Press "Enter" to skip to content

Deyl Karnegi – Dostları necə qazanmalı və insanlara təsir etməli

amerikalı pedaqoqu, yazıçı. Ünsiyyət nəzəriyyəsinin yaradıcısı, bu sahədə psixologiyanın nəticələrini praktikaya tətbiq edib, münaqişəsiz ünsiyyət konsepsiyasının yaradıcısı.

Həyatdan və işdən necə həzz almalı deyl karnegi

Məhsul kodu: 4622

6.99 AZN
5.6 AZN
  • Sifariş et
  • 1-dən 5-ə qədər dəyərləndirin:
    • 1
    • 2
    • 3
    • 4
    • 5
    • 3.12
    Qısa məzmun

    “Həyatdan və işdən necə həzz almalı” əsəb, yorğunluq və darıxmaq hissinə qalib gəlmiş, uğuru əldə etmiş, mükəmməl həyat yaşayan müxtəlif insanlar – qulluqçulardan milyonerlərə qədər – haqqında ilham verici hekayələrlə doludur. Deyl Karneginin təsdiqlənmiş həll üsulları milyonlarla insanın uyumluluq və məqsədyönlülük baxımından inkişafına kömək etmiş, yüksək bacarıq sərgi­ləməyin əsas sirlərini öyrətmişdir.

    How to Enjoy Your Life and Your Job

    Həyatdan və iŞdən necə həzz almalı

    Çatdırılma şərtləri

    Metrodaxili 2 AZN Şəhərdaxili 3 AZN Sumqayıt və ətraf ərazilər 5 AZN Bölgələr Bir kitab : 3.5 AZN İki kitab : Hər kitaba görə 2.5 AZN Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN Beş – yeddi kitab : Hər kitaba 1.5 AZN Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

    Deyl Karnegi – Dostları necə qazanmalı və insanlara təsir etməli

    Oxuculara tanınmış amerikalı mütəxəssis Deyl Karneginin (1888–1955) kitabının tərcüməsini təqdim edirik. Kitabda söhbət kapitalizm şəraitində insanlar arasında münasibətlərdən getsə də, zənn olunur ki, müəllifin müşahidələrinin bir çoxu bizim mütəxəssislərimiz üçün də faydalı ola bilər. Kitab özündə bir də ona görə maraq ehtiva edir ki, rəhbərlər arasında, eləcə də rəhbərlərlə tabeçilikdə olanlar arasındakı münasibətlər haqqında ədəbiyyat ölkəmizdə hələ kifayət qədər nəşr olunmamışdır.

    Bu kitab sizə ən dəyərli vərdişləri əxz edəcəkdir:
    1. Sizi zehni dalandan çıxaracaq, yeni fikirlər verəcək, təzə arzulara, yeni məqsədlərə gətirəcək.
    2. Asan və tez dost qazanmaq üçün imkanlar açacaq.
    3. Populyarlığınızı yüksəltməyə dəstək olacaq.
    4. İnsanları öz nöqteyi-nəzərinizə çəkməyə sizə kömək edəcək.

    5. Nüfuzunuzu qaldıracaq, sizin təsir etmək gücünüzü, istədiyinizə nail olmaq bacarığınızı artıracaq.

    6. Yeni müştərilər, yeni sifarişçilər cəlb etmək qabiliyyəti aşılayacaq.
    7. Qazanmaq qabiliyyətinizi gücləndirəcək.
    8. İşgüzar keyfiyyətlərinizi yaxşılaşdıracaq.

    9. Narahatçılığınızın qarşısını almağa, mübahisələrdən qaçmağa, insanlarla rəvan, lütfkar münasibətlər qurmağa və onları davam etdirməyə kömək edəcək.

    10. Sizi daha məharətli natiq, daha maraqlı həmsöhbət edəcək.

    11. İnsanlarla gündəlik ünsiyyətdə psixologiya prinsiplərini asanlıqla və azad surətdə tətbiq etməyi öyrədəcək.

    12. Əməkdaşlarınız arasında işgüzar entuziazmı yüksəltməkdə və tərəfmüqabillərinizlə səmərəli, işgüzar münasibətlərin qurulmasında sizə kömək edəcəkdir.

    Bu, dünyada ən sürətlə satılan kitabdır Yüzlərlə iri kompaniya bu kitabın böyük sayda nüsxələrini işçiləri üçün topdansatış yerlərindən alırdı.

    Yüzlərlə pastor bu kitabın məzmunundan öz moizələrində istifadə edib: kilsələrin nəzdindəki bazar günü məktəblərində bu kitab fəsil-fəsil tədris olunurdu.

    Niyə? Çünki onda ümumun tələbatı hiss olunurdu. Axı çox sayda dostunun, daha çox nüfuzunun və daha çox uğurunun olmasını hər bir kəs istəyərdi. Kitab insanlara məhz bunda kömək edir. Aşağıdakı sözlər bir görkəmli qəzet icmalçısına məxsusdur: “Bu kitab bizim nəslin təfəkkürünə və fəaliyyətinə dərin təsiretmə gücünə malikdir”.

    Ümid edirik ki, bu cildi açmaqla siz təkcə yeni maraqlı kitab deyil, həm də daha zəngin, daha xoşbəxt həyata yolu tapmış olacaqsınız. Bu kitabın baş təyinatı qarşınızda duran problemlər arasında ən böyüyü – gündəlik işlərinizdə, eləcə də insanlarla qarşılıqlı münasibətlərdə adamlara təsir göstərməklə bağlı uğur qazanmaqda kömək etməkdir.

    Yaşlı insanların məhz nə öyrənmək istədiklərini müəyyən etmək məqsədilə Çikaqo Universiteti və Amerikanın Yaşlılar üçün Təhsil Assosiasiyası tərəfindən bu yaxınlarda birgə tədqiqat keçirilmişdi. Həmin tədqiqat iki il aparılmış və 25000 dollara başa gəlmişdir. Nəticədə müəyyən olunmuşdur ki, sağlamlığın qorunması problemindən sonra yaşlı adamları ən çox maraqlandıran məsələlər insanlardan necə baş çıxarmaq, cəmiyyətdə necə uğur qazanmaq, özünü adamlara necə sevdirmək və ətraf hadisələrə qarşı insanları öz baxış mövqeyinə necə çəkməkdir.

    Dale Carnegie “Həyatdan və işdən necə həzz almalı” PDF

    “Həyatdan və işdən necə həzz almalı” əsəb, yorğunluq və darıxmaq hissinə qalib gəlmiş, uğuru əldə etmiş, mükəmməl həyat yaşayan müxtəlif insanlar – qulluqçulardan milyonerlərə qədər – haqqında ilham verici hekayələrlə doludur. Deyl Karneginin təsdiqlənmiş həll üsulları milyonlarla insanın uyumluluq və məqsədyönlülük baxımından inkişafına kömək etmiş, yüksək bacarıqi sərgi­ləməyin əsas sirlərini öyrətmişdir.

    1888 – 1955

    amerikalı pedaqoqu, yazıçı. Ünsiyyət nəzəriyyəsinin yaradıcısı, bu sahədə psixologiyanın nəticələrini praktikaya tətbiq edib, münaqişəsiz ünsiyyət konsepsiyasının yaradıcısı.

    Mir.az-a Dəstək üçün ianə edin!

    Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

    Dale Carnegie “Həyatdan və işdən necə həzz almalı” PDF
    Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

    heyatdan-ve-isden-nece-hezz-almali.pdf

    Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
    Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.