Avtomatik idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində yerinə yetirilmiş layihələr və işləmələr haqda. презентация
8 Riyazi təminat. TP AİS-in riyazi təminatı layihələndirmə mərhələsində və TP AİS-in istismarı prosesində istifadə olunan müxtəli məsələlərin həlli üçün alqoritmlər və riyazi modellər yığımından ibarətdir. Riyazi təminata aşağıdakılar aiddir: – İdarəetmə obyektlərinin riyazi modelləri; – Siqnalların filtrasiya üsulları; – Tənzimləmə və idarəetmə alqoritmləri; – İntellektual idarəetmə alqoritmləri; – Diaqnostik alqoritmlər və s.
I. İNformasiya cəMİYYƏTİ haqqinda qisa məlumat
I. İNFORMASİYA CƏMİYYƏTİ HAQQINDA QISA MƏLUMAT
Bəşər tarixinin keçdiyi yol və inkişaf mərhələləri müxtəlif aspektlərdən qiymətləndirilir. Bu çoxəsrlik yolu Qərb alimləri cəmiyyətin inkişafının əsasını təşkil edən iqtisadi münasibətlər baxımından üç mərəhəlyə bölürlər: aqrar, sənaye və informasiya (postsənaye) cəmiyyətləri [1]. Aqrar cəmiyyətdə insanlar, əsasən, heyvandarlıqla və əkinçiliklə məşğul olurdular. Sənaye cəmiyyətində istehsal prosesləri ön plana çıxır, fabrik və zavodlar, sənaye məhsulları iqtisadiyyatın əsasını təşkil edir. Postsənaye və ya informasiya cəmiyyətində isə bilik və informasiya əsas rol oynamağa başlayır. Belə ki, informasiyanın toplanması, saxlanması, emalı, istifadəsi və ötürülməsi ilə bağlı fəaliyyət sahələri bu cəmiyyətdə aparıcı mövqeyə yüksəlməklə iqtisadiyyatın əsasını təşkil edir.
İnformasiya cəmiyyəti ideologiyası artıq 50 ildən çoxdur ki, elmi-nəzəri tədqiqat obyektinə çevrilib. Bu ideologiyanın formalaşmasında müstəsna rolu olan E.Toffler, D.Bell, M.Kastels və digər məşhur alim-sosioloqlar, filosoflar, iqtisadçılar bəşər tarixinin bu yeni keyfiyyət mərhələsinə müxtəlif aspektlərdən yanaşaraq, onun tərifini verməyə çalışıblar [2, 3]. Məhz buna görə də informasiya cəmiyyəti ideologiyasına dair müxtəlif sosial-fəlsəfi, iqtisadi, texnoloji və s. yanaşmalar mövcuddur.
Ümumiyyətlə, informasiya cəmiyyətinin əsas fəlsəfəsi yaşından, dilindən, dinindən, irqindən, sosial və siyasi mənsubiyyətindən, həmçinin zaman və məkandan asılı olmayaraq, bütün insanların informasiya, bilik tələbatını ödəməkdən, onların arasında sosial kommunikasiya mühiti yaratmaqdan, bilik və düşüncələrini, istədikləri məlumatı ictimaiyyətə çatdırmaqdan ibarətdir. Onun əsas məqsədi informasiya bolluğunun yaradılması və bu prosesin köməyi ilə, bir tərəfdən, bəşəriyyətin qarşısında duran problemləri həll etmək, digər tərəfdən, cəmiyyətin inkişafını təmin etməkdir.
İnformasiya cəmiyyəti anlayışına texnoloji nöqteyi-nəzərdən yanaşsaq görərik ki, burada kompüter, İnternet əsas texniki vasitə olaraq informasiyanın toplanması, saxlanması, emalı, ötürülməsi və digər mühüm funksiyaları həyata keçirir.
İqtisadi yanaşmaya görə, ümumi daxili məhsulda informasiya iqtisadiyyatı sektorunun payı 50 %-i keçərsə, ölkə informasiya cəmiyyətinə qədəm qoymuş sayılır [3]. Kompüterlərin sayı, İnternetə qoşulma və çıxış imkanlarını xarakterizə edən indikatorlar və statistik göstəricilər əsasında da ölkələrdə informasiya cəmiyyətinin qurulması səviyyəsini və inkişaf dinamikasını qiymətləndirmə mexanizmləri mövcuddur.
İnformasiya cəmiyyətinin qurulması kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə bir sıra şərtlərin ödənilməsini, müəyyən mərhələlərin keçilməsini tələb edir ki, bütün bunlara da elmi cəhətdən əsaslandırılmış fəaliyyət proqramlarının köməyi ilə nail olmaq olar. Bu məqsədə çatmağın yolları barədə müxtəlif baxışlar, konsepsiyalar, tövsiyyələr və müsbət təcrübələr mövcuddur.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun informasiya cəmiyyətinin qurulması mərhələləri və arxitekturu ilə bağlı texnokratik yanaşmaya əsaslanan məxsusi baxışları vardır. Bu yanaşmaya görə, informasiya cəmiyyətinin arxitekturu “5 mərtəbəli binaya” bənzəyir [4]:
I mərhələ (mərtəbə) kommunikasiyalaş-dırma mərhələsindən ibarətdir. Bu kommunikasiya infrastrukturunun formalaşması rabitəçilərin qarşısında duran əsas vəzifələrdən biridir.
II mərhələ (mərtəbə) kompüterləşdirməni nəzərdə tutur. Yəni bu mərhələdə hər bir kəsin, hər bir idarə, müəssisə və təşkilatın kompüterinin və ondan istifadə imkanının olması informasiya cəmiyyətinin 2-ci mərtəbəsinin qurulması deməkdir.
III mərəhələ (mərtəbə) şəbəkələşdirmə adlanır. Bu mərtəbənin qurulması üçün mövcud kompüterlər arasında şəbəkə infrastrukturunun formalaşdırılması işləri həyata keçirilməlidir.
IV mərhələ (mərtəbə) informasiyalaşdırma proseslərini (veb-saytların, verilənlər bazalarının və digər informasiya sistemlərinin yaradılmasını) əhatə edir. Əvvəlki 3 mərhələdən fərqli olaraq informasiyalaşdırma prosesində cəmiyyətin bütün təbəqələrinin – dövlət, qeyri-hökumət və biznes sektorunun nümayəndələri, bütün peşə sahibləri iştirak etməli, öz töhfələrini verməlidirlər.
Bütün bu 4 mərhələ uğurla həyata keçirildikdən sonra 5-ci mərhələ (mərtəbə) kimi informasiya cəmiyyətinə xas olan virtual münasibətlər və cəmiyyətlər (elektron hökumət, elektron təhsil, elektron elm, elelktron seçki və s.) meydana çıxır.
II. İNFORMASİYA İNQİLABLARI VƏ JURNALİSTİKA
Məlumdur ki, bəşəriyyəti informasiya cəmiyyətinə gətirən yolun əsasında sivilizasiya tarixində baş verən informasiya inqilbları dayanır [5]. İnformasiya cəmiyyətinin əsasını və məqsədini informasiya və biliklər təşkil etdiyinə görə sivilizasiyanın bu yeni mərhələsinin əsl mahiyyətini anlamaq üçün həmin inqilabları doğuran səbəblərə, onların yaratdığı təzahürlərə və imkanlara diqqət yetirmək lazımdır.
Alimlərin araşdırmalarına görə, I informasiya inqilabı hələ çox qədim zamanlarda insanlar arasında informasiya mübadiləsinin əsasını təşkil edən nitqin meydana gəlməsi və inkişafı ilə baş verdi. Bunun da nəticəsində informasiyanın, yəni danışıqların insanlar arasında səsin ötürülməsi məsafəsi ilə ölçülən çox məhdud coğrafi məkanda, eyni zamanda, informasiya daşıyıcısı funksiyasını yalnız insanların yaddaşı həyata keçirdiyindən həm də məhdud zamanda yayılmasına (gələcəyə ötürülməsinə) imkan yarandı.
Əksər elmi mənbələrdə II informasiya inqilabı təxminən 5-6 min il bundan əvvəl yazının (piktoqrafiya, heroqlif, semiotika) meydana gəlməsi ilə əlaqələndirilir. Artıq informasiya daşıyıcısı kimi təkcə insanların yaddaşı deyil, həm də maddı daşıyıcılardan – daş, heyvan dərisi, ağac və s. vasitələrdən istifadə edilməyə başladı. Bəşər tarixində baş verən bu mühüm hadisə informasiyaların qeydiyyatı, uzun müddətə yadda saxlanması, məkan və zamana görə yayılması üçün əvvəlki inqilaba nəzərən bir qədər geniş imkanlar yaratdı.
III informasiya inqilabı XV əsrin sonuna təsadüf edir. Belə ki, 1497-ci ildə alman alimi Qutenberq kitab çapı texnologiyasını ixtira etməklə bu inqilabın əsasını qoydu. Bunun da sayəsində insanlar arasında informasiyanın kütləviləşdiril-məsi, daha çox həcmdə informasiyanın etibarlı şəkildə saxlanması, geniş coğrafi məkana yayılması və nəsillərdən nəsillərə (gələcəyə) dəfələrlə ötürülməsi mümkün oldu. Məhz bu inqilabi mərhələdə nisbətən çoxlu sayda və həcmdə mətnlərin hazırlanması zəruriyyəti digər müvafiq peşələrlə yanaşı jurnalist peşəsinin də yaranmasına səbəb oldu.
IV informasiya inqilabının əsasını elektrikin kəşfi nəticəsində telefon, teleqraf texnologiyasının meydana gəlməsi (1876-cı il) təşkil edir, sonralar elmi-texniki tərəqqinin inkişafı nəticəsində radio və televiziya kəşf olundu. Bunun da nəticəsində müxtəlif formalı informasiyaların çox qısa zamanda uzaq məsafəyə ötürülməsi problemi həll olundu. Bu inqilabın verdiyi imkanlar hesabına informasiya bolluğu yaranmağa başladı, artıq mətnlərlə yanaşı, audio-video informasiyaların hazırlanması zərurəti çap (qəzet, jurnal və s.) jurnalistikası ilə yanaşı, radio və televiziya jurnalistikasının meydana gəlməsi və formalaşmasına səbəb oldu.
V informasiya inqilabı kompyuterləri bir-biri ilə əlaqələndirən şəbəkənin, 1969-cu ildə ARPANET-in (İnternetin əsası bu şəbəkə ilə qoyulmuşdur) işə salınması, fərdi kompüterlərin yaradılmasına səbəb olan, onların özəyini təşkil edən mikroprosessorların layihələndirilməsi və istehsalı (1970-ci illər) ilə bağlıdır. Məhz bu inqilab zaman keçdikcə, informasiya texnologiyaları cəmiyyətin müxtəlif sferalarında geniş tətbiq olunduqca, İnternetin xidmətləri və infrastrukturu inkişaf etdikcə jurnalistikanın əvvəlki sahələri sırasına yenisinin – İnternet-jurnalistikanın daxil olmasına gətirib çıxartdı.
Qeyd etmək lazımdır ki, informasiya, əsasən, məzmun (siyasi, iqtisadi, tibbi, hüquqi və s.) forma (mətn, audio, təsvir – rəsm, foto, video), həcm, məkan və zaman kimi xüsusiyyətləri ilə xarakterizə olunur. Dadbilmə, iybilmə, lamisə orqanları (sensorları) vasitəsilə qəbul edilən informasiyaların müasir informasiya texnologiyaları vasitəsilə qeyd olunması, emalı, istifadəçilərə təqdim olunması və ötürülməsi problemləri hələlik dünyanın aparıcı elmi mərkəzləri və alimləri tərəfindən araşdırılan məsələlər sırasındadır.
İnformasiya inqilablarının meydana gəlmə tarixi və yaratdığı təzahürlərdən göründüyü kimi, müxtəlif formalı informasiyaları qeyd etmək, yadda saxlamaq, emal etmək, məkan və zamana görə yaymaq, gələcəyə ötürmək obyektiv səbəblər üzündən çox çətin olubdur. Bu səbəbdən də tarixən informasiya (bilik) qıtlığı mövcud olmuş, zaman keçdikcə informasiyaların qeydiyyatı və yadda saxlanılması, emalı və ötürülməsi texnologiyaları meydana gəlmiş, tədricən informasiya bolluğu yaranmağa başlanmışdır.
Yalnız V informasiya inqilabının təzahürü olan kompüter və İnternet istənilən formalı informasiyaları yadda saxlamağa, qeyri-məhdud məkanda (coğrafi məkandan virtual məkana keçid) yaymağa və gələcəyə ötürməyə imkan verir. Bunun da nəticəsində bəşər tarixində misli görünməmiş, çox yüksək sürətlə artan informasiya (bilik) bolluğu, sözün həqiqi mənasında, informasiya seli yaranır.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, cəmiyyətdə informasiya bolluğunun yaranması bəşər tarixindən miras qalmış çox böyük problemlərin (tibb, təhsil, aclıq, səfalət və s.) həllinə nail olmaqla yanaşı, əvvəllər mövcud olmayan müxtəlif problemlərin də ortaya çıxmasına səbəb olur. Hər tərəfdən daxil olan informasiya seli qarşısında bəzi insanlar hətta əvvəllər müşahidə edilməyən psixoloji problemlərlə üzləşirlər. Belə bir şəraitdə informasiya ilə davranmaq insanlardan yeni mədəni normalara, vərdişlərə, texnoloji biliklərə yiyələnmək, başqa sözlə, informasiya mədəniyyəti tələb edir.
İnformasiya cəmiyyətində sivilizasiyanın bu yeni keyfiyyət mərhələsinə xas olan peşə, fəaliyyət sahələri (informasiya iqtisadiyyatı, informasiya hüququ, informasiya sənayesi və s.) yaranır ki, bunlar da, əsasən, virtual məkanda insanlar arasında formalaşmaqda olan müxtəlif səpkili informasiya münasibətləri ilə əlaqədardır. Belə fəaliyyət sahələrindən biri də, yuxarıda qeyd olunduğu kimi, İnternet-jurnalistikadır [6, 7]. Jurnalistikanın yeni istiqamətinin meydana gəlməsi, ümumiyyətlə, bu peşə sahəsində ənənəvi olaraq həlli çətin olan bir sıra problemləri aradan qaldırır.
III. İNTERNET – JURNALİSTİKA:
PROBLEMLƏR VƏ FORMALAŞMA ASPEKTLƏRİ
Məlumdur ki, tarixən jurnalistikaya humanitar fənlərin bir qolu kimi baxılmışdır. Digər bilik sahələri – fizika, riyaziyyat, kimya, tibb, mühəndislik və s. sahələr üzrə jurnalistlər hazırlanmırdı. Məhz buna görə də bu sahələr üzrə biliklər cəmiyyətdə çox da geniş yayılmırdı, populyarlaşmırdı.
Son zamanlar jurnalistika humanitar peşə olmaqla artıq qeyri-ixtiyari digər peşələrə də sirayət edir, başqa sözlə, İnternetin meydana gəlməsi ilə digər peşə sahibləri (riyaziyyatçı, mühəndis, hüquqşünas, həkim və s.) də jurnalistika peşəsi üzrə xüsusi bir təhsil almasalar da, sərbəst olaraq kompüterdə məqalənin hazırlanması, e-mail vasitəsilə məlumatların göndərilməsi, öz fəaliyyətləri ilə əlaqədar veb-saytların işlənməsi və s. kimi işlərin həyata keçirilməsi qabiliyyətinə malik olmalıdırlar.
Həmçinin ənənəvi jurnalistikadan fərqli olaraq, İnternet əsasında faəliyyət göstərən elektron KİV-də (İnternet-KİV-lərdə) çalışan kadrlara xüsusi tələblər meydana çıxır. İnternet jurnalistləri artıq tək mətn hazırlamaq yox, eyni zamanda, audio, video materiallarla işləmək, dizayner keyfiyyətlərinə malik olmalıdırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və uğurlu dövlət siyasəti çərçivəsində ölkədə formalaşmaqda olan informasiya cəmiyyətinin əsasını təşkil edən elektron hökumət hakimiyyət orqanları və məmurlar qarşısında xüsusi vəzifələr qoyur. Onların fəaliyyətində şəffaflıq, vətəndaşların İnternet vasitəsilə informasiya əldə etmək hüquqlarını təmin etmək kimi tələblər ön plana çıxır. Bu tələblərin yerinə yetirilməsi üçün də müvafiq kadrların İnternet jurnalistikası peşəsinin xüsusiyyətlərini mənimsəmələri zərurətə çevrilir.
Vaxtilə KİV-in sayı ilə jurnalist kadrları arasında nisbət müvafiq qurumlar tərəfindən qismən tənzimlənirdi, bu tələbat nəzərə alınaraq kadr hazırlanırdı, BDU-nun jurnalistika fakültəsinə təxminən ildə 25-50 nəfər tələbə qəbul olunurdu. Lakin artıq bu cür tənzimləmə mümkün deyil. Belə ki, V informasiya inqilabının təzahürlərindən biri kimi çoxlu sayda veb-saytlar meydana gəlir. Hal-hazırda 150 milyondan çox veb-sayt vardır və onların sayı böyük sürətlə artır (ildə ən azı 60% artım var). Bu saytları tək jurnalistlərin hesabına yaratmaq, müntəzəm olaraq kontentlə təmin etmək və inkişaf etdirmək qeyri-mümkündür.
Əgər tarixə nəzər salsaq, görərik ki, əvvəllər kəndlərdə, şəhərlərdə heç də hamı yazmaq-oxumaq qabiliyyətinə malik deyildi. Buna görə də bu işi çox məhdud sayda mirzələr, müəllimlər, mollalar yerinə yetirirdilər. Sonralar cəmiyyət inkişaf etdikcə fasiləsiz olaraq bu problemi həll etmək üçün məktəblərdə hər bir şagirdə savadsızlığın ləğvi məqsədi ilə kütləvi olaraq oxumaq, yazmaq, hesabı bilmək kimi qabiliyyət aşılandı. Nəticədə məktəbi bitirmiş hər bir şəxs lazımi materialları sərbəst oxuyur, fikrini yazılı şəkildə izah edir. Başqa sözlə, insanlar öz gündəlik fəaliyyətlərində hər hansı mətni hazırlamaq, sənədlərlə işləmək, kitab, məqalə və s. yazmaq kimi işləri sərbəst olaraq həyata keçirirlər. Jurnalistlər isə qəzet və jurnallar, radio və televiziya üçün materiallar hazırlayırlar. İndi də analoji vəziyyət yaranır. Yəni belə bir informasiya bolluğu şəraitində çox yüksək sürətlə artan veb-saytların hazırlanması və müntəzəm olaraq yeniləşdirilməsi, müşaiyəti üçün jurnalistlər ordusunun gücü çatmır. Bunun üçün də kütləvi olaraq vətəndaşlar yazmaq-oxumaq kimi, orta məktəbdən başlayaraq veb-saytlar, yəni mətn, audio-videomaterialları hazırlamaq, dizayn etmək və bu kimi müvafiq qabiliyyətə yiyələnməlidirlər.
Müasir informasiya texnologiyaları informasiya münasibətləri, KİV sahəsində əvvəllər həlli mümkün olmayan çoxlu sayda problemlərin aradan qaldırılmasına imkan verir, informasiyanın həm istehsalçıları, həm də istehlakçıları üçün əlverişli şərait yaradır.
Məsələn, veb-saytlara edilən müraciətlər zamanı bəzi mühüm parametrləri özündə əks etdirən log-fayllar vasitəsi ilə reytinq məsələsi avtomatik həll olunur. Belə ki, əvvəllər hər hansı bir mətbu orqanın, onun səhifələrində dərc edilən məqalələrin reytinqini müəyyənləşdirmək çox çətin idi. Ənənəvi üsullarla aparılan rəy sorğularının da keyfiyyəti, obyektivlik dərəcəsi yüksək deyildi. Amma müasir veb-texnologiyalar elektron mətbuat orqanlarının, onlarda dərc olunan ayrı-ayrı məqalələrin reytinqini, onların oxucu kontingentinin sosial tərkibini daha dəqiq və obyektiv şəkildə müəyyənləşdirməyə imkan verir. Bu da mətbuat vasitələrinin öz fəaliyyətlərini düzgün qura bilmələri üçün olduqca əhəmiyyətlidir. Belə bir sistemin tətbiqi KİV-in keyfiyyətinin idarə olunmasına imkan verir.
Müasir mətbuatın ən mühüm problemlərindən biri də şərəf və ləyaqəti alçaldan yazılara görə məhkəmələrə, cinayət və inzibati məsuliyyətlərə cəlb edilmələri ilə bağlıdır. Lakin informasiya texnologiyalarının imkanlarından isitifadə etməklə şərəf və ləyaqəti alçaldan sözlərdən, söz birləşmələrindən ibarət bir intellektual informasiya sistemi düzəltmək olar. Bu sistem vasitəsilə korrektura və s. mərhələlər kimi çapdan öncə bütün jurnalist materiallarını (kontentləri) on-layn və ya off-layn rejimlərdə həmin süzgəcdən keçirmək, hüquqi cəhətdən aşkar və ehtimal olunan pozuntuları müəyyənləşdirmək mümkündür. Bunun nəticəsində həm KİV-in, həm də kontentin müəllifinin hüquqi immunitetini artırmağa nail olmaq olar.
Jurnalistikada müşahidə edilən önəmli problemlərdən biri də Azərbaycan dilinin leksikonuna yad olan sözlərin işlədilməsi nəticəsində dilimizin saflığına xələl gətirilməsi, oxucuların materialların başa düşmələrində çətinlik çəkmələrinə səbəb olmasıdır. Bu problemin həllinə yardım məqsədilə jurnalist materiallarını elektron formada hazırlanmış Azərbaycan terminlər lüğətindən süzgəcdən keçirmək olar ki, dilimizə yad olan, leksikonumuza rəsmi şəkildə daxil olmayan sözlər KİV-ə nüfuz etməsin.
Məlumdur ki, virtual məkan formalaşdıqca İnternetin imkanlarından istifadə edərək informasiyanı əldə etmək, toplamaq, emal etmək və ötürmək xeyli asanlaşır. Təbii ki, bu cür imkanlar jurnalistlərin fəaliyyətində də keyfiyyət dəyişikliklərinə gətirib çıxarır.
Mətnlərin çoxqrafikalı təqdimatı (latın, fars, ərəb, alman, fransız, kirill və s.) müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar üçün çox əlverişlidir. Belə ki, fərqli əlifbalardan və qrafikalardan istifadə edən bu insanlar əksər hallarda bir-birlərinin yazılı materiallarını oxumaqda çətinlik çəkiblər. Müvafiq çevirmə (konvertasiya) sisteminin işlənərək tətbiq edilməsi bu problemin aradan qaldırilmasına imkan verir. Bu da, öz növbəsində, İnternet-mühitdə yerləşdirilən mətbuat orqanlarının istifadəçi auditoriyasının virtual məkan səviyyəsində genişlənməsinə, populyarlığının armasına xidmət edir.
Bundan başqa, İnternet-KİV-də jurnalistlər mətnləri (kontentləri) hazırlayarkən müxtəlif terminlərin və təsvirlərin geniş şərhini, izahını verməyə ehtiyac qalmır, çünki lazım olduqda ensiklopedik xarakterli veb-saytlarda mövcud olan və ətrafli izahla verilən sözlərə və foto-video materiallara aktiv istinadlar vasitəsilə müraciət olunur (məs: Wikipedia, Britannika və s.), əlavə biliklər əldə edilir, həm də həcmin idarə olunması üçün imkan yaranır. Istifadəçilərin bilik səvviyyəsinə uyğun kontent müxtəlif həcmdə və müxtəlif semantik yükə malik olur. Elə bil istifadəçi tərəfindən, öz səviyyəsi və arzusuna müvafiq olaraq dəyişən, həcmi idarə olunan kontent alınır. Bildiyimiz kimi, hal-hazırda İnternet istifadəçiləri veb-saytlarda işləyərkən lazım olduqda digər on-layn mənbələrə çoxlu sayda keçidlər (hiper-istinadlar) etməklə informasiya tələbatını məhz bu şəkildə ödəyirlər.
Ümumiyyətlə, son zamanlar çox yüksək sürətlə artan informasiya bolluğu şəraitində insanlar tərəfindən lazımi informasiyaların müəyyənləşdirilməsi, duyğu orqanları vasitəsi ilə qəbulu, hər hansı bir fikrin hasil olunması həddən çox vaxt tələb edir və bioloji məhdudiyyətlər üzündən bəzi problemlər yaradır. Buna görə də formalaşmaqda olan informasiya cəmiyyəti insanlar tərəfindən tez qavranılan, həcmi kiçik, amma semantik yükü çox olan bir informasiya təsviri və təqdimatı texnologiyasının, yəni janrının meydana gəlməsi zəruriyyətini şərtləndirir. Müşahidələr göstərir ki, bu problemlər məhdud imkanlı semiotikaya əsaslanan mətn tipli informasiyalarla müqayisədə (insanlar düşündüklərini çox aşağı sürətlə hərflər və simvollar vasitəsi ilə təsvir edir və əksinə, onların köməyi ilə təxminən həmin sürətlə də mətnləri oxuyub fikir hasil edirlər) çox böyük imkanlara malik audio-vizual, yəni multmedia tipli informasiyaların önə çıxması, onları xarakterizə edən parametrlərin istifadəçilər tərəfindən öz tələblərinə müvafiq idarə olunması indiyə qədər mövcud olan janrların müsbət tərəflərini nəzərə almaqla simbiotik və mücərrədləşdirmə xüsusiyyətlərinə malik bir İnternet janrının təzahürü ilə həllini tapmaqdadır. Bundan sonra da müasir informasiya texnologiyalarının inkişaf tempinə uyğun olaraq bu janrın daha da təkmilləşdirilməsi dərk olunan həqiqətlər sırasındadır.
İnternet mühitində jurnalistlərin müəllif hüquqlarının qorunması, plagiatlıqla mübarizə üçün də əlverişli imkanlar yaranmışdır. Başqa sözlə, İnternetdə mövcud olan axtarış sistemləri, rəqəm imzası və digər xüsusi texnologiyalar vasitəsi ilə jurnalistlərə məxsus intellektual məhsulların (kontentlərin) digərləri tərəfindən qeyri-qanuni istifadə və üzərində hər hansı bəd niyyətli əməlin aparılması, məzmununun dəyişdirilməsi hallarını çox asanlıqla aşkara çıxartmaq mümkündür.
İnternet – KİV-də kontentlər ənənəvi qaydada əvvəlcədən planlaşdırılmış proqramlar çərçivəsində müəyyən efir məkanı və zamanı deyil, istifadəçiyə məkandan və zamandan asılı olmadan onun sifarişinə görə verilməsi, onlarla interaktiv münasibətlər qurulması imkanları da mövcuddur. Bu da elə KİV-lərin həm də fərdiləşdirilməsi deməkdir.
Artıq virtual məkanın yaratdığı imkanlar hesabına bir ölkədə yaşamaqla digər ölkələrdə fəaliyyət göstərən KİV-in əməkdaşı olmaq, onlar üçün lazımi materiallar hazırlamaq asan bir işə çevrilib. Bu dünyanın hansısa nöqtəsində baş verən hadisə haqqında məlumatların operativ olaraq istənilən məkana çatdırılmasına şərait yaradır. Məsələn, hazırda Sinqapur qəzetlərinin əməkdaşlarının bir çoxu Avstraliyada yaşayır, çünki əhalisinin sayı az olan bu kiçik Asiya ölkəsində jurnalist kadrları çatışmır.
Müasir texnologiyalar imkan verir ki, həmçinin fiziki imkanları məhdud olan şəxslər də İnternet jurnalisti kimi fəaliyyət göstərsinlər.
Uzun müddətdir ki, ənənəvi texnologiyalar əsasında fəaliyyət göstərən radio, televiziya yayım qurumları “qızıl fond”, “fonoteka”, “filmoteka” və s. kimi adlar altında çox az verilişləri yadda saxlaya bilir, elə indinin özündə də əksəriyyəti itib gedir. Son zamanlar böyük həcmli yaddaş tutumuna və emal imkanlarına malik sistemlərin və qurğuların, informasiyanın həyat tsiklinin idarə olunması (information lifecycle managment), informasiyanin yadda saxlanması şəbəkələri (storage area networks), informasiyanın avtomatik miqrasiyası (automated data migration) və s. kimi mütərəqqi texnologiyaların meydana gəlməsi İnternet mühitində fəaliyyət göstərən radio və televiziya kanallarında yayımlanan bütün verilişləri tam şəkildə və istənilən müddətə saxlamağa imkan verir.
Digər tərəfdən, bu qurumların yaddaş sistemlərində toplanmış informasiyaların müxtəlif əlamətlərə görə təsnifatını və intellektual analizini aparmaq üçün mövcud olan analitik informasiya texnologiyaları (OLAP, Data mining, Web mining, Text mining və s.) jurnalistlər üçün olduqca mühüm dəstəkdir. Belə ki, jurnalistikanın ən çətin istiqaməti olan analitika sahəsində bu texnologiyaların tətbiqi ilə istənilən mövzu çərçivəsində çox böyük həcmə malik olan məlumatları sistemləşdirmək, strukturlaşdırmaq, tendensiyaları aşkarlamaq, yeni biliklər əldə etmək və bu kimi digər intellektual işləri xüsusi aparat-proqram sistemləri vasitəsi ilə həyata keçirmək mümkündür. Qeyd etmək lazımdır ki, dünyanın aparıcı radio və televiziya yayımı şirkətləri (CNN, BBC, Euronews və s.) bu texnologiyalardan geniş istifadə edirlər.
Kompüter vasitəsilə mətnlərin məzmunlarının maksimal saxlanması şərti ilə avtomatik olaraq sıxılması, yəni orijinalla müqayisədə nisbətən kiçik həcmli mətnlərin, xülasələrin hazırlanması, açar sözlərin, söz birləşmələrinin müəyyənləşdirilməsi və s., eyni zamanda, mətnlərin məzmununa görə avtomatik təsnif olunması kimi intellektual informasiya texnologiyaları informasiyanın həm istehsalçıları (İnternet-KİV-lər), həm də istehlakçıları (istifadəçiləri) üçün olduqca əlverişli imkanlar yaradır. Bundan başqa, İnternet-mühitdə kompyuter tərcüməsi sistemləri müxtəlif dillərdə hazırlanmış materialların qarşılıqlı tərcüməsini həyata keçirməklə onlardan istifadə məkanını qloballaşdırır və virtuallaşdırır.
Məlumdur ki, ənənəvi KİV-də hər kəsin tribuna əldə etməsi, sözünü deyə bilməsi üçün imkanlar obyektiv və subyektiv səbəblər üzündən məhduddur. Son zamanlar fərdi on-layn “gündəliklərin”, yəni bloqların, heç bir məhdudiyyət olmadan İnternet üzərində müəyyən maraqlara görə virtual cəmiyyətlərin yaradılmasına imkanı verən eyni səviyyəli (pirinq) şəbəkələrin meydana çıxması insan hüquqlarının, söz azadlığının ən yüksək səviyyədə təmin olunması üçün real şərait yaradır. Bütün bunlar, Internetin yüksək demokratik potensiala malik olmasının göstəriciləridir.
İnsanlar kompüterləri (noutbuk olsa belə) özləri ilə hər yerə daşıya bilmədiklərindən, müxtəlif situasiyalarda (parklarda, təbiət guşələrində, nəqliyyatda və s.) istənilən anda İnternetdən lazımi məlumatları almaq və əksinə göndərmək imkanları verən elektron kitab, elektron kağız kimi fərdi multmedia vasitələrinin meydana çıxması da İnternet-jurnalistikanın “son mil” problemini həll etmək istiqamətində ən mühüm addımlardan biridir.
Yüksək sürətli və geniş zolaqlı Internet ənənəvi elektron KİV-in (televiziya, radio, eyni zamanda, qəzet, jurnal və s.) funksiyalarını da öz üzərinə götürməyə başlayıbdır. Artıq İnternet vasitəsilə dünyanın istənilən məkanında yayımlanan televiziya proqramına baxmaq, radio verilişlərini dinləmək, istənilən qəzet və jurnalın elektron versiyasını oxumaq mümkündür. Bu, eyni zamanda tamaşaçı, dinləyici və oxucu qismində çıxış etmək imkanı qazanan insanlar üçün çox ucuz başa gəlir. Bütün bu üstünlüklərinə görə son vaxtlar “ümumdünya hörümçək torunun” .tv domen zonasında İnternet TV texnologiyası əsasında yayımı həyata keçirən çoxlu sayda veb-resurslar meydana gəlir.
Əvvəlki dövrdən fərqli olaraq, hal-hazırda KİV-lər həm də informasiya iqtisadiyyatının əsas sahələrindən biri kimi media iqtisadiyyatını formalaşdırmağa başlayır. Belə ki, bazar iqtisadiyyatı şəraitində KİV-in məlumatlandırma, maarifləndirmə və əyləndirmə funksiyaları sırasına kommersiya funksiyası da əlavə olunur. Bu şəraitdə informasiya istehsalında digər dəyərlərlə (mənəvi, ideoloji və s.) yanaşı iqtisadi dəyərlər də önə çıxır. İnternet mühitində informasiya istehsalının maya dəyərinə daxil olan yığım, korrektə, yayım və s. kimi xərcləri xeyli ucuzlaşır. Həmişə olduğu kimi informasiyanin ilkin istehsalı (hazırlanması) baha olur, sonradan onun surətinin çıxarılması, yayılması çox ucuz başa gəlir. İnternet-KİV-də kontentləri yadda saxlamaq mümkün olduğuna görə onları arzu edən insanlara həm ənənəvi (kassetlər, disklər və s.), həm də elektron kommersiya texnologiyasının köməyi ilə on-layn rejimdə satıb gəlir əldə etmək olar. Bu isə həmin kontentlərin meydana gəlməsində zəhməti olmuş müəlliflərin, yaradıcı və texniki dəstək qrupunun əmək haqqının ödənilməsi və maddi həvəsləndirilməsi üçün çox əhəmiyyətli iqtisadi mexanizm kimi İnternet-KİV-lərə mühüm imkanlar yaradır.
Bütün bunlar İnternet-jurnalistikanın əhatə dairəsinin genişlənməsini, inkişafını stimullaşdıran əsas amillərdən biridir.
İnternet-jurnalistikanın hüquqi tənzimlən-məsi məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Dünya təcrübəsi göstərir ki, artıq ayrı-ayrı ölkələrin qanunları, hüquqi mexanizmləri ilə bu fəaliyyət sahəsini tənzimləmək xeyli çətinləşir, bu problemlərə bir ölkə çərçivəsində yox beynəlxalq cəviyyədə yeni yanaşmalar tələb olunur və artıq belə təşəbbüslər gündəmə gətirilir. Belə ki, UNESCO, Avropa Şurası və digər nüfuzlu qurumlar tərəfindən bu məsələlərin tənzimlənməsini nəzərdə tutan bir sıra tövsiyyə xarakterli sənədlər qəbul edilmişdir. İnternet-jurnalistikanın fəaliyyəti ilə bilavasitə bağlı olan informasiya ekologiyası, informasiya etikası və s. bu kimi məsələlər UNESCO-nun diqqət yetirdiyi məsələlər sırasındadır.
Məlumat üçün bildirək ki, bəzi ölkələr müxtəlif siyasi, milli-mənəvi motivlərə görə İnternet-senzura və digər məhdudiyyətlər tətbiq edirlər. Belarus, Çin, İran, Koreya və s. kimi ölkələri buna misal göstərmək olar. Qeyd etmək lazımdır ki, demokratiya, insan hüquqları baxımından bu cür məhdudiyyətlər dünya ictimaiyyəti tərəfindən heç də birmənalı qəbul olunmur.
Nəhayət, İnternet-KİV-lərin İnternet-oxucusu, İnternet-dinləyicisi və İnternet-tamaşaçısı olmalıdır. Belə ki, əgər əvvəlki informasiya inqilabları dövründə insanlardan informasiya əldə etmək üçün oxumaq, radio, televiziya, maqnitofon və s. qurğuların bir neçə düyməsinin funksiyasını bilmək tələb olunurdusa, V informasiya inqilabı insanlardan daha çox bilik, bacarıq və vərdişlər tələb edir. Digər tərəfdən, əgər əvvəlki inqilablar dövründə əldə olunan savad və qabiliyyət (yazib-oxumaq, radio, televizor və s. ilə davranmaq) ömür boyu kifayət edirdisə, V informasiya inqilabı dövründə formalaşan insanlar, başqa sözlə, elektron vətəndaşlar daim inkişaf edən informasiya texnologiyalarının, yeni aparat-proqram vasitələrinin sirlərinə bələd olmalıdırlar, əks halda nə vaxtsa əldə olunan bilik yararsız olur. Belə bir şəraitdə cəmiyyətdə xüsusi missiya daşıyan jurnalistlərin, onları hazırlayan mütəxəssislərin və təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Bu peşə sahibləri sürətlə yeniləşən müasir texnologiyaları çevik şəkildə mənimsəmədən, öz fəaliyyətlərində onları tətbiq etmədən üzərlərinə düşən missiyanın öhdəsindən gələ bilməzlər.
Göründüyü kimi, V informasiya inqilabının təzahürlərindən biri olan İnternet-KİV-in qarşısında mühüm vəzifələr durur, jurnalistikanın bu yeni sahəsinin formalaşdırılması və inkişafı üçün informasiya cəmiyyəti quruculuğu istiqamətində çox böyük uğurlar qazanan ölkəmizdə real imkanlar vardır.
Avtomatik idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində yerinə yetirilmiş layihələr və işləmələr haqda. – презентация
Презентация на тему: ” Avtomatik idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində yerinə yetirilmiş layihələr və işləmələr haqda.” — Транскрипт:
1 Avtomatik idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində yerinə yetirilmiş layihələr və işləmələr haqda
2 TP AIS Proqram t ə minatı Riyazi t ə minat İnformasiya t ə minatı Texniki t ə minat Ümumsistem v ə T ə şkilati h ə ll ə r Texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sisteminin (TP AİS) layihəsinin tərkibi
3 Ümumsistem və Təşkilati həllər Ümumsistem həlləri – AİS-in layihələndirilməsində qəbul edilən həllərin əsaslandırılmasından, iqtisadi effektivliyin təyin edilməsindən, obyektdə AİS-in tətbiqetmə hazırlığından və istismar prosesində onun vəziyyəti haqqındakı məlumatlardan ibarət olur. Bunlardan başqa ümumsistem həllərin tərkibinə AİS-in təyinatı, AİS-in izahatı, obyektin idarəetmə sistemində AİS-in yeri və digər idarəetmə sistemləri ilə AİS-in əlaqəsi kimi sistem həlləri daxildir.
4 TP AİS-in təşkilati həlləri – TP AİS-in operativ personalının funksiyaları üçün qayda və qanunlardan, həmçinin texnoloji proseslərin təhlükəsiz aparılması və avtomatlaşdırılmış idarəetmə sisteminin müvəffəqiyyətlə tətbiq edilməsi barəsində sənədlər yığımından ibarətdir. Bu sənədlərə misal olaraq aşağıdakıları qeyd etmək olar: TP AİS-in istismar edilməsi üçün istehsalatın texnoloji reqlamenti; Avtomatlaşdırılmış texnoloji kompleksin funksional, təşkilati və texniki strukturu; TP AİS-in normal funksionallaşması üçün texnoloji və operativ personalın işə çıxma cədvəlləri və vəzifə təlimatları; Texnoloji aqreqatların işə salınması və dayandırılması təlimatları; TP AİS-in işi haqqında personalın öyrədilməsi; Texniki təhlükəsizlik qaydaları.
5 Texniki təminat. Texniki təminat – TP AİS-in bütün funksiyalarının yerinə yetirilməsini, həmçinin işçi personalın texnoloji proseslərlə və sistemin texniki vasitələri ilə qarşılıqlı əlaqəsini təmin edən texniki vasitələr kompleksidir. TP AİS-in texniki təminatının tərkibinə aşağıdakılar daxildir: İnformasiyanın toplanması vasitələri (vericilər, sayğaclar, siqnalizatorlar, əl ilə daxil etmə qurğuları); İcra mexanizmləri (siyirtmələr, klapanlar. ); Proqramlaşdırılan məntiqi kontrollerlər (PLC); Operator stansiyaları (komp.); Mühəndis stansiyaları; Serverlər; Operator panelləri; Proqrammatorlar; Şəbəkə adapterləri; Tezlik çeviriciləri; Əlaqə kabelləri; Son vəziyyət açarları; Tablo; Səs və işıq siqnalizasiya qurğuları və s.
6 TP AİS-in texniki təminatı özündə onun bütün funksiyalarını həyata keçirməyə imkan verən texniki vasitələrin tam yığımını cəmləşdirir. Texniki vasitələr kompleksinin tərkibinə hesablayıcı və idarəedici qurğular; məlumatların alınması (vericilər), çevirilməsi, saxlanılması, əks etdirilməsi və qeyd olunması (siqnallar) vasitələrini; siqnalların ötürülməsi və icra mexanizmləri qurğuları daxildir.
7 İnformasiya təminatı. TP AİS-in informasiya təminatı özündə aşağıdakıları birləşdirir: – Sistemin istismarı və ya yaradılması prosesində istifadə olunacaq ilkin verilənlər; – Sonrakı emal prosesləri üçün real zaman ərzində verilənlər bazasında saxlanılan aralıq verilənlər, verilənlər bazasının strukturu; – Avtomatlaşdırılmış iş yerində monitorlarda, tablolarda və operator panellərində vizual əks olunan və icra mexanizmlərində realizə olunmaq üçün ötürülən çıxış verilənləri; – İstifadəçi tərəfindən kağız və yaxud elektron şəkildə ötürülən məlumatlar; – Giriş və çıxış sənədlərinin (elektron və ya kağız) qəbul edilmiş formaları; – İnformasiyanın qəbul edilmiş kodlaşdırma sistemi; – Verilənlərin elektron arxivi.
8 Riyazi təminat. TP AİS-in riyazi təminatı layihələndirmə mərhələsində və TP AİS-in istismarı prosesində istifadə olunan müxtəli məsələlərin həlli üçün alqoritmlər və riyazi modellər yığımından ibarətdir. Riyazi təminata aşağıdakılar aiddir: – İdarəetmə obyektlərinin riyazi modelləri; – Siqnalların filtrasiya üsulları; – Tənzimləmə və idarəetmə alqoritmləri; – İntellektual idarəetmə alqoritmləri; – Diaqnostik alqoritmlər və s.
9 Proqram təminatı TP AİS-in proqram təminatı onun bütün rəqəm texniki vasitələr kompleksinin (kontrollerlər, serverlər, fəhlə və mühəndis stansiyaları, proqrammatorlar, operator panelləri) funksionallaşmasının realizasiyası üçün lazım olan proqramlar yığımıdır. Proqram t ə minatı Ümumi proqram t ə minatı Xüsusi proqram t ə minatı
10 TP AİS-in ümumi proqram təminatı hesablama texnikasının vasitələri ilə birlikdə verilir və əməliyyat və SCADA sistemlərindən, kontrollerlərin proqramlaşdırılması üçün proqram paketlərindən, kompilyatorlardan və redaktorlardan ibarət olur. TP AİS-in ümumi proqram təminatı konkret avtomatlaşdırma obyektinə bağlı olmur, texniki vasitələr kimi buraxılır.
11 TP AİS-in xüsusi proqram təminatı (tətbiqi proqramlar) konkret TP AİS üçün yaradılır. Buraya idarəetmə və informasiya emalı kimi müəyyən funksional məsələləri realizasiya edən kontrollerlər üçün proqramlar, konkret texnoloji prosesin verilənlərinin arxivləşdirilməsi, əks etdirilməsi (vizualizasiyası)üçünSCADA mühitində generasiya olunmuş proqramlar aiddir. (Supervisory Control And Data Acquisition – диспетчерское управление и сбор данных-verilənlərin toplanması və dispetçer idarəsi) Xüsusi proqram t ə minatı (t ə tbiqi proqramlar) Kontroller s ə viyy ə sinin proqram t ə minatı (aşağı s ə viyy ə nin PT) SCADA funksiyalı proqram t ə minatı (Yuxarı s ə viyy ə nin PT)
12 İş təcrübəm zamanı ( illər) işlədiyim müəssisələrdə: (NORD İB, Neftqazavtomat EİM (Müdafiə Sənayesi Nazirliyi) Neftqazelmitədqiqatlayihə İnstitutu (SOCAR), NÖC və Avtomatika Şirkəti) Avtomatlaşdırma, informasiya texnologiyaları və cihazqayırma sahəsində aşağıdakı istiqamətlər üzrə aparılan işlərdə iştirak etmişəm: 1) Neft və qaz sənayesində texnoloji proseslər üçün avtomatlaşdırılmış idarəetmə sistemlərinin (TP AİS) layihələndirilməsi. 2) PLC – proqramlaşdırılan məntiqi kontroller bazasında özəl avtomatik idarəetmə sistemlərinin (AİS) yaradılması və tətbiqi. 3) Aparat səviyyəsində işləmələr (mikrokontroller bazasında yeni cihaz və qurğuların işlənməsi):
13 İşin məzmunu: Qaradağ YQA-da köhnə qazpaylama məntəqəsi üçün nəzərdə tutulmuş PLC bazasında avtomatlaşdırılmış nəzarət və idarətmə sistemi üçün – IEC standartında PLC-nin və Dispetçer səviyyəsində avtomatlaşdırılmış iş yeri üçün SCADA funksiyalı proqram təminatının işlənməsi, sazlanması və obyektdə tətbiqi Qaradağ YQA-da köhnə qazpaylama məntəqəsində 5 quyuluq monifold sisteminin artırılaraq genişləndirilməsi (sif layihəsi) obyektində quraşdırılmış Dispeçer nəzarət və idarəetmə sisteminin dispetçer səviyyəsi üçün proqram təminatına aşagıdakı funksiyaların yerinə yetirilməsi daxildir : -şleyf xətlərinin sonunda quraşdırılmış 5 ədəd təzyiq vericiləri və 5 ədəd temperatur vericilərindən -köhnə qazpaylama sisteminə əlavə olunan 5 quyuluq manifold sisteminə quraşdırılmış NÖC avadanlıqlarından (elektromaqnitli kəsici klapanları idarə edən 5 ədəd təzyiq vericiləri, klapanlardan sonra quraşdırılmış 5 ədəd təzyiq vericiləri və 5 ədəd temperatur vericiləri), -mövcud 14 quyuluq manifold sistemində quraşdırılmış 14 ədəd təzyiq vericiləri və 14 ədəd temperatur vericilərindən,
14 -TS tədqiqat separatorunun giriş xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, qaz çıxış xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, səviyyə vericisindən, kondensat çıxış xəttində quraşdırılmış 2 ədəd kariolis tipli sərfölçən, elektromaqnitli kəsici klapandan sonra quraşdırılmış 1 ədəd təzyiq vericiləri və 1 ədəd temperatur vericilərindən, -3 ədəd S1, S2, S3 separatorlarının hər birinin giriş xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, qaz çıxış xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən,hər birində quraşdırılmış səviyyə vericilərindən, hər birinin kondensat çıxış xəttində quraşdırılmışelektromaqnitli kəsici klapandan sonra quraşdırılmış 1 ədəd təzyiq vericilərindən, -4 ədəd T1, T2, T3, T4tozuducularının hər birinin giriş xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, qaz çıxış xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, hər birində quraşdırılmış səviyyə vericilərindən, hər birinin kondensat çıxış xəttində quraşdırılmış elektromaqnitli kəsici klapandan sonra quraşdırılmış 1 ədəd təzyiq vericilərindən, -5 ədəd MT1, MT2, MT3, MT4, MT5 maye tutum blokunun giriş xəttində quraşdırılmış 1 ədəd təzyiq və 1 ədəd temperatur vericilərindən, maye tutumlarının hər birində quraşdırılmış səviyyə vericilərindən,
15 – ŞS- şam separatoru üzərində quraşdırılmış 1 ədəd səviyyə vericisindən, – DT -drenaj tutumu üzərində quraşdırılmış 1 ədəd səviyyə vericisindən, -MB- metanol bloku üzərində quraşdırılmış 1 ədəd səviyyə vericisindən -7 ədəd FLOWBOSS-107 tipli sərfölçənlərdən (Təzyiq, təzyiqlər fərqi, temperatur, ani sərf, sutkalıq sərf və s.) daxil olan informasiyanı qəbul etmək, məlumatlar bazasına yazmaq, real zaman ərzində emal etmək və istifadəçi üçün lazım olan informasiyanı qrafik şəkildə, cədvəl şəklində monitorda əks etdirmək və çap etmək, NÖC avadanlıqlarına əmrlər göndərmək, həm mövcud, həm də əlavə edilmiş qazpaylama sistemində baş vermiş qəzalar və digər cari hadisələr haqda hesabat tərtib etmək üçün nəzərdə tutulub. Növbəti slaydlarda Qaradağ YQA-da tətbiq olunmuş avtomatik idarəetmə sisteminin obyektdə çəkilmiş çəkli və texnoloji proses üçün işlənmiş SCADA funksiyalı proqram təminatının əsas pəncərəsi təsvir olunub. Bu pəncərə vasitəsi ilə operator bütün texnoloji prosesə nəzarət edə bilir. Saniyədə bir intervalla Mitsubishi şirkətinin Melsec Q seriyalı PLK-dən alınan informasiyanı emal edilərək istifadəçi interfeysində əks olunur. (Yəni NÖC göstəriciləri hər saniyə yenilənir). Operator klapanları idarə edən vericilərin göstəricilərinə nəzarət etməklə yanaşı, onların qəzadan öncə siqnallamasını da müşahidə edə bilir. Həmçinin klapanları idarə edə bilər.
16 İstifadəşiyə həm nəzarət olunan, həm də siqnalizasiya olunan parametrlərin minimum və maksimum sərhədlərini dəyişmək, idarə olunan klapanların avtomatik nəzarətinə icazə və ya qadağa qoyulması imkanı verilir. Bu məqsədlə aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:
17 Texnoloji prosesin avtomatik nəzarəti və idarə olunması zamnı baş verən hadisələr və operator tərəfindən olan müdaxilələr verilənlər bazasında (SQL serverdə) xronoloji ardıcıllıqla qeyd olunur və istifadəçiyə cədvəl şəkliddə təqdim edilir. Bunun üçün aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:
18 5 ədəd şlef xəttindən, 19 ədəd quyudan, 9 ədəd separatordan, 7 ədəd tutumlardan daxil olan parametrlərin qrafik şəkildə istifadəçiyə təqdim olunması (toplam 123 parametr) üçün aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:
19 5 ədəd şlef xəttindən, 19 ədəd quyudan, 9 ədəd separatordan, 7 ədəd tutumlardan daxil olan parametrlərin verilənlər bazasında saxlanması və cədvəl şəklində istifadəçiyə təqdim olunması (toplam 123 parametr) üçün aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:
20 Qaradağ YQA-da 4ədəd mövcud və 3 ədəd yeni əlavə edilmiş Floboss -107 tipli sərfölçəndən (19- ədəd quyu və iki ədəd KS-1, KS-2 ayrılmış xətt üzrə) daxil olan qazın təzyiqinin, temperaturun, təzyiqlər fərqinin, anı, saatlıq, sutkalıq, ötən günün sərfinin hesablanması və istifadəçiyə cədvəl və qrafik şəkildə göstərilməsi məqsədilə aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:
21 İstifadəşiyə NÖC avadanlıqlarının xarakteristikalarının minimum və maksimum sərhədlərini daxil etmək və ehtiyac olarsa dəyişmək mkanı verilir. Bunun üçün aşağıda təsvir olunmuş ictifadəçi pəncərəsi yaradılıb:
22 Analoq vericilərin yoxlanılması
23 Dərin dəniz özüllərində (DDÖ) və stasionar dəniz özüllərində (SDÖ) layihələndirmənin NÖC və avtomatika hissəsinin yerinə yetirilməsi : -Texnoloji hissə üçün NÖC və Avtomatika -avtomatik yanğından müdafiə və qaz təzahürünə nəzarət sistemləri, -avtomatlaşdırılmış yanğınsöndürmə sistemləri və video-müşahidə sistemlərinin layihələndirilməsi əsasında aparılır. Layihələndirmənin Avtomatıaşdırma hissəsi bir qayda olaraq aşağıdakı hissələrə ayrılır: Neft quyularının abadlaşdırılması üzrə NÖC və Avtomatika 1. özüllərin neft quyularının yığım sistemi 2.seperasiya sistemi 3.qazlift qazının neft quyularına paylanması sistemi 4.drenaj sistemi 5.nəql sistemi kimi əsas tərkib hissələrinə, Qaz quyularının abadlaşdırılması üzrə NÖC və Avtomatika 1.özüllərin qaz quyularının yığım sistemi 2.seperasiya 3. nəql sistemi kimi əsas tərkib hissələrindən ibarət ola bilər. Özülün lokal AİS-lərində texnoloji parametrlərə nəzarət və müvafiq icra mexanizmlərin idarəedilməsi ən müasir NÖC və Avtomatika avadanlığı, PLC bazasında idarəetmə sistemləri vasitəsi ilə həyata keçirilir. Özülün lokal AİS-ləri inteqrasiya olunaraq Mərkəzləşmiş məlumat-nəzarət və idarəetmə sistemi şəklində birləşdirilir. Layihələndirmə işləri normativ sənədlərdə (ГОСТ , ГОСТ , СНиП , ПБ ) göstərilən tələblərə, Sifarişçilərin istəyi ilə bir çox layihələr (xüsusən avtomatlaşdırılmış yanğınsöndürmə sisteminin layihələndirilməsi) beynəlxalq standartalrın (ATEX, API, NFPA, IEC 61508, IEC 61511, IEC 61131) tələblərinə uyğun olaraq aparılır.
24 Neft quyularının abadlaşdırılması üçün istifadı olunan ə sas qurğulardan aşağıdakıları göst ə rm ə k olar: «OZNA Vx» qurğusu–neft quyularının debitinin (hasilatının) ölçülməsi üçün nəzərdə tutulub. Seperasiyasız texnologiya əsasında işləyən «OZNA Vx» çoxfazalı ölçü qurğusu olub «OZNA» və «Şlyumberje» şirkətləri tərəfindən işlənmişdir. Avtomatik qazpaylayıcı qurğu URQ- L neftqazçıxarma müəssisələrində işçi aqentin (qazın) qazlift quyularına vurulması və qazın sərfinə nəzarıətin, qeydiyyatının təmin edilməsi üçün istifadə olunur. 24 из 54
25 DIQQ Ə TİNİZ Ə GÖR Ə ÇOX SAĞ OLUN.
İdarəetmə səviyyələri və idarəetmə prosesləri
1. İdarəetmə səviyyələri və pillələri;
2. Aşağı, orta, ali səviyyələr;
3. Menecerlərə xas olan xüsusiyyətlər
4. İdarəetmə prosesi nədir?
5. Texnoloji prosesin xüsusiyyətləri.
6. Səmərəli idarəetmə və onun təşkili.
7. Əməyin üfüqi və şaquli bölüşdürülməsi.
8. İdarəetmə səviyyələri və pillələrinin təşkili.
Hər bir müəssisə özünün fəaliyyət sahəsindən asılı olmayaraq müəyyən idarəetmə quruluşuna malik olmalıdır. Burada idarəetmə səviyyələrini və pillələrini fərqləndirmək lazımdır. Bu baxımdan, bütün orta və iri təşkilatlarda (firmalarda, müəssisələrdə) üç idarəetmə səviyyəsinin (pilləsinin) yaradılması labüddür. Bunlar aşağıdakılardır: a) aşağı manqa – texniki səviyyə; b) orta manqa – idarəetmə səviyyəsi; c) ali manqa – institut səviyyəsi (Cədvəl 3).
Təşkilatlar adətən kiçik, orta və böyük olurlar və onların idarəetmə işləri də həcmcə müxtəlif olur. Buna görə də idarəetmə işini təşkilatın işçiləri arasında mütənasib bölüşdürmək lazım gəlir. İdarəetmə əməyinin bölüşdürülməsi formalardan biri üfüqi, digəri isə şaquli xarakter daşıyır.
Konkret rəhbərlərin ayrı-ayrı bölmələrdə və eyni səviyyədə yerləşdirilməsi, asılı olmayan üfüqi əlaqələri meydana gətirir.
İdarəetmə işinin şaquli bölüşdürülməsi isə, idarəetmə səviyyələrini və pillələrini yaratmaqla asılılıq və cavabdehlik xüsusiyyətlərini əmələ gətirir.
Rəhbər işçiləri, ənənəvi olaraq idarəçilik səviyyələrinə uyğun olaraq, üç kateqoriyaya ayırırlar:
1.Aşağı (texniki) səviyyə rəhbərləri;
2.Orta (idarəetmə) səviyyə rəhbərləri;
3.Ali (institut) səviyyə rəhbərləri.
Aşağı səviyyə rəhbərləri (low managers) kiçik rəislərdir, onları həm də əməliyyat rəhbərləri adlandırırlar. Aşağı (texniki) səviyyədə çalışan rəhbər şəxslər, əsasən məhsul istehsalında və ya xidmət göstərilməsində fasiləsiz effektiv işin təmin edilməsi üçün lazım olan gündəlik əməliyyatlar və fəaliyyətlə məşğul olurlar. Bu səviyyə, fəhlələr və başqa işçilər üzərində bilavasitə nəzarət edən təşkilati səviyyədir. Kiçik rəislər əsasən istehsal texnologiyasının düzgün yerinə yetirilməsinə və işlərin gedişi prosesində həmin istehsalla məşğul olan işçilərə nəzarət etməklə məşğuldurlar. Bu səviyyənin rəhbərləri əmək, xammal və avadanlıq kimi resursların onlar üçün ayrılan hissəsinə bilavasitə cavabdehdirlər. Onlar həmçinin ilkin informasiyaların ilkin toplayıcılarıdırlar.
Rəhbərlərin əksəriyyəti idarəetmə fəaliyyətinə məhz aşağı səviyyədən başlayırlar. Tədqiqatlar göstərirlər ki, aşağı səviyyə rəhbərlərinin işi gərgindir və müxtəlif fəaliyyətdən ibarətdir. Onların işi tez-tez baş verən fasilələrlə və bir işdən başqa işə keçməklə xarakterizə olunur. Müəyyən olunmuşdur ki, ustalar öz iş vaxtının təxminən yarısını işçilərlə ünsiyyətdə olurlar. Onlar öz işçiləri ilə çox, digər ustalarla bir qədər az, öz rəhbərləri ilə daha az ünsiyyətdə olurlar.
Orta səviyyə rəhbərləri.(middle manager) Son illərdə idarəetmənin orta səviyyəsi həm işçilərinin sayına görə, həm də görülən işlərin həcminə görə xeyli yüksəlib. Böyük təşkilatlarda orta səviyyə rəhbərlərinin sayı o qədər çox ola bilər ki, verilən qrupu iki yerə bölmək lazım gələr. Əgər bu baş verərsə, onda iki səviyyə meydana çıxar: orta səviyyənin yuxarı və aşağı səviyyələri. Beləliklə də idarəetmənin 4 səviyyəsi yarana bilər: yuxarı, yuxarı orta, aşağı orta, aşağı. Orta səviyyədə yerləşən rəhbər şəxslər, əsasən təşkilat daxilində planlaşdırma, idarəetmə və əlaqələndirmə ilə məşğul olurlar. Onlar fəaliyyətin müxtəlif normalarını, təşkilatın müxtəlif bölmələrinin səylərini və pillələri biri – birilə əlaqələndirir və uyğunlaşdırırlar. Orta səviyyə rəhbərləri tərəfindən aşağı və ali səviyyə rəhbərləri arasında əlaqələr qurulur və onlara nəzarət edilir.
Orta səviyyə rəhbərlərinin işini qiymətləndirmək və bu səviyyədəki idarəetmə işlərini hər hansı bir meyarla ölçmək çox çətindir. Çünki onların işləri təşkilatdan – təşkilata xeyli fərqlidirlər. Bəzi təşkilatlarda orta səviyyə rəhbərlərinə əla səlahiyyətli iş tapşırılır ki, onların işi yuxarı səviyyə rəhbərlərinin işi ilə eyni olur və onlar qərar qəbul edilməsi prosesinin iştirakçısı olurlar. Onlar, müəssisə qarşısında duran problemləri müəyyən edərkən müzakirələrdə iştirak edir, yenilik gətirən yaradıcı təkliflər işləyib hazırlayır və eyni zamanda müəyyən edilmiş məqsədlərə çatmaq üçün planlaşdırma və təşkiletmə işlərini həyata keçirirlər. Əsas idarəetmə işlərinin əksər çoxluğu adətən orta səviyyədə yerinə yetirilir. Orta səviyyə rəhbərləri ümumi idarəçilik işlərinin təxminən 60-70%-ni icra edirlər.
Ali səviyyə rəhbərləri (top manager) əsasən strategiyanın işlənib hazırlanması, ali məqsədlərin formalaşdırılması, təşkilatda müxtəlif dəyişikliklər aparılması, təşkilatla xarici mühit arasındakı münasibətlərin qurulması və idarə edilməsi, həmçinin təşkilatın mövcud olduğu və fəaliyyət göstərdiyi mühitin öyrənilməsi və münasib tədbirlər görülməsi ilə məşğul olurlar.
Ali səviyyə rəhbərləri, müəssisənin missiyasını (başlıca məqsədini) qarşıya qoyur və onun icrası mexanizmini qurmaqla ümumi rəhbərliyi təmin edirlər. Onlar təşkilatın yaradılması, yaşadılması və inkişafı üçün vacib qərarların qəbul edilməsində və həyata keçirilməsində cavabdehdirlər.
Bəzi hallarda, idarəetmənin birinci və ikinci səviyyələrində bir yox bir neçə iyerarxiya asılılığı qurulur ki, bunlar da idarəetmə pillələrini təşkil edirlər. Əslində belə idarəçilik quruluşu «skalyar zəncir» adlandırılır və həm yuxarıdan aşağıya, həm də tərsinə asılılıq və cavabdehlik münasibətlərini təşkil edir. İdarəetmə pillələrinin çoxluğu idarəetmə xərclərinin artmasına səbəb olduğundan müasir təşkilatlarda az pilləli idarəetmə quruluşuna üstünlük verilir. Çünki, yalnız bu yolla idarəetmə xərclərini azaltmaq və müəssisənin əmək məhsuldarlığını yüksəltmək olar.
İdarəetmə pillələrinin azaldılması və idarəçilik xərclərinin minimuma endirilməsinin ən əsas yolu, müasir kompüter texnologiyasından və informasiya şəbəkəsindən istifadə etməkdir. Çünki, bu müasir texnoloji vasitələr informasiyanın və qəbul olunmuş qərarların çox böyük sürətlə və operativ olaraq lazımi ünvanlara çatdırılmasını tamamilə və xətasız təmin edirlər. Bu halda həmçinin sənədləşdirmə və sənəd dövriyyəsi də xeyli azalır və bu məqsədlə əlavə işçi qüvvəsinin cəlb edilməsinə ehtiyac olmur. Bu isə öz növbəsində idarəetmə pillələrinin artırılmasına olan ehtiyacı aradan qaldırır.
İdarəetmə səviyyələrində və pillələrində çalışan bütün menecerlər fərqli fəaliyyət göstərirlər. Lakin, bütün səviyyələrdə çalışan menecerlər üçün xarakterik olan ümumi keyfiyyətlər və tələblər demək olar ki, eynidir və hər bir menecer aşağıdakıları bacarmalıdır:
– adamlarla ünsiyyəti bacarmaq, yaradıcı işi, səmərələşdiriciliyi, ixtiraçılığı həvəsləndirmək və dəstəkləmək;
– işçiləri seçmək və onları işə hazırlamaq (oxutmaq);
– yuxarı rəhbərliyin sərəncamlarını icra etmək və subordinasiyaya əməl etmək;
– şikayətçiləri dinləmək və şikayətləri araşdırmaq;
– təsərrüfatçılığın və idarəçiliyin hüquqi cəhətlərini bilmək;
– xarici mühitin təsirlərini qabaqcadan görmək;
– iqtisadi qanunları bilmək və onlara əməl etmək;
– öz elmi biliyini və səriştəsini artırmaq;
– öz imkanlarını məhsuldarlığın və keyfiyyətin yüksəldilməsinə yönəltmək;
– rəqabətə dözümlülüyü təmin etmək;
– xarici bazara çıxmağı bacarmaq və s.
Menecer – mülkiyyətçiyə görə muzdlu işçidir və ondan əmək haqqı alır, işçilərə görə isə, mülkiyyətçinin səlahiyyətli nümayəndəsidir və rəhbər işçi kimi onun maraqlarının ifadəçisidir.
Menecerlərin həyata keçirdikləri idarəetmə prosesinin izahından əvvəl, idarəetmə nədir – sualına qısaca cavab verək. Bəzi alimlərin fikrinə görə idarəetmə – prinsiplərin, funksiyaların, metodların və üslubların bilavasitə həyata keçirilməsidir. Digər baxımdan isə idarəetmə – adamları (işçi qüvvəsini) və əmək vasitələrini elə işlətməkdir ki, son məqsədə çatmaq mümkün olsun və ən az məsrəflə ən çox gəlir əldə edilsin.
Özəl müəssisələr üçün yeganə məqsəd gəlir götürməkdir. Bu baxımdan idarəetmə, gəlirin əldə olunmasına yönəldilən məqsədə çatmağın yollarıdır və yaxud, qarşıya qoyulan məqsədə çatmağın həlli mexanizmidir.
İdarəetmə prosesi, xammallardan hazır məhsul alınması üçün texnoloji əməliyyatların təşkili və icrası ardıcıllığının məqsədyönlü inkişaf etdirilməsidir.
İstehsal prosesi, kadrların köməyilə texnoloji əməliyyatların icra ardıcıllığıdır.
İstehsal prosesini aşağıdakı xüsusiyyətlərə görə təsnifləşdirmək olar:
-Texnoloji prosesin idarə olunması.
-Əməliyyat sisteminin idarə olunması.
-Maliyyə sisteminin idarə olunması.
-Qiymət və qiymətləndirmə sisteminin idarə olunması.
-Kadrların idarə olunması.
-Mühasibat uçotunun təşkili və nəzarət funksiyasının idarə olunması.
-İnformasiya şəbəkəsinin qurulması.
-Təşkilatın strukturunun yaradılması.
-Bölüşdürmə və əlaqələndirmə sisteminin təşkili (logistika).
-Marketinq.
-Servis xidmətinin təşkili.
Texnoloji prosesə daxil olan zəruri elementlər: xammal, avadanlıqlar, enerji, su təchizatı, işçi qüvvəsi, nəqliyyat və s-dir.
İstehsal xarakterli müəssisələrdə idarəetmə prosesini 3 mərhələyə ayırmaq olar:
-1-ci mərhələdə istehsala qədərki dövrdə hazırlıq və təşkilati işlər görülür;
-2-ci mərhələdə – istehsal prosesində, işçilərin və texnologiyanın köməyi ilə xammaldan hazır məhsulun alınması təmin edilir;
-3-cü mərhələdə, hazır məhsulun satışı və satışdan sonrakı xidmət (servis) yerinə yetirilir.
Bu üç mərhələ birlikdə, əməliyyat sistemi adlanır. Menecerlər adətən əməliyyat sistemini idarə edirlər.
Səmərəli idarəetmə.Keçən əsrin əvvəllərində, əslən alman olan iqtisadçı alim Harrinqton Emerson iqtisadiyyat elminə məhsuldarlıq anlayışını daxil etmişdir. Məhsuldarlıq bilavasitə istehsal və səmərəlilik ilə bağlıdır. İdarəetmə prosesində əsasən səmərəlilik anlayışı daha çox işlədilir. Məhsuldarlıq o yerdə işlənir ki, fiziki reallıqdan söhbət getsin. İdarəetmənin keyfiyyəti və idarəetmənin müsbət nəticəsi yalnız görülmüş işin son nəticəsi ilə ölçülür. Səmərəlilik və məhsuldarlıq dedikdə 2 xüsusi halı qeyd etmək vacibdir:
1. Məhsul istehsalına çəkilən xərclər və götürülən gəlir müqayisəli şəkildə tutuşdurulur və əldə edilən gəlir çəkilən xərcdən çox olduqda görülən iş səmərəli hesab olunur.
2. Sərf edilən zəhmət müqabilində əldə edilən son nəticə başlanğıcla müqayisə olunur. Əgər əldə edilən son məhsulun həcmi (miqdarı) ilkin həcmdən (miqdardan) çoxdursa, demək məhsuldarlıq da vardır.
İdarəetmənin səmərəli təşkili və aparılmasını ölçmək üçün aşağıdakıları bilmək lazımdır:
-İdarə xərcləri nə qədərdir;
– idarə işçilərinin maaşları nə qədərdir;
-dəftərxana xərcləri nə qədərdir;
-borclar nə qədərdir.
İdarəetmənin ölçü meyarı – nəticədir. Nəticə müsbətdirsə, idarəetmə səmərəlidir və əksinə – nəticə mənfidirsə, idarəetmə səmərəsizdir. Səmərəli fəaliyyət səmərəli nəticə deməkdir. İdarəetmənin səmərəliliyi, ilk növbədə kollektivin sosial vəziyyətinin – durumunun inkişafı səviyyəsi ilə ölçülə bilər. Sosial vəziyyət yaxşılaşırsa idarəetmə səmərli, pisləşirsə səmərəsiz hesab edilə bilər. Sosial duruma təsir edən amillər ilk növbədə işçilərin əmək haqqının artımı, yaşayış və dolanışıq şəraitinin yaxşılaşması, maddi təminatın və mənəvi rahatlığın əldə olunmasıdır.
Əks təsir göstərən amillərə misal olaraq, real işə mane olan əsas səbəb kimi inzibati idarəetmə təfəkküründən uzaqlaşa bilməməyi və «yuxarıdan» göstəriş gözləməyi demək olar. İdarəetmənin səmərəli olması, həm də, rəhbər vəzifə tutan şəxsin öz fərdi keyfiyyətlərindən asılıdır. Rəhbərin öz şəxsi keyfiyyətləri (xüsusiyyətləri) ondadır ki, köhnəliyi vaxtında aradan qaldırmağı, müasirliyi görməyi və tətbiq etməyi bacarır, öz intellektual səviyyəsini, biliyini, səriştəsini artıra bilir.
İnzibatçılığın mənfi cəhəti odur ki, həddindən artıq bürokratik münasibətlər korrupsiyaya yol açır. İdarəetmənin səmərəsini azaldan və yaxud ona mənfi təsir göstərən inzibati idarəetmə prinsiplərinin qorunub saxlanmasının əsas səbəbi də məhz korrupsiyadır. Özəlləşdirmə prosesinin sürətləndirilməsi, müəssisə və təşkilatların müstəqil fəaliyyəti və həmçinin dövlət qanunçuluğu ilə tənzimlənən vergi və rüsum siyasəti birlikdə idarəetmənin səmərəliliyinə müsbət təsir göstərə bilər.
Əməyin üfüqi və şaquli bölüşdürülməsi.Təşkilatın ən zəruri amillərindən biri və başlıcası əmək bölgüsüdür. Əgər məqsədə çatmaq üçün iki adam birgə işləyirsə, onlar işi öz aralarında bölüşdürməlidirlər. Daha çox işçi olduqda isə əmək bölgüsü bütün işçilər arasında aparılmalıdır. İşin çoxlu sayda ixtisaslaşdırılmış hissələrə bölünməsi, təşkilata daha çox məhsul istehsal etməyə imkan verir.
Bütün işin tərkib hissələrə bölünməsi əməyin üfüqi bölüşdürülməsidir. Təşkilatlarda əməyin üfüqi bölüşdürülməsi kifayət qədər dəqiq aparılmalıdır. Təşkilatlarda əməyin üfüqi bölüşdürülməsi elə aparılmalıdır ki, təşkilatın funksiyalarını və fəaliyyətinin məqsədini dəqiq əhatə edə bilsin. İstehsal müəssisələrində əməyin üfüqi bölüşdürülməsinin klassik nümunəsi – istehsal, marketinq və maliyyə funksiyalarının təşkilidir.
Təşkilatın işi tərkib hissələrinə bölündüyü kimi, iyerarxiya səviyyələrinə görə də bölünür. Bu halda ayrı-ayrı səəviyyələrdəki qrupların işinin müvəffəqiyyətli olması üçün onlar mütləq şaquli əlaqələndirilməlidir. Əməyin şaquli bölüşdürülməsi, idarəetmə fəaliyyətində səlahiyyət və cavabdehlik münasibətlərini müəyyən edir və eyni zamanda idarəetmə səviyyələrini və pillələrini yaradır.
Həm şaquli, həm üfiqi əlaqələrin qurulması idarəetmə şəbəkəsini təşkil edir ki, bu da idarəetmə prosesinin təşkili və icrası üçün zəruri amil hesab olunur. Yalnız belə olduqda idarəetmə prosesi uğurlu nəticələrlə yekunlaşa bilər.
İdarəetmə prosesinin təşkilində ən ümdə məsələ müəssisəni yaşatmaqdır. Müəssisənin həyatını insan ömrünə bənzətmək olar. O da insan kimi doğulur (yaradılır), gəncləşir, yetkinləşir və nəhayət qocalaraq ölür(dağılır). Lakin, qocalmış insanı ölümdən qurtarmaq mümkün olmadığı halda, “qocalmış” “ müəssisəni dirçəltmək və yaşatmaq mümkündür və bu vacibdir. Əks halda, müəssisə dağılar, sahibkar müflis olar və yüzlərlə işçi işsiz qalar.
Aşağıdakı sxemin köməyilə müəssisənin yaşadılması və inkişaf etdirilməsi texnologiyasını izah edək (Şəkil 4).
Şəkil 4. Müəssisənin yaşadılması və inkişafı
Şəkildə:1.uşaqlıq; 2.gənclik; 3.yetkinlik; 4.qocalıq dövrlər
Sxemə nəzər salsaq görərik ki, uşaqlıq və gənclik dövrlərini başa vurmuş müəssisə özünün yetkinlik dövründə müəyyən sabit gəlirlə (P1) işləyir və bir müddət müntəzəm qazancla işləyir. Lakin, qocalıq dövrü başlandıqda bu gəlir tədriclə azalaraq heçə enə bilər və müəssisə müflisləşib bağlana bilər. Belə halda, ağıllı sahibkar (yaxud menecer) müflisləşməyə yol verməmək üçün, müəssisənin dirçəldilməsini təmin edə biləcək tədbirlər görməli və müəssisəni “ölümdən”“ (dağılmadan) xilas etməlidir. Bu zaman nəinki müəssisəni xilas etmək, hətta əlavə gəlir götürmək barədə fikirləşmək lazımdır. Bu isə müxtəlif yollarla həyata keçirilə bilər:
- istehsal texnologiyasını dəyişməklə məhsulun keyfiyyətini yüksəltmək;
- köhnəlmiş avadanlıqları yeniləri ilə əvəz etmək (modernləşdirmək)
- bazarın tələblərinə cavab verən tamamilə yeni məhsulun istehsalına (başlamaq)
- digər sahələrə diversifikasiya etmək və s.
Əgər belə tədbirlər görülərsə və digər mühüm amillər nəzərə alınarsa (kadrların peşəkarlıq səviyyəsi, xammalların keyfiyyəti, avadanlıqların məhsuldarlıqları və s. yüksəldilərsə), sxemdə verilmiş ikinci dövr başlayar və
müəssisə nəinki ölümdən qurtular, hətta P2 gəlirlə işləyə bilər. Bu qayda ilə üçüncü prosesi təşkil etməklə P3 gəliri əldə etmək olar. Beləliklə də gəlir artımını əks etdirən A, B,V nöqtələrini birləşdirməklə müəssisənin inkişaf dinamikasını – SS xəttini alırıq. Bu isə o deməkdir ki, müəssisənin yaşamasının ilə yanaşı, onun gəlirinin dinamik artırılması da təmin edilmişdir.
Burada bir vacib şərti də qeyd etmək lazımdır ki, daha yüksək qazanc əldə etmək üçün, bütün hallarda müəssisənin uşaqlıq, gənclik və qocalıq dövrlərini minimuma endirmək, yetkinlik dövrünü isə maksimumu çatdırmaq lazımdır.
Əgər hər bir müəssisə bu qayda ilə özünün yaşamasını və dinamik inkişafını təmin edə bilərsə, bu həm də bütövlükdə cəmiyyətin inkişafı demək olar. Bu isə cəmiyyətin təbii inkişaf qanunauyğunluğu ilə üst-üstə düşdüyündən mütərəqqi hal kimi qiymətləndirilə bilər.
Mənbə Ağasəf M.İmran-ın Menecment kitabından
- Teqlər:
- idarəetmə
- , menecer
- , menecerin xüsusiyyətləri
- , idarəetmə prosesi
- , menecment
- , idarəetmə səviyyələri
- , ierarxiya
Comments are closed, but trackbacks and pingbacks are open.