Press "Enter" to skip to content

Ibtidai sinif bazasına azrbaycan dili testlr doc

2023-03-03 16:12:00

İbtidai siniflərdə inkişafetdirici təlimin təşkili

Təlim və inkişaf pedaqoji psixologiyanın aktual problemidir. Psixologiya və pedaqogika tarixində bu barədə təsəvvürlər hələ qədim zamanlarda formalaşsa da təlim və inkişaf bir önəmli problem kimi XX yüzillikdə meydana çıxmış və öyrənilməyə başlanılmışdır. İnkişafetdirici təlim prinsipi pedaqoji psixologiyada və pedaqogikada 80-ci illərdə bərqərar olmuşdur. İnkişaf çoxcəhətli anlamdır və şagirdin psixi həyatının bütün sahələrini əhatə edir. Təlim-tərbiyə prosesində məktəblilərin psixi inkişafının başlıca istiqamətlərini təhlil edəndə, ilk növbədə, biliklərin, onların tətbiqi mexanizmlərinin və şəxsiyyətin ümumi xassələrinin inkişafı şəraitini ayırd edirlər.
Şəxsiyyətin inkişafı təlim prosesinin nüvəsini təşkil edir. Sözün geniş mənasında inkişafetdirici təlim şəxsiyyətin formalaşmasını nəzərdə tutur və onu təlimin başlıca problemi kimi mənalandırır. Dərsin kompozisiyası, strukturu bilavasitə təlim məqsədləri ilə şərtlənir. Təlim məqsədləri anlamı öz mahiyyətinə görə həmişə dövrün pedaqoji təfəkkürünün meyarlarını əks etdirir.
Vaxtilə təlim məqsədləri sırf təhsil məqsədi kimi dərk olunurdu və mənalandırılırdı. Məktəbin tərbiyəedici funksiyası artdıqca təlim məqsədlərində təhsil meyarı ilə birlikdə tərbiyə meyarı da əmələ gəldi. İnkişafetdirici təlim prinsipi axarında isə inkişafetdirici təlim məqsədi formalaşdı. “Təlim müəllimin rəhbərliyi ilə şagirdlərin müəyyən bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi və bu zaman onların inkişaf etdirilməsi və tərbiyə olunması prosesidir”.
İbtidai təhsil mərhələsində təlimin – təhsil, inkişaf və tərbiyə meyarlarının vəhdətdə açıqlanması yeni pedaqoji təfəkkürün uğurlarını əks etdirir və psixologiyanın uğurlarına söykənir. Əvvəlki dövrlərdən fərqli olaraq müasir dövrdə təlim məqsədləri artıq yeni pedaqoji təfəkkürün iki əsas prinsipi: inkişafetdirici və tərbiyəedici təlim prinsipləri əsasında mənalandırılır.
Təhsil məqsədi ilə inkişafetdirici və tərbiyəedici təlim məqsədləri arasında ikitərəfli asılılıq vardır. Bir tərəfdən təhsilin inkişafetdirici və tərbiyəetdirici məqsədləri təhsil məqsədi vasitəsilə həyata keçirilir. Müəllim şagirdləri sadəcə olaraq öyrətmir, onları öyrədə – öyrədə inkişaf etdirir və tərbiyə edir. Digər tərəfdən, şagirdlər inkişaf etdikcə və tərbiyə olunduqca onların təhsil məqsədlərinə (dərsə, müəllimə, özlərinə) münasibətləri dəyişir. Təhsilin humanistləşdirilməsinin başlıca istiqamətlərindən biri məhz bu qaynaqlarla bağlıdır.
İbtidai təhsildə inkişafetdirici və tərbiyəedici təlim məqsədləri bir-birindən ayrılmazdır. Müəllim onları ayrı-ayrılıqda deyil, vəhdətdə həyata keçirir. Təlim məqsədləri dedikdə təhsilin məzmun tərəfi – öyrəniləcək bilik, bacarıq və vərdişlər nəzərdə tutulur.
İnkişafetdirici təlim məqsədi bilavasitə əqli inkişaf ölçüləri ilə araşdırılır. İdrak prosesini, ilk növbədə, təfəkkür və təxəyyülün inkişafı, fikri əməliyyatların (tədris əməliyyatlarının) və intellektual (tədris əməyi) bacarıqların formalaşması inkişafetdirici təlim məqsədinin əsas yönümünü müəyyən edir.
Təlimin tərbiyəedici məqsədi isə şagirdin bir şəxsiyyət kimi formalaşmasını nəzərdə tutur. Psixoloji tədqiqatlar göstərir ki, məktəb şagirdləri inkişaf etdirmədən təhsil məqsədlərini həyata keçirə bilməz. Şagirdin psixi inkişafı təlimin həm nəticəsi, həm də başlıca şərtidir. Təlim və inkişaf problemini bu müstəvidə araşdıranda, o, mahiyyətcə təlim və əqli inkişaf problemi kimi meydana çıxır.
İnkişafetdirici təlim prinsipi şagirdlərin əqli inkişafına xüsusi əhəmiyyət verir və onu şəxsiyyətin formalaşması ilə qarşılıqlı əlaqədə araşdırır. L.N.Tolstoy vaxtı ilə deyirdi: “Biliyi yaddaşa görə deyil, mühakiməyə görə qiymətləndirmək lazımdır”.
Onun fikrincə, “Bilik ancaq o zaman bilik olur ki, hafizə ilə deyil, fikrin öz səyilə mənimsənilir”.
T. Edison isə deyirdi: “Sivilizasiyanın başlıca məqsədi – insana fikirləşməyi öyrətməkdir”.
Dünyanın bütün sənətçiləri, elm və texnika korifeyləri zamanı qabaqlayan bu bənzərsiz sözləri nə qədər gur səslə söyləsələr də, onlar vaxtında eşidilməyib. Bu psixoloji və pedaqoji həqiqətlərin elliklə dərk olunması üçün, görünür, tarixi şərait yaranmalı idi. İndi cəsarətlə demək olar ki, həmin tarixi şərait iki əsrin qovşağında yaranmışdır. P.P.Blonskinin “Hafizə və təfəkkür”, “Məktəblilərin təfəkkürünün inkişafı” əsərlərində əqli inkişaf problemi müxtəlif yönümlərdə təhlil olunurdu. O göstərirdi ki, təlim materialını ancaq öz hafizəsinə arxayınlaşan uşaqlar deyil, özünü yoxlamağı, materialı dəqiq, sürətlə anlamağı bacaran şagirdlər yaxşı mənimsəyirlər. Onun fikrincə, uşaqların əqli inkişafında təfəkkür həlledici rol oynayır.
L.S.Vıqotski isə təlimi inkişafın başlıca şərti sayırdı. O, inkişafın iki sahəsini və ya səviyyəsini fərqləndirirdi.
1-ci səviyyədə: aktual inkişaf sahəsində şagird nisbətən asan tapşırıqları yaşlıların (və ya uşaqların) köməyi olmadan, müstəqil surətdə yerinə yetirir.
2-ci səviyyədə: yaxın inkişaf sahəsində isə tədricən daha çətin tapşırıqları yaşlıların (ilk növbədə müəllimlərin) rəhbərliyi ilə yerinə yetirməyi öyrənir.
İki səviyyənin qarşılıqlı əlaqəsi dialektik qanunauyğunluqlarla şərtlənir. Şagird elə ki, əvvəllər (aktual inkişaf sahəsində) həll edə bilmədiyi tapşırıqları həll etməyə başlayır, aktual inkişaf sahəsi yaxın inkişaf sahəsi ilə əvəz olunur, müəyyən bir mərhələdə isə yaxın inkişaf sahəsinin özü aktual inkişaf sahəsinə çevrilir və özünəməxsus xüsusiyyətlərlə seçilən yeni yaxın inkişaf sahəsi əmələ gəlir. Yaxın inkişaf sahəsinin rüşeymləri aktual inkişaf sahəsində formalaşır.
Görkəmli psixoloqun qəti inamına görə, təlim sözün əsl mənasında o zaman təlim olur ki, inkişafdan “irəlidə gedir” və şagirdin əqli inkişafı üçün şərait yaradır. Vıqotski 2-ci səviyyənin roluna böyük əhəmiyyət verirdi. O göstərirdi ki, intellektual testləri yaxın inkişaf sahəsini deyil, məhz aktual inkişaf sahəsini nəzərdə tutur.
Halbuki, şagirdin əqli inkişafının xüsusiyyətlərini məhz 2-ci səviyyənin xüsusiyyətləri ilə səciyyələndirmək olar.
Şagirdlər yeni informasiyanı idrak prosesləri vasitəsi ilə mənimsəyirlər. Anlama bu prosesdə mühüm yer tutur. Müəllimlər şagirdlərin təfəkkürünü aktivləşdirmək, hətta onu inkişaf etdirmək istəyəndə belə, nəyin bahasına olursa-olsun, onların ancaq dərs materialını anlamasına çalışırlar. Öz-özlüyündə bu xeyirxah məqsəddir. Lakin şagirdlərdə təfəkkürün inkişaf etdirilməsi kimi önəmli bir vəzifəni təkcə anlama ilə məhdudlaşdırmaq meylini C.Gilford, ilk baxışda nə qədər təəccüblü görünsə də, düzgün saymırdı.
Anlama əslində qavrayış prosesidir. İnsanın qavrayışı təfəkkürlə, əşyanın mahiyyətini anlamaqla bağlıdır. Şagirdləri əqli cəhətdən inkişaf etdirmək üçün, ilk növbədə, onlarda təfəkkürü inkişaf etdirmək lazımdır.
Şagirdin inkişaf etdirilməsi təhsilin humanistləşdirilməsinin başlıca meyarı sayılır və sayılmalıdır. Əgər şagird inkişaf etmirsə, ona nə qədər humanistcəsinə yanaşırsan-yanaş, faydasızdır.
Müəllim-şagird münasibətlərinin humanistləşdirilməsi şagirdin bir şəxsiyyət kimi inkişaf etdirilməsinin başlıca şərtidir. Müəllim “müəllim-şagird” münasibətlərinin sadəcə olaraq iştirakçısı deyil, peşə səriştəsinə və həyat təcrübəsinə görə onların təşkilatçısıdır.
O, sinifdə hər bir şagirdin özünü aktuallaşdırmasına imkan verən qarşılıqlı etimad və canlı ünsiyyət mühiti yaratmalıdır.
İnkişafetdirici təlim konsepsiyası ibtidai siniflərdə geniş tətbiq olunub və olunur. Bu kontekstdə tədris fəaliyyətinin strukturu ilə tanış olaq:
* Tədris fəaliyyəti tədris tapşırıqlarının həllindən başlayır. Şagirdlər bu situasiyada bütün xüsusi və konkret variantları nəzərə almaqla tədris tapşırıqlarının ümumi həll üsullarının məzmunu ilə tanış olurlar. Müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnirlər.
* Tədris tapşırıqlarını həll etmək üçün zəruri tədris əməliyyatlarına yiyələnirlər.
* İcra etdikləri tədris əməliyyatlarını və onların nəticələrini öz fəaliyyətinin məqsədi ilə tutuşdurur, öz səhvlərini müəyyən edir və aradan qaldırırlar.
* Öz fəaliyyətlərinin ümumi (son) nəticəsini qiymətləndirirlər. Tədris fəaliyyəti konsepsiyası tədris fəaliyyətinin strukturunda aşağıdakıları fərqləndirir:
1. Tədris situasiyası (və ya tapşırıqları)
2. Tədris əməliyyatları
3. Nəzarət
4. Qiymət
İndi də onları dərsin üçtərkibli (təhsil, inkişaf və tərbiyə) məqsədi axarında qiymətləndirək.
Müəllim dərsin təhsil məqsədini tədris situasiyası kontekstində həyata keçirir. Həm tədris situasiyası, həm də nəzarət və qiymətləndirmə prosesləri tərbiyə məqsədinin həyata keçirilməsi nöqteyi-nəzərindən xüsusi əhəmiyyətə malikdir. Dərsin inkişafetdirici məqsədinin bilavasitə həyata keçirilməsi üçün isə tədris fəaliyyətinin strukturunda xüsusi vəsilə nəzərdə tutulur. İdrak proseslərinin inkişaf etdirilməsi bu vəsilənin başlıca vəzifəsini təşkil edir.
İbtidai təhsil mərhələsində şagirdlərdə bacarıq və vərdişlərin formalaşdırılması üçün onların hafizəsini aktivləşdirməklə yanaşı təmrinlər (çalışma və tapşırıqlar) sistemindən psixoloji cəhətdən səmərəli istifadə etməklə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq olar.
Müasir təsəvvürlərə görə, hafizənin inkişafı məqsəd deyil, vasitədir. Təxəyyül isə yaradıcı təfəkkürün formalaşmasının başlıca şərtidir.Ancaq təxəyyülün inkişaf etdirilməsinin ikinci, lakin son dərəcə mühüm bir istiqaməti də var: təxəyyül problemi yaradıcılıq problemidir. Yaradıcı təxəyyülün inkişafı müasir dövrdə böyük əhəmiyyət kəsb edir.
Beləliklə, müəllim təhsilin keyfiyyətini yüksəltmək üçün təkcə şagirdlərin idrak fəaliyyətini, ilk növbədə diqqət, qavrayış və s. kimi psixi prosesləri aktivləşdirməklə kifayətlənmir, nəzəri təfəkkürü, eləcə də müqayisə, ümumiləşdirmə, mücərrədləşdirmə, təsnifat, tədris əməliyyatları, intellektual hisslər, bərpaedici təxəyyül, yaradıcı təxəyyül, anlama, nitq, materialı öz sözləri ilə nəql etmə, ağlın keyfiyyətləri, tənqidi təfəkkür, ağlın çevikliyi kimi idrak proseslərini müəyyən sistemlə inkişaf etdirir. Psixoloji tədqiqatlar göstərir ki, məktəb şagirdləri inkişaf etdirmədən təhsil məqsədlərini həyata keçirə bilməz.
Beləliklə, ibtidai təhsil mərhələsində inkişafetdirici təlimin təşkili, ilk növbədə, təlim prosesində inkişafetdirici təlim prinsiplərinin həllindən asılıdır.

Qəmər TAĞIYEVA,
Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyinin ibtidai sinif müəllimi, əməkdar müəllim, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Like this:

Like Loading.

Related

  • ← Mikayıl Cabbarov Nazirlər Kabinetinin qərarının icrası barədə əmr imzalayıb
  • Bakı məktəbliləri “Olimpiya Hərəkatı–2017” yarışlarında iştirak edir →

Ən çox oxunanlar

  • Bu müəllimlər də sertifik. 2023-cü ildə dövlət ümumi təhsil müəssisələ.
  • Qadın müəllimlər şalvar g. Yaxşı müəllim hər zaman cəmiyyətdə nümunə sayılıb.
  • Sertifikasiya imtahanında. “Müəllimlərin işə qəbulu imtahanında oldu.
  • Dövlət bayrağımız: Üç rən. Yüz ilə yaxın bir müddətdir ki, Üçrəngli dövlət bay.
  • MƏTNİN TİPLƏRİ Mətnin mövzusuna müəllif mövqeyini ifadə edən.
  • Planetlər haqqında məluma. 1) Merkuri: Ən kiçik ikinci planet.Şumerlər dövründən.
  • Əməkdar jurnalist: Ölkəni. Milləti anlamaq üçün, gərək o millətdən olasan. .
  • Martın 12-də keçiriləcək. Şagirdlər özlərinin imtahana buraxılış vərəqə.
  • Professor Zakir Əliyev: U. “Müalicəyə düzgün əməl etmək mütləqdir” Valideynlər.
  • 2023/2024-cü tədris ilind. “Yaxın iki il ərzində informatika fənni bur.
  • DİM bu gün keçirdiyi imta. Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də tam (11.
  • BDU əlavə təhsil almaq üç. Bakı Dövlət Universiteti 2022-2023-cü tədris.
  • Tibb kolleclərinə qəbul n. Gələn il keçiriləcək buraxılış imtahanlarında bəzi məq.
  • Respublika Fənn olimpiada. Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəh.
  • Azərbaycanın ən bahalı mə. Müasir dövrdə valideynlər uşaqları üçün təhsilin nə qə.
  • V qrup üzrə imtahanların. 2019-cu ildən qəbul imtahanları kurikulum.
  • DİM 50 mindən çox şagird. Martın 5-də Dövlət İmtahan Mərkəzi Bakı şəhərinin.
  • Zərərli vərdişlər sağlaml. Yaşadığımız dövrdə insanların bir çox zərərli vərdişlə.
  • MDU kollektivi Göygöl Mil. 2023-cü ilin martın 3-də Mingəçevir Dövlət Univer.
  • Nadir Israfilov: “8 martd. Sevgililərimizə, məşuqələrimizə qiymətli zinət əşyaları.
  • BDU-nun Astrofizika kafed. Yaz fəslinin Azərbaycana daxil olması martın.
  • DIM balların hesablanması. 11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri ü.
  • Azərbaycanın işğaldan aza. Yenilənib – 01.12.2020 Mektebgushesi.az-ın Müd.
  • Bəzi ixtisaslara qabiliyy. Bu il ali və orta ixtisas təhsili müəssisələrinin bəzi.
  • UNEC-lə Qəbələ Dövlət Peş. Azərbaycan Dövlət İqtisad Universitetinin.

Arxiv

VOEN 1303384232
12.08.2013 – cu ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Mətbu nəşrləri reystrinə daxil edilmə nömrəsi: N3782

Məktəb guşəsi saytı 2016 – cı ildən fəaliyyət göstərir.
Bütün hüquqlar qorunur ©

Əlaqə

  • Bakı şəhəri, H. Əliyev küç ev 92a mən 31
  • [email protected]
  • +994 070 320 38 51
  • +994 55 774 84 44
  • Facebook
  • Twitter

Ibtidai sinif bazasına azrbaycan dili testlr doc

2022-08-14 10:58:00

Sertifikasiyada iştirak edəcək ibtidai sinif müəllimləri üçün sual NÜMUNƏLƏRİ

Suallar təhsilverənlərin sertifikatlaşdırılmasına dair qiymətləndirmə çərçivəsindəki bütün mövzuları əhatə edir və mürəkkəblik dərəcəsi gözlənilməklə hazırlanmışdır.

Təhsil İnstitutundan AzEdu.az-a verilən məlumata görə, suallar nümunə xarakteri daşıdığı üçün hər fənn üzrə məzmun sahələrinə görə sual sayılarının bölgüsündən artıq tərtib olunmuş və bütün mövzuların əhatə olunmasına diqqət yetirilmişdir. İbtidai sinif müəllimləri üçün ixtisas üzrə nümunə sualları təqdim edirik: Azərbaycan bölməsi Rus bölməsi

Bu bölməyə aid digər xəbərlər

10 məktəbin inkişaf planı hazırlanır

2023-03-06 15:48:00

I Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir

2023-03-06 15:16:00

Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb

2023-03-04 15:35:00

İki nazir ağacəkmə aksiyasında.

2023-03-04 15:20:00

“Peşəkar ol” layihəsinin sertifikatları təqdim olundu

2023-03-04 14:19:00

Sertifikatlaşdırma ilə bağlı maarifləndirici görüşlər başlayıb

2023-03-03 16:12:00

Elm və Təhsil Nazirliyinin, BMT ilə lahiyəsi davam edir

2023-03-03 12:11:55

RFO-nun respublika mərhələsinin nəticələri açıqlanıb

2023-03-03 11:09:00

Nazir Birləşmiş Krallığın nümayəndələrilə görüşdü

2023-03-03 10:58:00

I Bakı İdman Festivalı keçirilib

Ibtidai sinif bazasına azrbaycan dili testlr doc

İbtidai sinif müəllimi kiçik yaşlı uşaqlarla işləyir. İbtidai təhsil prosesinə dərslər və eyni zamanda sinifdənxaric işi də daxildir. Müəllimin işi yeni şagirdlərin valideynləri ilə tanışlıqdan başlayır. Müəllim ibtidai sinifdə şagirdlərlə dərsdən əlavə sənəd və analitik işlərlə məşğul olur, hesabat planı tərtib edir, metodik işlərdə və digər sinifdənxaric işlərdə iştirak edir. Bir sözlə, ibtidai sinif müəllimi cəmiyyətin həyatda ilk təməlçiləridir. İbtidai sinif müəllimi ibtidai sinifdə elə bir mövqe tutur ki, gələcəyin qurucusunu düzgün yetişdirmiş olsun. Psixologiya ilə maraqlananlar üçün uyğun sahədir.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq;
  • ➝ Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) biologiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək;
  • ➝ Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
  • ➝ Əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • ➝ Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
  • ➝ Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
  • ➝ Dövlətin təhsil siyasətini yerinə yetirmək;
  • ➝ Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
  • ➝ Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
  • ➝ Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı, dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;
  • ➝ Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;
  • ➝ Qoyulmuş əmək normalarını yerinə yetirmək;
  • ➝ Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
  • ➝ Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
  • ➝ İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
  • ➝ Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
  • ➝ Özünü ləyaqətli aparmaq;
  • ➝ Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
  • ➝ Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə (tədris işləri üzrə direktor müavininə, direktora) məlumat verməyə borcludur.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı)
  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti (Şamaxı filialı)
  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti (Şəki filialı)
  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti (Ağcabədi filialı)
  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti (Cəlilabad filialı)
  • ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti (Quba filialı)
  • ➝ Azərbaycan Dillər Universiteti
  • ➝ Bakı Dövlət Universiteti (Qazax filialı)
  • ➝ Bakı Qızlar Universiteti
  • ➝ Bakı Slavyan Universiteti
  • ➝ Gəncə Dövlət Universiteti
  • ➝ Xəzər Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti
  • ➝ Mingəçevir Dövlət Universiteti
  • ➝ Naxçıvan Müəllimlər İnstitutu
  • ➝ Sumqayıt Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

  • ➝ Dövlət məktəblərdə
  • ➝ Özəl məktəblərdə
  • ➝ Kurslarda
  • ➝ Repetitor fəaliyyəti ilə məşğul olmaq ola

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Təşkilatçılıq qabiliyyətləri. Bu qabiliyyət müəllimin uşaqları birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaqvə s. Bacarığında özünü göstərir.
  • ➝ Didaktik qabiliyyətlər. Buraya tədris materialını, əyani vasitələri, avadanlıqlığı seçmək və hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını yüksəltmək və s. Konkret bacarıqlar daxildir.
  • ➝ Perspektiv qabiliyyətlər. Bu, şagirdlərin daxili aləmini görmək bacarığında, onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
  • ➝ Kommunikativ qabiliyyətlər. Bu qabiliyyətlər müəllimin şagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsinin rəhbərliyi ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət yarada bilməsində özünü göstərir.
  • ➝ Suqqestiv (təlqinedici ) qabiliyyətlər. Bu, şagirdlərə emosional-iradi təsir göstərməkdən ibarətdir.
  • ➝ Tədqiqatçılıq qabiliyyətlər. Bu, pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığında özünü göstərir.
  • ➝ Elmi – idrakı qabiliyyətlər. Bu, seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir.
  • ➝ Müəllim praktiki fəaliyyət üçün bu qabiliyyətlərin hamısı eyni dərəcədə vacib deyil. Son illərin elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.
  • ➝ İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqlar

İxtisasın gələcəyi

Bu ixtisasından gələcəyindən söz açsaq, qeyd edə bilərik ki, dünya və cəmiyyət var olduqca müəllimlik peşəsinə ehtiyac duyulacaqdır. Çünki bugünkü və gələcəkdəki ixtisaslı kadrlar müəllimlər tərəfindən yetişdirilir. Nə qədər ki, cəmiyyət var, uşaqlar var, o vaxt da qədər də öz işini bilən, peşəkar müəllimlərə tələbat olacaqdır. Çünki peşəkar müəllimlər savadlı uşaqlar hazırlayaraq sağlam gəncliyin təməlini qoymuş olur və eyni zamanda müqəddəs peşələrdən hessab olunur. İxtisasın populyar olması ilə əlaqədar olaraq da vakansiyalar kifayət qədər çoxdur.

Əmək haqqı

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının qaydası aşağıdakı kimidir:

  • ➝ Pedaqoji staj 3 ilə qədər olduqda – 450azn
  • ➝ Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda – 495 azn
  • ➝ Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda – 520 azn
  • ➝ Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda – 555 azn
  • ➝ Pedaqoji staj 18 ildən çox olduqda – 595 azn

Ora ixtisas təhsilli-

  • ➝ Pedaqoji staj 3 ilə qədər olduqda – 420azn
  • ➝ Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda – 445 azn
  • ➝ Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda – 460 azn
  • ➝ Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda – 490 azn
  • ➝ Pedaqoji staj 18 ildən çox olduqda – 510 azn

Comments are closed, but trackbacks and pingbacks are open.