Press "Enter" to skip to content

Ibrahim cəfərov fitopotologiya

Məlumat üçün qeyd edək ki, hər iki şəxs qudadır,yaxın qohumluq əlaqəsinə də malikdir.Bunlar saxta diplomdan əlavə narkotik maddələrin satışı ilə də məşğul olurlar.Belə ki, Musa Bayramovun qardaşı narkotik maddələrin satışı ilə əlaqədar bir müddət bundan əvvəl həbs olunub. Hər iki şəxs müxtəlif sənədləri saxtalaşdırmaqla bərabər, həm də qanunsuz tələbə qəbulları həyata keçirirlər.Beləliklə,Musa Bayramov, həm də Namiq Hüseynov Dövlət İmtahan Mərkəzində hələlik adı naməlum olan şəxslə yaxın əlaqə qurmuşdur.

Rektor İbrahim Cəfərova CAVAB – “Plagiat deyilsənsə əsaslandır, təhdid və təhqir niyə edirsən?!”

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, akademik İbrahim Cəfərovun “müəllifi” olduğu dərsliklərin və buna söykənən elmi yaradıcılığının plagiat məhsul olduğunu yazmışdım. Şükür ki, səsi yaman gur çıxıb!

Rektorun illər əvvəl özününkü kimi ADAU-ya və elmi ictimaiyyətə sırıdığı “Fitopotologiya” və “Fitoterapiya” adlı dərsliklərin rus alimlərinin eyniadlı kitablarından tərcüməli köçürmə olduğunu aşkar və səhih mənbələrlə qeyd etmişdim. Bu qədər ciddi və məsuliyyətli bir iddianın üzərində qalır, yazdıqlarımı bir daha bəyan edir, Gəncənin yeganə “akademik” rektorunu da barəsində yazdığımız faktlara münasibətində daha sayqılı davranmağa dəvət edirəm. Yoxsa, bu gün ADAU-nun “mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi” adından bəzi KİV-lərdə dərc edilən “təkzib” xarakterli bir cızmaqara rektoru daha bayağı düşüncəli alim kimi qeyri-ciddi göstərir. Əsası, strateji tədris ocağının rəhbəri olan bir şəxsin “əsəbi senzurasından” sonra ADAU-nun bəzi yandaş saytlarından oxuduğumuz “mövqe yazısı” öz ruhunda və sərlövhəsində adama “xox” gəlir. Rezonansa səbəb olan bir yazının tək müəllifi Osman Nərimanoğlunu (adım çəkilməsə də) və eyni xəbəri istinadla dərc edən bir çox dəyərli saytları təhdid və təhqir edir. Bu isə əsla yolverilməzdir.

Universitetin adından yayımlanan “Böhtanın və şərin son həddi. ” və oxşar başlıqlı uğursuz yazının mətninə istinadən bildirirəm ki, məlum dərsliklər barədə konkret plagiatlıqda ittiham edilən rektor mahiyyətdən bilərəkdən yayınaraq konkret bizim adımızı hallandırmayaraq ümumilikdə saytlara meydan oxuyur, plagiat olmadığını dəlillərlə isbat edə bilmir, hamını məhkəmə ilə hədələyir. “Cavab yazını” da vərdiş etdiyi öztərifə kökləyərək KİV-ə təhdid predmetinə çevirir, real elmi ifşasını ucuz yolla təriflənərək manipulyasiya etdirir.

Universitet rəhbəri məhz öz əməlləri ucbatından tez-tez mətbuat səhifələrində doğulan neqativ halları və sözügedən utancverici plagiatlığının ifşasını – tənqidlərimizi əsaslar göstərmədən böhtan və şər adlandırır. Hərçənd ki, mənim müəllifi olduğum yazıların heç birində rektor İbrahim Cəfərova qarşı böhtan və təhqirə əsla yer ayrılmır. Son aylarda ADAU və rektoru barədə yazdıqlarım konkret faktlara və məntiqi əsaslara, jurnalistikanın etik qaydalarına və peşə fəaliyyətimə dayanır.

Rektorun “sözcüsü” guya cavab yazısında rəhbərini müdafiə üçün gülməli arqumentlər irəli sürür və əsasən deyir ki, “Fitopatologiya” və “Fitoterapiyanın” mənasını anlamayanlar İbrahim Cəfərovu plagiat adlandırmamalıdır. Çünki, adıçəkilən dərsliklər uzun illərin zəhməti hesabına başa gəlib (həqiqi müəlliflər doğrudan da o dərsliklərə əziyyət çəkiblər-O.N) və plagiat kitab dərslik kimi istifadə edilir deyə, səmərəsini anlamaq üçün orada yazılan terminlərin açılışını biləcək başda olmalısan. “Fito”nun kənd təsərrüfatı bitkisi, “patologiya”nın xəstəlik, “terapiya”nın isə müalicə demək olduğunu hökmən bilməlisən. Yəni rektor mən jurnalistə dərsliklərin plagiat olmadığını bu cür yersiz yanıltmacla sübuta çalışır ki, bu elmi-praktik baxımdan xeyli gülməlidir.

Əslində, ADAU-nun mətbuat xidmətinin bugünkü ucuz “cavab yazısı” universitet rektoruna bayağı tərifdən başqa işə yaramır. Plagiatlığı inkarda mühüm açıqlama və isbatlara (çünki yoxdur) rast gəlinmir. Tərifnamə və rektorun özünün tərcümeyi-hal tezisləri ilə birgə açıqlamada “məhkəməyə verəcəyik” hədəsi məni daha çox cəlb edir. Plagiat kitablar barədə əlimdə olan daha mühüm detalları açıqlamadan, qafilləri oyatmadan prosesin rəsmiyyətə keçməsini, məhkəmə prosesinin başlanacağı günü həvəslə gözləyəcəyəm. ADAU-nun bu bəyanından qorxacaq yerim yoxdur.

Hamını, xüsusilə də yazılarımı yayımlayan hörmətli sayt rəhbərlərini əmin edirəm ki, rektorun “məhkəməyə verəcəyik” təhdidi özünün istəyi deyil. Bu bir məcburiyyətdir, ölkəmizin öndəgedən akademikinin plagiatlığı üzə çıxıb və bu ciddən müəyyənləşdirilməlidir. Ədalətli araşdırılacaqsa, rektorun (akademikin) indi sahib olduğu elmi adlar əlindən alınmalıdır. Daşıdığı elmi adlar sayəsində büdcəyə illərdir vurduğu küllü miqdarda vəsait də alınıb dövlət nəfinə qayıtmalıdır.

Rektor dərslik adı altında əslində bir alimin əqli mülkiyyət toxunulmazlığına qarşı elmi cinayət edib və buna görə də dövlət babaya cavab verməlidir. Ya məhkəmə, ya media, ya da müvafiq komissiya qarşısında!

Sonda, ADAU-çularda sual yaranıbsa cavab verək; “aqrar elmin inkişafında kifayət qədər yeri və nüfuzu olan alimin elmi fəaliyyətinə böhtan atmaq, ona şübhə ilə yanaşmaq nə dərəcədə ədalətlidir? Və ya İbrahim Cəfərovun bircə cümləsinin çəkisində olmayan sayt və portallar nə demək istəyir?”

“Demokratik.Az” olaraq deməliyik ki, yazdıqlarımız həqiqətdir, heç bir böhtandan söhbət getmir. Əksinə, rektorun plagiatlığı və şübhə oyadan bütün elmi fəaliyyəti hüquqi müstəvidə dərindən araşdırılmalıdır. Aqrar elmi dəyərləri ucuzlaşdırmağa cəhd edən İbrahim Cəfərovun özünün məhkəmə qarşısında plagiatlığına cavab verməsinin vaxtı çatıb. Və bizi ADAU-dan, şəxsən rektor İbrahim Cəfərovdan tənqidlər yazmağa sövq edən kifayət qədər ciddi faktlar mövcuddur, buna bizi məcbur edən həm də dövlət, millət, vətən sevgisi – qanun aliliyidir. Həm də sual etmək lazımdır – “Əgər plagiat deyilsənsə, buyur detallıca əsaslandır! Yox bacarmırsansa daha mətbuat xidməti adı altında niyə bizi və saytları təhdid və təhqir edirsən?!”

Atalar belə yerdə deyiblər ki, “oğru elə bağırar, doğrunun bağrı çatlar!”

Redaksiyadan – Rektorun plagiat dərslik müəllifi olduğunu sübut etmək üçün linkə daxil olun, yazını diqqətlə oxuyun və göstərilən mənbələri müqayisə edin! Həqiqətə varmaq asan olacaq.

İbrahim Cəfərovun dərslik kitabları və elmi yaradıcılığı plagiat imiş – ADAU rektorunun akademik adı ŞÜBHƏ ALTINDA!

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, akademik İbrahim Cəfərovun “müəllifi” olduğu dərsliklərin və elmi yaradıcılığının tamamilə plagiat məhsul olduğu üzə çıxır.

Rektorun illər əvvəl müəllifi kimi ADAU-ya və elmi ictimaiyyətə sırıdığı “Fitopotologiya” və “Fitoterapiya” adlı dərsliklər rus alimlərinin eyniadlı kitablarının eynən “oğurlanması” sayəsində meydana çıxıb. Yəni, Gəncənin akademik rektorunun adıçəkilən kitabları plagiatdır.

Ölkəmizin yeganə aqrar təhsil ocağının professor-müəllim heyəti də günlərdir ki, hamılıqla öz rəhbərlərinin bu utancverici əməlindən danışır. Adamın inanmağı gəlmir, amma.

“Demokratik.Az”-a verilən özəl məlumatlara görə, kollektiv İbrahim Cəfərovun bütün elmi fəaliyyətinin dərindən araşdırılmasını, qeyri və saxta yollarla qamarladığı akademik, professor elmi adlarının, hətta dosentliyinin əlindən alınmasını şəstlə tələb edirlər. Əslində haqlıdırlar da, akademik adı almaq yolunda saxta kitabi-külliyyat yaradan Cəfərova heç bir bəraət də düşmür.

Bununla əlaqədar ölkə rəhbərliyinə və aidiyyatı qurumlara müraciət etməyə hazırlaşan qocaman müəllimlərin bir neçəsinin saytımıza bildirdiyinə görə, son illər ADAU-da qaynamaqda olan önəmli problemlərin kökündə də rektor İbrahim Cəfərovun elmdən – tədrisdən bixəbər olması durur. Bu səbəbdəndir ki, universitet ölkənin aqrar kadr patensialının ödənilməsi üçün real nəticələrə hələ nail ola bilmir. Universitetdə elmi tənəzzül gedir, tədris prosesləri süni və formal xarakter alır, ADAU dünyanın təhsil ocaqlarının reytinq cədvəlində müsbət irəliləyişlərə imza atmır. Ən əsası, yeganə aqrar təhsil müəssisəsindən elmi ad alanların sayı azalır, alanların əksəri isə öz “yaradıcılıqlarında” plagiat savadı suya düşən rektorlarını yamsılayır.

ADAU-nun axsayan tədrisi dirçəldilmir, son illəri demək olar ki, fərdi maraq və qabiliyyətsizliyin güdazına gedir.

“Fitoterapiya” yoxsa – ili “Химическая защита растений”

“Demokratik.Az”-a sızan informasiyalar əsasında müəyyən edə bildik ki, İbrahim Cəfərovun ruscadan çaldığı “Fitoterapiya” (Bitkilərin kimyəvi mühafizəsi) dərslik kitabı 2002-ci ildə “Elm” nəşriyyatında 232 səhifə olmaqla işıq üzü görüb. Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 avqust 2001-ci il tarixli 888 saylı əmrinə əsasən ali məktəb tələbələri üçün dərslik kimi təsdiq edilib.

Plagiat kitabın elmi redaktoru AKTA-nın (indiki ADAU-nun) Kimya Kafedrasının professoru, biologiya elmləri doktoru Xəlilov Qəhrəman Bəndalı oğlu olub. Elə rəyçiləri də AKTA-dan seçilib – biri o zaman AKTA-da kafedra müdiri olan KT elmlər doktoru Əliyev Tahir Əli oğlu, digəri isə AKTA-nın kimyaçı professoru, KT elmləri doktoru Yusifov Nazim Məhəmməd oğlu olub.

Açıq-aydın görünür ki, bu kitaba “rəy” yazan və məsuliyyətsizcə elmi redaktorluq edənlər həmin illərdə öz dekanları İ.Cəfərova yarınmaq üçün bu elmi rəzalətə qol qoyublar.

Dərsliyin rusca orijinalı 14.01.1987-ci ildə rus alimləri Georgi Sergeeviç Qruzdev və V.A.Zincenko, V.A.Kalinin və başqalarının müəllifliyi ilə “Ximiçeskaya Zaşita Rasteniy” adı ilə ali məktəblər üçün dərslik kimi 30 min tirajla Rusiya paytaxtı Moskvada dərc edilib. Buna artıq şübhəsi olanlar İ.Cəfərovun plagiat “Fitoterapiya” kitabını aşağıda təqdim etdiyimiz onlayn elektron mənbə ilə tutuşdursalar yetərli olar.

İ.Cəfərovun “Fitopatologiya” “kitabı da plagiatdır?

ADAU rektorunun akademik adı ŞÜBHƏ ALTINDA! İbrahim Cəfərovun dərslik kitabları və elmi yaradıcılığı plagiat imiş

Rəsmi məlumatlara istinadən “dərslik oğrusu” 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında “Fitopatologiya” kafedrasının əyani aspirantı olub. İndinin özündə rusca səlis nitqi olmayan, rusca minimal elmi-tədqiqi bilgilərə belə sahib olmayan İbrahim Cəfərov 13 fevral 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini ala bilib. Ehtimal ki, hazırki rektorun karyera yüksəlişində həmin təhsil illərinin təsiri olduğu kimi, sözügedən dərsliklərin plagiatlıq ideyası da rusca aspiranturalığına bağlıdır.

Təsadüfi deyil ki, rektor aspirant olarkən rusca eyniadlı və eynitərtibli dərsliklərlə əyani tanışlığı qaçılmaz olub və həmin kitablar böyük ehtimal ki, indi də onun ən sevimli mütaliə kitablarıdır. Amma indi o dərslikləri öz dilində oxuyan rektor kitabların müəllifliyini öz əlinə alıb.

Haqq-ədalət naminə söyləmək lazım ki, “Fitopatologiya” kitabı bir neçə əlavə və redaktələrlə xeyli göz oxşayır, plagiat olduğunu sapdırmağa çalışır. Amma çifayda, bu kitabın da mündəricat və mövzuları rusca elmi mənbələrlə eyniyyətdədir. Bundan başqa, akademik rütbəli İbrahim Cəfərovun rəsmi “wikipedia” məlumatlarında özü barədə yer alan bilgilər, elmi məqalələr adamı rusca bir çox köhnəlmiş köçürülmə materiallara aparır. Amma, həmin çeynənmiş və yeni yanaşmaları olmayan aqrar-elmi məqalələrdə də müəllif kimi İ.Cəfərov imzası yer alır.

ADAU rektoru İbrahim Cəfərovun elmi adları ilə yanaşı, elmi dərəcələri və dissertasiya işləri də maraq doğurur. Bu barədə internet resurslarında səhih məlumatlar yerləşdirilməsə də, “Demokratik.Az”-ın əldə etdiyi məlumata görə, rektor doktorluq dissertasiyasını 2005-ci ilin iyununda müdafiə edib, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi alıb.

İddia edilir ki, adam bu elmi dərəcəsini də alarkən orijinallığa, elmi novatorluğa söykənməyib. Alimin gizlətməyə çalışdığı elmi tədqiqatlarının nəticəsində bitki-mühafizə mövzusunda hansısa kəşfinə, dissertasiyalarında müvafiq tələblərin özünəməxsus tərzdə ödənilməsinə də ümumiyyətlə rast gəlinmir.

Aqronom alimlərdən birinin dediyi kimi, əgər rektor belə güclü alimdirsə, heç olmazsa yerli bitkilərin xəstəliklərinin əleyhinə bircə dərman preparatı kəşf etdiyini deyə bilərmi?

Maraqlısı həm də odur ki, cənab Cəfərov 2008-ci ildə – cəmi 2 il sonra gözlənilmədən doktorluq dissertasiyası “yazdığı” Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitunun nəzdində fəaliyyət göstərən FD 04.012 Müdafiə Şurasının həmsədri və sədr müavini seçilib.

Bundan başqa, 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 fevral 2015-ci il tarixli 46 nömrəli əmri ilə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.04.131 dissertasiya şurasının sədri də məhz dərslikləri plagiat, elmi dərəcələrinin halallığı da xeyli şübhə doğuran rektorun – akademik İbrahim Cəfərovun özüdür.

Dərslikləri köçürüb (tərcümə etdirib) öz adına çımış bir akademikin, şübhəli aqrar professorun hansı ali düşüncə və elmi potensialı ilə ET Əkinçilik İnstitutunda və rəhbərlik etdiyi ADAU-da “doktor” adları paylaması da araşdırılmalı, imzaladığı kağızlar geri oxunmalı, son illər müəssisədaxili elmi dərəcə alanların nəticələri ləğv edilməlidir.

Beləcə, ciddi və əsaslı faktlara dayanaraq deyə bilərik ki, təyinatından üzü bəri şəffaflıqdan və elmi-praktiki tərəqqidən dəm vuran ADAU rektorunun daşıdığı bütün elmi adları özünün real elmi bilik səviyyəsilə həqiqətən açıq ziddiyyət təşkil edir. Rektorun bir müəllim kimi də tələbələrə bilik ötürücülüyündə nəzərə çarpan nöqsan və qüsurlar var ki, “youtube”-da yayımlanan açıq dərslərin keyfiyyəti dediklərimizin əyani isbatıdır.

(Bax – https://youtu.be/EdOgirf2IRk) Rektorun mühazirələrindən görünür ki, o heç özü 15 ildir ki, “müəllifi” olduğu dərsliyi – fənnini mənimsəyə bilməyib və necə dər keçir.

Ortadakı biabırçı mənzərə rektor İbrahim Cəfərovun elmi adlarının və elmi dərəcələrinin ləğvini ehtiva edir. Amma tələsməyək, inanaq ki, süni elmi adlar və elmi dərəcələr alan, plagiat dərsliklərlə akademik rütbəyə yiyələnən, tələbələrini, ictimaiyyəti və Təhsil Nazirliyini, eləcə də tabe olduğu Kənd Təsərrüfatı Nazirliyini uzun illərdir ki, aldadan rektor İbrahim Cəfərovun şübhəli külli-yaradıcılığı aidiyyatı şəxslər vasitəsilə daha dərindən araşdırılacaq. Bəlkə mütəxəssislərimiz deyəcəklər ki, rus alimləri dərsliyi və elmi məqalələri məhz İbrahim Cəfərovdan oğurlayıb?!

İbrahim Cəfərov elmi maxinasiyaları üzündən cəzalandırılarsa, bu həm də milli elmi tərəqqi naminə xoş presedent yaradardı. Digər plagiat və saxta elm adamları üçün isə bir nümunə, alimliyə can atan novator gəncliyə görk olardı.
Demokratik.Az

Yazıda adıkeçən akademikin söz haqqına sayğımızı ifadə edirik.

Ibrahim cəfərov fitopotologiya

Müstəqil.az informasiya agentliyi xəbər verir ki,

“Saxta diplomlarla bağlı yeni faktlar meydana çıxıb.Bir ay bundan qabaq Azərbaycan Texnologiya Universitetinin müəllimi Qəhrəman müəllim Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatları ilə əlaqədar müvafiq məhkəmə qərarları əsasında həbs olunmuşdu.Daha sonra, Gəncə və İsmayıllı şəhərlərində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışa qədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Məmmədov Ələddin Hətəm oğlu , həmin kafedrada laborant vəzifəsində işləyən Qasımov Elmir Müzadil oğlu ,ADAU-nun Ekologiya kafedrasının müəllimi Arif İmamquliyevin oğlu,şəhərdə fotoqraf işləyən İmamquliyev Azər Arif oğlu bu qanunsuz işlərlə bağlı həbs olunmuşlar.Bu şəxslərin evlərindən müxtəlif universitetlərə məxsus möhürlər,ağ diplomlar,müxtəlif saxta sənədlər, ayrı-ayrı şəxslərin adlarına yazılmış müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkar olunaraq götürülmüşdür”. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalə müəllifi daha sonra yazır: “Bu şəxslərin ifşa olunmasına baxmayaraq,mütəşəkkil cinayətkar qrupun digər üzvləri hələ də azadlıqdadır.Məsələn, Azərbaycan Dövlət Aqrar Universitetinin “Ekologiya mühəndisliyi və meşəçilik” kafedrasının dosenti Musa Bayramov və həmin universitetin “Torpaqşünaslıq və aqrokimya” kafedrasının dosenti Namiq Hüseynov.

Məlumat üçün qeyd edək ki, hər iki şəxs qudadır,yaxın qohumluq əlaqəsinə də malikdir.Bunlar saxta diplomdan əlavə narkotik maddələrin satışı ilə də məşğul olurlar.Belə ki, Musa Bayramovun qardaşı narkotik maddələrin satışı ilə əlaqədar bir müddət bundan əvvəl həbs olunub. Hər iki şəxs müxtəlif sənədləri saxtalaşdırmaqla bərabər, həm də qanunsuz tələbə qəbulları həyata keçirirlər.Beləliklə,Musa Bayramov, həm də Namiq Hüseynov Dövlət İmtahan Mərkəzində hələlik adı naməlum olan şəxslə yaxın əlaqə qurmuşdur.

DİM-də işləyən həmin şəxsin tapşırığı ilə bu quda olan müəllimlər müştəri tapır,pulunu alır və bu abituriyentlərə tapşırır ki, Siz imtahanda iştirak edin,amma cavab kartında heç bir sualın cavabını qaralamayın, biz özümüz həll edəcəyik. Beləliklə, qəbul imtahanında bu iki şəxsin xeyir duası ilə müvafiq məbləğ qarşılığında cavab kartı ağ təhvil verilir, sonradan isə lazımi düzəlişlər edilir və tələbənin qəbulu həyata keçirilir. Bundan başqa , bu iki şəxsin rəhbərliyi ilə imtahanda abituriyentin əvəzinə başqa şəxs girib imtahan verir.

Bu gün istintaqa ifadə verən Ələddin Məmmədov müəyyən faktları etiraf edib.Belə ki, Ələddin Məmmədov bildirmişdir ki,Musa Bayramov və Namiq Hüseynovun rəhbərliyi ilə müəyyən məbləğdə rüşvət hesabına abituriyentin əvəzinə başqa şəxs girib imtahan verib.Nəticədə bu gün, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu əsasında 2 nəfər Azərbaycan Texnologiya Universitetinin Menecment ixtisasından, 1 nəfər Gəncə Dövlət Universitetinin fiziki tərbiyə və idman ixtisasının 2-ci kursundan,4 nəfər isə Gəncə Tibb Kollecindən qovulmuşdur.Buna səbəb odur ki, Ələddin Məmmədov öz ifadəsində bildirib ki,həmin qovulan tələbələrin əvəzinə imtahana Musa Bayramov və Namiq Hüseynov tərəfindən başqa adam salınıbmış.

Gəncə Dövlət Universitetinin rektoruna bu məktub daxil olan kimi həmin tələbənin fiziki tərbiyə və idman ixtisasının 2-ci kursundan qovulması üçün dərhal əmr verilib və saxta yolla qəbul olunan tələbə universitetdən qovulub.

Azərbaycan Texnologiya Universitetinin rektoru müvafiq əmri hələ verməyib.Tibb kollecində də həmin tələbələr bu gün kollecdən azad edilib.Bütün bu qanunsuzluqları edən dosent qudalara hələ heç kim heç nə demir.

Görünən odur ki,Ələddin Məmmədovun izahatları çox başları papaqsız qoyacaq.Gəncə Elektrik Şəbəkəsində işləyən Elşad adlı şəxsi danışdırmaq kifayətdir ki,bu dosent qudaların fəaliyyətinin qaranlıq məqamları işıqlansın.

Maraqlı burasıdır ki,həmişə pafosla düzgünlükdən danışan,sosial şəbəkələrdə aktiv olan ADAU-nun rektoru İbrahim Cəfərov bu məsələlərdən hali olsa da diplom satan,saxta tələbə qəbulları ilə məşğul olan Musa Bayramov, Namiq Hüseynov,Məhəmməd Hüseynov və s. kimi müəllimliyə yararsız saxta sənəd alverçilərini işdə saxlayır”.teref.az

Comments are closed, but trackbacks and pingbacks are open.