Press "Enter" to skip to content

I mam həsənin sülhü

The Spoil Plantation

İmam Hüseyn (ə) nə üçün sülhə getmədi?

Uzun zamandır ki, düşüncəsiz, qərəzli adamlar imam Həsənin (ə) siyasi xətti ilə imam Hüseynin (ə) siyasi xətti arasında fərq qoymağa çalışır, imam Həsəni (ə) Müaviyə ilə sülhdə ittiham edirlər. Belə etirazlar imamların öz dövründə də səslənib və cavablandırılıb. Amma bəzi insanlarda səmimi sual yarana bilər ki, nə üçün imam Həsən (ə) sülhü qəbul etdi, imam Hüseyn (ə) qiyam qaldırdı? Bunun səbəbi imam Hüseynin (ə) qiyamçılığıdır, yoxsa başqa səbəbləri var?

Mövzunun dərinliyindən xəbərsiz olan insanlara imam Həsən (ə) və imam Hüseynin (ə) atdığı addımlar fərqli görünə bilər. Belə bir təsəvvür yarana bilər ki, imamların ruhiyyəsi fərqli olub. Biz məsələni etiqadi və ictimai-siyasi baxımdan araşdırmağa çalışacağıq. Öncədən deyək ki, iki imamın siyasəti arasında heç bir ziddiyyət olmayıb və hər imam mövcud şərait əsasında hərəkət edib.

Öncə İslamın cihad mövzusuna xülasə nəzər salaq. Çünki həm sülh, həm də savaş cihad mövzusuna aiddir. İmam Həsən (ə) cihad etdi və sülh müqaviləsi imzaladı, imam Hüseyn (ə) cihad etdi və qiyam qaldırdı. Sual yaranır ki, İslam sülh dinidir, yoxsa savaş? Kafirlər və müşriklərlə savaş barədə ayələr çoxdur. Bəqərə, 190: “(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz”; Ənfal, 61: “Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir!” Ayələrdən göründüyü kimi İslamda şəraitlə bağlı həm savaş, həm də sülh var. Həzrət Peyğəmbər (s) Bədr, Uhud, Əhzabda müşriklərlə vuruşdu, Hüdəybiyyədə Məkkə müşrikləri ilə sülh müqaviləsi imzaladı.

Etiqadi baxımdan imamları Allahın höccəti kimi qəbul etsək onların bütün addımlarını haqlı saymalıyıq. Məsum imam sülh və ya cəng yolunu seçməsindən asılı olmayaraq Allahın əmrini yerinə yetirir. Məsum imamlarda xəta axtarmaq düzgün deyil. Onlar İslam dininin keçikçiləridirlər. Peyğəmbər (s) buyurur: “İslam on iki imamın vücudu sayəsində əziz və iqtidarlıdır.” Bu əsasla imamlar öz paklıq və elmləri sayəsində düzgün yol seçir, ən münasib addımı atırlar. Onların bütün təlaşları dinin qorunması üçündür. Bəzən qılınc, bəzən başqa vasitə seçilir. İmam Hüseyn (ə) Cabirin imam Həsənin (ə) sülhü ilə bağlı xatırlatmasına belə cavab verir: “Qardaşım da Allah və Onun Rəsulunun əmrinə itaət etdi. Mən də Allah və Onun rəsulunun əmrini yerinə yetirirəm.”

Əbu Səid Əqisa deyir ki, imam Həsəndən (ə) Müaviyə ilə sülhün səbəbini soruşdum imam buyurdu: “Ya Əbu Səid! Mən Allahın xalqa höccəti, atam Əlidən sonra imam deyiləmmi?! Peyğəmbər (s) mən və qardaşım haqqında buyurmadımı ki, Həsən və Hüseyn qiyam da etsələr, sülhə də getsələr imamdırlar?! Demək, mən qiyam ya sülh yolunu getməyimdən asılı olmayaraq imamam. Ey Əbu Səid Peyğəmbər Hüdəybiyyədə nə üçün sülh bağladısa mən də onun kimi sülhə getdim. Bir fərq var ki, Məkkə əhli Quranın nazil olmasını, Müaviyə isə onun əmrlərini inkar edirdi. Ey Əbu Səid! Nə qədər ki mən imamam atdığım addımın hikməti bilinməsə də mənə qarşı çıxmaq caiz deyil.”

Əgər Peyğəmbər (s) imam Həsənin (ə) şəraiti ilə üzləşsəydi onun kimi addım atardı. İmam Hüseyn (ə) də sülh yolunu seçərdi.

Rəhbər Ayətullah Xamenei bu mövzuda buyurur: “Biz imamların üsullarını fərqələndirməməliyik. Onları 250 il yaşamış və fərqli şəraitlərdə zamanın tələbi ilə fərqli addımlar atmış bir şəxs kimi qəbul etməliyik. Əgər Peyğəmbər (s) özü 250 il yaşasaydı, qarşısına çıxan fərqli şəraitlərdə eynən imamlar kimi hərəkət edərdi.”

İmam Həsənin (ə) sülh, imam Hüseynin (ə) qiyam yolunu seçməsi mövzusu ilə tanışlıq həmin dövrlərlə tanışlıqdan başlayır. İki imamın dövrü arasında dörd əsas fərq görünür:

1.İmamın ictimai mövqe fərqi

İmam Həsən (ə) xəlifə idi, imam Hüseyn (ə) isə rəsmi hakimiyyətdə deyildi. Dövrün güclü və zalım qüvvəsi İmam Həsənə (ə) qarşı çıxmışdı. İmam Hüseyn (ə) isə hakimiyyətə etiraz edən bir şəxs idi. İmam Həsən (ə) öldürülsəydi güc mərkəzi itirilirdi. İmam Hüseyn (ə) öldürülsəydi bu iftixarlı şəhadət yatmış düşüncələri silkələyəcəkdi. İmam Həsənin (ə) öldürülməsi və ya əsir götürülməsi İslamın məğlubiyyəti idi. İmam Hüseynin (ə) qətlə yetirilməsi zalım hökumətin maskasını yırtırdı.

2.İctimai fikir fərqi

İmam Həsən (ə) sülh edəndə cəmiyyət oyaq deyildi, imamın ali məqsədini anlamırdı. Həmin vaxt Kufə əhlinin döyüşməyə həvəsi yox idi. İmam onları bir yerə toplayıb xütbə oxudu, Siffeyn döyüşünü yada saldı, başıucalıq yolunu seçəcəkləri təqdirdə Müaviyə ilə döyüşə getməyin zəruriliyini bildirdi. Bunu da qeyd etdi ki, əgər həbsdə yaşamaq istəyiriksə sülh təklifini qəbul etməliyik. Hər tərəfdən səs ucaldı ki, sülh müqaviləsini imzala.

Bəli, imam Həsənin (ə) dövründə Kufənin ruhiyyəsi çox dağınıq idi. Əmirəlmöminin (ə) öz dövründə onlardan çox şikayətlənmişdi. Beləcə, Kufə əhli 20 il Müaviyənin zülmünü daddı, vəhşiliklərinə hədəf oldu. İbn Əbülhədid yazır: “Müaviyənin dövründə hər yerdə şiələr qətlə yetirilirdi. Peyğəmbər (s) ailəsini sevən hər adamı həbs edir, onun mal-mülkünü əlindən alırdılar.” Təbəri deyir: “Kufə və Bəsrə hakimi Ziyad ibn Suməyyə

Bəsrəni Səmərə ibn Cundəbə tapşırdı və həmin arada 8 min müsəlman qətlə yetirildi.” Bu zülmlərdən boğaza yığılmış xalq çıxış yolu axtarırdı. İmam Hüseynə (ə) 18 min məktubla müraciət etdilər ki, imam qiyama başçılıq etsin. Əgər imam bu müraciətlərə müsbət cavab verməsəydi ittiham olunardı, fürsəti əldən çıxardığı deyilərdi. Beləcə, Kufədən gələn məktublar imamı qiyam üçün vəzifəli etmişdi.

3.Tərəfdarlar arasında fərq

İmam Həsənin (ə) tərəfdarları arasında vəfasız insanlar çox idi. Müaviyə müxtəlif üsullarla bu insanları yoldan çıxarırdı. İmamın ətrafındakı insanların bir hissəsi Müaviyənin tərəfinə keçmişdi. Bir hissəsi də Müaviyəyə məktub yazıb imam Həsənə (ə) qarşı vuruşmaq hazırlığını bildirmişdi. Belə ki imamın öz qərargahında onun çadırına hücum etdilər, imamın qarşısından səccadənin çəkib götürdülər, əbasını çiynindən saldılar. İbn Sənan adlı şəxs imamla üz-üzə dayanıb onun və atası Əlini şirkdə ittiham etdi, imama qılınc yarası vurdu. Belə bir ətrafla Şam qoşununun qarşısına çıxmaq mümkün idimi? İmamın dilindən çıxan ağrılı bir söz həqiqəti əks etdirir. İmam buyurur: “And olsun Allaha, mənim üçün özünü şiə sayan bu camaatdan Müaviyə üstündür.”

Müaviyənin də iştirak etdiyi məclislərdən birində imam belə demişdi: “Həzrət Peyğəmbər (s) qövmünü Allaha doğru dəvət etdi, amma onların əlindən qaçmağa məcbur oldu. Əgər tərəfdarı olsaydı heç vaxt qaçmazdı. Mənim də tərəfdarım olsaydı heç vaxt səninlə saziş etməzdim.” Başqa bir məqamda imam buyurur: “Mən yalnız tərəfdarım olmadığı üçün hakimiyyəti Müaviyəyə verdim. Əgər tərəfdarım olsaydı gecə-gündüz onunla vuruşardım.”

Amma imam Hüseynin (ə) az da olsa imanlı, vəfalı tərəfdarları vardı. İmam onlar haqqında buyurur: “Mən köməkçilərimdən vəfalı köməkçi, ailəmdən mehriban ailə tanımıram. Allah mənim tərəfimdən sizə mükafat versin!” Həqiqətən imam Hüseynin (ə) tərəfdarları tərifə layiqdir. Son nəfərə qədər şəhadətə çatanadək imama zərbə vurulmasına imkan vermədilər.

4.Müaviyə və Yezid arasında fərq

Müaviyə və oğlu Yezidin məqsədi yeni olsa da rəftar və ruhiyyələri fərqli idi. Əvvəla, Müaviyə təcrübəlşi idi Yezid təcrübəsiz. Müaviyə qarşıya çıxan problemləri məharətlə aradan qaldırırdı. Təcrübəsiz Yezid isə bu məharətə malik deyildi. Digər tərəfdən, Müaviyə din libası geyinmişdi, Yezid günahkar kimi tanınırdı. Müaviyənin qəlbində Peyğəmbər Əhli-beytinə qarşı misilsiz kin vardı. Müğeyrə ibn Şəbə ondan xahiş edir ki, şiələrə qarşı bir az mərhəmətli olsun. Cavabı bu olur: “And olsun Allaha, məqsədim dəfn etməkdir.” Burada Müaviyə Peyğəmbərin adı və İslamı nəzərdə tutur. Belə bir kinlə zahirdə özünü etiqadlı müsəlman kimi göstərir, aşkar günaha yol vermirdi. Xalq çaşıb qalmışdı. Peyğəmbərin (s) buyurduğu kimi dini bəndələri aldatmaq üçün vasitəyə çevirmişdilər.

Müaviyənin bu ruhiyyəsi imam Həsənin (ə) işini çətinləşdirirdi. Ciyəryeyən Hindin oğlunu xalqa tanıtdırmaq üçün uzun illər çalışmaq lazım idi. Müaviyənin bu ruhiyyəsi səbəbindən imam Hüseyn (ə) öz imamətinin ilk on ilində qiyam qaldırmadı. Yezid isə əyyaş bir cavan idi. Onun itbazlığı, şərabxorluğu xalq arasında məşhur idi. Yezidin şiə və sünni mənbələrində qeydə alınmış şeirləri onun pozğunluğunu aşkar göstərir. İmam Hüseynin (ə) kəsili başı Yezidin qarşısına qoyulanda belə bir məzmunda şeir oxuyur: “Bəni Haşim hakimiyyətlə oynadı. Nə göydən xəbər gəldi, nə vəhy nazil oldu. Atalarımın intiqamını Əhməd övladlarından almasam bu nəsildən deyiləm!” Şeirdən göründüyü kimi Yezid açıq şəkildə Peyğəmbərin risalətini təkzib edir. Hətta onlardan intiqam alacağına and içir. Şair Əxtəl Yezidin üzünə belə deyir: “Ey Yezid! Doğrudan da, sənin dinin ulaq dini kimidir. Sən Hörmüzdən də kafirsən.” Təbii ki, belə bir pozğun hakimə qarşı çıxmaq, bu yolda canını qurban vermək bir iftixardır.

İmam Həsən (ə) sülhə getmədi, ona sülhü məcbur qəbul etdirdilər. Müaviyə ilə döyüşmək fikrində israrlı olan imam öz mövqeyini dəyişməyə məcbur oldu. İmamın bu mövqeyi də Müaviyə üçün çətinlik yaradırdı. O sülh müqaviləsinə əməl edəcəyi təqdirdə şiə məktəbi və şiələrin həyatı qorunmuş olurdu. Amma Müaviyə öz xislətini göstərib sülh müqaviləsinə də əməl etmədi. Onun bu addımı Bəni-Üməyyənin iç üzünü açdı xalq qismən oyandı. İmam Həsənin (s) sülhü Aşura qiyamına yol açdı. Mərhum Seyid Şərəfüddinin təbirincə, Kərbəla şəhadəti Hüseyni olmaqdan qabaq Həsəni idi. Yəni Kərbəla qiyamında imam Hüseyn (ə) qədər imam Həsənin (ə) də təlaşları rol oynayıb.

I mam həsənin sülhü

İmam Həsənin (ə) sülhü
Hz Əli (ə): (ibn Mülcəmin qılınc zərbəsindən sonra öz alicənab oğlu Həsənə (ə) tövsiyəsindən):

«Bil ki, Muaviyə mənə müxalif olduğu kimi sənin də əleyhinə çıxacaqdır. Beləliklə, əgər onunla sülhə və barışığa gəlsən, Bəni Zömrə və Bəni Əşcə qəbilələri ilə sülh bağlayan cəddin peyğəmbərin (s) yolunu getmiş olarsan. Düşməninlə müharibə etmək istəsən, (bil ki,) atanın tərəfdarlarında olan xeyir və vəfalılıq heç vaxt sənin tərəfdarlarında olmayacaq.»

İmam Sadiq (ə): «Həsən ibn Əli (ə) özünə qarşı sui-qəsddən sonra o Həzrətin (ə) ardıcılları onunla mübahisəyə qalxanda xilafət işini Müaviyəyə təhvil verdi. Bu vaxt onun şiələri Həzrətə (ə) belə salam verdilər:

Salam olsun sənə, ey möminləri xar edən. Həzrət (ə) buyurdu: Mən möminləri xar edən deyiləm, əslində möminlərə izzət bəxş edənəm. Sizin düşmən muqabilində qüdrətiniz olmadığını görəndə işi ona təhvil verdim ki, mən və siz onların arasında olaq. Belə ki, o müdrik (Xızır peyğəmbər (ə) gəminin öz sahiblərinə qalmasından ötrü onu deşdiyi kimi, onların arasında qalmağımız üçün mənim və sizin əhvalatınız də buna bənzər.»

I mam həsənin sülhü

Yandirdi Qalbimni Aman Mp4 Skachat

School Dub Scientist Dubiterian

Вахте Азат Дурам

Band Odessa О Чём Плачут Гитары

Juvenile Mind Feat Grant Dawson Cadmium Nightcore

Ramil Не Хочу Чтоб Ты Видела Меня Таким

Журокту Жалын Чырмады

Աղուէս Դաս 8 Խաղի Օրինակ Ping Pong Lesson 8 Game Example Ping Pong

Concert Exo Exo Planet 2 The Exo Luxion In Seoul Disc01 Part 1

Марьяна Ро Выпустила Новую Песню Катя Адушкина Xo Life Алена Венум Катя Клэп Маша Маева

Прохождение Взломанной Shadow Fight 2

Sansar Salvo Koptu Kayış Feat Kaan Boşnak

The Spoil Plantation

Kash Bang My Background Is Soundcloud

Yasin Surasi Mp3

Бирге Окуйбуз Музыкасы

Белый Снег Кружится В Ночь На Рождество Песня

Дин Мектепке Хиджабчан Баруу Туурабы

The Myth Sun Ra His Astro Infinity Arkestra

Silence Is Golden Ohyeah Remix Feat Magnus Pherotone

You Re So Very Clever To Have Found This Andrew Lloyd Webber

Don Quixote Quiteria Kitri Enters Nayden Todorov Sofia National Opera

Honne S O C I A L D I S T A N C I N G

Oh My Darling Clementine Louis Singing The Walking Dead Final Season 4

Comments are closed, but trackbacks and pingbacks are open.