Press "Enter" to skip to content

Müşfiq Ramazanov – İnformasiya sistemləri menecmenti

İnformasiya sistemi – idarəetmə prosesinin informasiya ilə təmin olunmasını təşkil edən vasitə olub, bütün idarə sisteminin bölmələrinə lazım olan dəqiq məlumatların vaxtında verilməsinə imkan verir. İnformasiya sistemi aşağıdakı elementləri özündə əks etdirir:

Menecmentdə informasiya təminatı

1. Menecmentdə informasiyanın rolu.
2. İdarəetmədə tətbiq edilən informasiyaların növləri və təsnifatı.
3. İnformasiyanın yaranma və alınma mənbələri.
4. Menecmentdə kommunikasiya.
5. İnformasiya texnologiyaları və sistemləri.

İnformasiya – idarəetmənin ən başlıca xammalıdır. İnformasiya, hər hansı bir yolla ölçülə bilən və tərkibində yenilik olan məlumatdır. Texniki-iqtisadi informasiyanın ölçü vahidi «bit»dir. İnformasiyanın toplanmasında, saxlanmasında, araşdırılmasında və verilməsində texniki və rabitə vasitələrindən istifadə olunduqda, onu kommunikasiya prosesi adlandırırıq.
Hazırkı dövrdə idarəetmə prosesini kommunikasiya və qərar qəbul etmə proseslərindən ayrı təsəvvür etmək qeyri mümkündür. İdarəetmənin 5 funksiyasının – planlaşdırma, təşkiletmə, motivləşdirmə, nəzarət və marketinqinin ümumi xüsusiyyətləri də bunlarla bağlıdır. Bu funksiyalar hamısı qərarların qəbul edilməsini tələb edir və hamısına informasiya lazımdır ki, düzgün qərar qəbul etmək üçün ondan istifadə etsinlər və bu qərarı müəssisənin başqa üzvlərinə çatdıra bilsinlər. Bu iki xüsusiyyət idarəetmənin bütün funksiyalarını özündə birləşdirdiyi üçün kommunikasiya və qərarların qəbul edilməsini çox vaxtı əlaqələndirici funksiyalar adlandırılırlar.
İdarəçilik işi, təsərrüfatçılıqla bağlı olsa da, əsasən zehni bir işdir. Təşkilatın mütəşəkkil işləməsi üçün, rəhbər qərar qəbul edərkən bir neçə alternativ ehtimallardan düzgününü seçməlidir. Alternativlərin birinin seçilməsi – qərardır. Beləliklə də, qərarın qəbul edilməsi – nəyin və necə planlaşdırılması, təşkil olunması, motivləşdirilməsi və nəzarət edilməsinin seçilməsidir. Bu, rəhbərin, o cümlədən, hər bir menecerin fəaliyyətinin əsas məzmununu təşkil edir.
Operativ, obyektiv və effektiv qərarın qəbul edilməsi üçün və ya problemin həqiqi miqyasının dərk edilməsi üçün əsas tələb, relevantdəqiq informasiyanın olmasıdır. Bu informasiyanın yeganə alınma üsulu isə kommunikasiyadır.
İnformasiyanın növləri çoxdur. Qlobal bölgü üzrə – texniki, sosial, iqtisadi, siyasi, tarixi, hərbi, tibbi və s. informasiyalarını fərqləndirmək olar. İdarəetmə prosesində zəruri olan və daha çox iştirak edən texniki-iqtisadi və sosial informasiyanın aşağıdakı bölgüsü vardır:
1.Yaranma səbəblərinə görə – ilkin, aralıq və hesabat növləri.
2.İcra etdiyi funksiyalara görə – plan, uçot, statistika və s. növlər.
3.Vaxta görə – gündəlik, həftəlik, aylıq, rüblük, illik və s., eləcə də daimi və dəyişən.
4.İstifadəyə yararlı olmasına görə – yararlı, artıq (izafi), səhv (yanlış).
5.Qeydiyyata götürülməsinə görə – rəqəmlə, əlifba ilə, simvollar və siqnallar ilə.
6. Ötürülmə qabiliyyətinə görə – görünən, eşidilən və görülüb-eşidilən.
7. İdarəetmədə tətbiqinə görə – iqtisadi, sosial, texniki, elmi və s.
8. Alınma mənbələrinə görə – daxili və xarici informasiyalar.

Şəkil 8. İdarəetmə informasiyalarının təsnifatı

İdarəetmə prosesində ən çox lazım olan informasiya relevant informasiyadır. Relevant sözü – mənasına görə, üst-üstə düşmək deməkdir. Məqsəd ilə üst-üstə düşən, həll edilən məsələyə bilavasitə aid olan informasiya – relevant informasiya adlanır.
Semantika – dilçilik elementidir. İdarəetmədə anlaşılmazlıq odur ki, biri dediyini o biri başa düşmür. İdarəetmədə idarə edən adam idarə etdiyinin dilini bilmirsə buna semantik baryer deyilir. Baryerin mənası – maneə deməkdir.
İdarəetmənin informasiya təminatını ödəmək üçün avtomatlaşdırılmış idarəetmə sistemi və yaxud avtomatlaşdırılmış informasiya sistemi yaradıla bilər. Avtomatlaşdırılmış idarəetmə sistemi müəssisənin, təşkilatın, firmanın idarə edilməsində üzə çıxan məsələləri həll etmək və ya qərar qəbul etmək məqsədilə yaradılır. Burada, əsasən texniki vasitələrdən, kompüterlərdən və kadrlardan istifadə olunur. Belə sistemlərdə adamlar sistemin elementi kimi çıxış edirlər, yəni adamların iştirakı zəruridir. Avtomatlaşdırılmış informasiya sistemlərində informasiyanın toplanması, saxlanması, işlənməsi və verilməsi ayrı-ayrı sahələr üzrə və yaxud ümumi məqsədə xidmət üçün yaradıla bilər.
İdarəetmədə istifadə olunan informasiyaları əsasən aşağıdakı mənbələrdən əldə etmək olar:
-İnformasiya büroları.
-Mətbuat, kütləvi informasiya vasitələri.
-Ticarət – sənaye palatası.
-Statistika komitəsi.
-Standartlaşdırma və metrologiya komitəsi.
-İqtisadi İnkişaf nazirliyi.
-Banklar.
-Xidmət və konsaltinq (məsləhət) firmaları və s.
Bunlardan başqa digər mənbələr də vardır. Lakin, məhdudiyyət qoyulur. Buna misal Gömrük Komitəsini göstərə bilərik. Hal-hazırda bizim ancaq xammal xaricə çıxarılır, hazır məhsul isə çox az çıxarılır ki, bunların haqqında məlumat almaq çox çətindir.
Daxili nəzarət çərçivəsində isə hər bir rayonun özünün vergi müfəttişliyindən məlumat almaq olar. Banklar informasiya mənbəyi kimi çıxış edə bilərlər. Əsasən elmi-texniki tərəqqi ilə bağlı yeni məhsullar istehsalını şərh edən referativ jurnallarda geniş informasiya olur. Bu jurnallardan faydalı informasiya almaq olar. Digər jurnallardan, arxivdən və kitabxanalardan da informasiya mənbəyi kimi istifadə edə bilərik.
İnformasiyalar əsasən bir məqsədə qulluq edirlər – idarəetmədə qərar qəbul etmək üçün şərait və imkan yaratmaq.

İnformasiya sistemi – idarəetmə prosesinin informasiya ilə təmin olunmasını təşkil edən vasitə olub, bütün idarə sisteminin bölmələrinə lazım olan dəqiq məlumatların vaxtında verilməsinə imkan verir. İnformasiya sistemi aşağıdakı elementləri özündə əks etdirir:

– İnformasiyanın toplanması.
– İnformasiya dövriyyəsinin təşkili.
– İnformasiyanın saxlanması və aktuallaşdırılması.
– İnformasiya sisteminin texniki təminatı.
– İnformasiya sisteminin riyazi (proqram) təminatı.
– İnformasiyanın verilməsi.
İnformasiya sistemləri sadə və mürəkkəb quruluşlarda hazırlana bilərlər. Sadə informasiya sistemləri əsasən müəssisədaxili bölmələr üçün nəzərdə tutulur və informasiyanın toplanması, saxlanması, verilməsi prosesləri insanlar tərəfindən əl ilə həyata keçirilir. Mürəkkəb informasiya sistemləri isə bütün əməliyyatların avtomatlaşdırılmış qaydada icrası və tətbiqi ilə bağlıdır. Bu halda, ilkin informasiyadan tutmuş hesabat sənədlərinin alınmasınadək bütün işlərin icrası texniki vasitələrin köməkliyi ilə və avtomatlaşdırılmış qaydada həyata keçirilir.
Menecmentin təşkili və tətbiqi üçün bütün müəssisə və təşkilatlar zəruri informasiya bazasına malik olmalıdırlar. Bunun üçünsə ilkin informasiya massivləri təşkil odunmalıdır. Bu informasiya massivləri normativ-sorğu, cari və axtarış informasiya blokları şəklində tərtib oluna bilərlər.
Ümumiyyətlə hər bir informasiya sistemi aşağıdakı parametrlərlə xarakterizə olunur:
– Bütün halqalardakı sabit informasiyanın həcmi.
– Daim hərəkətdə olan axın xarakterli dəyişən informasiyanın həcmi.
– İnformasiya sistemində kommunikasiya şəbəkəsinin buraxa bilmə qabiliyyəti.
– İnformasiya sistemin operativ və dəqiq fəaliyyəti.
– İnformasiya işlərində əlaqələndirmə dərəcəsi.
İnformasiya sisteminin təşkili üzrə mövcud olan bütün variantları müxtəlif həlqələr üzrə təsnif etmək olar ki, onların da hər biri onun bu və ya digər xüsusiyyətini açıb göstərir:
1. İdarəetmənin müxtəlif səviyyələrinə görə – informasiya toplanması dərəcəsini, mərkəzləşdirilən və qeyri-mərkəzləşdirilən sistem kimi ayırmaq olar.
2. Əhatə dairəsinə görə – informasiya sistemi kompleks və lokal sistemlərə bölünür. Lokal sistemi məlumatları ayrı-ayrı problem və ya idarəetmə funksiyaları üzrə istiqamətləndirir. Kompleks sistemi isə idarəetmə prosesində bütün məlumatların olunmasını tələb edir.
3. Təyinatına görə – istehsalat informasiya sistemi və elmi-texniki informasiya sistemləri fərqləndirilir.
4. İnformasiya sisteminin mürəkkəblik dərəcəsinə görə – sadə və mürəkkəb informasiya sistemləri ayrılırlar.
5. İnformasiyanın işlənməsinin avtomatlaşdırılması və mexanikləşdirilməsi səviyyəsinə görə – əl ilə işlənən, mexanikləşdirilmiş və avtomatlaşdırılmış sistemlər mövcuddur.
İnformasiya sistemlərinin işlənməsinin və tətbiq edilməsinin ən mühüm üstünlüklərindən biri, informasiyanın toplanması və işlənməsində operativliyi təmin etməklə yanaşı, həm də çoxvariantlı idarəetmə qərarlarının hazırlanması üçün imkan yaratmasıdır. Nər bir menecer bu sistemin köməyi ilə müxtəlif qərar variantlarından ən əlverişlisini seçmək və tətbiq etmək imkanı əldə edir
Kommunikasiya. Kommunikasiya iki və daha çox insanlar arasında informasiya mübadiləsi prosesidir. İnsanların vacib fərqləndirici xüsusiyyətlərindən biri mücərrəd (abstrakt) fikirləri ifadə etmək bacarığıdır. Bu, insanların şəxsi əlaqələrinin nə qədər dəqiq və səmimi olmasını, onlar arasında möhkəm əlaqələrin mövcudluğu ilə bağlıdır.

İdarəetmənin Şərq və Qərb modelləri
Cədvəl 3

Şərq modeli

1. Qərarlar fərdi qaydada qəbul olunur.

1.Qərarlar yekdillik əsasında kollektiv tərəfindən qəbul edilir.

2. Cavabdehlik fərdidir.

2. Cavabdehlik kollektivindir.

Müşfiq Ramazanov – İnformasiya sistemləri menecmenti

İqtisad elmləri namizədi, dosent Müşfiq Köçəri oğlu Ramazanovun “İnformasiya sistemləri menecmenti” dərsliyi fənnin əsas nəzəri və praktiki istiqamətlərinin öyrənilməsinə həsr edilmişdir. Dərslikdə informasiya sistemləri menecmenti elminin öyrəndiyi və hazırda ölkəmizdə informasiya cəmiyyətinin, texnologiyalarının inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən sahələr geniş əhatə olunmuşdur. Dərsliyə daxil edilmiş mövzular müasir dövrün tələbləri, praktiki əhəmiyyəti nəzərə alınmaqla şərh edilmişdir. Dərslik Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursant və dinləyiciləri üçün nəzərdə tutulmuşdur. Dərslikdən respublikanın digər ali təhsil müəssisələrinin tələbə və müəllimləri, eləcə də bu sahədə çalışan elmi işçilər və mütəxəssislər istifadə edə bilərlər.

Liberal iqtisadi sistemdə müəssisələrin qarşısında duran ən mühüm vəzifələrdən biri menecmentin düzgün və məqsədəuyğun həyata keçirilməsidir. Müasir iqtisadi inkişaf tendensiyası və sağlam rəqabət mühitində müəssisədə menecmentin mütərəqqi forma və metodlarının tətbiq edilmə- si onun dünya bazarına çıxması və daha səmərəli inteqrasiyası üçün daha geniş imkanlar yaradır. Bunun üçün menecment elminin dərindən mənimsənilməsi və öz təyinatı üzrə düzgün tətbiq edilməsi günümüzün tələbidir. Qeyd edilən münasibətlər iqtisadi inkişafın hərəkətverici amili olmaqla bərabər, eyni zamanda təsərrüfat subyektlərində yüksək texnologiyaların reallaşdırılmasında vacib amil kimi çıxış edir. Ona görə də müasir dövrdə informasiya sistemləri menecmentinin mahiyyəti və məzmunu ilə yanaşı, bu sahənin biznes subyektlərinə təsir xüsusiyyətlərini, onların tənzimləyici və stimullaşdırıcı xarakterini, eyni zamanda bu münasibətlərin informasiya texnologiyalarının inkişafına təsirini öyrənmək zəruridir. İnformasiya cəmiyyətinə və dünya iqtisadiyyatına surətli inteqrasiya dövründə təhsil alanların informasiya sistemləri menecmenti sahəsində yüksək nəzəri biliklərə yiyələnməsi ölkənin sosial-iqtisadi və informasiya kommunikasiya texnologiyaları sahəsində mövcud olan obyektiv prosesləri, qanunauyğunluqları, menecment sahəsində yeni istiqamətlərin mahiyyətini dərindən öyrənməyə və zəruri tədbirlərin görülməsinə real kömək edir. Eyni zamanda azad rəqabət şəraitində biznes subyektlərinin səmərəli idarə edilməsi, yüksək texnologiyaların tətbiqi istiqamətində düzgün investisiya və innovasiya siyasətinin reallaşdırılması, qloballaşan dünyada informasiya təhlükəsizliyinin təmin olunması, bank, rabitə və maliyyə şirkətlərinin yüksək texnologiyalarla təmin olunması, informasiya sistemində idarəetmə və təşkilati strukturun formalaşdırılması, informasiya resurslarının səmərəliliyinin qiymətləndirilməsi olduqca vacibdir və bunun həyata keçirilməsi kifayət qədər yüksək idarəetmə bacarığına malik mütə- xəssislərin hazırlanmasını zəruri edir.

Информационный менеджмент

Менеджмент — это управление в социально-экономических системах: совокупность современных принципов, методов, средств и форм управления производством с целью повышения его эффективности и увеличения прибыли.

Информационный менеджмент технология, компонентами которой являются документная информация, персонал, технические и программные средства обеспечения информационных процессов, а также нормативно установленные процедуры формирования и использования информационных ресурсов.

Другими словами, информационный менеджмент — процесс управления на базе компьютерных технологий обработки информации с применением управленческих информационных систем как базового инструмента для работы менеджеров на всех уровнях управления в различных предметных областях.

Цель информационного менеджмента: обеспечение эффективного развития организации посредством регулирования различных видов её информационной деятельности.

Задачи информационного менеджмента:

  • Качественно информационное обеспечение процессов управления в организации;
  • Осуществление управления информационными ресурсами;
  • Обеспечение управления обработки информации на всех уровнях;
  • Интерфейсная задача — обеспечение управления коммуникациями (общение — передача информации от человека к человеку).

Информационный менеджмент необходим:

  • на предприятиях-производителях программных продуктов;
  • на предприятиях, занимающихся реализацией программных продуктов;
  • на предприятиях-потребителях информационных систем;
  • на предприятиях, работающих в IT-консалтинге.

Виды информационных систем предприятий поддерживающие производственный цикл:

  • Система MPR
  • Система ERP

Виды информационных систем, поддерживающие процесс принятия решений:

Comments are closed, but trackbacks and pingbacks are open.