Ali təhsil ocağında “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib
Papaqlı göbələklər sırası – AGARİACALES
Meyvə cisimləri yumşaq və birillikdir. Papaqlı göbələklər əsasən lövhəşəkilli himenoforlarla xarakterizə olunur. Meyvə cisimləri mərkəz və ya yan ayaqcıq üzərində oturan , papaqşəkilli , ətli, şirəli olur. Bu göbələklər az yaşayırlar. Bəzilərinin meyvə cismi quru və dəri kimidir. Lövhəşəkilli himenoforlar əksəriyyətlə papağın altıda, onun ayaqcıqla birləşən hissəsində radial düzülmüşdür. Əksər nümayəndələrində onlar sadədəir, lakin bəzi nümayəndələrində budaqlanır, anastomozlar əmələ gətirir. Himenoforların altında psevdoparenximadan təşkil olunmuş subhimenial qat yerləşir ki, burada bazidilər yaranır. Lövhələrin mərkəzi hissəsini troma adlanan hiflər təşkil edir. Bəzi nümayəndələrdə onlar bir-biri ilə qarışır, bir qismi isə psevdoparenxima əmələ gətirir.
Papaqlıgöbələklərin əksər nümayəndələri meşə torpaqlarında , çəmənliklərdə saprofit halda yaşayırlar. Burada mikoriza əmələ gətirən çoxlu miqdarda nümayəndələr vardır, parazitlər nisbətən azdır. Bəzilərində qurumuş oduncaq üzərində təsadüf edilir. Papazlı göbələklərin qov göbələklərinə nisbətən təsərrüfat əhəmiyyəti azdır. Lakin onların şpallar, dirəklər, taxtalar və sş-ni çürüdən növləri də məlumdur. Yeməli papaqlı göbələklər yalnız qida əhəmiyyətinə malikdir. Bu fəsiləyə həmçinin bir çox zəhərli göbələklər də daxildir.
Papaqlı göbələklərin tipik nümayəndəsi şampinyonlardır( Agaricus və Psalliota). Bu göbələklər peyinli torpaqlarda, yol kənarı, mal pəyəsi ətrafında və s. yerlərdə yayılmışdır.
Buraya yüksək keyfiyyətə malik yeməli göbələklər daxildir. Xüsusilə çöl şampinionu (P.campestris) yüksək kalorili qidadır.
Rusulla cinsinin bir sıra növləri yeməlidir; Bəzən bunların qabığını soyub, çiy yeyirlər. Yalnız kötüklərdə istifadə olunan armillarianın növündən qida məqsədilə istifadə olunur. Amanita( Amanita) cinsinə çoxlu miqdarda zəhərli növlər daxildir. Onların papaqları üst tərəfdən zeytuni-yaşılımtıl, yaşılı – sarı və ya ağımtıl rəngdə olur. Rütubətli havada yapışqanlıdır. Lövhələri ağımtıl və ya yaşımtıl-sarıdır. Ayaqcığın içərisində əvvəlcə dolu olur, sonra burada boşluq yaranır, üzərində örtüyün halqayabənzər qalığı müşahidə olunur. Onun qaidəsini əhatə edən ümumi örtüyündə qalıq müşahidə edilir . Göbələk yeildikdən bir neçə saat sonra zəhərlənmə meydana çıxır. Zəhərlənənlər çox çətin sağalırlar, zəhərlənmə çox vaxt ölümlə nəticələnir. Zəhərlənmə əlamətləri uzun müddət qalır.
Meyvə cisminin quruluşu, ümumi örtüyün olması, lövhələrin yerləşməsi , troma tipli hiflərlə , himenoforun rəngi. Sporun quruluş və rənginə papaqlı göbələklərin sırası bir neçə fəsiləyə bölünür.
knyazli
Bazidili göbələklıər sinfi. Holobazidiomisetlər yarımsinfi.
Bazidili göbələklıər sinfi. Holobazidiomisetlər yarımsinfi.
Bazidili göbələklər sinfinin (Basidiomycetes) nümayəndələri çoxhüceyrəli mitseliləri olan ali göbələklərdir. Bazidiomisetlər göbələklərin böyük sinfi sayılır, buraya 30000-dək müxtəlif quruluşlu nümayəndələr daxildir.
Cinsi çoxalma (somatoqamiya tipli) bazidiosporlardan inkişaf etmiş, haploid mitselinin iki vegetativ hüceyrəsinin birləşməsi ilə gedir. Homotallik növlərdə bir mitselinin müxtəlif hifləri birləşir.
Bazidili göbələklərin əksəriyyətində heterotallik mitseli vardır. Bu mitseli hiflərinin ucundakı hüceyrələr şərti olaraq “+” və “-“ işarə edilir. Bu hüceyrələr birləşdikdə sitoplazmaları qarışır, nüvələri isə birləşmir. Beləliklə, dikariofit mitselilır əmələ gəlir , onlarda eyni zamanda hiflərin arakəsmələri qarşısında duranm xüsusi kəmər hüceyrələri yerləşir. Sonuncular əvvəlcə yan çıxıntılar şəklində inkişaf edir. Dikarionun iki nüvəsi eyni vaxtda bölünüb 4 haploid nüvə verir. Daha sonra hüceyrə bölünür, onun yuxarı hissəsi bazidinin əsası olan ana hüceyrədən ibarətdir. Bazidi kisəli göbələklərin kisəsinə oxşayır.
Bazidi dikarion nüvə alır. Onun altında yerləşən hüceyrə və ya ayaqcıq hüceyrəsi qalan iki nüvəni götürür. Bazidinin əsasını təşkil edən ana hüceyrə daxilindəki nüvələr birləşərək diploid nüvə əmələ gətirir. Bu nüə iki dəfə reduksion yolla bölünərək 2-4 ədəd haploid nüvə verir. Bu zaman bazidinin ucunda ,üzərində şişkinliklər yerləşən steriqma əmələ gəlir. Reduksion bölünmə nəticəsində alınmış 2-4 ədəd nüvənin hər biri steriqma vasitəsilə bu şişkinliklərin birinə daxil olaraq bazidiospor əmələ gətirir.
Bazidiosporlar yetişdikcə xaricə tökülür,yenidən inkişaf edib,haploid mitseli verir.Deməli, bazidili göbələklərdə sporlar xaricdə (ekzogen) , kisəli göbələklərdə isə əksinə kisə daxilində (endogen) əmələ gəlir.
Quruluşlarına görə bazidilər 3 qrupa bölünür. Təkhüceyrəli, silindirik və ya sancaqvari bazidi holobazidi adlanır. Onların bazidiosporları bir sırada yerləşib, akrospor tipli bazidi əmələ gətirir. Bu tip bazidiosporlar fəal xaric olunduğu üçün bütün bazidili göbələklərə aid edilir. Lakin bəzi nümayəndələrdə bazidi meyvə cismi içərisində yerləşdiyinə görə bazidiosporlar passiv xaric olunur. Bazidilərin formaları və onlarda sporların düzülüşü müxtəlif olur. Bazidiosporlar əsasən bazidinin yan hissəsində yerləşirlər. Belə bazidilərə plevrospor tipli bazidilər deyilir.
Bazidi iki hissədən ibarətdir: genişlənnmiş aşağı hissə hiobazidi , yuxarı hissə isə epibazidi adlanır. Epibazidi adətən iki və dörd hissədən ibarət olur. Ekobazidi arakəsmə vasitəsilə hipobazididən ayrılır. Bu cür mürəkkəb quruluşlu bazidiyə heterobazidi deyilir.
Bazidi eninə arakəsmələrlə dörd hüceyrəyə bölünür. Sporlar bazidinin yan hisəsində inkişaf edirlər. Belə bazidi fraqmobazidi adlanır. Fraqmobazidinin xarakter xüsusiyyətləri qalın qılaflı, sükunət dövrü keçirən teliospor əmələ gətirməsidir. Teliosporu bəzən teliobazidi də adlandırırlar. Bazidi və bazidiosporlar bilavasitə mitseli üzərində də əmələ gələ bilər. Lakin bazidili göbələklərdə bazidi meyvə cismi üzərində formalaşır. Onların inkişaf siklində dikariotik faza haploid fazaya nisbətən üstünlük təşkil edir. Haploid fazanın ömrü qısadır (o, bazidiosporlar və mitselidən ibarətdir).
Sinfin nümayəndələri zərif hörümçək toruna bənzər, pambıqvari, dəriyəbənzər, pərdəvari,qabıq, dırnaq və lövhəşəkilli meyvə cisminə malikdirlər.
Açıq meyvə cisimlərində bazidilər üst təbəqədə düzülərək himeni əmələ gətirirlər ki, onu himenoforlar da adlandırırlar. Sinfin ibtida nümayəndələrində himenofor hamardır, ali nümayəndələrdə isə o dişcik şəklində , boruvari və lövhəvari olur. Bazidiosporlar fəal yayılırlar. Onların tullanma gücü kisəli göbələklərdə olduğu kimi turqor təzyiqi yüksəldikdə artır.
Qapalı meyvə cismi olan göbələklərdə əsl himeni əmələ gəlir. Odur ki, onıarda bazidinin quruluşu və sporların yerləşməsi müxtəlifdir, meyvə cismi və himeninin xarici qlafı partladıqdan sonra sporlar xaricə çıxır. Bazidili göbələklərin himenoforları müxtəlif rəngdə olur ( rəngsiz, sarı, çəhrayı, narıncı və qara).
Sinfin nümayəndələrində konidilərlə çoxalmaya nadir halda təsadüf olunur.
Beləliklə bazidili göbələklər aşağıdakı əlamətlərinə görə kisəli göbələklərdən fərqlənirlər:
1) Kisəli göbələklərdə sporlar endogen ask daxilində, bazidili göbələklərdə isə ekzogen bazidi üzərində əmələ gəlir.
2) Kisəli göbələklərdə cinsi orqanlar vardır, bazidili göbələklərdə isə cinsi orqanlar yoxdur. Bazidili göbələklərdə cinsi çoxalma somotoqamiya tipindədir.
3) Kisəli göbələklərdə haploid faza üstünlüyə malikdir, əvvəlcə askogen hif, sonra isə kisə əmələ gəlir. Bazidili göbələklərdə isə əksinə, dikariotik və diploid fazanın ömrü uzundur. Onlarda cavan diploid bazidi , haploidd bazidiospor və ilk mitseli inkişaf edir. Bazidilərdində haploid dövr bazidiospora kimi ixtisar olunur.
4) Kisəli göbələklərin meyvə cismi haploid mitselidən inkişaf edir, meyvə cismi daxilindəki askogen hif isə dikariotikdir. Bazidili göbələklərin meyvə cismi isə yalnız dikariotik mitselilərdən əmələ gəlir.
Bazidinin quruluşu və inkişaf mərhələlərinə görə bazidili göbələklər üç yarımsinfə bölünür:
1) Holobazidiomisetlər – Holobasidiomycetide və ya Autobasidiomycetidae
Arakəsməsiz , sancaqvari və ya silindrik , təkhüceyrəli bazidililər xarakterizə olunur, bazidinin yerləşməsi əsas şərtdir.
2) Heterobazidiomicetlər – Heterobasidiomycetidae
Bazidi mürəkkəb quruluşlu olub, epibazidi və hipobazididən ibarətdir. Ana hüceyrə inkişaf etməyərək çıxıntı əmələ gətirir. Haploid nüvələr bu çıxıntıya daxil olduqdan sonra o, arakəsmələrə ayrılır.
3) Telibazidiomisetlər – Teliobasidiomycetidae
Bazidi ( arakəsmələrlə fraqmobazidiyə bölünür) sükunət dövrü keçirən qalın qılaflı teleytospor hüceyrəsinə inkişaf edir.
Holobazidiomisetlər yarımsinfi
Holobazidiomisetlər yarımsinfinə ekzobazidialar sırası( bazidi mitseli üzərində formalaşır), himonemisetlər (bazidi mitseli üzərində düzülərək sıx himeni təbəqəsi əmələ gətirir) və qastromisetlər qrup sırası (bazidi meyvə cismi içərisində yerləşir) daxildir.
Ekzobazidialar sırası – Exobasidiales
Sıraya 20-yə qədər növ daxildir. Bunlar əsasən çiçəkli ali bitkilər üzərində parazit halda yaşayırlar, meyvə cisimləri yoxdur.
Bazidi mitseli üzərində himeniyə bənzər sıx olmayan təbəqə əmələ gətirir. Bəzi növlərdə isə bazidi dəstə şəklində yerləşir.
Ekobazidilər əsasən erikakimilər, daşdələnkimilər,çaykimilər fəsiləsinə aid və digər tropik bitkilər üzərində parazitlik edirlər.
Ekobazidium(exobasidium) cinsi üzərində ilk dəfə 1846-cı ildə böyük rus mikoloqu M.S.Boronin tədqiqat aparmışdır. Alim,bu göbələyin bitkilərdə müxtəlif şişlər törətdiyini müəyyən etmişdir.
Bu cinsin geniş yayılmış növü olan E.vaccinii mərcangilə bitkisi üzərində yaşayır.Xəstəliyin xarakter əlamətləri cavan budaqlar, yarpaqlar və çiçəklər üzərində ağ, çəhrayı və ya qırmızı rəngli şişin əmələ gəlməsidir. Şiş olan orqanın arxa hissəsi ağ rəngli bazidiospor yığını ilə örtülür.Xəstə orqan daxilində göbələyin ikinüvəli mitseli (dikariotik) hüceyrrəsi görünür. Sahib bitki epidermisi altında çoxlu sayda paralel düzülmüş bazidilər yerləşir. Bazidinin inkişafı zamanı onun iki nüvəsi birləşir, diploid nüvə isə meyoz yolla bölünür, bazidi üzərində 2-6 ədəd nazik, uzunsov bazidiosporlar inkişaf edir. Onlar xəstə orqan üzərində ağ örtük əmələ gətirir. Bazidiosporlar bir damla suya düşdükdə bölünüb 3-5 ədəd hüceyrə verir. Spordan yaranmış hüceyrələr nazik hif əmələ gətirir. Hifin ucunda isə xırda konidilər formalaşır.Konidi və ya bazidiospor inkişaf edib, hif əmələ gətirir ki, bu da bitkinin bığcıqlarından keçib, toxumalara daxil olur və mitseliyə çevrilir.E.burtii növünə Qafqazda bitən bir sıra mədəni və yabanı bitkilər üzərində rast gəlinir. Bu cinsin E.vexans növü Hindistanda çay bitkisinə böyük ziyan vurur.
Hazırda ekobazidial göbələklərin dörd cinsi məlumdur,növlərinə isə dünyanın bütün ölkələrində təsadüf olunur.
Bu qrupun mənşəyi hələlik məlum deyildir. Onların yalnız himenomisinlərin yan budağı kimi qəbul etmək olar.
Ekobazidial göbələklərin Aphyllophorales sırasının ibtidai nümayəndələrindən mənşə alması güman edilir.Odur ki, bu göbələklərə sərbəst qrup kimi baxmaq olar.
Himenomisetlər qrupu – Hymenomycetidae
Himenomisetlər bazidili göbələklərin çox geniş yayılmış qruppu sayılır. Buraya 12.000-dən artıq növ daxildir.
Bazidilər mitseli üzərində düzülərək himeni adlı sümgərvari təbəqə əmələ gətirirlər ki, bu sıranın xarakter xüsusiyyətləridir. Himeni adi nümayəndələrdə ilk dövrdə qapalı olur, sporlar yetişdikdə isə açılır.
Himenomisetlərin əksər nümayəndələri bitki qalıqları, peyin, çürüntülü torpaq və s. üzərində saprofit həyat tərzi keçirirlər, eyni zamanda ağaclar üzərində parazitlik edən növləri də məlumdur. İstər parazit və istərsə saprofit növlərin mitseliləri substrat içərisinə daxil olur, nadir hallarda onlar xaricə çıxaraq hjörümçək toruna bənzər pambıq və ya dərivari təbəqə əmələ gətirirlər. Bəzi nümayəndələrdə rizomorflara , əksər növlərdə isə skelorotsitlərə təsadüf edilir.
Bazidiospor inkişaf edərkən tək və ya çoxnüvəli hüceyrələrdən ibarət haploid mitsli əmələ gətirir.
Sonralar belə mitselilər apoqam yolla dikarionları olan diploid mitselilər əmələ gətirir. Onların üzərində müxtəlif quruluşlu meyvə cisimləri inkişaf edir. İbtidai nümayəndələrdə meyvə cisimləri hörümçək toruna bənzər bəzən keçəvari təbəqə şəklində olur. Himeni meyvə cismi üzərində yerləşir.
Sonralar təkamül nəticəsində dəriyəbənzər , mantarlaşmış, ağaclaşmış və yaxud ətli meyvə cisimləri meydana çıxmışdır.İbtidai orqanizmlərin meyvə cisimləri substrat üzərində sərilir, nisbətən təkamül etmiş orqanizmlərdə isə onların kənarı substratdan qoparaq ya üfüqi, ya da şaquli istiqamətdə durur. Himeni meyvə cisminin alt səthində inkişaf edir. Sporların yayılması və mühafizə edilməsində belə quruluşun böyük əhəmiyyəti vardır. Himenomisetlərdə yetişmiş sporlar ancaq 0.1-0.2 mm məsafəyə tullanır və hava cərəyanı vasitəsilə yayılır.
Ağac gövdələri və budaqlarında təsadüf edilən növlərin meyvə cisimləri at dırnağına bənzər forma alır və substrata möhkəm yapışır. Himeni onların alt səthində yerləşir. Torpaqda inkişaf edən nümayəndlərdə qıfvari , çətirəbənzər və s. meyvə cisimləri müşahidə olunur.
Meyvə cisminin himeni yerləşən hissəsi himenofor adlanır. İbtidai nümayəndələrin himenoforu sadə və hamardır, ali nümayəndələrdə isə o, müxtəlif çıxıntı , qatlar , borucuq və lövhə şəklində olur. Bu quruluş himeni sthini və sporların miqdarını artırır. Məsələn : papaqlı göbələklərin lövhəşəkilli himenoforları himeni səthini 7 dəfə, qov göbələyinin boruşəkilli himenoforu isə 150 dəfə genişləndirir.
Himenositlərin sporları əksərən təkhüceyrəlidir. Onlar bazidinin zirvəsindəki steriqma üzərində yerləşir.
Bazidi dördsporludur. Yetişmiş sporlar bazidi sporlar içərisində turqor təzyiqinin artması hesabına 0.1-0.2 mm məsafəyə fəal tullanırlar. Xaricə çıxmış sporlar hava cərəyanı vasitəsilə yayılır. Torpaq üzərində yaşayan nümayəndələrin sporları həşəratlar və müxtəlif məməli heyvanlar tərəfindən geniş yayılır.
Himenomisetlərin sporları rəngsiz və ya rəngli olur. Bəzi nümayəndələrdə bunılar zeytuni, qəhvəyi, bənövşəyi və s. rənglərə boyanır. Himeni təbəqəsinin rəngi bir çox halarda sporların rənginə uyğun gəlir. Sporların qılafı əksər nümayəndələrdə hamardır, lakin bəzilərində müxtƏəlif çıxıntılar nəzərə çarpır. Onların rəngi və quruluşu himenomisetlərin təsnifatında əsas rol oynayır. Sporların miqdarı isə olduqca böyükdür, hətta bəzi növlərin meyvə cisimlərində milyonlarla sporlar olur.
Himenomisetlərin ibtidai nümayəndələrində meyvə cismi inkiçaf edərkən himeni təbəqəsi tamamilə açıq olur, alilərdə isə ( cavan dövründə) sadə hiflərdən ibarət pərdəvari örtüklə əhatə olunur. Bu xüsusiyyət papaqlı göbələklərdə də nəzərə çarpır. Meyvə cismi inkişaf edərkən onların papağı ayaqcığa doğru əyilir, altda yerləşən cavan himeni pərdə ilə örtülərək mühafizə edilir.Meyvə cismi yetişərkən papaq açılır, pərdə cırılaraq halqa şəklində ayaqcıq üzərində qalır. Bundan əlavə, bəzi növlərdə meyvə cismini tamamilə örtən pərdə müşahidə olunur. Meyvə cisminin böyüməsi və ayaqcığın uzanması nəticəsində pərdə partlayır, ayaqcığın əsasında və papağın üzərində onun qalııqları görünür. Məsələn, çibintutat göbələyin papağı üzərindəki ağ ləkələr həmin pərdənin qalıqlarıdır.
Himeni pərdəsində bazidilərdən ibarət sancaqvari və silindrik parafizlərə təsadüf edilir.
Onlar ikinüvəlidir, bazidiosporlar və steriqma əmələ gətirir, ancaq bazidiləri bir-birindən ayırır və beləliklə sporların yayılmasını asanlaşdırır.
Himeni təbəqəsində bazidilər eyni vaxtda deyil, müxtəlif vaxtda yetişirlər. Tam yetişmiş bazidi sporlarını tulladırdan sonra düşür və əvəzinə yeni bazidi inkişaf edir. Tam yetişmiş ətli meyvə cismi olan nümayəndələr çox az, məsələn bir neçə saatdan bir neçə günə kimi yaşayır, sonra isə çürüməyə başlayırlar. Digər tərəfdən, uzun müddət yaşayan meyvə cisimləri də məlumdur, məsələn, qov göbələklərinin meyvə cismi 80 ilə qədər yaşayır. Belə göbələklərin bəziləriində yalnız bir himeni təbəqəsi inkişaf edir, digərlərində is köhnə himeni təbəqəsini hər il yenisi əvəz edir. Belliklə himenoforlardan təşkil olunan illik zolaqlar yaranır.
Himenomisetlərin meyvə cisimlərinin inkişafı xeyli vaxt tələb edir, məsələn, papaqlı göbələyin meyvə cismi uzun müddət torpaq altında inkişaf etdikdən sonra onun üstünə çıxır. Rütubətli və isti günlərdə bu göbələklərin kütləvi və sürətlə inkişafı onların əvvəldən torpaq altında əmələ gəlməsi ilə əlaqədardır. Himenomisetlər belə şəraitdə uzanaraq torpaq üzərinə çıxır və tezliklə papaq əmələ gətirir. Meyvə cisminin inkişafı üçün mitselilərdə müəyyən miqdarda ehtiyyat qida maddələrinin toplanması tələb olunur ki, buna bəzi göbələklərdə uzun müddət sərf edilir. Ona görə də payızda inkişaf edən papaqlı göbələklərin meyvə cisimləri adətən iri olur.Ağaclar üzərində təsadüf edilən qov göbələklərinin meyvə cisimləri daha gec, məsələn, bitki xəstələndikdən bir neçə il sonra əmələ gəlir. Belə ki, həqiqi qov göbələyi adlanan Fomes fomentarius-un meyvə cismi 3.5 ildən sonra inkişaf edir.
Himenomisetlərin əksər nümayəndələrinin mitseliləri çoxillik olub, substrat daxilində qışlayır. Ona görə də yeməli göbələklərə, xüsusən göbələk bitən yerlərdə çoxlu miqdarda təsadüf edilir. Papaqlı göbələklərin çəmənliklərində (“ Şeytan halqası “ ) dairəvi düzülüşü torpaqda yaşayan çoxillik mitselilərin inkişafı ilə əlaqədardır. Mitselilər hər il inkişaf edərək dairənin diametrini artırır.
Bütün başqa göbələklər kimi himenomisetlər də mitselilər vasitəsilə çoxalır, məsələn, şampinionui suni çəraitdə mitseliləri vasitəsilə becərirlər. Bəzi himenomisetlərin cavan mitseliərində oidilər konididaşıyıcıda və konidilərdə inkişaf edir. Lakin ponlarda mitselilərlə çoxalma kisəli göbələklərdə olduğu kimi geniş yayılmamışdır.
Himenomisetlərin nümayəndələri xüsusilə mülayim iqlimli ölkələrdə daha çox yayılmışlar. Onların əksər nümayəndələri torpaqda, ağac qalıqları üzərində saprofit həyat tərzi keçirir, bəziləri ağac bitkilərində parazitlik edirlər.
Papaqlı göbələklərin əksəriyyəti ali bitkilərin kökləri üzərində mikoriza əmələ gətirir. Mikoriza endo, ektotrof və ekto-endotrof tipdə olur.
Endotrof mikoriza zamanı mitselilər kökün parenxim hüceyrələri daxilində yerləşir. Bu zaman kök öz əmici tellərini saxlayır. Endotrof mikoriza göbələklərinə orxidlər fəsiləsinin nümayəndələrini misal göstərmək olar. Bu bitkilərin toxumaları göbələəksiz inkişaf edə bilmir. Bir sıra ot bitkilərinin kökündə orxidilərin olması onların inkişafın heç bir mənfi təsir göstərmir.
Ektotrof mikoriza göbələkləri kök üzərində hif yığını əmələ gətirir, nəticədə onda xüsusi kök tükcükləri yaranmır. Bəzən inkişaf zamanı kök hif yığınını deşir və böyüyür.
Endotrof və ektotrof mikoriza göbələklərini bir-birindən fərqləndirmək çox çətindir. Odur ki, keçid təşkil edən bu formalar ekto-endotrof mikoriza göbələkəri adlanırlar. Onlara kök üzərində və parenxim hüceyrələr daxilində təsadüf olunur. Bu mikorizalarda kök hüceyrələri canlı olur, əsasən ağac bitkilərində yayılmışlar.
Su bitkiləri müstəsna olmaqla , qalan bütün ot, kol və ağac bitkilərində mikoriza əmələ gəlir. Qeyri-müəyyən göbələklər, ziqomisetlər ot bitkiləri, kisəli (donbalan göbələkləri) və bazidili göbələklər isə ağac bitkiləri ilə mikoriza əmələ gətirirlər.
Göbələk mitseliləri ekto-endotrof mikorizada karbohidratları kökdən alır və hetorotrof olduqları üçün üzvi maddə sintez edə bilmirlər, mitseliləri torpağa daxil olur və ondan su və mineral duzları, həmçinin üzvi maddələri də mənimsəyirlər. Onların bir hissəsi göbələk, digər hissəsi isə bitki tərəfindən mənimsənilir. Göbələk bitki köklərindən özü üçün lazım olan hazır üzvi maddələri alır.
Mikoriza mürəkkəb prosses olub, xarici mühitdən də xeyli asılıdır.
Himenomisetlər qrupu himenoforları və meyvə cisimlərinin quruluşuna görə 2sıraya bölünür:
1) Afilloforlar
2) Papaqlı göbələklər
Afilloforlar sırası-Aphyllophorales
Afillorforlar sırasına 11 fəsilə daxildir. Fəsilələr meyvə cisimləri himenoforlar və himeninin quruluşlarına görə bir-birindən fərqlənirlər. Himenoforları Himenoforları hamar, yastı, ətli, qırçınlı, bəzən isə lövhəvaridir.
Meyvə cismi bir neçə tipdə olur: açıq meyvə cismi nəlbəki, fincan, papaq, yarımdairə, dırnaq, yastıqcıq, böyrək, uzunsov və s. quruluşda olub, kənarı və ya yan ayaqçığı vasitəsilə dib hissədə himenoforla birləşir.
Afilloforlar sırasının əksər nümayəndələri saprofit, az bir qismi isə parazit həyat tərzi keçirirlər. Parazit nümayəndələrinə əsasən ağacların gövdəsi üzərində təsadüf olunur. Onlar içərisində mikoriza əmələ gətirən nümayəndələr də vardır. Sıra aşağıdakı fəsilələrdən ibarətdir.
Klavariasiyakimlər fəsiləsi – Clavariatseae
Ətli meyvə cisimləri sancaqvari və silindrik formada olub, şaquli istiqamətdə durur, budaqlanmaları ilə fərqlənir.
Hamar himenoforlar meyvə ğədənini hər tərəfdən əhatə edir. Əksər nümayəndələri meyvə torpaqlarında saprofit halda yaşayırlar. Sarı, qırmızı və boz rəngli tallomları birillikdir.
Clavaria və Sparassis cinsinin növləri cavan vaxtlarında yeməli olur. S.crispa-nın (kələm göbələyi) meyvə cismi dairəvi, ətli və yeməlidir. Ramiriya (Ramiria) cinsi iri inkişaf etmiş meyvə cismi ilə seçilir.
Fəsilənin tifula cinsinin bəzi növləri yabanı bitkilər üzərində parazitlik edir. Əvvəlki nümayəndələrdən fərqli olaraq yonca üzərində parazit halda yaşayan növü inkişaf dövründə sklerosti əmələ gətirir. Bitki məhv olduqdan sonra sklerotsi üzərində kiçik sancaqvari meyvə cismi inkişaf edir.
Teleforakimilər fəsiləsi – telephoraceae
Fəsiləyə daxil olan nümayəndələrin himenoforları yastı və hamar olub, meyvə cisminin bir tərəfində yerləşir. Bəzi ibtidai formalarda meyvə cismi yaranmır. Himeni hörümçək toruna bənzər seyrək mitseli yığını üzərində yerləşir. Lakin tipik nümayəndələrdə meyvə cisimləri dərişəkilli, bəzilərində isə ətlidir, himenoforlar hamardır. Meyvə cisimləri substrat üzərində sərilir, bəzilərinin kənarları yuxarı qalxır, hətta üfüqi istiqamətdə duran meyvə cisimləri də olur. Ali formalarda isə kasa, qıf, ayaq üzərində dayanan , papaqlı və s. şəkildə meyvəə cisimlərinə təsadüf edilir. Onların himenoforlarında ziyil, dişciklər və qatlar müşahidə edilir.
Teleforakimilər əksər nümayəndələri ağac qalıqları üzərində saprofit həyat tərzi keçirir. Onlardan koniofora(Coniophora) taxta tikintiləri, körpü, dəmiryol şpalları və s.ni çürüdür, bəzilərinə, məsələn, stereum cinsinin növlərinə ağac bitkiləri, hipoxius cinsinin növlərinə isə ot bitkiləri üzərində təsadüf edilir. Stereum purpureum növü meyvə ağaclarında parazitlik edir. Digər saprofit növlər isə meşədə bitən və bəzən anbarda saxlanılan ağacları,oduncağı çürüdür.
Hidnasemkimilər fəsiləsi – Hydnaceae
Buraya daxil olan nümayəndələrin himenoforları ziyilvarı və ya dicikşəkillidir. Meyvə cisimlərinin forma və quruluşu olduqca müxtəlifdir.
Əksər nümayəndələri ağac bitkilərində saprofit və ya parazit həyat tərzi keçirir, az bir qismi isə torpaqda yayılmışıdır. Hydnum cinsinin bəzi növləri, məsələn, H.repandum cavan dövründə yeməli göbələklərdən sayılır. Parazit növləri isə alma və palıd oduncağını xarab edir.
Qov göbələkləri fəsiləsi – Polyporaceae
Qov göbələklərinin 2500-ə qədər növü məlumdur. Himenoforları boruşəkillidir, daxili hissəsi himeni qatı ilə örtülmüşdür. Lakin bəzi növlərində himenoforlar budaqlanan qatlar və ya anastomozlaşan lövhə şəklindədir.Burada müxtəlif quruluşlu himenoforlar arasında keçid formalar nəzərə çarpır. Əksər nümayəndələr çox böyük meyvə cisminə malikdir.
Meyvə cismi at dırnağına bənzər, lövhəşəkilli, substrata yapışan və ya mərkəzində ayaqcığı olan papaqşəkillidir. Onlar müxtəlif bərklikdə, ətli, dəri kimi, mantarlaşmış və ağaclaşmış olurlar. Birillik və çoxillik olurlar. Göbələyin papağını kəsdikdə onun yaşını təyin etmək mümkündür.
Yetişmiş sporlar borunun mərkəzinə tullanır, sonra aşağı düşərən hava cərəyanı vasitəsilə yayılır. Onların əksəriyyəti ağaclar üzərində saprofit vı ya parazit həyat tərzi keçirirləri. Parazit formaları müxtəlif növ çürümələr törədir. Tikintidə işlədilən ağacların əksəriyyəti bu fəsilənin nümayəndələri tərəfindən çürüyür. Qov göbələklərinin bir sıra növləri , xüsusilə boletus (Boletus) cinsinə aid olanlar meşə torpaqlarında geniş yayılaraq ağac bitkilərinin kökləri ilə mikoriza əmələ gətirir.
Merulius cinsinin ev göbələyi ( Merullius lacrimans) növü tikintidə işlədilən ağac materiallarının qəddar düşmənidir. Göbələk mitseliləri ouncağın daxilində yerləşir və qidalanır, üzərində isə əvvəlcə sarımtıl və ya qırmızımtıl damlaları ağ pambığabənzər mitseli yığını əmələ gətirir. Sonralar mitselilər qalın, boz rəngli örtük təşkil edirlər. Eyni zamanda göbələk eni 7mm, uzunluğu bir neçə metr olan boz rəngli qayışlar əmələ gətirir. Burada nazik qabıqlı mitselilərdən əlavə qayışlara möhkəmlik verən qalın qabıqlı hiflərər də təsadüf edilir. Eyni zamanda arakəsmələri olmayan və göbələyi su ilə təmin edən uzun hüceyrələr də müşahidə edilir ki, nəticədə göbələk əlveri.siz substrat üzərində belə inkişaf edə bilir. O, əsasən divar üzərində uzanaraq bir mərtəbədən digərinə keçir, əlverişli şərait yarandıqda isə yenidən inkişaf edərək mitseli əmələ gətirir. Ev göbələyində meyvə cismi çox nadir hallarda yaranır və substrat üzərində sərilmiş vəziyyətdə olur, əvvəlcə ağ, sonra isə 0.5 mm-ə qədər diametri olan qonur-sarı rəngli lövhə əmələ gətirir. Göbələyin ifraz etdiyi fermentlər oduncağın hüceyrə divarını uzununa və eninə parçalayır. Parçalanmış hissələr ovulub, toz şəklinə keçir. Quruluşuna görə əvvəlki növdən fərqlənən və həmçinin ev göbələyi sayılan digər göbələklər də vardır ki, onlar tikintidə işlədilən ağac materialına böyük ziyan vurur. Göbələk vaxtında aşkar olunub, ona qarşı mübarizə aparılmadıqda hətta evlərin uçmasına səbəb olur.
Ev göbələkləri sonralar əsasən sporlar və mitseli vasitəsilə yayılır.Onların inkişafı üçün az (28-60%) miqdarda rütubət tələb olunur.
Fomes ( Fomes) qov göbələklərinin ən geniş yayılmış cinsidir. O, çoxillik möhkəm meyvə cisminin olması ilə fərqlənir. Himenoforları boru şəklində olub, hər il yeni qat əmələ gətirir. Göbələyin mitseliləri ağacların gövdələri üzərində fakültətiv parazit həyat tərzi keçirir və burada at dırnağına bənzər , yan tərəfləri ilə yapışan meyvə cismi əmələ gətirir. Həqiqi qov göbələyinə (F.fomentarius) quru və ya zəif ağac bitkilərinin gövdələrində təsadüf olunur, at dırnağına bəznər açıq boz rəngli , qabıqlı meyvə cismi əmələ gətirir. Meyvə cisminin ətli hissəsi sarımtıl mixəyi rəngli yumşaq və quru dəriyə bəznəyir, ondan qanaxmanı saxlayan dərman və kibritin əvəz edicisi kimi istifadə edilir.
Poliporus (Plyporus) cinsi əvvəlcə yumşaq, sonra isə bərkiyən birillik meyvə cismi əmələ gətirir. Müxtəlif ağac bitkiləri üzərində saprofit və parazit halda yaşayır. Cüzi bir qismi yeməli göbələklər sayılır. Bəzilər isə çəkisi 20 kq-a çatan qida məqsədilə istifadə olunan böyük yemiş boyda meyvə cismi verir. Dedalea cinsi nümayəndələrinin meyvə cisimləri odunlaşmış halda olub, çoxillikdir. Ona ölü oduncaq üzərində (əsasən palıdda, şpallarda ) rast gəlinir.
Lenzites cinsindən olan göbələk ağac, şpal, teleqraf dirəkləri və s. üzərində yaşayaraq oduncağı xarab edir.
Yuxarıda qeyd olunan cinslərin nümayəndələri Azərbaycanda Quba, Şəki, Zaqatala və Talış meşələrində daha çox yayılmışdır.
Onların növ tərkibi ətrflı öyrənilmişdir. Qov göbələkləri meşə bitkilərinə çox böyük ziyan vururlar. Onlara qarşı ən mühüm mübarizə vasitəsi profilaktika tədbirlərinin həyata keçirilməsidir. Xəstə ağacların meşələrdən çıxarılması , heyvanların meşədə otarılmasının qadağan olunması , kəsilən ağacların qonşu ağacları zədələmədən yıxılması əsas mübarizə tədbiri sayılır. Onların nümayəndələri rütubətli şəraitdə quru oduncaqları, məsələn, dəmiryol şpalları, şaxtalarda istifadə olunan dirəkləri , teleqraf və körpü dirəklərini və s.-ni çürüdürlər. Qov göbələkləri bu məqsədlə istiofadə olunan ağacların hər il təxminən 10%-ni çürüdərək təsərrüfata milyonlarla ziyan vurular. Onlarla mübarizə məqsədilə ağacları antiseptik maddələrlə isladırlar.
Sovet bioloqlarından A. S. Bondartsev ev göbələklərinin sistematika və ekologiyasına dair geniş tədqiqat işləri aparmışdır. Onun bu işlərinin nəticəsi olan “ Trutovıe qribı Evropeyskry çasti SSSR i Kafkaza “(1953) adlı kitabı qov göbələklərinə həsr edilmiş dəyərli əsərlərdən biri sayılır.
Azəərbaycanda bu göbələklərin ekologiyası, fiziologiyası və biokimyasını prof. X.Q.Qənbərov tədqiq etmişdir.
Boletus cinsi çox az yaşayan ətli meyvə cismi ilə xarakterizə olunur. O, papaq və ayaqcıqdan ibarətdir. Papağın alt hissəsində yerləşən himenoforlar boru şəklində olub, mitselilərdən asanlıqla ayrılır. Ali nümayəndələrdə cavan himenoforları mühafizə edən örtük olur.
Boletusun əksər növləri torpaq saprofitləridir, bəziləri isə ali bitkilərlə mikoriza əmələ gətirir.
Papaqlı göbələklər sırası – AGARİACALES
Meyvə cisimləri yumşaq və birillikdir. Papaqlı göbələklər əsasən lövhəşəkilli himenoforlarla xarakterizə olunur. Meyvə cisimləri mərkəz və ya yan ayaqcıq üzərində oturan , papaqşəkilli , ətli, şirəli olur. Bu göbələklər az yaşayırlar. Bəzilərinin meyvə cismi quru və dəri kimidir. Lövhəşəkilli himenoforlar əksəriyyətlə papağın altıda, onun ayaqcıqla birləşən hissəsində radial düzülmüşdür. Əksər nümayəndələrində onlar sadədəir, lakin bəzi nümayəndələrində budaqlanır, anastomozlar əmələ gətirir. Himenoforların altında psevdoparenximadan təşkil olunmuş subhimenial qat yerləşir ki, burada bazidilər yaranır. Lövhələrin mərkəzi hissəsini troma adlanan hiflər təşkil edir. Bəzi nümayəndələrdə onlar bir-biri ilə qarışır, bir qismi isə psevdoparenxima əmələ gətirir.
Papaqlıgöbələklərin əksər nümayəndələri meşə torpaqlarında , çəmənliklərdə saprofit halda yaşayırlar. Burada mikoriza əmələ gətirən çoxlu miqdarda nümayəndələr vardır, parazitlər nisbətən azdır. Bəzilərində qurumuş oduncaq üzərində təsadüf edilir. Papazlı göbələklərin qov göbələklərinə nisbətən təsərrüfat əhəmiyyəti azdır. Lakin onların şpallar, dirəklər, taxtalar və sş-ni çürüdən növləri də məlumdur. Yeməli papaqlı göbələklər yalnız qida əhəmiyyətinə malikdir. Bu fəsiləyə həmçinin bir çox zəhərli göbələklər də daxildir.
Papaqlı göbələklərin tipik nümayəndəsi şampinyonlardır( Agaricus və Psalliota). Bu göbələklər peyinli torpaqlarda, yol kənarı, mal pəyəsi ətrafında və s. yerlərdə yayılmışdır.
Buraya yüksək keyfiyyətə malik yeməli göbələklər daxildir. Xüsusilə çöl şampinionu (P.campestris) yüksək kalorili qidadır.
Rusulla cinsinin bir sıra növləri yeməlidir; Bəzən bunların qabığını soyub, çiy yeyirlər. Yalnız kötüklərdə istifadə olunan armillarianın növündən qida məqsədilə istifadə olunur. Amanita( Amanita) cinsinə çoxlu miqdarda zəhərli növlər daxildir. Onların papaqları üst tərəfdən zeytuni-yaşılımtıl, yaşılı – sarı və ya ağımtıl rəngdə olur. Rütubətli havada yapışqanlıdır. Lövhələri ağımtıl və ya yaşımtıl-sarıdır. Ayaqcığın içərisində əvvəlcə dolu olur, sonra burada boşluq yaranır, üzərində örtüyün halqayabənzər qalığı müşahidə olunur. Onun qaidəsini əhatə edən ümumi örtüyündə qalıq müşahidə edilir . Göbələk yeildikdən bir neçə saat sonra zəhərlənmə meydana çıxır. Zəhərlənənlər çox çətin sağalırlar, zəhərlənmə çox vaxt ölümlə nəticələnir. Zəhərlənmə əlamətləri uzun müddət qalır.
Meyvə cisminin quruluşu, ümumi örtüyün olması, lövhələrin yerləşməsi , troma tipli hiflərlə , himenoforun rəngi. Sporun quruluş və rənginə papaqlı göbələklərin sırası bir neçə fəsiləyə bölünür.
Şampinion göbələklər fəsiləsi – Agaricaceae
Fəsilənin 13 cinsi vardır. Lövhələri sərbəstdir , çox nadır hallarda bir-biri ilə birləşirlər. Fəsilənin nümayəndələri özünə məxsus örtüyə malikdirlər. Ayaqcıqda isə örtük halqavari formadadır. Sporları ağ və ya qara rəngdə olur. Meyvə cisimləri böyükdür, ayaqcığın uzunluğu 30, papaqcığın diametri isə 25 sm-ə bərabərdir.
Şampinionların gemniş yayaılmış cinslərindən Agaricus və Macrolepiotanı göstərmək olar. Bir çox ölkələrdə suni yolla A. Bisporus növü becərilir.
Hazırda dünya qarçısında duran ən vacib məsələ zülal problemidir.
Artıq dünyanın 70 ölkəsində süni yolla yeməli göbləklər becərilir. 1992-ci ilin məlumatına əsasən dünyada 1 milyon tonda çox göbələk stehsal olunur. Tərkibindəki zülalın miqdarı və keyfiyyətinə görə göbələklər tərəvəzləri qabaqlayır. Alimlər müəyyən etmişlər ki, suni yolla yetişdirilən şampinion göbələklərinin mitselilərində zülalın miqdarı 50 %-dən çoxdur, onun 90 %-i orqanizm tərəfindən mənimsənilir.
Göbələklərin tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, mineral maddələr və digər qida məhsulları vardır. Yüksək keyfiyyətli qida kalorisi müasir tələbləri ödəyir. Odur ki, şampinionların müasir sənaye istehsalı ilə məşğul olmaq sərfəlidir. Heyvanları müasir tələblərə uyğun şəkildə bəslədikdə 1 il ərzində 1 ha sahədən 63.5 t zülal əldə edilir.Eyni sahədən 1 il ərzində 567 ton quru göbələk zülalı almaq mümkündür.
Azərbaycanda papaqlı göbələklərin növ tərkibi , yayılması və ekologiyası A.S.Sadıxov tərəfindən öyrənilir.
Qasteromisetlər qrupu – GASTROMYCETİDAE
Qastromisetlərə tam qapaqlı meyvə cisimləri olan göbələklər daxildir.
Himeni qatı daxildə yerləşdiyi üçün bazidiosporlar da meyvə cismi daxilində əmələ gəlir.
Meyvə cisimlərinin forması çox müxtəlifdir. Dairəvi, ulduzvari, habelə başcıq, papaqcıq, səbət və s. şəkildə meyvə cisimlərinə təsadüf olunur. Ölçüləri 2-3 mm-dən 0.5 mm-ə qədər , bəzən daha artıq olur.
Qastromisetlərin meyvə cisimləri daxili və xaici qatlardan təşkil olunmuşdur. Xarici təbəqə peridi, spor əmələ gətirən daxili təbəqə isə qleba adlanır. O, müxtəlif formalı boşluqlar və hiflərdən ibarətdir. Hiflər yığımına troba deyilir. Bazidilər bəzi nümayəndələrinin daxilində himeni əmələ gətirir.
Qrupun əksər nümayəndələri torpaq saprofitləridir, az bir hissəsi isə çürüyən kötüklər üzərində yaşayır. Torpaqda yayılmış nümayəndələrdə meyvə cisimləri torpağın altında inkişaf edir. İbtidai nümayəndələrdə torpağın altında qalır, alilərəd isə üz çıxır. Torpağın altında qalan meyvə cisimlərinin sporları donbalan göbələklərində olduğu kimi onlarla qidalanan heyvanlar vasitəsilə yayılır. Bəzi ali nümayəndələrində yetişmiş meyvə cisminin qleması rənglidir, əriyərkən çox pis iy verir. Ət və meyit milçəkləri onun üzərində yığılaraq sporlar yayır.
Qastromisetlərin sorları tünd rəngli və tək nüvəlidir. Bəzi nümayəndələrində sporlar steriqma üzərində ikinüvəli olurlar.
Tipik nümayəndələri çəmənlikdə bitən bovistalikoperdon və ya tozanaq cinsləridir.
Meyvə cisimləri dairəvidir. Bəzi növlərində ayaqcıqlar olur. Cavan meyvə cisimləri əvvəlcə ağ və kövrək olur. Sonradan qonurlaşır, içərisi sporlar və kapillisilərəə dolur. Külli miqdarda əmələ gələn sporlar meyvə cisminin təpəsində yaranan deşik vasitəsilə yayılır. Məsələn, diametri 0.5 m olan iri likoperdonda 7.5 milyon spor inkişaf edir. Onların əksəriyyəti meyvə cismi əmələ gətirsəydi , üçüncü nəsildə alınan meyvə cisimlərinin ümumi həcmi Yer kürəsindən 800 dəfə böyük olardı. Lakin sporların əksəriyyəti yaşamaq uğrunda mübarizədə məğlub olur və inkişaf etmir, likoperdona isə çox az təsadüf edilir.
Yer ulduzu və ya qaster adlanan (Gaster) göbələk şam meşələrinin qumlu torpaqlarında geniş yayılmışlar. İlk dövrdə qasterin meyvə cismi dairəvi olur, lakin yetişmə dövründə onun xarici qatı ulduzşəkilli hissələrə parçalanır və bu hissələr aşağıya doğru əyilir. Meyvə cisminin daxili qatının təpəsində xüsusi məsamə əmələ gəlir ki, sporlar buradan xaricə çıxır və yayılır. Ulduzşəkilli parçalar hiqroskopik olduğu üçün rütubətli günlərdə aşağıya , quraqlıq keçən günlərdə isə yuxarıya tərəf əyilir .
Qastromisetlərin bəzi nümayəndələrində, meyvə cisimləri çox maraqlı quruluşa malikdir. Onlara çürümüç quru oduncaq üzərində təsadüf edilir. Meyvə cisimlərinin ölçüsü 1-1.5 sm-ə yaxın olan fincan və ya qədəhəbənzər şəkildədir, içərisində peridiol adlanan yumurtayabənzər hissəciklər yerləşir. Peridiolların daxilində sporlar əmələ gəlir , meyvə cisimlərindən qopub düşür, örtükləri parçalandıqdan sonra xaricə çıxır.
Bu qrupdan olan fallusun (Phallus) nümayəndələri əsasən tropik ölkələrdə yayılmışdır. Göbələklərin cavan meyvə cismi ağ örtüklə əhatə olunmuş böyük yumurta şəklindədir. Reseptakul meyvə cismi yetişərkən onun örtüyünü partladır və 30 sm-ə qədər uzanır, üzərində yaşılımtıl rəngli, konusşəkilli spor əmələ gətirən qleba yerləşir. Sonuncu tezliklə spor yığımından təşkil olunmuş yaşılımtıl-qara rəngli selik damlaları əmələ gətirir. Göbələk meyit qoxusu verməklə milçəkləri özünə cəlb edir və beləliklə də sporlar tez yayılır. Fallusa yaxın olan diktiofora cinsində reseptakulun yuxarı hissəsindən aşağıya doğru yönələn zəngşəkilli tor əmələ gəlir.
Reseptakul yüksək surətlə inkişaf edir və prosses 1 saatdan 2 sutkaya qədər davam edir. Bu göbələklərin reseptaakulu , qlebası və zəngşəkilli toru müxtəlif rəngdə olduğu üçün yaraşıqlı görünürlər.
Hələ XIX əsrdə qasteromisetlərin papaqlı göbələklərdən mənşə aldığı güman edilirdi. Alman mikoloqu Brefled (1888) papaqlı göbələklərin qasteromisetlərin ən ibtidai nümayəndələrindən mənşə aldıqlarını göstərmişdir.
Hal-hazırda bu hipotez Amerika mikoloqları R.Zinger və A.Smit tərəfindən ətraflı ğyrənilmiş və təsdiq olunmuşdur. Lakin bəzi mikoloqlar qasteromisetləri sinif, bəziləri isə yarımsinif kimi təsnifləşdirir.
Qasteromisetlər heterotrof orqanizmlər olub, təbiətdə üzvi maddələrin parçalanmasında bilavasitə iştrak edirlər.
Onların biologiyası, yayılması, əhəmiyyəti hələlik tam öyrənilməmişdir. Bu məsələnin hərtərəfli həlli mikoloqlar qarşısında ən vacib problemlərdən biridir.
Ədəbiyyatlar :
1) L.Ə.İsrafilbəyov “İbtidai bitkilərin sistematikası (1954) “
2) Ə.S.Salamzadə, Q.K. Əiiyev, G.K.Ağayeva “İbtidai bitkilərin sistematikasında laboratoriya məşğələləri(1974)”
3) A.S.İbrahimov, L.Ə.İsrafilbəyov “İbtidai bitkilər (1993) “
Ali təhsil ocağında “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə, universitetin Elmi Kitabxanasında biologiya üzrə elmlər doktoru Daşqın Qənbərov, biologiya üzrə fəlsəfə doktorları Seyfəli Qəhrəmənov, Aynur Bayramova, Enzalə Novruzovanın həmmüəllif olduqları “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib.
Təqdimatda iştirak edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov nəşrdə uzun illər aparılan tədqiqatların, araşdırmaların nəticələrinin öz əksini tapdığını deyib. Artıq bu kitabın sayəsində tələbələrin Azərbaycan dilində dəqiq bir dərsliyin olmamasıyla bağlı yaranan çətinliklərinin aradan qalxacağını qeyd edib.
Sonra kitabla bağlı geniş məlumat verilib. Kitabdan ali və orta məktəb müəllim və tələbələrinin, eyni zamanda sistematika ilə məşğul olan tədqiqatçıların da yararlana biləcəyi diqqətə çatdırılıb.
Müəlliflər adından çıxış edən Daşqın Qənbərov universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdarlıq edib.
Səadət Əliyeva
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
Canlılar aləmi
Canlılar aləminə aid olan qruplardan biri də Bitkilərdir.Hal hazirda dunyada 350 mindən cox bitki növü var.Bitkiləri öyrənən elm – Botanika adlanır. Flora(lat. Flora – Roma mifologiyasında çiçək və bahar allahı) — bitki növlərinin, mikroorqanizmlərin və göbələklərin müəyyən vilayət, zona, rayon da olan məcmusuna deyilir.. Flora müxtəlif bitki qruplaşmalarının cəmidir. Florada növ əmələgəlmə prosesləri, bir növün digərini sıxışdırması, bitkilərin miqrasiyası və s. hadisələr səciyyəvidir. Hər hansı flora özünə məxsus müxtəlifliyi, yaş tərkibi, endemikliyi ilə fərqlənir.
Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 5·3·10 10 t biokütlə sintez edilir.
Bitki formasiyaları haqqında təlimin əsasları V.R.Vilyams tərəfindən işlənmişdir.
İlk dəfə quruya çıxan bitkilər-psilofitlərdir.Ən qədim bitkilər isə yosunlardır.
Bitkilərin sistematik kateqoriyas ı
Şəkildə göründüyü kimi aşağıdan yuxarı qalxdıqca fərdlərin sayı artır .
Bitkilər aləmi 2 yarımaləmə bölünür.
1.İbtidai bitkilər
Y osunlar
- qırmızı
- yaşıl
- qonur
- Plaunkimilər
- Qaturquyruğukimilər
- Mamırkimilər
- Qıjıkimilər
- Çılpaqtoxumlular
- Örtülütoxumlular
Bitkilərin növ sayının artması ardıcıllığı
Aşağıdan yuxarı qalxdıqca növ sayı artır.
Bitkilərin orqanları
Bitki orqanizminin hər hansı bir funksiyasını yerinə yetirən hissəsinə orqan deyilir. Adətən orqan bir deyil, bir neçə funksiyanı yerinə yetirir. Bunlardan ancaq biri əsas funksiya hesab olunur.
Bİtkinin orqanları 2 qrupa bölünür:
1.Vegetativ(kök,gövdə,yarpaq)
2.Generativ (çiçək,meyvə ,toxum)
Təkamül nöqteyi nəzərindən bitkinin orqanlarının əmələ gəlmə ardıcıllığı
Monokarp bitki-ömründə bir dəfə çiçək açan bitkilərə deyilir.(aqava)
Plokarp bitki – ömründə bir neçə dəfə çiçək açan bitkilərə deyilir.
Fenologiya- bitki və heyvanların həyatında baş verən dəyişiklikləri öyrənən elmdir.
Efemer bitki- yaz vaxtı cəmi 1 həftə ömrü olan bitkilərə deyilir.
Bitkilərin əsas xüsusiyyətləri.
- Bitkilər adətən yaşıl rəngdə olur.Lakin yaşıl olmayan bitkilər də var.Məs-Latreya
- Bitkilər adətən avtortofdurlar,lakin heterortof(şehçiçəyi.milçəktutan və s) və parazit (latreya) növləri də var.
- Bitkilər fotonsintez nəticəsində təbiəti oksigenlə zənginləşdirir.
- Bitkilərdən dərman hazırlanır(40%)
- Bitkilərin vegetativ və generativ orqanları var.
- Bitkilər cinsi və qeyri yolla çoxalırlar.
Comments are closed, but trackbacks and pingbacks are open.