Press "Enter" to skip to content

Verilənlər bazası və onun obyektləri 24.07.2015 Informatika, 10 sinif. презентация

Verilən – bazaya daxil ediləcək informasiya vahididir, elementidir.

Verilənlər bazası və digər anlayışlar

Verilənlər bazasının aktuallaşdırılması dedikdə, verilənlərin tərkibinin və quruluşu – nun dəyişdirilməsi başa düşülür. Yəni, aktuallaşdırma nəticəsində bəzi verilənlər bazadan çıxarılır, yeniləri daxil edilir, əlaqələr dəyişdirilir və s. Daha dərin aktuallaşdırma veri – lənlər bazasının restrukturlaşdırılması adlanır. Bu, bütövlük məhdudiyyətlərinin dəyiş – dirilməsi zamanı baş verir.

Çox zaman verilənlər bazası elə təşkil edilir ki, predmet oblastının hər vəziyyətinə bazanın bir vəziyyəti uyğun gəlir. Lakin bəzi hallarda, iqtisadi tədqiqatlarla bağlı olaraq, temporal (zamanlı, sürəkli) bazalar da yaradılır. Bu bazalardakı verilənlərin qiymətləri müəyyən zamana aid olur. Yəni verilənlərin zaman sıraları (xronologiyası) əks etdirilir.

Verilənlər bazası verilənlərin inteqrasiya edilmiş çoxluğudur. Yəni, bir fakt bazada bir dəfə qeyd edilir. Bu, bazanın informasiya bolluğunun minimum olmasını göstərir. Lakin paylanmış bazalarda müəyyən baza fraqmentlərinin (replikatların) şəbəkə düyünləri üzrə təkrarlanması şəbəkə trafikasını (məlumat ötürülüşünü) ixtisar etməyə və sistemin məhsuldarlığını artırmağa imkan verir. Verilənlər bazası çoxsaylı istifadəçilərə xidmət üçün yaradıldığından, onun yaradılması kriterisi sosial xarakter daşıyır və ayrı – ayrı istifadəçilərin təıləbibni ödəmək baxımından irəli gələn lokal səmərəlilik deyil, inteqral səmərəlilik daha vacibdir.

Verilənlər bazasının tərkibi (məzmunu), ilk növbədə, hesablama yolu ilə alınması mümkün olmayan müşahidə və ölçmə məlumatları ilə doldurulur ki, bunlara da baza göstəriciləri, belə bazaya isə predmet bazası deyilir.

Verilənlər bazası xüsusi proqram kompleksi vasitəsilə idarə edilir ki, buna da Verilənlər bazasının idarə edilməsi sistemi (VBİS) deyilir. VBİS – lə VB birliyinə VB sistemi deyilir. Bir kompüterdə qurulmuş VBİS bir neçə VB – ni idarə edə bilər.

VB sisteminin istifadəçiləri adətən bazadakı məlumatların mənbəyi olan predmet oblastı mütəxəssisləridir. Bunlar həm də son istifadəçilərdir. Lakin VB-yə müraciət edən hər şey – VB sisteminin əlavələri adlanan tətbiqi proqramlar və proqram kompleksləri, həmçinin kompüterlər və hesablayıcı sistemlər istifadəçi sayılır.

Son istifadəçilər VB ilə qarşılıqlı fəaliyyət göstərərkən VBİS-in istifadəçi interfey- sindən, tətbiqi proqramlar isə tətbiqi proqramlaşdırma interfeysindən istifadə edir.

Verilənlərin mərkəzləşdirilmiş qaydada idarə edilməsi VB inzibatçısının səlahiy- yətindədir. İnzibatçı heyət sistemi işlək vəziyyətdə saxlamalı, vaxtlı-vaxtında aktuallaş- dırma aparmalı, sistemin informasiya resurslarından və yaddaşdan səmərəli istifadə edilməsini təmin etməlidir.

Verilən bazaları mərkəzləşdirilmiş və paylanmış olurlar. Mərkəzləşdirilmiş VB bir kompüterdə yaradılır və ondan yalnız həmin kompüterdə işləyənlər istifadə edir. Belə bazaya lokal şəbəkə kompüterləri də müraciət edə bilir. Kompüter şəbəkələri paylanmış bazalar yaradılmasını şərtləndirdi. Belə bazalar müxtəlif kompüterlərdə təşkil edilmiş bir neçə hissədən ibarət olur. Bu hissələr kəsişməyən, kəsişən və təkrarlanan ola bilir. Bir kompüterdə təşkil edilmiş paylanmış baza hissəsi bəzən lokal VB kimi fəaliyyət göstərir.

Paylanmış VB-lər paylanmış VBİS-lə idarə olunur.

Paylanmış VB verilənlərin fraqmentləşdirilməsitirajlaşdırılması metodları ilə yaradılır. Fraqmentləşdirmə bazanın kəsişməyən hissələrinin, tirajlaşdırma isə fraqment- lərin nüsxələrinin müxtəlif kompüterlərdə təşkilini nəzərdə tutur.

VBİS VB-nin mərkəzi idarəedicisidir. Yəni VB-yə müraciət yalnız VBİS vasitəsilə mümkündür.

VBİS-lər ümumi təyinatlı və ixtisaslaşdırılmış olurlar. Ümumi təyinatlı VBİS-lər heç bir konkret predmet oblastına istiqamətli olmur. İxtisaslaşdırılmış VBİS – lər xüsusi təyinatlı sistemlərdir.

VBİS-in əsas xassəsi verilənlər bazasına həm istifadəçi tərəfdən, həm də saxlayıcı tərəfdən baxmağı reallaşdırmasıdır. İstifadəçi baxımı məntiqi quruluşu, saxlayıcı baxımı isə fiziki quruluşu şərtləndirir.

İnformasiya sisteminin predmet oblastı və onun modelləşdirilməsi

Verilənlər bazası texnologiyaları yaranmazdan əvvəl informasiya sistemlərini 2 sinfə bölürdülər: sənədli və faktoqrafik informasiya sistemləri.

Sənədli informasiya sistemləri indi mətn sistemləri adlanır. Bunlar təbii dildə yazılmış sənədlərlə, biblioqrafik təsvirə malik nəşr materialları ilə, jurnal məqalələrinin tam mətnləri ilə, monoqrafiyalarla, elmi hesabatlarla, dissertasiyalarla, qanunvericilik aktları ilə də s. işləmək üçündür. Lakin artıq bu sistemlər mətn sənədləri ilə yanaşı, şəkil, video, audio v ə s. kimi informasiya resurslarını da əhatə edir.

Faktoqrafik informasiya sistemləri strukturlaşdırılmış verilənlər şəklində təqdim edilən faktlarla işləyir. İlk faktoqrafik sistemlər müəyyən xassələrlə xarakteizə olunan obyektlərin axtarışı üçün istifadə edilirdi. Verilənlər bazası texnologiyaları ilk dəfə məhz bu sistemlərdə tətbiq tapdı. Bu sistemlər, ilk növbədə, real dünyanın müəyyən hissəsi olan sistemin predmet oblastının dinamik informasiya modelini reallaşdırmağa təyinat- lıdır.

Müəyyən vaxt ərzində məşğul olunan fəaliyyət növü (iqtisadi tədqiqat, istehsalın planlaşdırılması, bazarda lazımi məhsulun axtarılması, ətraf mühitin vəziyyətinin monitorinqi) öz predmet oblastının vəziyyəti və onda gedən proseslər barədə lazımi məlumatları əldə etmək üçün müntəzəm və ya qeyri-müntəzəm müşahidə və ölçmələr aparılmasını tələb edir. Lakin müşahidə və ölçmələri lazım olan vaxtlarda həyata keçir – mək bu və ya digər səbəblər üzündən heç də həmişə mümkün olmur. Bu halda kompü – terdə yaradılmış gerçəkliyin dinamik informasiya modeli misilsizdir.

İnformasiya modeli fiziki, riyazi və s. modellərdən fərqli olaraq maddi re surs ları informasiya resursları şəklində təsvir edir. Verilənlər bazası texnologiyaları həmin infor- masiya modelini verilənlər modelinə çevirə bilir. İnformasiya modeli real prosesləri adekvat təsvir etdiyindən, zəruri ölçmələrə ehtiyacı azaldır. Bu, həm vaxta qənaət etmə – yə, həm də xərci azaltmağa imkan verir.

Dinamik model dedikdə, zamanda dəyişən model nəzərdə tutulur. Bu model pro – sesin gedişini kadrlar sırası şəklində təsvir etmək üçün kifayət edən yaddaşa malik kompüterdə reallaşdırılır.

Predmet oblastının informasiya modeli real obyektlərin konkret məqsədlə birbaşa bağlı olan mahiyyətləri əsasında yaradılır. Bu məqsədlə mahiyyətlər tipləşdirilir. Predmet oblastı mahiyyət tipləri üzrə strukturlaşdırılır. Hər bir obyekt özünəməxsus mahiyyət atributları ilə təsvir edilir. Praktikada predmet oblastının strukturunun təhlili və sintezi deduktiv metodla həyata keçirilir. Yəni, əvvəlcə mahiyyət tipləri aşkar edilir, ümumi mahiyyətlər müəyyənləşdirilir, sonra həmin tip bu tipdən olan bütün mahiyyət nüsxələri üçün mənimsədilir. Predmet oblastının hər bir mahiyyəti fərdidir. Bu fərdilik həm də eyni tip mahiyyətlər arasında da hökm sürür. Yəni, heç bir təkrara yol verilmir. Fərdilik identifikator vasitəsilə reallaşdırılır. Bəzi identifikatorlar unikal olur. Unikal identifikator ilkin açar adlanır. Məsələn, şəxsiyyət axtarışında soyad ilkin açardır. Unikal olmayan identifikatorlar ikinci açar adlanır. Məsələn, tələbənin soyadı ilkin açar, qrup nömrəsi ikinci açardır.

Predmet oblastında mahiyyətlər arasında müxtəlif məzmunlu əlaqələr mövcud olur ki, informasiya modelində bunlar da öz əksini tapmalıdır. Bunlar əlaqə tipləri ilə təsvir edilir. Əlaqə tipləri məcburi və ya fakültativ olur. Məsələn, şəxsiyyətlə doğum tarixi məcburi, yaşayış yeri isə fakültativ əlaqədədir.

M a hi yy ə t t i p l əri ar a s ı n da ixt i y ar i ö lç ü lü ə l a q ə l ər ola bi l i r . P r a k t ika d a u n a r (1 ö ç ü l ü ), b i n a r (2 ö lç ü l ü ) v ə n – a r (n ö l ç ü l ü ) ə l a q ə l ə r m ö v c ud o l u r . Ə l a q ə l ə r ― bi rin b i r ə ‖ , ― bi r in ç o x a‖ v ə ― ç o xun ç ox a ‖ t i pl ə r d ə ol u r . P r e d m e t o b l a stını x a ra k te r i zə e dən m a hi yy ə tl ə ra ra s ı ə l a qə tip l ə ri m əc m u su p r e d m e t ob l a s tının tipik q u r u lu ş unu ə m ə l ə g ə t i r m ə k l ə , həm d ə p r e d m e t o b la s tın ı n tip i k m od eli k i m i çı x ış e d i r . Bu m o d el p re d m e t o b l a s tı n ın s a b it ( v ə y a n i sbi s a b i t) x a s sə l ə rini ə k s e t di r d i y i n də n , i n te n sion a l m o d e l ad l a n ı r .

Predmet oblastının müəyyən cəhətlərini əks etdirən bəzi əlaqələr müəyyən dəyişik – liyə uğradığından, bəzi əlaqələrin pozulması və ya yeni əlaqələrin meydana çıxması səbəbindən, predmet oblastının vəziyyəti dinamik xarakterlidir. Bu vəziyyəti predmet oblastının ekstensional modeli təsvir edir. Göründüyü kimi, intensional statik, eksten – sional dinamik modeldir. Predmet oblastının hər bir vəziyyəti müəyyən sərhədlər daxi- lində olmalıdır ki, bunlara da bütövlük məhdudiyyətləri deyilir. Bütövlük məhdudiy- yətləri əyani (müəyyən hökm şəklində formalaşdırılmış) və ya əyani ifadə olunmasına ehtiyac olmayan gizli ola bilər. Məsələn, ağacşəkilli quruluşda, kök düyündən (zirvədən, təpədən) başqa, hər bir düyünün yeganə ana düyünə bağlılığı faktı gizli məhdudiyyətdir.

xasdır. Dinamik məhdudiyyət predmet oblastının bir vəziyyətdən digərinə keçidi müəy- yən edir. Beləliklə, bütövlük məhdudiyyətləri zamanda dəyişməz olmaqla intensional modelin tərkib hissəsidir.

Q e y d e t m ə k l a z ı m d ır ki , in t e n si o nal v ə e ks t e n s io n al m od el l ər p r e d m e t o b la s tın ı n m üxt əl i f s ə v i y y ə l ə r d ə a bs t r a k i y a sı n ı ə k s e t d i r i r . E k st e nsio n al m od e l ― n üs x ə ‖ m o d e li d ir. Ç ünki m a hi y y ə t nüs x ə l ə rinin x a s s əl ə r i ni və on l a r ar a s ı n da k ı ə la q ə l ə ri t ə s v ir e d i r. İ n t e n s i on a l m o d e l i şə m a hi yy ə t n ü sx ə l ə rin i n x a s s ə l ə r ini n ə z ə rə a l m ı r və bu n a g ö r ə d ə o,

― tip ‖ m o d e lid i r .

İnformasiya sisteminin yaradıcısı üçün intensional model daha maraqlıdır. Çünki bu, predmet oblastını bütöv şəkildə təsvir edir.

L a y ih ə l ə ş d i r i ci m üt ə x ə s s is b a x ı m ı n d a n , h ə m d ə ko n se p t u al m od el m ara q lı d ı r . Çünki b u , b ü töv l ükdə ― in f o r m a si y a f əz a s ı ‖ n ı x a r a k t e r i zə e d i r . K o n se p tu a l m od e l in s i n t ez e di l m ə s i i n f o r m a si y a s i s t e m i nin y ar a d ı l m a s ı nın ən v a c ib m ə r h ə l ə d i r .

Verilənlər bazası və onun obyektləri 24.07.2015 Informatika, 10 sinif. – презентация

Презентация на тему: ” Verilənlər bazası və onun obyektləri 24.07.2015 Informatika, 10 sinif.” — Транскрипт:

1 Verilənlər bazası və onun obyektləri Informatika, 10 sinif

2 İnformasiya elə saxlanmalıdır ki, lazım olduqda onu asanca tapmaq mümkün olsun. Axtarışı yüngülləşdirmək üçün insanlar əlifbalı qeyd kitabçaları düzəltmiş, kitabxanalarda isə əlifba üzrə, mövzu üzrə kataloqlar yaradılmışdır.

3 Xüsusi kartotekada hər bir avtomobil haqqında informasiya –maşının nömrəsi, markası, rəngi, sahibi haqqında məlumat saxlanılır. Kartotekada bütün məlumatlar maşınların nömrəsinə görə nizamlanır Avtomobil müfəttişliyində

4 Kompüterlərdə informasiyanı saxlamaq və axtarmaq üçün verilənlər bazası adlandırılan xüsusi proqram sistemlərindən istifadə olunur Verilənlər bazası [database] informasiyanın, yaxud verilənlərin nizamlı yığınıdır.

5 Verilənlər bazasının mərkəzi obyekti cədvəldir [table]. Sətir (yazı) Sütun (sahə) Verilənlər bazasında sahələrin müxtəlif tipləri ola bilər: mətn, ədəd, tarix, zaman, pul və s.

Verilənlər bazası

Verilənlər bazası (VB),(en:Data Base, DB) – kompüterin daimi yaddaşında müxtəlif tiplı (mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s.) verilənlərin saxlanması üçün istifadə edilən xüsusi strukturlaşdırılmış yerdir.

Verilənlər bazası, informasiyanın saxlanmasını və həmçinin tez bir zamanda verilənlərə müraciəti təmin edir,tətbiqi proqramlar və ya əlavələr verilənlər bazasına daxil olan dəyişənlərin işlənməsinə xidmət edir.

Verilənlər bazasını yaratmaq üçün istifadə edilən proqramlar:

  • Microsoft Access
  • Open Office Base
  • Foxpro
  • Microsoft SQL Server
  • Oracle
  • My SQL

Verilənlər bazasının məqsədi və tərifi

İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.

Verilən – bazaya daxil ediləcək informasiya vahididir, elementidir.

İnformasiya müəyyən predmet və ya gerçəklik haqqında olan tam fikirdir, məlumatdır. Məsələn: Hər bir müəssisənin kadrlar şöbəsində onun əməkdaşları haqqında (kadr uçotu vərəqəsində) informasiya saxlanılır. Bu informasiyanın verilənləri – elementləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, milliyyət, hansı ali təhsil müəssisəsini neçənci ildə bitirməsi, hansı dilləri bilməsi, hansı elmi əsərlərin müəllifidir və s.

VB-nin yaradılması məqsədindən asılı olaraq eyni bir obyekt və ya gerçəklik haqqında olan informasiyanın elementləri, yəni verilənlər müxtəlif ola bilərlər.

Məsələn: Hər bir dövlətdə onun vətəndaşları haqqında saxlanılan informasiyanın verilənləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, harada qeydiyyatda olması, gözünün rəngi, boyun uzunluğu, qan qrupu və s.

Göründüyü kimi eyni bir şəxs haqqında kadrlar şöbəsində saxlanılan informasiyanın verilənləri ilə dövlətin vətəndaşı kimi saxlanılan informasiyanın verilənlərində müxtəliflik var. VB kompüterdə xüsusi formatlı fayllarda saxlanılan informasiyadır. “Faylın formatı” termini kompüter faylında saxlanılan verilənlərin strukturunu təsvir etmək üçün istifadə olunur. Tərif. VB – informasiyanın saxlanılması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı fayldır.

Verilənlər bazasının strukturu

Verilənlərin strukturu, onların kompüterdə saxlanılması üsuludur və o, elə seçilməlidir ki, verilənlərdən səmərəli istifadəni təmin etsin. Faylın VB olması üçün onda olan informasiya struktura malik olmalıdır və elə formatlaşdırılmalıdır ki, sahələr bir-birindən asanlıqla fərqlənsinlər.

Verilənlər bazası struktura görə üç cür ola bilər:

  • iyerarxik;
  • səbəkə;
  • relyasion.
  1. İyerarxik VB-da verilənlər arasındakı tabeçilik münasibətlərindən asılı olaraq budaqlanma olur. Odur ki, bu struktura bəzən budaqlanan struktur da deyirlər.
  2. VB-nın şəbəkə modelində verilənlərə müraciət ona gələn yollar vasitəsi ilə həyata keçirilir və bir verilənə bir neçə yol ilə gəlmək olar. Bu zaman hər bir verilən faktiki olaraq bir neçə verilən ilə bağlı olur və onlar arası əlaqələr iyerarxik olmaya da bilər.
  3. Bu gün əksər VB cədvəl şəkillidirlər, yəni relyasion strukturludurlar. Belə strukturlu VB-də verilən sətir və sütunların kəsişməsi ilə müəyyən olunur. VB-da sütunlar sahələr, sətirlər isə yazı adlanır.

Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri

Relyasiya strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edirlər.

  1. Sahələrin xüsusiyyətləri
  • Hər bir sahənin ən birinci xüsusiyyəti onun uzunluğudur. Sahənin uzunluğu orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə müəyyən olunur.
  • Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyniadlı sahəyə malik ola bilməz.
  • Hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, VB-də həmin sütunun başlığıında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, amma imza verilmədikdə həmin sahənin başlığıında onun adı yazılır. Müxtəlif sahələrə bəzən eyni imza vermək olar. Bu kompüterin işinə mane olmayacaqdır. Belə ki, bu sahələr əvvəlki kimi müxtəlif adlarla saxlanılacaqdır.
  1. Sahələrin tipləri. Sahələr orada saxlanılan verilənin tipindən asılı olaraq müxtəlif xüsusiyyətli olurlar.
  • Mətn sahələr – mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur. Mətn sahənin bir məhdudiyyəti var – onun ölçüsü 256-dan çox ola bilməz, yəni orada saxlanılan verilən 256 simvoldan artıq ola bilməz.
  • Ədədi sahələr – rəqəmlə ifadə olunan verilənlərinin daxil edilməsinə xidmət edir. Ədədi sahələr müxtəlif olurlar: tam ədədlərin daxil edilməsi üçün sahələr və onluq ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm də onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir.
  • Tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur.
  • Xüsusi tip sahələr – pul sahəsi. Adından məlumdur ki, bu sahədə pulun məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul sahəsində onlarla işləmək daha münasibdir. Bu halda kompüter ədədi onun pul vahidləri ilə birlikdə əks etdirə bilir: manat və qəpiyi, funt və pensi, dollar və senti ayırd edə bilir, bir sözlə onlarla incə rəftar edə bilir.
  • Müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini, videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE obyekt sahəsi adlanır.
  • Əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu verilənlər sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici qoyulur.
  • Ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə bilər, ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu oynayır. Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır.
  1. Sadə VB. Sadə VB-ni xüsusi proqram vasitələrindən istifadə etmədən də yaratmaq olar.
  2. Əlaqəli cədvəllər. Əslində sadə VB baza yox, sadəcə cədvəldir. Əgər informasiya belə sadə strukturda saxlanılsaydı, onunla işləmək üçün xüsusi verilənlər bazasının idarə sistemləri (VBİS) lazım olmazdı. Belə ki, praktikada daha mürəkkəb strukturlu informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu sayda cədvəllərdən ibarət olurlar.

VB-nın yaradılması onun cədvəllərinin yaradılmasından başlayır. Struktur elə olmalıdır ki, baza ilə işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər hər hansı veriləni bir neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli cədvəllərdən təşkil edirlər. Hər bir cədvəlin strukturunu ayrı-ayrı işləyirlər.

Unikal və açar sahələr. Cədvəllər arası əlaqəni yaratmaq və bu cədvəldəki yazıya görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal sahəyə baxmaq lazımdır. Unikal sahə elə sahədir ki, onda olan məzmun təkrarlanmır.

Unikal sahədə yazılar təkrarlandıqda kompüterin xəbərdarlıq bildirməsi üçün açar sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni (və ya bir neçə sahələr kombinasiyasını) açar qeyd etmək lazımdır. Açar sahələr ilə kompüter xüsusi işləyir, daha doğrusu, sonuncu onun unikallığını yoxlayır və bu sahələr üzrə seçməni yerinə yetirir.

Əgər cədvəl yaradılarkən proqramçı (VB-nin administratoru) açar sahə verməyibsə, VBİS cədvəldə ilkin açar sahəsinin verilməsi barədə xəbərdarlıq edir. Cədvəldə ilkin açar qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik mənimsədilir.

Verilənlər bazası idarə sistemləri (VBİS), onların məqsədi və təsnifatı

VB-nı yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi və ya mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir qədər ləngimələrə səbəb olurdu. Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı.

  • VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir.

VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir. VBİS-in işi ilə Microsoft Access-in nümunəsində tanış olaq. VBİS Access-in obyektləri bunlardır:

  1. Cədvəl – VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu cədvəllərdə saxlanılırlar.
  2. Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar.
  3. Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir.
  4. Hesabat – formanın «əksidir». Hesabatın köməyilə verilənlər münasib şəkildə printerə və ya ekrana çıxarılır.
  5. Makroslar – makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə komandaları bir makrosda qruplaşdırırlar və onu klavişin bir düyməsinə mənimsədirlər.
  6. Modullar – bu Visual Basic dilində yaradılmış proqram proseduralarıdır.
  • VBİS-in təsnifatı. VBİS VB- nın üç modelinə uyğun olaraq iyerarxik, şəbəkə və relyasion ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu VB yeganə bir məntiqi göstəriciyə əsasən qurulur. Relyasion VB adətən münasibətlər və daxil olan atributlar sayı ilə müəyyən olunur.

Bu gün ən geniş yayılmış VBİS verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır. VB relyasion idərə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:

  1. Yüksək səviyyəli RVBİS. Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. Bu sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11.
  2. Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə olunur. Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0.
  3. Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-Base Server.
  4. Stolüstü VBİS. Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar, stolüstü VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün istifadə olunurlar.

VBİS-in arxitekturası istifadəçilərin müxtəlif tələblərini, onların sorğularının yerinə yetirilməsini, həmçinin fayllardakı verilənlərin təqdimatı və onlara müraciətlə bağlı daxili tələbləri təmin edir. Bu gün ümumi qəbul olunmuş yanaşma verilənlərin üç səviyyəli təsvirini təmin edir:

  • xarici model səviyyəsində (istifadəçilərin müxtəlif sorğularına uyğun);
  • məntiqi səviyyədə (predmet sahəsindəki administratorun və VB administratorunun verilənlərə inteqral baxışlarına uyğun);
  • daxili səviyyədə (sistem proqramçılarının verilənlərə baxışına uyğun).
  • Teqlər:
  • verilənlər bazası

Comments are closed, but trackbacks and pingbacks are open.