Press "Enter" to skip to content

2 İqtisadçı kimi düşünmə tərzi

Dostları ilə paylaş:

İqtisadçı kimi düşünmə tərzi

. konulu sunumlar: “İqtisadçı kimi düşünmə tərzi”— Sunum transkripti:

1 İqtisadçı kimi düşünmə tərzi
2 İqtisadçı kimi düşünmə tərzi II MÖVZU – İQTİSADÇI KİMİ DÜŞÜNMƏ TƏRZİ Dr. Elşən BAĞIRZADƏ “Mikro iqtisad” dərsi Azərbaycan Universiteti

2 İqtisadçı kimi düşünmə tərzi
Hər bir fənnin özünəməxsus terminologiyası var: Riyaziyyat inteqral  aksiom  vektor fəazları Psixologiya eqo  mənlik  fikir ayrılığı Hüquq məhkəmə yeri  mülki cinayət  haqsız davranış  məhrumetmə İqtisad Təklif  alternativ dəyər  elastiklik  istehlakçı profsiti  tələb  müqayisəli üstünlük  itirilən iqtisadi səmərəlilik

3 İqtisadçı kimi düşünmə tərzi
İqtisad sizə bunları aşılayır Alternativləri fikirləşmək. Fərdi və sosial seçimlərin xərcini hesablamaq. Konkret hadisə və nəticələr arasında necə əlaqə olduğunu anlamaq və şərh etmək. 2

4 İQTİSADÇI ELM ADAMI KİMİ
Düşünmənin iqtisadi yolu . . . Analitik və obyektiv düşünməni özündə birləşdirir. Elmi metoddan istifadəni tələb edir. 3

5 Elmi metod: Müşahidə, nəzəriyyə və daha çox müşahidə
Mücərrəd modellərdən istifadə qarışıq və həqiqi dünyanın fəaliyyətini şərh etməyə kömək edir. Nəzəriyyələrin qiymətləndirilməsi üçün nəzəriyyələri, verilənlərin toplanmasını və onların təhlilini inkişaf etirir. 4

6 Fərziyyələrin rolu İqtisadçılar dünyanı daha yaxşı anlamaq üçün fərziyyələr formalaşdırırlar. Elmi düşünmə sənəti fərziyyələr formalaşdırma qərarları verməkdir. İqtisadçılar müxtəlif sualları cavablandırmaq üçün müxtəlif fərziyyələrdən istifadə edirlər.

7 Ən təməl iqtisadi modellərdən ikisi aşağıdakılardır:
İqtisadçılar dünyanı daha yaxşı dərk etmək üçün reallığı sadələşdirən modellərdən istifadə edirlər. Ən təməl iqtisadi modellərdən ikisi aşağıdakılardır: Dövri-Axın Diaqramı (The Circular Flow Diagram) İstehsal İmkanları Həddi və ya Əyrisi (The Production Possibilities Frontier)

8 Bizim ilk model: Dövri-Axın Diaqramı
Dövri-Axın Diaqramı (circular-flow diagram) ev təsərrüfatları və firmalar arasında bazar yolu ilə nə qədər pul axını olduğunu göstərən iqtisadiyyatın təsviri modelidir. 6

9 Diaqram 1: Dövri-Axın Diaqramı
Firmalar satır Ev təsərrüfatları alır ƏMTƏƏ VƏ XİDMƏT BAZARLARI Gəlir Xərc Əmtəələr və xidmətlər satıldı Əmtəələr və xidmətlər alındı FIRMALAR Əmtəə və xidmətləri istehsal edir və satır İstehsal amillərini istifadə və işə cəlb edir Əmtəə və xidmətləri alır və istehlak edir İstehsal amillərinə sahib olur və onları satır EV TƏSƏRRÜFATLARI Ev təsərrüfatları satır Firmalar alır İSTEHSAL AMİLLƏRİ BAZARLARI İstehsal amilləri Əmək,torpaq, və kapital Əmək haqqı, renta, və mənfəət Gəlir = İstehsal xərcləri və məhsul axını = Pul axını Copyright © South-Western

10 Bizim ilk model: Dövri-Axın Diaqramı
Firmalar Əmtəə və xidmətləri istehsal edir və satır İstehsal amillərini istifadə və işə cəlb edir Ev təsərrüfatları Əmtəə və xidmətləri alır və istehlak edir İstehsal amillərinə sahib olur və onları satır 7

11 Bizim ilk model: Dövri-Axın Diaqramı
Əmtəə və xidmət bazarları Firmalar satır Ev təsərrüfatları alır İstehsal amilləri bazarları Ev təsərrüfatları satır Firmalar alır 7

12 Bizim ilk model: Dövri-Axın Diaqramı
İstehsal amilləri (Factors of Production) İstehsal amilləri əmtəə və xidmətlərin istehsalında istifadə edilir. Torpaq, əmək və kapital 7

13 Bizim ikinci model: İstehsal İmkanları Həddi və ya Əyrisi
İstehsal imkanları həddi və ya əyrisi (production possibilities frontier) iqtisadiyyatın mövcud istehsal amilləri və istehsal texnologiyası çərçivəsində həyata keçirə biləcəyi mümkün istehsal səviyyəsini göstərən məhsul buraxılışını ifadə edən qrafikdir. 14

14 Qrafik 1: İstehsal İmkanları Həddi və ya Əyrisi
İstehsal olunan kompüter miqdarı 3,000 D C 2,200 600 A 700 2,000 İstehsal imkanları həddi və ya əyrisi 1,000 300 B 1,000 İstehsal olunan avtomobil miqdarı Copyright©2003 Southwestern/Thomson Learning

15 Bizim ikinci model: İstehsal İmkanları Həddi və ya Əyrisi
Aşağıdakı anlayışlar İstehsal İmkanları Həddi və ya əyrisi vasitəsilə açıqlanır: Səmərəlilik (Efficiency) Seçimlər (Tradeoffs) Alternativ dəyər (Opportunity Cost) İqtisadi artım (Economic Growth) 21

16 Qrafik 2. İstehsal İmkanları Həddi və ya Əyrisində Sürüşmə
İstehsal olunan kompüter miqdarı 4,000 3,000 1,000 2,100 750 E 2,000 700 A İstehsal olunan avtomobil miqdarı Copyright © South-Western

17 Mikro iqtisad və makro iqtisad
Mikro iqtisad (Microeconomics) iqtisadiyyatın fərdi hissələrinə fokuslanır. Ev təsərrüfatları və firmaların necə qərar vermələri və xüsusi bazarlarda necə qarşlılıqlı əlaqədə olmaları. Makro iqtisad (Macroeconomics) bütövlükdə iqtisadiyyata fokuslanır. İqtisadiyyat geniş fenomen kimi inflyasiya, işsizlik və iqtisadi artımı əhatə edir. 13

18 İQTİSADÇI SİYASİ MƏSLƏHƏTÇİ KİMİ
İqtisadçılar dünyanı izah etməyə çalışdıqları zaman elm adamı olurlar. İqtisadçılar dünyanı dəyişməyə çalışdıqları zaman siyasi məsləhətçi olurlar. 30

19 NORMATİV VƏ POZİTİV TƏHLİL
Pozitiv fikirlər (Positive statements) necə olduğunu təsvir etməyə çalışan fikirlərdir. Deskriptiv (izah edici) təhlil adlanır. Normativ fikirlər (Normative statements) dünyanın necə olmalı olduğunu tövsiyə edən fikirlərdir. Preskriptiv (buyruq göstərici) təhlil adlanır. 31

20 POZİTİV VƏ NORMATİV TƏHLİL
? Pozitiv yoxsa normativ fikirlərdir? Minimum əmək haqqının (minimum wage) artımı aşağı ixtisaslı (least-skilled) işçilər arasında məşğulluğu azaldacaqdır. POZİTİV Daha yüksək federal büdcə (budget deficit) kəsiri faiz dərəcələrini (interest rate) artıracaqdır. ? ? 32

21 POZİTİV VƏ NORMATİV TƏHLİL
? Pozitiv yoxsa normativ fikirlərdir? Daha yüksək minimum əmək haqqlarından əldə olunan gəlirlər məşğulluqdakı cüzi azalmalardan doğan gəlir itkisindən daha dəyərlidir. NORMATİV Ştat hökumətləri yoxsullar arasında siqaret istifadəsi ilə bağlı yaranan xəstəliklərin xərclərini siqaret firmalarından yığmağa icazə verməlidirlər. ? ? 32

22 Vaşinqtondakı iqtisadçılar
. . . hökumətin hər üç qanadında siyasi qərarvermə prosesində məsləhətçi kimi: Qanunvericilik (Legislative) İcra (Executive) Məhkəmə (Judicial) 33

23 Vaşinqtondakı iqtisadçılar
İqtisadi verilənləri toplayan və iqtisadi siyasət həyata keçirən bəzi hökumət qurumları: Ticarət Departamenti (Department of Commerce) Əmək Statistikası Bürosu (Bureau of Labor Statistics) Konqress Büdcə Ofisi (Congressional Budget Office) Federal Rezerv Sistemi (Federal Reserve Board) 33

24 İQTİSADÇILAR NƏ ÜÇÜN UZLAŞA BİLMİRLƏR
Onlar dünyanın necə işlədiyi ilə bağlı alternativ pozitiv nəzəriyyələrin tutarlılığı məsələsində uzlaşmaya bilərlər. Onlar müxtəlif dəyərlərə sahib ola bilərlər və bu baxımdan da hansı siyasətin nələrə nail olmalı olduğu haqqında müxtəlif normativ fikirlər irəli sürə bilərlər. 35

25 Əksər İqtisadçıların Razılaşdığı On Təklif
Təkliflər (uzlaşan iqtisadçıların faizi) Kirayə haqqlarının tavan qiymətinin müəyyən edilməsi evlərin mümkün ola biləcək miqdarı və keyfiyyətini azaldır. (% 93). Gömrük vergiləri və idxalat kvotaları adətən məcmu iqtisadi rifahı azaldır(% 93). Elastik və dəyişkən valyuta kursları səmərəli beynəlxalq valyuta sistemi formalaşdırır(%90). Maliyyə siyasəti (məsələn, verilənlərin azaldılması və ya hökumət xərclərinin artımı) tam məşğulluğa çatmamış iqtisadiyyata mühüm təsir göstərir (%90). Əgər federal büdcə tarazlığa qovuşdurulmalıdırsa, bu illər üzrə deyil, biznes tsiklləri üzrə edilməlidir (%85). Nağd pulun verilməsi onu qəbul edənin rifahını, bu pula ekvivalent olan şeylərlə ödənilməsi ilə müqayisədə daha çox yaxşılaşdırır (%84). Böyük həcmdə federal büdcə kəsiri iqtisadiyyat üzərində mənfi təsir yaradır(%83). Minimum əmək haqqı gənclər və aşağı ixtisaslı işçilər arasında işsizliyi artırır (%79). Hökumət öz rifah sistemini “neqativ gəlir vergisi” istiqamətində yenidən qurmalıdır (%79). Ekoloji vergilər və alınıb satıla bilən çirkləndirmə icazələri çirklənməni nəzarət altında saxlamaq baxımından çirkləndirmə kvotalarından daha yaxşı yanaşmadır (%78). Copyright © South-Western

26 Xülasə İqtisadçılar çalışır ki, elm adamı obyektivliyi ilə öz mövzularını izah etsinlər. Onlar müvafiq fərziyyələr formalaşdırır və dünyanı onların çərçivəsində anlamaq üçün sadələşdirilmiş modellər qururlar. İki sadə iqtisadi model dövri-axın diaqramı və istehsal imkanları həddi və ya əyrisidir.

27 Xülasə İqtisad iki alt sahəyə bölünür:
Mikro iqtisadçılar bazarlarda ev təsərrüfatları və firmaların qərar qəbulu prosesini öyrənirlər. Makro iqtisadçılar bütövlükdə iqtisadiyyata təsir göstərən gücləri və meylləri öyrənirlər.

28 Xülasə Pozitiv fikirlər dünyanın necə olduğu ilə bağlı baxışlardır.
Normativ fikirlər dünyanın necə olmalı olduğu ilə bağlı baxışlardır. İqtisadçılar normativ fikirlər formalaşdırdıqları zaman elm adamından daha çox siyasi məsləhətçi kimi davranırlar.

29 Xülasə Siyasi qərarvericilərə məsləhətçilik edən iqtisadçılar ya müxtəlif elmi müddəalar, ya da sahib olduqları müxtəlif dəyərlərdən irəli gələrək bir-birinə zidd təkliflər irəli sürürlər. Başqa vaxtlarda iqtisadçılar irəli sürdükləri təkliflərlə bağlı uzlaşdıqları halda, siyasət qərarvericiləri buna fikir vermirlər.

2 İqtisadçı kimi düşünmə tərzi

Elmi metod: Müşahidə, nəzəriyyə və daha çox müşahidə

Mücərrəd modellərdən istifadə qarışıq və həqiqi dünyanın fəaliyyətini şərh etməyə kömək edir.

Nəzəriyyələrin qiymətləndirilməsi üçün nəzəriyyələri, verilənlərin toplanmasını və onların təhlilini inkişaf etirir.

Fərziyyələrin rolu

İqtisadçılar dünyanı daha yaxşı anlamaq üçün fərziyyələr formalaşdırırlar.

Elmi düşünmə sənəti fərziyyələr formalaşdırma qərarları verməkdir.

İqtisadçılar müxtəlif sualları cavablandırmaq üçün müxtəlif fərziyyələrdən istifadə edirlər.

İqtisadi modellər

İqtisadçılar dünyanı daha yaxşı dərk etmək üçün reallığı sadələşdirən modellərdən istifadə edirlər.

Ən təməl iqtisadi modellərdən ikisi aşağıdakılardır:

  • Dövri-Axın Diaqramı (The Circular Flow Diagram)
  • İstehsal İmkanları Həddi və ya Əyrisi (The Production Possibilities Frontier)

Bizim ilk model: Dövri-Axın Diaqramı

Dövri-Axın Diaqramı (circular-flow diagram) ev təsərrüfatları və firmalar arasında bazar yolu ilə nə qədər pul axını olduğunu göstərən iqtisadiyyatın təsviri modelidir.

Diaqram 1: Dövri-Axın Diaqramı

Bizim ilk model: Dövri-Axın Diaqramı

Firmalar

  • Əmtəə və xidmətləri istehsal edir və satır
  • İstehsal amillərini istifadə və işə cəlb edir

Ev təsərrüfatları

  • Əmtəə və xidmətləri alır və istehlak edir
  • İstehsal amillərinə sahib olur və onları satır

Bizim ilk model: Dövri-Axın Diaqramı

Əmtəə və xidmət bazarları

  • Firmalar satır
  • Ev təsərrüfatları alır

İstehsal amilləri bazarları

  • Ev təsərrüfatları satır
  • Firmalar alır

Bizim ilk model: Dövri-Axın Diaqramı

İstehsal amilləri (Factors of Production)

  • İstehsal amilləri əmtəə və xidmətlərin istehsalında istifadə edilir.
  • Torpaq, əmək və kapital

Bizim ikinci model: İstehsal İmkanları Həddi və ya Əyrisi

İstehsal imkanları həddi və ya əyrisi (production possibilities frontier) iqtisadiyyatın mövcud istehsal amilləri və istehsal texnologiyası çərçivəsində həyata keçirə biləcəyi mümkün istehsal səviyyəsini göstərən məhsul buraxılışını ifadə edən qrafikdir.

Qrafik 1: İstehsal İmkanları Həddi və ya Əyrisi

Bizim ikinci model: İstehsal İmkanları Həddi və ya Əyrisi

Aşağıdakı anlayışlar İstehsal İmkanları Həddi və ya əyrisi vasitəsilə açıqlanır:

  • Səmərəlilik (Efficiency)
  • Seçimlər (Tradeoffs)
  • Alternativ dəyər (Opportunity Cost)
  • İqtisadi artım (Economic Growth)

Qrafik 2. İstehsal İmkanları Həddi və ya Əyrisində Sürüşmə

Mikro iqtisad və makro iqtisad

Mikro iqtisad (Microeconomics) iqtisadiyyatın fərdi hissələrinə fokuslanır.

  • Ev təsərrüfatları və firmaların necə qərar vermələri və xüsusi bazarlarda necə qarşlılıqlı əlaqədə olmaları.

Makro iqtisad (Macroeconomics) bütövlükdə iqtisadiyyata fokuslanır.

  • İqtisadiyyat geniş fenomen kimi inflyasiya, işsizlik və iqtisadi artımı əhatə edir.

İQTİSADÇI SİYASİ MƏSLƏHƏTÇİ KİMİ

İqtisadçılar dünyanı izah etməyə çalışdıqları zaman elm adamı olurlar.

İqtisadçılar dünyanı dəyişməyə çalışdıqları zaman siyasi məsləhətçi olurlar.

NORMATİV VƏ POZİTİV TƏHLİL

Pozitiv fikirlər (Positive statements) necə olduğunu təsvir etməyə çalışan fikirlərdir.

  • Deskriptiv (izah edici) təhlil adlanır.

Normativ fikirlər (Normative statements) dünyanın necə olmalı olduğunu tövsiyə edən fikirlərdir.

  • Preskriptiv (buyruq göstərici) təhlil adlanır.

POZİTİV VƏ NORMATİV TƏHLİL

Pozitiv yoxsa normativ fikirlərdir?

  • Minimum əmək haqqının (minimum wage) artımı aşağı ixtisaslı (least-skilled) işçilər arasında məşğulluğu azaldacaqdır.
  • POZİTİV
  • Daha yüksək federal büdcə (budget deficit) kəsiri faiz dərəcələrini (interest rate) artıracaqdır.
  • POZİTİV

POZİTİV VƏ NORMATİV TƏHLİL

Pozitiv yoxsa normativ fikirlərdir?

  • Daha yüksək minimum əmək haqqlarından əldə olunan gəlirlər məşğulluqdakı cüzi azalmalardan doğan gəlir itkisindən daha dəyərlidir.
  • NORMATİV
  • Ştat hökumətləri yoxsullar arasında siqaret istifadəsi ilə bağlı yaranan xəstəliklərin xərclərini siqaret firmalarından yığmağa icazə verməlidirlər.
  • NORMATİV

Vaşinqtondakı iqtisadçılar

. . . hökumətin hər üç qanadında siyasi qərarvermə prosesində məsləhətçi kimi:

  • Qanunvericilik (Legislative)
  • İcra (Executive)
  • Məhkəmə (Judicial)

Vaşinqtondakı iqtisadçılar

İqtisadi verilənləri toplayan və iqtisadi siyasət həyata keçirən bəzi hökumət qurumları:

  • Ticarət Departamenti (Department of Commerce)
    • http://www.commerce.gov
    • http://www.bls.gov
    • http://www.cbo.gov
    • http://www.federalreserve.gov

    İQTİSADÇILAR NƏ ÜÇÜN UZLAŞA BİLMİRLƏR

    Onlar dünyanın necə işlədiyi ilə bağlı alternativ pozitiv nəzəriyyələrin tutarlılığı məsələsində uzlaşmaya bilərlər.

    Onlar müxtəlif dəyərlərə sahib ola bilərlər və bu baxımdan da hansı siyasətin nələrə nail olmalı olduğu haqqında müxtəlif normativ fikirlər irəli sürə bilərlər.

    Əksər İqtisadçıların Razılaşdığı On Təklif

    Xülasə

    İqtisadçılar çalışır ki, elm adamı obyektivliyi ilə öz mövzularını izah etsinlər.

    • Onlar müvafiq fərziyyələr formalaşdırır və dünyanı onların çərçivəsində anlamaq üçün sadələşdirilmiş modellər qururlar.
    • İki sadə iqtisadi model dövri-axın diaqramı və istehsal imkanları həddi və ya əyrisidir.

    Xülasə

    İqtisad iki alt sahəyə bölünür:

    • Mikro iqtisadçılar bazarlarda ev təsərrüfatları və firmaların qərar qəbulu prosesini öyrənirlər.
    • Makro iqtisadçılar bütövlükdə iqtisadiyyata təsir göstərən gücləri və meylləri öyrənirlər.

    Xülasə

    Pozitiv fikirlər dünyanın necə olduğu ilə bağlı baxışlardır.

    Normativ fikirlər dünyanın necə olmalı olduğu ilə bağlı baxışlardır.

    İqtisadçılar normativ fikirlər formalaşdırdıqları zaman elm adamından daha çox siyasi məsləhətçi kimi davranırlar.

    Xülasə

    Siyasi qərarvericilərə məsləhətçilik edən iqtisadçılar ya müxtəlif elmi müddəalar, ya da sahib olduqları müxtəlif dəyərlərdən irəli gələrək bir-birinə zidd təkliflər irəli sürürlər.

    Başqa vaxtlarda iqtisadçılar irəli sürdükləri təkliflərlə bağlı uzlaşdıqları halda, siyasət qərarvericiləri buna fikir vermirlər.

    Dostları ilə paylaş:

    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
    rəhbərliyinə müraciət

    2. İqtisadçı kimi düşünmək

    Hər bir elm yalnız özünəməxsus dildən istifadə edir və bu zaman müəyyən düşüncə tərzi tələb olunur. Riyaziyyatçılar aksiomalar, inteq­rallar və vek­torlar; psixoloqlar eqoistlik, xudpəsəndlik, uyğunsuzluq və s. haqqında; hüquqşünastlar – məhkəmə orqanlara, qanun pozuntuları, məhkəmə iş­lərinin aparılması haqqında danışırlar.
    Iqtisadçılar da istisnalıq təşkil etmirlər. Tələb, təklif, elastiklik, rəqa­bət üstünlüyü kimi anlayışlar iqtisadiyyatla məşğul olan mütə­xəs­sislərin dilindən düşmür. Sonrakı fəsillərdə siz çox sayda yeni an­layışlarla tanış olacaq və iqti­sadçıların başqa mənalarda işlətdikləri bir sıra tanış ifadələrlə rastlaşacaqsınız. Ola bilsin ki, ilk anlarda siz yeni dili tam anlamayasınız. Lakin siz onun dəyərliliyinə, iqtisadi düşünmə tərzinin mə­nimsəmə qabiliyyətinə və sizi əhatə edən dünyaya baxmağa kömək etməsinə dönə-dönə inanacaqsınız.
    Bu kitabın əsas məqsədi – iqtisadi düşünmə tərzinə yiyələnməkdə kömək etməkdir. Əlbəttə, bir gecədə riyaziyyatçıya, psixoloqa, hüquqşü­nasa çevril­mək imkanına malik olmadığımız kimi, iqtisadi düşünmə tərzini öyrən­mək üçün də müəyyən vaxt tələb olunur. Bizim kitab nəzəriyyələr və təcrübələr kombi­nasiyasını özündə əks etdirməklə, sizə öz dünya görüşləri­nizi dəyişməyə gözəl imkanlar verəcəkdir.
    Iqtisadi nəzəriyyənin mahiyyətinə varmaqdan öncə, iqtisadçının sizi əhatə edən dünyanı necə qəbul etdiyini bilmək əhəmiyyətlidir. Bu fəsil metodol­o­giyaya həsr olunmuşdur. Iqtisadi dünyaya baxış başqalarından nə ilə fərqlənir? Iqtisadçı kimi fikirləşmək nə deməkdir?

    Iqtisadçı alim kimi(THE ECONOMIST AS SCIENTIST)
    Iqtisadçılar predmetin tədqiqinə elmi obyektivlik baxımından ya­naşmağa cəhd edirlər. Onlar iqtisadiyyatı öyrənməyə bir çox cəhətdən fi­ziklərin materi­yaya, bioloqların isə həyatın sirlərinə yanaşdıqları kimi ya­naşırlar. Onlar nəzə­riy­yələri işləyib hazırlayır, faktiki məlumatları toplayır, bundan sonra onları nəzəri konsepsiyaların təsdiq və ya təkzibolunma ba­xımından təhlil edirlər.
    Iqtisadiyyatı öyrənməyə başlayanlara iqtisadiyyatın nəzəri təlimin pred­meti ola bilməsi qəribə gələ bilər. Xüsusilə də, iqtisadçılar tədqiqatda cihaz­lar­sız, yaxud da teleskopsuz keçinirlər. Amma elmin mahiyyəti özünü elmi metod­­­la yorulmadan işləməkdə və bizim dünyanın quruluşunun nə­zəri izahı­nın yoxlamasında tapır. Tədqiqatın elmi metodu həm iqtisad­çıların, həm fizik­lərin, eləcə də bioloqların ümumi silahıdır. Albert Eynşteyn demişdir: «Elm gün­dəlik düşüncənin cövhərindən başqa bir şey deyildir». Dahi fizikin fikri ekonomiks kimi sosial elmlərə aid olduğu halda, biologiya kimi təbii elmlərə də aiddir və bizlərdən çoxumuz təəssüf ki, cəmiyyətə alim gözü ilə baxa bilmirik.
    Ona görə də, gəlin, elmi məntiqin bəzi üsullarının iqtisadiyyata tətbiqi üzərində dayanaq.

    Elmi metod: müşahidə, nəzəriyyə, yenə də müşahidə (THE SCIENTIFIC METHOD: OBSERVATION,THEORY, AND MORE OBSERVATION)
    XVII əsrin məşhur alim və riyaziyyatçısı Isaak Nyuton bir dəfə özünə belə bir sual verir, nə üçün alma həqiqətən alma budaqdan düşür? Belə çıxır ki, «uşaq» sualına cavab axtarışı təkcə almanın budaqdan düşməsinə deyil, kainatın digər istənilən iki obyektinə tətbiq edilə bilən qravitasiya (faydalı qazıntıları saflaşdırmaq üsulu) nəzəriyyəsinin işlənmə­sinə gətirib çıxarmışdır. I.Nyutonun nəzəriyyəsinin sonrakı sınaqları göstərdi ki, o, çox hallarda əla təsir edir. Lakin bir qədər sonra A.Eynşteyn qeyd etdi ki, bu, heç də bütün hallarda olmur. Amma qravitasiya nəzə­riyyəsinin müşahidəsi müvəffəqiyyətlə sübut etdi ki, bu real faktdır və bu gün onu əvvəllər olduğu kimi dünyada bütün tələbələr – fiziklər öyrənirlər.
    Real həyat uğrunda nəzəriyyə və müşahidənin sıx əlaqəsi iqtisad el­minə də xasdır. Belə təsəvvür et ki, iqtisadçı qiymətin sürətlə artdığı bir öl­kədə yaşayır. Belə şəraitdə tamamilə mümkündür ki, o, inflyasiyanı izlədiyi müşahidələr nəti­cəsində onun (infilyasiyanın) baş verməsi nəzəriyyəsini iş­ləyib hazırlasın. Yəni, əmtəə və xidmətlərin qiymətlərinin artım sürətinə müvafiq olaraq, dövlət daha çox pul buraxdıqda, inflyasiya baş verir (oxucu bilir ki, bu, ekonomiksin on prinsipindən biridir). Öz konsepsiya­sını yoxlamaq üçün iqtisadçı dünyanın müxtəlif ölkələrində qiymət və pu­lun miqdarı haqqında olan məlumatları top­la­yır və təhlil edir. Bu zaman tədavüldə pulun miqdarının artması bütün hallarda qiymətin yüksəlməsinə gətirib çıxarmırsa, onda alim özünün inflya­siya haqqında nəzəriyyəsindən şübhələnməyə başlayır. Əgər pulun miqdarının artma sürəti bütün dünya ölkələrində inflyasiya ilə möhkəm surətdə bir-birinə uyğun gəlirsə, iqtisadçı öz ağlının nəticələrini təsdiqləmiş olur.
    Baxmayaraq ki, iqtisadçılar da başqa alimlər kimi nəzəriyyə və müşa­hi­də­lərdən istifadə edirlər, amma öz tədqiqatçılıq fəaliyyətlərində maneə­lərlə rast­laşır və bu da onların qarşısında duran vəzifələri əhəmiyyətli şə­kildə çətinləş­dirmiş olur. Biz iqtisadiyyatda aparılan praktik ekspe­riment­ləri nəzərdə tutu­ruq. Qravitasiyanı öyrənən fiziklər öz nəzə­riyyələrini yoxlayarkən heç bir cəzaya məruz qalmadan bütün laboratoriya qab-qa­cağını və əlaltı material­larını sındıra bilər. Infilyasiyanı öyrənən iqtisadçıya isə sadəcə olaraq məlumat toplamaq xatirinə milli monetar siyasətlə «sınaq aparmağa» icazə verilmir. Iqtisadçılar həyatın təkamülünü öyrənən astro­nomlar, yaxud bioloqlar kimi adətən elə məlumatlarla işləy­irlər ki, həyat özü onlara bunu «təklif» edir.
    Iqtisadçılar laboratoriya təcrübələri imkanlarının olmamasından həyatın irəli sürdüyü təbii eksperimentlərə daha ciddi diqqət yetirirlər. Ya­xın Şərqdə aparılan müharibə neft «axınının» qarşısını kəsən zaman, bütün dünyada karbohidrogen xammalının qiyməti kəskin surətdə yüksəlməyə başladı və bu da neft və neft məhsulları istehlak edən ölkələrdə həyat sə­viyyəsinin aşağı düşməsinə gətirib çıxardı. Yaranmış vəziyyətdən çıxış yolu axtarmaq siyasətçiləri çətinləşmiş problemlə üz-üzə qoydu.
    Yaxın Şərq böhranı isə iqtisadçı alimlərə imkan verdi ki, müharibə qurtardıqdan bir çox illər sonra əsas təbii resursların dünya iqtisa­diy­ya­tına mümkün olan təsirini öyrənsinlər. Bu kitabda biz çoxlu faktiki təc­rübələri araşdırırıq. Bunun əhəmiyyəti onunla müəyyən edilir ki, onlar bizə iqtisadiyyatın «dünənki gününə» nəzər salmağa imkan verir. Daha əhəmiy­yətlisi odur ki, bu, müasir iqtisadi nəzəriyyələri suallarla ay­dınlaşdırmağa və qiymətləndirməyə imkan verir.

    Fərziyyənin rolu(THE ROLE OF ASSUMPTIONS)
    Əgər siz fizikdən soruşsanız ki, binanın onuncu mərtəbəsi səviyyəsin­dən qopan mərmər üzlük parçasının yerə çatmasına nə qədər vaxt tələb olunur, o, bu suala mində bir saniyə dəqiqliyi ilə cavab verə bilər. Lakin əvvəlcədən xəbərdar edir ki, onun hesablaması o şərtlə düzgün ola bilər ki, qopan daş vakuumda olsun. Məsələ ondadır ki, bina hava ilə əhatədədir, düşən mərmər parçasının hərəkətinə ləngidici təsir göstərir. Fizik qeyd etməyi unutmamalıdır ki, havanın düşən mərmər parçasına təsiri o qədər cüzidir ki, onun son sürətinə təsiri əhəmiyyətsizdir. Fərziyyə ondan ibarətdir ki, üzlük parçası havasızlıq mühitində düşür, ona görə də suala verilən cavaba ciddi təsir etmədən məsələnin həllini əhəmiyyətli dərəcədə sadələşdirir.
    Iqtisadçılar da fərziyyəni həmin səbəblər üzrə edirlər. Belə ki, fərziyyə dünyanı dərk etməyi asanlaşdırır. Məsələn, beynəlxalq ticarəti öyrənərkən belə bir fərziyyə məqsədəuyğundur ki, dünya yalnız iki ölkədən ibarətdir və onlar­dan hər biri iki növ əmtəə istehsal edir. Aydındır ki, dünya miqya­sında iki yüz ölkə var və onlardan hər biri minlərlə növ əmtəələr istehsal edirlər. Lakin nəzərdə tutsaq ki, təkcə iki ölkə və iki növ əmtəə mövcud­dur, onda biz imkan tapırıq ki, diqqətimizi əsas amillər üzərində cəmləşdi­rək və az əhəmiyyətli məsələlərdən uzaq olaq. Iki ölkə, iki əmtəə istehsalı olan uydurulmuş dünyada beynəlxalq ticarəti təhlil edərkən, biz yaşadığı­mız və daha mürəkkəb olan dünyada ölkələr arasında mübadiləni yüksək səviyyədə başa düşürük.
    Fizika, biologiya və istərsə də iqtisadi nəzəriyyələrdə elmi düşünmə tərzinin incəliyi fərziyyənin düzgün seçilməsindən ibarətdir. Hesab edək ki, biz onuncu mərtəbədən düşən mərmər parçasının enməsinə yox, futbol topuna baxırıq. Fərziyyə yalnız sərbəst düşən daşın hərəkətinə təsir edən qravita­siya­nın tamamilə özünü doğruldan qüvvəsindən getdiyi halda, topun enmə trayektoriyasının öyrənilməsinə tətbiq edilə bilməz.
    Iqtisadçılar da fərqli süallara cavab axtararkən, qeyd etdiyimiz müxtəlif fərziyyələr edirlər. Belə hesab edək ki, biz dövlətin tədavüldə pu­lun miqdarını dəyişəcəyi halda iqtisadiyyatda nə baş verəcəyini bilmək istəyirik. Təhlilin mühüm tərkib hissəsi qiymət reaksiyasına baxılmasından ibarətdir. Iqtisadiy­yat­da bir çox qiymətlər sabitdir (ABŞ-da jurnalların qiyməti, məsələn, bir neçə ildən bir dəyişir). Qiymətin bu xüsusiyyətini bilə­rək, biz müxtəlif vaxt kəsiklərində siyasi qərarların təsirinin öyrənilməsi zamanı müxtəlif fərziyyələr edəcəyik. Qısamüddətli vaxtlarda onların təsirini öyrənərək hesab edirik ki, qiymətlər çətin ki, əhəmiyyətli şəkildə dəyişsin və biz onların ciddi müəyyənləş­dirilməsi haqqında süni təxminlərə baxa bilərik.
    Lakin qiymətin uzunmüddətə dinamikasını təhlil edərkən, biz bütün qiymətlərin elastikliyini fərz edirik. Eləcə də, fizik mərmər parçasının və topun hündürlükdən düşməsini öyrənərkən müxtəlif fərziyyələr edir. Iqtisadçılar qısa­müd­dətli və uzunmüddətli vaxtlarda pulun miqdarının dəyişməsinin qiymətlərə təsirini təhlil edərkən müxtəlif fərziyyələrə söykə­nir.

Comments are closed, but trackbacks and pingbacks are open.