HƏYAT FƏALIYYƏTININ TƏHLÜKƏSIZLIYI
Hallar zamanı əhalinin mühafizəsinin əsas üsulları aşağıdakılardan (A.R.”Mülki
“Həyat Fəaliyyətinin Təhlük
– Potensial təhlükə “risk”lə qiymətləndirilir. Risk- təhlükənin reallaşmasıdır.
Təhlükəsiz vəziyyət isə riskin olmaması, yəni təhlükənin həyatdan kənarlaş-
dırılması üçün labüd şəraitin olmamasıdır. Nəticə etibarı ilə təhlükə mənbəyi
olduğu zaman, tam təhlükəsizliyə nail olmaq mümkün deyil. Risk uzun müddət
realizə olunmaya bilər.
2.HFT elminin ən vacib məsələlərinə nələr daxilldir? Vibrasiya və səs-küy
amillərini xarakterizə edin.
Həyat fəaliyyətinin təhlükəsizliyinin əsas vəzifələrindən biri, həyat fəaliyyətinin
müxtəlif şəraitlərdə insanların təhlükəsizliyini təmin etmək üçün yeni
istiqamətlərin axtarılması ilə təhlükəsizliyin təmin edilməsidir. Müasir dövrdə
insanlar ən çox özləri tərəfindən yaradılmış təhlükələrdən zərər çəkirlər, nəinki
elmi araşdırmaların bir dəfəlik zərərlərindən.
HFT elminin ən vacib məsələlərinə bunlar daxilldir:
– Texniki sistemlərin və texnologiyaların təhlükəliyinin elmi nöqtəyi-nəzərdən
– nnovasion sistemlərin və texnologiyaların elmi nöqtəyi nəzərdən qiymətlən-
– Elmi əsaslarla məişət cihazlarının yaradılması.
– Reaktorların, sürətləndiricilərin və lazerlərin texnologiyalarının idarə edilməsi.
– Elmi əsaslarla kosmik texnikanın təhlükəsiz idarə edilməsi.
-Kosmik şualanmanın insanın fəaliyyət dairəsinə təsirinin elmi əsaslarının
Silkələnmə, titrətmə mexaniki təsir olmaqla, cismlərin qarşılıqlı sürtünməsi zamanı
Titrətmədən tibbi təbabətdə istifadə edilir, lakin titrəmənin uzun müddətli
orqanizmə təsiri qorxuludur. Titrəmə o vaxt qorxulu hal alır ki, onun yaranma
raiti orqanizmə bilavasitə təsir edir və titrətmənin yaratdığı təsir daim mərkəzi
sinir sisteminə güclü təsir edir. Titrəmənin maşın və mexanizmlərə təsiri, onun
təsir gücünün maşın və mexanizmlərin hərəkətinə bilavasitə təsir etdikdə, təhlükə-
lər yarana bilər.
Titrəmə iki növdə özünü biruzə verir:
-ümumi titrəmə- orqanizmin bütün hissələrinə təsiri zamanı baş verir;
-yerli titrəmə zamanı isə orqanizmin bir hissəsi həmin təsirə məruz qaldığı zaman
Fəaliyyət zamanı insan çox hallarda həm ümumi və həm də yerli titrəmə
təsirinə məruz qalmağa məcbur olur, buna kombinə olunmuş titrəmə də deyilir.
Titrəmənin təsirindən ürək-damar sistemi əziyyət çəkir, sinir sistemi fizoloji
təsirə məruz qalaraq, orqanizmə neqativ təsir göstərir, insanlarda ürək bulanma,
ümumi halsızlıq müşahidə edilir.
Orqanizmdə titrəmənin ən çox təsiri titrəmə tezliyi 6-9 hers olduqda hiss edilir.
Titrəmə-silkələnmənin parametrləri yerdəyişmə amplitudası ilə xarakterizə edilir.
Titrəmə və silkələnmədən mühafizə kompleks halda aparılmalıdır. Mexaniki
silkələnmə özü –özlüyündə titrəmə, səs-küy, ultra- və infra- səslərin birgə təsirini
yaratdığı üçün, onlardan ayrı-ayrı mühafizə olunmaq qeyri mümkündür.
Titrəmə (vibrasiya) kompleks tədbirlər nəticəsində 3-4 db-ya qədər azaldıla
bilər. Belə tədbirlərdən ən əsası titrəmə yaradan amili fiziki və ya mexaniki
yollarla aradan qaldırmaq mümkündür.
nsan orqanizminə təsir edən neqativ amiilərdən biri də səs – küydür.
Səs daim olduqda insan yorulur, onun əmək qabiliyyəti aşağı düşür.
Səsdən mühafizə üsulları müxtəlifdir:
-Səsdə mühafizə qurğularının quraşdırılması,
-Səs yaratmayan cihazlardan istifadə edilməsi,
-Səs uducuların quraşdırılması.
3.Sənaye, inşaat kənd təsərrüfatı və başqa sahələrdə əmək fəaliyyətinin
təhlükəsizliyinin təmin edilməsində qanun verici aktlar hansılardır?
Sənaye, inşaat kənd təsərrüfatı və başqa sahələrdə əmək fəaliyyətinin
təhlükəsizliyinin təmin edilməsində, qanun verici aktlar aşağıdakılardır:
-Azərbaycan Respublikasının “Əməyin mühafizəsi”;
-Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik”;
– Azərbaycan Respublikasının “ stehsalat sanitariyası”;
-Azərbaycan Respublikasının “Əməyin mühafizəsinin təmini üzrə texniki vasitələr-
dən istifadə” haqqında qanunları.
-“Əməyin mühafizəsi” haqqında qanun: təşkilatı, sosial iqtisadi, texniki, gigeynik
və müalicə prafilaktik tədbirlərin icrası sistemi olmaqla, insanların təhlükəsiz-
liyinə, sağlamlığının bərpasına və əmək məhsuldarlığının artırılmasına yönəldilmiş
-“Texniki təhlükəsizlik” haqqında qanun: təşkilatı və texniki tədbirlər sistemi
olmaqla, insanın fəaliyyətinə təsir edən təhlükəli və zərərli istehsalat faktorlarına
qarşı mühafizə tədbirlərini əhatə edir. Bura fərdi və texniki təhlükəsizlik vasitə-
-“ stehsalat sanitariya”sı haqqında qanun: təşkilatı tədbirlər və texniki vasitələr
sisteminin tətbiqi ilə insanlara təsir edən neqativ halların təsirini azaldılması və ya
tam aradan çıxarılmasını təmin edən tədbirlər sistemidir. Həmin bu tədbirlər
sisteminin effektli şəkildə sənayedə və başqa sahələrdə ekoloyi tarazlıq
vəziyyətindən asılıdır (rütubət, barometrik təyziq, temperatur, havanın hərəkət
4. stehsalatda bədbəxt hadisələrin səbəblərinin tədqiq edilməsi və qeydə
alınması necə baş verməlidir?
stehsalatda işçilərə baş vermiş bədbəxt hadisələrin səblərinin tədqiq edilməsi və
qeydə alınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il
tarixli 27 saylı qərarı ilı həyata keçirilir. Qərarın qüvvəsi mülkiyyət formasından
asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün
hüquqi və fiziki şəxslərə, eləcədə xarici hüquqi şəxslərin nümayəndəliklərinə şamil
edilir. Işçinin səhhətinin pozulması aşağıdakı hallarda tətbiq edilməli və qeydə
-əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), eləcədə
müdiriyyətin tapşırığı olmadan, lakin müəssənin mənafeyi üçün hər-hansı fəaliyyət
-müəssisənin nəqliyyatında işə gedərkən və ya işdən qayıdarkən;
-müəssisənin ərazisində və iş yerində iş vaxtı ərzində (fasilədə də), işin başlanma-
sından əvvəl və iş qurtarandan sonra;
-istehsal avadanlıqlarında və obyektlərində baş vermiş qəzalar zamanı;
-Növbə istirahətində olan işçilər, obyekt ərazisində, nəqliyyat vasitəsində olduğu
5.Bədbəxt hadisələrin qeydə alınmasında dövlət və ictimai təşkilatların
fəaliyyətləri nədən ibarətdir?
Bədbəxt hadisələrin baş verməməsi və yaxud onların baş verməsi nəticəsində
dəymiş ziyanın azaldılması haqqında dövlət təşkilatlarının hüquqi normativ
aktlarının tərtib olunması;
-sanitar epidimoloji təşkilatlar tərəfindən qanunda nəzərdə tutulan vaxtlar ərzində
-baş vermiş qəzalar nəticəsində tələfat zamanı cinayət tədbirlərinin araşdırılması
üçün hüquq-məhkəmə orqanlarının fəaliyyəti;
-zərər çəkmişə sığorta vəsaitinin normal təmin edilməsi;
-təlafata uğrayaraq vəfat etmişin ailəsinə maddi təminatın ödənilməsi ilə ailə
üzvünün işlə təmin edilməsi.
6.Mikroklimat nədir? Onu xarakterizə edin.
Mikroklimat insanların fəaliyyəti zamanı onu əhatə edən mühit şəraitində
dəyişiklik törədən amillərdi. Dəyişikliklərə aiddir:
1. stiliyin təsiri: yüksək temperatur və kəskin soyuq ətraf mühitdə baş verdikdə
fəaliyyətin keyfiyyətinə təsir etdiyindən temperatur +40
olduğu halda , və ya
olduğu halda, küləyin sürəti 30m/san olduğu halda əmək fəaliyyəti
2.Temperatur dəyişməsinin insan fəaliyyətinə təsiri aşağıdakı kimi ola bilər:
-Əgər əhatə edən mühitin temperaturu insan bədəninin temperaturuna (36.6
bərabər olarsa, və ya ondan çox olarsa insanların iş qabiliyyəti azalır, bədəndə
fizioloji dəyişikliklər baş verir (qan təzyiqinin dəyişməsi, baş gicələnmələr və s.).
-Əgər insanı əhatə edən mühitin temperaturu bədənin temperaturundan 15-20
olarsa, o zamanda fizioloji dəyişiklər baş verir, insan xəstələnir (soyuqlayır, sətəl-
-Ətraf mühitin temperaturun dəyişməsi insan bədənində yorulmalara, bədən
halsızlığına gətirib çıxarır ki, bu zaman tibbi müəssələrdə müalicə tələb edilir.
-Bu amillər insanın əmək məhsuldarlığını azaldır, əməyin keyfiyyətini aşağı salır.
7.Əhatə edən mühitdə nisbi rütubətin təsiri necə ola bilər?
Nisbi rütubət minimum rütübətin maksimum rütubətə olan nisbətidir. %-lə ifadə
Nisbi rütubəti yaradan amillər bunlardır:
-Hər bir insan öz fəaliyyəti zamanı bir saat ərzində 20mq nəmlik (tər) ifraz edir.
Okeanların, göllərin, çayların buxarlanması nəticəsində əmələ gələn rütubət,
yağışdan sonra, qarların əriməsindən və.s. rütubət yaranır. Nisbi rütubət insan
orqanizminə aşağıdakı təsirləri yaradır:
-bədəndə fizioloji dəyişmələrin baş verməsi nəticəsində, halsızlıq, yorğunluq
-insanın həyat fəaliyyətini zəiflədir, əmək məhsuldarlığını aşağı salır,
iş otaqlarında, istehsalat sahəsində rütubətin azaldılmasına yönələn tədbirlər aşağı-
-temperaturun yüksəldilməsi, istehsalat sahəsində hava dəyişmənin təmini
(vintelyasiya), havanın hərəkət sürətinin dəyişilməsi;
-iş yerlərində havanın dəyişmə sürətinin 0,4m/san-dən az olması fəaliyyətə təsir
etmir, çox olması isə havanın sürətini dəyişir, nəticədə insan özünü zəif hiss edir və
-Barometrik təzyiq qravitasiya təsiri nəticəsində yaranır (temperaturların kəskin
fərqinə görə), və onun artması və azalması neqativ hallara gətirir. Ona görədə
obyekt və iş yerlərində təzyiqi sabit saxlamaq lazımdır.
8.Mikroklimaksa təsir edən digər amillər hansılardır?
– Günəşin ultra qırmızı və infra bənövşəyi şualarının yaratdığı ionlaşmalar,
kimyəvi radioaktiv maddələrin və izotopların yaratdığı şualar nəticəsində havanın
ionlaşması, istehsalatda istifadə edilən atom reaktorların yaratdığı şuaların əmələ
gətirdiyi ionlaşmalar, elementar hissəciklərin surətləndirilməsi, onlardan
ualanmanın yaratdığı ionlaşmalar və s.. Bu mühitin ionlaş-
masının insan orqanizminə təsiri, onun 60-65% sudan ibarət olduğuna görə,
orqanizmin ionlaşması nəticəsində əsaslı fizioloji dəyişikliklər baş vermə
-Elektromaqnit dalğaların yaranması ilə əlaqədar istifadə edilən kompüter, mobil
telefonlarının insan orqanizminə ionlaşdırıcı təsirləri (halsızlıq, beyin yorğunluğu,
orqanizmdə pisixoloji dəyişikliklər və s.), onlardan mühafizə tədbirləri: xüsusən,
fərdi və kütləvi mühafizə vasitələrindən istifadə etməklə;
radiasiyanın təsirinin azaldılması üzrə tətbiq edilən “protektor” dərmanlardan
istifadə, məişət avadanlıqlarından (kompüter, mikrodalğalı sobalardan, mobil tele-
fonlardan, fenlərdən və.s.) müəyyən dərəcədə az müddətdə istifadə olunmalıdır.
9.Səs küyün insan orqanizminə və həyat fəaliyyətinə təsiri necə ola bilər?
Səs küy insan orqanizminə müxtəlif neqativ fizioloji təsirlər göstərir:
-ultrasəs: insan tərəfindən eşidilmir, lakin onun təsiri insan orqanizminə danıl-
-ultrasəs: insan onu eşitmir, lakin o bədəndə fizioloji dəyişiliklər etməyə qadirdir;
-insan 16-20000 qers tezlikli səsdə özünü konfort hiss edir və bu zaman fizioloji
dəyişikliklər baş vermir;
stehsalatda səs-küyün azalmasına aşağıdakılar aiddir:
1.Səs-küy yaradan amillərin uzaqlaşdırılması;
2.Ekranlardan istifadə etməklə, səs-küyün azaldılması;
3.Səs yaradan elementlərin fiziki dəyişdirilməsi;
4.Səs uducu vasitələrdən istifadə edilməsi;
5.Texniki vasitələrdən istifadə edilməsi və.s.
Səs-küyün insan orqanizminə təsiri bunlardır:
-halsızlığın əmələ gəlməsi;
-güclü səs sayəsində depresiyanın yaranması;
-qan təzyiqinin dəyişməsi;
10. stehsalat sahələrində və iş yerlərində işıqlanmanın insan fəaliyyətinə təsiri
necədir?
Müasir elm təsdiq edir ki, istehsalat sahələrinin və iş yerlərinin işıqlandırılması iki
sas yol ilə həll edilir:
-süni yolla işıqlanma müxtəlif işıqlanma vasitələrindən istifadə etməklə təmin
-təbii işıqlanma günəş şuasından istifadə edilərək baş tutur;
-komfort işıqlanma norması 14 lüks vahidi olduqda baş verir.
ıqlanma istehsalat sahəsində və ya iş yerində pəncərələrin sayından asılı olaraq
dəyişir, bundan başqa pəncərə və nəfəsliklərin ölçülərindən də asılıdırlar.
Böyük ərazilərin işıqlandırılması isə (stadionların, sexlərin və digər sahələrin),
xüsusi projektor avadanlıqlarından istifadə etməklə icra edilir.
-Süni işıqlanmanı təmin etmək üçün, qızma elementinlərində istifadə olunan
lampalarından, ionlaşdırıcı- qaz maddələrindən istifadə etməklə, mövcud
lampalardan, bəzi istehsal sahələrində (zərgərlik, toxuculuq, kompüter), işıqlanma
norması istisna hal kimi dəyişə bilər.
11. stehsalatda istifad ə edilən və ya istehsal edilən zərərli maddələrə qeyri
üzvi və üzvü maddələr olduğunu bilərək, mühitə necə təsir göstərirlər?
Bu maddələrdən xlor, ammoniyak, kimyəvi turşular, fosgen, difosgen,
xlorasetafenon, müxtəlif turşular, istehsalatda istifadə olunan müxtəlif spirtlər,
üzvü birləşmələr tərkibli neft məhsulları, etan, metan, propan və digər üzvü qazlar,
həmçinin mayeləşdirilmiş məhsullar, doymuş və doymamış karbohidrogen
birləşmələri (karbooksidlər), benzin, kerasin və sairə birləşmələr,
üzvü əsaslı kimyəvi zəhərli maddələr (sinir sistemini iflic edən, dəri zöhrəvi təsir
edən və sairə), boğucu və gözyaşardıcı qazlar (Si-ES, Bi-zet).
Müvafiq olaraq müasir dövrdə yuxarıda adlarını göstərdiyimiz kəskin təsirli
zəhərləyici maddələrdən mühafizə olmaq üçün, müxtəlif müasir fərdi mühafizə
vasitələrindən səmərəli istifadə olunur. Onlardan ən vacibi tənəffüs üzvülərini
mühafizə edən vasitələrdən süzgəc əleyhiqazları, tədric edici vasitələr və
respiratorlar istifadə olunurlar. Dəri hissəsini mühafizə etmək üçün isə ümumqoşun
mühafizə geyim dəsti, L-1 yüngül mühafizə dəsti və adi gündəlik geyimlərdən
istifadə edilməsi məsləhətdir.
Belə hallarda əhalinin kütləvi mühafizə tədbirlərini icra etdikdə, təhlükə ehtimalı
yaranmış ərazidən tərxiyyə edilməsi ən aktual xarakter daşıyır, eyni zamanda
insanların təhlükəsizliyin təmin etmək üçün, zəhərli maddələrin xarakterini nəzərə
alaraq, kollektiv mühafizə qurğularından səmərəli istifadəsi nəzərdə tutulur.
12.Titrəyiş törədən, yüksək təzyiq yaradan, yüksək tezlikli maqnit sahəsi olan
vasitələrdən istehsalatda istifadə edilməsi. Fiziki, mexaniki və yüksək tezlikli
təsirli avadanlıqlarla iş zamanı mühafizə üsulları hansılardır?
-Titrəyiş törədən vasitələrə aiddir: sürtünmələr, surət ötürmələri, dartma və sıxılma
alətləri, yüksək təzyiq titrəmələri, metal emalı dəzgahları, təzyiq altında
fırlanmalar (kompressorlar, nasoslar);
-Yüksək təzyiq yaradan vasitələrə aiddir: kompressorlar, nasoslar (vakuum,
mərkəzdən qaçma üsullu), turbinlər, neft ayırma sistemləri, təzyiq altında nəqliyyat
-Yüksək tezlikli maqnit sahələri olan vasitələrə aiddir: yüksək tezlikli ötürücülər
(tele, radio, mobil ötürücü stansiyaları), rentgenoskopiya avadanlığı;
-Ultra dalğalı qızdırıcılar: lazer şualanmaları, ionlaşdırıcı şualar (alfa, betta,
Fiziki, mexaniki və yüksək tezlikli təsirli avadanlıqlarla iş zamanı mühafizə
1.Texniki təhlükəsizlik qaydalarına riəyət edilməsi.
2.Texniki təhlükəsizlik avadanlıqlarından istifadə edilməsi.
3.Fərdi və kütləvi mühafizə vasitələrindən istifadə edilməsi.
4.Müalicə-profilaktik tədbirlərin tətbiq edilməsi.
5.Sanitar-gigiyenik vasitələrdən istifadə edilməsi.
Bütün bu tədbirlərlə insanlara olan bütün neqativ təsirlərin azaldılması və ya tam
aradan qaldırılması nəticəsində insanların sağlamlıqlarının və təhlükəsizliyinin
13.Neqativ amillərin insan orqanizminə hansı təsirləri olur?
a) kimyəvi zəhərləyici və güclü təsir edici maddələr əsasən insanların nəfəs
orqanlarına və dərinin səthinə təsir edərək güclü fizioloji dəyişmələrə (zəhərlənmə,
yanıqlar, ionlaşmaya) səbəb olur.
b) yüksək təzyiqli avadanlıqların insan orqanizminə təsiri aşağıdakı kimi olur.
Avadanlığın titrəməsi, qəza zamanı təzyiqin və yüksək surəti olan maddənin
orqanizmə təsiri müxtəlif xarakter daşıyır. Titrəmələr orqanizmdə qan dövranının,
ürək fəaliyyətinin və baş-beyin sisteminin fizioloji dəyişməsinə şərait yaratmaqla
orqanizmdə narahatlıq törədir. Baş ağrısı, ürək bulanması, halsızlıq baş verir, insan
iş qabiliyyətini itirir, məhsuldarlıq azalır.
c)yüksək tezlikli elektro-maqnit dalğaları olan vasitələrin insan orqanizminə təsiri:
sasən insanların sinir sisteminə, qan-damar orqanlarına və ionlaşmanın təsirindən
dəri səthinin zədələnməsinə təsir edir, göz-görmə qabiliyyətini azaldır, yorulmalara
və iş qabiliyyətinin itirilməsinə səbəb olur. Güclü təsir nəticəsində, qəbul edilən
dozanın miqdarından, gücündən asılı olaraq şua xəstəliyinin baş vermə ehtimalı
yaranır. Radioaktiv şualanmalar nəticəsində dinc dövrdə qəbul edilmiş illik
dozanın miqdarı 5 rentgendən çox olmamalıdır (günəş şualanması nəticəsində).
Radioaktiv maddələrlə işləyən müəssisələrdə qəbul edilmiş illik doza 10-15
rentgendən çox olmamalıdır (radioizotoplarla, rentgen aparatları ilə, dozimetrik
cihazlarla iş zamanı).
14. Neqativ təsirlər zamanı əhalinin xəbardar edilməsi necə olur?
XXI-ci əsrdə əsasən bütün neqativ təsirlər aşkar edilir, ölçülür və qeydə götürülür.
Radiasiya amili və təhlükəsi dozimetrik cihazlar vasitəsilə aşkar edilir,
qiymətləndirilir və onlardan mühafizə fövqalədə hal kimi, təmin edilir. Fövqalədə
Hallar zamanı əhalinin mühafizəsinin əsas üsulları aşağıdakılardan (A.R.”Mülki
müdafiə” haqqında qanuna əsasən) ibarətdir:
-əhalinin kütləvi mühafizə qurğularında yerləşdirilməsi (sığınacaqlar, radiasiya
leyhinə daldanacaqlar, metro, keçidlər, səngər və zirzəmilər),
-əhaliyə fərdi və tibbi mühafizə vasitələrinin paylanması (nəfəs orqanlarının
mühafizə vasitələri, dəri səthinin mühafizə vasitələri, fərdi tibbi mühafizə vasitə-
ləri, A-2 apteçkası, kimyadan mühafizə paketi PP-8, sarğı materialı),
-təhlükəli ərazidən xəbərdar edilərək, əhalinin köçürülməsi (təxiyyə edilməsi) və
təhlükəsiz ərazidə müvəqqəti və ya uzun müddətli yerləşdirilməsi.
Fövqalədə Hallar zamanı tətbiq edilən bütün tədbirlərdə fərdi və kütləvi
təhlükəsizlik norma və qaydalarına riəyət edilir.
15. stehsalatda komfort iş şəraitinin yaradılmasına nə aid edilir?
stehsalatda komfort şəraiti təşkilatı, texniki və mexaniki vasitələrlə əldə edilir.
ş yerində temperatur rejiminin yaradılması (ventilyator, kondinsioner və
Istehsalatda normal işıqlanmanın təmin edilməsi (təbii və süni işıqlandırma
Iş yerlərində normal nisbi rütubətin təmin edilməsi. Komfort şərait 23-25
% nisbi (rütubətdə) nəmlikdə və normal işıqlanmada ola
ş yerində havanın sürətinin tənzimlənməsi nəticəsində, 0,4m/san
yaradılması təmin edilir. Normadan yuxarı sürətli hava dəyişməyə səbəb
olur və soyuqlama-sətəlcəm xəstəliyinə şərait yaradır.
Iş yerində səs-küyün normativ səviyyəsi 16-20000 qers tezliyi təmin
Iş yerində tozluğun səviyyəsi 0,2-0,6mq/m
Iş yerində görünən və görünməyən neqativ amillərin miqdarı hava dəyişmə
sistemi vasitəsilə tənzimlənir.
Komfort şərait iş qabiliyyətinin artmasına, işin keyfiyyətinə və miqdarına,
insanların sağlam mühitdə fəaliyyətinə müsbət təsir edir, bu zaman yorulmalar,
halsızlıq, soyuq dəymə və xəstələnmə halları aradan götürülür. Belə iş şəraitinin
yaradılmasına işə götürən təşkilat cavabdehlik daşıyır. ş yerində təhlükəsizliyin
təmin edilməsinə dövlət orqanları, ictimai təşkilatlar nəzarət edirlər.
HƏYAT FƏALIYYƏTININ TƏHLÜKƏSIZLIYI
Mülki Müdafiə – dinc dövrdə və ya müharibə dövründə əhalini (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Mülki müdafiə (MM) insanın ətraf mühitdə təhlükəsizliyi və sağlamlığının qorunması haqqında elmdir. O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühafızəsinin metod və vasitələrini, yollarını zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır.
Mülki Müdafiə sistemi – mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur.
Mülki müdafiə ölkəmizdə 1961-ci ildə təşkil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31-də “Azərbaycan Respublikasının Mülki Müdafiəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 73 saylı fərmanı və 1998-ci il aprelin 18-də “Mülki müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalanmışdır (21 müddəadan ibarətdir).
Yeni əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında Mülki müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikasının Mülki müdafiəsinə respublikanın Baş Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri həyata keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır.
Mülki müdafiə tədbirlərinin planlaşdırmaq və həyata keçirilməsinin təşkil etmək, habelə icraya nəzarət məqsədilə Respublika Baş Nazirinin yanında respublika mülki müdafiə qərərgahının rəisi mülki müdafiəyə gündəlik rəhbərlik edir.
Yeni Əsasnamə və Qanunda respublikada mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də məsul şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki müdafiəsi – sülh və müharibə dövrlərində respublikanın ərazisində əhali və xalq təsərrüfatını təbii fəlakətlərin, həmçinin güclü qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin təsirindən mühafizə məqsədilə dövlət, təsərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətəndaşın iştirakı ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir.
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının mülki müdafiə sistemi yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və fövqəladə hallarda respublikanın bütün ərazisində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər.
Mülki Müdafiənin məqsədi aşağıdakılardır:
1) fövqəladə halların qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi;
2) fövqəladə hallar zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması;
3) fövqəladə halların və onların nəticələrinin aradan qaldırılması.
Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri aşağıdakılardır:
- fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edilməsi;
- sülh və müharibə dövrlərində adamların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi;
- fövqəladə halların nəticələri aradan qaldırılması məqsədi ilə xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi;
- mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili;
- sülh və müharibə dövrlərindəki fövqəladə hallarda xalq təsərrüfatı sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən mülki müdafiənin mühəndis-texniki və digər tədbirlərinin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir.
Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir.
Fövqəladə hadisələrin qarşısının alınması – fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunmasına, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir.
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması – insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.
Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
«Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının qanununa, «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli fərmanına müvafiq olaraq mülki müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərlər mülki müdafiə üzrə qruplara aid edilir, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və FH Nazirliyinin təqdimatı əsasında zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Mülki Müdafiə üzrə zonalar bu qaydalara 1 nömrəli əlavəyə uyğun olaraq müəyyən edilir.
Mülki Müdafiə üzrə şəhərlərin üç qrupu: birinci qrup (I qrup), ikinci qrup (II qrup), üçüncü qrup (III qrup) şəhərlər bu qaydalara 2 və 3 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilir.
Ən mühüm təsərüffat obyektlərinə mülki müdafiə üzrə belə dərəcələr verilir:
- xüsusi əhəmiyyətli (XƏ),
- birinci dərəcəli (I dərəcəli) və
- ikinci dərəcəli (II dərəcəli) obyektlər.
Mülki Müdafiə üzrə dərəcələr belə obyektlərə verilə bilər:
- fəaliyyətdə olan, inşa edilən, yenidən quraşdırılan və layihələşdirilən vacib sənaye, nəqliyyat, energetika və rabitə müəssəsinə;
- xüsusi konstruktor bürolarına: neft-qaz mədənləri idarələrinə;
- dövlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey, kitabxana, şəkil qalereyası);
- material və ərzaq bazalarına; su kəməri təsərrüfatına və digər dövlət əhəmiyyətli obyektlərə.
Z O N A L A R
- Bakızonası Bakı şəhərinin 11 rayonu və Apşeron rayonu.
- Gəncəzonası Gəncə və Naftalan şəhərləri, Ağstafa, Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şəmkir, Xanlar, Goranboy, Samux rayonları.
- Sumqayıtzonası Sumqayıt şəhəri, Dəvəçi, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı rayonları.
- Mingəçevirzonası Mingəçevir şəhəri, Ağdaş, Yevlax, Qax, Ucar, Balakən, Zaqatala, Oğuz, Şəki rayonları.
- Şirvanzonası Şirvan şəhəri, Haciqabul, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala rayonları.
- Naxçivanzonası Naxçivan Muxtar Respublikasının bütün rayonları.
- Ağdam zonası Xankəndi şəhəri, Ağdam, Ağcabədi, Bərdə, Zərdab, Tərtər, Xocavənd, Xocalı, Şuşa rayonları.
- Cəbrayılzonası Cəbrayıl, Zəngilan, Qubadlı, Laçin, Fizuli rayonları.
- Şamaxızonası Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay, Kürdəmir, Qobustan rayonları.
- Lənkəranzonası Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Masallı rayonları.
ŞƏHƏRLƏRİN QRUPLARI
1 qrup − Bakı şəhəri
2 qrup − Sumqayıt şəhəri
3 qrup − Gəncə şəhəri, Mingəçevir şəhəri, Şirvan şəhəri, Naxçivan şəhəri.
Fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əhalisi hazırlanır.
Bu zaman 6-17 yaşlı şəxslərə – sülh və müharibə dövrlərindəki fövqəladə hadisələrdən mühafizə üsulları, 17 yaşından yuxarı şəxslərə isə, bundan əlavə belə hadisələrin nəticələrini aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir.
Fövqəladə hadisələrdən müdafiə qaydalarının və mülki müdafiənin əhaliyə öyrədilməsi respublikanın bütün ərazisindəki nazirlik, komitə, idarə, müəssisələrin, təşkilatların rəhbərləri tərəfindən təşkil edilir, kadrların hazırlanması sistemində işçilərin əsas vəzifələri ilə yanaşı mülki müdafiə üzrə vəzifələr də nəzərə alınmaqla, fərdi və fasiləsiz yerinə yetirilir.
İşçilər fəaliyyətə hazırlanarkən onlara «Mülki müdafiə» mövzularının öyrədilməsi nəzərdə tutulur, həmçinin təhlükəsizlik texnikası üzrə ilkin təlimat proqramlarına, müəssisədə işin xüsusiyyətləri nəzərə alınmaqla mülki müdafiə məsələləri də daxil edilir.
Kollektiv və fərdi əmək müqaviləsi, digər müqavilələr bağlanarkən bunlarda mülki müdafiəyə hazırlığın təşkili üzrə işəgötürənin və əmək kollektivinin vəzifələri müəyyən olunur.
Dövlət və qeyri-dövlət təhsil müəssələrində şagirdlərin, tələblərin və dinləyicilərin mülki müdafiə hazırlığı proqramları, mövzuları və tədris saatlarının miqdarı müvafiq nazirlik, dövlət komitələri, baş idarələr, təhsil müəssisələri tərfindən yerli xüsusiyyətlər nəzərə alınmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının FH Nazirliyi ilə razılaşdırılır.
Qeyd etmək lazımdır ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı – hökumətlər arası humanitar təşkilatdır. Həmin təşkilat 1972-ci ildə yaranıb. Hər il 1 mart Mülki Müdafiə günü kimi qeyd edilir və konkret bir mövzuya həsr olunur.
Mülki Müdafiə – həyatı, gələcək nəsillərin və ətraf mühitin təhlükəsizliyini təmin edir. Mülki müdafiə və tibbi biliklərin əsasları fənni uzun illərdir ki, respublikamızın müxtəlif ali məktəblərində tədris olunur. Mülki müdafiə və tibbi biliklərin əsasları fənninin proqramı Azərbaycan Respublikasının “MM haqqında” qanununa, AR Nazirlər Kabinetinin 20.12.1992-ci il tarixli, 700 və 703 saylı qərarlarına, AR Təhsil və Səhiyyə Nazirliklərinin və MM Qərargahının 18.02.1995-ci il tarixdə birgə təsdiq edilmiş “Ali məktəb tələbələrinin MM üzrə tibb bacıları və sanitar təlimçilərinin hazırlanması haqqında” təlimata əsasən hazırlanmışdır.
Mülki müdafiə fənni tələbələrə insanların sağlamlığına mənfi təsir edə biləcək fövqəladə halların növləri, onların baş vermə səbəbləri, gedişatı və nəticələri haqqında məlumat verir. Tələbələr baş verə biləcək FH zamanı davranış qaydalarını öyrənir. Son illər qeyd olunan fövqəladə halların durmadan artması fənnin əhəmiyətini və aktuallığını bir daha sübut edir.
Dünya statistikası göstərir ki, son iyirmi ildə qəzaların sayı iki dəfə artmışdır. İrimiqyaslı fövqəladə halların təsirini bütün bəşəriyyət öz üzərində onilliklər boyu hiss edir (misal üçün Çernobıl qəzası). Dünyanın bütün qitələrində minlərlə potensial təhlükəli obyektlərdən istifadə olunur. Bu cür obyektlərdə fövqəladə hal baş verəcəyi halda ətraf mühitə fəlakətli ziyan dəyə bilər, hətta planetimizdə həyat məhv olar.
Fövqəladə hallar Nazirliyi
Təbii və texnogen səciyyəli fövqəladə halların baş verməsinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, əhalinin tələf olması və maddi itkilərin azaldılması məqsədilə istər dünya miqyasında (BMT), istərsə də dövlətlər səviyyəsində fövqəladə halların proqnozlaşdırılması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün xüsusi strukturlar yaradılır. Azərbaycan Respublikası da bu baxımdan istisna deyil. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il 1182 №-li sərəncamına əsasən əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi təsdiq edilmişdir.
Nazirliyin əsasnaməsinə uyğun olaraq FHN
- mülki müdafiə,
- əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommunal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan qorunması,
- fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması,
- yanğın təhlükəsizliyinin,
- su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin,
- sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin,
- tikintidə təhlükəsizliyin təmin olunması,
- dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən,
- fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Nazirliyin Regional mərkəzləri: Bakı RM; Sumqayıt RM; Şimal-Qərb RM; Şimal RM; Gəncə RM; Aran RM; Muğan RM; Qarabağ RM; Cənub RM.
Fövqəladə hallar baş verən ərazilərdə əhalinin fövqəladə hadisələrdən mühafizəsi tədbirləri dövlət orqanları, müəssisələri, Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən təşkil olunur.
Fövqəladə hadisələrdən əhalinin mühafizəsində dövlət əsas rol oynayır və bu tədbirdə bütün mülki müdafiə dəstələri, dövlət orqanları iştirak edir.
Əhalinin mühafizəsi kompleksinə aşağıdakı tədbirlər aiddir:
- Mümkün Fövqəladə hadisələrin proqnozlaşdırılması və onun nəticələrindən əhalinin xəbərdar edilməsi.
- Ətraf mühitin vəziyyətinin müşahidə edilməsi və onun nəzarətdə saxlanılması.
- Fövqəladə halların baş verməsindən əhalinin qabaqcadan xəbərdar edilməsi
- Təhlükəli bölgə və rayonlardan əhalinin evakuasiya edilməsi.
- Mühəndis, tibbi, radiasiya və kimyəvi mühafizə.
- Insanların sağlamlığı üçün təhlükə yaranmış ərazilərdə əhalinin mühafizəsi üçün xüsusi tədbirlərin təşkil olunması.
- Əhalinin mühafizəsi üçün qəbul olunmuş tədbirlərdən, proqnozlaşdırılan və baş verən fövqəladə hadisələrdən dəqiq və operativ, mütəmadi surətdə xəbərdar edilməsi.
- Fövqəladə hallarda əhalinin mühafizəsi üçün keçirilən tədbirlərdə təşkilatların, müəssisələrin, orqanların və FHN-in birgə fəaliyyəti.
- Fövqəladə hallar baş verən rayonlarda və zərərçəkmiş ərazilərdə təxirəsalınmaz tədbirlərin təşkil olunması.
- Fövqəladə hadisələr baş vermiş ərazilərdə suyun və ərzağın mühafizəsi.
- Fövqəladə hadisələr baş verən hallarda maliyyə və material ehtiyatlarının yaradılması.
Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili
FH komissiyası Respublikanın inzibati-ərazi bölgüsünə və sahə idarəetmə orqanlarının strukturuna müvafiq olaraq ərazi üzrə respublikanın şəhər, rayon və digər yaşayış məntəqələrini, istehsalat sahələri üzrə bütün nazirlikləri, baş idarələri və hər cür sosial obyektlərini əhatə edir. İdarəetmə orqanları:
1) rəhbər orqanlar;
2) gündəlik idarəetmə orqanları;
3) ətraf mühitə və təhlükə potensiallı obyektlərə nəzarət və müşahidə edən qüvvə və vasitələr.
Fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün qüvvə və vasitələr, rabitə və xəbərdarlıq sistemi və digər lazımi maddi-texniki vəsaitlər müəyyən edilmişdir.
MM üzrə respublikamızın qanununa əsasən, mülki müdafiə dəstələri (qüvvələri) ərazi-istehsalat prinsipi üzrə Naxçivan Muxtar Respublikasında, rayonlarda, şəhərlərdə, obyektlərdə və yaşayış məntəqələri üzrə yaradılır.
Yeni qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə respublikanın Baş Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri həyata keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, habelə icraya nəzarət məqsədilə Respublika Nazirlər Kabinetində fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı (yanğından mühafizə işi, dənizdə xilasetmə və s.) mülki müdafiəyə gündəlik rəhbərlik edir.
Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:
- Naxçıvan Muxtar Respublikasında – Muxtar Respublikanın Baş Naziri;
- şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə-müvafiq icra hakimiyyəti başçıları və onların nümayəndələri;
- təsərrüfat birliklərində və obyektlərdə – onların rəhbərləri və sahibkarları.
Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu onların vəzifə borcuna daxildir. Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları vasitəsilə yerinə yetirirlər.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün yerlərdə mülki müdafiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat obyektləri (müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri (müəssisələr) mülki müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir.
Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt dedikdə idarə, müəssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur.
Obyektdə (məktəblərdə, universitetlərdə) mülki müdafiənin təşkil edilməsi və vəziyyəti üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi barədə müəssisə rəhbərinin əmr və sərəncamlarını obyektin bütün vəzifəli şəxsləri hökmən icra etməlidirlər.
Obyektlərdə mülki müdafiə – fəhlə, qulluqçu, gəncləri, tələbələri (şagirdləri) qabaqcadan müasir qırğın vasitələrindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hallarda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında xilasetmə və digər təxirəsalınmaz işlər (X və DTİ) görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır.
Obyektin rəhbərinə mülki müdafiə üzrə kömək göstərmək məqsədilə onun müavinləri (köçürmə, mühəndis texniki hissəsi, maddi-texniki təchizat, qərargah üzrə və s.) olur.
Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki müdafiə Qərargahı yaradılır; Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki müdafiə məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah, mülki müdafiə üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir.
MM qərargahlarının ümumi vəzifələri və onların təşkili quruluşu
Azərbaycan Respublikası MM sistemi qarşısında bir sıra vəzifələr durur. Bu vəzifələri həyata keçirmək üçün, Nazirliklərdə, Komitələrdə, Baş idarələrdə, təsərrüfat obyektlərində, tədris müəssələrində və s. MM qərargahları yaradılır. Bütün tədbirlərin vaxtında və dəqiq həyata keçirilməsində MM qərargahının rolu böyükdür. MM qərarğahları Mülki Müdafiənin əsas İdarəetmə orqanı olub, MM-ə üzrə əsas tədbirlərin hazırlanmasını planlaşdırır.
Qərargahlar həmçinin nəqliyyat təminatı, yol-körpü, yanğından mühafizə, hidrometeoroloji, texniki və maddi təminatı, habelə inzibati təsərrüfat və komendant xidmətini, gizli idarəetmə işlərini və s. təşkil edir.
MM qərargahları aşağıdakı kimi təşkil edilir:
- Azərbaycan Respublikası Fovqəladə Hallar Nazirliyinin tərkibində Mülki Müdafiə qoşunlarının komandanlığı, onun Mülki Müdafiənin təşkili Baş idarəsi və onun qoşun hissələri (2006-cı il 29 dekabr tarixli, 511 nömrəli qərarla FHN-nin sərəncamına keçmişdir);
- Şəhər (rayon) İcra Hakimiyyəti başçısının aparatı nəzdində şəhərin (rayonun) MM qərargahı;
- Yerlərdə – idarənin müvafiq şöbəsi (bölməsi, xidməti, qrupu) hüququna malik MM qərargahları;
- Nazirliyin (dövlət komitəsinin, baş idarənin) – MM qərargahı;
- Birliyin (idarənin, təşkilatın, müəssisənin, digər təsərrüfat obyektinin) nəzdində MM qərargahı yaradılır.
Regional şöbələr bilavasitə MM işinin təşkili baş idarəsinin rəisinə tabedirlər və bütün inzibati rayonları əhatə edən müvafiq rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Agdam, Cəbrayıl, Şamaxı, Lənkəran) Mülki Müdafiə orqanlarının fəaliyyətini əlaqələndirir və ona nəzarət edirlər. (Bütün regional mərkəzlərdə 9 qoşun növü (alay, tabor) yerləşir. Bakıda 3 alay yerləşir).
Fövqəladə hadisələr dövrlərində Mülki Müdafiə üzrə müxtəlif və vacib vəzifələri qısa müddətdə və mütəşəkkil surətdə yerinə yetirmək üçün onların icrasını əvvəlcədən planlaşdırmaq tələb olunur.
Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi fövqəladə hadisələr dövründə obyektdə MM vəzifələrinin yerinə yetirilməsi üçün görüləcək işlərin həcmi, ardıcıllığı və icra müddətləri müəyyən edilən sənədlərə deyilir. Bu plan fövqəladə hadisələr zamanı qarşıya çıxan vəzifələri yerinə yetirmək üçün fəaliyyət planıdır, yəni belə hallarda mülki müdafiənin idarə edilməsi üçün əsas sənəddir.
Hazırda MM sistemində, o cümlədən itehsalat və sosial təyinatlı obyektlərin əksəriyyətində Mülki Müdafiə planları tərtib edilir.
Fövqəladə hadisələr dövrü üçün istehsal və sosial MM planı hər il yanvar ayınin 1-nə MM qərargahının rəisi tərəfindən dəqiqləşdirilir və bu barədə plandakı duzəliş vərəqəsində qeydlər edilir.
MM qərargahının əsas vəzifələri:
- rayonun mülki müdafiə planını işləyib hazırlamaq və onun yerinə yetirilməsini təşkil etmək;
- əhalini, xalq təsərrüfatı istehsalını qorumaq və zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafiənin döyüş hazırlığını daim təmin etmək;
- əhaliyə mülki müdafiə siqnalları vasitəsilə xəbər vermək və dəstələrin, xidmətlərin arasıkəsilmədən idarə olunmasını təmin etmək;
- kəşfiyyatı təşkil etmək və ona müntəzəm rəhbərlik etmək;
- əhalinin və xalq təsərrüfatı istehsalı obyektlərinin nüvə, kimyəvi, bakterioloji və adi silahlardan, sülh mahiyyətli FH-dan mühafizəsinə dair tədbirləri işləyib hazırlamaq və həyata keçirmək;
- mülki müdafiə xidmətləri və dəstələri şəxsi heyətinin hazırlığını təşkil etmək və onun keçirilməsinə nəzarət etmək;
- rayonun ərazisində yerləşən obyektlərin mülki müdafiə hazırlığına nəzarət etməkdir.
Mülki müdafiə dəstələri (qüvvələri). Mülki müdafiə xidmətlərinin, qüvvələrinin vəzifələri
Mülki müdafiə qüvvələri – fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və başqa vəzifələri icra etmək üçün yaradılır.
Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-xilasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla təsərrüfat obyektlərinin bazasında yaradılan və mülki müdafiənin xüsusi tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan müxtəlif təyinatlı qüvvələrdən, müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları (2006-cı il 29 dekabr tarixli, 511 nömrəli Fərmanı ilə) mülki müdafiə tədbirlərini yerinə yetirən, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması ilə bağlı çevik reaksiya verilməsini, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsini təmin edən qurumdur.
Mülki müdafiə qüvvələrinin əsasını – hərbiləşdirilməmiş dəstələr təşkil edir. Hərbiləşdirilməmiş dəstələr – xüsusi texnika və avadanlıqla təchiz edilmiş, zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz tədbirləri yerinə yetirmək üçün öyrədilmiş insanlardan ştata uyğun olaraq qruplaşdırılır (dəstə, komanda, briqada, drujina, manqa, məntəqə).
Bunlar sülh və müharibə dövrlərinin ehtimal olunan fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinə cəlb olunan mülki müdafiə qüvvələrinin sayca ən böyüyüdür.
Mülki müdafiə dəstələri (qüvvələri) hələ, sülh dövründə ayrı-ayrı təsərrüfat obyektlərində yaradılır. Dəstələr adamlarla, əsyalarla, texnika və nəqliyyat vasitələrilə, habelə, təchizat normasına uyğun, digər avadanlıqlarla idarə və təşkilatların daxili imkanları hesabına təchiz olunurlar.
Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Respublikasının vətəndaşı olan, 18 yaşından 62 yaşadək kişilər, 18 yaşından 57 yaşadək qadınlar cəlb edilirlər.
Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar.
Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcm və xüsusiyyətlərini, xidmət yaratmaq üçün lazımi maddi bazanın, qüvvə və vasitələrin olmasını nəzərə almaqla müvafiq icra hakimiyyəti başçılarının qərarı və obyekt rəhbərlərinin əmrləri ilə yaradılır.
Mülki müdafiənin əsas xidmətləri bunlardır:
- rabitə və xəbərdarlıq;
- tibbi;
- yanğından mühafizə;
- ictimai asayişi mühafizə;
- sığınacaq və daldalanacaqlar;
- mühəndis; avtomobil nəqliyyatı;
- maddi-texniki təchizat;
- ticarət və energetika;
- xüsusi riskli xilasetmə xidməti;
- kimya və radiasiyadan mühafizə və s.
Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür:
1.Tabeliyinə görə – ərazi dəstələri və obyekt mülki müdafiə dəstələrinə bölünürlər.
2.Yerinə yetirdikləri vəzifələrə görə – obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.
Ümumi məqsədli MM dəstələri – zədələmə ocaqlarında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur. Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma mexanizasiya dəstələri (komandaları) ümumi məqsədli dəstələr sayılır.
Mülki müdafiə xidmət (xüsusi təyinatlı) dəstələrinə – kəşfiyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. dəstələr aiddir.
Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) – ixtisaslaşdırılmış dəstələr yaradılır.
Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik hazırlıqda olurlar (24 saat).
Mövcud qanunvericiliyin icrası ilə əlaqədar, şəhər, rayon, qəsəbələrdə, habelə, təyinatından və mülkiyyət formasından asılı olmayaraq, adətən, sülh və müharibə dövrlərinin ehtimal olunan fövqəladə hadisələrinin nətiticələrini aradan qaldırmaq və digər təxirəsalınmaz işləri görmək üçün, aşağıda adları qeyd olunan MM dəstələri yaradılır:
- MM xilasetmə dəstələri (komandaları, qrupları);
- MM kəşfiyyat qrupları (manqaları);
- Radiasiya, kimyəvi müşahidə postları;
- MM rabitə komandaları;
- MM sanitar drujinası (dəstələri);
- MM yanğınsöndürmə komandaları (manqaları);
- MM içtimai asayişin mühafizə komandası (manqaları);
- Kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə komandaları (qrupları) və s.
Kənd yerlərindəki müalicə – profilaktika, rayon və şəhərlərin tibb müəssisələrinin bazasında:
- ilk tibbi yardım dəstələri;
- ixtisaslaşdırılmış təcili tibbi yardım dəstələri (briqadaları);
Şəhər, rayon Gigiyena və Epidemiologiya, Sanitar İnspektorluğu Mərkəzlərinin bazasında isə:
- epidemiya əleyhinə dəstələr;
- epidemioloji kəşfiyyat qrupları, həmçinin, digər mühüm əhəmiyyətli istiqamətlər üzrə, o cümlədən də, bütün növ nəqliyyat-kommunikasiya xətləri üzrə, MM qüvvələri yaradılır.
MM dəstələri istehsalat prinsipi əsasında, tam komplektləşdirilərək, təlimə cəlb edilirlər.
Xilasetmə dəstəsi (komandası, qrupu) – 2 və daha çox komandadan (qrupdan, manqadan) ibarət olub, obyektin əsas mülki müdafiə dəstəsi sayılır. Xilasetmə dəstəsinin şəxsi heyəti zədələnmiş adamları axtarmaq, ucqunlar altından, dağıdılmış sığınacaq və binarardan çixarmaq, həkimə qədər (ilk tibbi yardım) yardım göstərmək, habelə, onları zədələnmə ocağından təxliyyə etmək üçün nəzərdə tutulur.
Xilasetmə dəstəsi (komandası, qrupu) bir iş növbəsi (8-10 saat) ərzində, aşağıdakı işlərdən birini görə bilər:
- zədələnmiş 1700-2000 (800-1000, 200-350) nəfəri zədələnmə ocağından çıxarıb 250-350 m məsafəyə daşımaq;
- qismən dağılmış xəndək və ya qazma tipli 60-120 daldalanacağın üstünü açıb sökmək;
- 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək.
Həmin işləri yerinə yetirmək üçün, dəstə (komanda), adətən, mühəndis texnikası, o cümlədən də, kənd təsərrüfatı texnikası, habelə xüsusi məqsədli dəstələr və avadanlıqlarla gücləndirilir.
Kəşfiyyai qrupu – 3-5 manqadan ibarət olur.
Kəşfiyat qrupu – adamların, texnikanın, əmlakın, ərzağın, alafin və suyun zəhərlənməsinə və ya səviyyəsinə nəzarət etmək, o cümlədəndə, digər işlərədə cəlb oluna bilər.
Zərərsizləşdirmə komandası– 2 və daha çox qrupdan (manqadan) ibarət olub, ərazini, tikintiləri və texnikanı zərərsizləşdirmək üçün nəzərdə tutulur.
Sanitar drujinası (dəstəsi) – 4-5 sanitar manqasından (drujinasından) ibarət olub, kütləvi zədələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün, nəzərdə tutulur.
Dəstə (drujina) bir iş növbəsində (10 saat ərzində):
- Axtarışsız və daşınmasız 2000 – 2500 nəfərədək zədə almışa ilk tibbi yardım göstərə bilər.
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir.
“Təbii fəlakətlər və həyat fəaliyyətinin təhlükəsizliyi” KONFRANS
Azərbaycan Memarlıq və İnşaat Universitetində “Təbii fəlakətlər və həyat fəaliyyətinin təhlükəsizliyi” mövzusunda beynəlxalq elmi-texniki konfrans başlayıb. Universitetdən SİA-ya verilən məlumata görə, AzMİU-nun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda AMEA-nın , FHN-nin və digər dövlət orqanlarının, yerli və xarici elmi-tədqiqat institutlarının, ali təhsil müəssisələrinin mütəxəssisləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan AzMİU-nun elm və texnika işləri üzrə prorektoru Arif Şərifov universitetin rektoru, professor Gülçöhrə Məmmədova adından konfrans iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Prorektor bildirib ki, konfransda Azərbaycanla yanaşı, ABŞ, Moldova, İran, Böyük Britaniya, Rusiya, Gürcüstan, Qazaxıstan və uzaq Niger, Əlcəzair, Monqolustandan olan mütəxəssislər iştirak edir. Ümumilikdə konfransa 17 ölkədən 200-ə yaxın mütəxəssis qatılıb.
Beynəlxalq Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi Akademiyasının Rəyasət Heyətinin üzvü akademik Gennadi Rodin çıxış edərək konfrans iştirakçılarını salamlayıb, konfransın əhəmiyyətini vurğulayıb. Sonra o, təmsil etdiyi Akademiyanın həqiqi üzvü seçilən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovaya və AMEA-nın müxbir üzvü, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri İslam Mustafayevə akademiyanın diplom və döş nişanlarını təqdim edib.
Plenar iclasında İ. Mustafayevin “Kür və Araz çaylarında 2010-cu ildə baş verən daşqınlar: səbəblər, nəticələr, ərazilərin reabilitasiyası”, AMEA-nın nəzdində Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin “Azərbaycanda baş verən güclü zəlzələlər” adlı məruzələri dinlənilib. Sonra konfrans öz işini “Təbii fəlakətlər və onların təsirləri”, “Həyat fəaliyyətinin təhlükəsizliyi”, “İqlim dəyişmələri və ekoloji risklər” bölmələri ilə davam etdirib.
Qeyd edək ki, təbii fəlakətlər zamanı həyat fəaliyyətinin təhlükəsizliyi, fəsadların aradan qaldırılması və risklərin idarə olunmasında ictimaiyyətin rolunun yüksəldilməsi məqsədi ilə keçirilən konfransda 3 bölmədə 183 məruzə dinləniləcək və konfrans dekabrın 6-da başa çatacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.