Press "Enter" to skip to content

İMADƏDDİN NƏSİMİNİN DİVANINDA QRAMMATİK ARXAİZMLƏR

Zaman bildirən qaçan ki bağlayıcısı Nəsiminin divanında işlək olmuşdur.

Ədəbi dil və onun fonetik, leksik və qrammatik normaları

Dildə (eləcə də nitqdə) norma tənzimləyici, nizamlayıcı funksiyanı yerinə yetirir.Nisbi sabitliyi yaradır. Ədəbi dilin normaları mütləq deyil, dəyişkəndir, müəyyən tarixi şəraitdən asılı olaraq dəyişikliyə uğrayır. Bu hal dilin orfoqrafik və leksik normalarında daha çox özünü göstərir.

Ədəbi dilin normaları kütləvi xarakterdədir. Yəni hamı tərəfindən anlaşılan, hamının dil ünsiyyəti üçün yararlıdır. —Ədəbi dilin normalaşdırılması o deməkdir ki, onun lüğət tərkibi ümumxalq dilinin zəngin söz xəzinəsindən seçilir, ayrılır, sözlərin mənası və işlənmə məqamları, tələffüz tərzi və yazılış qaydası müəyyən prinsiplərə tabe edilir, sözdüzəltmə ümumi ənənəvi qaydada aparılır, ədəbi dil dialektlərə, loru dilə, jarqonlara qarşı qoyulur”.

Ədəbi dilin normalarını pozanlar ictimaiyyət tərəfindən məzəmmət olunurlar. Fransa, Latviya kimi inkişaf etmiş ölkələrdə dil qanunlarını pozanlar hətta cəzalandırılır.Məhz bu normaların sayəsində nitqin bütün şəraitində — məişətdə, istehsalatda, ictimai-siyasi mühitdə, təhsildə və s. yerlərdə dil özünün müxtəlif ünsiyyət fəaliyyətini lazımi səviyyədə yerinə yetirə bilir.

Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir.

Fonetik normalar.

Ədəbi dilin səs sistemi də normalar əsasında tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsiyyətdə məqbul sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə şəkilçilər sözlərin son hecasının ahənginə uyğun olaraq onlara qoşulur. Əgər binalar, anam, almaq, gəlmək kimi sözlərdə şəkilçilər binalər, anəm, almək, gəlmax şəklində işlədilirsə, bu fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə şəkilçi tərkibində e, o saitləri işlənmir. Yerli dialektdə sözlər aton, nənön, gəler, alacek kimi işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. Azərbaycan dilinə məxsus sözlərdə vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Bəzilərinin danışığında sözlər o , xu, da , ha, si , fət kimi tələffüz olunursa, yaxud mənəvi, mavi, vadar(etmək) kimi sözlərin birinci hecasındakı qısa tələffüz olunursa, bu da fonetik normadan uzaqlaşmadır.

Leksik normalar.

Leksik normalar sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən daha geniş işlənməsi, mənasının asan dərk olunması və s baxımından uyarlısının müəyyənləşdirilməsi və ədəbi dilə gətirilməsinə xidmət edir. Bu normalara görə sözlərin ədəbi dildə işlənməsi aşağıdakı hallarda məqbul sayılmır:

  • Sözlərin yerli şivə və dialektlərdə işlənən və ümumiyyət tərəfindən az anlaşılan variantları: məs.: cəviz (qoz), sərək (ağılsız), soruq (döşəkağı), qəlbi (hündür), tumo (zökəm) və s.
  • Köhnəlmiş, ünsiyyətdə az işlənən sözlər. Bura tarixizmlər və arxaizmlər daxildir. Məsələn, çuxa, əba, xış, badya (qab), dünğ, kəndxuda, suç, çuar (su çuarı) və s.
  • Loru sözlər və ifadələr. Məs: zırpı (böyük), lələş, qağa, fışqırıq, dürtmək, anqırmaq və s.
  • Sözlərin yerində işlənilməməsi. Məsələn, Azərbaycan xalqı yaxşı yaşamağa məhkumdur (layiqdir əvəzinə); Biz bunlara müdaxilə göstərməyə (etməyə əvəzinə) və s.
  • Söyüş xarakterli sözlər və ifadələr.

Qrammatik normalar.

Dilin qrammatik quruluşunun nitq prosesində fəaliyyətini nizamlayır. Bu normalara dilin öz təbiəti, qanunauyğunluğu, dildə axıcılıq, rəvanlıq, ardıcıllıq və s. tələblərin gözlənilməsi baxımından məqbul sayılan əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin sıralanması, qrammatik kateqoriyaların işlənməsi ilə bağlı qaydalar daxildir.Misal üçün: söz kökündən sonra əvvəlcə sözdüzəldici (söz yaradan), sonra isə sözdəyişdirici şəkilçi (qrammatik funksiyanı yerinə yetirən) işlənir: arı-çı-lıq-dan, sənət-çi-lər və s. Miqdar və qeyri-müəyyən sayından sonra işlənən isim cəm şəkilçisi qəbul etmir: beş qələm, xeyli adam əvəzinə beş qələmlər, xeyli adamlar demək düzgün sayılmır. Nitq kommunikasıyasında sözlər müəyyən düzülüş qaydasına malik olur: mübtəda cümlənin əvvəlində, xəbər sonunda, təyin isim və isimlə ifadə olunan üzvdən əvvəl, tamamlıq ismi və feli xəbərin, zərflik xəbər, xəbər qrupunun əvvəlində işlənir.

Bir qrammatik qaydaya görə cümlədə və ya abzasın əvvəlində işlənilən isimlər sonra gələn cümlədə (eləcə də abzasda) şəxs əvəzlikləri və ya münasib sözlərlə əvəz olunmalıdır. Bu eyni söz və ya ifadənin təkrarını aradan qaldırmaqla nitqin ahəngdarlığını təmin edir. Mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və sairələrin ədəbi dildə işlədilməsi ilə bağlı qrammatik normalar mövcuddur.

Həm yazılı, həm də şifahi nitqdə qrammatik normalardan uzaqlaşma halları tez-tez müşahidə olunur. Məs:

  • Uzlaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar: Bir neçə maşın torpaqları həyətə tökdülər.
  • İdarə əlaqəsinin pozulması ilə bağlı qüsurlar: Ustalar 1400 oturacaq stullar təmir etdilər. Bir çox ölkələrin müşahidəçiləri seçkidə iştirak etdilər. Birinci cümlədə stullar, ikinci cümlədə müşahidəçilər sözləri müəyyən təsirlik halında işlənməlidir.
  • Yanaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar: Azərbaycanın bütün həyatının sahələri Avropaya inteqrasiya olunur (olmalıdır: həyatının bütün sahələri)
  • Eyni və ya yaxınmənalı sözlərin təkrar olunması ilə bağlı qüsurlar: Ona müvəffəqiyyət uğuru arzu edirəm.

Dilimizdə özləşmə meyilləri

Dildə alınma sözlərin əvəzinə milli sözlərin işlədilmə meyli özləşmə meyli adlanır. Müasir Azərbaycan dilinin lüğət tərkibində 1960-cı illərdən başlayaraq özləşmə meyilləri müşahidə olunur. Bu meyillər həmişə özünü doğrultmasa da, ədəbi dili etnik yaddaşına qaytarıb başqa dillərin təsirinə məruz qalmaqdan bu və ya digər dərəcədə xilas edir. Özləşmə dedikdə hər cür söz yaradıcılığı başa düşülmür. Bu daha çox mövcud olan alınma sözlərin işlədilməsi əleyhinə yönələn və məhz həmin sözlər üçün qarşılıq tapmaq cəhdindən ibarət olan bir prosesdir.

Özləşmə üç yolla gedir:

  • Hər hansı bir söz ustasının qədim mənbələrdən, xalq dilindən söz götürməsi və ya mövcud oxşarlıq əsasında söz yaratması yolu ilə;
  • Cəmiyyətin özündə müəyyən hadisə ilə bağlı —söz partlayışı” yolu ilə;
  • Türk dillərinin təsiri ilə. Azərbaycanda alınma sözlərin türkləşdirilməsi prosesi əvvəllər də olmuş və bu günə qədər işlətdiyimiz qurultay, bildiriş, görüntü, seçki, ildönümü və s. belə yaranmışdır.
    Son vaxtlar da həmin qayda ilə bir sıra leksik vahidlər meydana çıxmışdır: çimərlik, duracaq, saxlanc (maliyyə termini kimi), əyləc (tormoz), dönəm (mərhələ) və s. belə leksik vahidlər dildə öz qeyri-türk mənşəli qarşılıqları ilə paralel işlənir və həmin sözlərin sinonimlik imkanlarını artırır.

Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən qayıtması da özləşmə prosesinin təsiri ilə baş verir: çavuş, yarlıq, ulu, dürlü, araşdırma və s. Belə sözlərə dirilən sözlər deyilir.

Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə

  • Teqlər:
  • ədəbi dil
  • , dilin normaları

İMADƏDDİN NƏSİMİNİN DİVANINDA QRAMMATİK ARXAİZMLƏR

Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması dövrünün ilk mərhələsini (XIV-XV) Nəsiminin yaradıcılığı tamamlayır. Nəsiminin dili XIV-XV əsr Azərbaycanədəbi dilinin parlaq bir nümunəsidir. Nəsimin dilindəərəb-fars sözləri işlənsə də ana dili elementləri daha çox üstünlük təşkil edir. Şairin dilini səciyyələndirən ən məqbul və milli baxımdan ən vacib məsələ dilində hər bir sözün, qrammatik formanın poetikləşdirilməsidir. Bu əsrlərdə Azərbaycan dilinin lüğət tərkibi üçün xarakterik əlamətlərdən biri leksik paralellikdən ibarətdir. Ə. Dəmirçizadə bu barədə qeyd etmişdir “Nəsimi əsərlərində ərəbcə, farsca, azərbaycanca həmməna sözlərin müvazi işlənməsi daha çox bədii üslubun müəyyən xüsusiyyətləti ilə vəzn, qafiyə, təşbeh silsiləsi və s. ilə üzvi surətdə əlaqədardır. Bəzən isə Nəsimi bir misra və ya bir beyt daxilində azərbaycanca, ərəbcə və ya farsca həmməna sözləri yanaşı işlətmişdir ki, bununla da o, bir sözün,xüsusən məcazi mənasını ikincihəmməna sözlə düzgün anlatmaq istəmişdir. Bu cür eyni mənalı sözlərin bəziləri biri digərinə nisbətən daha güclu işlənmiş və zəif işlənmiş söz tədricən ekivivalenti tərəfindən sıxışdırılaraq dildən çıxarılmışdır.

Nəsimi öz poeziyasında özünəməxsus ahəngə, pafosa, təkrarsız emasionallığa malik olmaq üçün Azərbaycan dilinin bir neçə vasitələrindən istifadə etmişdir. Bunlara ilk növbədə nidaları eləcə də şairin üslubunda ekspressiv – emosional məna kəsb edərək nidalaşmış ayrı – ayrı leksik vahidləri, törəmə niaları, ədatları və vokativ sözləri aid etmək olar. Müasir Azərbaycan dilinə əsaslandıqda hər hansı sözün, qrammatik formanın köhnəldiyini, bütövlükdə dil üçün fəaliyyətdən qaldığını görürük. Haqqında danışılan mərhələdə köməkçi sözlərin sonrakı mərhələdə arxaikləşmiş bir sıra formaları işlənmişdir. Cılayın, ucundan, qarşu, birlə, vəli, netəkim, gərçi, dəxi, üştə, hərgiz bu formalar dövrün qrammatik normasını müəyyən edir.

Nəsiminin divanında müxtəlif nidalar işlənmişdir. Vey nidası istisna olaraq Nəsiminin divanında işlənmiş bütün nidalar Azərbaycan işlək olmuşdur. Ey nidasının ekvivalenti kimi mürəkkəb qruluşa malik vey nidası Nəsiminin divanında ən fəal nitq faktı kimi özünü göstərir. Vey nidası xitabların əvvəlində gələrək əksər hallarda ey nidası ilə bir beyt daxilində işlənmişdir.

Vey rüxündür süfati – rəhmani.

Ciləyin qoşması XIV əsr abidələrinin dilində kimi qoşmasının sinonimi kimi işlənmişdir.

Bir mənciləyin aşiqi – bərdar kimin var?

Müasir Azərbaycan dilindəki ilə qoşması müxtəlif fonetik və fono – morfoloji variantlarda işlədilmişdir.Bu qoşma bəzi mənbələrdə ilən Nəsiminin dilində isə birlə formasında işlənmişdir.

Nəzar səcdə qılır tuti birlə qəndü nəbat.

Nəsiminin dilində işlənmiş Birlə qoşması iki tərkib hissədən əmələ gəlmişdir.Yəni say bildirən bir sözünün fel düzəldən -lə şəkilçisi və qədim feli bağlama şəkilçisi n ünsürü ilə birləşməsindən düzəlmişdir. Vaxtilə birlikdə, vəhdətdə deməkimiş. Lakin sonralar tədricən inkişaf edərək, müstəqil bir sözdən köməkçi bir sözə keçib, qoşma məzmunu kəsb etmişdir. Əvvəlki mənasından əlavə ikinci bir məna almışdır. Başqa sözlə desək, birlən, birlə, bilə qoşmaları iki əşyanın birlikdə alınmasnı, ya da müəyyən bir işin, hərəkətin müəyyən bir əşya vasitəsilə icra edildiyini və müşayiət olunduğunu bildirir. Bir sözü türk dillərində polisemantik mənaya malikdir və müxtəlif şəkilçilərlə müxtəlif mənalar ifadə edir. Ehtimal ki, bir sözü say mənasnı ifadə etməkdən əlavə qədim dövrlərdə türk qəbilələrinin dilində komitativlik mənası da ifadə etmişdir. Bu məna, məsələn, qırğız dilindəki bir qelaş birgələş, birqələ birləşdir, bitik birləş sözlərində, Azərbaycan dilindəki birgə, bitləşmə, birlik, birik, birlikdəvə s. sözlərdə indidə özünü göstərir. Əvvəllər birlən, birlə qoşması yalnız komitativ məna ifadə etmişdir. Qədim türk yazılı abidələrinin dilində bu həmin qoşmanın ifadə etdiyi yeganə mənadır. Digər mənaların (alət, səbəb, zaman, məkan mənalarının yaranması sonrakı dövrlərin məhsuludur. Güman etmək olar ki, birlə qoşmasında işlənən – şəkilçisi müstəqil feldənyaranmışdır. Bu felyabol «ol» sözü, ya da elə sözü ola bilər; bunu nəzərə aldıqda, birlə qoşmasının inkişaf yolunu belə təsəvvür etmək olar. Birelə> birelə> birlə Bu qoşma qədim türk yazılı abidələrinin dilində artıq birlə şəklində işlənir; məsələn: İnim Kültigin birlə sözləşdimiz “Kiçik qardaşım Kültigin ilə məsləhətləşdim” Eçim kağan birlə ilgərü Yaşıl əgüz Şantul yazıka təgi sülədimiz (KT). «Əmim xaqan ilə şərqə Yaşıl çay Şandun düzünə təki qoşun çəkdik. H. Həsənov bu qoşmanı leksik – fonetik arxaizimlərə daxil edir.

Müasir Azərbaycan dilində ancaq sözünün sinonimi olan leyk bağlayıcısı ərəb dilindən alınmış lakin sözünün tərkib hissəsidir.

Leyk mənidə bir haman oldu.

Müasir dilimizdə ancaqbağlayıcısının məna vəzifəsini ifadə edən fars dilindən alınmış vəli bağlayıcısı XIV əsrdən bəri dildə işlək olmuş və qarşılaşdırma bağlayıcısı vəzifəsini yerinə yetirmişdir. Bu bağlayıcı İmadəddin Nəsiminin və həmin dövrün başqa şairlərinin dilində də işlənmişdir. Klassik şeir üslubunda ancaq məhdudlaşdırıcı ədatının sinonimi kimi də çıxış edir. Vəli bağlayıcısı müasir dilimiz üçün arxaikləşmişdir.

Cəhd edərəm ki, alinə könlümü verməyən, vəli

Həm bilirəm ki, aqibət alinə könlüm alına.

Nəsiminin dilində işlənmiş və XVI əsrin yazı dilində arxaikləşməkdə olan əgər-əgər bağlayıcısına Xətai şeirlərində təsadüf olunur. Fars dilindən dilimizə keçmiş bu bağlayıcı şərt budaq cümlələrində iştirak edərək, həm istər bağlayıcısının sinonimi kimi, həm də şərt mənasında işlənir. Bu bağlayıcı həm yazıda, həm də şifahi nitqdə geniş işlənmişdir.

Əgər müşkül, əgər asan gərəkməz.

Zaman bildirən qaçan ki bağlayıcısı Nəsiminin divanında işlək olmuşdur.

Vəslində hər qaçan ki, Nəsimi açar ağız,

Fars dilindən alınmış güzəşt bidirən gərçe, əgərçe bağlayıcıları XIV əsrdən dilimizdə işlənməyə başlamış, XVIII əsrdən sonra öz işləkliyini itirmişdir.

Kəsilməz gərçi vəslindən Nəsimi,

Müasir dilimizdəki artıq sözünün sinonimi olan oş, uş, iştə, uştə ədatları XIV-XVI əsrlərin bədii dilində işlənmişdir.

Məndən ayrılmaz bu surət, əyalı məndədir.

Lacərəmyəqin, sözsüz mənasında olan ərəb dilindən alınmış modal sözdür.

Lacərəm bu sifət əyan oldu.

Bu söz müasir dilimiz üçün arxaikləşmiş, istifadədən qalmışdır, lakin abidələrin dilində, xüsusən, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin dilində fəal işlənmişdir.

Tarixən də köməkçi nitq hissələri eyni vəzifəni yerinə yetirmiş və fəal işləklik dairəsinə malik olmuşlar. Vaxtı ilə müstəqil nitq hissəsi kimi işlənən bu sözlərin tədricən köməkçi funksiyası qazanmış, bəzən də onların həmin sözlərin şəkilçiləşməyə doğru inkişaf etdiyini də müşahidə etmək olur. Dildə mövcud olan köməkçi nitq hissələrinin müstəqil lüğəvi mənası yoxdur. Onlar ancaq söz birləşməsi və cümlə daxilində müəyyən qrammatik məna qazanaraq sözlər arasında müxtəlif tipli əlaqələri (və məna çalarlığı) yaradır. Bu prosesi izləmək ana dilinin bugününü aydın dərk etməyə, onun sabahını proqnozlaşdırmağa yardımçı ola bilər.

  1. Azərbaycan ədəbi dili tarixi 4 cilddə I cild. Bakı 2008.
  2. Ə. Dəmirçizadə Azərbaycan ədəbi dilinin tarixi.I hissə.
  3. H. Həsənov Müasir Azərbaycan dilinin leksikası. Bakı 1988
  4. İmadəddin Nəsimi. Seçilmiş əsərləri I cild. Bakı 2004.
  5. İmadəddin Nəsimi. Seçilmiş əsərləri II cild. Bakı 2004.
  6. N. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ankara 1997.

Çap olunub: Bakı Mühəndislik Universiteti Gənc Tədqiqatçıların I beynəlxalq elmi konfransı. Bakı. 06.05.2017. s601

Узбекско-русский онлайн-переводчик и словарь

Обновите, пожалуйста, страницу. Набранный текст и перевод не потеряются.

Обновить страницу

Не удалось открыть подборки

Переводчик не смог соединиться с базой данных браузера. Если ошибка повторяется из раза в раз, пожалуйста, напишите в поддержку. Обратите внимание, что подборки могут не работать в режиме инкогнито.

Чтобы подборки заработали, перезапустите браузер

Яндекс.Переводчик — мобильный и веб-сервис, который переводит с узбекского на русский как слова, фразы и связные тексты, так и целые веб-страницы. Перевод сопровождается примерами использования и транскрипцией, есть возможность услышать произношение слов. В режиме сайта сервис переводит всё текстовое содержимое страницы, адрес которой вы укажете. Знает не только Узбекский и Русский , но и ещё 100 языков.

  • Мобильная версия
  • Справка
  • Популярные переводы
  • Разработчикам
  • Участие в исследованиях
  • Пользовательское соглашение
  • Переводите в Яндекс Браузере

Comments are closed, but trackbacks and pingbacks are open.