İnformasiya Texnologiyaları(İT) nədir
12 Tətqiqatın aparılması Ekranda çoxlu sayda alqoritmik dill ə rin adları görünür
I nformasiya texnologiyaları v proqramlaşdırma.
Bu gün IT mütəxəssisləri, fəaliyyət sahəsi informasiya texnologiyaları ilə əlaqəli olan kifayət qədər böyük bir mütəxəssis qrupu deməkdir. İnformasiya texnologiyaları həyatımızın demək olar ki, bütün sahələrinə möhkəm bir şəkildə daxil olub. Hazırda İT mütəxəssisi peşəsinin nümayəndələri gündəlik həyatda və istehsalatda informasiya texnologiyalarının tətbiqinin hər bir aspektində iştirak edirlər. “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan tələbələr müasir informasiya texnologiyalarının informasiya prosesləri, informasiya resursları, informasiya sistemləri, elmi və texniki informasiyanın verilənlər bazası, biliklər bazası, informasiya məhsulu və xidmətləri bazarı kimi əsas anlayışları ilə dərindən tanış olur, informasiya sistemləri və informasiya texnologiyaları arasındakı əlaqəni öyrənirlər. Bu ixtisasın əsaslarına yiyələnməklə tələbələr informasiya sistemlərinin və texnologiyalarının fəaliyyətini dəstəkləyən və verilənlərin təhlükəsizliyini təmin edən proqram təminatından istifadəyə əsaslanan bilik və vərdişlər qazanır, həm də kompüter şəbəkələrində işin təşkili xüsusiyyətlərini öyrənməklə yeni tələblərə cavab verən texniki və proqram vasitələrinin sazlanmasını həyata keçirmək imkanı əldə edirlər. Bu ixtisas informatika və riyaziyyat ilə maraqlananlar üçün uyğun sahədir.
İxtisasın tarixi
Proqramlaşdırmanın ilk illərində proqramlaşdırma dilləri bir çox rəqəmlər seriyasından ibarət olduğu üçün, demək olar ki, ilk İnformasiya texnologiyaları mühəndisləri, əsasən, riyaziyyat yönümlü ixtisaslarda təhsil almış şəxslər idi.1950-cillərdə və 1960-cı illərin əvvəllərində əgər proqramçı olmaq istəsəydiniz, ilk öncə riyaziyyat üzrə bakalavr təhsili almalı idiniz.1060-ci illərdə isə ilk elektron kompüterlərin yaradılmasından sonra bu sahə ilə məşğul olan mütəxəssislər isə artıq mühəndislər, riyaziyyatçılar və statistikaçılar idilər. İllər ötdükcə isə daha asan proqramlaşdırma dillərinin yaranması bu sahəyə maraqlı olan digər şəxslərə də imkanlar açdı, mühəndislər, riyaziyyatçılar isə proqramlaşdırma ilə deyil, kompüter elmlərində daha mürəkkəb işlərlə məşğul olmağa başladılar.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
- ➝ Şəbəkələrin idarə edilməsi;
- ➝ Veb-saytların yaradılması;
- ➝ Veb-saytlara texniki dəstək;
- ➝ Alqoritmlərin və kompüter proqramlarının yazılması;
- ➝ Sistem analizi;
- ➝ Kiber təhlükəsizliyin təmin edilməsi;
- ➝ Mövcud sistemə texniki dəstəyin göstərilməsi;
- ➝ Hardware və Software problemlərinin aradan qaldırılması;
- ➝ Proqram təminatının tətbiqi və digər proqramlar ilə düzgün qarşılıqlı əlaqənin təşkili;
- ➝ Proqramlar ilə işləmək üçün təlimat və lazımi texniki sənədləri tərtib etmək;
- ➝ Yazılan kodun bütün elementlərin düzgün işləməsini sınaqdan keçirtmək (test etmək);
- ➝ Nöqsanları aradan qaldırmaq;
- ➝ Ofis texnikasının tənzimlənməsi, bəzi avadanlıqların problemlərinin aradan qaldırılması;
- ➝ Keyfiyyət menecmenti sistemindəki uyğunsuzluqların aradan qaldırılmasına və qarşısının alınmasına yönəlmiş tədbirlərdə iştirak edin;
- ➝ Şirkətin bütün proqram məhsullarını quraşdırılması, konfiqurasiya edilməsi, saz vəziyyətdə saxlanılmasını təmin etmək;
- ➝ Xidmətlərin saxlanılması üçün müraciətləri qəbul etmək (Help Desk). Bunları müəyyən edilmiş qaydalara uyğun olaraq yerinə yetirmək;
- ➝ Hər bir istifadəçiyə onlayn qeydiyyatı və zəruri mənbələrə girişi təmin etmək üçün istifadəçi və qrup hesablarının planlaşdırılması, yaradılması və saz vəziyyətdə saxlanılması;
- ➝ Təhlükəsizlik pozuntularını aşkar etmək və aradan qaldırmaq üçün şəbəkədəki hadisələrin yoxlanılması strategiyasını planlaşdırır və həyata keçirmək. Resursları idarə etmək və istifadəsinə nəzarət etmək
Harada bu ixtisasa sahiblənmək olar?
Dövlət Universitetləri:
- ➝ “ADA” Universiteti
- ➝ Azərbaycan Dövlət Aqrar Universiteti
- ➝ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
- ➝ Azərbaycan Dövlət İqtisad Universiteti
- ➝ Azərbaycan Texnologiya Universiteti
- ➝ Azərbaycan Texniki Universiteti
- ➝ Azərbaycan Memarlıq və İnşaat Universiteti
- ➝ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası
- ➝ “Azərbaycan” Universiteti
- ➝ Bakı Mühəndislik Universiteti
- ➝ Bakı Biznes Universiteti
- ➝ Milli Aviasiya Akademiyası
- ➝ Mingəçevir Dövlət Universiteti
- ➝ Lənkəran Dövlət Universiteti
- ➝ Naxçıvan Dövlət Universiteti
- ➝ Sumqayıt Dövlət Universiteti
- → Odlar Yurdu Universiteti
Özəl Universitetlər :
- ➝ Bakı Avrasiya Universiteti
- ➝ Qərbi Kaspi Universiteti
- ➝ “Naxçıvan” Universiteti
Kurslar :
- ➝ Code Academy
- ➝ ItCity Academy
- ➝ Step IT
- ➝ Tech Academy və s.
Bu ixtisas üzrə harada çalışmaq olar?
İxtisas üzrə mütəxəssislər:
- ➝ Fərdi olaraq müxtəlif platformalar vasitəsilə sifarişlər qəbul edərək;
- ➝ Özəl müəssisələrin İnformasiya texnologiyaları şöbələrində;
- ➝ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi başda olmaqla digər nazirlik və dövlət müəssisələrində;
- ➝ Müəllim olaraq yuxarıda qeyd etdiyimiz və digər müxtəlif universitet və kurslarda fəaliyyət göstərə bilərlər.
- ➝ İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr səviyyəsini bitirən məzunlar ümumi təhsil pilləsində müvafiq olaraq informatika fənnini tədris edə bilər.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
- ➝ Riyazi biliklər;
- ➝ Diqqətli olmaq;
- ➝ Alqoritmik biliklər;
- ➝ Sistemli düşüncə;
- ➝ Analitik düşüncə;
- ➝ Komanda ilə işləmək bacarığı;
- ➝ Məsuliyyətli olmaq;
- ➝ İntizamlı olmaq;
- ➝ Data strukturlarına bələd olmaq;
- ➝ Dil bilikləri (xüsusilə İngilis dili);
- ➝ Dəyişikliklərə ayaq uydura bilmək;
- ➝ Proqlamlaşdırma dilləri bilikləri ( hal-hazırda ən çox istifadə edilən dillər Python və JavaScript);
- ➝ Müasir informasiya sistemlərini sınaqdan keçirmə metodlarını bilmək;
- ➝ Məlumatla işləmə bacarığı: toplanması, işlənməsi, təhlili;
- ➝ Güclü yaddaş;
- ➝ Tənqidi düşüncə.
İxtisasın gələcəyi
Bildiyimiz kimi dünyadakı inkişaf etmiş ölkələrdə sənaye öz yerini informasiya axışına verməyə başlayıb. Bu halda informasiya texnologiyaları sürətlə inkişaf etməyə doğru gedir. Bu səbəbdən bir çox universitetlərdə bu ixtisasın adı eşidilməyə başladı və təkcə Amerikada ən az 200 universitetdə ixtisas üzrə təhsil verilməkdədir. Bu vəziyyət İnformasiya texnologiyaları ixtisasının önümüzdəki illərdə ölkəmizdə də önəmli bir yerə sahib olacağının göstəricisidir. Hazırda gələcəyin ixtisası olaraq tanınan bu ixtisasa Azərbaycanda da böyük tələbatın olmasına baxmayaraq, ixtisaslı kadrların azlığı müşahidə olunmaqdadır və bu da ixtisas sahiblərinə olan ehtiyacın daha da artmasına səbəb olur. Əmək bazarında bu ixtisas sahiblərinə günü-gündən artan ehtiyac, məzunların gələcəkdə işsiz qalma ehtimalının sıfıra yaxın olacağını deməyə imkan verir.
Əmək haqqı
İxtisas üzrə əmək haqqları peşə sahibinin bacarıqlarından, təcrübəsindən və tutduğu vəzifədən asılı olaraq 1000-3000 AZN arasında dəyişməkdədir.
İnformasiya Texnologiyaları(İT) nədir?
İT, İnformasiya Texnologiyalarının qısaltmasıdır və ayrı hərflər kimi tələffüz olunur. İnformasiya texnologiyaları, xüsusən də böyük bir təşkilat və ya şirkət daxilində məlumatların idarə edilməsi və işlənməsinin bütün aspektləri ilə əlaqəli geniş bir mövzudur.
İnformasiya Texnologiyaları (İT) avadanlıq(hardware), proqram təminatı(software), telekommunikasiya və ümumi olaraq məlumat ötürülməsi və ya ünsiyyəti asanlaşdıran sistemlər ilə əlaqəli hər şey daxil olmaqla hesablama(computing) ilə məşğul olan bir iş sektorudur.
İT, KOMPÜTERLƏRDƏN VƏ ŞƏBƏKƏLƏRDƏN DAHA ÇOXUN İFADƏ EDİR
İT tez-tez kompüterləri və kompüter şəbəkələrini təsvir etmək üçün istifadə edilsə də, əslində fiziki avadanlıqdan əməliyyat sistemlərinə, tətbiqlərə, verilənlər bazalarına, saxlama sistemlərinə, serverlərə və s. qədər təşkilat daxilindəki bütün sistemlərin bütün təbəqələrini əhatə edir. Telekommunikasiya texnologiyaları, o cümlədən İnternet və İş telefonları da təşkilatın İT infrastrukturunun bir hissəsidir.
İT çox şeyi əhatə edir. Məsələn, bir şirkətdə İT departamentini götürək. Bu departamentdə Bir çox işi və müxtəlif məsuliyyətləri olan bir çox insan var. Bu vəzifələr sistemlərin və məlumatların təhlükəsizliyinin təmin edilməsindən tutmuş şəbəkələrin işlək vəziyyətdə saxlanmasına qədər dəyişir. Məlumat daxil edən insanlar, verilənlər bazalarını idarə edən insanlar və proqramlaşdırma ilə məşğul olan insanlar var. İT şöbəsinin necə işləyəcəyinə və hansı komponentlərin alınacağına qərar verən Baş İT-Menecerləri (Chief Information Officer(CIO) ) kimi qərar verənlər də var.
İT həm də mətn, səs, şəkil, audio və ya başqa formada olan məlumatların idarə edilməsini də əhatə edir. Bu, İnternetlə əlaqəli şeyləri də əhatə edə bilər. Bu, İnternetin öz sahəsi olduğundan İT-yə tamamilə yeni məna verir. İT məlumatların ötürülməsini nəzərdə tutur, buna görə də İnternetin İT-nin bir hissəsi olması məntiqlidir. İT gündəlik həyatımızın bir hissəsinə çevrildi və yeni sahələrə yayılmaqda davam edir.
İT ŞÖBƏLƏRİ
Kompüter sistemləri informasiyanın idarə edilməsində mərkəzi yer tutduğundan şirkətlər və universitetlər daxilindəki kompüter şöbələri çox vaxt İT departamentləri adlanır. Bəzi şirkətlər bu şöbəyə IS (Information Services( İnformasiya Xidmətləri) ) və ya MIS (Management Information Services( İdarəetmə Məlumat Xidmətləri ) adlandırılar.
İnformasiya Texnologiyaları(İT) Sertifikatları və İşləri
İT o qədər geniş bir mövzunu əhatə edir ki, İT ilə əlaqəli bir çox karyera var. İnformasiya Texnologiyaları sertifikatları, bir İT mütəxəssisinin hədəflənmiş İT sahələrində mütəxəssislik səriştəsini öyrətmək və obyektiv şəkildə qiymətləndirmək üçün nəzərdə tutulmuşdur. İT sertifikatları təhsil, təcrübə və ya müəyyən bir bilik vərdişlərinin qiymətləndirilməsi yolu ilə əldə edilə bilər. Bu gün müstəqil təşkilatlar və satıcılar vasitəsilə yüzlərlə sertifikat mövcuddur.
Müəllif
Salam dostlar! Mən Hacıyev Əyyub. 10 ildən artıqdır ki proqramlaşdırma ilə məş.
Informatika Fənninin Məzmunu Dünyanın Informasiya M ə nz ə r ə si İnformasiya texnologiyaları Alqoritml ə şdirm ə V ə proqramlaşdırma. – презентация
Презентация на тему: ” Informatika Fənninin Məzmunu Dünyanın Informasiya M ə nz ə r ə si İnformasiya texnologiyaları Alqoritml ə şdirm ə V ə proqramlaşdırma.” — Транскрипт:
2 Informatika Fənninin Məzmunu Dünyanın Informasiya M ə nz ə r ə si İnformasiya texnologiyaları Alqoritml ə şdirm ə V ə proqramlaşdırma
4 Əl-Xarəzmi (bütün adı Əbu Əbdullah bin Musa əl Xarəzmi ( )
5 Əl-Xarəzmi Xarəzmdə (indiki Özbəkistan Xivə şəhəri) doğlub, Bağdadda yaşamış məşhur riyaziyyat, münəcimlik və coğrafiya sahələrində fəaliyyət göstərmiş Türk alimidir. Riyaziyyat sahəsindəki çalışmaları müasir cəbr elminin inkişafına böyük təkan vermişdir. Bugünkü kompyuter bilimi ve dijital elektronikin təməli olan 2-lik(binary) say sistemini və 0(sıfırı) tapmışdir.
6 MÖVZU: -Alqoritmik dil
7 Fənn: İnformatika Sinif : VIII t2 Məzmun standartı: 2.2 Alqoritmləşdirmə və proqramlaşdırmanın əsas məsələlərinə yiyələndiyini n ü mayiş etdirir. Təlim məqsədləri : 1.Proqram təminatının mahiyyətini şərh edir 2.Alqoritmlırin təqdimolunma ü sullarını g ö stərir 3.Alqoritm və proqramı fərqləndirir 4.Alqoritmik dili tətbiq edə bilir
8 İnteqrasiya-riyaziyyat İş forması: Kollektiv qruplarla iş İş ü sulu: BİB Ö cədvəli, əqli h ü cum, klaster,ki ç ik m ü hazirə,təqdimat, ö z ü n ü qiymətləndirmə. Resurslar: iş vərəqləri, dərslik, İKT, qiymətləndirmə cədvəli Sinif dərs üçü n tam hazırdır.
9 Motivasiya Əgər dostunuz bu g ü n sizə gəlmək istəsəydi ona yaşadığınız ü nvanı başa salmaq üçü n nə edərdiniz və ya hansı ü sullardan istifadə edərdiniz ? – s ö zlə başa salmaq olar, şəkil və ya sxemlə g ö ztərmək olar. Sonra konkret olaraq bir şagirddən evlərinin harada yerləşdiyini və evə getmək üçü n nə etməli olduğu barədə məlumat verməsini xahiş edirəm.Şagirdin s ö ylədiklərindən sonra sinfə m ü raciət edirəm. -Uşaqlar,yoldaşınızın evlərinə getmək üçü n soylədikləri addımları necə adlandırmaq olar? -hərəkətlər ardıcıllığı -alqoritm -addımlar proqramlaşdırılımış ü nvan Bəs yoldaşınız bu alqoritmi hansı ü sulla təqdim etdi ?- s ö zlərlə,sxemlə,şəkillə. BİB Ö ü suluna m ü raciət edirəm. L ö vhədə BİB Ö cədvəli hazırdır. Şagirdlərə cədvələ alqoritm haqqında bildiklərini və bilmək istədiklərini yazmalarını xahiş edirəm.Yazılan fikilər komandalara g ö rə yapışdırılır.
10 Yazılan fikirləri n ö vbə ilə oxuyuram və bu an ən ç ox bilgi verən komanda ö zləri və digər qruplar tərəfindən qiymətləndirilir.Mərhələ bitdikdən sonra komandalara iş vərəqləri və ö z ü n ü və yoldaşını qiymətləndir vərəqlərini paylayıram (xatırladım ki, sinif komandalara əvvəlcədən b ö l ü nm ü şd ü r) İş vərəqlərinin işlənməsinə 5 dəqiqə vaxt verirəm. Vaxt bitdikdən sonra hər komandadan bir nəfər ö z iş vərəqindəki sualın cavabını a ç ıqlayır. Komanda ü zvlərinin cavabları yerindəcə yoldaşları tərəfindən qiymətləndirilir. Sonra ekranda tətqiqat sualı g ö r ü n ü r.
11 Tətqiqat sualı: Alqoritmik dil nədir və nəyə gərəkdir?
12 Tətqiqatın aparılması Ekranda çoxlu sayda alqoritmik dill ə rin adları görünür
14 Sonra alqoritmik dili daha da geniş şəkildə anlatmaq üçü n Alqoritmin tərifini təkrarlayırıq: Alqoritm -qoyulmuş məsələnin həllinə nail olmaq üçü n qabaqcadan m ü əyyənləşdirilən və yerinə yetirmək üçü n m ü mk ü n icra ç ıya verilən sonlu sayda g ö stərişlər ardıcıllığıdır. Alqoritmin icra ç ısı – alqoritmdə verilmiş g ö stərişləri yetirə bilən m ü cərrəd yaxud ger ç ək sistemdir. Alqoritmlərin yazılışı üçü n istifadə olunan dil alqoritmik dil adlanır.
15 Alqoritmik dil -alqoritmlərin eyni şəkildə və dəqiq yazılması üçü n lazım olan işarələmələr və qaydalar sistemidir.Bu dildə alqoritmik mətn kimi yazılır.Hər bir dil kimi alqoritmik dilin də s ö zl ü y ü olur.Bu s ö zl ü y ü n əsasını icra ç ıya verilən komandaların yazılışında istifadə olunan s ö zlər təşkil edir.Amma bu s ö zlərin i ç ərisində məhdud sayda s ö zlər var ki, onların mənası və tətbiq olunma qaydası birdəfəlik və həmişəlik təyin olunub.Bu s ö zlərə xidməti yaxud a ç ar s ö zlər də deyilir.Alqoritmi yazan zaman bu a ç ar s ö zlərin qısaldılmış formasından istifadə edilir.
16 Biz dərsə başlayanda alqortmin s ö zlərlə,əmrlərlə və s. təqdim olunmasını aydınlaşdırdıq.Deməli alqoritmik dil s ö zlərdən – konkret olaraq xidməti s ö zlərdən ibarət olan bir dildir. Ekrana ç oxlu sayda xidməti s ö z g ö r ü n ü r. Alqoritm (alq) Arqument (arq) Nəticə (nət) Başlangıc (baş) Tam(tam) Liter (lit) Məntiqi (mənt) Cədvəl (cəd) Dövrün başlanğıcı (db) Dövrün sonu (ds)
17 alqoritmik dilin ü mumi şəkli. alq alqoritmin adı verilib alqoritmin tətbiqolunma şərtləri gərəkdir / alqoritmin icrasının məqsədi baş alqoritmin g ö vdəsi (komandalar ardıcıllığı) son
18 Konkret olaraq misalla baxaq y=27x 3 +5x 2 +7x+1 ifadəsinin qiymətini x=35.42 olduqda hesablayaq.Gəlin ilk ö ncə ifadəni alqoritmik dildə yazaq. alq ifadə (həq x,y) arq x nət y baş x: =35.42 y=27 x+5x+7x+1 son
19 Pascal dilində PROQRAM A1; VAR X,Y: REAL; BEGİN X:=35.42 Y:=27*x*x*x +5x*x +7*x+1 WRITELN (‘Y=’Y) END
20 NƏTİCƏ Alqoritmik dil CHİLLALQOLPROLOQFORTRANCOBOLJAVA Riyazi hesablamalar üçün Iqtisadi m ə s ə l ə l ə r üçün Riyazi m ə s ə l ə l ə r üçün Telekommuni kasiya Sisteml ə ri üçün Obyektl ə rl ə iş üçün Süni intellekt M ə s ə l ə l ə r üçün
21 Yaradıcı tətbiqetmə. Bu mərhələdə şagirdlərin yeni m ö vzunu tam mənimsədiklərinə əmin olmaq üçü n yeni iş vərəqləri paylayıram.Verilən vaxtdan sonra şagirdlərin vərəqlərini bir-biri ilə dəyişdirmələrini və qiymətləndirmələrini xahiş edirəm.Bu işi onlar həm yazılı həm də smayliklə m ü nasibət bildirməklə həyata ke ç irəcəklər. Sonra dərs boyu aparılam qiymətləndirmə və ö z qiymətləndirməyə əsasən qiymətləndirmə cədvəlini doldururam. Son qiymətləndirməyə g ö rə m ü nasibətlər şagirdlər tərəfindən yenə smayliklərin k ö məyilə olur.Dərsin sonuna yaxın tədqiqat sualına qayıdaraq şagirdlərin qoyulan məqsədə nə dərəcədə nail olduqlarını m ü əyyənləşdirirəm. Bunun üçü n BİB Ö cədvəlinin ” ö yrəndim” hissəsinin icrasını aparıram. Nəhayət komp ü terimizə əvvəlcədən y ü klədiyim ALPLOGO alqoritmik dilində m ü xtəlif işlər aparıram. Ev tapşırığı: §5.1 və ALPLogo dilinə aid addımlar yazın və proqramda işləməyə ç alışın.
Comments are closed, but trackbacks and pingbacks are open.