Press "Enter" to skip to content

Yeni müharibə başlayır? Tərəflər növbəti toqquşmaya hazırlaşırlar

Hərbi ekspertin fikrincə, biz düşmənin istənilən hücumunu dəf etməyə qadir orduya sahibik.

Hibrid və asimmetrik müharibəyə keçid Ermənistanın dövlətçilik fəlakətində son mərhələ olacaq.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, döyüş meydanında uğursuzluqla üzləşən Ermənistan tərəfindən Azərbaycana qarşı asimmetrik və hibrid müharibəyə keçilməsi barədə məlumatlar daxil olmaqdadır:

“Bizdə olan məlumata görə, onlar Azərbaycana qarşı asimetrik formada müharibə aparmağı planlaşdırırlar. Bu, bilavasitə terror vasitəsilə müharibənin aparılması metodudur. Belə ki, terroru dövlət səviyyəsində dəstəkləyən dövlətlər döyüş meydanında uğursuzluqla üzləşdiyi təqdirdə asimmetrik və hibrid müharibələr kimi taktikalardan istifadə edirlər. Ermənistan tərəfindən Azərbaycana qarşı bu metodun istifadə edilməsi istiqamətində müxtəlif planlar və niyyətlər var”.

Məlumat üçün qeyd edək ki, hibrid müharibə (hybrid warfare) – təcavüzkarın klassik hərbi müdaxiləyə müraciət etmədiyi, ancaq gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar kombinasiyasından istifadə edərək düşmən bölgəsində fəaliyyət göstərən üsyançılara dəstək verən müharibə növüdür. Bu, müharibənin terror vasitəsilə aparılması metodudur. Hibrid müharibə növündə hərbi əməliyyatlar ümumiyyətlə aparılmaya bilər. Rəsmi nöqteyi-nəzərdən sülh dövründə də hibrid müharibənin davam etdirilməsi mümkündür.

Asimmetrik müharibə isə bir milli dövlətin ordusu tərəfindən aparılan ənənəvi müharibələrdən fərqli bir münaqişə forması hesab edilir. Bu baxımdan asimmetrik müharibə, əsasən, gizli müharibədir, partizan qrupları, dini kultlar, narkotik kartellər və hətta nizami silahlı qüvvələrin xüsusi qüvvələri kimi komponentlər tərəfindən aşağı intensivliklə keçirilir. Asimmetrik müharibə terrorla da eyniləşdirilir. Lakin terror bu müharibələrdə istifadə edilən taktikalardan biridir. Yəni əslində terroru da özündə ehtiva edən hibrid və asimetrik müharibə daha dəhşətli və qeyri-insani metoddur.

Bütövlükdə, Ermənistanın Azərbaycana qarşı hibrid və asimmetrik müharibəyə başlaması düşmənə hansı perspektivlər vəd edir?

  • “Azərbaycan Ordusu birləşmələrinin strukturu elə formalaşdırılıb ki. ”

Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Ermənistanın Azərbaycana yönəlik bu kimi cəhdləri iflasa məhkumdur: “Əvvəla, hibrid müharibənin qaydaları fərqlidir. Hibrid müharibə daha çox partizan və digər variantlarla həyata keçirilən müharibədir. Bu kimi döyüşlərdə əsas xətt yerli və kənardan gətirilən terrorçu qruplaşmalardan istifadə etməkdir. Bu, Ermənistan ordusunun nizami birləşmələrinin artıq məhv olması ilə bağlı bir xəbərdir. Hesab edirəm ki, Ermənistan ordusunun nizami hissələrinin böyük hissəsi darmadağın edilib. Bu səbəbdən də Ermənistan Azərbaycana qarşı hibrid və asimmetrik müharibəyə üstünlük verir. Bununla onlar ordumuzun nizami hərbi birləşmələrinə qarşı hər hansı bir adekvat tədbir görmək niyyətindədirlər. Fikrimcə, onlar buna nail ola bilməyəcəklər. Çünki Azərbaycan Ordusu birləşmələrinin strukturu elə formalaşdırılıb ki, həm nizami formada hücum və müdafiəni həyata keçirə bilir, həm də hibrid və asimmetrik hücumları dəf edə bilir. Söhbət xüsusi təyinatlılardan gedir”.

Hərbi ekspertin fikrincə, biz düşmənin istənilən hücumunu dəf etməyə qadir orduya sahibik.

Vidadi ORDAHALLI

Yeni müharibə başlayır? – Tərəflər növbəti toqquşmaya hazırlaşırlar

BAKU.WS xəbər verir ki, bu gün Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Düşmən tərəfin təxribatları, işğal altında olan Dağlıq Qarabağa terror təşkilatlarının nümayəndələrini yerləşdirməsi regionda yeni müharibənin başlayacağı ehtimalını ortaya qoyub. Mövzu ilə bağlı ekspertlərə müraciət etdik və Azərbaycanla işğalçı Ermənistanın arasında müharibənin başlama ehtimalının nə dərəcə real olmasını dəqiqləşdirdik.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu BAKU.WS-ə bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyevin son açıqlamaları müharibə anonsu kimi qiymətləndirilə bilər: “Birincisi, prezidentin açıqlamasından bir daha bəlli oldu ki, danışıqlar üçün zəmin yoxdur və artıq hamıya aydındır ki, danışıqların davamı ehtimalı işğal faktına qon qoymayacaq.

İkincisi, Ermənistanın sərhəddəki təxribatları davam edir, Azərbaycan hava sahəsində vurulan növbəti pilotsuz uçuş aparatı da bunun sübutudur.

Üçüncüsü, Ermənistan hakimiyyətinin işğal altındakı bölgələrə köçü sürətləndirməsi, PKK terrorçularının Dağlıq Qarabağda məskunlaşması barədə məlumatların çoxalması da gərginliyi artırır.

Tərəflər növbəti toqquşmaya hazırlaşırlar. Ermənistan haradan mümkündürsə, muzdluları ordusuna cəlb edir, Rusiyadan silah və hərbi texnika toplayır, Azərbaycan isə Türkiyə ilə iyul ayından başlayan hərbi təlimləri bu və ya digər şəraitdə davam etdirir, üstəgəl ehtiyatda olan hərbi vəzifəlilərin orduya çağırışı başlayıb”.

Ekspert əlavə etdi ki, son 4 ildə Azərbaycanla Ermənistan arasında iki dəfə toqquşma olub və hər ikisində döyüşlər 4 gün çəkib: “Hər dəfəsində Moskva prosesə müdaxilə edərək tərəfləri atəşkəsə riayət etməyə çağırıb. Atəşkəsin bu şəkildə davamı isə Ermənistanın maraqlarına xidmət edir. Ermənistan işğal altındakı torpaqlarda məskunlaşma siyasətini genişləndirib, inşaat işləri aparır, müəssisələr yaradır, hətta separatçıların “parlamentini” Şuşaya köçürəcəklərinin anonsunu veriblər. Bu təxribatlara Minsk Qrupu həmsədrləri və beynəlxalq təşkilatlar səssizdirlər. Halbuki bütün bu qanunsuzluqlar böyük dövlətlərin və beynəlxalq təşkilatların əleyhinə çıxdığı müharibə ehtimalını artırır.

Bu arada, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın İrəvanda siyasi ekspertlərlə görüşdə səsləndirdiyi fikirlər diqqəti çəkir.
Köçəryan vaxtilə kitabında yazdığı bir fikri yenə təkrarlayıb: “Ermənistan və Azərbaycan prezidentləri 2001-ci ildə Amerikanın Ki-Uset şəhərciyində münaqişənin həllilə bağlı sazişi imzalamağa yaxın olublar”. Köçəryanın bunu nəyə əsasən dediyi bəlli deyil. Çünki Azərbaycanda heç bir hakimiyyət Dağlıq Qarabağın “müstəqilliyinə” yol açacaq sazişə imza atmaz.

Buna baxmayaraq, Robert Köçəryanın hazırkı baş nazir Nikol Paşinyanın Qarabağ siyasəti haqqında dediklərində həqiqət payı var. Məsələn, Köçəryan hesab edir ki, Türkiyə 10 və ya 15 il əvvəlki dövlət deyil, hazırda İraq, Suriya və ya Liviyada olduğu kimi Cənubi Qafqazda da eyni səviyyədə fəal olmaq istəyir. Köçəryanın sözlərinə görə, Paşinyan Ermənistan üçün artan bu riski anlamır. Köçəryanın fikrincə, Türkiyəni Cənubi Qafqazda saxalaya biləcək yeganə güc Rusiyadır. Ona görə də Köçəryan Paşinyan və onun komandasının Rusiya ilə münasibətlərdə məsafə saxlamasını yanlış hesab edir. Köçəryanın bu məntiqinə görə, Ermənistanı bütün təhlükələrdən ancaq Rusiyadan asılılıq xilas edə bilər və vassallıq siyasətindən kənarlaşmaq Ermənistan üçün təhlükəlidir.

Robert Köçəryan Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” açıqlamasının yanlış olduğunu da bir daha səsləndirib. Köçəryan sual edir ki, “Qarabağ Ermənistandırsa, rəsmi Bakı Paşinyanın çağırışına uyğun olaraq hansı məntiqlə Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır?” Paşinyanın bu məntiqsizliyini biz də vurğulayırıq.

Robert Köçəryanın Dağlıq Qarabağ ətrafındakı rayonların işğal altında saxlamasının Ermənistan üçün niyə vacib olması barədə fikirləri də diqqəti cəlb edir: “Əgər Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarsaq, təmas xətti bizə daha da yaxınlaşacaq, bu halda mürəkkəb dağlıq relyefi də nəzərə alınaraq ordunun sayını indikindən 3-4 dəfə artırmaq məcburiyyətində qalacağıq. Ona görə də, güclü təminat almadan Dağlıq Qarabağ ətrafındakı rayonları boşalda bilmərik, indiki dünyada isə belə bir təminatı bizə heç kim verməyəcək”.

Əslində Robert Köçəryan son açıqlamaları ilə Azərbaycanın düz yolda olduğunu göstərir, Türkiyə ilə hərbi ittifaqı gücləndirmək, işğalçıya hərbi təzyiqi artırmaq və Ermənistanın eks-prezidentinin də təbirincə desək, elə etmək lazımdır ki, təmas xətti daralsın və qarşı tərəfin hərbiçlərə ehtiyacı indikindən 3-4 dəfə artıq olsun, bu artımı hansı resurslarla təmin edəcəyi isə bəlli deyil.
Hazırkı şərtlər daxilində Azərbaycan üçün yeganə maneə Rusiyadır. Azərbaycan prezidentinin sözlərinə də istinad edərək əgər biz məsələnin yekun həllinə hazırlaşırıqsa, hədəfə yaxınlaşmaq üçün Rusiya menaəsini də aşmalıyıq”.

Politoloq Şəbnəm Həsənova isə BAKU.WS-ə qeyd etdi ki, Sorosun məhsulu olan Paşinyan rejimi təxribatlardan əl çəkmir: “Bu azmış kimi Ermənistan danışıqlar prosesinə tamamilə zidd olaraq beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarını kobud şəkildə pozur, Ermənistan hökumətinin ayırdığı maliyyə dəstəyi ilə Suriya və Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürür. Nəzərə alsaq ki, Livan daim terrorçuların kök saldığı bir yer olub, məsələnin ciddiliyi daha da təhlükəli xarakter alır.

Çünki buradan köçürülən ailələrin içərisində də terrorçuların ola bilmə ehtimalı böyükdür. Tarixə nəzər saldıqda isə bu, faktlarla təsdiqlənir. Belə ki, dünyanın müxtəlif yerlərində terror aktları törətmiş, türk diplomatlarını qətlə yetirmiş erməni terror təşkilatı ASALA da məhz Livanda yaradılmışdı. Bu isə ermənilərin adət etdiyi klassik bir metoddur. Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar olaraq ATƏT-in faktaraşdırıcı missiyasının fəaliyyətsizliyini dilə gətirmiş, Azərbaycan dövlətinin və xalqının haqlı narazılığını səsləndirib.

Politoloqun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa səfəri də göstərir ki, bu işğalçı dövlət Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil: “Bu səfərin özü də Ermənistan hakimiyyətinin Azərbaycana qarşı yeni hücum planları qurduğundan, hərbi əməliyyatların yenidən bərpasından, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətindən xəbər verir. Başa düşülməlidir ki, Azərbaycanın əzəli və tarixi torpaqlarında işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti və iqtisadi fəaliyyət həyata keçirməsi ciddi nəticələrə, müharibə vəziyyətinin yenidən alovlanmasına gətirib çıxara bilər. Ermənistan tərəfindən atılmış bu addım olduqca təhlükəlidir. Azərbaycan tərəfi isə belə təhlükələrin qarşısını almaqda qətiyyətlidir.

Bütün bu təxribatlar fonunda Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri müntəzəm xarakter daşıyır. Ermənistan rəhbəri yaxşı bilir ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bu da onları qorxuya salır, onlar psixoloji stress keçirirlər. Eyni zamanda o da qeyd olunmalıdır ki, Türkiyə Prezidentinin Administrasiyasından bir daha bildirildi ki, Türkiyə Azərbaycana qarşı hər hansı bir təcavüzü Türkiyəyə qarşı təcavüz kimi qəbul edir. Bu isə nəinki Ermənistanı, eyni zamanda hər kəsi agah etməlidir ki, Türkiyə Azərbaycanı döyüş meydanında tək qoymayacaq.

Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Ankara Azərbaycanı dəstəkləyəcək və bu istiqamətdə bütün imkanlarını səfərbər edəcək. ATƏT-in Minsk Qrupu üzvlərinin Ermənistanın hərbi təxribatı qarşısında hərəkətsizliyinin Ermənistan hakimiyyətini arxayın salması fonunda bu işğalçı dövlət havadarlarının səssiz razılığına güvənərək unutmasın ki, Türkiyə də Azərbaycanın müttəfiqidir.

İstər Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti, istərsə də sərhəddə fasiləsiz təxribatlar törətməsi müharibə ocağının yenidən alovlanacağını istisna etmir. İqtisadiyyatı iflic vəziyyətində olan, beynəlxalq maliyyə qurumlarında maddi yardım dilənən Ermənistan üçün bu hal heç də ürəkaçan olmayacaq. Erməni xalqı onsuz da rəzil durumda yaşayır. Müharibənin olması onlar üçün fəlakət olar. Bundan əlavə, həm hərbi-texniki təchizat baxımından, həm də kadr baxımından yoxsul olan erməni ordusunu aprel döyüşlərindəki kimi yenidən darmadağın etmək güclü Azərbaycan ordusu üçün çətin iş deyil. Bu səbəbdəndir ki, uduzan yenə qarşı tərəf olacaq”.

Müharibə xəbərləri

Ermənistan və tanınmayan Dağlıq Qarabağ Respublikasının müdafiə nazirlikləri Azərbaycan mövqelərinin atəşə tutulmasını inkar ediblər. Armenpress-ə istinadən xəbər verir ki, Ermənistan və tanınmayan Dağlıq Qarabağ Respublikasının müdafiə nazirlikləri ittihamları rədd edərək bunu dezinformasiya adlandırıblar

Tanınmayan Dağlıq Qarabağ Azərbaycan mövqelərinə atəş açmasını təkzib edib

Tanınmayan Dağlıq Qarabağ Respublikası Azərbaycan tərəfinə atəş açmasını inkar edib. Armenpress-ə istinadən xəbər verir ki, tanınmayan Dağlıq Qarabağ Respublikasınının Müdafiə Nazirliyi bəyanat yayıb. Bəyanatda Dağlıq Qarabağ hərbçiləri atəş açdığını təkzib ediblər. “Azərbaycan Müdafiə Nazirliyini

MN: “Azərbaycan Ordusu Ermənistan istiqamətinə cavab olaraq atəş açıb”

Azərbaycan Ordusu Ermənistan istiqamətinə cavab olaraq atəş açıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatının yaydığı məlumatı şərh edərə

Azərbaycan hərbçisi ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olub – FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Bu barədə -a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. “Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzu

Şəhid Eşqin Hüseynov burda dəfn olunacaq

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu Tovuz rayonunun Hunanlar kənd sakini olub. “Report”un Qərb bürosunun məlumatına görə, onun sabah dünyaya göz açdığ

Şəhidlərimiz haqda yeni xəbər

Bu gün Xankəndi yolunda erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımız Qəbələ və Tovuz rayonlarındandır. Bizim.Media-nın məlumatına görə, 1994-cü il təvəllüdlü Şəhriyar Ramiz oğlu Əlibəyli Qəbələnin Vəndam kəndində doğulub. Maxe Eşqin Cəmil oğlu Hüseynov isə 01.10.2001-ci ildə Tovuz rayonunu

Şuşa yaxınlığında məhv edilən separatçıların – Fotosu

Şuşa yaxınlığında erməni separatçılarının törətdiyi təxribata Azərbaycan Ordusunun bölmələri adekvat cavab verib. Erməni Teleqram kanallarında yayılan məlumata görə, atışma zamanı separatçıların 3 polis əməkdaşı məhv edilib. Həmin şəxslərin fotoları paylaşılıb

Ordumuzun məhv etdiyi separatçıların adları

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu ilə Qarabağda məskunlaşan erməni separatçı qüvvələri arasında silahlı insident yaşanıb. “Caliber” insident zamanı yaralanan və məhv edilən separatçı-terrorçuların adlarını açıqlayıb. Azərbaycan əməliyyatçılarına atəş açdıqları üçün yerindəcə məhv edilmi

Qarabağa silah daşımaq istəyən separatçılar məhv edildi

Azərbaycan Ordusu ilə Qarabağda məskunlaşan erməni separatçı qüvvələr arasında silahlı insident yaşanıb. Bu barədə “Caliber” məlumat yayıb. “Müəyyən müddət ərzində Azərbaycan tərəfi Ermənistan ərazisindən alternativ əsas Laçın yolundan, torpaq yoldan – Xələfəli yolundan yan keçərək Qaraba

Ermənistan Azərbaycanın atəş açmaqla bağlı ittihamlarını rədd edir

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun mövqelərini atəşə tutulmasını inkar edib. Armenpress-ə istinadən xəbər verir ki, Azərbaycanın sərhəddə atəş açmaqla bağlı ittihamlarını rədd edib və bunu dezinformasiya kimi qiymətləndirib. “Azərbaycan Müdafiə Nazirliyi fevralın 21-dən 22-nə keçə

Ermənistan ehtiyatda olan hərbi qulluqçular üçün təlimlərin yeni mərhələsini təsdiqləyib

Ermənistanda martın 1-dən mayın 12-dək Silahlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları üçün təlimlərin yeni mərhələsi keçiriləcək. Armenpress-ə istinadən xəbər verir ki, Qərar Nazirlər Kabinetinin fevralın 2-də keçirilən iclasında təsdiq edilib. Ehtiyatda olan 3281-ə qədər vətəndaş hərbi xidmət

İndi də Qarabağdakı axçilər Azərbaycanın üstünə gəlir – Sərsəm İDDİA

Qarabağ separatçıları Azərbaycana yönəlik daha bir iftiraya əl atıblar. bu barədə erməni mediasına istinadən xəbər verir. İddiaya görə, Azərbaycan guya Xankəndi və digər ərazilərdəki erməni qadınların Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə ünvanladığı onlayn petisiyanı bloklayaraq, sil

Ukrayna savaşını uzadan 4 səbəb – Ekspert

Təəssüf ki, Rusiyanın Ukrayna ərazilərini işğalı ilə başlayan müharibənin davam etməsi və dağıdıcı təsirlərini artırması riski hələ də çox yüksəkdir. Bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millinin NATO müdafiə nazirlərinin toplantısından sonrakı mətbuat konfransındak

Vətən müharibəsindən sonra 282 nəfər azərbaycanlı mina qurbanı olub

“Ermənistan işğal dövründə minlərlə kv. km. Azərbaycan ərazilərinin minalanmasını həyata keçirib, hal-hazırda mina təhdidini davam etdirir və yalnız 44 günlük Vətən müharibəsindən sonra davam edən mina partlamaları nəticəsində 282 nəfər azərbaycanlı mina qurbanı olub”. Bunu Xarici İşlər Nazirliyini

Kərim Vəliyev ehtimal olunan təxribatların qarşısının alınması üçün tapşırıqlar verib – FOTO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən bir neçə hərbi hissələrdə olub, bölmələrin döyüş hazırlığını yoxlayıb. Bu barədə Müdafiə Nazirliyindən məluma

Rusiya ordusu əsgərlərinin sayını 1,5 milyona çatdıracaq

Rusiya ordusundakı əsgərlərin sayının 1,5 milyona çatdırılacaq. xəbər verir ki Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat yayıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirlik rəsmiləri ilə görüşündə 2023-cü ildən 2026-cı ilə qədər ordunun qərargahında böyük dəyişikliklərin ediləcəyini qeyd edib

Belarus və Rusiya birgə hərbi uçuş təliminə başlayıb

Belarus Rusiya ilə birgə hərbi uçuş təliminə başlayıb. xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə bu gün Belarus Silahlı Qüvvələri və Rusiya Silahlı Qüvvələrinin birgə regional enerji aviasiya bölmələrinin birgə taktiki-uçu

Rusiyanın hücumu nəticəsində Dneprdə 36 nəfər ölüb

Yanvarın 14-də Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə etdiyi raket hücumunda həlak olan mülki insanların sayı 36-ya, yaralananların sayının isə 75-ə çatıb. xəbər verir ki, Ukrayna Milli Polisinin Telegram hesabından verilən yazılı açıqlamada Rusiya raketinin Dnepr şəhərində 9 mərtəbəli evi vurmasında

Rusiyanın Ukraynada son İTKİLƏRİ – FOTO

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb. -in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib. Döyüşlər nəticəsində Rusiyanın 116 080 hərbçisi zərərsizləşdirilib. Bundan başqa, Rusiyanın digər döyü

Ermənistan qadınlar üçün yeni könüllü xidmət variantını nəzərdən keçirir

“Qadınların atıcılıq təliminə göstərdikləri maraqdan sonra könüllülük əsasında hərbi xidmətə götürülməsi nəzərdə tutulur”. Armenpress-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan mətbuata açıqlamasında deyib. “Hazırda qanun layihəsinin hazırlı

Qarabağın ermənicə “blokadası”: 27 gündə ərzaqla dolu yüzlərlə yük maşınının hərəkəti – İNFORQAFİKA

Artıq 27 gündür ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunun Şuşa şəhərinin altından keçən hissəsində azərbaycanlı ekoloqların və ictimaiyyət nümayəndələrinin etiraz aksiyası davam edir. Azərbaycanlı fəalların etiraz aksiyasını

Vardanyan Xankəndinin blokadada olmadığını etiraf etdi

Erməni separatçı, milyarder Ruben Vardanyan Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağa ərzaq tədarükü həyata keçirdiyini bildirib. R.Vardanyan bunu “Byline Times”a müsahibəsində deyib. O, bununla da Laçın yolunun “blokadada” olmadığını etiraf edib

MN: “Azərbaycan Ordusu Xocavənddə təsərrüfat işləri görən texnikanı atəşə tutmayıb”

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. xəbə

Azərbaycan MN Ermənistanın yaydığı açıqlamaları təkzib etdi: YALANDIR!

“Qarşı tərəfin yaydığı məlumat yalandır və dezinformasiya xarakteri daşıyır. Uydurma və reallığı əks etdirməyən rəqəmlərin əks olunduğu bu cür məlumatlar ictimaiyyəti çaşdırmaq məqsədi güdür”. Bu barədə -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, erməni mətbuatının guy

Müdafiə naziri xidməti-döyüş fəaliyyətinə dair göstərişlər verdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən yanvarın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. General-polkovnik Z.Həsənov Quru Qoşunlarının Döyüş

Müdafiə naziri bir neçə hərbi hissənin döyüş hazırlığını yoxlayıb – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, yanvarın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunların tank və artilleriya hərbi hissələrində olub. Bu barədə Müdafiə Nazirliyi məluma

Xankəndi-Laçın yolunda etiraz aksiyası yeni ilin ilk günündə də davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi bir gündür davam edir. Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl oluna

Müdafiə naziri bayram günündə hospitalda müalicə olunan hərbçilərlə görüşüb – FOTO/VİDEO

Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 31-də Baş Klinik Hospitalı ziyarət edib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsinə ehtiram nümayi

Bakıdan dedilər ki, belə davam etsəniz pis olar. – Ovannnisyan

Dünən gecə Ermənistan futbol topu idi, kim hara ve necə istəyirsə, onu vururdu. Dünən gecə bizə Moskvadan, Bakıdan, Parisdən dedilər ki, belə davam etsəniz, pis olar. Dünən gecə bizi alçaltdılar, hədələdilər. -a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Alternativ layihələr” araşdırm

Rusiya ordusu müharibə başlayandan 100 mindən çox əsgər itirib

Ukraynada müharibənin başladığı 24 fevraldan bəri Rusiya ordusunun 100 min 400 əsgər ölüb. xəbər verir ki,Ukrayna Baş Qərargahından verilən yazılı açıqlamaya görə, müharibənin başladığı 24 fevraldan bu yana ümumilikdə 100 min 400 rus əsgəri həlak olub, son 24 saatda Rusiya ordusundan 660 əsgər zərərsizləşdirilib

Müharibə xəbərləri, cəbhədə baş verən atışmalar, Qarabağ problemi və həll yolları. sərhəddə atəşkəsin ermənilər tərəfindən pozulması, politoloqların fikirləri.

Comments are closed, but trackbacks and pingbacks are open.