Press "Enter" to skip to content

I lham əliyev multikulturalizmin azərbaycan modeli haqqında

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə ölkəmizdəki multikultural mühitdən və Azərbaycan Bibliya Cəmiyyətinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.

I lham əliyev multikulturalizmin azərbaycan modeli haqqında

Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi, Beynəlxalq Olimpiya Komitəsinin

Avropa üçün daha bir “İsgəndər” TƏHLÜKƏSİ.

Tarix: 17-12-2017, 15:22 Oxunma sayı: 832 Bölmə: Dünya

Finlandiyalı hərb elmləri üzrə professor Petteri Lalu hesab edir ki, yaxın vaxtlarda Baltik dənizi

Bu il narkotiklə bağlı qeydə alınan cinayətlərin sayı AÇIQLANDI

Tarix: 11-10-2021, 16:30 Oxunma sayı: 220 Bölmə: Kriminal

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı

Xızıda şəhidimiz ziyarət edildi – FOTO

Tarix: 29-06-2022, 14:00 Oxunma sayı: 110 Bölmə: Cəmiyyət

Xızıda şəhidimiz ziyarət edildi – FOTO

Ayan “Bahalı” klipini təqdim etdi – Video+Fotolar

Tarix: 12-10-2022, 10:30 Oxunma sayı: 93 Bölmə: Şou-biznes

Ayan “Bahalı” klipini təqdim etdi – Video+Fotolar

Prezidentin möhtəşəm təyyarəsi – Ərəb şeyxlərinin hava gəmisi ilə rəqabətə girə bilər – FOTOLAR

Tarix: 6-05-2015, 10:23 Oxunma sayı: 1 340 Bölmə: Dünya / FOTO

Prezidentin möhtəşəm təyyarəsi – Ərəb şeyxlərinin hava gəmisi ilə rəqabətə girə bilər – FOTOLAR

I lham əliyev multikulturalizmin azərbaycan modeli haqqında

Oktyabrın 29-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi, Azərbaycan Bibliya Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “Müasir Azərbaycanda multikulturalizm harmoniyası və tolerantlıq nümunəsi” mövzusunda konfrans keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə ölkəmizdəki multikultural mühitdən və Azərbaycan Bibliya Cəmiyyətinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin moderatorluğu ilə keçirilən konfransda çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, dinlərarası harmoniya bir çox ölkələrdə mövcuddur. Azərbaycanı fərqləndirən cəhət tarixən formalaşan bu mühitin xalqın həyat tərzinə və dövlət siyasətinə çevrilməsidir. Azərbaycanda formalaşan bu modelə maraq daha da artır. Dünya birliyi başa düşür ki, nə qədər güclü iqtisadiyyata, hərbi potensiala malik olsalar da, mənəvi dəyərlər sistemi pozulduğu təqdirdə dünyada sülhü, birliyi, həmrəyliyi əldə etmək qeyri-mümkün məsələdir.

“Dünyada cərəyan edən ictimai-siyasi proseslərə nəzər saldıqda görürük ki, baş verən gərginliklərin əsasında dini və etnik zəmində baş verən münaqişələr dayanır. Belə mühitdə tolerantlığın, multikulturalizmin, birgəyaşayışın əhəmiyyəti olduqca vacibdir. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən bu strategiya dünya birliyi tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanda sınaqdan keçən, dinlərarası, mədəniyyətlərarası əməkdaşlığa töhfə verən model zamanın tələbidir və bunun alternativi yoxdur. Artıq Azərbaycanda və dünyada keçirilən tədbirlərdə ölkəmizin bu təcrübəsinin dünyada təbliğ olunması barədə çağırışlar edilir. Noyabr ayında Azərbaycanda “Dünya dini liderlərinin II Bakı sammiti” keçiriləcək. Əminik ki, həmin konfransda da yeni çağırışlar, təşəbbüslər irəli sürüləcək”, – deyə S.Heydərov qeyd edib.

Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev bildirib ki, Azərbaycan müxtəlif dinləri birləşdirən müqəddəs Vətəndir. Azərbaycan burada yaşayan bütün fərqli dinlərə, müxtəlif mədəniyyətlərə məxsus xalqların evidir. Burada müxtəlif dinlərin nümayəndələri sülh və mehribanlıq şəraitində yaşayır. Biz müxtəlif dinlərə məxsus olsaq da, məqsədimiz Azərbaycanın ictimai-siyasi sabitliyinin qorunmasıdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanın mədəniyyətlərarası, sivilizasiyalararası siyasətin uğurla təşkil olunmasında mədəni körpü rolunu oynadığını bildirib. O, ölkəmizdə tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatmasının dövlətimizin başçısının apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsi olduğunu vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov dünyada dini sahədə gedən proseslərə diqqət çəkərək bildirib ki, etnik və dini tolerantlığa nail olunmuş ölkələrdə yüksək inkişaf üçün şərait mövcuddur. Onun sözlərinə görə, institutda İslam dini ilə yanaşı, xristianlığın da tarixi öyrədilir. Rektor növbəti illərdə xristianlıq və yəhudiliklə bağlı fənlərə daha geniş yer veriləcəyini deyib və bu prosesdə ölkəmizdəki dini icmalarla birlikdə fəaliyyət göstərəcəklərini diqqətə çatdırıb.

Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının yepiskopu Vladimir Fekete, Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmasının sədri İlya Zençenko çıxışlarında bildiriblər ki, Azərbaycanda milli-mənəvi dəyərlərin, etnik rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi önəm verilir. Azərbaycan tarixən etnoqrafik rəngarəngliyi ilə seçilib. Burada çoxsaylı etnik qruplar yaşayır. Hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlayır. Bütün bunlar Azərbaycanda dini tolerantlıq sahəsində yaradılan şəraitin göstəricisidir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışında vurğulayıb ki, dinlərin əsas sütunu ortaq dəyərlərdir və müasir dövrümüzdə dəyərlərin qorunmasında dinlərin rolu əvəzsizdir. Azərbaycanda İslamdan əvvəl də müxtəlif dinlərin mövcud olduğunu və bu dinlərin bizim mədəniyyətimizin qurulmasında böyük rol oynadığını qeyd edən M.İsmayılov bildirib: “Azərbaycanın xaricdə tanıdılması üçün ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar da əməli işlər görürlər. Amma bu istiqamətdə fəaliyyətin dairəsi daha da genişləndirilməlidir. Biz dünyanın ən aparıcı kanallarına, mətbuatına çıxmalı, sosial şəbəkələrdə fəal təbliğat aparmalıyıq”.

Sonda Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov rəhbərlik etdiyi qurumun son illərdəki fəaliyyətini əks etdirən təqdimatla çıxış edib.

I lham əliyev multikulturalizmin azərbaycan modeli haqqında

Dekabrın 24-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri ADU-nun rektoru, akademik Kamal Abdulla giriş sözü ilə açaraq Azərbaycan Respublikasının multikulturalizm siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, müasir dövrdə isə bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini möhkəmlədir. Beynəlxalq müstəvidə isə bu siyasət mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan edilməsi multikulturalizm siyasətinə dövlətin önəm verməsinin bariz nümunəsidir.

Kamal Abdulla qeyd edib ki, italyan, ispan və fransız dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb. Kitabda dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın multikulturalizm, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur. Kitab ilk dəfə 2017-ci ildə Azərbaycan, rus və ingilis dilində çap edilib.

BBMM-in İcraçı direktoru Rəvan Həsənov çıxışında vurğulayıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təməli beş il əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Mərkəz multikulturalizm siyasətinin daha möhkəm təməl üzərində qurulması və inkişafı məqsədilə dövlət başçısının verdiyi dəyərli tövsiyələr əsasında ötən müddət ərzində ölkəmizdə xalqlar və fərqli konfessiyalar arasında tarixi birgəyaşayış həyat tərzinin möhkəmləndirilməsi, inkişafı və təbliği istiqamətində fəaliyyətini gücləndirib, yeni yaradıcılıq platformasını formalaşdıra bilib.

Rəvan Həsənov qeyd edib ki, kitabın nəşrinin əsas məqsədi Azərbaycan mutukulturalizm modelini dunyanın aparıcı dillərində xarici ölkələrdə təbliğ etmək və bu modelin siyasi əsaslarını göstərməkdir. Bu kitab həm mərkəzin, həm də ölkəmizdə olan müxtəlif qurumların Azərbaycan multikulturalizmi və tolerantlıgı, mədəni və dini müxtəlifliyi haqqında bir yol xəritəsidir. Kitab ölkəmizdə olan xarici diplomatik nümayəndəliklərə, eləcə də xarici ölkələrdə olan ali təhsil ocaqlarına və siyasi dairələrə mərkəz tərəfindən çatdırılıb və ilkin rəylər yüksək səviyyədədi.r

Sonra İtaliyanın ölkəmizdəki səfirinin müavini Umberto Boeri, Dini Qurumlara İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov və digərləri çıxış edərək bildiirblər ki, Azərbaycan Respublikasının multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən etiraf olunur. Bütün dünyada Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsinə artan maraq dövlətimizin multikulturalizm mərkəzlərindən biri kimi yüksək imicin qazanmasına səbəb olub.

Comments are closed, but trackbacks and pingbacks are open.