mədəniyyət formalarını tədqiq etməyə adət etdiklərindən yeniliyi müşahidə etməkdə çətinlik çəkirlər. Müasir məişətimizi öyrənmək üçün daha çox müşahidə aparmaq, tədqiq etmək, mədəni-məişət formalarının dəyişilməsi prosesini, yeni etnik ənənələrin formalaşmasını izləmək lazımdır.
6.Müasir etnik proseslərin öyrənilməsi problemi dünya etnoqrafiyası qarşısında duran ən mühüm problemlərdən biridir. Müasir dünyada baş verən böyük ictimai-iqtisadi və siyasi dəyişikliklər öz təsirini xalqların etnik inkişafında da göstərir. Millətlərin qovuşması, etnik birliklərin böyüməsi və yeni millətlərin formalaşması prosesi müasir dövrün əsas proseslərindəndir. Bu hər şeydən əvvəl o ölkələrdə daha çox nəzərə çarpır ki, orada etnik rəngarənglik daha çoxdur. Məsələn, Qafqazda, Tacikistanda, Hindistanda, İndoneziyada və bir sıra Afrika ölkələrində vəziyyət belədir. Hazırda etnik inkişaf prosesində pərakəndəlik aradan qalxır, əhali daha iri etnik qruplarda birləşirlər. Bəzi ölkələrdə bu proses həyat səviyyəsinin iqtisadi və mədəni cəhətdən yüksəlməsi ilə, keçmiş müstəməkələrdə və asılı ölkələrdə isə azadlıq hərəkatı ilə bağlıdır.
Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası
Comments are closed, but trackbacks and pingbacks are open.