8 İstehsal xərclərinin təhlili
Sabit xərclər istehsal edilən məhsulun sayından asılı olaraq dəyişməyən xərclərdir. Misal üçün, müəyyən bir bitki ölçüsü müəyyən edildikdən sonra, zavoddakı icarə sabit bir xərcdir, çünki firma istehsalın nə qədər çıxardığına görə icarə dəyişmir. Əslində, firma bir sənayeye daxil olmaq qərarına gəldiyi andan firmanın istehsal miqdarı sıfır olsa belə sabit xərclər çəkilir. Buna görə, ümumi sabit qiymət sabit sayda təmsil olunur.
İstahsal xərcləri, onun mahiyyəti
Bazar iqtisadiyyatında iqtisadi subyektlər məhsul və xidmətlər istehsal emək üçün lazım olan istehsal amillərini resurslar bazarından satın alırlar. Bunun üçün onlar müəyyən miqdarda pul vəsaiti sərf edirlər. Sahibkarlıq subyektlərinin səmərəli seçimi (davranışı) istər satın aldıqları istehsal amillərindən maksimum nəticə almaq, istərsə də amil xərclərinin minimallaşdırılması yollarını axtarmağa sövq edir.
Sahibkarlıq subyektlərinin istehsal amilləri almaq məqsədilə sərf etdikləri vəsait istehsal xərcləri adlanır. İstehsal xərcləri həm sadə, həm də mürəkkəb kateqoriyadır. Sadədir, ona görə ki, xərclər sözünün mənasının özü bunun nə olduğunu və istehsalın təşkilinin neçəyə başa gəldiyini bildirir. Mürəkkərdir, çünki xərclərin mahiyyəti və ölçüsünün müəyyənləşdirilməsinə metodik yanaşmalar müxtəlifdir.
Istehsal xərclərinin mahiyyəti haqqında nəzəriyyəçilərin fikirləri xeyli müxtəlifdir. A.Smit və D.Rikardo istehsal xərclərini istehsal qiyməti kimi nəzərdən keçirirlər.
C.Mill, C.Mak-Kullox, R.Torrens əmtəənin dəyərinin gəlirlərdən (əmək haqqı, mənfəət, renta) ibarət olduğunu əsas tutaraq, istehsal xərclərini də “yığılmış əmək məsrəfləri” kimi izah edirlər.
XIX əsrin sonlarında F.Vizer istehsal xərclərinin yeni konsepsiyasını işləyib hazırlamışdı. Onun subyektiv nəzəriyyəsinə görə həqiqi istehsal xərcləri əmtəənin istehsalına sərf olunmuş iqtisadi ehtiyatların faydalılığı ilə müəyyən olunmalıdır.
Neoklassizmin görkəmli nümayəndəsi A.Marşall isə istehsal xərcləri nəzəriyyələrinin obyektiv (klassik) və subyektiv (marjinalist) variantlarını birləşdirməyə (sintez etməyə) çalışmışdır. O, istehsal xərclərini fəhlələrin “əziyyətinə” və kapitalistlərin “imtinasına” səbəb olan xərclərin cəmi kimi azah edirdi.
K.Marksın fikrincə isə istehsal xərcləri kapitalistlərin məhsul və xidmətlərin istehsalı üçün sərf etdikləri sabit və dəyişən kapitalın cəmindən ibarətdir.
Mühasibat baxımından istehsal xərcləri dedikdə, resurslar bazarından istehsal amillərinin alınması üçün sərf olunan vəsait nəzərdə tutulur. Bu xərclər quruluşuna görə aşağıdıkıları əhatə edir: əsas kapital ünsürlərinin əldə edilməsinə sərf olunan vəsait; yanacaq və elektrik enerjisinin alınmasına sərf olunan vəsait; əsas və yardımçı materialların, yarımfabrikatların alınmasına sərf olunan vəsait; muzdlu işçilərə sərf olunan vəsait və s. İstehsal xərclərinin kəmiyyəti resursların bazar qiymətlərindən və onların alınma miqdarından asılı olur. İqtisadiyyatın müxtəlif sahələrində istehsal xərclərinin bu müxtəlif ünsürlərinin xüsusi çəkisi müxtəlif olur. Belə ki, bəzi sahələrdə əsas materialların xüsusi çəkisi nisbətən yüksək olur ki, belə sahələr (metaltutumlu) sahələr adlanır. Yanacaq və elektirik enerjisinin xususi çəkisinin yüksək olduğu sahələr hesab olunur. Bəzi sahələr isə əməktutumlu, elmtutumlu hesab olunurlar.
İqtisadi subyektlər istehsal xərclərini aşağı salmaq haqqında fikirləşərkən onların quruluşuna diqqqət yetirməlidirlər. Xüsusi çəkisi yüksək olan amilə qənaət edilməsi daha yüksək səmərə verə bilər.
- ETT –nin nailiyyətlərindən kompleks istifadə edilməsi;
- Müasir tələblərə cavab verən texnologiyalardan istifadə edilməsi;
- Maşın, dəzgah, avadanlıq və s. istifadənin növbəlilik əmsalının artırılması;
- Xammal, yanacaq, enerji və s.qənaət etmək.
Onu da qeyd etmək lazımdır ki, istehsal xərclərinin aşağı salınması məhsulun keyfiyyətinə xələl gətirməməlidir. Bəzi hallarda isə məhsulun keyfiyyətinin yüksəldilməsi tədbirləri istehsal xərclərinin artmasına da səbəb ola bilər.
8 İstehsal xərclərinin təhlili
Təklif və tələb iqtisadçıların ən çox istifadə etdiyi iki sözdür.
Təklif və tələb bazar iqtisadiyyatını çalışdıran güclərdir.
Müasir mikroiqtisadiyyat təklif, tələb və bazar tarazlığından bəhs edir.
XƏRCLƏR NƏDİR?
Təklif Qanununa uyğun olaraq:
- Məhsulun qiyməti yüksək olanda firmalar həmin məhsuldan daha çox istehsal etməyi və daha çox satmağı arzu edirlər.
- Bu yuxarı doğru meylli olan təklif əyrisi ilə özünü göstərir.
XƏRCLƏR NƏDİR?
Firmanın hədəfi
- Firmanın iqtisadi hədəfi mənfəətini maksimumlaşdırmaqdır.
Məcmu Gəlir, Məcmu Xərc və Mənfəət
Məcmu Gəlir
- Fimanın məhsul satışından əldə etdiyi miqdardır.
Məcmu Xərc
- Firmanın istehsalda istifadə etdiyi resursların bazar dəyəridir.
Məcmu Gəlir, Məcmu Xərc və Mənfəət
Mənfəət firmanın məmcmu gəlirindən məcmu xərclərini çıxmaqla əldə edilir.
Mənfəət = Məcmu gəlir – Məcmu xərc
Xərclər alternativ xərclər kimi
Firmanın istehsal xərci onun əmtəə və xidmətlərinin istehsalına çəkilən bütün alternativ xərcləri əhatə edir.
Birbaşa və dolayı xərclər
- Firmanın istehsal xərci birbaşa və dolayı xərclərdən ibarətdir.
- Birbaşa xərclər elə istehsal xərcidir ki, bu zaman firmalar konkret məbləğ pul sərf edirlər.
- Dolayı xərclər elə istehsal xərcidir ki, bu zaman firmalar konkret məbləğ pul sərf etmirlər.
Mühasibat mənfəətinə qarşı İqtisadi mənfəət
İqtisadçılar firmanın iqtisadi mənfəətini məcmu gəlirdən məcmu xərci (birbaşa və dolayı xərclərin məcmusu) çıxmaqla hesablayırlar.
Mühasiblər mühasibat mənfəətini firmanın məcmu gəlirindən yalnız birbaşa xərclərini çıxmaqla hesablayırlar.
Mühasibat mənfəətinə qarşı İqtisadi mənfəət
Nə vaxt məcmu gəlir birbaşa və dolayı xərclərdən çox olur, firma iqtisadi mənfəət əldə edir.
- İqtisadi mənfəət mühasibat mənfəətindən kiçik olur.
Diaqram 1: Mühasibat mənfəətinə qarşı İqtisadi mənfəət
Cədvəl 1: İstehsal Funksiyası və Məcmu xərc: Ac Helenin Biskivü Fabriki
İSTEHSAL VƏ XƏRCLƏR
Istehsal funksiyası
- İstehsal funksiyası məhsul istehsalında istifadə olunan istehsal faktorlarının miqdarı ilə istehsal olunan məhsulun miqdarı arasındakı əlaqəni göstərir.
İstehsal Funksiyası
Marjinal verimlilik
- Hər hansı istehsal faktorunun marjinal verimliliyi onun hər əlavə vahid artımının məhsul istehsalında yaratdığı artımdır.
İstehsal Funksiyası
Azalan marjinal verimlilik
- Azalan marjinal verimlilik istehsal faktorunun marjinal verimliliyinin elə bir xüsusiyyətini ifadə edir ki, istehsal faktoru artıqca bu verimlilik azalır.
- Məsələn: Firmada işçilərin sayı artırıldıqca hər əlavə işçinin məhsul istehsalındakı rolu getdikcə azalır. Çünkü firmada maşın və avadanlıqların miqdarı məhduddur.
Qrafik 1: Ac Helenin İstehsal Funksiyası
İstehsal funksiya
Azalan marjinal verimlilik
- İstehsal funksiyasının mailliliyi məsələn, işçi kimi istehsal faktorunun marjinal istehsal verimliliyini ifadə edir.
- Nə vaxt marjinal istehsal verimliliyi azalır, istehsal funksiyası daha düz olur.
İstehsal Funksiyasından Məcmu Xərc Əyrisinə
Firmanın istehsal miqdarı ilə xərcləri arasındakı əlaqə qiymətqoyma qərarlarını müəyyən edir.
Məcmu xərc əyrisi bu əlaqəni qrafik olaraq göstərir.
Cədvəl 1A: İstehsal Funksiyası və Məcmu xərc: Ac Helenin Biskivü Fabriki
Qrafik 2: Ac Helenin Məcmu Xərc Əyrisi
XƏRCİN MÜXTƏLİF YOLLARLA HESABLANMASI
İstehsal xərcləri sabit xərclər və dəyişən xərclər olmaqla iki yerə bölünür.
Sabit və Dəyişən Xərclər
Sabit xərclər o xərclərdir ki, istehsal həcminin dəyişməsindən asılı olmayaraq onların səviyyəsi dəyişmir.
Dəyişən xərclər o xərclərdir ki, istehsal həcminin dəyişməsindən asılı olaraq onların səviyyəsi dəyişir.
Sabit və Dəyişən Xərclər
Məcmu xərclər
- Məcmu sabit xərclər (TFC)
- Məcmu dəyişən xərclər (TVC)
- Məcmu xərclər (TC)
- TC = TFC + TVC
Cədvəl 2: Xərcin müxtəlif yollarla hesablanması: Susamış Telmanın Limonad Dükanı
Sabit və Dəyişən Xərclər
Orta xərclər
- Orta xərclər firmanın xərclərini məhsul buraxılışına bölməklə hesablanır.
- Orta xərc hər tipik məhsulun xərcidir.
Sabit və Dəyişən Xərclər
Orta Xərclər
- Orta sabit xərclər (AFC)
- Orta dəyişən xərclər (AVC)
- Orta məcmu xərclər (ATC)
- ATC = AFC + AVC
Orta xərclər
Cədvəl 2: Xərcin müxtəlif yollarla hesablanması: Susamış Telmanın Limonad Dükanı
Sabit və Dəyişən Xərclər
Marjinal xərc
- Marjinal xərc (MC) hər vahid əlavə istehsal artımı üçün məcmu xərcdəki artımı ölçür.
- Marjinal xərc aşağıdakı suala cavab imkanı verir:
- Hər əlavə vahid məhsul istehsalı üçün nə qədər xərc lazımdır.
Marjinal xərc
Marjinal Xərc Susuz Telamnın Limonad Dükanı
Qrafik 3: Susuz Telmanın Məcmu Xərc Əyrisi
Qrafik 4: Susuz Telmanın Orta Xərc və Marjinal Xərc Əyriləri
Xərc əyriləri və onların formaları
Marjinal xərc məhsul buraxılışının artması ilə yüksəlir.
- Bu azalan marjinal verimlilik xüsusiyyəti iləbağlıdır.
Qrafik 5: Susuz Telmanın Orta Xərc və Marjinal Xərc Əyriləri
Xərc Əyriləri və Onların Formaları
Orta məcmu xərc əyrisi U formalıdır.
Məhsul buraxılışının çox aşağı həcmlərində orta məcmu xərc yüksəkdir. Çünkü sabit xərc yalnız az sayda məhsul vahidi arasında bölüşdürülür.
Məhsul buraxılışı artdıqca orta məcmu xərc də azalır.
Orta dəyişən xərc yetərli qədər yüksəldikdə orta məcmu xərc də artmaya başlayır.
Xərc Əyriləri və Onların Formaları
U formalı ATC əyrisinin aşağısı orta məcmu xərci minimumlaşdıran miqdarda yerləşir. Bu miqdar bəzən səmərəlilik miqyası da adlandırılır.
Qrafik 6: Susuz Telmanın Orta Xərc və Marjinal Xərc Əyriləri
Xərc Əyriləri və Onların Formaları
Orta Məcmu Xərc və Marjinal Xərc arasındakı əlaqə
- Nə vaxt marjinal xərc orta məcmu xərcdən az olur, onda orta məcmu xərc azalır.
- Nə vaxt marjinal xərc orta məcmu xərcdən yüksək olur, orta məcmu xərc artır.
Xərc Əyriləri və Onların Formaları
Marjinal Xərc və Orta Məcmu Xərc arasındakı əlaqə
- Səmərəlilik miqyasında marjinal xərc əyrisi orta məcmu xərc əyrisi ilə kəsişir.
- Səmərəlilik miqyası elə bir miqdardır ki, burada orta məcmu xərc minimumdur.
Qrafik 6: Susuz Telmanın Orta Xərc və Marjinal Xərc Əyriləri
Tipik Xərc Əyriləri
İndi də müxtəlif xərc ölçmələri arasındakı əlaqəni öyrənmək vaxtı gəlmişdir.
Biq Bobun Xərc Əyriləri
Qrafik 7: Biq Boqun Xərc Əyriləri
Qrafik 8: Biq Boqun Xərc Əyriləri
Tipik Xərc Əyriləri
Xərc Əyrilərinin Üç Vacib Xüsusiyyəti
- Məhsul buraxılışının artması ilə marjinal xərc də nəhayət artacaqdır.
- Orta məcmu xərc əyrisi U formalıdır.
- Marjinal xərc əyrisi ilə orta məcmu xərc əyrisi orta məcmu xərcin minimum olduğu noqtədə kəsişir.
QISA VƏ UZUN MÜDDƏTLİ DÖVRDƏ XƏRCLƏR
Əksər firmalar üçün məcmu xərclərin sabit və dəyişən xərclər arasında bölüşdürülməsi zaman kəsiyindən asılı olur.
- Qısa müddətli dövrdə bəzi xərclər sabit olur.
- Uzun müddətli dövrdə sabit xərclər dəyişən olur.
QISA VƏ UZUN MÜDDƏTLİ DÖVRDƏ XƏRCLƏR
Bir çox xərclərin qısamüddətli dövrdə sabit, uzunmüddətli dövrdə isə dəyişən olması, firmanın uzunmüddətli xərc əyrilərini qısamüddətli xərc əyrilərindən fərqləndirir.
Qrafik 9: Qısa və Uzunmüddətli Dövrdə Məcmu Xərc
Miqyas iqtisadiyyatları və qeyri-iqtisadiyyatları
Miqyas iqtisadiyyatları uzunmüddətli dövrdə məcmu buraxılış həcmi artdıqca orta məcmu xərcin azalmasını ifadə edir.
Miqyas qeyri-iqtisadiyyatları uzunmüddətli dövrdə məcmu buraxılış həcmi artdıqca orta məcmu xərcin artmasını ifadə edir.
Miqyasa görə sabit gəlir uzunmüddətli dövrdə məcmu buraxılış həcmi artdıqca orta məcmu xərcin eyni qaldığını ifadə edir.
Qrafik 10: Qısa və Uzun müddətli dövrdə orta məcmu xərc
Xülasə
Firmanın məqsədi mənfəəti maksimumlaşdırmaqdır. Mənfəət də məcmuu gəlirdən məcmu xərci çıxmaqla hesablanır.
Firma davranışı təhlil olunduğu zaman istehsalın bütün alternativ xərclərini nəzərə almaq vacibdir.
Bəzi alternativ xərclər birbaşa, bəziləri isə dolayıdır.
Xülasə
Firmanın xərcləri onun istehsal prosesini əks etdirir.
Tipik firmanın istehsal funksiyası azalan marjinal verimlilik səbəbindən aşağıya doğru əyilir.
Firmanın məcmu xərcləri sabit və dəyişən xərclər olmaqla iki yerə bölünür. Sabit xərclər, firmanın məhsul buraxılışı həcmini dəyişdikdə dəyişməyən xərclərdir; dəyişən xərclər isə firmanın məhsul buraxılışı həcmini dəyişdikdə dəyişən xərclərdir.
Xülasə
Orta məcmu xərc məcmu xərcin məhsul buraxılışına bölünməsi ilə əldə edilir.
Marjinal xərc hər əlavə vahid məhsul buraxılışının məcmu xərcdə yaratdığı artımdır.
Marjinal xərc məhsul buraxılışı davam etdikcə yüksəlir.
Orta xərc məhsul biraxılışı artan kimi əvvəlcə azalır, sonra isə artır.
Xülasə
Orta məcmu xərc əyrisi U şəkilində olur.
Marjinal xəərc əyrisi həmişə orta məcmu xərc əyrisi ilə ATC-nin minimum nöqtəsində kəsişir.
Firmanın xərcləri zaman kəsiyindən asılı olaraq da dəyişir.
Əksər xərclər qısamüddətli dövrdə sabit, uzunmüddətli dövrdə isə dəyişən olur.
TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATLAR
Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”, Cambridge University Press, 2005
Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning, 2011
Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A Problem-Solving Approach”, Thomson South-Western, 2008
Michael R. Baye, “Managerial Economics and Business Strategy”, McGraw-Hill/Irwin, 2010
İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları, 2009
Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciətİstehsalat xərcləri
Şirkətlərin ümumi məqsədi mənfəətin maksimal səviyyəsini artırmaq olduğundan, mənfəətin komponentlərini anlamaq vacibdir. Bir tərəfdə firmalar gəlir əldə edirlər, bu, satışdan gətirən pul məbləğidir. Digər tərəfdən, firmaların istehsal xərcləri var. Müxtəlif istehsal xərclərini nəzərdən keçirək.
02/08
İstehsalat xərcləri
İqtisadi baxımdan bir şeyin əsl dəyəri onu əldə etmək üçün imtina etməsi. Əlbəttə ki, açıq pul xərcləri də daxildir, həm də bu, vaxtın, səyin və alternativlərin əvəzinin qiyməti kimi qeyri-monetar xərcləri əhatə edir. Buna görə hesabat edilən iqtisadi xərclər açıq və örtük xərclərin məbləğləri olan bütünlüklü fürsət xərcləridır.
Praktikada, problemdə verilən xərclərin ümumi fürsət xərcləri olduğunu nümunə problemlər də həmişə aydın deyil, ancaq bunun demək olar ki, bütün iqtisadi hesablamalarda olması vacibdir.
03 ilə 08
Ümumi xərc
Təəccüblü deyil ki, ümumi xərclər, müəyyən bir miqdarda istehsalın bütünlüklə əhatə etdiyi xərcdir. Riyazi olaraq danışan, ümumi dəyəri bir miqdarın funksiyasıdır.
İqtisadçıların ümumi dəyəri hesablayarkən bir fərziyyəyə malik olması, istehsalın müxtəlif kombinasiyaları (istehsal amilləri) ilə müəyyən bir miqdarda istehsalın mümkün olmasına baxmayaraq istehsalın mümkün olan ən xərcli şəkildə həyata keçirilməsidir.
04/08
Sabit və dəyişkən xərclər
Sabit xərclər istehsal edilən məhsulun sayından asılı olaraq dəyişməyən xərclərdir. Misal üçün, müəyyən bir bitki ölçüsü müəyyən edildikdən sonra, zavoddakı icarə sabit bir xərcdir, çünki firma istehsalın nə qədər çıxardığına görə icarə dəyişmir. Əslində, firma bir sənayeye daxil olmaq qərarına gəldiyi andan firmanın istehsal miqdarı sıfır olsa belə sabit xərclər çəkilir. Buna görə, ümumi sabit qiymət sabit sayda təmsil olunur.
Digər tərəfdən, dəyişkən xərclər firmanın istehsal etdiyi məhsula görə dəyişikliklər edir. Dəyişən xərclər əmtəə və materiallar kimi maddələrə daxildir, çünki bu məlumatların miqdarının artırılması üçün bu girişlərdən daha çox tələb olunur. Buna görə, ümumi dəyişən xərclər çıxış miqdarının funksiyası kimi yazılır.
Bəzən xərclər həm sabit, həm də dəyişən bir komponent var. Məsələn, istehsalçıların istehsal artımı olaraq ümumiyyətlə daha çox işə ehtiyacı olmasına baxmayaraq, firmanın hər bir əlavə istehsal vahidi üçün əlavə işçi əmək haqqı işə götürəcəyi mütləq deyildir. Bu xərclər bəzən “topak” xərclər kimi istinad edilir.
İqtisadçılar hesab edirlər ki, sabit və dəyişən xərclər bir-birindən fərqlənir, yəni ümumi dəyəri ümumi sabit dəyəri və ümumi dəyişən xərc kimi yazıla bilər.
05/08
Orta xərclər
Bəzən ümumi xərclərdən daha çox vahid xərcləri düşünmək faydalıdır. Ümumi xərcləri orta və ya vahid bir xərcə çevirmək üçün, müvafiq ümumi dəyəri istehsal olunan məhsul miqdarına görə bölüşə bilərik. Buna görə,
- Bəzən Orta Xərc olaraq adlandırılan Ümumi Ümumi Xərc, Ümumi Məbləğ miqdarı ilə bölünür
- Orta Sabit Xərclər Toplam Sabit Xərci miqdarı ilə bölünür
- Orta Dəyişən Məbləğ, Ümumi Dəyişən Maliyetə görə bölünür
Ümumi xərc kimi, orta qiymət orta sabit dəyəri və orta dəyişkən xərclərə bərabərdir.
06-da 08
Marjinal xərclər
Marginal xərclər daha bir ədəd məhsul çıxarma ilə bağlı xərcdir. Riyazi olaraq danışan marginal xərc, cəmi dəyəri dəyişikliyə bölünənə bərabərdir.
Marginal xərclər ya son istehsal vahidinin istehsal dəyəri və ya növbəti çıxış vahidinin istehsal dəyəri kimi düşünülür. Bu səbəbdən, yuxarıdakı tənlikdə q1 və q2-də göstərildiyi kimi bir çıxış miqdarından digərinə keçməklə bağlı xərc kimi marginal xərcləri düşünmək bəzən faydalıdır. Marginal dəyəri üzrə əsl oxumaq üçün q2 q1-dən yalnız bir ədəd daha böyük olmalıdır.
Məsələn, əgər 3 ədəd istehsalın ümumi dəyəri 15 ABŞ dolları və 4 ədəd istehsalın ümumi dəyəri 17 ABŞ dolları təşkil edirsə, 4-cü vahidin marginal dəyəri (və ya 3-dən 4 ədədə çatma ilə bağlı marginal xərc) yalnız ($ 17- $ 15) / (4-3) = $ 2.
07-də 08
Marjinal Sabit və dəyişkən xərclər
Marjinal sabit qiymət və marjinal dəyişən xərclər, ümumi marjinal qiymətə bənzər bir şəkildə müəyyən edilə bilər. Qeyd edək ki, marginal sabit qiymət həmişə sıfıra bərabər olacaq, çünki dəyişmənin dəyişməsi həmişə sıfır olacaqdır.
Marginal xərclər marginal sabit qiymətin və marginal dəyişən xərclərin məbləğinə bərabərdir. Lakin, yuxarıda göstərilən prinsipdən ötəri marjinal xərc yalnız marjinal dəyişən dəyəri komponentindən ibarətdir.
08-dən 08-dək
Marginal Maliyet Toplam Tərifdir
Texniki cəhətdən, kiçik miqyaslı və kiçik miqdarda dəyişikliklər nəzərə alınmaqla (ədədi vahidlərdən fərqli dəyişikliklər fərqli olaraq), marjinal dəyər məbləğə görə ümumi dəyərin törəməsini birləşdirir. Bəzi kurslar tələbələrin bu tərifi (və onunla gələn hesablama) istifadə etməsi və istifadə edə biləcəyini gözləyir, lakin bir çox kurs daha əvvəl verilən daha sadə təsvirə əsaslanır.
Comments are closed, but trackbacks and pingbacks are open.