I nformasiya sistemləri menecmenti
ERP şirkətin bütün strukturlarının (mühasibatliq, maliyyə, anbar, marketinq, istehsalat, HR, İT və s.) vahid məlumat bazasından istifadə etməsinə imkan verir. ERP-yə eyni zamanda CRM də daxildir.
İnformasiya sistemləri
İnformasiya sistemləri-informatika elminin ən mühüm anlayışlarından biri də informasiyadır. Bu anlayış latın sözü olub baş vermiş hadisə və ya fakt haqqında məlumat mənasını verir. İnformasiya dedikdə toplanma, qeydiyyat, saxlanma və s. obyekti ola bilən faydalı məlumatlar toplusu başa düşülür. İnformasiya anlayışının ən mühüm alt anlayışlarından biri də informasiya sistemləridir. Kompüterlərin və digər əlaqə vasitələrinin istifadə olunmasına əsaslanan yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı olaraq bu anlayış (informasiya sistemi anlayışı) geniş istifadə olunur. Ümumi halda sistem anlayışı qoyulmuş məqsədə çatmaq üçün vahid bir tam kimi fəaliyyət göstərən, qarşılıqlı əlaqədə olan elementlər kompleksini özündə birləşdirir. Sistemin struktur, element funksiyası və elementin və sistemin özünün girişi və çıxışı kimi komponentləri var. Bundan başqa hər bir sistemin alt sistemə bölünmək imkanı da var. Bu xüsusiyyəti onun analizini, yaradılamsını və istifadəsini asanlaşdırır.
İnformasiya sistemləri tətbiq sahəsinə aid informasiyaların toplanmasını, saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir. Bu sistem müxtəlif istifadəçilərin müəyyən mövzu sahəsi çərçivəsində informasiyaya olan tələbatının ödəyir. Onun yaranmasının səbəbi də budur. İnsanlarının tələbatlarının ödənilməsində iki cəhəti nəzərə almaq lazımdır. Birincisi tətbiq sahəsinin sərhədlərinin təyin olunması və informasiya modelinin tam əhatəli və dəqiq əks etdirilməsi, ikicisi istifadəçilərin sorğularına tam və dəqiq cavab verə bilən informasiya sisteminin yaradılmasıdır. Birinci halda baxılan tətbiq sahəsi çərçivəsində informasiya sisteminin istifadəçiləri lazımi informasiyayla təmin edilməli, ikinci halda isə sorğuların tipləri və növləri təhlil edilməli, sorğuların tələblərinə uyğun və əlverişli şəkildə cavab verilməlidir.Bu sistem həm ayrılıqda, həm də hər hansı avtomatlaşdırılmış sistemin tərkibində layihə edilə bilər. Birinci halda o, informasiya-sorğu sistemi kimi, əsasən, ayrı-ayrı şəxslərin və ya kollektivlərin informasiya tələblərini ödəmək üçün istifadə olunur. İkinci halda isə informasiya sistemi istifadəçilərə informasiya-arayış xidməti göstərməklə yanaşı, həmdə avtomatlaşdırılmış sistemin informasiya təminatı alt sistemi rolunu oynayır.İnformasiya sistemləri konkret hər hansı bir obyekt üçün yaradılır. İnformasiya sistemləri bir çox cəhətlərinə görə qruplaşdırılır.Avtomatlaşdırma dərəcəsinə görə informasiya sistemləri əllə işləyən (mexaniki), avtomatlaşdırılmış və avtomatik olmaqla üç qrupa bölünür. Mexaniki olduqda bütün əməliyyatlar insanlar tərəfindən, avtomatlaşdırılmış olduqda yarısı insan, yarısı EHM-lər tərəfindən, avtomatik olduqda isə texniki vasitələrin köməyi ilə avtomatik olaraq yerinə yetirilir.İnformasiya sistemlərini tətbiq sahəsinə görə də təsnifləşdirirlər. Bu cəhətinə görə informasiya sistemləri bir neçə sinifə bölünür: elmi tədqiqatlar, avtomatlaşdırılmış layihələndirmə, texnoloji proseslərin idarı olunması, təşkilati idarəetmə və s.Tətbiq sahəsindən asılı olmayaraq bütün informasiya sistemləri eyni komponent toplusundan ibarətdir. Bunlar funksional komponentlər, verilənlərin emalı sistemi komponenti və təşkilati komponentlərdir. Bu komponentlərin hər biri informasiya sisteminin ayrı-ayrı tapşırıqlarını (idarəetmə funksiyasını, verilənlərin emalının tipik əməllərinin reallaşdırılmasını, inforamasiya üzərində müxtəli əməllər və s.) yerinə yetirir.İnformasiya sistemi idarəetmə funksiyasını reallaşdırılmasına xidmət edir. Bunun üçün o, müxtəlif ranglı işçiləri idarə olunacaq obyekt haqqında inforamsiya ilə təmin edir, toplayır, çevirir,ötürür və emal edir.Bütün deyilənləri ümumiləşdirərək informasiya sisteminə aşağıdakı tərifi vermək olar.”İnformasiya sistemi idarəetmə funksiyasını reallaşdırmaq məqsədi üçün müxtəlif rütbəli istifadəçiləri (işçiləri) idarə olunan informasiya ilə təmin edən, toplayan, ötürən və emal edən kommunikasiya sistemidir”.
I nformasiya sistemləri menecmenti
Bu gün əksər şirkətlərimizdə biznes proseslərin, xüsusilə informasiya sistemlərinin kortəbii olması faktdır. Şirkətlərimiz informasiya sisteminə, informasiyanın daha keyfiyyətli idarə olunmasına investisiya qoyulmasına həvəsli görünmürlər.
Amma bu vəziyyət tam olaraq durğun da deyil. Hər il müəyyən şirkətlər informasiyanın idarə olunması sistemini təkmilləşdirməyə səy göstərirlər.
Bu prosesə təkan verən əsas amillər aşağıdakılardır:
1)Informasiya texnologiyaları, informasiya sistemləri hər gün inkişaf edir.
2)Rəqabətin təsiri. Şirkətlər rəqiblərindən geri qalmaq istəmirlər.
3)İnformasiya axınının sıçrayışlı artımı, informasiyanın “idarəolunmaz” hala gəlməsi. Marketinq nəhəngi Jack Trout-un dediyi kimi, “elektron bombardman”ın təsiri. Gün ərzində şirkətlər o qədər informasiya əldə edirlər ki, bunun idarə olunmasına, saxlanılmasına əvvəlki sistemlərin gücü çatmır.
4)Şirkətlər informasiya menecmentinin faydasına inanmağa başlayırlar. Dərk edirlər ki, kortəbii idarəetmədən qurtulmaq üçün ilk olaraq informasiya sistemindən başlamaq lazımdır.
Ona görə də biznesdə informasiyanın idarə olunması hər gün daha çox aktuallaşır. İnformasiya sisteminin vəziyyəti şirkətin müasir biznes praktikası ilə nə dərəcədə ayaqlaşmasını göstərir.
Bill Gates-in dediyi kimi, “Hər bir biznesin müqəddəratı onun informasiyanı necə toplaması, idarə etməsi və istifadə etməsindən birbaşa asılıdır”.
İnformasiya sistemi dedikdə təkcə informasiya texnologiyaları (İT) nəzərdə tutulmamalıdır. Buraya əlavə olaraq biznes proseslər, insanlar və informasiyanın özü daxildir.
İnformasiya texnologiyaları (hardware və software) sistemin infrastrukturunu formalaşdırır. Texnologiya xam məlumatları (data) emal edib şirkət üçün faydalı informasiyaya çevirməlidir. Bu, öz-özünə baş verməyəcək – insanlar edəcək. Ümumiyyətlə, informasiya sistemi o zaman faydalı olacaq, o zaman əhəmiyyət kəsb edəcək ki, tələb olunan qaydada istifadə olunsun. İlkin məlumatlar daxil edilməyəcəksə, sistemin nə qədər güclü və müasir olmasının heç bir əhəmiyyəti yoxdur. Buna görə informasiya sistemləri yaradılanda sistemin istifadəçilər üçün asan olmasına xüsusi diqqət yetirilməlidir.
Burda əsas problem odur ki, bir qayda olaraq proqramın alınması qərarını menecment verir, istifadəçisi isə işçilər olur. Menecment təkcə sistemin nəzarət tərəfinə, faydalılığına deyil, həm də istifadəsinin asanlığına fikir verməlidir.
Şirkətlərin məlumat bazasını (database) idarə etmək üçün SQL (Structured Query Language) əsaslı proqramlardan istifadə olunur. Bu proqramlara CRM (Customer Relationship Management), ERP (Enterprise Resource Planning) və s. daxildir.
CRM müştərilərlə münasibətlərin idarə olunmasını avtomatlaşdırmaq üçündür. CRM barədə əvvəlki bloq postların birində geniş yazmışdım:
ERP şirkətin bütün strukturlarının (mühasibatliq, maliyyə, anbar, marketinq, istehsalat, HR, İT və s.) vahid məlumat bazasından istifadə etməsinə imkan verir. ERP-yə eyni zamanda CRM də daxildir.
Məsələn, satış şöbəsi satış əməliyyatını qeyd etdikdə bu məlumatı dərhal mühasibatliqdan da görmək olur. Eyni zamanda, satış işçilərinin məhsuldarlığı barədə HR meneceri məlumat ala bilir.
İnformasiya menecmentinin səmərəli təşkili ilə şirkətlər nə əldə edirlər? Bunun faydalarını aşağıdakı kimi sadalaya bilərik:
– Biznesin dayanıqlı idarə olunması üçün etibarlı informasiya bazası olur. Yəni, istədiyi informasiyanı vaxtında əldə edə bilir. İnformasiya “əlçatan” olur.
– İnsan amilinin minimumlaşdırılması. Bununla həm səhvlər azalır, həm də işçi qüvvəsinə çəkilən xərclər. Daha az işçiyə ehtiyac olur.
– Kağız-kuğuzdan müəyyən qədər imtina olunur, lazımsız sənəd dövriyyəsi minimuma enir.
– Menecment üçün çevik nəzarət imkanı.
– İşçilərdən məlumat asılılığı azalır. İşçi işdən çıxanda məlumatla bağlı problem yaranmır.
– Müştərilərlə münasibətlər yaxşılaşır, bu da nəticədə satışın artmasına səbəb olur.
– Təchizatçılarla münasibətlər yaxşılaşır. Məsələn, dünyanın ən böyük supermarket şəbəkəsi olan Wall Mart şirkəti RetailLink sistemi ilə Təchizatçılarla mağazaları əlaqələndirilib. Hər alış-veriş olduqca anbar qalığı barədə təchizatçılara birbaşa məlumat gedir.
– Biznes proseslər sürətlənir.
– Vahid məlumat bazası əsasında dəyərli statistik təhlillər aparmaq olur.
– Qərar vermə prosesini asanlaşdırır. Qərarlar daha keyfiyyətli informasiya əsasında verilir.
– İnformasiya təhlükəsizliyi. Bu, həm də hər bir işçidən asılıdır. İşçilər informasiya sisteminin əhəmiyyətini başa düşməlidir.
Müşfiq Ramazanov “İnformasiya sistemləri menecmenti (dərslik)” PDF
İqtisad elmləri namizədi, dosent Müşfiq Köçəri oğlu Ramazanovun “İnformasiya sistemləri menecmenti” dərsliyi fənnin əsas
nəzəri və praktiki istiqamətlərinin öyrənilməsinə həsr edilmişdir. Dərslikdə informasiya sistemləri menecmenti elminin öyrəndiyi və hazırda ölkəmizdə informasiya cəmiyyətinin, texnologiyalarının inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən sahələr geniş əhatə olunmuşdur. Dərsliyə daxil edilmiş mövzular müasir dövrün tələbləri, praktiki əhəmiyyəti nəzərə alınmaqla şərh edilmişdir.
Dərslik Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursant və dinləyiciləri üçün nəzərdə tutulmuşdur. Dərslikdən respublikanın digər ali təhsil müəssisələrinin tələbə və müəllimləri, eləcə də bu sahədə çalışan elmi işçilər və mütəxəssislər istifadə edə bilərlər.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Müşfiq Ramazanov “İnformasiya sistemləri menecmenti (dərslik)” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.