Leyla Ismayil
Skiflərin bir tayfası Paralat kimi qeyd olunur. Qədim yunanca paralat kimi yazılmış bu etnonim türkcə “bor” – boz sözündən və olet, ələt etnonimindən ibarətdir. Skiflərdə paralat, Midiyada paratagenlər, erkən orta əsrlərdə peçeneklərdə borotolmat tayfalarının adlarındakı “para” və “boro” komponentlərini Q.Qeybullayev eyni mənşəli sayır.
Etnoqrafiya
Etnoqrafiya — yunan sözü olub, “etnos” xalq, “qrafis” isə təsvir etmək deməkdir. Deməli etnoqrafiya xalqı öyrənən, təsvir edən, xalqa daha yaxın olan, onun adət-ənənələri, məişətinə, istək və arzularına daha çox bələd olan elmdir. Etnoqrafiya elminin başlıca vəzifəsi xalqı öyrənmək, tarixini tədqiq etmək və daha da zənginləşdirməkdən ibarətdir. Etnoqrafiya tarix elminin tərkib hissəsidir. Əgər arxeologiya tarix elminin ixtiraçısı hesab olunursa, etnoqrafiya isə onun bərpaçısı funksiyasını daşıyır. Ona görə də hər bir tədqiqatçı tarixin tədqiqi zamanı arxeoloji və etnoqrafik mənbələrə üstünlük verməlidir.
Mündəricat
- 1 Etnoqrafiya elm kimi
- 2 Etnoqrafik məktəblər
- 3 Etnoqrafiya və аeminizm
- 4 Etnoqrafik terminlər
- 5 Ədəbiyyat
- 6 Mənbə
- 7 Xarici keçidlər
- 8 Həmçinin bax
Etnoqrafiya elm kimi Redaktə
Xalqın məişəti ilə yanaşı, etnoqrafiya bir elm kimi həm də onun mədəniyyətini tədqiq edir. Etnoqrafiya elmi müxtəlif xalqların məişət və mədəniyyətində olan müxtəlifliyi öyrənməklə yanaşı onların oxşar cəhətlərini də nəzərdən qaçırmır, yalnız müasir xalqları deyil həmçinin, hazırda siyasi fəaliyyət səhnəsindən çıxmış, yox olmuş xalqları da öyrənir. Bununla etnoqrafiyanın xüsusi bir sahəsi olan tarixi etnoqrafiya məşğul olur.
Rus alimlərindən S.P.Tolstov etnoqrafiyanın predmetindən danışaraq yazırdı ki, bu elm dünyanın müxtəlif xalqlarının məişət və mədəniyyətindəki xüsusiyyətləri bilavasitə öyrənən, müşahidə edən tarix elmidir. Bu elm xalqın məişət və mədəniyyətindəki xüsusiyyətlərin tarixi dəyişkənliyini və inkişafını, xalqların etnogenezini, etnik coğrafiyasını, onların qarşılıqlı mədəni-tarixi əlaqələrini tədqiq etməklə məşğul olur. Y.V.Bromley və S.A.Tokaryev etnoqrafiyanın tədqiqat obyektindən, predmet və metodlarından danışaraq yazırlar:
“Etnoqrafiya – əsas tədqiqat obyekti bilavasitə etnos və ya etnik birliklərin digər tipləri olan tarix elmidir”.
1968-ci ildə nəşr olunan “Etnoqrafiyanın əsasları” adlanan kitabında S.Tokaryev etnoqrafiyaya ümumiləşdirilmiş tərif verərək yazır: “Etnoqrafiya dünya xalqlarının məişət və mədəniyyətini öyrənən tarix elmidir”. Y.V.Bromley isə 1973-cü ildə nəşr edilən “Etnos və etnoqrafiya” əsərində, habelə 1981-ci ildə çap olunan “Etnoqrafiyanın müasir problemləri” adlanan kitabında etnoqrafiyanı “etnik birliklər haqqında elm” adlandırır.
S.Tokaryevin həmin ümumiləşdirilmiş tərifini nəzərə alan Sankt-Peterburqlu alim R.İts etnoqrafiyaya aşağıdakı kimi tərif verir: “Etnoqrafiya xalqların məişətindən və etnik tarixindən, dünya mədəniyyətinin tərkib hissəsi kimi onların məişət və mədəniyyətindəki spesifik cəhətlərin formalaşmasından bəhs edən tarix elmidir”. İngilis etnoqrafı Toms etnoqrafiyanın folklor (ingiliscə folk-xalq, lar-bilik) adlandırmağı təklif edirdi.
Bu deyilənlərdən aydın görünür ki, etnoqrafiya elminin əsas tədqiqat obuekti bilavasitə etnosdur, xalqın özüdür. Məhz xalq anlayışı etnoqrafiyanın əsas və başlıca anlayışıdır, çünki xalq anlayışı çox vaxt etnosla eyniləşdirilir. Qədim yunan termini olan “etnos” etimoloji cəhətdən “xalq”, “qəbilə”, “insan qrupu” anlayışlarına uyğun gəlir. Y.Poplinskinin göstərdiyi kimi qədim yunanlar özlərini başqalarından fərqləndirmək üçün qeyri-yunanları “etnos” adlandırmışlar.
İlk etnoqrafik biliklər tarixin qədim və orta əsrlər dövründə əldə edilmişdir. Etnoqrafik məktəblərin yaranmasında isə filosof, maarifçi və ensiklopediyaçıların baxışları mühüm rol oynamışdır. Utopik sosiolist J.Russonun “Bərabərsizliyin mənşəyi və əsasları haqqında mühakimə” (1755) və “İctimai saziş və ya siyasi hüquqların prinsipləri” (1762), ingilis iqtisadçısı A.Smitin “Xalqların təbiəti və sərvət toplamaq səbəbləri” (1776) adlı əsərlərində xüsusi mülkiyyət əsas götürülmüşdür.
S.Dejnyov və V.Atlasovun Uraldan şərqdə yaşayan aborigen xalqlar -koryaklar və itelmenlər haqqında məlumatları böyük əhəmiyyət kəsb edir.
Rusiyanın 1675-1677-ci illərdə Çində olmuş səfiri A.Spafarinin “Çin dövlətinin təsviri” və “Amurun təsviri”, Q.Novitskinin “Ostyak xalqları haqqında qısa təsvir” (1715), rus səyyahı S.Kraşeninikovun 1737-1741-ci ildə yazdığı, “Kamçatka torpağının təsviri”, M.Lomonosovun “Rusiyanın qədim tarixi” və “Şəcərənin qısa səlnaməsi” əsərlərinin də xüsusi yeri vardır.
M.Lomonosov, Lepjoxin, P.Pallas və S.Qmelinin ekspedisiyalarının materialları əsasında 1776-1788-ci illərdə “Rusiya dövlətində yaşayan xalqların təsviri” adlı olduqca maraqlı bir kitab nəşr olunmuşdur. Moskva Universitetinin professoru S.Denitski “Ailənin və xüsusi mülkiyyətin mənşəyi” (1775) əsərində ailəyə və xüsusi mülkiyyətə cəmiyyətin tarixi inkişafı ilə sıx əlaqəli, dəyişən və inkişaf edən bir hadisə kimi baxmışdır. XVIII əsr tarixşünaslığında A.N.Radişevin rolu böyükdür. Onun fərdilik prinsiplərini izah edərək təklikdə yaşamağın ölümlə nəticələnəcəyini yəqin etməsi və kollektivçilik haqqında fikirləri də maraq doğurur.
XVII-XVIII əsrlərdə istər qərbdə, istərsə də Rusiyada ibtidai icma tarixinin öyrənilməsi sahəsində etnoqrafik və tarixi materialların toplanmasında mühüm nailiyyətlər qazanılmışdı. Bununla belə qeyd olunan dövrdə etnoqrafiya bir elm kimi hələ formalaşmamışdı. Bu elm müstəqil bir sahə kimi yalnız XIX əsrin ortalarında Qərbi Avropa və Amerika ölkələrində təşəkkül tapmağa başlamış, XIX əsrin 60-70-ci illərində isə müxtəlif ölkələrdə etnoqrafik təşkilat və cəmiyyətlər yaranmışdır. İngilis etnoqrafı Toms etnoqrafiyanı folklor adlandırmışdır (folk-xalq, lor-bilik deməkdir).
Etnoqrafiya elminin inkişafında 1607-ci ildə yazıçı İ.Zommerin Maqdeburq şəhərində nəşr etdirdiyi “Etnoqrafik məcmuə”, 1791-ci il Nürenburq şəhərində dərc olunan “Etnoqrafik albom”, 1820-ci il macar “Etnoqrafiya” albomu, 1826-cı il İtaliya coğrafiyaçısı Adriano Balbinin “Etnoqrafik atlas”ı, fransız fiziki Jan-Jak Amperin 1830-cu ildə təklif etdiyi antropoloji elmlərin təsnifatı və etnologiyanın yeri və 1839-cu ildə fəaliyyətə başlamış Paris “Etnologiya cəmiyyəti”nin böyük əhəmiyyəti olmuşdur.
1842-ci ildə Nyu-Yorkda “Amerika etnologiyacəmiyyəti” fəaliyyətə başlamışdır. 1843-cü ildə İngiltərə “Etnologiya cəmiyyəti”, 1869-cu ildə Almaniya və 1871-ci ildə İtaliya “Antropologiya və etnologiya cəmiyyəti”, 1845-ci ildə isə “Rus coğrafi cəmiyyəti” nəzdində “Etnoqrafiya” bölməsi fəaliyyətə başlamışdır. Bu sahədə akademik Berin və Nadejdinin fəaliyyəti diqqətəlayiqdir.
Rus etnoqrafiyası XIX əsrin ortalarında B.Boqoroz, V.İexelson, S.Şternberq, N.Mikluxo-Maklay və D.Anuçinin kompleks tədqiqat metodu əsaslandırılmışdır. Cənub-şərqi Asiya xalqlarının etnoqrafik baxımından öyrənilməsində N.Mikluxo-Maklayın rolu böyükdür. M.Kovalevski, Y.Petri, S.Şternberq, F.Kol, N.Ziber və başqaları isə təmayülçülər idilər.
1851-ci ildə “Rus coğrafiya cəmiyyəti”nin Qafqaz şöbəsi yaradılmış və 1852-ci il Zapiski “KORQO”, 1872-ci ildə isə Izvestiya “KORQO” jurnallarının nəşrinə başlanılmışdır.
L.M.Morqanın “Qədim cəmiyyət” (1877) əsərinin surətini də etnoqrafiya elmində yeri böyükdür. Sosial-iqtisadi formasiyaların etnoqrafik tədqiqində K.Marks və F.Engelsin əsərlərinin xüsusi rolu vardır. F.Engelsin “Kapitalizməqədərki istehsal formaları” məqaləsi (1883) və K.Marksın “Kapital” (1867) əsərində “Ovçu xalqlar”, “Vəhşilər” haqqında, həmçinin Hindistan, digər şərq xalqları ilə Dunay knyazlığının milli hərəkat problemləri əsas yer tutur. F.Engelsin 1878-ci ildə yazdığı “Anti Durinq” əsərində qədim insan birlikləri, habelə Hindistan, slavyan, kelt və german xalqları, həmçinin dinin tarixi haqqında məlumatlar vardır.
“Alman ideologiyası” (1883) əsərində K.Marks və F.Engelsin maddi mədəniyyət, xüsusi mülkiyyət və onun qalıqları haqqında mülahizələri şərh olunur.
F.Engelsin “Ailənin xüsusi mülkiyyətin və dövlətin mənşəyi” (1884) adlı əsərinin etnoqrafiya elmində, 1896-cı ildə yazmış olduğu “Meymunun insana çevrilməsində əməyin rolu” adlı əsərinin isə antropogenez problemində yeri böyükdür.
K.Marks və F.Engelsin davamçıları Avqust Bebel, Pol Lafarq, Karl Kautski, Roza Lüksemburqun əsərlərində və baxışlarında da etnoqrafik istiqamətlər özünəməxsus yer tutur.
Cəmiyyətin iqtisadi və siyasi inkişafı XIX əsrin 80-90-cı illərində – Taylor, Lebbok, Mak-Lennan, Morqan, Spenser, Lippert və s. kimi görkəmli etnoqraf alimlərin yetişməsinə səbəb oldu.
Budapeşt muzeyi (1872), Stokholm (1874), Paris (Insan muzeyi 1877), Rotterdam (1883), Varşava (1888), Skansendə açıq səma altında ilk muzey (Stokralm, 1891), Sv. Martin muzeyi (Slovakiya, 1893), Sofiya (1893), Brüssel (1897), Krakov (1910), Arnhemdə açıq səma altında muzey (Niderland, 1972) və digər muzeylər yaradıldı. İngiltərədə “Folklor” (1890) və “Mən” (1901), Almaniyada “Etnoqrafiya” (1909), Avstiya-Macarıstanda “Antropos” (1906), Amerikada “Beynəlxalq Etnoqrafiya arxivi” (1888) “Amerika antropologiyası” (1899) və s. məcmuələr nəşr olunmağa başlandı, XIX əsrin 60-70-ci illərindən həmçinin çöl tədqiqat işlərinə start verildi. Amerika etnoqrafı Frans Boas 1897-1902-ci illərdə Şimal-Qərbi Amerika və Şimal-Şərqi Asiyaya səfər etdi. 1880-ci ildə Amazonkanın cənub hissəsində – Şinqa çayı sahillərində yaşayan bakairi tayfaları, habelə Mato, Qrosso vilayətində yaşayan borora hinduları öyrənildi.
Konrad Starkenin “İlkin ailə, onun təşəkkülü və inkişafı” (1888) əsəri, ingilis Eduard Vestermarkın (mənşəcə fin) (1862-1939) “İnsani nikahın tarixi” (1891), Henri Kunun (1862-1936) “Avstraliya zəncilərinin qohumluq ittifaqları” (1894) və “Nikah və ailənin başlanğıcı (1912-1913)” adlı əsərlərini yazdı. Alman etnoqrafı Ernst Qrossun “Ailənin və təsərrüfatın formaları” (1896) mövzusunda kitabı çap olundu.
Alman etnoqrafı Henri Şursun “İnkişaf edən siniflər və kişi ittifaqları” əsərində insanların iqtisadi münasibətlərinin erkən formaları və yeni problem məsələləri əksini tapdı. Eduard Han, Karl Blyuxer, Feliks Şomlo animist nəzəriyyəni tənqid edərək, pramoxoteizmi, Taylor isə “Dinin parçalanması” (1898) əsərində preanimizmi əsaslandırdı.
Etnoqrafik məktəblər Redaktə
Etnoqrafiya dünya xalqlarının həyat və məişətindən bəhs edən elmdir. Etnoqrafiya antropologiya, arxeologiya, dilçilik, folklorşünaslıq, coğrafiya və digər elmlərlə əlaqəlidir. İlk etnoqrafik biliklər tarixin qədim və orta əsrlər dövründə əldə edilmişdir.
Etnoqrafik məktəblərin yaranmasında isə filosof, maarifçi və ensiklopediyaçıların baxışları mühüm rol oynamışdır. Utopik sosiolist Jan Jak Russonun “Bərabərsizliyin mənşəyi və əsasları haqqında mühakimə” (1755) və “İctimai saziş və ya siyasi hüquqların prinsipləri” (1762), ingilis iqtisadçısı Adam Smitin “Xalqların təbiəti və sərvət toplamaq səbəbləri” (1776) adlı əsərlərində xüsusi mülkiyyət əsas götürülmüşdür.
S.Dejnyov və V.Atlasovun Uraldan şərqdə yaşayan aborigen xalqlar -koryaklar və itelmenlər haqqında məlumatları böyük əhəmiyyət kəsb edir.
Rusiyanın 1675-1677-ci illərdə Çində olmuş səfiri A.Spafarinin “Çin dövlətinin təsviri” və “Amurun təsviri”, Q.Novitskinin “Ostyak xalqları haqqında qısa təsvir” (1715), rus səyyahı S.Kraşeninikovun 1737-1741-ci ildə yazdığı, “Kamçatka torpağının təsviri”, Mixail Lomonosovun “Rusiyanın qədim tarixi” və “Şəcərənin qısa səlnaməsi” əsərlərinin də xüsusi yeri vardır.
M.Lomonosov, Lepjoxin, P.Pallas və S.Qmelinin ekspedisiyalarının materialları əsasında 1776-1788-ci illərdə “Rusiya dövlətində yaşayan xalqların təsviri” adlı olduqca maraqlı bir kitab nəşr olunmuşdur. Moskva Universitetinin professoru S.Denitski “Ailənin və xüsusi mülkiyyətin mənşəyi” (1775) əsərində ailəyə və xüsusi mülkiyyətə cəmiyyətin tarixi inkişafı ilə sıx əlaqəli, dəyişən və inkişaf edən bir hadisə kimi baxmışdır. XVIII əsr tarixşünaslığında A.N.Radişevin rolu böyükdür. Onun fərdilik prinsiplərini izah edərək təklikdə yaşamağın ölümlə nəticələnəcəyini yəqin etməsi və kollektivçilik haqqında fikirləri də maraq doğurur.
XVII-XVIII əsrlərdə istər qərbdə, istərsə də Rusiyada ibtidai icma tarixinin öyrənilməsi sahəsində etnoqrafik və tarixi materialların toplanmasında mühüm nailiyyətlər qazanılmışdı. Bununla belə qeyd olunan dövrdə etnoqrafiya bir elm kimi hələ formalaşmamışdı. Bu elm müstəqil bir sahə kimi yalnız XIX əsrin ortalarında Qərbi Avropa və Amerika ölkələrində təşəkkül tapmağa başlamış, XIX əsrin 60-70-ci illərində isə müxtəlif ölkələrdə etnoqrafik təşkilat və cəmiyyətlər yaranmışdır. İngilis etnoqrafı Toms etnoqrafiyanı folklor adlandırmışdır (folk-xalq, lor-bilik deməkdir).
Etnoqrafiya elminin inkişafında 1607-ci ildə yazıçı İ.Zommerin Maqdeburq şəhərində nəşr etdirdiyi “Etnoqrafik məcmuə”, 1791-ci il Nürenburq şəhərində dərc olunan “Etnoqrafik albom”, 1820-ci il macar “Etnoqrafiya” albomu, 1826-cı il İtaliya coğrafiyaçısı Adriano Balbinin “Etnoqrafik atlas”ı, fransız fiziki Jan-Jak Amperin 1830-cu ildə təklif etdiyi antropoloji elmlərin təsnifatı və etnologiyanın yeri və 1839-cu ildə fəaliyyətə başlamış Paris “Etnologiya cəmiyyəti”nin böyük əhəmiyyəti olmuşdur.
1842-ci ildə Nyuyorkda “Amerika etnologiya cəmiyyəti” fəaliyyətə başlamışdır. 1843-cü ildə İngiltərə “Etnologiya cəmiyyəti”, 1869-cu ildə Almaniya və 1871-ci ildə İtaliya “Antropologiya və etnologiya cəmiyyəti”, 1845-ci ildə isə “Rus coğrafi cəmiyyəti” nəzdində “Etnoqrafiya” bölməsi fəaliyyətə başlamışdır. Bu sahədə akademik Berin və Nadejdinin fəaliyyəti diqqətəlayiqdir.
Rus etnoqrafiyası XIX əsrin ortalarında B.Boqoroz, V.İexelson, S.Şternberq, N.Mikluxo-Maklay və D.Anuçinin kompleks tədqiqat metodu əsaslandırılmışdır. Cənub-şərqi Asiya xalqlarının etnoqrafik baxımından öyrənilməsində N.Mikluxo-Maklayın rolu böyükdür. M.Kovalevski, Y.Petri, S.Şternberq, F.Kol, N.Ziber və başqaları isə təmayülçülər idilər.
1851-ci ildə “Rus coğrafiya cəmiyyəti”nin Qafqaz şöbəsi yaradılmış və 1852-ci il Zapiski “KORQO”, 1872-ci ildə isə Izvestiya “KORQO” jurnallarının nəşrinə başlanılmışdır.
Azərbaycanda isə etnoqrafik məlumatlar XIX əsrdən etibarən elmi şəkildə toplanılmağa başlanılmışdır. Lakin etnoqrafik biliklərin əldə edilməsinin başlanqıcı qədim və orta əsrlər dövrünə aiddir. H.A.Həvilov “Azərbaycan etnoqrafiyası” kitabında qeyd edir ki, hələ antik müəlliflərin-Strabon, Böyük Plini, Klavdi Elianın əsərlərində Azərbaycan ərazisində yaşayan tayfalar, onların təsərrüfat məşğuliyyəti. Maddi və mənəvi mədəniyyəti haqqında məlumatlara rast gəlinir. Orta əsrlər dövründə xalqımızın böyük mütəfəkkir oğulları tərəfindən yaradılan ədəbi-bədii əsərlərdə, qəhrəmanlıq və məhəbbət dastanlarında Azərbaycan xalqının etnoqrafiyasına dair müfəssəl məlumatlar vardır. Azərbaycanda olmuş bir çox Yaxın Şərq və Avropa ölkələri səyyahları, habelə rus müəllifləri yerli əhalinin həyat tərzi ilə yaxından tanış olaraq, onların təsərrüfatı, maddi və mənəvi mədəniyyəti, adətənənələri, ailə-nigah münasibətləri barədə maraqlı materiallar toplamışdılar.
L.M.Morqanın “Qədim cəmiyyət” (1877) əsərinin surətini də etnoqrafiya elmində yeri böyükdür. Sosial-iqtisadi formasiyaların etnoqrafik tədqiqində K.Marks və F.Engelsin əsərlərinin xüsusi rolu vardır. F.Engelsin “Kapitalizməqədərki istehsal formaları” məqaləsi (1883) və K.Marksın “Kapital” (1867) əsərində “Ovçu xalqlar”, “Vəhşilər” haqqında, həmçinin Hindistan, digər şərq xalqları ilə Dunay knyazlığının milli hərəkat problemləri əsas yer tutur. F.Engelsin 1878-ci ildə yazdığı “Anti Durinq” əsərində qədim insan birlikləri, habelə Hindistan, slavyan, kelt və german xalqları, həmçinin dinin tarixi haqqında məlumatlar vardır. “Alman ideologiyası” (1883) əsərində K.Marks və F.Engelsin maddi mədəniyyət, xüsusi mülkiyyət və onun qalıqları haqqında mülahizələri şərh olunur. F.Engelsin “Ailənin xüsusi mülkiyyətin və dövlətin mənşəyi” (1884) adlı əsərinin etnoqrafiya elmində, 1896-cı ildə yazmış olduğu “Meymunun insana çevrilməsində əməyin rolu” adlı əsərinin isə antropogenez problemində yeri böyükdür. K.Marks və F.Engelsin davamçıları Avqust Bebel, Pol Lafarq, Karl Kautski, Roza Lüksemburqun əsərlərində və baxışlarında da etnoqrafik istiqamətlər özünəməxsus yer tutur. Cəmiyyətin iqtisadi və siyasi inkişafı XIX əsrin 80- 90-cı illərində – Taylor, Lebbok, Mak-Lennan, Morqan, Spenser, Lippert və s. kimi görkəmli etnoqraf alimlərin yetişməsinə səbəb oldu.
Budapeşt muzeyi (1872), Stokholm (1874), Paris (Insan muzeyi 1877), Rotterdam (1883), Varşava (1888), Skansendə açıq səma altında ilk muzey (Stokralm, 1891), Sv. Martin muzeyi (Slovakiya, 1893), Sofiya (1893), Brüssel (1897), Krakov (1910), Arnhemdə açıq səma altında muzey (Niderland, 1972) və digər muzeylər yaradıldı. İngiltərədə “Folklor” (1890) və “Mən” (1901), Almaniyada “Etnoqrafiya” (1909), Avstiya-Macarıstanda “Antropos” (1906), Amerikada “Beynəlxalq Etnoqrafiya arxivi” (1888) “Amerika antropologiyası” (1899) və s. məcmuələr nəşr olunmağa başlandı, XIX əsrin 60-70-ci illərindən həmçinin çöl tədqiqat işlərinə start verildi. Amerika etnoqrafı Frans Boas 1897-1902-ci illərdə Şimal-Qərbi Amerika və Şimal-Şərqi Asiyaya səfər etdi. 1880- ci ildə Amazonkanın cənub hissəsində – Şinqa çayı sahillərində yaşayan bakairi tayfaları, habelə Mato, Qrosso vilayətində yaşayan borora hinduları öyrənildi.
Konrad Starkenin “İlkin ailə, onun təşəkkülü və inkişafı” (1888) əsəri, ingilis Eduard Vestermarkın (mənşəcə fin) (1862-1939) “İnsani nikahın tarixi” (1891), Henri Kunun (1862-1936) “Avstraliya zəncilərinin qohumluq ittifaqları” (1894) və “Nikah və ailənin başlanğıcı (1912-1913)” adlı əsərlərini yazdı. Alman etnoqrafı Ernst Qrossun “Ailənin və təsərrüfatın formaları” (1896) mövzusunda kitabı çap olundu. Alman etnoqrafı Henri Şursun “İnkişaf edən siniflər və kişi ittifaqları” əsərində insanların iqtisadi münasibətlərinin erkən formaları və yeni problem məsələləri əksini tapdı. Eduard Han, Karl Blyuxer, Feliks Şomlo animist nəzəriyyəni tənqid edərək, pramoxoteizmi, Taylor isə “Dinin parçalanması” (1898) əsərində preanimizmi əsaslandırdı.
Etnoqrafiya və аeminizm Redaktə
Feminist etnoqrafiya – sosial antropologiya və sosiologiya üzrə empirik tədqiqatlar praktikasıdır. Feminist etnoqrafiya ənənəvi etnoqrafiyadan fərqli olaraq, yad cəmiyyətə daxil olmaq işlərinin nəticələrinin ifadəsini təsvir etmək üsullardan istifadə etmək, uzunmüddətli iştiraklı müşahidələr aparmaqla yanaşı, həm də alimlərin antidiskriminasiyon meyilli işlərini də nəzərdə tutur. Feminist etnoqrafiya çox vaxt sosial məlumatların toplanmasına və analizinin pozitivist sxemlərinə əsaslanmış elmi analizdə təkrarlanan sosial, o cümlədən gender və irsi bərabərsizliyin aradan qaldırılmasına istiqamətlənib. Genderə etnoqrafik mətnlərin təhlili kateqoriyası kimi maraq ilk dəfə XIX əsrin əvvələrində yaranıb. Bu dövrə F.Raytın 1821-ci ildə nəşr olunmuş “Bü ölkədən İngiltərədəki dostlara göndərilmiş məktublarda Amerika cəmiyyətinə və adətlərinə baxış (1818, 1819, 1920-ci illər)” əsəri və Amerika cəmiyyətinin X.Martinin “Amerika cəmiyyəti” (1837) əsərində həyata keçirilmiş, etnoqrafik dəlillərə əsaslanmış feminist analizi aid edilir. XIX-cu əsrin 80-ci illərində Siu hindli tayfasına yalnız baş çəkməklə qalmamış, həm də kifayət qədər uzun zaman onların arasında və onların adətləri üzrə yaşamış antropoloq A.Fletçerin işləri geniş məşhurluq qazandı. Bundan əvvəl antropoloqlar heç zaman “başqa” mədəni mühitdə uzun müddət yaşamamışdılar və bu cür tədqiqatlar XX əsrdə sosial elmlərin inkişafında dönüş nöqtəsi oldu. Amerikanın kiçik Middltaun şəhərinin 1924-cü ildə nəşr olunmuş məşhur etnoqrafik tədqiqatlarında gender aspektinin kifayət qədər geniş təqdimi ilə ilk genişmiqyaslı etnoqrafik layihənin əsası qoyuldu. Britaniyada feminist etnoqrafiya XX əsrin 50-ci illərində Mançester layihəsinin tətbiqi ilə inkişaf etdi. Feminist etnoqrafiyadan danışarkən, Ş.Reynxarts tədqiqat məqsədlərinə görə fərqlənən üç istiqaməti ayırır:
a) qadınların həyat və fəaliyyətinin sənədlərlə əsaslandırılması; b) qadın təcrübəsinin onların öz nöqteyi-nəzərdən dərk edilməsi (bu istiqamət Q.Zimmelin işlərinə aiddir); c) sosial konteksti ifadə edən qadın davranışlarının konseptuallaşdırılması.
Qadınların həyat və fəaliyyətlərinin sənədlərlə əsaslandırılması ənənəvi oppozisiya kimi və feminist sosioloqların fikrincə əksər hallarda androsentrik meylli sosial tədqiqatlarına qarşı oppozisiya kimi meydana çıxır. Məsələn, belə tədqiqatlar yoxsul qaradərili qadınlara və irlandiyalı yaşlı işçilərə münasibətlərin təhlilində həyata keçirilib. Tədqiq olunan qrupların həyatını özləri üçün daha “real” etmək məqsədilə tədqiqatçılar dərin müşahidə praktikasını onların gündəlik həyatında intensiv iştirakla birləşdirdilər. Qadınların, öz maraqları baxımından özlərinin dərk edilməsi qadın fəaliyyətinin və düşüncə tərzinin bəsit olması haqqında (kişilərin qadınlar barədə adi düşüncələri) qeyri-feminist müşahidənin əsas qüsurunu korreksiya edir. Qadınların sosial konteksdə dərk olunması kimi məlum olan üçüncü istiqamətdə feminist etnoqraflar qadın davranışını sosial kontekstdə nəzərdən keçirməyə cəhd göstərirlər və bu kontekstə anatomiya, mədəniyyət və sinif anlayışlarından ayrılıqda baxılmasından ehtiyat edirlər. Feminist etnoqrafiyanın, əsasən, qadınların öyrənilməsi işinə yönəldilməsinə baxmayaraq, genderin insan davranışına təsirinin düzgün başa düşülməsi üçün hər iki cins ilə bağlı tədqiqatlar da aparılır. Məsələn, N.Çarlz və M.Kerr iki valideynli ailələrdə istehlak quruluşlarındakı fərqləri müəyyən ediblər. Bundan başqa, müasir etnoqrafiyada məskulinliyin müxtəlif aspektlərinin öyrənilməsi istiqamətində də tədqiqatlar aparılır. “İştiraklı müşahidə” etnoqrafiyanın əsas metodudur. İstənilən halda iştiraklı müşahidənin strategiyasını müəyyən edən mühakimələr bir çox cəhətdən etnoqrafik tədqiqatların gedişatını müəyyən edir. A.Hohişldin fikrincə, qadınlar tərəfindən həyata keçirilmiş etnoqrafik müşahidələr (onların feminist olub-olmamalarından asılı olmayaraq) mahiyyətinə ğörə kişilərin yaratdığı etnoqrafiyadan fərqlənir. Etnoqrafik məlumatların təhlilini aparmaq üçün çoxlu sayda analiz vasitələri mövcuddur. Bu vasitələr “çöl” materiallarının müxtəlif formalarını və onlarla iş strategiyalarını nəzərdə tutur. Bu, qadın dilinin analizi, mətnlərlə, o cümlədən, tərcümeyi-hal və bədii mətnlər kimi spesifik olanlarla iş ola bilər. Bir çox feminist etnoqraflar feminist nəzəriyyəni zənginləşdirir, digərləri isə, müəyyən nəzəri yanaşmaları yoxlamağa və ya tətbiq etməyə cəhd göstərirlər.
Etnoqrafik terminlər Redaktə
Etnoqrafik terminlər başlıca olaraq ictimai quruluşu,ailə-nikah münasibətlərini, maddi və mənəvi mədəniyyəti hər tərəfli əhatə edir. Bəzi terminlər isə ümumi, elmi əhəmiyyət kəsb edir.
Ümumi terminlər
Etnoqraf tədqiqatçılar bir çox elm sahələrindən- tarix, fəlsəfə, coğrafiya, linqvistika, antropologiya, arxeologiya və s. ixtisas sahələrindən çoxlu terminlər mənimsəyib istifadə edirlər.
- İrq –Tarixən konkret bir ərazidə qərarlaşan, nəsildən-nəslə keçən fiziki əlamətlər kompleksinə görə bir-birindən fərqlənən böyük insan qruplarına irq deyilir. İrqlər ümumi, oxşar xarici fiziki əlamətlərinə görə bir-birindən seçilirlər. İrqlərin ətraf mühitə uyğunlaşması nəticəsində elə xarici fiziki əlamətlər kompleksi yaranmışdır ki, bu əlamətlərə görə dünya xalqalrına əvvəllər “ağ”, “qara” və “sarı” rənglərə və üç əsas irqə ayırırdılar: avropoid,ekvatorial (neqroid) və monqoloid. Son vaxtlarda monqoloid irqindən amerikanoid, ekvatorial irqindən avstraloid irqinin ayrılması tövsiyə olunur.
- Mədəniyyət-Etnoqrafiyada geniş istifadə olunan anlayışlardan biri də mədəniyyət terminidir. Bu anlayış öz tətbiq sahəsindən asılı olaraq müxtəlif mənalarda işlədilir.Fəlsəfi mənada mədəniyyət dedikdə təbiət tərəfindən deyil, yalnız insan tərəfindən yaradılan bütün şeylər başa düşülür. Latın dilindən götürülən “kultura” anlayışı “hazırlanmış”, “emal edilmiş” sözlərinə uyğun gəlir. Ümumi fəlsəfi anlayış olan “mədəniyyət” anlayışı etnoqrafiyada bir xalqı başqasından fərqləndirən maddi və mənəvi həyat amillərinin xüsusiyyətləri şəklində izah edilir.
- Genezis – yunan sözü olub mənşə, mənbə, yaranma mənalarında işlədilir. Bu termin etnoqrafiyada müəyyən bir xalqın, etnik birliyin mənşəyini öyrənən zaman qarşıya çıxır.
- Dil ailəsi-Linqvistikadan etnoqrafiyaya dil ailəsi termini keçmişdir. Dillərin qohumluğu onların mənşəyinə görə öyrənilir. Etnoqrafiayada avtoxton anlayışından da istifadə olunur. Avtoxton (yunan sözü olub “autos”-özü, “xtones”-torpaq) mənşə etibarilə yerli olan deməkdir. Yunan avtoxtonuna qədim Roma termini olan aborigen termini uyğun gəlir ki, bu da “müəyyən bir ölkənin yerli əhalisi” deməkdir.
- Oykumena. Etnoqrafiyada istifadə olunan bir çox terminlər biologiya və sosiologiyadan mənimsənilmədir. Məsələn, oykumena – yunan sözü olub yaşamaq sözündən götürülmüşdür. Başqa sözlə bu termin yer kürəsinin insanlar tərəfindən məskunlaşmış hissəsi deməkdir. Çox vaxt etnik ərazi dövlət sərhədləri ilə uyğun gəlmir. Məs: Azərbaycanlıların 30 milyona qədəri İranada, 2 milyondan artığı RFR ərazisində yaşayır.
- İnteqrasiya. Etnik proseslərin xarakterini müəyyənləşdirmək üçün əksər hallarda inteqrasiya, konsolidasiya və assimilyasiya kimi latın terminlərindən istifadə olunur. İnteqrasiya hərfi mənada ayrı-ayrı hissələrin vahid bir tamda birləşməsi deməkdir. Bu müxtəlif etnik mədəniyyətlərin qarşılıqlı əlaqəsi zəmnində mədəniyyətlərin yaxınlaşmasına aiddir. Müstəqil xalqların və ya onların böyük qruplarının böyük etnoslar şəklində birləşməsinə konsolidasiya deyilir. Adətən bu cür birləşmələrin vahid dili və mədəniyyəti olur. Assimilyasiya isə artıq formalaşmış etnosların qarşılıqlı təsiredici əlaqə prosesidir. Bu cür etnoslar əksər hallarda mənşə, dil və mədəniyyət cəhətcə müxtəlif olurlar.
- Adaptasiya – insanların yeni etnik mühitə uyğunlaşmasına deyilir. Adaptasiya və ya akkomodasiya ən çox biologiyada işlədilir.
- Akkulturasiya – mədəniyyətlərin qarşılıqlı nüfuzu deməkdir. Bu halda müstəqil mədəniyyətlərin öz əvvəlki modelləri dəyişikliyə məruz qalır.
- Urbanizasiya – etnoqrafiya terminlərinə Qərbi Avropa sosiologiyası və etnoqrafiyasından daxil edilmişdir (latınca“Urbanus”-şəhər sayağı deməkdir). Urbanizasiya sənayenin və əhalinin iri şəhərlərdə toplanmasına deyilir. Etnoqrafik ədəbiyyatda bu anlayış belə məna kəsb edir ki, şəhər mədəniyyətinin standart tiplərinin yayılmasıilə kəndlə şəhər arasındakı mədəni fərqlər aradan qalxır.
- Traybalizm – Müasir siyasi mətbuatdan etnoqrafiyaya traybalizm termini də keçmişdir (ingiliscə“trayb”-qəbilə deməkdir). Traybalizm gənc Asiya və Afrika dövlətlərində müasir dövrdə qəbilə xüsusiyyətlərinin saxlanılmasına deyilir ki, bu qalıqlar qəbilələr arasındakı münasibətlərə mənfi təsir göstərir. Siyasi ədəbiyyatda traybalizm millətçiliyin sinonimi kimi işlədilir.
- Stereotip – Sosial psixologiyadan stereotip anlayışı da qəbul edilmişdir (yunanca “stereos”-möhkəm, “tipos”-iz,şəkil). Bu anlayış etnoqrafiyada, etnik birlik daxilində nəsildən-nəslə keçirilərək saxlanılan, gündəlik həyat təcrübəsi ilə möhkəmləndirilən davranış normalarını xarakterizə edərkən işlədilir.
- Adət – müəyyən etnik birlik daxilində qəbul edilmiş davranış qaydalarıdır.
- Mərasim – etnosun müəyyən sosial, ailə və mənəvi həyatı ilə bağlı olan reqlamentli hadisələrdir. Adətlə fərqləndirmək üçün onlar aşağıdakı söz birləşmələri şəklində işlədilir: dəfn mərasimi, toy mərasimi, qonqpərvərlik adəti, oğulluğa götürmə adəti və s.
- Qalıq – ictimaivə mənəvi həyatın müasir vəziyyətinə yabançı olan, keçmiş mədəni mərhələlərdən bu günə qədər gəlib çatan və etnik birliyin üzvləri tərəfindən bir vərdiş kimi icra edilən mədəni amildir.
- Ənənə – (latınca “traditsiya”- ötürülən, keçirilən deməkdir) etnosun həyatını qoruyub saxlamaq üçün maddi və mənəvi mədəniyyətin, ailə və ictimai həyatın elə bir amilidir ki, cəmiyyətin üzvləri onu nəsildən-nəslə keçirirlər.
İctimai həyat terminləri
- Nəsil– Sosial həyatın ən mühüm anlayışlarında biridir .Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə “gens” anlayışı uyğun gəlir.
- Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır.
- Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında “klan” termini ata nəsli termini ilə sinonim sayılır.
- Matriarxat – (latınca “mater”-ana, yunanca “arxe”- hakimiyyət) hərfi mənada ananın hakimiyyəti deməkdir.Ananın hökmüranlığı bəşəriyyət tarixinin o dövrünə aiddir ki, bu vaxt qadınlar sosial quruluşun yüksək pilləsində dururdular.
- Patriarxat – (yunanca “patriarxe”-nəslin başçısı) kişilərin hakimiyyəti mənasında işlədilir. Etnoqrafiyada bu quruluş sinifsiz cəmiyyətdən sinifli cəmiyyətə keçid dövrü kimi xarakterizə olunur. Burada qohumluq ata xətti ilə müəyyənləşdirilir. Bununla belə ana nəsli qalıqları güclü olur.
- Ekzoqamiya (yunanca “ekzo”-xarici, “qamos”-nigah) – hərfi mənada kənardan nikah olmaqla nəslin mühüm əlaməti sayılır. Ekzoqamiya prinsipinə əməl edilməsi nəslin üzvlərinin təsərrüfat və ailə-nikah münasibətlərində böyük rol oynayırdı.
- Endoqamiya (yunanca “endoi”-daxili, “qamos”-nikah) –hərfi mənada daxili nikah deməkdir. Endoqamiya, bir etnik birlik kimi qəbilənin çox mühüm əlaməti olmuşdur.
- Fratriya
- Patronimiya
- İnitsiyasiya. Sinfi quruluşa qədərki cəmiyyətin həyatında initsiyasiyalar (təqdis adətləri) böyük rol oynayırdı (latınca “initsiare”-başlamaq). Bu yeniyetmələrin böyüklər cərgəsinə keçirilməsi qaydası idi. Kasta – (portuqaliya dilində nəsil deməkdir) qapalı endoqam ictimai qrupdur. Onun öz xüsusi davranış qaydaları vardır.
Ailə-nigah terminləri
- Nikah – adət hüququ və qanunla rəsmiləşdirilən kişilərin və qadınların cinsi yaxınlığını əks etdirən sinfi cəmiyyətdə yaranmış aktdır. Nikah dövründə ər və arvadın qarşılıqlı hüquq və vəzifələri meydana çıxır.
- Ailə – ər və arvaddan, onların övladlarından ibarət olan ictimai-iqtisadi hüceyrədir. Sinfi cəmiyyətdə onun ən geniş yayılan forması monoqamiyadır.Qızların qaçırılması – bu qızların və onların valideynlərinin razılığı və ya qeyri razılığı zamanı qaçırma yolu ilə bağlanan nikah formasıdır. Ödəncli nigah – (kalım) – Adaxlının gəlinin əvəzində qızın ailəsinə ödənc verməsidir. Gəzmə nikah – nikahın elə bir formasıdır ki, bu zaman ər-arvad ayrı-ayrı nəsillərdə yaşayır və yaxud ər arvadın evində deyil, kişilər üçün nəzərdə tutulmuş xüsusi evlərdə yaşamasıdır. Sinifsiz cəmiyyətin bütün dövrlərində ən geniş yayılan qrup nikahı forması idi. Bu vaxt bir qrup kişilər və qadınlar müvəqqəti və ya daimi olaraq bir-birinin ərləri və arvadları hesab olunurdular.
- Heterizm – (yunanca “ketayra”-məşuqə) də qrup nikahının qalığıdır. Nikah yolu ilə bir kişiyə bağlı olan qadın başqa bir kişi ilə cinsi əlaqəyə girərsə bu heterizmdir. Başqa sözlə, qadın onunla nikah əlaqəsinə girə biləcək bütün kişilərə mənsub idi.
- Gənclər evi – Cənub-Şərqi Asiyanın bir çox xalqlarında müşahidə olunan tikintilərdir. Burada müxtəlif nəsillərdən olan gənclər hədd buluğa çatana qədər görüşür və azad nikah əlaqəsində olurlar. Bir qayda olaraq sinifli cəmiyyət üçün monoqam nikahlar xarakterikdir. Bu tək nigahlılıq deməkdir. Bununla belə poliqamiyaya da təsadüf olunur ki, bu da çoxarvadlılıq deməkdir. Etnoqrafiyada poliandriya termininə də təsadüf olunur ki, bu ən çox Tibetdə yayılan adətdir. Ortakuzen (ortos — yunanca “bilavasitə”, kuzen — fransızca “əmioğlu”) əmioğlu ilə əmiqızı arasındakı nikah əlaqəsinə deyilir. Kroskuzen nigah isə dayıoğlu ilə bibiqızı arasında bağlanan nigahdır; sororat (soror — latınca “bacı”) eyni vaxtda bir neçə bacı ilə bağlanan nigaha deyilir; levirat (levir — latınca “qayın”) qardaş arvadı ilə olan nigahdır.
- Promiskuitet. XIX əsr klassik etnoqrafik ədəbiyyatında promiskuitet anlayışına tez-tez rast gəlinir. Bu nizamsız cinsi əlaqələr deməkdir. Nigahın bu ibtidai forması insanlığın ilk çağına-ibtidai sürü dövrünə aiddir.
- Travestizm – (fransızca-“travesti”-paltar dəyişmə)adətinin icrası zamanı kişilər arvad paltarı geyinir, öz cinsindən uzaqlaşır, qadın sayağı işlər görür.
- Avunkulat – (latınca “avankulus”-dayı) – dayı ilə bacı uşaqları arasındakı qarşılıqlı hüquq və vəzifələrdir.
- Atalıq – avankulatın xüsusi bir növü kimi, uşaqların kənar ailədə tərbiyə edilməsidir. Qardaşlaşma – qanların qarışdırılması yolu ilə və yaxud eyni bir qadınla yaşamaq yolu ilə müxtəlif mənşəli kişilərin qohumlaşması. Matrilineynıy – ana xətti; patrilineynıy – ata xətti; matrolokal – ərin nikah zamanı arvad nəslinə keçməsi; patrilokal – arvadın ərin nəslinə keçməsi; bilokal – növbə ilə gah ərin, gah da arvadın nəslində yaşamaq; neolokal – ər və arvad valideynlərindən ayrı yaşayır; dislokalər və arvad ayrıayrılıqda,hərə öz mənsub olduğu nəsildə yaşayır.
- Azərbaycan etnoqrafiyası. I cild. Bakı, Elm. 1989.
- Azərbaycan etnoqrafiyası, 3 cilddə: I cildArxivləşdirilib 2012-07-25 at the Wayback Machine, II cildArxivləşdirilib 2012-10-15 at the Wayback Machine. Bakı: “Şərq-Qərb”, 2007-2008.
- Azərbaycan Sovet ensiklopediyası. I-X cild. ASE. Bakı, 1976-1987.
- Həvilov H. Dünya xalqlarının etnoqrafiyası. Bakı, 1999.
- Həvilov H. Azərbaycan etnoqrafiyası. Bakı, 1991.
- Sadıxov A. Həvilov H. Etnoqrafiya əsasları. Bakı, 1974.
- Lev Qumilov Etnogenez və yerin biosferi. Bakı, 2005.
- Nərgiz Quliyeva, Etnoqrafiya və etnologiya (dərs vəsaiti), Bakı, 2009, 157 səh.
- Итс Р. Ф. Введение в этнографию: Учебное пособие.- Л.: Издательство Ленинградского университета, 1991
- Н. Н. Чебоксаров, И. А. Чебоксарова. Народы, расы, культуры. М.: Наука 1971
- Токарев С. А. История русской этнографии. М.: Наука, 1966.
- Токарев С. А. Истоки этнографической науки. М.: Наука, 1978.
- Токарев С. А. История зарубежной этнографии. М.: Высшая школа, 1978.
- Токарев С.А. Этнография народов СССР. Исторические основы быта и культуры. М.: МГУ 1952
- Бромлей Ю. В. Этнос и этнография. М.: 1973
- Пименов В.В. Основы этнографии: программа дисциплины. М.: МГУ 1988.
- Пименов В.В. Основы этнологии: Учебное пособиеArxivləşdirilib 2010-11-20 at the Wayback Machine. М., МГУ 2007.
- Этнография. Ю.В. Юромлей, Г.Е. Марков. М, МГУ 1982
- Громов Г. Г. Методика этнографических экспедиций. — М. 1966.
- Тишков В.А. Реквием по этносу: исследования по социально-культурной антропологии . М.: Наука 2003.
- Каракашлы К. Материальная культура азербайджанцев. Баку, 1964.
- Джавадов Г. Народная земледельческая техника Азербайджана, Баку, 1989.
- Quliyeva N.Etnoqrafiya və etnologiya (dərs vəsaiti). Bakı, 2009.
Xarici keçidlər Redaktə
- Российский этнографический музей в Санкт-Петербурге
- Музей этнографии и антропологии им. Петра Великого
- Методы использованные при исследование этнокультурыArxivləşdirilib 2009-06-20 at the Wayback Machine
- Этно-журнал
- Этнография народов России (Публикации по этнографии)
- Юрий Семёнов “Предмет этнографии (этнологии) и основные составляющие ее научные дисциплины”
- Комиссия этнографии Московского центра Русского географического обществаArxivləşdirilib 2010-11-02 at the Wayback Machine
- Статьи по этнографии
- Этнографические экспедиции
- Этнографический музей
- Музей этнографии в МогилевеArxivləşdirilib 2010-11-23 at the Wayback Machine
Leyla Ismayil
Ethnography (The term ethnic has Greek origin – ethnicus and ethnikas both meaning nation; “grapho” – “describe” ) is one of the historical fields. As a written product, an ethnography is a richly descriptive account of the social life and culture of the group studied. Ethnography has its roots planted in the fields of anthropology and sociology. Present-day practitioners conduct ethnographies in organizations and communities of all kinds. Ethnographers study schooling, public health, rural and urban development, consumers and consumer goods, any human arena. The scientists who work in this field named as “ethnologists” or “anthropologist”, who work with living people to explore and document their culture. I wanna add there, the disappeared nations also included its research area. This term came to the scientific literature in the second half of the XIX century. The description of other ways of life is an activity with roots in ancient times. Herodotus, the Greek traveler and historian of the 5th century BC, wrote of some 50 different peoples he encountered or heard of, remarking on their laws, social customs, religion, and appearance. Ethnography was developed by anthropologists, most famously, by Malinowki in the early 20th century.
Ethnography is a one of research method that can be done in both Anthropology and Sociology, it provides a description and understanding of a specific aspect of the individual or society being studied. Ethnography is a methodological framework that is often associated with the field of anthropology. Anthropology uses ethnography extensively, so much so that some view them as inseparable. Anthropology is the study of humans and human behavior and societies in the past and present. The field of anthropology originated from Europe and England designed in late 19th century. It spread its roots to the United States at the beginning of the 20th century.
The central aim of ethnography is to provide rich, holistic insights into people’s views, as well as the nature of the location they inhabit, through the collection of detailed observations and interviews. Today there have some issues in the front of the ethnology should research: the ethnic identities of peoples, the ethnic history and ethnogenesis of the nations, the non-classified society and etc. Each nation is unique, and has its own individual household. In addition, ethnology is not only studying the differences among the various nations, but also it is studying the similarities among them.
Anthropological research, as practiced in the early to middle twentieth century, usually involved an Anglo-American or European working in a small isolated community in a remote area of the world, with a group of people who often lived without modern amenities, had little or no formal education, and existed at a modest if not impoverished economic level. The anthropologist took up residence in the community, and set out to learn who the people in the community were and how they lived. Depending on their interests, anthropologists investigated topics as diverse as economic and household tasks, social organization and religious beliefs, family life and local markets—virtually anything that made up daily life. Since they also lived in the community, anthropologists visited with people, attended communal events, and worked together with community members on common projects, including the ethnography itself.
The object of the main learned the science of Ethnography is ethnos. As you know ethnos means nation. For the formation of an ethnic community each ethnic groups need certain indications. The basis for the formation of a nation – common language, common ethnic, territorial, domestic and commonality of culture and origin community.
It is impossible to substantiate ethnic and cultural identities without the aspects of historical processes and external relations.
In the modern world, the most important group identity is country citizenship. This identity is associated with legal rights and responsibilities under the constitution of the country. In the very complicated process of nation-building in each country, many factors affect the final formation and geographic-population coverage of each nation. This is why there are many human groups who are transnational.
Azərbaycan xalqının formalaşması prosesində iştirak etmiş etnoslar
“Etnogenez” tarxin bir bölməsi olmaqla yanaşı, xalqın yaranma, təşəkkül prosesini öyrənir. “Etnogenez” yunan sözü olub, “etnos” (xalq, tayfa) və “genezis” (“yaranma”) sözlərinin birləşməsindən əmələ gəlib.
Beləliklə, etnogenez – bir etnosun sinfi cəmiyyətdə, müxtəlif etnik komponentlər bazasında inkişaf prosesidir. Bu prosesdə bir və ya bir neçə etnos iştirak edir, bir-biri ilə qaynayıb-qarışır. Proses iki mərhələdən keçir: Birinci mərhələdə fasiləsiz olaraq bu proses gedir, sonrakı mərhələdə isə proses yekunlaşaraq, yeni etnos meydana çıxır.
Azərbaycan xalqının etnogenezi məsələsi tariximizin ən mürəkkəb, ən ziddiyyətli problemlərindəndir. Çünki uzun müddət Sovet hakimiyyətinin təsiri altında təbii olaraq, tariximiz, xüsusilə etnogenez məsələsi rus-sovet tarixçilərinin, eləcə də İranşünas alimlərin təsiri altında formalaşdırılmışdır. Digər tərəfdən, “mərkəzdən” gələn tapşırıqlar xalqımızı soykökündən uzaqlaşdırmaq məqsədi daşıyırdı. Xalqımıza türk mənsubiyyətini unutdurmaq, təbii ki, o zaman SSRİ-nin siyasətinə uyğun idi və bölgədə, regionda türk məfhumunun yox edilməsinə yönəlmişdi. Təsadüfi deyil ki, bunlar bizi öz soykökümüzdən uzaqlaşdırmaq, türk kimliyimizi unutdurmaq üçün idi. Ənənəvi olaraq, türklərin bölgəyə XI əsrdə – Səlcuqların yürüşü ilə gəldiyi ideyası uzun illər tarixşünaslıqda hakim fikir olub. Bu gün də biz bu məsələdə hələ tam olaraq, yekun nəticəyə gələ bilmirik.
Azərbaycan xalqının etnogenez prosesi ilk dövlət qurumları yaranan dövrdən etibarən başlamışdır. Sözsüz ki, ilk dövlətlərimiz olan Manna və Atropatena dövlətlrəinin əhalisinin milli mənşəyi məsələsi bu prosesin ilkin nöqtəsidir. Lakin bunlardan da əvvəl, regiona axın edən müxtəlif mənşəli tayfalar regionun etnik xəritəsinin mürəkkəbləşməsinə xidmət etmişlər.
Bu günkü Azərbaycan türklərinin formalaşması prosesi 3 mərhələdən ibarətdir (Burada bir nüansı qeyd etmək yerinə düşərdi ki, bu prosesdə nəinki türk tayfaları, həmçinin regionun digər avtoxton xalqları da önəmli rol oynamışlar):
- E.ə. VIII-VII əsrlərdə Şimali Qara dəniz sahillərindən axın edən kimmer, skif, sak tayfaları;
- VI-VIII əsrlərdə “xalqların böyük köçü” nəticəsində bölgəyə gələn hun, bulqar, peçeneq, sabir, kəngər və s. türk tayfalarının axını;
- XI əsrdə Orta Asiyadan Səlcuqların axını.
Azərbaycan xalqının formalaşması prosesini təsnifləşdirərkən, yaranma prosesində iştirak edən xalqları və tayfaları mənşəyinə görə 3 qrupa ayırmaq lazımdır. Çünki bunlardan birinin yerini o birindən az və ya çox göstərmək düzgün olmazdı. Beləliklə, xalqımızın formalaşması prosesində bir-birindən mənşəcə fərqli üç sistem rol oyanmışdır.
- Türkdilli tayfalar
- İrandilli tayfalar
- Qafqazdilli tayfalar
Azərbaycan ərazisində ilk dövlət qurumlarının, daha doğrusu, tayfa ittifaqlarının yaranması e.ə.IV minilliyə gedib çıxır. Şübhəsiz, sivilizasiyanın ilk işartılarının Ön Asiyada təşəkkül tapması, region olaraq, ora yaxın olan bölgəmizə təsir ötüşə bilməzdi. Ənənəvi tarixşünaslığımızda belə bir fikir var ki, Azərbaycan ərazisində yaranmış ilk dövlət qurumu Aratta və Lullubi olub. Lakin son zamanlar bunu Yusif Yusifovun təxəyyülünün nəticəsi adlandıranlar da vardır. Doğrusu, Aratta haqqında məlumatlar bizə Şumer dastanları və mixi yazıları vasitəsilə gəlir və bunların mötəbərliyi tarixçilər arasında birmənalı qarşılanmır. Lakin kutilərin bölgədə hegemonluğu dünya tarixçiləri tərəfindən də təsdiqlənmiş faktdır.
Aratta sakinlərinə, yəni bu ölkənin əsas etnosuna gəlincə, mixi yazılarda onlardan “turuk” adı altında bəhs edilir. Akkad və aşşur mənbələrindən belə məlum olur ki, bu xalq Cənubi Azərbaycan və Şərqi Anadolu ərazisində yaşayırdı və Arattada məskun idi. Turukkular Aratta ilə Aşşur arasında qalan ərazilərə sahib olmaq uğrunda aşşurlarla mübarizə aparırdılar.
Türklərin adının Azərbaycan sakinləri kimi hələ eradan əvvəl akkad və aşşur mixi yazılarında “turukku” kimi qeyd edildiyini ilk dəfə təsbit edən tanınmış alim Zelik Yampolski olmuşdur. O, türklərin mənşəyi və ilk ana yurdu barədə o vaxta qədər rus – sovet tarixşünaslığında mövcud olan rəsmi baxışlara qarşı çıxaraq bildirmişdi ki, akkad mənbələri “türk” etnoniminin qeydə alındığı ən qədim yazılı mənbələrdir. Eradan əvvəl birinci minilliyə aid Urartu mixi yazılarında da eyni xalqın adı, eyni ərazinin sakinləri kimi qeyd edilmişdir. Urartu mənbələrində həmin xalqın adı “turuxi” kimi çəkilr.
Firidun Ağasıoğlunun fikrincə, Aşşur mənbəlrində rast gəlinən “turukku” etnonimi “türk”etnik adının aşşur dilindəki səsləniş və yazılış formasıdır. İlk dəfə Zelik Yampolski tərəfindən söylənilən bu fikrə sonralar Əbülfəz Hüseyni, Cəfər Cəfərov, Məhəmməd Hatəmi Tantəkin, Yusif Yusifov, Qiyasəddin Qeybullayev, Tofik Hacıyev, Mahmud İsmayıl, Kamil Əliyev, Firidun Ağasıoğlu, Nizami Xudiyev və s. kimi Azərbaycan alimləri də şərik çıxmışlar. Yusif Yusifovun yazdığına görə, “türk” adına erkən orta əsrlərə aid hind qaynaqlarında “turukka”, Xotən mətnlərində “ttrruki”, Tibet mənbələrində “druq” və “druqu” formasında rast gəlmək mümkündür.
Turuklar barəsində ilk məlumatlara e.ə. XlV yüzilliyə aid Aşşur mənbələrində rast gəlindiyini, daha sonra isə “turux” (və ya turuxi) adı ilə Urartu mənbələrində məlumat verildiyini vurğulayan Mahmud İsmayıl da onların alimlər tərəfindən türklərlə eyniləşdirildiyini söyləməkdədir..
Lakin bu fikrin əleyhinə çıxanlar, yəni bu halda söhbətin sadəcə adların təsadüfi bənzəyişindən gedə biləcəyini, türk xalqının Altayda formalaşdığını və çox-çox sonralar Ön Asiya və Qafqaza gəldiklərini iddia edənlər də təəssüf ki, az deyillər və hətta daha çoxdurlar. Odur ki, biz mövqeyimizi təkzibedilməz şəkildə sübut etməliyik. Hərçənd ki, Aşşur mənbələrində turuklarla (türklərlə) yanaşı, kumen (kuman), qaşqay, tirqiş (türkeş), sak, kanqar, subar, kimmer və s. türk soy və boylarının adının çəkilməsi artıq təkzibedilməz sübutdur. Lakin, görünür, oponentlərimizi susdurmaq üçün bu faktlar da yetərli deyil….”
Bu baxımdan kutilər və lullubilər də özünəməxasus yer tutur. Onların da mənşəyinə dair müxtəlif, ziddiyyətli fikirlər dolaşmaqdadır. Xüsusilə, kutilərin türk mənşəli olması haqda mülahizələr geniş yayılmışdır.
Mannalılar Manna dövlətinin yerli əhalisi olmuş, lakin onların mənşəyi barədə yekdil fikir yoxdur.
Prof. Q.Qeybullayev isə bunları qeyd edir ki, “mannalar haqqında məlumat verən assur və Urartu mənbələrində ” maq” etnonimi çəkilmir. Lakin, qədim fars və yunan mənbələrində maq etnonimi işlədilir, Manna etnonimi isə göstərilmir. Maqlar Herodotun yazdığına görə, Midiya tayfa ittifaqına daxil olmuş tayfalardan biridir. Belə nəticəyə gəlmək olar ki, assur və urartu mənbələrindəki Manna və Mana qədim fars və qədim yunan mənbələrindəki maq etnoniminin ekvivalentidir. Buradan manna və maq etnonimlərinin eyniliyi aydınlaşır. Manna ( Mana) etnosunun adı əslində Manq olmuşdur. Başqa sözlə, bu etnonimin sonunu təşkil edən ” nq” qovuşuq səsi danışıqda “q”səsinə keçmiş və manq etnonimi maq etnoniminə çevrilmişdir. Belə bir fonetik əvəzlənmə türk dilləri üçün səciyyəvidir: nq qovuşuq səsi bir halda “n”səsinə (məsələn, qədim türk mənşəli qonqur və donquz sözləri Azərbaycan dilində qonur və donuz kimi tələffüz olunur), digər halda “q” səsinə (məsələn, əsli qovanq olan söz Azərbaycan dilində qovaq kimi tələffüz olunur; yaxud qədim türk mənşəli “tenqri” sözü xakaslarda “teqri”, yakutlarda “dəqiri”, balkar – karaçaylarda “teyri”kimidir) keçdiyinə görə Manqa etnonimi Maq formasını kəsb etmişdir. Bununla aydınlaşır ki, bir sıra tədqiqatçıların illər boyu izah edə bilmədikləri manna (mana) etnonimi manqa etnoniminin fonetik formasıdır. Bu, Manna adını daşıyanların türk mənşəli olduğunu göstərən faktlardan biridir.” İlk dəfə bu məsələni Azərbaycan türkoloqu T. İ. Hacıyev açmışdır. O yazmışdır ki, Manna etnonimi türkmənşəlidir və onun ilkin forması Manqa (“nq”səsilə) olmuşdur[1]
Mannaların dil və etnik mənsubiyyətləri məsələsi ilə çoxlu tədqiqatçı məşğul olmuşdur. Əksər iranşünaslar qeyd edirlər ki, mannalar hürri dillər qrupuna mənsub idilər və Qafqaz dillərinə yaxın dildə danışırdılar. Mannaların türkdilli olması fikri ilk dəfə akademik Y. B. Yusifov tərəfindən irəli sürülmüş və sonra prof. Q. Qeybullayev tərəfindən əsaslandırılmışdır. Mannaların türkmənşəli olduğunu göstərən faktlardan biri də manq etnoniminin Altay-Türk xalqları içərisində indiyədək qalmasıdır.
Baykalətrafı və Amurətrafı tunqus-mancurların rəvayətlərində “manqi” adını daşımış nəhəng gövdəli adamlar haqqında çoxlu rəvayətlər mövcuddur. Bu tayfadan olanlar tunqusların qızlarını oğurlayanlar kimi göstərilir. Bu da maraqlıdır ki, guya tunquslarda, mancurlarda və şamanlarda manqilərin ruhları yaşayır. Çünki manqilər şamanlar olmuşlar.
Bu etnonim qədim türk-monqollarda “manqut” (manq etnonimindən və türkcə cəm bildirən –ut şəkilçisindən) etnonimində qalmışdır. Cənubi-Şərqi Asiyada erkən orta əsrlərdə yaşamış türkmənşəli bir etnosun adı manqut idi. Hazırda noqaylarda, qırğızlarda, qaraqalpaqlarda, türkmənlərdə və tuvalılarda manqut adlı tayfa vardır. Çingiz xanın qvardiyasının özəyini çox döyüşkən manqutlar təşkil edirdi. Monqol (qədim forması manxol), manq sözündən (türk dillərindəki “q” səsinin monqol dillərində “x” səsi kimi tələffüzü səciyyəvidir) və – ol, -ul şəkilçisindən, manqas (Altayda türkdilli tayfanın adı ), manq sözündən və – as şəkilçisindən ibarətdir. Manqas qədim türk tayfalarından biri sayılır. Y. Q. Ramsted yazır ki, monqolların ulu əcdadlarının türk manqaslarla qanlı müharibələri olmuşdur; mansi (qədim forması manqi), qədim türk tayfalarından birinin adı ; mansi Altay dil ailəsinə mənsub dildə danışan və Altayda yaşayan türk xalqlarından birinin adı; (man, qədim forması manq sözündən və – si,-şi şəkilçisindən, manqi, Altay dil ailəsinə mənsub tunqus – mancurlarda türk tayfasının adı; maniş, Altayda yaşayan bir türk tayfasının adı Гумилев Л. Н. Древние тюрки. М., 1967 , səh 34; monquş (əsli manquş), qırğızlarda bir tayfanın adı; manqol, başqırdlarda türk tayfalarından birinin adı ; munqal və menqu, Tuvada türk tayfalarının adları; munqet, xakaslarda bir tayfanın adı. Qeyd edilməlidir ki, Altay dil ailəsinə mənsub dildə danışan tunqus – mancurlar Amur çayına Manqbu deyirlər (maraqlıdır ki, Amur çayının bir qolu, Kür, digər qolu Urmi adlanır). Tunqus mənşəli ulçilərin etnik adı da manqbudur.[2]
Manq sözünün mənası məlum olmasa da onun qədim türk dillərindəki manqa, munqa (əyilməz, itaət etməyən, öz bildiyini edən) sözü ilə bağlılığı ehtimal edilir. Çingizin nəslindən Menku xanın (1251-1259) əsl adı Manqudur. Babək üsyanı yatırıldıqdan sonra ərəb xəlifəsi tərəfindən Azərbaycana göndərilmiş, Afşinin dayısı oğlu, əslən türk sərkərdə Manquçur (türkcə çur, monqolca sur, yəni qüvvətli, qüdrətli, vüqarlı, əzəmətli deməkdir;) adı da bu sözlə bağlıdır.
X əsrdə Şəkinin hakimi Məhacir (I), XII əsrdə Şirvanşah Mənuçöhr şəxs adları da çox güman bu sözdəndir. Manna (asurca) və Mana (urartuca) etnoniminin sonunu təşkil edən “a” səsinin mənşəyini müəyyənləşdirmək çətindir. Manqa forması Manq etnoniminin şumercə tələffüz forması olması və “a” səsi şumer dilində münasibət bildirən “a” – şəkilçisi olması güman edilir.[3]
Midiyalılar və ya madaylar e.ə. IX-VII əsr aşur mənbələrinə görə İran yaylasının Xəzər dənizindən cənubda – təqribən, indiki Zəncan-Həmədan, Qəzvin-Tehran zonasında, həmçinin şərqə və cənub-şərqə doğru uzanan rayonlarda məskunlaşmış xalq idi. Midiyalıların ölkəsi İranın şimal-qərbində, indiki Azərbaycan, Kürdistan və Kermanşahin bir hissəsində yerləşirdi.
Midiyalılar haqqında ilk məlumat e.ə IX əsrin 30-cu illərinə aiddir. Müxtəlif dövr mənbələrində onlar amadai, madai, matai (aşur), maday (qədim yəhudi), maktape ( yeni elam) mada (qədim fars) medoi (qədim yunan medoi) medi (latın), mark (qədimi erməni) adları ilə məlumdurlar. Bu adların hamısı nəticə etibarilə Midiyanın etnonimi “mada”dan yaranmışdır. Etimoligiyası dəqiqləşdirilməsə də yəqin ki, mütəxəssislərin hesab etdiyi kimi həmin ad İran mənşəlidir.
Midiya tayfaları İran yaylasına e.ə.II minilliyin sonu – I minilliyin əvvəllərindən gec olmayaraq köçüb gəlmişlər. Herodomun (e.əV əsr) məlumatına görə, midiyalılar altı tayfadan (buslar, paretakenlər, struxatlar, arizantlar, budilər və maqlar) ibarət idilər. Ehtimal ki, Midiya tayfaları daha çox olub.
Albanlar Azərbaycan tarixində xüsusi yeri olan və tarixçilər tərəfindən ən çox tədqiqat obyekti olmaqla yanaşı, mənşəyi barədə ən ziddiyyətli fikirlər olan etnosdur.
Məlumdur ki, mənbələrdə albanlar haqqında ilk məlumat e.ə.331-ci il Qavqamel döyüşü ilə bağlı çəkilir. Pompey Troq albanların Şimali Yunanıstandan – Fessaliyadan gəldiyini söyləmişdir.[4] Moisey Kalankatuklu “Alban tarixi” əsərində albanların mənşəyi barədə maraqlı məlumat verir: “Yafəsin oğullarından – kitarilərdən kiprlilər və albanlar ayrıldı ki, sonradan kiprlilər bütpərəst adalara, albanlar isə dağlıq şimala getdilər…”[5]
“Alban” sözünün etimologiyası barədə fərqli fikirlər mövcuddur. Yuli Solin “alban” adının latın dilindəki “albus” (“ağ”) sözüylə eynilik təşkil etdiyini qeyd edir və bunu onların ağbəniz olmaları ilə izah edir. Lakin ola bilər ki, bu, təsadüfi oxşarlıqdır. Bundan başqa, alban etnoniminin əsasında “hal” etnoniminin durudğu deyilir. (“-ban” şəkilçisi Qafqaz dillərində cəm şəkilçisidir) Bunu da qonşularının avarlara verdiyi “halbi” adıyla eyniləşdirirlər. “Albaniya” adının “dağlıq ölkə” mənası verməsi barədə də fikirlər mövcuddur. K.V.Trever bunun kelt dilindəki “alp” (“dağ”) sözü ilə izah edir və daha sonra yazır: “qədim kelt adı olan Şotlandiya, əslində Albaniyadır. Çünki ən böyük şotland dağlıq adalar “Arran” adlanırdı…”[6] Bir qayda olaraq, alban tayfaları Qafqazdilli hesab olunmuşlar. Lakin unutmaq lazım deyil ki, alban tayfa ittifaqının adı olmuş, bu etnosla yanaşı, daha 25-26 tayfanın da bu ittifaqa daxil olduğu məlumdur və bunların arasında qafqazdilli tayfalarla yanaşı, türk və İran mənşəli tayfaların da ola biləcəyi mümkündür.
Erməni müəllifi Aqafangelin əsərinin ərəb variantında albanlar alanlar adlandırılır. Bundan başqa, digər erməni mənbələrində “şimallılar” deyərkən, türk tayfaları nəzərdə tutulur. Burada da əsas diqqət hun tayfası olan haylandur tayfasına yönəldilir. Qeyd edək ki, adın əvvəlindəki “h” hərfi erməni dilindəki tələffüzə uyğunlaşdırılmış, sözün əsası isə “aluan” etnonimidir. (“-dur” və ya “-qur” sonluğu isə bir çox türk tayfalarının adında vardır: bayandur, utidur, haylandur, onoqur, sarıqur, uyğur və s.) Haşiyədən kənara çıxaraq qeyd etmək yerinə düşərdi ki, XIII-XIV əsrlərdə Ön Asiyada yaşamış bir türk tayfası “eluan” (“aluan”) adlanırdı.
Orta Asiyada “alban” adlı bir çox tayfa bu günədək yaşamaqdadır. V.V. Vostrov və M.S.Mukanov qeyd etmişlər ki, qazaxlar arasında türk matay (bəlkə də midiya) və alban adlı tayfalar yaşayır. (Bir maraqlı fakt da ondan ibarətdir ki, Orta Asiya albanlarını çinlilər “azer-bay-jen” adlandırır)
Firudin Ağasıoğlu (Cəlilov) belə bir tarixi sənədi gün işığına çıxardı. Belə ki, 1723-cü ildə 4 Qarabağ (erməniləşmiş alban) məliyi Rusiya çarına göndərdiyi məktubda şikayət edirlər ki, ləzgilər və yerli Alban türkləri vaxtaşırı onlarla savaşır. Bu, albanların türk mənşəli olmasının bir sübutu ola bilər.
Alban tayfa ittifaqına daxil olan tayfalardan biri də Qarqarlar olmuşdur. Qarqarlar haqqında Strabon geniş məlumat vermişdir: “Qarqarlar amazonkalarla birlikdə Qafqaz dağlarının dənizə yaxın hissəsində – Keravn dağında yaşayırlar. Onlar bura Femiskuradan (Pont) gəlmişlər…”[7] Daha sonra o qeyd edir ki, amazonkalar elə savromatların (sarmat) özüdür. Bu faktı antik müəllif Yustin də müdafiə edir. Şərşünas Kislinq qarqarları çərkəzlərlə eyniləşdirir. Guya alban yazısı qarqar və saxur dili arasında paralel təşkil etməklə, saxur dili əsasında yaranıb. Rutul və saxur dillərində “qarqar” sözü “qonşu”, “yaxın” mənasını verir. V.B.Vinoqradova görə, qarqarlar müasir Çeçen-İnquşetiya ərazisində yaşamaqla, vaynax qrupu xalqlarına yaxın olmuşlar. Moisey Kalankatuklu və erməni müəllif Moisey Xorenatsi qarqarları əfsanəvi Aranın (albanların əcdadı) törəmələri hesab edir.
Belə bir maraqlı fakt var ki, Karkar şəxs adı Orta Asiyada qıpçaqlar arasında geniş yayılmışdır, hətta əfsanəvi qəhrəman Manasın babasının adı Karkar olmuşdur. V.V. Bartold qeyd edir ki, bu dastan, hətta “Qıpçaq” və ya “Karkar” da adlanır. Bir çox tarixçilər (Y.Yusifov, N.Q. Volkova, P.K.Uslar, A.Q.Şanidze və s.) isə qarqarları Qafqazdilli hesab edir.
Xalqımızın formalaşması prosesində ən böyük rolu olmuş tayfalardan biri də, heç şübhəsiz, saklar (skiflər) olmuşdur. Əslində onlara aid ayrıca bir mövzu həsr edilməlidir. Çünki sakların (skiflərin) yayıldığı ərazi bu günkü Qafqaz ilə məhdudlaşmayıb, Britaniya adasından tutmuş, Fransaya, ordan Balkanlara, Anadoluya, ordan da Orta və Mərkəzi Asiyaya qədər uzanırdı. Avropada “Scythia” adlı qədim ərazi, şübhəsiz ki, skiflərlər bağlıdır. Herodot Asiya skiflərini sak, Plini sakasan, Ptolomey isə sakapan adlandırmışdı.
Sakların türk mənşəli və ya İrandilli olması barədə ziddiyyətli fikirlər mövcuddur. B.Q. Qafurov, O.Jemeranye, X.Qotye, V.İ. Abayev, Q.Beyli və s. onları irandilli etnos hesab edirlər. V.İ. Abayev “sak” sözünü “maral”, O.Jemeranye isə “getmək, qaçmaq” kimi tərcümə edir. “Avesta” və “Riqveda” kitablarında bu ad “kişi” mənasında verilir. E.Minnz sakları monqol, Q.Qotye isə türk mənşəli hesab edir. Maddi mədəniyyət nümunələri (kurqan, üçtilli ucluğu və s.), skif-heyvan stili, şəxs və yer adları onların türk mənşəli olması fikrini gücləndirir. Qazaxlar arasında şaqa, özbəklər arasında şakay, şakey, qırğızlar arasında sake, saxa, noqaylarda şauqay sözlərinin olması, eləcə də, Saxa-Yakutiya subyektinin adında sak komponentinin olması, Sibirdə aşkar edilmiş qədim türk mədəniyyətlərinin (Andropovo, Afanasyevo) saklarla bağlılığı, onların türk mənşəli olması fikrini təsdiqləyir. Hətta Q.V. Ksenofontov və N.A.Aristov yakutların özünüadlandırması olan “saxa”nın saklarla bağlı olduğunu iddia edir. A.N.Bernştam və N.Y.Biçurin Qazaxıstan ərazisində usun (uysun) etnosunu da saklarla bağlayır. B.A.Litvinski isə “Avesta”da sakların “tur” adlandırıldığını yazmışdır.
Sakların bu ərazilərə gəlməsi və məskulaşması barədə müxtəlif fikirlər mövcuddur. Onların skiflərin özü və ya bir hissəsi olmaqla, e.ə. VIII-VII əsrlərdə şimali Qara dəniz sahillərindən Ön Asiyaya və Midiyaya gəldiyi güman edilir. Saklar burada 28 il hökmranlıq etmiş və e.ə. 584-cü ildə geri qayıtmışlar. (İşquz çarlığı)
V.V. Struve qeyd edir ki, onlar skiflərdən ayrı olaraq, e.ə.VI əsrdə Dərbənd vasitəsilə Albaniyaya gəlmişlər. Y.Yusifova görə isə, skiflər İşpakay və Partatuanın, saklar isə Tuqdammenin başçılığı altında bu ərazilərə gəlmişlər.
Albaniyada mövcud olmuş Sakasena əyalətinin adının da saklarla bağlılığı şübhə doğurmur. Erməni müəllif S.T.Yeremyan sak çarlığının Zəyəmçayla Kürəkçay arasında lokalizə edir. S.ter-Avetisyan hətta “Zəyəm” (“Dzeqam”) sözünü də saklarla bağlayır. Sakalrın yayıldığı digər ərazi isə Zəngəzur ərazisi olmuşdur. Bura erməni mənbələrində Siyunik (“Si”- etnosun adı, “uni”-erməni dilində “nəsil”, “-k” isə erməni dilində cəm şəkilçisi), ərəb-fars mənbələrində isə Sisakan adlanırdı. Sakasenanın Kür-Araz çayları arasında yerləşdiyi fikri də mövcuddur. Strabon yazır: “Sakasena Albaniya, Kir çayı və Qoqarena ilə sərhəddir…” Dyakonov ermənilərin etnogenezində sakların mühüm rol oynadığını və mənbələrdə adı çəkilən ilk erməni çarlarının (Skaordi) sak mənşəli olduğunu qeyd edir.[8] Digər erməni müəllif Koryun erməniləri Aşkenazi (Bibliyada saklar belə adlandırılır) soyundan gəldiyini deyir.
Skiflərin tayfa adları da onların türkmənşəli olduğunu göstərir. Herodot skiflərdə bir tayfanın “yirk” adlandığın qeyd edir . İlk dəfə P.İ.Şafarik bu etnonimi türk hesab etmişdir. Bu fikri sonra E.Eyxvald, İ.Potolski və A.Herman qəbul etmişlər. Daha sonra Z.M.Yampolski bu fikri tutarlı elmi dəlillərlə əsaslandırmışdır. Bütün bunlarla yanaşı qədim türk tayfalarından birinin irk adlanması da məlumdur. Altayın türk tayfalarından biri irkin, digəri irkit adlanır. Sibirdə İrkutsk şəhərinin adı da bu etnonimi əks etdirir.
Bir skif tayfası Aqatirs (bu etnonimin sonundakı “s” səsi yunan dilində əlavə olunmuşdur) adlanırdı. Erkən orta əsrlərdə Cənubi rus çöllərində bu tayfa Akatsir kimi məludur. Yunan dilində “ç” səsi olmadığına görə müəlliflər onu “ts” ilə ifadə etmişlər. Q.Qeybullayev qeyd edir ki, bu etnonim səlcuq oğuzları içərisindəki Aqacəri tayfasının adı ilə eyni mənşəlidir.
Herodot skiflərin bir tayfasının adını arimaspi kimi qeyd edir . Bu etnonim türkcə “arim” – yarım (türkologiyada qəbul edilib ki, saitdən əvvəl “y” səsi sonradan əlavə olunma səsdir) və “sepi” – qıyılmış göz sözlərindən ibarətdir. Aydın görünür ki, Arimaspi etnonimi monqoloid irqi üçün səciyyəvi qıyıqgöz adaları ifadə edən addır.
Bir skif tayfasının adını Herodot İssedon kimi çəkir. Bu etnonim türkcə isti və don-paltar sözlərindəndir. Qeyd edilməlidir ki, geyim bildirən sözlərdən etnonim yaranması qədim türklər üçün səciyyəvi haldır: Qaradonlu, Ağköynəkli, Şişpapaqlar və s.[9]
Herodota görə skiflərin böyük bir hissəsi skolot adlanır . Skolot etnonimi iskulut, yaxud da eskolot adının qədim yunanca yazılışıdır ki, iskil, iskul, eskol adından və türk-monqol dillərində cəm bildirən “-ut” şəkilçisindən ibarətdir. Erkən orta əsrlərdə iskil, esqel formasında bu tayfa türk bolqarların tərkibində qeyd olunmuşdur. Özbəklərdə və qaraqalpaqlarda eşkil, qırğızlarda eskil adlı tayfa indi də vardır.
Skiflərin bir tayfası Paralat kimi qeyd olunur. Qədim yunanca paralat kimi yazılmış bu etnonim türkcə “bor” – boz sözündən və olet, ələt etnonimindən ibarətdir. Skiflərdə paralat, Midiyada paratagenlər, erkən orta əsrlərdə peçeneklərdə borotolmat tayfalarının adlarındakı “para” və “boro” komponentlərini Q.Qeybullayev eyni mənşəli sayır.
Türk tarixçiləri arasında da skiflərə böyük diqqət ayrılır. Türkiyə tarixşünaslığında belə bir fikir mövcuddur ki, Britaniya adasında məskunlaşmış keltlər (qallar) oradan cənuba doğru, indki Fransa ərazisində hərəkət etmiş və Qallua (Galloise) əyalətinin əsasını qoymuşlar. Orada isə Balkanlar vasitəsilə Anadoluya gəlmiş və burada Qalata adlı dövlətin əsasını qoymuşlar. Ən maraqlısı isə odur ki, bu dövlətin paytaxtı “Tukije” adlanırmış. Ankara şəhərinin adı da kelt mənşəli “Ancyra” adından törəmişdir.
Saklarla bağlı bu gün ölkəmizdə və qonşu ölkələrdə bir çox yaşayış məntəqələri vardır. (Şəki (orta əsrlərdə Zəngəzur ərazisində də Şəki adlı şəhər olmuşdur), Zaqatala, Tatarıstanda iki Şəki adlı şəhər, Qars vilayətində Şaki şəhəri, İranda Şakabad və s.)
Kəngərlər türk mənşəli etnos olaraq, ilk əvvəl orta Asiyada məskunlaşmış və burada Kanqyuy (Çin mənbələrinə görə) adlı dövlət qurmuşlar. Kəngərlər peçeneqlərin bir hissəsi olmuşlar. IX əsr ərəb coörafiyaçısı İbn Xordadbeh Sırdəryanı Kanqar adlandırmışdı. K.Baryanorodnıy Cənubi rus çöllərində yaşayan peçeneqləri kanqar adlandırırdı.Kəngərlər Albaniyanın iki bölgəsində – qərb hissəsində (indiki Qazax-Gəncə) və Naxçıvan ərazisində məskunlaşmışdı. Onların xristian olduğu qeyd edilir. Hətta “Alban tarixi”ndə Kanqarian adlı rahib yad edilir. Naxçıvan kəngərləri isə 542-552-ci illərdə Suriya mənbələrində xatırlanır.
“Kitabi-Dədə Qorqud” dastanındakı Qanlı Qoca (Kanqlı Qoca) kəngərlər boyundan hesab olunur.
Peçeneqlər həm Orta Asiyada, həm balkanlarda geniş yayılmış, eləcə də xalqımızın formalaşmasında mühüm rola malik türk tayfalardan biri olmuşdur. Onlar yunan mənbələrində “patsinak”, ərəb mənbələrində isə “boçnaq” adlandırdı. Səlcuq türklərinin bir qolu “beçənə” adlanırmış. X əsrə aid anonim “Hüdud-əl Aləm” əsərində peçeneqlərin iki qolu – türk və xəzər qolu qeyd olunur. Peçeneqlər haqqında ən ətraflı məlumat K.Baqryanorodnıya aiddir.
Peçeneqlər Albaniya ərazisində də geniş yayılmışdılar. Buradakı Pazkank vilayəti peçeneqlərin adı ilə bağlıdır. M.Barxudaryan bu vilayəti indiki Cəbrayıl rayonunun ərazisində lokalizasiya edir. XII əsrə aid bir mənbədə Dağlıq Qarabağ ərazisində Bçans adlı vilayətin adı çəkilir. İbn Xordadbeh Qafqazda Bacunays adlı vilayəti yad edir.
Peçeneqlərə 8 tayda daxil idi: irtim, tsur, gila, kulpey, xarabay, talmat, xopon və teopon…
Albaniyanın şimal-şərqində, cənub sərhəddi Beşbarmaq dağı olan Mskut çarlığının (I əsr) əsas əhalisi çullar (çollar) olmuşdur. Burada həmçinin Çol, Tsur, Sul və s. şəhərlər də xatırlanır. Çol şəhəri Dərbənddən 18 km cənubda yerləşirdi ki, indi bu ərazi Torpaqqala adı ilə tanınır.”Çol” etnoniminin mənşəyi barədə müxtəlif iddialar var. İ.Markvart bu adı İran dilləri ilə bağlayır. K.V.Trever və A.R. Şıxsəidov erməni dilindəki “dərə” sözüylə, A.P.Novoseltsev isə yaqnob dilindəki “dar dərə” sözü ilə əlaqələndirir. Erməni müəllif Yegişe çolları xonlarla (hun) eyniləşdirir. Təsadüfi deyil ki, “Alban tarixi”ndə Çol şəhəri “hun qalası” adlandırılır.
Kataklar, Plini tərəfindən katiar, Miletli Hekatey tərəfindən isə katan formasında yad edilir. “VII əsr erməni coğrafiyası” əsərində alban vilayətlərindən biri kimi Tuç-Katak vilayətinin adı çəkilir. XVII əsrədək Qarabağ ərazisində Kotuklu adlı kənd mövcud olmuşdur.
Ərəb coğrafiyaçısı Əl-Bəlazuri VII əsr hadisələri ilə əlaqədar olaraq yazır ki, Həbib ibn Məsləmənin başçılığı altında ərəb ordusu Arranın digər bölgələri ilə yanaşı, Xerxilyan bölgəsini də tutmuşdular. Bu yer “Alban tarixi”ndə Xarqlan kimi yad olunur. Bu toponim kergillər adlı tayfanın adı ilə bağlıdır. (Naxçıvanın Ermənistan ərazisində yerləşən, anklav kəndi olan Kərki kəndinin adı da bu etnosla bağlıdır). V.V. Radlov altaylılar və tuvalılar arasında bu tayfanın mövcud oludğunu yazır. Hazırda türkmənlər arasında qırqıl adlı tayfa mövcuddur.
Komanlar, tariximizdə, xüsusilə etnogenez tariximizdə xüsusi yeri olan tayfalardan biridir. İlk dəfə komanlar (kumanlar) haqqında Plini məlumat vermişdir. “Alban tarixi”ndə Qomenk vilayətinin adı çəkilir. Komanlar qıpçaqlara verilən digər addır. Qıpçaqların məskunlaşdığı ərazilər indki Gəncə-Qazax, Borçalı, Qarabağ və Ermənistan ərazisi hesab olunur. Bu gün Ermənistanda “erməni qıpçaqlar” adlı qrup var ki, onlar güman ki, xristianlaşmış albanlardır.
V-VII əsrlərdə erməni mənbələrində Albaniyada ijmax (kimak) adlı tayfa yad edilir.Adın əsl formasının “kaymak” olduğu güman edilir.[10] S.Aşurbəyli qeyd edir ki, onlar haqqında ilk məlumat V əsr erməni müəllifi Favstos Buzanda aiddir. İ.Əliyev kimakları qazaxlar arasında yaşayan şomekey tayfası ilə eyniləşdirir. Şamaxı rayonun, eləcə də bir neçə Qaymaqlı adlı kəndlərin adı kimaklarla bağlıdır.
Şarvanlar (suranlar) bu coğrafiyada yaşayan xalqlardan biri hesab olunur. “VII əsr erməni coğrafiyası”nda qeyd olunur ki, suranlar digər tayfalarla birlikdə Sarmatiyada – Kürün mənsəbindən Volqanın mənsəbinədək olan ərazidə yaşayırlar. İ.Markvart onları irandilli hesab edir. V.F.Minorski isə qeyd edir ki, bu, İranın Xəzərsahili Şir vilayətinin adı il bağlıdır. İ.A.Cavaxişvili suranları Qafqazdilli sarmatlarla eyniləşdirir.
Aranlar Albaniyanın əsasını qoyan Aranilər sülaləsi ilə bağlıdır. Albaniya ərazisində hətta Mets-Arank adlı vilayət də mövcud olub. Orta əsrlərdə qıpçaqların bir boyu kimi uran (uren) tayfalarının olduğu qeyd edilir.
Yaqut əl-Həməvi Qarabağ ərazisində iki Tərtər çayın – Böyük və Kiçik Turturun mövcud olduğunu qeyd edir. Ə.Cəfəroğlu turturları (tərtərləri) şərqi türk tayfalarından biri hesab edir. Cənubi rus çöllərində terterobiçi adlı tayfa mövcud olub. Onlar qıpçaq və hunlar arasında yaşayırmışlar.
Strabon tərəfindən sodelər (savdeylər) isodik, Ptolomey tərəfindən isə isond adlandırılırdı. Bəzən onları səhvən çeçenlərin əcdadı hesab edirlər. Albaniyanın vilayətlərindən biri Sotk idi. S.T.Yeremyana görə, Sotk indiki Basarkeçər ərazisini əhatə edir.1727-ci ilə aid bir arxiv sənədində Qarabağda Sadak-Tor bölgəsinin adı yad edilir. Bu gün Gürcüstanla sərhəddə (xüsusilə Qazax rayonu ilə) Sadıqlı, Gürcüstanla Ermənistan arasında Sadaxlı kəndi mövcuddur.
Hunların xalqımızın formalaşmasında oynadığı rol haqqında geniş yazmağa ehtiyac yoxdur. Mərkəzi Asiyada qurduqları böyük imperiya onların qərbə doğru axınına səbəb olmuşdu. Onların şimali Albaniyada mövcud olduqalrı barədə ilk məlumat D.Periyegetə məxsusdur. K.V.Trever və İ.A.Orbeli xon və hunları fərqli etnoslar hesab edirdi. Lakin hunların türk mənşəli olması təkzibedilməzdir. Hunların adı ilə bölgədə bir çox yer adları mövcuddur. Hunan qalası (Tovuz), Xonabad (Bərgüşad) bu etnosu öz adında saxlayan yer adlarından az hissəsidir. Qədimdə Qarabağ düzü Xonaşen adlanırdı.
Bulqarlar da hunlar kimi qərbə doğru hərəkət edərək bizim bölgədə məskunlaşmış və xalqın formalaşması prosesində yaxından iştirak etmişlər. M.Xorenatsi onların indiki Ordubad ərazisində məskunlaşdığını qeyd edirdi. Bulqarların bir qolu basil (Borçalı, Barşalı və s.) adlanırdı. Digər bulqar qrupları isə çuvayrlar, qazanlar, çaqarlar, kullar, oxsunlar (Qazançı, Çaxırlı, Qullar, Xubayrlı, və s.) idi.
Bulqarların bir qolu kimi savarların da adı çəkilir. Bu günkü Şabran (Ptolomeyə görə, Şapotren. V.F.Minorski və S.Aşurbəyli isə bu adı İran şahı Şapurun adı ilə bağlayır.), Biləsvuar toponimlərinin suvarlarla bağlı olduğu iddia edilir. K.Kreçmer isə savarları savromatlara aid edir.
M.Kalankatlı Albaniyada Qoroz adlı qalanın olduğunu yazır. Z.Bünyadov bunu Gorus rayonu ilə eyniləşdirir. Bu toponim isə xurs tayfasının adı ilə bağlıdır. M.Şərifli X əsrin 80-ci illərində Şirvanın üç böyük şəhərindən (Şirvan və lahican ilə birlikdə) birinin Xursan olduğunu qeyd edir. (IX əsr səlnaməçisi Məsudi buranı Xorasan kimi də xatırlayırdı)
Miletli Hekatey bu ərazilərdə yaşayan tayfalar arasında dondarların da adını çəkir.V.V.Latışev və P.K.Uslar onları irandilli (alan-osetin) hesab edir. Onların Kuban ərazisində yaşadıqları və irandilli olduqları, dondar sözünün osetin dilində “çayı saxlayanlar” mənasında işləndiyi barədə mülahizələr də söylənmişdir. Lakin dondarlarla bağlı bütün izlər onların türk tayfalarından olduğunu göstərir. Bu gün Tovuz və Qubadlı rayonlarında Dondarlı, Tovuzda Dondar Quşçu, Şabran rayonu ərazisində Qala Dondar qala xarabalıqları və s. kimi toponimlərdən aydın olur ki, dondarlar Qafqaz Albaniyasının şimal-qərb ərazilərində yaşamışlar.
Qərbi türk xaqanlığına daxil olan xalqlardan (telə, şato, tubo, dulu, turkeş, quzan və s.) biri də xəzərlər olub. Onların türk tayfası olması bu gün heç bir şübhə doğurmur. Lakin V.Q.Kotoviç və S.A.Pletnyova onları irandilli hesab edirlər.
Kaspilər etnik mənsubiyyəti qeyri-müəyyən olan tayfalar hesab edilir. Bu tayfanın adını ilk dəfə Herodot çəkmişdir. Tədqiqatçıların fikrincə Kaspilərin Midiyada və Albaniyada yaşadıqları yerlərin coğrafi koordinatlarını dəqiq müəyyən etmək çətindir. Tədqiqatçılar qədim mənbələr əsasında kaspilərin Albaniyada iki bölgədə – indiki Dərbənd zonasında və Mil düzündə yaşadıqlarını müəyyən etmişlər. Kaspilərin digər hissəsi Midiyada – Kürün Arazla birləşdiyi yerdən Xəzərədək olan hissəsindən cənubdakı ərazidə məskun idi. Qədimdə Albaniyaya aid olmayan bu ərazi indi Şimali Azərbaycana məxsusdur. III əsrdən bu ərazi Balasakan adı ilə məlumdur.
Ptolemeyin bir məlumatı çox maraqlıdır ki, Araz Şərqə hərəkət edən Kaspi dağlarına qədər gedir, sonra şimala dönərək bir qolu Xəzərə tökülür, digər qolu Kürlə birləşir. Prof.Q.Qeybullayev qeyd edir ki, bu məlumatda Kaspi dağları Füzuli rayonunun Arazsahili dağlıq ərazisi və onunla üzbəüz yerləşən Cənubi Azərbaycan ərazisinin dağlıq bölgəsi ola bilər. Kaspilərin üçüncü hissəsi Midiyanın şərqində məskun idi. İ. M. Dyakonov onların kassitlərlə qohum olduqlarını yazmışdır. Ümumiyyətlə bütün iranşünaslar qədim Ön Asiyada bir dil ailəsinin mövcud olduğunu yazmış və onu şərti olaraq həm də Kaspi dil ailəsi adlandırmışlar. Bu fikir Kaspi etnonimindəki “-pi” komponentindən irəli gəlib; onu elam dilində cəm bildirən şəkilçi saydıqlarına görə kaspilərin özlərini də elam mənşəli hesab etmişlər. Kaspilər təkcə Midiya və Albaniya ərazisində yox, Herodota görə, Orta Asiyada – Əhəmənilər dövlətinin XV satraplığında da yaşayırdı. Aydındır ki, Orta Asiyada Qafqazdilli, yaxud Elamdilli xalq yaşamamışdır. Q. Qeybullayev hesab edir ki, Kaspi etnonimindəki “-pi” sözü kənardangəlmə söz deyil. Ehtimal ki, kaspi etnonimi kasbi kimi səslənmişdir. Ədəbiyyatda Cənubi Azərbaycanda Qəzvin şəhərinin adının Kaspi etnonimi ilə bağlı olması fikri deyilmişdir. Kaspilərin tarixən yaşadıqları regionlardan birinə – Əhəmənilərin XI satraplığına tuş gəlir, həm də ki, Qəzvin əhalisi türk – azərbaycanlılardan ibarət şəhərdir. Qəzvin (güman ki, Kasbiyən adının təhrifi) toponimindəki“-vi” komponenti, Kasbi etnoniminin “-bi” komponentinin şəklidir. Kaspi dilini Qafqaz dilləri ilə bağlayan yeganə söz “vahşu” (“allah”) sözüdür
Kaspilərin türk mənşəli olması fikrini dəstəkləyənlər bunu əsas götürülər ki, etnonimin kökündə “kas” sözü durur. V.V.Radlova görə, kaslar Altay və Sibirdə yaşayan kaçinlərlə eynilik təşkil edir. Uyğurların da qədim hissəsi kas adlanırmış. I Şapurun qayaüstü yazılarında Kaş (Kaşqar) vilayətinin adı çəkilir. Ön Asiyada kasqay (qaşqay) adlı türk tayfaları mövcuddur. Həmçinin Sibirdə kasıl adlı türk xalqı yaşayır. Kaspilərə İberiya sərhəddində də rast gəlinir. IX əsrdə Kartli çarlığının ərazisində, Kürün sol sahilində Kaspi adlı şəhər mövcud olub.Hazırda da Tbilisi şəhərindən 48 km şimal-şərqdə Kaspi adlı yaşayış məntəqəsi vardır. IX əsr ərəb tarixçisi Albaniyanın qərbində, İberiya ilə sərhəddə Kasax (indiki Qazax) adlı şəhərin olduğunu qeyd edir. Bundan başqa, Cəlilabad rayonunda Xasıllı kəndinin adının da kaspilərlə bağlılığı iddia olunur. Bir çox tarixçilər hətta, kaspilərlə xəzərləri eyniləşdirir. (“kas” və “xəz” hissəciklərinə görə)…
Kutilər və lulubelər nəzərə alınmazsa, kaspilər Azərbaycan ərazisində mannalardan, madaylardan və albanlardan sonra dördüncü böyük etnosdur.[11]
Albaniyanın üç regionunda quqar tayfalarının da adı çəkilir. Birinci, indiki Ermənistan və Gürcüstan sərhəddində mövcud olmuş (güman ki, indi də var) Qoqarena adlı yer; ikinci, Albaniyanın şimal-şərqində maskutların yaşadığı ərazi (Bu haqda erməni müəllif Favstos Buzand məlumat verir); nəhayət, üçüncü, Şimali Qafqazda, Dəryal keçidində. (Bu haqda erməni müəllif İohan Drasxanakertsi məlumat verir).
D.L.Musxelişvili Qoqarena ilə Şimali Qafqazdakı Quqarkı eyni vilayət kimi qeyd edir. Əsasən, gürcü tarixşünaslığında quqarlar şərqi gürcü tayfaları kimi qeyd olunur. Q.A. Melikişvili isə quqarları Bibliyada skiflərə verilən qoq adı ilə eyniləşdirir. K.Baqryanorodnıy isə peçeneqlərin bir qolunu kuarçi (quqarçi) adlandığını qeyd edirdi.[12]
Bu gün Ermənistan ərazisində mövcud olan Quqark rayonu, eləcə də, Azərbaycanda “Göyərçin”(Göyərçinli) kimi yaşayış məntəqələrinin adlarının quqarlarla bağlı olduğu şübhə doğurmur. Dağıstanda indi də Quqarlı adlı azərbaycanlı kəndinin mövcudluğu quqarların bir hissəsinin eranın əvvəllərində Albaniyanın şimal-şərqində yaşaması ilə əlaqədardır. XVI əsrdə Anadoluda Boz – Ulus türk tayfa birləşməsinin bir tayfası kuxar (və ya kuqar) adlanırdı
Quqarçi tayfasının adı toponimlərdə Göyərçi (Göyərçin) və Göyərçinli kimi qalmışdır. Aydındır ki, onların göyərçin quşunun adı ilə heç bir əlaqəsi yoxdur, yalnız zahiri oxşarlıq vardır. Keçən əsrdə Ermənistanda Göyərçin (demək, əslində Quqarçin) kənd xarabalığı, Qars əyalətində Göyərçin kəndi və s. vardı. Göyərçin və Göyərçinli adlı kəndlər Azərbaycanda da vardır. Quqarların Ermənistanda mənşəcə türk olduğunu göstərən faktlardan biri də keçmişdə Quqark rayonunda yaşayan əhalinin bütünlüklə azərbaycanlılardan ibarət olmasıdır. Hər halda quqarların Ermənistandakı azərbaycanlıların etnogenezindəki rolu təkzibedilməzdir. Quqarlar orada erkən orta əsrlərdə yığcam halda yaşayırdılar. V əsr müəllifi Moisey Xorenski quqarları Ermənistanda “böyük və qüdrətli tayfa” kimi səciyyələndirir. Quqarların türkdilli tayfa olmasını bir fakt da aydınlaşdırır. “VII əsr erməni coğrafiyası” adlı əsərdə189 Ermənistanda Quqar əyalətinin 9 mahaldan ibarət olması göstərilir: Şorapor (“Şor dərəsi” deməkdir, türk mənşəli şor, yaxud çor etnonimindən və ermənicə por “dərə” sözündən; Gürcüstanda Şulaver toponimində qalır; “Dədə Qorqud”da “Şir Şəmsəddin” adındakı “şir” komponenti də əslində şor etnonimindən və “Dədə Qorqud”da oğuzların “Üç ox” adının gürcücə tərcüməsi olan Samişvilde sözündən ibarətdir) ; Çopapor (“Çöp dərəsi” deməkdir. Qədim türk dillərindəki çöp “dağarası çökəkliyi olan yüksəklik” sözündəndir. Ermənistanda keçən əsrdə Altı-Çöp, Qara-çöp adlı kəndlər vardı. Zəngilan rayonunda Çöpədərə kəndinin adında da bu söz vardır), Kolbopor (“Kuloba dərəsi” deməkdir), Taşir (“Daş yer”, “Daşlıq” deməkdir), Trel (saklarla gəlmiş trer tayfasının adından, gürcücə Tialeti), Kəngər, Cavak, Artaqan və Klarçi. Göstərilən toponimlərin hamısı türk mənşəlidir. Qoqar əyaləti gürcü mənbələrində Qoqareti, Qoqaleti adlanır ki, bu da Kırzıoğlu M. Fəxrəddinin yazdığı kimi190 “Dədə Qorqud”da “Qəflət (əslində Qoqalet) Qoca oğlu” adında əksini tapmışdır. Deyilənlər quqarların türkdilli olmasına heç bir şübhə yeri qoymur.[13]
Atropatena və Albaniya ərazisində yaşamış böyük tayfalardan biri də kadusilər olmuşdur. Onlar Xəzərsahili ərazilərdə yaşamış, döyüşə 35 min piyada çıxarmaq qabiliyyətinə malik olmuşlar. Qeyd olunur ki, kadusilər bu günkü talışların əcdadlarıdır. Talışların özününadlandırması kateşdir ki, bu da kadusi adı ilə oxşarlıq təşkil edir. Talışların türk mənşəli olmaları, Orxon-Yenisey kitabələrində “tölis” kimi qeyd olunduğu fikri də mövcuddur. Lakin tölislərin indiki talışlar olması fikri tarixçilər arasında çox da müdafiə olunmur.
Utilər (və ya udilər) Atropatena və Albaniyada yaşamış ən bpyük tayfalardan biri olmuşdur. Strabon və Heredot tərəfindən utilər Midiya ərazisində xatırlanır. Z.İ.Yampolski qeyd edir ki, bu ad həmçinin bütün alban əhalisinin özünüadlandırması olub. Utilərin yaşadıqları ərazilər barədə fərqli fikirlər mövcuddur. Heredot utilərin miklərlə (müklər) birlikdə İranın cənubunda, R.Froy isə orta Asiyada yaşadığını qeyd edir. Strabon yazır: “Utilər amardlar, kadusilər, qellər və anariaklarla birlikdə Midiya dağlarında (müasir Talış dağlarının olduğu iddia olunur) yaşayırlar…”
L.M.Məliksətbəyov utilərin Urartu mənbələrindı xatırlanan Uduri-Etiuni vilayətindən (Niq-Ararat bölgəsi) gəldikləri fikrini müdafiə edir. Antik mənbələrdə uti adı bəzən utidors kimi verilir. (Bəlkə də hunların bir qolu olan utidurlarla eynidirlər) Qeyd edək ki, şahsevənlərin bir qolu hazırda udulu adlanır. M.Barxudaryan qeyd edir ki, Qarabağda olan Seysulan kəndinin (udinlər yaşayırdı) əhalisi türkdür. XVII əsrdə Krasnoyarsk vilayətində türkdilli udin etnoqrafik qrupu yaşayırdı.Hazırda ora Nijni-Udinsk adlanır.
Bu gün udinlər Qəbələnin Nic kəndində, eləcə də, Gürcüstanın Oktomberi (Zinobiani) kəndində kompakt şəkildə yaşayırlar. Bizdə yaşayan udinlər 705-ci ildə Albaniyanın varlığına son qoyulduqdan və alban kilsəsi erməni-qriqoryan kilsəsinə tabe etdirildikdən sonra qriqoryanlaşmışdırlar. Lakin etnik cəhətdən ermənilərlə heç bir bağlılıqları yoxdur.
Lbinlər. Erməni mənbələrində alban vilayətlərindən biri olan Lpink vilayətinin adı çəkilir. A.L.Yakobson bunu Dağıstanda, Samur çayının yuxarı axarında, F.Məmmədova Samurun orta axarında, Alazan çayınadək olan ərazidə, V.Q. kotoviç isə Şəki ərazisində lokalizə edir. Gürcüstan ərazisində bu adda bir neçə toponim də mövcuddur (Lapniani, Laban-Kuri, Lapani-Atkari və s.) Avarlara qonuşarı tərəfindən verilən halbi adı da bu adla oxşarlıq təşkil edir.
Erməni müəllif Aqafangelin əsərinin yunan variantında Çilb (Silv) tayfasının adı çəkilir.V.Q.Kotoviç onları Samurçayın orta axarında, A.Akopyan isə Pisaatçayın yuxarı axarında lokalizə edir. Bunlardan başqa, bir də Ciqb tayfaları mövcud olub.Onlar haqda ilk məlumat erməni müəllif Yegişeyə məxsusdur. Onların saxurların əcdadları olduğu iddia olunur. Bu ada ilk dəfə 293-cü ildə fars qayaüstü yazılarında rast gəlinib.
Leqlər müasir lakların və ləzgilərin əcdadları hesab olunur. Strabon və Plutarx qeyd edirdi ki, leqlər və gellər (müasir ingiloyların əcdadları) alban və amazonkaların arasında yaşayırlar.
Qatlar (xınalıqlar) Quba rayonunun Xınalıq kəndi ərazisində yaşayırlar. Bu toponimi ilk dəfə XIII əsrdə Yaqut əl-Həməvi Xinaluq kimi qeyd edir.Sözün kökük Xeni toponimi ilə bağlıdır. Bu adla bağlı geniox tayfaları da yad edilir. S.T.Yeremyan Xenini Zaqatala ərazisində lokalizə edir. Qeyd edək ki, xınalıqlar özlərini kətid (qat) adlandırır.[14]
Erlər Albaniya ilə İberiya arasında yerləşən Ereti vilayətinin ərazisində yaşamışlar. T.Q.Papuaşviliyə görə, Eretiyə daxili Kaxetiya, Alazan sahili ərazi və Dağıstanın dağlıq rayonları daxil idi. Belə bir fikir də var ki, erlər çeçen-inquşların əcdadları olub.[15] Həmçinin “er” sözünün osetinlərin özünüadlandırması olan “iron” sözüylə eynilik təşkil etdiyini deyənlər də var (İ.Əliyev. V.İ.Abayev, Y.S.Qaqloyti).
Atropatena və Albaniya ərazisində yaşayan tayfalar arasında gellərin adə adı xatırlanır. K.Patkanov Gelan (Gilan) və Gelakuni vilayətlərinin adını bu tayfa ilə bağlayır. Q.Kapansyan isə Gelakunini Urarti Uelikunisi (Həmçinin Urartu şahı I Rusanın kitabələrində Göyçə gölünün adı Uelikuxi kimi qeyd edilir) ilə eyniləşdirir. A.Bakıxanov XVIII əsrədək İlisu bölgəsinin yuxarı hissəsinin Qoloda adlandığını yazmışdı. Qeyd edək ki, gellərin yengiloyların (ingiloyların) əcdadları olması fikri çox dəstəklənir. İngiloylar xristianlığı qəbul edərək, gürcüləşmiş, daha sonra I şah Abbasın dövründə zorla islamı qəbul etmişlər. Buna görə də geloylar, islamı qəbul etdikdən sonra yeni geloylar (yengiloy və ya ingiloy) adlanmağa başalmışlar.[16]
Maskutlar Albaniyanın şimal-şərqində yaşamış və Maskur çarlığını yaratmışlar. Onların irandilli (sovet tarixşünaslığı) və monqol (Qərb tarixşünaslığı) mənşəli hesab edənlər var. K.V.Trever onları xon adlandırır və Qafqazdilli hesab edir. Aqafangel isə maskutları “masaha hunları” adlandırırdı. Bu gün maskutların adı ilə bağlı bir neçə yer adı məlumdur. (Muşkur, Masqatar, Maştağa və s.)
Etnogenez prosesində iştirak edən kiçik tayfalardan biri də parnlardır. S.T.yeremyan onları Balasakanda-Kaspianada lokalizə edir. Ola bilsin ki, parnlar elə parfiyalılar olub. Amma bu barədə qəti fikir yürüdə bilmirik. Hətta obarenlərin türk mənşəli abar (apar, obr) tayfaları ilə və ya avarlarla hər hansı bağlılığı ola biləcəyi şübhələri də vardır.
Mənbələrdə pars tayfalarının da adı xatırlanır. Albaniyada Parsakan, Paris (1727-ci ildə Bariz kimi) Barezlər yaşayış məntəqələrinin olması bu tayfa ilə əlaqələndirilir. XIX əsrdə Cavanşir qəzasında Paris adlı kənd olub. N.Gəncəvinin “Xosrov və Şirin” əsərində adı çəkilən Perisuz şəhərinin, hazırda Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində mövcud olmuş Parisosla eynilim təşkil etdiyi qeyd olunur. Hətta parsların (əcdadları anariaklar) hazırda Abşeron kəndlərində geniş yayılmış tatların əcdadı olduğu fikri də var.
“Alban tarixi”ndə Albaniya ərazisində qardmanların yaşadığı da xatırlanır. Lakin belə bir fikir var ki, bu, ayrıca xalq yox, “Girdiman çarlığının sakinləri” anlamında işlədilib. Girdimanın isə lokalizasiyası ilə bağlı iki fikir var: birincisi, Gəncə-Qazax bölgəsində olduğu deyilir; ikincisi isə Dağlıq Şirvanda yerləşdiyi qeyd olunur (F.Şirvaninin şeirlərində də bu barədə məlumat var)
VI sərin sonu Sasani hökmdarı Xosrovun qohumu Mehran Albaniyanın qərb hissəsinə 30 min ailə (mihr tayfaları) məskun edir.1727-ci ilə aid bir mənbədə Girdiman vilayətinə tabe olan bir bölgənin adı Mihran (indiki Tovuz rayonu) kimi verilir. Bundan başqa, Bərdə ərazisində Mihravan adlı kənd mövcud olub.
Kürdlər (kortlar) hələ lap qədimlərdən Mesopotamiyadan tutmuş, Anadolunun cənub hissəsinədək, Zaqros dağlarında, İran ərazisində, eləcə də, Azərbaycan ərazisində məskunlaşmış qədim tayfalardan biri olmuşdur. Şəddadilər dövlətinin ərazisində də kürdlər kompakt halda yaşamışlar. Kürdlərin buraya kütləvi köçü isə iki mərhələdən ibarətdir. XV-XVI əsrlər (Səfəvilər dövrü) və IX əsr.
Bu gün də kürdlər Azərbaycan ərazisində, xüsusilə, qərb bölgəsində (Kəlbəcər, Laçın, eləcə də, Qubadlı) məskunlaşmışlar.
Xalqın formalaşması prosesi ərəb ağalığı dövründə davam etsə də, ərəblərin bu prosesə qatqısı hiss olunmadı. Əksinə, ərəblər yerli əhali arasında əriyərək assimiliyasiya olundular. Sadəcə öz varlıqlarını bəzi yaşayış məntəqələrinin adında saxlaya bildilər. Bunu eynilə monqol ağalığı dövrünə də aid etmək olar.
Xalqın formalaşması prosesi Səlcuq türklərinin Orta Asiyadan regiona gəlməsi ilə yekunlaşdı. Yəni artıq bu dövrdən Azərbaycan türkləri, Azərbaycan dili bu günkü formasına düşdü.
Göründüyü kimi, Azərbaycan xalqının etnogenezi prosesi uzun bir yol keçmiş və burada mənşəyindən asılı olmayaraq bir çox tayfalar iştirak etmişlər. Və heç bir halda, xalqımızın formalaşmasını yalnız türklərə, ya irandilli tayfalara və ya qafqazdilli xalqlara bağlamaq düzgün deyil. Bu prosesdə hər birinin öz payı vardır. Lakin eyni zamanda, türklərin avtoxton xalq olamamsı, XI əsrdən sonra buraya gələrək, yerli xalqları assimilyasiya etməsi fikri də kökündən yanlışdır.
Xalqların mənşəyinin araşdırılmasında DNA haploqruplarının öyrənilməsi də xüsusi əhəmiyyətə malikdir. Belə ki, hər bir xalq müəyyən DNA xromosomlarının daşıyıcısıdır.
J2 haploqrupu Azərbaycan əhalisinin təxminən 20%-də, G haploqrupu 18%-də aşkar olunub. Bundan başqa, azərbaycanlılarda T (11%), R1b (11%), R1a (7%), E (6%), İ (3%) haploqrupları və digəriləri (15%) aşkar edilib.[17] Bəzi Azərbaycan sakinlərində isə T1, E1b1b1c1 (Anadolu mənşəli), G2a3b1 və R1b1a2 haploqrupları aşkar olunub.
Roza Arambievna iddia edir ki, Azərbaycan əhalisinin daşıdığı haploqruplarla (J1-M267 and J2a-M172) kumıklarınkı eynidir.[18]
Lakin əksər Qərb və rus tarixçiləri yenə də israrla bu günkü azərbaycanlıların əcdadlarının İrandilli tayfalar olduğunu, XI əsrdən sonra türkləşdiyini qeyd edirlər.
Xalqın mənşəyinin öyrənilməsində digər vasitə antropoloji tədqiqatlardır. Bura xalqın hansı irqə (və ya keçid irqə) mənsub olması, onun kəllə quruluşu kimi istiqamətlərə önəm verilir.
Böyük ağ irq daxilində azərbaycanlıların aid edildikləri Kaspi antropoloji tipi haqqında elmdə bir çox fikirlər var. XX yüzilliyin ən görkəmli antropoloqlarından olan Fişer 1923 – cü ildə Azərbaycan türklərini və türkmənləri oriental (şərq) irqə daxil etmişdir. Keçmiş sovet antropoloqları arasında isə bu məsələ ilə bağlı 4 nəzəriyyə vardır:
- Yarxo, Roqinski, Levin və Abduşelişvili Kaspi tipini şimali Hindistan və Orta Asiya xalqlarının mənsub olduqları antropoloji tiplərlə yaxınlaşdırmağa səy göstərmişlər.
- 1948 – ci ildə Q.F. Debets Kaspi tipini On Asiya kiçik irqinə daxil etmişdir. Debetsə görə, «azərbaycanlıların və türkmənlərin fiziki tipləri onları Qazaxıstan və Altayın qədim əhalisindən daha çox On Asiya və Aralıq dənizi sahillərinin əhalisi ilə qohumlaşdırır». Onun fikrini müdafiə edən Oşanin Kaspi tipini On Asiya kiçik irqinin uzunbaş modifikasiyası kimi təqdim etmişdir.
- Çeboksarovun irqi təsnifatında isə Kaspi tipi Aralıq dənizi – Balkan irqinə daxil edilmişdir.
- Bu məsələ ilə bağlı daha ziddiyyətli mövqe V.V. Bunaka məxsusdur. 1951 – ci ildə, görünür daha çox baş göstəricilərini nəzərə alan alim, Kaspi tipini Pont tipi ilə birlikdə Aralıq dənizi kiçik irqinə aid etmişdi. Sonrakı araşdırmalarında isə Bunak Kaspi tipini L.V. Oşanin tərəfindən Mavərənnəhr, Yarxo tərəfindən isə Pamir – Fərqan tipi adlandırılan antropoloji tiplərlə yaxınlaşdırmışdır.[19]
Azərbaycan türkləri ilə eyni tipə aid edilən tatlar və kürdlər arasında uzunbaşlı və dəyirmi başlı variantlar müşahidə edilir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində, Kiçik Qafqaz, Böyük Qafqazın cənub və cənub-şərq əraziləri, Abşeron yarımadası, Borçalı, Cənubi Azərbaycanın böyük qismində (Qərbi Azərbaycan ostanlığının cənubu istisna olmaqla qalan hissəsi, Şərqi Azərbaycan və Ərdəbil ostanlığının hamısı, Zəncan ostanlığının az bir qismi) yayılmış azərbaycan türklərinin demək olar ki, hamısı və Kərkük türkmanları uzunbaşlı olması ilə seçilir. Kür çayı boyunca məskunlaşan əhalidə isə qarışıq elementlər müşahidə olunur. Bununla yanaşı Böyük Qafqazın şimal-şərq və şimal-qərb ərazilərində Qafqazion tipi ilə qarışıq elementlər müşahidə edilir. Son 1-2 əsrdə azərbaycan türkləri ilə kütləvi şəkildə olmasa belə ləzgi, buduq, uti, rus, erməni (XX əsrin 90-cı illərinə qədər), fars, tat, kürd və s. xalqlarla birgə nigahdan qarışıq tiplər meydana gəlmişdir. Bunuda qeyd etmək olar ki, adı çəkilən ərazilərdə azsaylı xalqlar arasında və Talışlarda kəllə quruluşu dəyirmibaşdır. Azərbaycan türklərinin əsas irqi göstəriciləri: dolixokran (uzunbaşlı), nazik və düz burunlu, ortaboylu, sıx saqqalı. Azərbaycan türklərində digər türk xaqlarında, xüsusi ilə kaspi tipinə aid olan xalqlarda olduğu kimi kiçik əmgək sümüyü çıxıntıya sahibdir. Türk alimləri bunu “turan çıxıntısı” adlandırır. Erməni və rus antropoloqları bunu beşik və ya digər təsirlə izah etməyə çalışsalarda bu isbat olunmamışdır
Qeyd etmək lazımdır ki, qədim türk topluluğundan hələ miladdan əvvəl II minilliyin ortalarında ayrılmış, Qədim Çin mənbələrində xus adlandırılan şərq oğuzları çinlilərdən özlərinin ağ irqə mənsub əlamətləri ilə seçilirdilər.[20]
Kaspi yarımtipi (Sağda – türkmən, solda – Azərbaycan türkü)
İstifadə edilmiş mənbələr və ədəbiyyat:
[4] Bünyadov, Z.M., Yusifov Y.B. Azərbaycan tarixi I cild Bakı, 1994
[5] M.Kalankatuklu “Alban tarixi”, tərcümə etdi: Bünyadov Z.M. Bakı 1993 səh.15
[6] Сумбатзаде А.С. Азербайджанцы – этногенез и формирование народа Баку, 1990
[7] Страбон География. пер. Г.А. Стратоновски. Москва 1964. стр.77
[8] Qeybullayev Q. Qədim türklər və Ermənistan. Bakı, 1992
[10] Бартольд В.В. Кимаки. Том V., Москва 1968
[12] Muxtarova Ə.İ. Türk xalqalrı tarixi, Bakı, 1999
[14] Həvilov H.A. Azərbaycan etnoqrafiyası Bakı, 1991
[15] Гейбуллаев Г.А. К этногенезу азербайджанцев Баку 1991, том 1
[16] Həvilov H.A. Azərbaycan etnoqrafiyası Bakı 1991
QEYD: Bu yazı mənim BDU-nin Tarix fakültəsində təhsil aldğım zaman işlədiyim kurs işinin əsasında yazılıb (Sonradan internet resurslardan əlavələr etməklə)
Comments are closed, but trackbacks and pingbacks are open.