Ibtidai icma quruluşu kitab
Mağaranın ən qədim dövrə aid təbəqələrində ibtidai insanların istədikləri kobud daş alətlər tapılmışdır. Bu alətlər adi çay daşlarından hazırlanmışdır. İbtidai insanlar bu alətlərdən ovladıqları heyvanları kəsmək, doğramaq işlərində istifadə etmişlər.
Azerbaycanda ibtidai icma qurulusu.
Azərbaycan ərazisi dünyanın ən qədim mədəni ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şəraitə, zəngin flora və fauna aləminə, mülayim iqlimə malik olan Azərbaycan yer kürəsində ibtidai insanın formalaşdığı rayonlar sırasına daxildir.Aparılmış tədqiqatlarla müəyyən olunmuşdurk ki, hələ on iki milyon il əvvəl Azərbaycan ərazisində insanabənzər meymunlar yaşamışdır. 1939-cu ildə Qərbi Azərbaycanla Şərqi Gürcüstanın sərhədində Ceyrançöl və Eldar düzənliyinin mərkəzi hissəsində, Udabno adlı yerdə insanabənzər meymunun qalıqlarının. Həmin dövr geoloji bölgüdə üçüncü dövrlə uyğun gəlir. Beləliklə üçüncü geoloji dövrdə Zaqafqaziya, o cümlədən Azərbaycan ərazisində insanın təşəkkülü üçün əlverişli şərait olmuşdur. İnsanın təşəkkülü və formalaşması dördüncü geoloji dövrlə bağlıdır ki, bu dövrün də dörd milyon ildən artıq olması müəyyənləşdirilmişdir.
Bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi ibtidai icma quruluşu adlanır. İbtidai cəmiyyət başqa dövrlərə nisbətən uzun müddət davam etmişdir. İbtidai icma quruluşu ilk insanların yaranması ilə başlamış və uzun inkişaf yolu keçmişdir. İbtidai-icma quruluşunun inkişafı və dağılması hər bir ölkənin təbii-coğrafi şəraiti, təbii ehtiyatları və başqa amillərlə bağlı olmuşdur.
İbtidai-icma quruluşu şərti olaraq üç dövrə ayrılır: daş dövrü, tunc dövrü, dəmir dövrü.
Əlverişli təbii-coğrafi mühit olan yerlərdə (şirin su qaynaqlarının, bitki və heyvanlar aləmi zəngin olan, təbii mağaraların və sığıncaqların olduğu yerlər) qədim insanlar məskən salaraq həyat sürmüşlər. Azərbaycan belə ərazilərdən biri olmuşdur.
Dünyada ən qədim insan tiplərinin qalıqları Şərqi Afrikada (Keniya, Tanzaniya) tapılmışdur. Alimlər bu qalıqlara əsasən belə müəyyən etmişlər ki, ən qədim insanlar 2-3 milyon il bundan əvvəl yaşamışlar. Azərbaycanda isə ilk insanlar 1,5 milyon il bundan əvvəl yaşamışlar. Arxeoloqlar Azərbaycan ərazisində – Qarabağ (Azıx, Tağlar, Zar, Naxçıvan (Qazma), Qazax (Daşsalahlı, Damcılı), Lerikdə (Buzeyir) qədim insanların yaşadığı məskənləri öyrənmişlər.
Daş dövrü bir neçə mərhələdən ibarət olmuşdur. Qədim daş dövrü – paleolit, orta daş dövrü – mezolit, yeni daş dövrü – neolit, mis daş dövrü – eneolit adlanır.
İbtidai icma quruluşunun ilkin pilləsi olan Paleolit dövrü üç mərhələyə bölünür: Alt Paleolit, Orta Paleolit və Üst Paleolit. Alt Paleolit ilk insan tipinin yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Azərbaycan ərazisində alt paleolit mərhələsi Qarabağda Quruçay vadisində yerləşən Azıx mağarası əsasında öyrənilmişdir. Quruçay dərəsində ilk vaxtlar açıq düşərgələrdə yaşayan qədim insanlar iqlim şəraitinin dəyişməsi ilə bağlı yaxınlıqdakı Azıx mağarasına köçmüşlər. Alimlər müəyyən etmişlər ki, qədim insanlar Azıx mağarasına 1-1,2 milyon il əvvəl köçmüşlər. Bu qədim insanların yaratdığı mədəniyyət «Quruçay» mədəniyyəti adlanır.
Mağaranın ən qədim dövrə aid təbəqələrində ibtidai insanların istədikləri kobud daş alətlər tapılmışdır. Bu alətlər adi çay daşlarından hazırlanmışdır. İbtidai insanlar bu alətlərdən ovladıqları heyvanları kəsmək, doğramaq işlərində istifadə etmişlər.
Min illər keçdikcə ibtidai insanlar fiziki və əqli cəhətdən xeyli inkişaf etmişlər. Əmək alətləri təkmilləşdirilmişdir. İlk vaxtlar insanlar çox işlərə yarayan kobud əl çapacaqları, sonralar isə ərsin-qaşov, sıyırğac və s. daş alətlər hazırlamışlar.
…Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır. Heydər Əliyev
Azərbaycan ərazisi dünyanın ən qədim mədəni ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şəraitə, zəngin flora və fauna aləminə, mülayim iqlimə malik olan Azərbaycan yer kürəsində ibtidai insanın formalaşdığı rayonlar sırasına daxildir.Aparılmış tədqiqatlarla müəyyən olunmuşdurk ki, hələ on iki milyon il əvvəl Azərbaycan ərazisində insanabənzər meymunlar yaşamışdır. 1939-cu ildə Qərbi Azərbaycanla Şərqi Gürcüstanın sərhədində Ceyrançöl və Eldar düzənliyinin mərkəzi hissəsində, Udabno adlı yerdə insanabənzər meymunun qalıqlarının. Həmin dövr geoloji bölgüdə üçüncü dövrlə uyğun gəlir. Beləliklə üçüncü geoloji dövrdə Zaqafqaziya, o cümlədən Azərbaycan ərazisində insanın təşəkkülü üçün əlverişli şərait olmuşdur. İnsanın təşəkkülü və formalaşması dördüncü geoloji dövrlə bağlıdır ki, bu dövrün də dörd milyon ildən artıq olması müəyyənləşdirilmişdir.
Bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi ibtidai icma quruluşu adlanır. İbtidai cəmiyyət başqa dövrlərə nisbətən uzun müddət davam etmişdir. İbtidai icma quruluşu ilk insanların yaranması ilə başlamış və uzun inkişaf yolu keçmişdir. İbtidai-icma quruluşunun inkişafı və dağılması hər bir ölkənin təbii-coğrafi şəraiti, təbii ehtiyatları və başqa amillərlə bağlı olmuşdur.
İbtidai-icma quruluşu şərti olaraq üç dövrə ayrılır: daş dövrü, tunc dövrü, dəmir dövrü.
Əlverişli təbii-coğrafi mühit olan yerlərdə (şirin su qaynaqlarının, bitki və heyvanlar aləmi zəngin olan, təbii mağaraların və sığıncaqların olduğu yerlər) qədim insanlar məskən salaraq həyat sürmüşlər. Azərbaycan belə ərazilərdən biri olmuşdur.
Dünyada ən qədim insan tiplərinin qalıqları Şərqi Afrikada (Keniya, Tanzaniya) tapılmışdur. Alimlər bu qalıqlara əsasən belə müəyyən etmişlər ki, ən qədim insanlar 2-3 milyon il bundan əvvəl yaşamışlar. Azərbaycanda isə ilk insanlar 1,5 milyon il bundan əvvəl yaşamışlar. Arxeoloqlar Azərbaycan ərazisində – Qarabağ (Azıx, Tağlar, Zar, Naxçıvan (Qazma), Qazax (Daşsalahlı, Damcılı), Lerikdə (Buzeyir) qədim insanların yaşadığı məskənləri öyrənmişlər.
Daş dövrü bir neçə mərhələdən ibarət olmuşdur. Qədim daş dövrü – paleolit, orta daş dövrü – mezolit, yeni daş dövrü – neolit, mis daş dövrü – eneolit adlanır.
İbtidai icma quruluşunun ilkin pilləsi olan Paleolit dövrü üç mərhələyə bölünür: Alt Paleolit, Orta Paleolit və Üst Paleolit. Alt Paleolit ilk insan tipinin yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Azərbaycan ərazisində alt paleolit mərhələsi Qarabağda Quruçay vadisində yerləşən Azıx mağarası əsasında öyrənilmişdir. Quruçay dərəsində ilk vaxtlar açıq düşərgələrdə yaşayan qədim insanlar iqlim şəraitinin dəyişməsi ilə bağlı yaxınlıqdakı Azıx mağarasına köçmüşlər. Alimlər müəyyən etmişlər ki, qədim insanlar Azıx mağarasına 1-1,2 milyon il əvvəl köçmüşlər. Bu qədim insanların yaratdığı mədəniyyət «Quruçay» mədəniyyəti adlanır.
Mağaranın ən qədim dövrə aid təbəqələrində ibtidai insanların istədikləri kobud daş alətlər tapılmışdır. Bu alətlər adi çay daşlarından hazırlanmışdır. İbtidai insanlar bu alətlərdən ovladıqları heyvanları kəsmək, doğramaq işlərində istifadə etmişlər.
Min illər keçdikcə ibtidai insanlar fiziki və əqli cəhətdən xeyli inkişaf etmişlər. Əmək alətləri təkmilləşdirilmişdir. İlk vaxtlar insanlar çox işlərə yarayan kobud əl çapacaqları, sonralar isə ərsin-qaşov, sıyırğac və s. daş alətlər hazırlamışlar. Belə müxtəlif növ alətlər Azıx mağarasının alt təbəqələrindən tapılmışdır. Mağaradan əmək alətləri i ilə yanaşı, nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də tapılmışdır. Ov ilk vaxtlar sadə üsullarla edilirdi. İbtidai insanlar, əsasən, xırda heyvanları və iri heyvanların balalarını ovlayırdılar. Onlar, ovçuluqla yanaşı, yeməli yabanı bitkiləri və giləmeyvələri də yığırdılar. İnsanlar təbiətin hazır məhsullarını mənimsəyirdilər.
İbtidai insanlar kiçik qruplar, dəstələr halında yaşayırdılar. Belə kiçik kollektivlər ibtidai insan «sürüsü» və ya ulu icma adlanır. Ulu icma kortəbii şəkildə, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır. Belə kollektivlər daimi deyildi. Onlar tez-tez dağılır, sonra yeniləri yaranırdı. Ulu icma ibtidai icma quruluşunun ilk pilləsində meydana gəlmiş və qədilə icması formalaşanadək davam etmişdi.
Azıx mağarasında aşkar olunmuş ən qədim ocaq qalığının 700 min ilə yaxın yaşı var.
Oddan istifadə qədim insanların oddan istifadə etməsi onların həyatında çox mühüm hadisə olmuşdur. İlk vaxtlar ildırım çaxması və ya üzvi maddələrin öz-özünə yanması nəticəsində əmələ gəlmiş təbii oddan istifadə edilmişdir. Sonralar insanlar quru ağac parçalarını, çaxmaqdaşını bir-birinə vurmaqla od əldə etməyi öyrənmişlər. Od, ocaq insanların həyatında böyük rol oynamışdır. Ocaqdan isinmək, yemək hazırlamaq və vəhşi heyvanlardan qorunmaq üçün istifadə olunurdu.
Azıx mağarasında 1968-ci ildə ibtidai insanın alt çənə sümüyünün qalığı tapılmışdır. Bu, dünyada ən qədim belə tapıntılardan biri – dördüncüsüdür. Antropoloqlar həmin ibtidai insanı Azıxantrop, yəni «Azıx adamı» adlandırmışdır. Azıxantroplar 350-400 min il bundan əvvəl yaşamışlar. Azıx çənə sümüyü Azərbaycanın qədim insanının formalaşdığı ərazilərdən biri olduğunu sübut edir.
Azıx mağarasında tikili qalığının tapılması qədim insanların tədricən tikinti vərdişlərinə də yiyələnməsini göstərir. Zaman keçdikcə Azıx adamları tədricən ətraf mühiti dərk etmiş, ibtidai dini təsəvvürlər yaranmış və onlar sadə incəsənətlə məşğul olmuşlar. Azıx mağarasında tapılmış ayı kəllələrindən bəzilərinin üzərində müəyyən işarələr cızılmışdır. Bu, sadə dini ayinlərin və totemlərin (heyvanların inam) yaranması ilə bağlıdır. 4
Alt Paleolit dövrünün sonunda əmək alətlərinin yeni növləri meydana gəlmişdir. Alətlər daha çox çaxmaqdaşından, bazalt və obsidiandan (vulkanik şüşə-dəvəgözü) hazırlanmırdı. Çünki insanlar onları asanlıqlaqəlpələyir və ucu iti, dişli-kəzli, oymalı kəsici alətlər hazırlayırdılar.
Orta Paleolit təxminən 100 min il bundan əvvəl başlanmış, e.ə. 40-cı minilliyə qədər davam etmişdir. Bu dövr Mustye mədəniyyəti (Mustye-Fransada yer adıdır. Bu dövrdə insanların fiziki və zehni inkişafı səviyyəsi artmış, əmək alətləri və əmək vərdişləri təkmilləşdirilmişdi.
Orta Paleolit dövründə yeni insan tipi yaranmışdır. Həmin insanlar neandertal adamı adlanır (Neandertal – Almaniyada yer adıdır. Burada ibtidai insanın kəllə sümüyü tapılmışdır). Onlar əsasən ovçuluqla – Qafqaz maralı, mağara ayısı, boz ayı, tur, dağkeçisi, vəhşi at (gur) və s. ovlamaqla, həmçinin yem toplamaqla (yığıcılıqla) məşğul olmuşlar.
Azərbaycanda bu dövr Azıx mağarasının müəyyən təbəqəsi, Tağlar, Daşsalahlı, Qazma, Zar, Qəbirdərə, Çaxmaqlı, Marallı kimi yaşayış düşərgələri əsasında öyrənilmişdi.
Orta Paleolit dövründə qədim insanların ətraf mühitə münasibətində, dini görüşlərində dəyişikliklər yaranmışdır.
Axirət dünyasına inam ilk dəfə bu dövrdə yaranmışdı. Ovsun, heyvanlara (totemlərə), təbiət qüvvələrinə inamla bağlı dini təsəvvür formaları meydana gəlmişdir.
Orta Paleolit dövründən başlayaraq ulu icma yavaş-yavaş sıradan çıxmış, qəbilə icması yaranmağa başlamışdır.
2. QƏBİLƏ İCMASININ MEYDANA GƏLMƏSİ
Üst paleolit. Ağıllı insan. Paleolitin son mərhələsi üst paleolitdir. Üst paleolit təxminən 40 min il bundan əvvəl başlanmış, e.ə. 12-ci minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda çoxsaylı dəyişikliklər baş vermişdir.
Azərbaycanın bir sıra bölgələrində Üst Paleolit dövrünün mağara düşərgələri öyrənilmişdir. İbtidai insanlar bu mağaralarda yaşamış və özlərini təbiətin təhlükəli hadisələrindən və vəhşi heyvanların hücumlarından qorumuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrinin Paleolit düşərgələrində daha çox rast gəlinmişdir.
Üst Paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayısının və s. nəsli kəsilmişdir. İnsanlar Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi vəs. ovlamışlar. İnsanların istifadə etdikləri uclu qaşovlar, biz, dairəvi, yarımdairəvi və uzun qaşovlar, gəzli (yəni kənara dişəkli) və üçbucaq əmək alətləri geniş yayılmışdır.
Üst Paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın («Homo Sapiyens») yaranması başa çatmışdı. İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır. Təfəkkür və nitq inkişaf tapmışdır. İbtidai cəmiyyətin bu mərhələsində ilk vaxtlar insanlar bir-birini adi hərəkətlərlə (kinetik dillə-əl, dodaq hərəkətləri və s. hərəkətlərlə) başa çalırdılar. Lakin onlar bu üsulla uzaq məsafədə və qaranlıqda ünsiyyət yarada bilmirdilər. Əmək fəaliyətinin artması şüurun, düşüncənin inkişafı tədricən səsli nitqin yaranmasına səbəb olmuşdu.
Səsli nitq ilk vaxtlar ibtidai insanların yaratdığı və tələffüz etdiyi ilk sözlərdən, 5
təsərrüfat həyatı ilə bağlı tək-tək sadə ifadələrdən ibarət olmuşdur.
Tədricən ayrı-ayrı ifadələrin birləşməsindən (iki-üç və s. sözdən) nisbətən mürəkkəb fikri ifadə edən səsli nitq – danışıq ünsiyyət vasitəsi yaranmışdır. Bu dövrdə ulu icma nəsli-qəbilə icması ilə əvəz olunmuşdur. Nəsli-qəbilə icmasının əsasını qan qohumluğu ilə bağlı olan insanların birliyi təşkil edirdi. Belə quruluş nəsli-qəbilə quruluşu adlanır.
Nəsil qəbilə dövründə insanlar ana xətti ilə qohumluq əsasında birləşmişdilər. Qəbilənin həyatında qadın mühüm rol oynayırdı. Uşaqların qayğısına qalmaq, giləmeyvə və yabanı bitkilər toplamaq, odu qoruyub saxlamaq, yemək hazırlamaq və s. qadınların işi idi. Buna görə də nəsli qəbilə icması ana xaqanlığı (matriarxat) adlanır.
Mezilit dövrü. Ox və kamanın kəşfi. Mezolit – Orta Daş dövrü Azərbaycan ərazisində e.ə. 12-ci minillikdən e.ə. 8-ci minilliyə qədər bir dövrü əhatə edir.
Mezolit dövründə yaşayış üçün daha əlverişli iqlim şəraiti olmuşdur. Qəbilələr halında birləşmiş insanların həyatında, dünyagörüşündə, ətraf aləmə münasibətlərində xeyli dəyişikliklər baş vermişdir. Yeni əmək alətləri yaratmış insanlar əsasən ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olmuşlar.
Mezolit dövründə ox və kaman ixtira edilmimşdir. Bu silahın köməyi ilə insanlar heyvanları daha uzaq məsafədən ovlaya bilirdilər. Onlar qida ehtiyatını artırmağa nail olmuş və tədricən heyvanları əhliləşdirməyə başlamışlar. İlk vaxtlar heyvanların balalarını qida ehtiyatı kimi saxlayırdılar. Beləliklə, ibtidai maldarlığın əsası qoyulurdu. Lakin heyvanların əhliləşdirilməsi çox uzun dövr ərzində mümkün olmuşdur.
Mezolit dövründə ilk əkinçilik vərdişləri də yaranırdı. Ət ehtiyatının artması insanların ərzağa olan tələbatını qismən ödədiyinə. görə, toplanmış yabanı bitki toxumlarının da bir hissəsini ehtiyat üçün saxlayırdılar. Bu isə ibtidai əkinçiliyin meydana gəlməsinə şərait yaradırdı. Toxumun yerə tökülərək yenidən cücərdiyini müşahidə edən insanlar onu təkrar edərək yenidən məhsul əldə edirdilər.
Beləliklə, Mezolit dövründə mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdu. Lakin istehsal təsərrüfatının formalaşması bir qədər gec – Yeni Daş dövründə başa çatmışdır.
Azərbaycanda Mezolit dövrü əhalisinin yaşayışı, məşğuliyyəti Qobustan abidələri («öküzlər», «Ana Zağa», «Firuz» və s.) əsasında öyrənilmişdir. Burada insanlar təxminən e.ə. 12-ci minillikdən yaşamışlar. Qobustanda insanlar ovçuluq, balıqçılıq və yığıcılıqla, zaman keçdikcəisə maldarlıq və əkinçiliklə məşğul olmuşlar. Qədim Qobustanlılar mikrolif (kiçik ölçülü) lövhələrdən iti uclu, gəzli, bıçaqvari, qaşov tipli kəsici alətlər hazırlamışlar. Alətlərin çoxusu həndəsi formalıdır (üçbucaqlı, dördbucaqlı və s.). Sümükdən biz, ox ucu, balıq torunun toxunulmasında istifadə olunan alətlər hazırlamışlar.
Mezolit dövründə ibtidai incəsənət xeyli inkişaf etmişdir. Qobustan qayaları üzərində həkk olunmuş qayaüstü rəsmlər ibtidai insanların dini görüşlərini, ətraf aləmə münasibətlərini əks etdirir. O dövrün bitki və heyvanat aləmi haqqında məlumat verir. Bu rəsmlər əsasında mezolit dövrü insanlarının ovsun-totem (heyvanlara inam) inamlarını, dini ayinləri ilə tanış olmaq mümkündür.
Mezolit dövründə insanlar azirət dünyasına inanmış, dəfn zamanı ölülərin yanına əmək alətləri, bəzək əşyaları qoymuşlar. Qobustanda «Firuz» düşərgəsindəki qəbirlərindən belə əşyalar tapılmışdır. 6
3. İstehsal təsərrüfatının yaranması. Mezolit, neolit və eneolit dövrü
Eramızdan əvvəl VIII-VII minillikləri əhatə edən yeni daş dövrü – Neolit dövrü adlanır. Bu dövrdə insanlar daha hər şeyi təbiətdən hazır şəkildə almır, özləri yenisini istehsal edirdilər. Yəni insanlar təbiətdən asılılıqdan azad olmuş, özlərinə lazım olan məhsulların istehsalına başlamışlar. İnsanların məşğuliyyət sahələri içərisində maldarlıq və əkinçilik əsas yer tuturdu. Azərbaycanda bu iki təsərrüfat sahəsinin inkişafı üçün hər cür şərait var idi.
Neolit dövründə insanlar saxsı qablar hazırlamış, daş alətləri cilalamağı və deşməyi öyrənmiş, toxuculuqla məşğul olmuşlar.
İbtidai icma quruluşunun dağılması
Tunc dövründə əmək alətlərinin təkmilləşməsi və əmək məhsuldarlığın artması nəticəsində ayrılıqda götürülmüş bir ailə müstəqil təsərrüfat qurub, özünü dolandırmaq imkanı əldə etdi. Böyük icma təsərrüfatı xırda ailə təsərrüfatlarına parçalandı. Qəbilə icması qonşuluq icması ilə əvəz olundu. Qonşuluq icmasında torpaq, meşə, otlaq və su hövzələri qəbilədəki kimi hamıya məxsus olsa da, əkin sahələri,əmək alətləri, mal-qara və digər əmək məhsulları indi qəbilədən fərqli olaraq ayrı-ayrı ailələrin ixtiyarında idi. Nüfuzlu ağsaqqallar və tayfa başçıları ən yaxşı torpaqları ələ keçirir, icma üzvlərindən pay almaqla varlanırdılar. Xüsusi mülkiyyətin, əmlak və sosial bərabərsizliyin yaranması, və nəhayət istismarın meydana gəlməsi ilə icma daxilində ziddiyyətlər kəskinləşdi. ibtidai icma quruluşu dağıldı.
Tez və asan yolla varlanmaq hərisliyi qarətçi yürüşlərin artmasına səbəb oldu. Döyüş üsulları təkmilləşdi,döyüşçü dəstələrin sayı artdı. Bu dəstələrin köməyi ilə ətraf əraziləri tabe edən keçmiş tayfa başçıları, qeyri məhdud hakimiyyətə malik hökmdarlara çevrilirdilər. Ilk dövlət qurulmaları və dövlətlər Misirdə və Ön Asiyada belə yarandı. Azərbaycanın cənubunda ibtidai icma quruluşu şimalına nisbətən tez dağıldı . bu ilk növbədə həmin ərazinin Ön Asiyanın qədim mədəniyyət mərkəzləri ilə sıx əlaqədə olması və əlverişli təbii coğrafi şəraiti ilə bağlı idi.
- 1968 – ci il – azıx mağarasında yaşamış qədim insanın alt çənə sümüyü tapılmışdır.
- 2-1.5 mln – alt paleolit mövcud olmuşdur. insan heyvanlar aləmində ayrılmış, sadə əmək alətləri düzəltməyi öyrənmişdir. Bacarıqlı insan yaranmışdır. Təbii addan istifadə etmişdir. Mənimsəmə təsərrüfatı (yığıcılıq, ovçuluq ) yaranmışdır. Totemlərə inam meydana gəlmişdir. insan ilk tikinti vərdişlərinə yiyələnmişdir. ilk insan kollektivi – ulu icma (insan sürüsü) yaranmışdır.
- 100 -40 – orta paleolit (mustye dövrü) mövcud olmuşdur. Buzlaşma başlanmışdır. insan süni yolla ad əldə etməyi, tələ qurma və ürkütmə yolu ilə ov etməyi, alaçıqlar qurmağı və dəridən paltar tikməyi öyrənmişdir. neandertal insan tipi yaranmışdır. insanlar daha geniş əraziyə Qarabağ, Qazax və Naxçıvana yayılmışlar. Axirət dünyasına inam və ovsunçuluq meydana gəlmişdir.
- 40 – üst paleolit mövcud olmuşdur. Ağıllı insan (homo sapiyens) yaranmışdır. ibtidai incəsənət meydana gəlmişdir. ulu icmanı Qəbilə icması əvəz etmişdir. Ana xaqanlığı dövrü başlanmışdır. iqlim mülayimləşmiş, nəhəng maralın və mağara ayısının nəsli kəsilmişdir.
- orta daş dövrü (mezolit) mövcud olmuşdur. Buzlaşma başa çatmışdır. Ox və kaman, daş balta, balıq ovlamaq üçün qarpın düzəldilmişdir. Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin başlanğıcı qoyuldu. Heyvanların əhilləşdirilməsinə başlandı. ilkin əkinçilik vərdişləri və dəfn zamanı ölülərin yanına əşya qoyulması adəti meydana qəldi.
- neolit dövrü mövcud olmuşdur. insanlar daşı cilalamağı və deşməyi öyrənmişlər. istehsal təsərrüfatı yaranmışdır. Toxa. əkinçiliyi, maldarlıq, toxuculuq meydana gəlmiş, qadınlar ilk saxsı qabları hazırlamağı öyrənmişlər. Oturaq həyata keçilmişdir. Daş dövrü başa çatmışdır.
- eneolit dövrü mövcud olmuşdur. insan ilk dəfə metal (mis) emal etməyə başlamışdır. icmanın həyatında ağsaqqallar şurasının rolu artmışdır. Qoşa nikaha əsaslanan ailələr yaranmışdır. Dəfn zamanı ölüyə həyat vermək üçün üzərinə qırmızı rəng çəkir və ya oxra səpirdilər.
- – Erkən tunc dövrü mövcud olmuşdur. Kür-araz mədəniyyəti yaranmışdır. insan tuncdan alətlər düzəltməyi öyrənmişdir. xış əkinçiliyi yaranmışdır.
Kurqan qəbirləri-əski türkcədən tərcümədə təpə qəbirlər deməkdir.bu qəbirlərdə əvvəllər əmlak vəziyyətindən asılı olmayaraq, eyni qəbilədən olan bütün insanlar dəfn olunurdu. Sonralar əmlak və sosial bərabərsizlik dərinləşdikcə tayfanın nüfuzlu adamlarının ayrıca dəfn olunduğu kurqan qəbirləri meydana gəldi. (şəkli, en kəsiyi) son tunc erkən dəmir dövründə kurqan qəbirləri geniş yayılmışdı.
Siklopik tikililər-siklop qədim yunan əsatirlərində qeyri-adi gücə malik təpəgözlərə deyilirdi. Rəvayətə görə onlar, dünyanın bir sıra yerlərində, o cümlədən Azərbaycanda iri və yonulmamış qaya parçalarını bir-birinin üzərinə goymagla galalar tikmişlər. Belə tikililərə Mərkəzi və Cənubi Amerikada, İtaliyada, Krımda, Azərbaycanda (Tovuz, Şəmkir, Gədəbəy və s.), Sibirdə rast gəlinir. (Şəkli “istoria” Mikena, ASE, Təvəkkül müəllim).
Dövlət gurumu – dövlətin erkən forması.Əlamətləri:
1) dəgig sərhədləri və formalaşmış idarəetmə sistemi olmur
2) idarəetmə hökmdar fərmanları və yazılı ganunlar əsasında deyil, daha çox adətlər əsasında həyata keçirilir.
3) Hökmdarın hakimiyyəti geyri məhdud və irsi xarakter daşımır, bir çox hallarda xalg yığıncağı və ya ağsaggallar şurası tərəfindən məhdudlaşdırılır.
Həmçinin bax:
İbtidai icma dövrünün xronologiyası
2-3 mln. i.ə. – Şərgi Afrikada (Keniya və Tanzaniyada) ən gədim insanlar yaşamışlar.
2-1,5 mln. i.ə. – İbtidai icma cəmiyyəti mövcud olmuşdur
2-1,5 mln. i.ə. – Daş dövrü mövcud olmuşdur.
2-1,5 mln i.ə – paleolit dövrü
700 min il i.ə –Azıxdan tapılmış ocağın yaşı bundan əvvəl
350-400 min i.ə –Azıxantroplar yaşamışlar
Ana xaqanlığı (matriarxat) –qadının həyatında mühüm rol oynadığı dövr 40 min il bundan başlamış e.ə IV minilliyin sonlarınadək (təqribən 37 min il) mövcud olmuşdur. Bu dövrdə qadınlar uşaqlara baxır, qocaların qayğısına qalır, yem toplayır, odu qoruyurdular.
Mikrolitlər (yun. Mikro-kiçik, litos-daş) –iqlim dəyişdikdən sonra iri heyvanlar kiçik və sürətli heyvanlarla əvəz olundu. Alətlər də dəyişdi. iri, kobud daş alətləri kiçik ölçülü daş və sümük alətlər əvəz etdi (şəkli)
istehsal təsərrüfatı –insan həyatı üçün zəruri olan məhsulların insanın özü tərəfindən yaradıldığı yaşayış formasıdır. istehsal təsərrüfatına əkinçilik, maldarlı, saxsı qabların düzəldilməsi (dulusçuluq), toxuculuq daxildir.
Toxa –yer şumlamaq üçün istifadə olunan ibtidai əkinçilik aləti. əvvəllər daşdan, sümükdən və ağacdan, daha sonralar isə dəmirdən düzəldilmişdir. (şəkli)
Vəl –biçindən sonra dəni sünbüldən ayırmaq üçün istifadə olunan əkinçilik aləti (şəkli)
icma ağsaqqalları şurası –bir neçə nəslin (qəbilənin) birliyindən yaranmış tayfanı idarə edən səlahiyyətli orqan. Ov yerlərini, otlaqları, suyu və s. Qəbilələr arasında bölüşdürür, nəsillər arasında mübahisələri həll edirdi.
Tayfa –1)eyni dildə danışan 2)eyni ərazidə yaşayan və 3)ümumi adətləri olan bir neçə nəslin (qəbilənin) birliyidir.
məs: ata nəsli ilə ana nəslinin birliyi sizin tayfanı təşkil edir.
ata xaqanlıq (patriarxat) –icma həyatında kişilərin mühüm rol oynadığı dövr. Ana xaqanlığından sonra, e.ə IV minilliyin sonlarında yaranmışdır. Ağır zəhmət və fiziki güc tələb edən xış əkinçiliyinin yaranması, köçəri (yaylaq-qışlaq) maldarlığın meydana gəlməsi, həmçinin tayfalar arası toqquşmaların başlanması ictimai həyatda kişilərin nüfuzunun artmasına təsir etmişdi.
Xış – dartı qüvvəsinin köməyi ilə torpağı şumlamaq üçün istifadə olunan qədim əkinçilik alətidir. Toxa ilə müqayisədə daha məhsuldardır. Azərbaycanda eşə IV minillikdən məlumdur
Qonşuluq icması –qəbilə icmasının dağılması nəticəsində yaranmışdır. Xışın ixtirası əmək məhsuldarlığını artırmış, hər bir ailə müstəqil təsərrüfat qurub, özünü təmin edəcək qədər məhsul istehsal etməyə başlamışdır. Böyük icma təsərrüfatı kiçik ailə təsərrüfatlarına parçalanmış. əmlak və sosial bərabərsizlik yaranmışdır. Nəticədə icma üzvləri arasındakı münasibətlərdə əvvəlki qohumluq əlaqələri deyil, işgüzar qonşuluq münasibətləri ön plana keçmişdir.
- Teqlər:
- ibtidai icma dövrü
Comments are closed, but trackbacks and pingbacks are open.