I lyas əfəndiyev hekayələri
Günün havası – Yağış, 21 dərəcə isti.
I lyas əfəndiyev hekayələri
07-11-2019 19:59
Dalidag.az İlyas Əfəndiyevin hekayəsini təqdim edir:
XƏNCƏR
B u əhvalat İran Azərbaycanının kiçik bir şəhərində oldu. Şəhərin arxa tərəfi meşə,qabaq tərəfi isə göz işlətdikcə uzanıb gedən geniş düzənlik idi.Palçıqdan hörülmüş hündür barılar içində yerləşən və demək olar ki,hamısı bir mərtəbədən ibarət kərpic evlərin yalnız damları görünürdü.
Bir ilə yaxın idi ki,şəhər xoşbəxt günlər keçirirdi. Bir ilə yaxın idi ki,İran Azərbaycanında milli hökumət qurulmuşdu.Dukanların üzərindən farca lövhələr götürülmüş,yerinə AZƏRBAYCAN dilində yazılmış lövhələr vurulmuşdu.Küçələrin adları dəyişdirilib Azərbaycanca olmuşdu.Adamlar “ana dili”,milli hökumət, “AZƏRBAYCAN” sözlərini indi tez-tez təkrar edirdilər.Elə bil ki,onlar bu sözlərin tələffüzündən sonsuz bir zövq duyurdular. Elə bil ki,onlar bu sözlərlə öyünür,fəxr edirdilər. Səhər tezdən tacir və peşəkarlar Azərbaycan qəzetinin təzə nömrəsini alıb oxumağa tələsirdilər.Onlar Azərbaycan dilində çap olunmuş xəbərləri,şeir və hekayələri böyük ləzzətlə oxuyurdular.
Bir ilə yaxın idi ki, qəsəbədə açılmış təzə məktəbdə gənc qız Südabə xanım,atası sərraf Məşədi Tağının iradəsi xilafına çıxaraq müəllimlik edir,uşaqlara Azərbaycan dilində dərs deyirdi.
Məşədi Tağı qəsəbənin ən varlı taciri olub,yeganə övladı Südabəni fars və firəng dillərində oxutduraraq yüksək təhsilə çatdırmışdı.
Qızı Südabə xanım milli hökumət qurulandan sonra müəllimliyə getmək istədiyini bildirdikdə o,əvvəlcə o qədər əsəbiləşdi ki,az qaldı vurub ev-eşiyi dağıtsın. Sonra qızının öz fikrində möhkəm durduğunu görüb,işi mülayimliklə yoluna qoymaq istədi.
-Bu qədər var-dövlətlə mənim qızımın gedib itin-qurdun uşaqlarına dərs deyib pul alması mənim üçün biabırçılıqdır,-dedi.
Lakin qız itə-qurda deyil,öz həmvətənlərinə xidmət etmək istədiyini bildirdikdə,ağıllı və hiyləgər Məşədi Tağı işin nə yerdə olduğunu anlayıb susdu.19 yaşlı tacir qızında bu üsyan ruhu haradan yaranmışdı? Məşədi Tağı bunu anlaya bilmirdi.Ömrünün 50 ildən artıq bir dövrünü pul kisələri arxasında keçirən,qızılların cingiltisindən başqa bir şey görüb duymayan bu qoca sərraf,az müddətdə bütün gəncliyin qəlbinə,ruhuna hakim kəsilən vətənpərvərlik duyğusunun hökmündəki sirri anlaya bilmirdi.
Onun qəlbi də qarşısındakı qızıllar kimi soyuq və ölü idi.
Südabə xanım ucaboylu,nazikbədənli,ağ və zərif üzü iri,ala gözlərinin mehriban ifadəsi ilə işıqlanmış sakit və mülayim bir qız idi.
Südabədə milli hissin oyanması tarixi çox kiçik və adi təsadüfdən başlanmışdı.Bir dəfə rəfiqələrindən birinin evində ziyafətdə o,gözəlliyi,dövlət və rütbəsi ilə qızlar arasında şöhrət qazanmış gənc bir fars zabiti görmüşdü.Zabir ona baxıb yanındakı qıza demişdi ki:”Gözəl qızdır,amma heyif ki,azərbaycanlıdır”.Fars zabitindən təsadüfən eşitdiyi bu sözlər gənc qızın izzət-nəfsini yaralamışdı.
Buna görə də Südabə İran Azərbaycanında qalxan azadlıq hərəkatına ürək yanğısı ilə qoşuldu və bu hərəkatın gözəgörünməz coşğun dalğaları onu öz ağuşuna alaraq çox uzaqlara apardı.Həyatında ilk dəfə olaraq bu gənc qızda milli qürur hissi baş qaldırıb,bütün varlığına hakim kəsildi. O,ürək çırpıntıları ilə səhərlər yerindən qalxır,bir stəkan çay içib məktəbə tələsir,öz şagirdlərini elə təşviş,həyəcan və ehtirasla qarşılayırdı ki,elə bil onları itirəcəyindən,onlara bir şey olacağından qorxurdu.
Çoxları cın-cındır içində olan bu yarımac körpələrin şikayətsiz,tələbsiz baxışları gənc müəllimənin qəlbini odlayırdı.O,bu solğun və müəzzəb üzlərə həyəcanla baxır,göz yaşları içində düşünürdü:”Bax,bunlar mənim həmvətənlərimdir.”
Bir dəfə tənəffüs zamanı bayırda bərk səs-küy eşidib,qapını açaraq arakəsməyə çıxdı.Şagirdlər,yaxşı geyinmiş və qorxusundan ağappaq ağarmış bir uşağın üstünə dartınan və əlində xəncər olan 14 yaşlı arıq,qarabuğdayı bir oğlanı güclə saxlayırdılar. Oğlan dartınır:-.Buraxın.Mən ona kimi bişərəf olduğunu gostərərəm-deyə qəzəblə qışqırırdı.
Bu hal müəlliməni çox əsəbiləşdirdi.O,uşaqları aralayıb,əlində xəncər olan oğlanın yanına gəldi.Oğlan onu görərək sakit oldu.Yoldaşları onun qolunu buraxdılar və o,xəncərini arxasında gizlədərək başını aşağı saldı.
–Bunlar niyə dalaşır?-deyə müəllimə şagirdlərdən soruşdu.
Bax,təqsir bundadır,-yaşca o birilərindən böyük və diribaş oğlan,yaxşı geyinmiş uşağı göstərib izah etdi.–İldırım əlində xəncər olan uşaq deyirdi ki,ajanlar bişərəf adamlardır.Bu da deyir bişərəf sənsən.Çünki özünün atası farsların vaxtında ajan olub.
Müəllimə əlində xəncər olan oğlanın qolundan yapışıb müəllimlər otağına apardı.Onun təmiz,lakin onlarca yamağı olan köhnə libasına,qara qıvrım saçlarına,müqəssir halda yerə dikilən gözlərinə baxıb-Xəncəri ver bura-deyə acıqla səsləndi.Oğlan xəncəri arxasında tutb,cavab vermədi.
–Ver xəncəri-deyə müəllimə təkrar etdi. Bu zaman oğlan onun üzünə baxmadan,istər-istəməz xəncəri ona uzatdı.Müəllimə ağ sümük qəbzəli və almaz kimi iti tiyəli xəncəri nəzərdən keçirdi.
–Şagird də özü ilə xəncər gəzdirərmi?-deyə acıqla oğlana baxdı.
Oğlan nəzərlərini yerdən çəkməyərək susdu.
–Demək,xalqın uşağını öldürmək istəyirdin?-müəllimə onu diqqətlə nəzərdən keçirdi.
Birdə oğlan başını qaldırıb şəvə kimi parlaq gözlərini müəllimənin ala gözlərinə dikərək:
–O,xalqın uşağı deyil,ajanın oğludur-dedi.
Onun səsindəki kin və qətiyyətdən müəllimənin qəzəbi dərhal soyudu və o,daha da maraqla uşağa baxaraq:
–Necə məgər,ajan xalqdan deyil?-deyə gizli bir təbəssümlə soruşdu.Oğlan ona xəncər kimi kəskin nəzər salıb,təkrar yerə baxdı.Müəllimə bu ani baxışın mənasını anladı.
–Yaxşı get.Bu dəfə sənin təqsirindən keçirəm.Ancaq bir də belə iş etmə.Eşitdinmi?
Lakin oğlan yerindən tərpənmirdi.
-Niyə getmirsən?
Oğlan başını qaldırıb yavaş, lakin möhkəm səslə:
-Xəncəri verin!-dedi.
-Lazım deyil,get.Məktəb uşağı xəncər gəzdirməz.
Bir neçə saniyəlik sükutdan sonra oğlan güclə yerindən qopub,ağır addımlarla qapıya tərəf getdi və qapıya çatanda dayanıb geri çevrilərək:
-Xəncəri verin,müəllimə-dedi.
Müəllimə onun alışıb-yanan qara gözlərinə baxıb:
-Dedim ki,şagird xəncər gəzdirməz-dedi.
-Yox, verin-deyə oğlan bu dəfə titrək səslə təkid etdi.
-Çıx bayıra-deyə müəllimə qışqırdı.Oğlan başını aşağı salıb yerindən tərpənmədi və acıqla ona baxan müəllim,oğlanın qarabuğdayı yanağından yavaş-yavaş yuvarlanan bir damla göz yaşı gördü.
-Sabah mən bunun əvəzində sənə başqa bir şey bağışlayaram.Axı,xəncər sənin nəyinə lazımdır?
Müəllimənin səsindəki mərhəmət oğlanın qəlbini kövrəltdi .O,yalvardı.
–Məni bağışlayın,müəllimə-dedi,-Vallah bir də heç kəslə savaşmaram.
Ancaq xəncəri verin.
–Dedim ki, sənə bundan da qiymətlisini bağışlayacağam.
-İstəmirəm.Xəncəri verin.O,atamınkıdır.
–Eybi yoxdur.Mən atanla danışaram.
-Atam yoxdur.
-Vəfat edib?
–Bilmirəm.Ajanlar dörd il bundan qabaq tutub apardılar.
Müəllimənin iri-iri açılmış gözləri oğlanın quru atəşlə yanan gözlərinə zilləndi.Bayaqkı bir damla göz yaşı oğlanın yanağında qurumuşdu.
-Necə.Bəs o vaxtdan heç bir xəbər yoxdur?
-Yoxdur.
Bu sözü oğlan elə mükəddər,ümidsiz və yanıqlı ifadə ilə dedi və onun yanan gözləri elə bir ehtirasla müəllimənin əlindəki xəncərə dikildi ki,gənc qız bütün vücudu ilə titrədi və qeyri-ixtiyari hərəkətlə əlini yavaş-yavaş qaldırıb,xəncəri oğlana verdi.
Qız bu hərəkəti müqəddəs bir ayin icra edirmiş kimi elədi.
Oğlanın gözləri sevinclə parladı və o,xəncəri alıb otaqdan çıxdı.
Müəllim bir neçə saniyə onun ardınca baxıb ah çəkdi.
O günü dərsdən çıxıb evə gələndə müəllimə qəsəbə adamları arasında nə isə bir həyəcan hiss elədi.Elə bil ki, onlar hara isə tələsir,nədən isə ehtiyat edib susurdular.Qarşısına çıxan adamlar indi müəlliməni görərkən dünənki şən və mehriban ifadə ilə gülümsəmir,soyuq bir ehtiramla baş əyib,cəld ötürdülər.
Bu nə demək idi?
Axşam ögey anası Zərintac xanım gəlib onu atasının hüzuruna çağırdı.
Başında araqçın,çiynində əba olan Məşədi Tağı tirmə döşəkçənin üstündə oturub sulu qəlyan çəkirdi.
Onun üzündə adəti xilafına olaraq narahat ifadə var idi.
Südabə ayaq üstə onun qarşısında dayanıb :
-Nə buyurursan, ata? -deyə ehtiramla soruşdu.Bir neçə dəqiqə sükutdan sonra Məşədi Tağı başını qalıdırıb qızının üzünə baxmadan:
-Yəqin ki,təzə xəbəri eşitmisən.-dedi.
-Hansı xəbəri, ata?-deyə qız maraqla soruşdu.
-Necə hansı xəbəri ?-Məşədi Tağı zəhərli bir təbəssümlə gülümsəyib əlavə elədi-Görünür,əclaflar (o, demokrat partiya üzvlərini belə adlandırırdı).
başlarını götürüb qaçanda sənə xəbər verməyə macal tapmayıblar.
O,”qaçanda” sözünü xüsusi bir vurğu ilə tələffüz etdi.
-Heç kəs qaçmayıb,ata-deyə qız acığını boğaraq cavab verdi.
–Bu barədə mübahisə etməyin indi mənası yoxdur,qız.-Məşədi Tağı bu dəfə tamamilə sakit və mülayim bir ahənglə sözünə davam etdi.-Əgər qaçıblarsa,çox ağıllı iş görüblər.Şahın qoşunları dünən Zəncana varid olub,demokratların hamısını -uşaqdan-böyüyə qılıncdan keçiriblər.
Sabah,biri gün burada olacaqlar.
Məşədi Tağı susub qəlyandan iki qulab alandan sonra yenə də onun üzünə baxmadan tam sakit və mülayim səslə:
-Dayanmaq lazım deyil.Tezdən maşın gəlib səni Tehrana aparacaq.Aralıq sakitləşənə kimi gedib orada əmingildə qalasan,görək sonra nə olar.
-Mən heç bir yerə getməyəcəyəm.
Bayaqdan bəri birinci dəfə olaraq Məşədi Tağı başını qaldırıb qızının gözlərinə içinə baxaraq:
-Necə.?Sən bu dəfə də mənim üzümə ağ olursan?-deyə qorxunc bir görünüşlə soruşdu.
-Mən xalq müəlliməsiyəm.
–Demək,boğazdan asılmaq istəyirsən.
Məşədi Tağı ayağa qalxdı.
-Xalq nə cür,mən də elə. Pis gündə mən onu qoyub düşmən qərargahına qaça bilmərəm.
Məşədi Tağı yenə də sakit bir ifadə ilə:
-Ağlını başına yığ,qız.Onlar sənin ucundan məni də bihörmət edərlər.-dedi.
-Mən heç bir yeə getməyəcəyəm,ata-Müəllimə çevrilib çıxmaq istədi.
–Dayan-deyə atası arxadan qışqırdı və onun üzü müdhiş şəkil aldı.
Alnının damarları qızarıb şişdi.Gözləri təhlükə qarşısında olan canavar gözləri kimi vəhşi və küt ifadə parladı.-Bu gecədən sonra mənim sən adlı övladım yoxdur.Allah sənə lənət eləsin!Çıx mənim evimdən!.Bu saat çıx!-O kobud hərəkətlə müəlliməni itələyib bayıra saldı.
Kişinin səsinə qızın ögey anası gəldi:
-A kişi,bu gecə vaxtı,soyuqda-qiyamətdə yazığı hara qovursan?
Keç belə!,-deyə kişi qışqırdı.
Müəllim yerindən qopub ağır addımlarla qapıya tərəf getdi.
Ögey ana qızın paltosunu gətirib darvazanın ağzında ona verdi.
Müəllimə paltosunu geyib ata qapısından çıxdı.
-Get.Aqibətini görərik!
Qaranlıqdan gələn bu səs qızın tüklərini ürpətdi.
Göz-gözü görməyən zülmət gecə idi.Qar qarışıq külək uğuldayırdı.Müəllimə büdrəyə-büdrəyə gedirdi.Lakin haraya bilmirdi.Qəsəbədə yaxın bir kəsi yox idi.Mehmanxanayamı getsin? Mümkün deyil,pulu yoxdur.
Soyuq dekabr küləyi qarı sovurur,gecə quduz canavar kimi uğuldayır,müəllimə isə gedirdi.
-Salam,müəllimə xanım.
Qız diksinərək başını qaldırıb,belində odun şələsi,qarşısında dayanaraq qaranlıqda işıldayan gözlərini ona zilləmiş İldırımı gördü və oğlanın cingiltili səsinin şən ahəngi onun qəlbini birdən-birə yüngülləşdirdi
-Belə gec vaxtda meşədənmi gəlirsən?-deyə müəllimə öz dərdini bir an unutmuş kimi təəccüblə soruşdu.
-Bəli,meşədən gəlirəm.Bəs siz bu vaxt hara gedirsiniz?
Müəllimə bu dəhşətli gecədə tək-tənha meşədən odun yığıb gətirən və əynində isti bir paltarı belə olmayan bu 14 yaşlı oğlanın səsindəki həyat qığılcımına,şənlik və cəsarətinə heyrət edərək cavab vermədi. Onlar bir neçə dəqiqə sükut içərisində getdilər.Birdən müəllimə ayaq saxlayıb,qəti ifadə ilə:
-Evdə kiminiz var?-deyə soruşdu.
-Heç kəs müəllimə,bir mənəm,bir də anam.
-Məni bu gecə qonaq saxlayarsınızmı?
–Niyə saxlamırıq,müəllimə,lap istəyirsiniz bir il qalın.
-gedək.
-Həmişə odunumuzu erkən gedib gətirirdim. Bu gün başım dərsimə qarışıb,gecikmişəm.
-deyə oğlan həvəslə danışırdı.
-Bəs belə qaranlıqda qorxmursan, meşəyə tək gedirsən?
-Nədən qorxacam.Oğlan qaranlıqda dişlərini ağardıb gülümsədi.Sonra birdən qaşqabağını tökərək:-Atamın xəncəri yanımda olanda heç nədən qorxmuram-dedi.Onlar qəsəbənin uzaq və dar küçələrindən birində,balaca darvazanın qabağında dayandılar.Oğlan toxmağı vurdu.
Az keçmiş qapı açıldı.
-hardasan,ay bala? Demirsən qurd-quş səni basar yeyər?
Qapını açan arvad əvvəlcə oğluna,sonra müəlliməyə baxıb təəccüb etdi:
-Yeri evə paltar sal.Müəllimə bizə qonaq gəlib,-deyə oğlan sevinclə dilləndi.
Ana hörmətlə geri çəkilərək:
-Buyurun,müəllimə xanım.-dedi
Onlar kiçik bir otağa daxil oldular.Otaq çox yoxsul,lakin təmiz idi. Ortada dəmir soba var idi.Sobanın yanına köhnə bir palaz salınmışdı.Ana evin arxa tərəfinə yığılmış yükdən köhmə,lakin təmiz döşəkçə çıxarıb xəcalət çəkə-çəkə palazın üstünə saldı:
-Əyləşin,müəllimə xanım.
Müəllimə oturdu.İldırım sobanı qaladı.Ananın üzündə pərişan və həyəcanlı bir ifadə var idi.O,ümidsiz və məyus səslə:
-Bu nə işdir,başımıza gəlir,müəllimə xanım-dedi-Qonşımızın oğlu fədai Hüseyn bir az bundan qabaq Zəncandan gəlib.
Deyir,şahn qoşunları camaata bir divan tutub ki,qan su yerinə axıb.
Müəllimə dinmədi.Aralığa sükut çökdü.
-Tezliklə yəqin burda olarlar,-deyə ana vahimə içində oğluna baxıb,sonra Südabəyə dönərək-Şəhərdə qalmayın,müəllimə.Çıxın bir tərəfə gedin.
-Yox,mən heç yerə getməyəcəyəm-deyə Südabə ananın üzünə baxmadan cavab verdi və bunu elə bir ifadə ilə dedi ki,elə bil qadına deyil,öz atasına cavab verirdi.
-Heyifsiniz,müəllimə xanım.Deyirlər onlar arvadlara,uşaqlara da rəhm eləmirlər.
Kimdən bir az şübhələnirlər,boğazdan asırlar.
-Nə edək bacı.Bu şəhərdə mən tək deyiləm.
Elə bu zaman qapı döyüldü.Ana qorxmuş halda müəlliməyə baxdı.Müəllimə soyuqqanlı və sakit səslə:
-Gör kimdir?-deyə oğlana müraciət elədi.
İldırım yüyürüb qapını açdı.Çadraya bürünmüş bir qadın içəri daxil oldu,o,üzünü açdıqda müəllimə analığı Zərintac xanımı gördü.
Qadın göz yaşları içində qızlığına dedi
-Bayaqdan bəri səni axtarmamış yer qoymamışam.Bu həyətə girdiyini bir uşaqdan bildim.İnad eləmə,qızım.Səhər tezdən gərək buradan çıxasan.Özünə yazığın gəlsin.Deyir,onlar sənin kimilərini sorğusuz-sualsız asırlar.
-Sən necə bilirsən ana,7 aydır mən camaatın uşalarına tərbiyə verirəm.Onlara düşmənə nifrət etmək öyrədirəm.İndi təhlükə onların başının üstünü alanda qaçıb həmin düşmənə pənah gətirsəm,mənə nə deyərlər?
Ögey ana mat-məbhut qalıb,cavab vermirdi.
İldırım iri-iri açılmış gözləri ilə müəlliminə baxırdı.
Birdən müəllimə bir şeydən qorxmuş kimi diksinərək:
-Yox,-dedi.-Bu mümkün deyil.Mən heç bir yerə getməyəcəyəm .Qoy mənim 7 ay dərs dediyim şagirdlər məni gələcəkdə lənətlə yad etməsinlər.
Bu sözlər qeybdən gələn fövqəladə bir səs kimi anaların qəlbini əzəmət və ilhamla doldurdu.
Ögey ana ayağa qalxıb
–ALLAH sənə yar olsun,qızım-deyə vüqarla otaqdan çıxdı.
Müəllimənin üzü dəhşətli əzab və çətinliklərdən xilas olub,nəhayət ağ günə çıxan adamların üzü kimi aydın və xoşbəxt bir hisslə işıqlandı və o,həyatın ürəkaçan,adi,xoş hadisələri barədə danışmağa həvəsləndi.Şagirdinin bayaqdan bəri ona zillənib qalmış və çıraq işığında şəvə kimi qapqara bir maye kimi qaynayan parlaq gözlərinə baxaraq,şən təbəssümlə
-İldırım sizı incitmir ki,xala?-deyə anadan soruşdu.
Onun bu qəribə nəşəsi bir anda ana ilə oğula da sirayət elədi.Ana gülümsədi və bu təbəssüm onun vaxtından əvvəl qocalıq şaxtası vurmuş üzünə ani bir gənclik gətirdi.
-Yaman nadincdir,müəllimə,-ana oğluna baxdı.Lakin onun baxışı məzəmmət deyil,məhəbbət və fərəh ifadə edirdi.-Ancaq sizi çox istəyir.Evdə eyzən sizdən danışır.Neçə dəfə istəmişəm gəlib rizaməndlik eləyəm.
Onlar gecə yarısınadək oturub söhbət elədilər.Ev sahibəsi öz dərdini danışdı .Əri xalça karxanasında işləyərmiş.Açıqfikirli demokrat imiş.4 il bundan qabaq həbsə alınmış və xəbərsiz-ətərsiz yox olmuşdu.
–Təbrizə gedib Pişəvərinin özünə dedim,-deyə qadın dərd ilə yanan quru gözlərini yerə dikib nağıl edirdi.–Hər tərəfi axtardı,haç yerdə gördüm deyən olmadı.
-Belə soyuq bir gecədə gəlib apardılar. -deyə ana ah çəkib gözlərini yerə dikdi.
-Ajan böyüyü çox bişərəf adam idi.Qapıda anamı itələyib yerə yıxdı.Görsəm bu saat tanıyaram.Üzü arvad üzü kimi qırmızı bir kişi idi.,-deyə İldırım nəzərləri hələ də yerdə olan anaya baxdı və onun qara gözləri kinli,amansız bir atəşlə parladı.
O gecə müəllimə uzun zaman yata bilmədi.Qısa və müztərib bir ömrün kədərli xatirələri,son 7 aylıq həyatının əziz xəyalları onun yuxusunu ərşə çəkirid.O,bu 7aylıq həyatının indi artıq çox uzaq və irişilməz olan səadəti ilə vidalaşırdı,GÖZƏL VƏ MƏYUS VƏTƏNİ AZƏRBAYCAN HAQQINDAKI NƏĞMƏNİ SOZ DƏFƏ ŞAGİRDLƏRİNƏ OXUTMAQ ÜÇÜN SƏHƏRİN AÇILMASINA TƏLƏSİRDİ.
Səhər açıldı.
Müəllimə geyinib İldırımla məktəbə gedərkən əhali arasında bir qarğaşalıq gördü.Tacirlər yazılmış lövhələri götürüb,yenə farsca yazılanları asmışdılar.
Mürtəce tacirlər
-Sabah-şərəfiniz xeyir,ağa.Gözünüz aydın,deyir,gəlirlər.-deyə bir-birini təbrik edir və gülümsəyirdilər.
Əsnafın,yoxsulların,xırda laverçilərin üzləri isə tutqun və kədərli idi.Onlar salamlaşmadan bu nə işdir,dadaş.-deyə həyəcanlı pıçıltı ilə bir-birindən xəbər alırdılar.
Müəllimə məktəbə çatıb, zəngi vurdurdu və paltosunu çıxarıb sinfə girdi.Lakinuşaqların yarıdan çoxu gəlməmişdi.
Axırıncı dərsdə o,şagirdlərinə AZƏRBAYCAN NƏĞMƏSİNİ oxutdurdu.Dünən qəlbi fərəhli,xoş duyğularla qanadlandıran bu nəğmə indi onda həsrət və hicran doğururdu. Elə bil ki, onun Vətəni haqqında olan bu mahnı indi uzaqlardan, çox uzaqlardan gəlirdi.
O,yaşarmış gözlərini uşaqlar görməsin deyə,üzünü pəncərəyə çevirdi.Elə bu zaman ayaq səsləri eşidildi,bir fars zabiti ilə iki sərbaz içəri girdi.Mahnı uşaqların boğazında qırılıb qaldı.Ucaboylu fars zabiti
-Deyən,Azərbaycan haqqında nəğmə ğyrədirsiniz,xanım.-deyə istehzalı bir təbəssümlə soruşdu.
-Bəli,ağa,Azərbaycan haqqında nəğmə öyrədirəm.Bəs siz niyə silahlı əsgərlə sinif otağına girirsiniz
-Ağayi sərhəngin əmrinə əsasən biz sizi narahat etməli olacağıq,xanim.Buyurun,bizimlə gedək.-zabir qapını göstərdi.
Müəllimə danışmağın mənasız olduğunu hiss etdi.
Zabir bu dəfə sərt halda
-Bizi ləngitməyiniz.-dedi.
Müəllimə çevrilərək qorxmuş gözləri ona dikilib qalan uşaqlara baxdı.İldırım ayaq üstə dayanmışdı.İndi onun gözləri marıta yatıb öz ovu üzərinə atılmağa hazırlaşan pələng balasının gözlərinə oxşayırdı.
-Sağ olun,uşaqlar.Məni yadınızdan çıxarmayın,bəlkə bir daha görüşmədik. Böyük oğlanlar olanda Vətəniniz uğrunda mübarizə edin.Heç bir zaman yaddan çıxarmayın, bunlar, o,fars zabitini göstərdi bizim ən qəddar düşmənimizdir.
-Rədd kon-deyə zabit farsca sərbazlara qışqırdı.
Lakin müəllimə onların özünə toxunmalarına yol verməmək üçün cəld paltosunu geyib qabağa düşdü.Onlar küçəyə çıxanda iki-iki fars sərbazlarının qabağında qolu bağlı aparılan tanış demokratları gördü.Onların ardınca gözüyaşlı arvadlar,bənizləri ağappaq ağarmış uşaqlar gedirdilər.
Qəsəb ağır və dəhşətli bir sükut içində idi.Bu qorxunc sükut içində adamların evlərindən çıxarılırb qolubağlı aparılması müəllimə Varfolomey gecəsini xatırladırdı.O gecədə əd insanları beləcə sükut içində qırırdılar.
Qəsəbə ilə meşənin arasındakı açıqlığa çatanda müəllimə,meydanda qurulmuş dar ağaclarını gördü.Dar ağaclarının yanında isə bir dəstə qolubağlı demokrat durmuşdu.
Onlardan da on addım kənarda 20 nəfər fars sərbazı və 3 zabit dayanmışdı.
Cavan zabit,yoğun və qıpqırmızı sifəti olan eynəkli sərhəngə təzim edib,müəəliməni gətirdiyini və onun rəftarını ərz elədi.
Sərhəng gözlərini qıyaraq qıza diqqətlə baxıb cavab vermədi. Beş dəqiqədən sonra biri qoca,digəri cavan və gözəl bir oğlan olan iki nəfər də gətirdilər.
Onların ardınca köhnə kəlağayısı altından qar kimi ağ saçları dağınıq halda çıxmış,günəşdən yanıb qaralmış arıq sinəsi və üzü dırnaqları ilə cırıq-cırıq edilmiş bir qarı gəlirdi.
Qarı sərhəngin qabağında dayanıb
-Onu öldürmə -deyə təzə gətirilən cavanı göstərdi- Allah dərgahında cavab verə bilməzsən. Onun günahı yoxdur.
-ANA-deyə oğlan qışqırdı.
Ana onu eşitmədi. Sərhəngin qolundan yapışıb dedi
-Bu saçlardan,çalın- çarpaz dağ çəkilən bu sinəmdən qorx. 7 oğuldan bircə o qalıb.
-Bu köpəyi susdurun-deyə sərhəng üz-gözünü bürüşdürdü.İki cavan zabit ananın qolundan yapışıb kənara çəkdilər.Ana,üzündə müdhiş bir təbəssümlə oğluna baxdı.
-Çıxar siyahını oxu-deyə sərhəng yavərinə əmr etdi
Müəllimənin adına çatanda sərhəng gözlərini yenə də qıyaraq ona baxdı.
-Bu hansı Məşədi Tağının qızıdır.Sərraf Məşədi Tağınınmı-soruşdu.
-Bəli -deyə yavər cavab verdi.
-Onu tapın bura gətirin.
Yavər Məşədi Tağının ardınca iki sərbaz göndərərək siyahını oxuyub qurtardı.
-Daha qalan yoxdur ki,-deyə sərhəng sakitcə soruşdu.
-Xeyr,deyə zabit cavab verdi.
Bu vaxt Məşədi Tağını da gətirdilər.
-sən nı vaxtdan kommunist olmusan,məşədi-Sərhəng gözlərini qıyıb ona baxdı.
-Nə sarıdan belə hökm verirsiniz,ağayi sərhəng-Məşədi Tağı sakit və məğrur bir görünüşlə cavab verdi.
-Bu kimi qızıdır-Sərhəng müəlliməni göstərdi.
Məşədi Tağı Südabəyə baxmadan,mənfur sakitliklə cibindən bir kağız çıxarıb təqdim elədi.
Sərhəng kağızı açıb bu sətirləri gözdən keçirdi.Mən qızım Südabə Məşədi Tağı qızını üzümə ağ olub mənimiradəmin xilafına hərəkət etdiyi üçün,aşağıda imza edilən şəxslərin şəhadəti ilə bu dəqiqədən etibarən övladlıq şərəfindən məhrum edirəm..Nə ölüsünə,nə də
dirisinə sahib deyiləm,onun heç bir hərəkətində özümü cavabdeh bilmirəm.
Sərhəng məktubu axıra qədər oxumadı,sərbazlara əli ilə başlamaq işarəsi verdi.
Qabaq cərgədə duranlardan müəllimlə bərabər gətirilən qarının oğlunu və qoca kişini dar ağcınıb altına gətirdilər.
-Kimin bunlardan çikayəti var-deyə sərhəng güc ilə ora yığılan camaata müraciət elədi.Bu qəribə sual hamını təəccübə saldı.
-Mənim şikayətim var,-camaatın arasında bir gənc səsi eçidildi və bunun ardınca İldırım irəli çıxıb sərhəngin yanına gəldi.
Sərhəng onu başdan-başa süzüb
-Şikayətin hansındandır?
Oğlan Südabəni göstərərək
-Bax,o müəllimədən,-dedi.
-Sən bunun şagirdi olmusan?
-Bəli,-deyə oğlan sakit və nəzakətli səslə cavab verdi.
-Hə bu çox maraqlıdır.De görüm şikayətin nədi?.Qorxma
Sonra yavərinə müraciətlə:
-Bu uşağın dediklərini yazarsan.
-Mən ancaq onu sizin qulağınıza demək istəyirəm-deyə oğlan pıçıldadı.
-Çox maraqlıdır-deyə təkrar elədi.Sonra uşağa dönərək.
-Hə gəl,de görüm nə deyirsən.-deyə qulağını ona tərəf tutdu.
Oğlan yanaşı onun qulaına pıçıldadı ki,
-Mən səni tanııyıram.4 il bundan qabaq mənim atamı da tutub aparan sənsən.
Söz ağzından qurtarmamış qolunun içində gizlətdiyi xəncəri var gücü ilə onun xirdəyinə soxdu.
Sərhəngdən boğuq xırıltı eşidildi və o,silkələnib yıxıldı.Adamlar gözlərini sərgəngdən çəkib ona baxana qədər İldırım izdihamın arasından keçib meşəyə girdi.
4 zabitin tapancası onun ardınca gurladı.Lakin sonra məlum oldu ki,güllələrin heç biri onu tutmadı.Meşəni nə qədər arayıb-axtardılarsa,oğlandan heç bir nişanə tapmadılar.
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 07-11-2019 19:59
I lyas əfəndiyev hekayələri
2019-10-26 10:58:00
İlyas Əfəndiyev dühası
Böyük dramaturq 1964-cü ildə yazdığı “Sən həmişə mənimləsən” pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramın əsasını qoyur. Bu yolu uğurla davam etdirən dramaturq növbəti illərdə “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Bağlardan gələn səs” və s. pyeslərini yazır. Azərbaycan dramaturgiyası xəzinəsini zənginləşdirən, insani dəyərlər və xüsusiyyətlər aşılanan bu kimi pyeslərlə Azərbaycan teatr sənətində yeni bir mərhələ açılır – İlyas Əfəndiyev teatr məktəbi. İlyas Əfəndiyev yaradıcılığında üslub dəst-xətti ilə seçilən “Şeyx Xiyabani” pyesi ədəbiyyatımızda Azərbaycan xalqının birliyi probleminə həsr olunmuş ilk dram əsəridir. Sovetlər dövründə Xiyabani hərəkatı bu taydakı Demokratik Respublikanın bilavasitə təsiri ilə İranda – Cənubi Azərbaycanda azərbaycanlıların hüquqları uğrunda mübarizəyə qalxmış milli hərəkat kimi deyil, sovet ideologiyasına xas bir şəkildə və qəsdən dini hərəkat kimi səciyyələndirilərək, bolşeviklərlə əlaqələndirilirdi. Bu mövzu yazıçının “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Büllur sarayda” pyeslərində də bir motiv olaraq özünü göstərmişdir. 60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev 90-cı illərdə, həyat və yaradıcılığının ən müdrik və qocaman çağlarında belə, usanmadan incəsənət və mədəniyyətimizə öz töhfələrini verməkdə idi. Sovet rejiminin bərqərar olduğu, partiya qadağalarının hökm sürdüyü bir vaxtda, Azərbaycanın tarixi və milli dəyərlərinə dair hər hansı bir faktı və ya məlumatı yazmaq yasaq olunduğu bir dönəmdə İlyas Əfəndiyev bu mövzuları çəkinmədən, cəsarətlə ədəbiyyata gətirmiş, onları yeni zamanın kontekstində oxuculara təqdim etmişdir. Yaradıcılığı boyu hakim ideologiyanı tərənnüm etməyən ədib o dövrdə ədəbiyyatda yasaq olan Cənubi Azərbaycan və mühacirət mövzularında əsərlər yazmış, “Tənha iydə ağacı” pyesi ilə ilk dəfə mühacirət mövzusunu ədəbiyyata gətirmişdir. Dünya dramaturgiyasında qəbul olunmuş bir neçə klassik dramaturqun səhnə sənətində yaratdıqları ədəbi məktəblər vardır ki, bunlardan Şekspir, Molyer, Ostrovski, Çexov, Brext dramaturji məktəblərini misal çəkmək olar. Eləcə də Azərbaycanda Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, İlyas Əfəndiyev ədəbi məktəbləri də mövcuddur ki, yetişməkdə olan neçə-neçə gənc aktyor, rejissor nəslinin bəhrələnməsi üçün mədəni məbəddir. Azərbaycan dramaturgiyasında yuxarıda adları sadalananlarla yanaşı Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev kimi ədəbi simalarımızın da böyük xidmətləri olmuşdur. Lakin danılmaz faktdır ki, 20-ci əsrin ikinci yarısından etibarən Akademik Milli Dram Teatrı əsasən İlyas Əfəndiyev dramaturgiyasının nəhəng sütununa söykənirdi. İlyas Əfəndiyev bütün səhnə əsərlərini yalnız Akademik Milli Dram Teatrı üçün yazmışdır. İlyas Əfəndiyevin sağlığında ikən 20-dən artıq pyesi Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Yarım əsr ərzində onun səhnəmizə bəxş etdiyi “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “On manatlıq lüstr”, “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Ağıllılar və dəlilər”, “Hökmdar və qızı” və s. əsərləri tamaşaya qoyulmuşdur. Yazıçının uşaqlar üçün yazdığı “Ceyran ovu”, “Maraqlı hadisə”, “Qoruqlarda”, “Yasəmən ağacı”, “İz ilə”, “Ovçunun nağılı”, “Zəmidə bir turac səslənirdi” kimi hekayələri məktəb dərsliklərinə salınmışdır. Azərbaycan filmoqrafiyasında yazıçının – “Körpüsalanlar”, “Bizi dağlarda axtarın”, “Atayevlər ailəsi”, “Gözlə məni”, “Bircəciyim”, “Sən həmişə bizimləsən”, “Bizim qəribə taleyimiz” və b. əsərləri əsasında filmlər də çəkilmişdir. Bir faktı qeyd etmək lazımdır ki, Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi yaratmamışdır. Belə ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçının bütün pyeslərinə səhnə həyatı verilmişdir. Bütün pyeslər xüsusi uğurla səhnəyə qoyulmuş və rəğbətlə qarşılanmışdır. Bu əsərlər Azərbaycan teatrı tarixində əsl hadisəyə çevrilmiş, ölməz sənət nümunələri kimi oxucu və tamaşaçı yaddaşında həmişəyaşarlıq qazanmışdır. İlyas Əfəndiyev Azərbaycan dramaturgiyasının inkişafında müstəsna xidmətlər göstərmiş ədiblərimizdən biridir. Dövri mətbuatda peşəkar nasir və dramaturq İlyas Əfəndiyevin məhsuldar yaradıcılığı haqqında zirvələrdə qərar tutmuş tanınmış qələm sahibləri, yazıçı və şairlərimizdən M.Hüseyn, O.Sarıvəlli, M.Arif, M.Cəfər, B.Bayramov, İ.Şıxlı, Ə.Cəfərzadə, B.Vahabzadə, Ə.Vəliyev, X.R.Ulutürk və başqaları geniş söz açmışlar. Yazılan və söylənilən müsbət fikir və rəylər bir daha onu göstərir ki, İ.Əfəndiyev böyük sənətkar olmaqla yanaşı, həm də mənəvi baxımdan böyük düha sahibidir. Hələ zamanında ədəbiyyatımızın inkişafında xidmətlərini nəzərə alan ulu öndərimiz Heydər Əliyev İ.Əfəndiyevin anadan olmasının 80 illiyinin təntənəli surətdə qeyd edilməsi haqqında sərəncam imzalamış və onu “Şöhrət” ordeni ilə təltif etmişdir. İlyas Əfəndiyevin uşaqlar üçün yığcam və sadə dildə yazmış olduğu kiçikhəcmli hekayələri hazırkı ibtidai məktəb dərsliklərinə də salınmışdır. İ.Əfəndiyev yaradıcılığı ətrafında hər zaman tədqiqat işləri aparılmış, onun hər dəfə yeni izah, yeni yanaşma, yeni interpretasiya tələb edilən ədəbi nəsri haqqında monoqrafik əsərlər yazılmışdır. Bu gün İlyas Əfəndiyev irsindən müəyyən seçmələr orta məktəb dərsliklərində öz əksini tapmaqla yanaşı, incəsənət yönlü ali təhsil ocaqlarında da, xüsusilə teatrşünas, rejissor, aktyorluq və s. kimi ixtisas fənlərində böyük dramaturqun yaradıcılığı daha dərindən tədris olunur. Böyük ədibimizin illər öncə haqq dünyasına qovuşması Azərbaycan dramaturgiyası üçün böyük itki idi. Lakin onun yazıb-yaratdığı, qoyub getdiyi dramaturji məktəb və mədəni irsi ona ölməzlik, həmişəyaşarlılıq gətirmişdir. Əziz və sevimli dramaturqumuz İlyas Əfəndiyevin ruhuna hər zaman Uca Tanrıdan rəhmət diləyirik. (Azərbaycan müəllimi)
Bu bölməyə aid digər xəbərlər
İmtahanlara qumbara keçirmək istəyənlər belə olub – Məleykə Abbaszadə
2023-03-17 11:19:00
DİM sədri buraxılış imtahanlarındakı şikayətlərdən DANIŞDI
2023-03-17 11:11:21
Ombudsmanın Milli Preventiv Qrupu 3 saylı uşaq evinə baş çəkib
2023-03-17 10:43:00
“Bayram günlərində yeməyinizə fikir verin!” – Həkim XƏBƏRDARLIĞI
2023-03-17 10:00:44
Bu gün bəzi məktəblərdə sonuncu iş günüdür – QƏRAR
2023-03-17 09:36:00
Günün havası – Yağış, 21 dərəcə isti.
2023-03-17 07:53:00
“İlin gənc müəllimi” müsabiqəsinin qalibləri bu tarixdə AÇIQLANACAQ
2023-03-16 17:10:00
Sabahın hava proqnozu açıqlanıb
2023-03-16 13:56:00
İşğaldan azad olunmuş Talış kəndinə köç BAŞLADI
2023-03-16 13:29:44
Bayram günlərində Bakı metrosu belə işləyəcək – QRAFİK
İlyas Əfəndiyevin dramaturgiyası
Yadıma gəlir ki, biz keçən əsrin 60-70-ci illərinin gəncləri həmin vaxtlar ən çox oxuduğumuz, bəyəndiyimiz və tez-tez müzakirə etdiyimiz əsərlər içərisində “Dağlar arxasında üç dost” və “Üç atılan” romanları da vardı. Biz təkcə bu romanları oxumaqla kifayətlənmirdik və hətta oradakı qəhramanlara oxşamağa, həyatda onlar kimi olmağa çalışırdıq. Və heç vaxt mənim ağlıma gəlməzdi ki, illər keçəcək, çox sevdiyim bu yazıçının özü ilə şəxsən yaxından tanış olacam. Onun maraqlı söhbətlərini eşidəcəm və yazdığı “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər” pyeslərindən ayrı-ayrı epizodları, parçaları 1977-ci ildə Sumqayıtda yaratdığım “Ümid” teatr-studiyasında olan həvəskarlarla hazırlayacam və hətta 2007-ci ildə “Məhv olmuş gündəliklər” pyesinə Dövlət Gənclər Teatrında quruluş verəcəm. Həyatımda bu da tale yazısı olacaq ki, 1977-ci ildə “Həyatın astanasında” olan ilk pyesimi oxumaq üçün İlyas müəllimə verəcəm. Dramaturq kimi onun xeyir-duasını, dəyərli məsləhətlərini alacam. Onun məsləhətləri nəticəsində bu pyesi yenidən işləyib o vaxtlar Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqəyə təqdim edəcəm. Beləliklə, “Həyatın astanasında” pyesim müsabiqənin qalibi olacaq. İllər keçəcək, 1985- ci ildə “İnan mənə” pyesimi Azərbayan Yazıçılar İttifaqında həmin vaxtlar keçirilən müsabiqəyə təqdim edəcəm. Bu pyes müsabiqədə birinci yerə layiq görüləcək və həmin vaxtlar Yazıçılar İttifaqının katibi işləyən, sevimli xalq yazıçımız, filologiya elmləri doktoru, professor Elçin, məndən xəbərsiz bu pyesi Moskvaya, Ümumittifaq gənc dramaturqlar müsabiqəsinə göndərəcək və bu pyes də orada 48 pyesin içərisindən mükafata layiq görüləcək. Bunu mən yalnız pyes Moskvada mükafata layiq görüləndən sonra biləcəm və Azərbaycan Yazıçılar İttifaqına gəlib xalq yazıçısı Elçinlə ilk dəfə orada görüşəcəm, yaxından tanış olacam. “İnan mənə” pyesimin Moskvaya göndərilməsinin də əsl səbəbkarı o, olduğunu biləcəm. Hətta onun məndən daha çox sevindiyinin də şahidi olacam. Belə ki, Elçin müəllim, Azərbaycan dramaturqlarının 7 pyesinin içərisindən məhz bu pyesi seçib Moskvaya göndərməklə və bu pyes də 48 pyesin içərisindən mükafata layiq görülməklə o, dramaturgiyanı yaxşı bildiyini və obyektiv insan olduğunu bir daha sübut edəcək.
Bu gün İlyas Əfəndiyev dramaturgiyasından və əsərlərinin səhnə həllindən, rejissor yozumundan, bu pyeslərdəki aktyor oyunundan yazmaq istədiyim bir vaxtda, hər iki yazıçının həm də böyük insani keyfiyyətləri, istedadlı cavanlara isti münasibəti, diqqəti, əsl azərbaycanlı ağsaqqal qayğıkeşliyi yadıma düşdü və bütün olub-keçənlər bir kino lenti kimi gözlərim qarşısından keçdi.
Artıq dünya dramaturgiyasında qəbul olunmuş bir neçə klassik dramaturqun, həm də səhnə sənətində yaratdıqları məktəb var. Məsələn Şekspr, Molyer, Ostrovski, Çexov, Brext dramaturgiyası və məktəbi. Eləcə də Azərbayjanda Mirzə Fətəli Axundov, Jəlil Məmmədquluzadə, Hüseyn Javid, Jəfər Jabbarlı, Səməd Vurğun, İlyas Əfəndiyev dramaturgiyası və onların pyeslərində yetişən, bəhrələnən recissorlar, aktyorlar nəsli. Yəni bu pyeslərin sayəsində xalq tərəfindən sevilən, sənətkar kimi qiymətləndirilən, teatr tariximizdə layiqli yer tutan sənətkarlar. Əlbəttə, mən bu yazımda yalnız onlardan birinin, artıq klassikaya çevrilmiş İlyas Əfəndiyevin dramaturgiyasının bəzi cəhətlərini, qayələrini, anlarını təhlil edəcəm. Çünki onun dramaturgiyasını bütövlükdə təhlil etmək artıq doktorluq səviyyəsində böyük elmi işdir. Ona görə də mən yalnız bu yazımla, portret cizgiləri ilə İlyas Əfəndiyev dramaturgiyasının poetikasını, fəlsəfəsini, üslub xüsusiyyətlərini, pyeslərindəki xarakterlər qalereyasını və bu tərəflərin, qayələrin rejissor, aktyor işinə kömək edən məqamlarını aydınlaşdırmağa çalışacam. Bununla bağlı, məhz ilk əvvəl İlyas Əfəndiyev dramaturgiyasının keçdiyi yola, mühitə, quruluşa nəzər salaq. Yazıçının, dramaturqun keşməkeşli həyat illərini, qırmızı imperiyanın vaxtında, nəsr əsərlərində, pyeslərində sözaltı mənalarla bütün istəklərini oxuyuculara və tamaşaçılara çatdıra bilmək ustalığını, məharətini təhlil edək.
1914-cü ildə Füzulidə dünyaya gələn və Azərbayjan Pedaqoci İstitutunun (indiki Azərbayjan Dövlət Pedaqoci Universiteti) coğrafiya fakultəsini bitirən İlyas Əfəndiyev yazıçılığa nasir kimi başlayıb. Onun “Kənddən məktublar” adlı ilk kitabı 1939- cu ildə çap olunub. Həmin vaxtlar iyirmi beş yaşında kitab çap etdirmək və bu ilk kitabın da çap olunması ilə oxucu marağı yaratmaq elə də asan deyildi. Buna görə həqiqətən böyük istedad sahibi olmaq lazım idi. Gənc İlyas da özünün istedadlı nasir olduğunu bu kitabı ilə sübut etdi. Bu kitabda onun “Qarımış oğlan”, “Qızbəs xala”, “Mirzə İman” hekayələri və “Kənddən məktublar” povesti toplanmışdı. Bu kitabı həmin vaxtlar tanınmış ədəbiyyat tənqidçiləri, mütəxəssislər də yaxşı qarşıladılar və beləliklə, İlyas Əfəndiyev özünü istedadlı bir yazıçı kimi sübut etdi. “Kənddən məktublar” povestini oxuyanda, orada çoxlu dramaturci elementlərə rast gəlmək mümkündür. Ən maraqlısı budur ki, bu povest indi də özünün aktuallığını itirməyib. Dramatuci səriştəsi olan rejissor tərfindən bu povest səhnələşdirilsə, maraqlı səhnə əsəri ola bilər.
Ümumiyyətlə, İlyas Əfəndiyevin 1944-jü ilə qədər yazdığı bütün nəsr əsərlərindəki dramaturci elementlər o qədər çoxdur ki, dramatrugiyaya belə bağlılıq, dramaturgiyanı dərindən bilməsi, onu ilk kitabı çap olunandan cəmi beş il sonra dramaturgiyaya gətirib. Belə ki, 1944- jü ildə İlyas Əfəndiyev, Mehdi Hüseynlə birlikdə “İntizar” pyesini yazıblar. 1945-ci ilin əvvəllərində bu pyes, Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında (indiki Milli Akademik Dram Teatrda) böyük uğurla tamaşaya qoyulub. İlk pyesinin belə uğurlu alındığını görən İlyas müəllim, bundan sonra özü sərbəst pyeslər yazmağa başlayır. Beləliklə, ilk sərbəst əsəri olan, “İşıqlı yollarla” pyesini yazıb. Bu əsərin tamaşası da mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanır. Hətta tamaşa, 1948-ci ildə Moskvada, Azərbayjan professional teatrının yaranmasının 75 illik yubileyi çərçivəsində oynanılır və paytaxt tamaşaçılarının, mütəxəssislərinin də marağına səbəb olur. Bu pyeslərin maraqlı işlənməsinə, yaxşı səhnə həlli, aktyor oyunu olmasına baxmayaraq, hələ ki, onlar dramaturq yox, nasir İlyas Əfəndiyevin qələmindən çıxmışdı. Çünki cümlələrin səlis və rəvan yazılmasına baxmayaraq, dialoqlarda uzunçuluq, hadisələrdə nəsirçilik vardı. Nəsrdən dramaturgiyaya keçən yazıçıların əksəriyyətində belə hallar olur. Çünki dramaturgiyanın öz yazı üslubu, səhnəni çox yaxşı bilmək, akytor, rejissor sənətindən yaxşı xəbərdar olmaq və ən əsası isə “teatr mətbəxində” olmaq, yazıçı üçün əsas şərtlərdəndir. Təsadüfi deyil ki, dünyanın ən məşhur dramaturqları Sofokl, Şekspir, Molyer, Brext recissor, akytor olublar. Əbdürrəhim bəy Haqverdiyev və Jəfər Jabbarlı həm də rejissorluqla məşğul olublar. Onlar, “sehirli qutu” adlandırdığımız səhnənin sirlərini, texnalogiyasını, qanunlarını mükəmməl biliblər. Dramaturgiyanın tarixini və dram əsərlərində lazım olan əsas elementləri, texnikanı qısa vaxtda çox yaxşı öyrəndiyindən, tanınmış rejissorlar Adil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımovla dostluq əlaqələrinin qurulması sayəsində və bu rejissorların onun dramaturgiyasına maraqlarının çox olmasına görə, İlyas Əfəndiyev dramaturgiya ilə daha ciddi məşğul olmağa başlayır. Və bütün bunlar da tezliklə özünün çox yaxşı bəhrəsini verir. Belə ki, o, çox orijinal əsər olan “Bahar suları” pyesini yazıb, teatra təqdim edir. Bu pyes də qısa vaxtda Adil İsgəndərov tərəfindən böyük uğurla tamaşaya hazırlanır. Tamaşada isə əsas rollarda İsmayıl Dağıstanlı – Uğur, Ələsgər Ələkbərov – Alxan, Hökumə Qurbanova- Şəfəq, Ağasadıq Gəraybəyli – Nəcəf rollarında maraqla çıxış edirlər. Artıq bu pyesdən sonra tanınmış teatr tənqidçiləri, mütəxəssislər Məmməd Arif, Cəfər Cəfərov, Mehdi Məmmədov İlyas Əfəndiyevi, Jəfər Jabbarlı dramaturgiyasının layiqli davamçısı adlandırıblar. Bu pyes baxmayaraq ki, həmin dövrün “konfliktsizlik nəzəriyyəsinə, dramaturgiyasına” xidmət edən əsərlərdən olsa da, burada məhəbbət mühüm yer tuturdu. Bu məhəbbətin kontekstində isə istehsalata, vətənpərvərliyə münasibət ictimai-psixoloji boyalarla müəllif və rejissor tərəfindən yaxşı işləndiyindən tamaşaçılar tərəfindən maraqla qarşılanırdı. Bu pyesin uğurundan ruhlanan İlyas Əfəndiyev “Atayevlər ailəsi” pyesini yazır. Və bu pyesə quruluşu Azərbaycan səhnəsinə, milli aktyor və rejissor sənətimizə çoxlu yeniliklər gətirən Toiq Kazımov verir. Müəllifin bu pyesi keçən əsrin əllinci illərində səhnə sənətimizdə böyük bir hadisə olur. Bu tamaşa haqqında Cəfər Cəfərov, Mehdi Məmmədov kimi sənətçilərimiz maraqlı ressenziyalar yazırlar. Bu pyesdəki hadisələr əsasən bir ailə daxilində cərəyan edib, həmin ailənin üzvüləri ilə əlaqədar olsa da, “Atayevlər ailəsi” məişət dramı deyil. Duzdür, ailə cəmiyyətin ilkin üzvüdür. Atayevlərin də həyatı cəmiyyətdən təcrid oluna bilməz. Bütün ailələr kimi, bu ailə də gözə görünən və görünməyən tellərlə cəmiyyətə bağlıdır.
Beləliklə də, bir ailədə baş verənləri, qohumlar arasındakı olan münasibətlərin əxlaqi mahiyyətlərini açmaqla və dramaturci cəhətdən ustalıqla buna nail olmaqla müəllif, bu pyesi ilə ictimai dramın gözəl nümunələrindən birini yaratmışdı. Məhz buna görə də pyes həmişə, bütün dövrlərdə aktual olaraq qalacaq. Yuxarıda yazdığım kimi, dramaturq sosialist cəmiyyətinin, quruluşunun eybəcərliklərini də sözaltı mənalarla bu pyesdə yaxşı işləyib. Həmin vaxtlar rejissor Tofiq Kazımov tərəfindən də pyesə düzgün açar tapılmış və aktyorlar da rejissorun sayəsində rollarnın öhdəsindən məharətlə gəlirdilər. Bu pyesin müvəffəqiyyətindən, rejissor və dramaturq arasında yaranan dostluqdan sonra, İlyas Əfəndiyev demək olar ki, yaradıcılığının böyük hissəsini dramaturgiyaya həsr etdi. Belə ki, bundan sonra bir-birinin ardınca Azərbayjan teatr tarixində hər biri hadisə olan “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Sən həmişə mənimləsən”, “Mənim günahım” pyeslərini yazdı. O, elə bu əsərləri ilə də Azərbaycan dramaturgiyası tarixində lirik-psixoloji pyes janrının əsasını qoydu. Bu həm də bu keçmiş Sovetlər Birliyidə dramaturq tərəfindən əsası qoyulan yeni janr idi. Elə bu pyeslər və başqa səhnə əsərləri ilə də Tofiq Kazımov, rejissor kimi, Azərbaycan teatr tarixində “realist səhnə oyunu” adlanan yeni aktyor oyun üslubunun əsasını qoydu. Bu aktyor oyun üslubunun banisi isə sevimli aktyorumuz Həsənağa Turabov oldu. Beləliklə, bu pyeslər Azərbayan teatr sənətinə Əli Zeynalov, Məlik Dadaşov, Həsənağa Turabov, Şəfıqə Məmmədova, Amaliya Pənahova, Vəfa Fətullayeva, Səməndər Rzayev, Səfurə İbrahimova, Kamal Xudaverdiyev, Rafıq Əzimov, Fuad Poladov, Ramiz Məlikov, Yaşar Nuriyev və onlarja digər akytor və aktrisaların yetişməsinə, özlərini bir sənətkar kimi sübut etməsinə təkan verdi. Yuxarıda yazdığım kimi, bu pyeslərdəki obrazları ilə realist aktyor oyun üslubunun Azərbaycanda əsasını qoyan Həsənağa Turabovla etdiyimiz söhbətlərdə, o, İlyas Əfəndiyev dramaturgiyasından danışanda deyirdi: “Mənim bir aktyor kimi yetişməyimdə, özümü bu sənətdə təsdiq etməyimdə, rejissor Tofiq Kazımovun və dramaturq İlyas Əfəndiyevin pyeslərinin böyük rolu olub. Mən İlyas müəllimin pyesləri sayəsində püxtələşmişəm və səhnədə öz sözümü deyə bilmişəm”.
Böyük Vətən Müharibəsindən sonrakı dövrdə İlyas Əfəndiyev yaradıcılığının çoxşaxəliliyi onda idi ki, yazıçı-dramaturq öz yaradıcılığınıda rəngarəng mövzulara və canrlara müraciət edirdi. Belə ki, o, həm hekayələr, həm əmək qəhramanları haqqında oçerklər yazır, onların portret cizgilərini yaradır, həm romanlar və həm də dramaturci cəhətdən bir-birindən fərqli pyeslər yazırdı. Məhz buna görə də biz İlyas Əfəndiyevi həmin dövrdə təkcə Azərbaycanda yox, keçmiş Sovetlər İttifaqında ən görkəmli və məhsuldar yazıçılardan biri adlandırsaq, yəqin ki, səhv etmərik. Çünki, bunu deməyə həmin vaxtlar yazdığı hekayələr, oçerklər, “Söyüdlü arx”, “Dağlar arxasız olmur”, “Üç atılan”, “Körpüsalanlar”, “Geriyə baxma qoca” kimi romanları və biri-birindən maraqlı pyesləri əsas verir. Müəllif həmin dövrdə qələmə aldığı dram əsərləri ilə özünün novatorluğuna, professionallığına görə, onu həmin dövr Sovet dramaturgiyasının ən aparıcı dramaturqlarından biri etmişdi. Onun pyesləri keçmiş ittifaqın bir sıra respublikalarının, hətta sosialist ölkələrinin teatr səhnələrində böyük uğurla tamaşaya qoyulurdu. Həmin vaxtlar Azərbaycandan kənarda “Sən həmişə mənimləsən” pyesi daha uğurla qarşılanır və ayrı-ayrı respublikaların teatrlarının səhnələrində tez-tez də tamaşaya qoyulur, repertuarında əsas yerlərdən birini tuturdu. Çünki bu pyes təkcə Azərbaycanda yox, həm də keçmiş Sovetlər Birliyində lirik-psixoloji dramın ilk nümunəsi idi. Əsər həm mövzu baxımından çox orijinal idi, həm də müəllif burada yığcam və az sözlə böyük fəlsəfi, tərbiyəvi fikirlər söyləyə bilmişdi. Məhz buna görə də tanınmış rejissor, aktyor, sənətşünaslıq doktoru, Azərbaycan teatr sənətində öz məktəbini yaratmış və mənim professional teatr sənəti sahəsində ilk müəllimim olan Mehdi Məmmədov, İlyas Əfəndiyev dramaturgiyası haqqında belə yazırdı: “İlyas Əfəndiyevin pyeslərinin dili, səhnə dilinin təmizliyi, səlisliyi, yığcam, dərin sözaltı mənalı və ifadəli olması xoş təsir bağışlayır. O, sözü diqqət və həmişə ehtiyatla seçir. Sözaltı mənalardan bacarıqla istifadə edir. Fikri, hissi ifadə etməyi, səhnə vəziyyəti tələb edəndə isə gizlətməyi yaxşı bacarır”. Onu da vurğulamaq istəyirəm ki, ilk sənət müəllimim, aktyorluq və rejissorluq sənətinin sirlərini Azərbaycanda mənə ilk öyrədən Mehdi Məmmədov hər dramaturq haqqında belə maraqlı fikirlər demirdi və yazmırdı.
“Sən həmişə mənimləsən” pyesində Həsənzadə və Nargilə dueti, dramaturq tərəfindən xüsusi orijinallıqla, professionallıqla işlənib. Bu rolları ilk dəfə ifa edən xalq artisti Əli Zeynalov və gənc aktrisa, o vaxtlar 19 yaşı olan Amaliya Pənahova dueti çox maraqla qarşılanırdı. Aktyorlar var qüvvələrini sərf edirdilər ki, müəllifin fikrini və rejissor Tofiq Kazımovun səhnə yozumunu, ali məqsədini, obrazların özəyini tamaşaçıya dəqiq çatdıra bilsinlər. Eləcə də “Mənim günahım” tamaşasında Xansu – Həsənağa Turabov, Nərminə – Səfurə İbrahimova dueti də tamaşaçılar və teatr mütəxəssisləri tərəfindən maraqla qarşılanırdı.
Müəllifin 1968-ji ildə tamaşaya qoyulan “Unuda bilmirəm” pyesi də digərləri kimi böyük bir hadisəyə çevrildi. Düzdür, bundan əvvəl tamaşaya qoyulan “Mənim günahım” teatr mütəxəssislərinin bəziləri tərəfindən birmənalı qarşılanmadı. Bəzi tənqidçilər bu pyesi və onun səhnə həllini tam başa düşmədiklərindən haqsız olaraq, tənqid etmişdilər. Məşhur dramaturqlar, rejissorlar və teatr tənqidçiləri də deyir ki, əgər o tamaşa birmənalı qarşılanmırsa, deməli, maraqlı səhnə əsəridir.
“Unuda bilmirəm” tamaşası teatr mütəxəssisləri, ədəbiyyat tənqidçiləri tərəfindən yaxşı qarşılandı. Əsasən də Nargilə rolunda Amaliya Pənahova və Kamran rolunda Həsənağa Turabov həmin vaxtlar hamının sevimlisi oldular. Çünki o səhnə əsərinin mövzusu da yeni idi. Çox maraqlı haldır ki, bu tamaşa uzun illər də Milli Akademik Dram Teatrının repertuarında qaldı və bu illərdə çoxlu aktyorların, aktrisaların yetişməsinə köməklik etdi.
Müəllifin “Məhv olmuş gündəliklər” pyesi xarakterlər dramıdır, desəm, yanılmaram. Çünki burada olan Fəridə, Ədalət, Ancel, Savalan, Qənimət, Gövnər xanım obrazları, hər biri öz-özlüyündə çox yetkin və biri o birinə oxşamayan, səhnəmizdə həmin vaxtlarda rast gəlmədiyimiz surətlərdir. Elə buna görə də Milli Akademik Dram Teatrında rejissor Tofiq Kazımov tərəfindən qoyulan bu tamaşada aktyorlar Kamal Xudaverdiyev – Ədalət, Səməndər Rzayev – Qənimət, Fuad Poladov- Savalan, Vəfa Fətullayeva – Fəridə, Şəfıqə Məmmədova – Ancel rollarını ustalıqla oynayırdılar.
Yuxarıda yazdığım kimi, mən də “Məhv olmuş gündəliklər” pyesinə 2007-ci ildə Dövlət Gənclər Teatrında quruluş vermişdim. Və bir rejissor kimi, çalışmışdım ki, pyesə yeni açar tapım. Yəni özüm başa düşdüyüm və günün tələblərinə cavab verən formada tamaşa hazırlayım. Rejissor kimi ali məqsədi belə müəyyənləşdirmişdim. Həyata gündəliklərdəki, bədii əsərlərdəki yazılanlar kimi baxan, əvvəlcədən ölçüb-biçməklə, ehtimallarla, mülahizələrlə, varlı adamlara ərə gedən gənc qızların ailə həyatının sonu çox vaxt faciə ilə qurtarır. Ona görə də biz səhnə tərtibatını bütövlükdə gündəliklərdən qurmuş və tamaşada leytimativ kimi, Fəridənin ən çox sevdiyi Jor Bizenin “Karmen” operasının və bəstəkar Radion Şedrinin “Karmen” suitasındakı musiqilərindən istifadə etmişdik. Tamaşadakı mahnılara musiqisini yazan bəstəkar Sərdər Fərəcov və quruluşçu rəssam Əli Vüqar da, öz işləri ilə rejissorun bu ideyasına xidmət edirdilər. Tamaşada çoxlu plastik hərəkətlər və ayrı-ayrı şeirlərə yazılmış mahnılar da, bütövlukdə mizanlar da bu qayənin, rejissor yozumunun açılmasına xidmət edirdi. Biz hətta Gövhər xanım roluna əlavə sözlər yazmaqla, bu rolu da epizodluqdan çıxarıb, əsas rollardan biri etmişdik. Bu tamaşada çıxış edən Gövhər xanım – əməkdar artist Qəmər Məmmədova, Fəridə – Cəmilə Allahverdiyeva, Ancel – Gülbəniz Mustafayeva, Ədalət – Rəşad Səfərov, Qənimət – Elşən Hacıbabayev və Nurlan Rzayev, Savalan – Qədirhüseyin İsmayılov və Vahid Orucoğlu da bu ideyaya xidmət etməklə maraqlı rollar oynayırdılar. Və onların hər bir epizoddakı çıxışları tamaşaçı alqışları ilə sona yetirdi. Bu tamaşa haqqında da dörü mətbuatda biri-birindən maraqlı ressenziyalar çap olundu.
1971-c ildə teatr səhnəsində tamaşaya qoyulan “Mahnı dağlarda qaldı” tamaşası İlyas Əfəndiyevin tarixi canrda yazdığı ilk pyesi olsa da, çox bitkin və dramaturci cəhətdən professionallıqla işlənmişdi. Bu tamaşaya quruluş verən rejissor Əlheydər Ələkbərov, rəssam Nüsrət Fətullayev, bəstəkar Süleyman Ələsgərov, əsas rolların ifaçıları Həsənağa Turabov – Nijat, İsmayıl Dağıstanlı – Böyük bəy, Leyla Bədirbəyli – Fəxrəndə xanım, Amaliya Pənahova – Şahnaz, Vəfa Fətullayeva – Gülgəz, Fuad Poladov – Rəhman, Məmmədrza Şexzamanov – Həsənəli və başqa aktyorlar öz rollarını böyük həvəslə, yüksək profesionallıqla ifa edirdilər. Ona görə də bu tamaşa elə ilk premyerasından uğurla qarşılandı və sonra dövlət mükafatına layiq görüldü.
Dramaturq İlyas Əfəndiyev komediya canrında da öz qələmini sınadı və bunun nəticəsində “Qəribə oğlan” kimi maraqlı bir komediya yazdı. Bu tamaşaya quruluş verən xalq artisti, rejissor Ağakişi Kazımov, hətta bu komediyanı müzikl janrına qədər yüksəltdi və bu tamaşa Azərbaycan teatr sənətində ilk müzikl oldu. Dramaturq İlyas Əfəndiyevin, rejissor Ağakişi Kazımovun, bəstəkar Emin Sabitoğlunun böyük profesionallıqla qurduqları tamaşada, əsas rolda çıxış edən Fuad Poladov, özünün rəngarəng oyun üslubu ilə Azərbayan səhnəsi üçün çox böyük bir tapıntı oldu. Bu tamaşada baş rollarda çıxış edənlər – Əliağa Ağayev, Nəcibə Məlikova, Mirvari Novruzova və teatrın o vaxtlar cavan aktyor heyyəti sayılan, sonralar tanınmış sənətkarlar olan Amaliya Pənahova, Rafiq Əzimov, Kamal Xudaverdiyev, Səməndər Rzayev, Ramiz Məlikov və başqları da maraqlı rollar oynayırdılar. Bundan sonra rejissor Ağakişi Kazımovla İlyas Əfəndiyevin birgə işi olan “Büllur sarayda” tamaşası da maraqlı səhnə əsəri kimi qarşılandı. Bu tamaşada oynayan aktyorlar – Amaliya Pənahova, Yaşar Nuriyev, Fuad Poldov, Rəfael Dadaşov, Sevil Xəlilova, Əliabbas Qədirov, Hacı İsmayılov, Hamlet Qurbanov və başqa aktyorların oyunu, səhnə tərtibatı da yaxşı işlənmişdi. Həmin vaxtlar “Büllur sarayda” tamaşası xalq artisti, rejissor Cənnət Səlimova tərəfindən Səməd Vurğun adına Rus Dram Teatrında da tamaşaya qoyuldu. Bu tamaşa da özünün orijinal səhnə həllinə, rejissor yozumuna görə də maraqlı idi. Tamaşada aktyor ansambılı, rejissor Cənnət xanımın yüksək professionallığı və hər akytorla obrazları dəqiq işləməsi sayəsində maraqlı alınmışdı. “Büllur sarayda” tamaşası rusdilli tamaşaçılar tərəfindən də yaxşı qarşılanırdı.
Xalq artisti, professor Ağakişi Kazımov, rejissorun dramaturqla birgə iş üslubu haqqında danışanda, müsahibələrimizdən birində maraqlı olan belə bir fikir işlədib: “Mənim canlı dramaturqla ilk rejissor işim İlyas Əfəndiyevlə olub. Səhnəni, dramaturgiyanın bütün qanunlarını yaxşı bilməsi, az sözlə çox geniş fikirlər ifadə etməsi, yazdığı rolların heç birinin, bir-birinə oxşamaması, obraz səviyyəsinə qalxması, sözaltı mənaları dəqiq yerində işlətməsi, gözlənilməz hadisələr qurması, maraqlı konfliktlər yaratması və hətta hansı aktyorun hansı rolu daha uğurlu oynaya bilməsi ilə İlyas Əfəndiyev mənə çox köməklik edib. Bütün bunlarla yanaşı o, həm də sözübütöv, rejissoru lazım olan yerdə müdafiə edən, onu pis niyyətlərdən, lazımsız hücumlardan qoruyan insan idi. Məhz buna görə də onun hər iki pyesinə verdiyimiz quruluş maraqlı alınmışdı və teatr sənətimizin tarixinə layiqincə yazıldı”.
1980-ci ildə İlyas Əfəndiyev ikinci dəfə tarixi mövzuya müraciət edərək “Natəvan” pyesini yazıb, teatra təqdim etdi. Bu tamaşaya həmin vaxtlar Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının (indiki Musiqili-Dram Teatrı) baş recissoru olan xalq artisti Mərahim Fərzəlibəyov, Milli Akademik Dram Teatrında quruluş vermək üçün dəvət olundu. Tamaşada baş rolda, xalq artisti Amaliya Pənahova çıxış etdi. Tamaşa rejissor yozumuna və aktyor oyununa görə də maraqla qarşılandı və bu tamaşadan sonra Mərahim Fərzəlibəyovun da rejissor həyatı Milli Akademik Dram Teatrı ilə bağlandı. “Natəvan” tamaşasının uğurla qarşılanmasından sonra dramaturq İlyas Əfəndiyev və rejissor Mərahim Fərzəlibəyovun birlikdə müştərək işləri başlandı. Belə ki, bu tamaşadan sonra İlyas Əfəndiyevin yenə də tarixi mövzuda yazdığı “Şeyx Xiyabani” tamaşasına Mərahim Fərzəlibəyov quruluş verdi. Bu tamaşada baş rolda Həsənağa Turabov orijinal bir obraz yaratdı. Və onun bu rolu Azərbaycan teatr tarixində bir hadisə oldu. Tamaşanın uğurundan sonra Mərahim Fərzəlibəyov, dramaturqun “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Dəlilər və ağıllılar” və son əsəri olan “Hökmdar və qızı” əsərlərinə quruluş verdi. Bütün bu tamaşalar da orijinal mövzularına, aktuallığına, yüksək dramaturci tapıntılarına, obrazlarının dramaturq tərəfindən professional səviyyədə işlənməsinə, dialoqların yığcamlığına və rejissor yozumu ilə birlikdə, maraqlı aktyor oyun üslubuna görə, tamaşaçılarda böyük maraq yaratdı. Və ən əsası isə bu pyeslərin sayəsində çoxlu gənc aktyorlar, aktrisalar Azərbaycan səhnəsi üçün yetişdi. Onlar da bu gün Milli Akademik Dram Teatrının aparıcı sənətkarlarıdır.
Dramaturqun Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında hazırlanan “Büllur sarayda”, quruluşçu rejissor Ağakişi Kazımov, “Məhv olmuş gündəliklər” quruluşçu recissor, xalq artisi Vaqif Əsədov və “Sarıköynəklə Valehin nağılı” əsərini səhnə üçün işləyən və quruluşçu recissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov tamaşalara maraqlı quruluşlar veriblər. Bu tamaşalarda da teatrın bir qrup aktyorları biri-birindən maraqlı rollar oynayıblar. Xalq yazıçısının 100 illik yubileyinə bir töhfə olan “Sarıköynək və Valehin nağılı” tamaşasında aktyorlardan, xalq artistləri Tariel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Lətifə Əliyeva, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Ədalət Əbdülsəməd, Sabir Məlikov, Vüsal Mehrəliyev, İlham Əsədov, Mehriban Hüseynova, Hüseyn Nağıyev və başqaları maraqlı rollar oynadılar. Tamaşa öz aktuallığı və bu günlə səsləndiyinə görə, tamaşaçıların da marağına səbəb oldu.
Beləliklə, Milli Akademik Dram Teatrında və respublikanın başqa teatrlarında 20 pyesi səhnə həyatı görən İlyas Əfəndiyevin bu pyeslərinə təkcə Azərbaycanın ayrı-ayrı dövlət teatrlarında yox, həm də keçmiş Sovetlər Birliyində maraqlı quruluşlar verildi. Bununla da o, özünün dramaturq kimi məktəbini yaratdı. Bu məktəbdən bu gün də Azərbaycan teatrları bəhrələnir. Azərbaycanın teatrlarında çoxlu aktyorlar, aktrisalar və maraqlı rejissorlar yetişir. Əminəm ki, zaman-zaman Azərbaycan teatrı və eləcə də dünya teatrları İlyas Əfəndiyev dramaturgiyasına müraciət edəcək. Bu pyeslərin əsasında maraqlı tamaşalar hazırlanacaq və orijinal kinofilmlər çəkiləcək. Tamaşaçılar bundan sonra da professional aktyorların maraqlı oyun ifasında, dərin, orijinal rejissor yozumlarında bu əsərlərin yeni səhnə variantlarlarını görəcəklər. Böyük dramaturqun əsərlərinin yeni-yeni qatları açılacaq. Çünki İlyas Əfəndiyev dramaturgiyası özündə milliliyimizi qoruyub saxlamaqla, yüksək tərbiyəvi əhəmiyyətə malik olması ilə, dərin fəlsəfi fikirləri özündə əks etdirməklə yanaşı, həm də dünyəvi məsələlərlə, hadisələrlə, fikirlərlə, zamanın tələbləri ilə çox zəngindir. Dünya teatrları da onun yaradıcılığına müraciət etməklə, Azərbaycan həqiqətlərini, tariximizi bu əsərlər vasitəsilə öyrənəcəklər. Və İlyas Əfəndiyev təkcə klassik nasir kimi yox, həm də klassik dramaturq kimi ədəbiyyatımızda daim yaşayacaq. Zaman-zaman müstəqil respublikamızda gələcək nəsillərimiz üçün ədəbiyyat, teatr sahəsində, yeni insan tərbiyəsində İlyas Əfəndiyev yaradıcılığı məktəb olacaq. Və Jəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı məktəbləri ilə birlikdə teatr tariximizdə uğurla addımlayacaq. Mən buna əminəm.
Comments are closed, but trackbacks and pingbacks are open.