Press "Enter" to skip to content

Zakir Məhərrəmov – Verilənlər Bazası

– verilənlər bazasının tamlığı və bütövlüyü;

MÜhaziRƏ 16 MÖvzu: veriLƏNLƏr bazasi veriLƏNLƏr bazasinin strukturu veriLƏNLƏr bazasi idarə SİstemləRİ. veriLƏNLƏr bazasinin yaradilmasi

5. Verilənlər bazasının yaradılma mərhələləri
Verilənlər bazasının məqsədi və tərifi . İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.

Verilənlər bazası eyni yerdə saxlanılan, bir-biri ilə qarşılıqlı əlaqədə və müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunan məlumatlar yığımıdır. Verilənlər bazasında toplanılan verilənlər adətən müəyyən predmet sahəsinə aid olur.

Verilənlər bazasının təşkilində aşağıdakılara riayət olunmalıdır:

– bazada verilənlərin təkrarlanması minimum olmalıdır;

– verilənləri axtarıb tapmaq, onları dəyişdirmək və yeniləşdirmək üçün ümumi idarəetmə üsullarından və vasitələrindən istifadə olunmalıdır;

– sonrakı mərhələlərdə verilənlər bazasının tətbiq sahəsinin genişləndirilməsi üçün verilənlər strukturlaşdırılmalıdır.

Verilənlər bazası verilənlərin müxtəlif təsvirinə uyğun müxtəlif funksiyalara malik ola bilər. Verilənlər bazasının müxtəlif vəzifələri müxtəlif istifadəçilər tərəfindən istifadə olunması ilə müəyyən olunur.

Bütün verilənləri özündə əks etdirən vahid verilənlər bazasını yaratmaq çox mürəkkəbdir və iqtisadi baxımdan özünü doğrultmur. Ona də təcrübədə verilənlər bazası əsasən məhdud çərçivədə müəyyən bir sahə üçün layihələndirilir. Bir qayda olaraq müasir kompüterlərdə bir neçə müxtəlif verilənlər bazası yaradılır. Lazım gəldikdə isə eyni tətbiq sahəsi üçün yaradılan müxtəlif verilənlər bir-biri ilə əlaqələndirilib, inteqrasiya edilmiş verilənlər bazası olur. Belə sistemlərə verilənlər bazasını idarəetmə sistemi deyilir.

Verilənlər bazasının təşkili üçün müxtəlif üsul və vasitələrdən istifadə olunur. Müəyyən sistemin layihələndirilməsində bu üsul və vasitələrin seçilməsi verilənlər bazasına qoyulan başlıca tələblərin ödənilməsinə əsaslanmalıdır.

Bu tələblərə verilənlər bazasının xarakteristikaları deyilir və onlara aşağıdakılar aid edilir:

verilənlərin daxili strukturunun saxlanılması;

– verilənlərin təkrarlanmasının minimuma endirilməsi;

– verilənlərdə uyğunsuzluğun aradan qaldırılması;

– verilənlərin birgə idarə edilməsi;

– verilənlərin tamlığı və s.

Verilənlər bazasının idarəetmə sistemi elə qurulmlıdır ki, verilənlərdən məhsuldar istifadə edilsin. Verilənlərin məntiqi təşkili proqram vasitələrinin köməyi ilə müxtəlif məlumat modellərini müəyyən edir.

Verilənlər modeli bir-birilə qarşılıqlı əlaqədə olan verilənlərin strukturları və bu strukturlar üzərində aparılan əməliyyatların məcmusundan ibarətdir. Modelin növü və onda istifadə edilən verilənlərin quruluş tipi verilənlərin təşkili və işlənməsi konsepsiyasını əks etdirir. Qeyd etmək lazımdır ki, eyni bir informasiyanın yerləşdirilməsi üçün verilənlərin müxtəlif modellərindən istifadə edilir. Onların seçilməsi mövcud texniki və proqram təminatından asılı olub, həll edilən məsələlərin mürəkkəblik dərəcəsi və emal edilən informasiyanın həcmi ilə müəyyən edilir.

Verilənlər bazası struktura görə üç cür ola bilər:

– iyerarxik;

– şəbəkə;

– relyasion.

İyerarxik modellərdə bir qayda olaraq hər bir obyekt özündən yuxarı səviyyəli yalnız bir obyektə tabe olur. İyerarxiya modellərində obyektə müraciət bir qayda olaraq digər obyektə tabeçiliyi olmayan ən yüksək səviyyəli obyektdən həyata keçirilir (Şəkil 1).

Şəbəkə modellərində isə ixtiyari bir obyekt bir neçə obyektə tabe ola bilər. Bu modellər arasındakı fərq onların sxemlərindən də aydın görünür. Şəbəkə modellərində obyektlərin quruluşu çox zaman xətti, bəzi hallarda isə iyerarxik olur. Nisbətən aşağı səviyyəli verilənlərin quruluşu özünəməxsus xüsusiyyətlərə və adlara malik olur (Şəkil 2).

Şəkil 1. VB-nin iyerarxik strukturu. Şəkil 2. VB-nin şəbəkə strukturu.

Verilənlərin relyasiya modelləri şəbəkə və iyerarxiya modellərindən fərqli olaraq, məlumatların quruluşunun sadəliyi, istifadəçi üçün əlverişli cədvəl formasında təqdim edilməsi və məlumatlara müraciətin münasibliyi ilə fərqlənir.

Verilənlərin relyasiya modeli sadə iki ölçülü cədvəllərin məcmusundan ibarətdir. Relyasiya modelində bir-biri ilə əlaqədə olan cədvəl arasındakı əlaqələr cədvəl münasibətlərinin eyni atributlarının qiymətlərinin bərabərliyinə görə müəyyən edilir.

Relyasiya modelində cədvəl verilənlərin quruluşunun əsas növü hesab edilir. Onun quruluşu sütunların məcmusu ilə müəyyən edilir. Cədvəlin hər bir sətrində müvafiq sütuna uyğun yalnız bir qiymət olur. Cədvəldə iki eyni sətir ola bilməz və onların ümumi sayı məhdudlaşdırılmır. Sütun verilənlərin müəyyən bır elementinə uyğun gəlir və o verilənlərin sadə quruluşundan ibarətdir.

Müəyyən predmet sahəsini əks etdirən, bir-biri ilə məntiqi qarşılıqlı əlaqədə olan, normalaşdırılmış münasibətlərin məcmusu relyasiya verilənlər bazasını formalaşdırır. Relyasiya verilənlər bazasının məntiqi təşkilinin təsviri onun quruluşunu müəyyən etməlidir. Burada cədvəlinin tərkibinin müəyyən edilməsi və hər bir nisbətin quruluşunun təsvirinin verilməsi nəzərdə tutulur.

Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri . Relyasiya strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edirlər.

– hər bir sahənin ən birinci xüsusiyyəti onun uzunluğudur. Sahənin uzunluğu orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə müəyyən olunur.

– hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyniadlı sahəyə malik ola bilməz.

– hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, VB-də həmin sütunun başlığında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, amma imza verilmədikdə həmin sahənin başlığında onun adı yazılır. Müxtəlif sahələrə bəzən eyni imza vermək olar. Bu kompüterin işinə mane olmayacaqdır. Belə ki, bu sahələr əvvəlki kimi müxtəlif adlarla saxlanılacaqdır.

Sahələrin tipləri .

mətn sahələr mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur. Mətn sahənin bir məhdudiyyəti var, onun ölçüsü 256-dan çox ola bilməz, yəni orada saxlanılan verilən 256 simvoldan artıq ola bilməz.

ədədi sahələr rəqəmlə ifadə olunan verilənlərinin daxil edilməsinə xidmət edir. Ədədi sahələr müxtəlif olurlar-tam ədədlərin daxil edilməsi üçün sahələr və onluq ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm də onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir.

tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur.

– xüsusi tip sahələr – pul sahəsi. Adından məlumdur ki, bu sahədə pulun məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul sahəsində onlarla işləmək daha münasibdir. Bu halda kompüter ədədi onun pul vahidləri ilə birlikdə əks etdirə bilir: manat və qəpiyi, funt və pensi, dollar və senti ayırd edə bilir, bir sözlə onlarla incə rəftar edə bilir.

– müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini, videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE obyekt sahəsi adlanır.

– əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu verilənlər sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici qoyulur.

– ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə bilər, ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu oynayır. Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır.

Sadə verilənlər bazası. Sadə VB-ni xüsusi proqram vasitələrindən istifadə etmədən də yaratmaq olar.

Əlaqəli cədvəllər. Əslində sadə VB baza yox, sadəcə cədvəldir. Əgər informasiya belə sadə strukturda saxlanılsaydı, onunla işləmək üçün xüsusi verilənlər bazasının idarə sistemləri (VBİS) lazım olmazdı. Belə ki, praktikada daha mürəkkəb strukturlu informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu sayda cədvəllərdən ibarət olurlar.

VB-nın yaradılması onun cədvəllərinin yaradılmasından başlayır. Struktur elə olmalıdır ki, baza ilə işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər hər hansı veriləni bir neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli cədvəllərdən təşkil edirlər. Hər bir cədvəlin strukturunu ayrı-ayrı işləyirlər.

Unikal və açar sahələr. Cədvəllər arası əlaqəni yaratmaq və bu cədvəldəki yazıya görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal sahəyə baxmaq lazımdır. Unikal sahə elə sahədir ki, onda olan məzmun təkrarlanmır.

Unikal sahədə yazılar təkrarlandıqda kompüterin xəbərdarlıq bildirməsi üçün açar sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni (və ya bir neçə sahələr kombinasiyasını) açar qeyd etmək lazımdır. Açar sahələr ilə kompüter xüsusi işləyir, daha doğrusu, sonuncu onun unikallığını yoxlayır və bu sahələr üzrə seçməni yerinə yetirir.

Əgər cədvəl yaradılarkən proqramçı (VB-nin administratoru) açar sahə verməyibsə, VBİS cədvəldə ilkin açar sahəsinin verilməsi barədə xəbərdarlıq edir. Cədvəldə ilkin açar qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik mənimsədilir.

Aşağıdakı cədvəllərdə “Əməkdaşlar” verilənlər bazasının nümunəsində “Əməkdaşlar haqqında məlumat cədvəli” (cədvəl 1) ilə onda olan informasiyanı tamamlayan cədvəl 2 və cədvəl 3 arasında əlaqə göstərilmişdir.

Əməkdaşlar haqqında məlumat cədvəli Cədvəl 1.

Əməkdaşların ailə vəziyyəti haqqında cədvəl Cədvəl 2

Verilənlər bazası idarə sistemləri (VBİS), onların məqsədi və təsnifatı.

VB-nı yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi və ya mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir qədər ləngimələrə səbəb olurdu. Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı.

VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir.

VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir.

Müasir idarəetmənin ən vacib problemlərindən biri informasiya axınlarının səmərəli quruluşunun yaradılması onların idarəetmə sistemində qərarların qəbul edildiyi səviyyələrə uyğun təşkil olunmasından ibarətdir. Bu proseslərin yerinə yetirilməsində verilənlər bazasının idarəetmə sistemi mühüm rol oynayır.

Verilənlər bazasının idarəetmə sistemləri xarici yaddaş qurğularında verilənlər bazasının yaradılması üçün istifadə edilən, habelə verilənlərə müraciəti və onların işlənməsini təmin edən universal proqram vasitəsidir.

Verilənlər bazasını idarəetmə sistemi verilənlər bazalarından çoxməqsədli qaydada istifadəni, verilənlərin mühafizəsini və bərpasını təmin edir. İnkişaf etmiş dialoq vasitələrinin və yüksək səviyyəli sorğu dilinin mövcud olması verilənlər bazasının idarəetmə sistemini son istifadəçi üçün ən əlverişli vasitəyə çevirir.

Verilənlər bazası verilənlər bazasını idarəetmə sistemi vasitələrinin köməyi ilə kompüterin sabit yaddaşında təşkil edilmiş verilənlər yığımıdır. Verilənlər bazasının köməyi ilə saxlanan məlumatların minimum təkrarlanmaları ilə yanaşı, məntiqi əlaqədə olan verilənlərin inteqrasiyası təmin edilir. Verilənlər bazası müəyyən predmet sahəsində informasiya obyektlərinin məntiqi modelini əks etdirən verilənləri özündə birləşdirir.

Verilənlər bazası verilənlər bazasını idarəetmə sistemində istifadə edilən modelə və verilənlərin quruluşuna uyğun təşkil edilir. Verilənlər bazasında adətən çoxsaylı istifadəçilər üçün zəruri məlumatlar olur. Ümumi verilənlər bazasına bir neçə istifadəçinin eyni vaxtda müraciət etməsi verilənlər bazasının idarəetmə sisteminin fərdi kompüterlərin lokal şəbəkəsində quraşdırılan və çox saylı istifadəçilər uçun verilənlər bazası yaradılan zaman mümkün olur. Verilənlər bazasının idarəetmə sistemi şəbəkədə müxtəlif istifadəçilərin ümumi məlumatlar bazasına müraciət hədlərini izləyir və istifadəçilər eyni zamanda ümumi verilənlərlə işləyəndə verilənlərin mühafizəsini təmin edir.

Verilənlər bazasını idarəetmə sistemi bir sıra xassələrə malikdir:

modelin müxtəlif obyektlərində verilənlərin təkrarlanması;

– verilənlərin bir dəfə daxil edilməsi və onlarda düzəlişlərin sadələşdirilməsi;

– verilənlərin uyğunluğu və birinin digərini inkar etməməsi;

– verilənlər bazasının tamlığı və bütövlüyü;

– verilənlər bazasının çoxaspektli müraciət imkanının olması;

– verilənlər bazasında verilənlərin ixtiyari seçilməsi;

– verilənlərdən müxtəlif məsələlər və istifadəçilər üçün istifadə edilməsi;

– qəza şəraitində, qurğuların və proqramların nasazlıqları yarandıqda və ya istifadəçilər səhv etdikdə belə verilənlərin mühafizəsi və bərpasının mümkünlüyü və s.

Verilənlər bazasını idarəetmə sistemi müxtəlif predmet sahələri üçün istifadəçilərin praktik işinin avtomatlaşdırılmasının əsasını təşkil edir.

İstifadəçi tərəfindən praktiki işlər üçün verilənlər bazasını idarəetmə sisteminin seçilməsi bir sıra amillərlə bağlıdır:

mövcud texniki və baza proqram təminatı, onların konfiqurasiyası, əməli və disk yaddaşı;

– istifadəçi əlavələrinin işlənib hazırlanmasına tələbat;

– verilənlər modelinin növü;

– predmet sahəsinin xüsusiyyətləri;

– verilənlər bazasını idarəetmə sistemində zəruri funksional vasitələrin olması;

– istifadəçinin ixtisas səviyyəsi və verilənlər bazasının idarəetmə sistemində verilənlər bazası ilə istifadəçi arasında dialoq vasitələrinin olması.

Verilənlər bazasının idarəetmə sistemi tətbiqi proqramlar paketi şəklində göndərilən proqram məhsullarından ibarət olmaqla kompüterə quraşdırılır. Verilənlər bazasının idarəetmə sistemi kompüterə quraşdırıldıqdan sonra verilənlər bazasının yaradılması həyata keçirilir. Qeyd etmək lazımdır ki, fərdi kompüterlər üçün müasir verilənlər bazasının idarəetmə sistemi yüksək üstünlüyə malikdir. Bu imkan verir ki, sistemin istifadəçi üçün işlənib hazırlanmasının ilkin mərhələsində verilənlər bazasının ayrı-ayrı hissələrinin yaradılmasına başlanılsın. Məlumatlar bazasının bu cür işlənib hazırlanması tədricən onun genişləndirilməsinə və modifikasiyasına əlverişli şərait yaradır. Beləliklə, istifadəçi tərəfindən işin texnologiyasının mənimsənilməsi sürətlənir, verilənlər bazasının idarəetmə sisteminin imkanlarının öyrənilməsi və mərhələlərlə tətbiqi asanlaşır.

VBİS-in işi ilə Microsoft Access-in nümunəsində tanış olaq. VBİS Access-in obyektləri bunlardır:

1. Cədvəl – VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu cədvəllərdə saxlanılırlar.

2. Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar.

3. Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir.

4. Hesabat – formanın «əksidir». Hesabatın köməyilə verilənlər münasib şəkildə printerə və ya ekrana çıxarılır.

5. Makroslar – makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə komandaları bir makrosda qruplaşdırırlar və onu klavişin bir düyməsinə mənimsədirlər.

6. Modullar – bu Visual Basic dilində yaradılmış proqram proseduralarıdır.

VBİS-in təsnifatı. VBİS VB- nın üç modelinə uyğun olaraq iyerarxik, şəbəkə və relyasion ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu VB yeganə bir məntiqi göstəriciyə əsasən qurulur. Relyasion VB adətən münasibətlər və daxil olan atributlar sayı ilə müəyyən olunur.

Bu gün ən geniş yayılmış VBİS verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır.

VB relyasion idərə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:

1. Yüksək səviyyəli RVBİS . Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. Bu sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11.

2. Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə olunur. Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0.

3. Aşağı səviyyəli RVBİS . Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-Base Server.

4. Stolüstü VBİS. Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar, stolüstü VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün istifadə olunurlar.

VBİS-in arxitekturası istifadəçilərin müxtəlif tələblərini, onların sorğularının yerinə yetirilməsini, həmçinin fayllardakı verilənlərin təqdimatı və onlara müraciətlə bağlı daxili tələbləri təmin edir. Bu gün ümumi qəbul olunmuş yanaşma verilənlərin üç səviyyəli təsvirini təmin edir:

– xarici model səviyyəsində (istifadəçilərin müxtəlif sorğularına uyğun);

– məntiqi səviyyədə (predmet sahəsindəki administratorun və VB administratorunun verilənlərə inteqral baxışlarına uyğun);

– daxili səviyyədə (sistem proqramçılarının verilənlərə baxışına uyğun).

Verilənlər bazasının yaradılması. Təşkilati nöqteyi-nəzərdən ixtiyari VB-nin yaradılması iki müxtəlif mərhələdən ibarətdir:

– istismar vəə ya istifadəçi mərhələsi.

Layihələndirmə mərhələsində baza yaradıcıları, yəni proqramçılar və ya baza administratorları orada yerləşdiriləcək informasiyanın tərkibini öyrənir, onu cədvəllərə ayırır, bu cədvəllərin strukturunu, cədvəllər arası əlaqəni, bazaya ola biləcək sorğuları, formaları, hesabatları və s. müəyyənləşdirir, onda yeni obyektlər (məsələn, cədvəl, sorğu, forma və s.) yaradır, onun strukturunu verirlər. Onlar bazanın strukturunu işləyir və bazaya daxil olmağa tam hüquqları var. Bir bazanın bir neçə yaradıcısı ola bilər.

İstifadəçi mərhələsində – baza formaların köməyi ilə informasiya ilə doldurulur (VB-nin sifarişçisi tərəfindən), sorğular vasitəsilə verilənlərin emalı və lazım olan nəticənin hesabatlar şəklində alınması icra olunur. Bir bazanın minlərlə istifadəçisi ola bilər.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət

Zakir Məhərrəmov – Verilənlər Bazası

Verilənlər bazasının yaradılması proqramlaşdırmada ən çox ehtiyac duyulan sahələrdən biridir. Dərs vəsaitində verilənlər bazasının vacib nəzəri əsasları, Ms Access 2010-da və Delphi-də verilənlər bazasının yaradılması məsələləri ətraflı şərh olunmuşdur. Nəzəri məsələlərin şərhində əsas diqqət predmet sahəsinin informasiya– məntiq modelinin və cədvəllərarası əlaqələrin yaradılmasına yönəldilmişdir. Predmet sahəsi kimi tədris prosesi, anbar və futbol üzrə ölkə çempionatı götürülmüşdür. Kitabda ilk dəfə olaraq Delphi-də verilənlər bazasının yaradılması ətraflı izah edilmiş, verilənlər bazası cədvəllərinin yaradılması, Delph-də verilənlər bazası əlavələrinin yaradılması üçün BDE və ADO texnologiyaları izah edilmiş və müxtəlif üsullarla, o cümlədən, SQL dili ilə sorğuların yaradılması şərh edilmişdir. Əsas diqqət müxtəlif cədvəllər arasında əlaqələrin yaradılmasına və istinad tamlığının saxlanılmasına yönəldilmişdir. İlk dəfə olaraq İnstallShield Express proqramı ilə CD– qurma diskinin yaradılması texnologiyası izah edilmişdir. Dərs vəsaitinin fərqli xüsusiyyəti onun hamı tərəfindən başa düşülə biləcəyi bir dillə izah edilməsində və çoxlu sayda əyani misallarla müşayiət edilməsindədir. Bütün izahlar həm Ms Access 2010–da, həm də Delphi–də eyni bir predmet sahəsi – “Tədris prosesi” – cədvəlləri əsasında şərh olunmuşdur. Dərs vəsaiti həm kifayət qədər nəzəri biliklər əldə etməyə, həm də Ms Access 2010–da və Delphi–də verilənlər bazasını praktiki olaraq yaratmağa imkan verir. Kitab ilk dəfə verilənlər bazası yaratmaq istəyənlər üçün nəzərdə tutulmuşdur, lakin Delphi ilə minimum səviyyədə tanışlıq tələb olunur. Kitabdan tələbələr, magistrlər, doktorantlar və verilənlər bazalarını tədris edən müəllimlər istifadə edə bilərlər.

Müasir dövrümüzdə kompyuter texnologiyaları içərisində verilənlər bazasının (VB) layihələndirilməsi ən çox zərurət duyulan sahələrdən biridir. Xidmət sahələrində elə bir böyük təşkilat tapmaq mümkün deyildir ki, orada VB-dən istifadə edilməsin. Buna misal olaraq ölkəmizdə TQDK-nı, Azersell, Baksell operatorlarını, bütün bank sahələrini, şəhər infrastrukturlarını, aerovağzalı, supermarketləri və s. göstərmək olar. VB yaratmaq üçün kifayət qədər verilənlər bazasını idarəetmə sistemləri (VBİS) mövcuddur, hətta, Ms Excel ofis proqramı ilə də baza yaratmaq mümkündür. Lakin, VB ilə işləmək üçün Delphi xüsusi əhəmiyyət kəsb edir, belə ki, burada yalnız VB cədvəlləri yaratmaqla kifayətlənilmir, həm də proqramlaşdırma metodlarından istifadə etməklə onların üzərində müəyyən əməliyyatlar aparmaq imkanı yaranır. Proqramlaşdırmanın imkanları isə qeyriməhduddur. Sizə təqdim edilən bu dərs vəsaitinin birinci hissəsində VB-nin layihələndirilməsinin nəzəri əsasları izah edilmiş, “Tədris prosesi”, “Anbar” və “Futbol üzrə ölkə çempionatı” kimi predmet sahələrinin informasiyaməntiq modeli tərtib edilmiş və müasir VBİS-lərin xülasəsi şərh edilmişdir. Kitabın növbəti iki hissəsində “Tədris prosesi” predmet sahəsinin Ms Access 2010-da və Delphi-də verilənlər bazasının yaradılması və bu baza üzərində müxtəlif əməliyyatların yerinə yetirilməsi izah edilmişdir. Ölkəmizdə VB-ə həsr edilmiş kitablar çox məhdud saydadır. Hesab edirəm ki, bu sahədə yazılmış ilk sanballı və tanınan kitab (hər hansı ali məktəbdə nəşr edilmiş və yalnız həmin məktəbdə istifadə edilən kitabların mövcudluğu haqqında məlumatım yoxdur) rəhmətlik professor Sabit Kərimov tərəfindən yazılmış kitabdır [17,18]. Həmin kitabda əsasən VB-nin layihələndirilməsinin nəzəri məsələləri şərh edilmişdir, VB-nin praktiki olaraq yaradılması məsələlərinə, demək olar ki, toxunulmamışdır ki, bu da verilənlər bazasını yaratmağı öyrənməyə yeni başlayanlar üçün çətinlik törədir. Ölkəmizdə yayılan digər dərs vəsaiti [19] isə, tamamilə bunun əksinə olaraq, Ms Access 2003-də VB-nin yalnız praktiki olaraq yaradılmasına həsr edilmişdir. Çoxillik pedaqoji fəaliyyətim ərzində tələbələr tərəfindən keçirilən belə bir narahatçılığı müşahidə etmişəm: onlar Ms Access-də cədvəli asanlıqla yarada bilirlər (mexaniki olaraq), lakin bazanın nə üçün məhz bu cədvəllərdən ibarət olduğunu qavraya bilmirlər, yəni informasiya-məntiq modelini tərtib edə bilmirlər. Kitabın birinci hissəsi məhz bu zərurətdən irəli gələrək yazılmışdır. İnformasiya-məntiq modelini, cədvəllərarası münasibətləri, istinad tamlığını və s. çox yaxşı başa düşmək üçün ən yaxşı vasitə Ms Access VBİS-dir. Ms Access-də VB-nin yaradılmasının digər əsas üstünlüyü ondadır ki, peşəkar olmayan, proqramlaşdırmanı bilməyən hər kəs bu vasitənin köməyi ilə VB yarada bilər. Kitabda əhatə edilən mövzular Ms Access-in nisbətən yeni versiyası olan 2010 versiyasında şərh edilmişdir. Kitabın yazılmasının əsas səbəbi isə üçüncü hissədir, yəni Delphi mühitində verilənlər bazasının yaradılmasıdır. Azərbaycan dilində Delphi-də VB-nin yaradılmasına aid heç bir kitab yoxdur. Bu ilk təşəbbüsdür. Delphidə proqramlaşdırma və verilənlər bazası yaratma vasitələri vəhdət təşkil etdiyi üçün o, çox güclü bir VB layihələndirmə vasitəsinə çevrilmişdir. Belə bir vasitə ilə VB layihələndirən kəslərin imkanları yalnız onların öz fantaziyaları ilə məhdudlaşa bilər. Lakin bütün bu imkanlardan yararlana bilmək üçün layihəçinin Delphi proqramlaşdırma sistemini bilməsi vacibdir. Əlbəttə, kiçik həcmli layihələri proqramlaşdırmanı bilmədən də yaratmaq olar, lakin peşəkar səviyyə üçün bu dili hökmən bilmək lazımdır. Delphi-də proqramlaşdırmanı öyrənmək üçün ilkin mərhələdə ən yaxşı vasitə olan [1,2] dərs vəsaitindən istifadə etmək olar. Oxucular kitabda daha bir yeniliklə rastlaşacaqlar. Kitaba ilk dəfə olaraq InstallShield Express proqramı daxil edilmişdir. Bu proqram vasitəsi ilə istənilən şəxsi proqram məhsulu üçün CD-qurma diski yaradan instalyasiya proqramı (setup.exe) yaradıb istənilən kompyuterə yükləmək olar. Dərs vəsaiti əsasən praktiki yönlüdür, bununla yanaşı orada çoxlu nəzəri suallara cavab tapmaq mümkündür. Hesab edirəm ki, kitabın fərqli xüsusiyyətlərindən biri ondan ibarətdir ki, kitabda şərh olunan bütün izahlar eyni bir predmet sahəsi – “Tədris prosesi” üzərində qurulmuşdur. Bu həll edilmiş məsələləri asanlıqla qavramağa imkan verir və kitaba bir monolitlik gətirir. Təəssüflə qeyd etmək istəyirəm ki, bu monolitliyi pozmamaq xatirinə, mən bəzi vacib məsələləri əhatə edə bilməmişəm. Bunlardan ən vacibi VB-lərdə tətbiq edilən vaxt və tarix funksiyalarının kitaba daxil edilməməsidir. Kitabın birinci fəslinin tərtibatında yaxından kömək etmiş və dəyərli məsləhətlər vermiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin baş müəllimi Könül xanım Tahirovaya dərin təşəkkürümü bildirirəm. Həyatımın ən çətin anlarında mənə əvəzsiz kömək göstərmiş, gözlərimə yenidən nur bəxş etmiş Filatov adına Göz Xəstəlikləri İnstitutunun həkimprofessorları Levitskaya Qalina Vasilyevnaya və Qaydamaka Tatyana Borisovnaya (Ukrayna respublikası, Odessa şəhəri) sonsuz minnətdarlığımı bildirirəm. Nəhayət, bu kitabın yazılmasında böyük səbir göstərmiş, yaxından dəstək olmuş və mənimlə birlikdə istirahətdən məhrum olmuş həyat yoldaşım və qızlarıma dərin təşəkkürümü bildirirəm. Kitabın ilk təşəbbüs olması və çox böyük həcmli proqram texnologiyalarını əhatə etməsi onun çatışmazlıqlardan xali olmamasından xəbər verir. Kitab haqqında arzu və təkliflərini [email protected] ünvanına göndərən şəxslərə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm. Delphi kimi əhəmiyyətli bir proqramlaşdırma dilinin öyrənilməsində və onun əsasında verilənlər bazasının yaradılmasında Sizə uğurlar arzulayıram!

Yükləməyə Keç [4,63 Mb] [ : 1545] –>

I nformasiya verilnlr bazası

Verilənlərin modeli (VM) onların necə və hansı qaydalarla strukturlaşdırılmasını təyin edir. VM yüksək dərəcədə tipləşdirilmiş modellər sinfinə aiddir. Yəni hər bir verilən bu və ya digər kateqoriyaya aid edilir. Əksər hallarda kateqoriyalar əvvəlcədən müəyyənləşdirilir. Kateqoriyalar və onlar arasındakı əlaqələr birlikdə sxem adlandırılır.

Strukturu konkret sxemə uyğun gələn verilənlər yığımına VB deyilir.

Verilənlərin müxtəlif tip modelləri var. VM-ni yaranma qaydaları (G) və əməliyyatlar (O) çoxluqları vasitəsilə təyin edirlər. Yaranma qaydaları VM-nin statik xassələrini əhatə edir və “verilənlərin təsviri dili” (DDL) ilə təyin olunur. Əməliyyatlar çoxluğu VM-nin dinamik xassələrini əhatə edir və “verilənlərlə əməliyyat dili” vasitəsilə əlaqələndirilir.

Verilənlərin struktur modelləşdirilməsi üçün klassik və onların əsasında yaradılmış yeni modellərdən istifadə olunur. Klassik modellərə aşağıdakılar aiddir: iyerarxik, şəbəkə və relyasiya modelləri. Son illərdə yaranan və praktikada aktiv tətbiq olunan modelə obyektyönlü model aid edilir. Bu nöqteyi nəzərdən verilənlər bazası strukturuna görə əsasən dörd modeldə verilir:

İyerarxik model verilənlərin qraf şəklində təsvirinə əsaslanır. Sxemin qraf diaqramında təpələr (düyünlər) mahiyyətlərin tipini, budaqlar isə mahiyyətlər arasındakı əlaqələri göstərir. Bu modeldə aşağıdakı əlaqələr mümkündür: birin-birə (1:1); birin-çoxa (1:M); çoxun birə (M:1). Əlaqələr ağacvarı struktura malikdir. VB sxemi üçün qurulmuş qraf-diaqrama təyinat ağacı deyilir. Bu cür sistemlərə misal olaraq 1970-90-cı illərdə yayılmış IMS və OKA sistemini göstərmək olar.

Şəbəkə tipli model lər də iyerarxik modellər kimi verilənlərin qraf diaqramı şəklinə təsvirinə əsaslanır. İyerarxik modeldən fərqli olaraq burada əlavə olaraq çoxun-çoxa (M:N) əlaqəsi də həyata keçirilir. Şəbəkə modelləri (ŞM) və onlara uyğun VBİS-lərin yaradılmasında CODASYL və DBTG-nin verdiyi təkliflərin böyük rolu olub. ŞM-də (M:N) əlaqəsinin həyata keçirilməsi onun k sayda (1≤k≤M) (1:N) əlaqəsinə çevrilməsi yolu ilə aparılır. Bu isə həm konseptual, həm də fiziki səviyyədə mürəkkəblik yaradır. ŞM VBİS-lərə MARK-1, MARK-2, 9PAC, İDS, TOTAL, ADABAS, CET, CETOP aiddir.

Relyasiya modeli nin (RM) yaranması Edqar Koddun (IBM) adı ilə bağlıdır. Bu modeli o, 1970-ci ildə təklif etmişdir. RM-nin əsasını nisbət (relation) riyazi anlayışı təşkil edir. Nisbəti ikiölçülü cədvəl kimi təsvir etmək olar. FK üçün VBİS-lərin əksəriyyətində RM istifadə olunur. RM-dən əsasən orta ölçülü VB-lər üçün istifadə olunur, cədvəllərin sayı artdıqca VB-nin işləmə sürəti azalır.

Obyektyönlü model (OYM) RM və ŞM-ni özündə birləşdirir və mürəkkəb strukturlu VB-nin qurulması üçün istifadə olunur. OYM-də obyektyönlü proqramlaşdırma prinsiplərindən istifadə olunur. OY yanaşmada abstraksiya səviyyəsi daha yüksək olur. Bu tip modeldə relyasiya konsepsiyası domenlərə əsaslanır, yəni obyekt sinfi kimi domen götürülür.

Comments are closed, but trackbacks and pingbacks are open.