Press "Enter" to skip to content

İbtidai sinif müəllimləri üçün imtahanlar başlayır

Dekabrın 8-də ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər aparan ibtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçiriləcək.

Azərbaycanda ibtidai sinif müəllimi işləmək istəyənlər üçün qaydalar sərtləşdirilə bilər

Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov Trend-ə bildirib ki, nazirliyin sifarişi ilə Azərbaycanda ibtidai siniflərdə dərslərin neçə müəllim tərəfindən keçilməsinin effektivliyi araşdırılıb. Bu tədqiqatlar nəticəsində belə qənaətə gəlinib ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ibtidai siniflərdə tədris olunan fənlər bir müəllim tərəfindən keçilməlidir. Bununla əlaqədar TPİ ibtidai sinif müəllimi işləmək istəyənlərin işə qəbulu zamanı namizədlərin xarici dil, informatika, musiqini bilmə səviyyəsinin də yoxlanılmasını təklif edib.

“Əgər müəllimin musiqi, informatika, xarici dili bilmə səviyyəsi tələbləri ödəmirsə, onda o namizəd ibtidai sinif müəllimi kimi işə qəbul edilməsin. Bu siniflərdə həmin fənləri dərin bilmək tələb olunmur. Amma müəllimin informatika, xarici dil, musiqi üzrə ümumi hazırlığı olmalıdır”, – Mehrabov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə müəllim hazırlığı həyata keçirilərkən kurrikulumun tələbləri nəzərə alınır. Ancaq bu ixtisas üzrə əvvəllər təhsil alan müəllimlər öz üzərlərində işləyərək ixtisasartırma kurslarına getməlidirlər.

Qeyd edək ki, hazırda müəllimlərin işə qəbulu üçün keçirilən imtahanda hər bir namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri üçün fənn proqramının məzmununa aid 25 test, təlim strategiyaları və məktəbdaxili qiymətləndirmə qaydalarına aid 5 test, məntiq və ümumi dünyagörüşünə aid 5 test olmaqla, cəmi 35 sual təqdim edilir. Adətən müsabiqədə iştirak edənlərin çoxu sənədlərini ibtidai sinif müəllimi ixtisası üzrə verir. Yalnız 2012-2013-cü tədris ilində müsabiqəyə buraxılan 15467 nəfərin 3764 nəfəri ibtidai sinif müəllimi işləmək istəyib.

Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Ibtidai sinif müllimlri üçün azrbaycan dilindn testlr

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Cəmiyyət İbtidai sinif müəllimləri üçün imtahanlar başlayır

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Dekabr 07, 2018 – 20:50

!Reklam – Yazi

Dekabrın 8-də ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər aparan ibtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenicag.az-a verilən məlumata görə, imtahanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş ixtisasartırma təlimlərini başa vuran 875 ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub. İmtahanda iştirak etmiş müəllimlərə dövlət nümunəli ixtisasartırma setifikatları təqdim olunacaq. Qeyd edək ki, “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təşkil edilmiş təlimlər Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilib. Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçən müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir. Onu da qeyd edək ki, 2018-2019-cu tədris ilində paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarında məşğələlər aparan müəllimlər üçün mentor xidmətindən yararlanmaq imkanı yaradılıb. Belə ki, xüsusi hazırlıq keçmiş mentorlar məşğələlərdə, müəllimlərə elmi-metodik və təcrübi dəstək göstərmək və qrup müzakirələri təşkil etmək üçün müəyyən olunublar.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

TƏHSİL KOMPASI

CƏHƏTİNİZİ BİZİMLƏ MÜƏYYƏN EDİN , TƏHSİLƏ AİD REKLAM BLOGU VƏ ONLAYN KİTABLAR , DƏRSLİKLƏR , KURİKULUM TESTLƏRİ , MƏNTİQ TESTLƏRİ , İNFOMATİKA TESTLƏRİ , ABİTURİENT , blogreklamedu , HAZIRLIQ KURSLARI , 2017-2020

SON YAZILAR

Post Top Ad

  • AZƏRBAYCAN DİLİ
  • BİOLOGİYA
  • COĞRAFİYA
  • FİZİKA
  • İBTİDAİ SİNİF
  • İNFORMATİKA
  • İNGİLİS DİLİ
  • KİMYA
  • RİYAZİYYAT
  • TARİX
  • MƏNTİQ
  • KURİKULUM
  • DÖVLƏT QULLUĞU
  • MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU
  • HAZIRLIQ KURSLARI
  • REPİTİTORLAR
  • DƏRSLİKLƏR
  • BƏDİİ ƏDƏBİYYAT -PDF
  • BƏDİİ ƏDƏBİYYAT PDF 2
  • HÜQUQ ƏDƏBİYYATI -PDF, Yüklə
  • ONLAYN KİTABLAR VƏ DƏRSLİKLƏR – YÜKLƏ – PDF
  • KİTAB GÖNDƏR
  • XƏBƏR
  • ARAŞDIRMA
  • MARAQLI
  • BLOG YAZILARI
  • DÜNYA TƏHSİLİ
  • SƏNƏDLİ FİLMLƏR
  • FORUM
  • Haqqımızda
  • KSQ , BSQ , TESTLƏR

İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSAS TESTLƏRİ

İBTİDAİ SİNİF MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSAS SUALLARI

YENİLƏNİR.

TESTLƏRİ PDF FORMATDA YÜKLƏYİN:

I

1. Pulumun 2/5– si ilə divar saatı aldım. Sonra qalan
pulumun yarısı ilə bir çanta aldım və 36 manatım
qaldı. Divar saatı neçə manata idi?
A) 48 B) 36 C) 24 D) 12 E) 18
2. Bir kənddən eyni zamanda əks istiqamətdə çıxan
iki velosipedçinin sürəti 12 km/saat və 8 km/saat –
dır. Neçə saatdan sonra onlar arasındakı məsafə
60 km olacaq?
A) 3 saat B) 4 saat C) 5 saat
D) 2 saat E) 6 saat
3. Tənliyi həll edin: 240•3 – x =180
A) 540 B) 530 C) 480
D) 520 E) 460
4. Aşağıdakı kəsrlərin müqayisəsi hansı nümunədə
doğrudur ?

5. Sinifdəki şagirdlərin 15-i rəqslə, 7-si idmanla, 4-ü
həm rəqs, həm də idmanla məşğul olur. Sinifdə
neçə şagird var?
A) 18 B) 26 C) 28
D) 20 E) 24
6. 2/3hissəsi 32 olan ədəd hansı ədədin 1/4 hissəsinə
bərabərdir?
A) 192 B) 196 C) 200
D) 204 E) 210
7. Bir ədədi bu ədədin 5 qatı ilə topladıqda 138 alınar.
Bu ədəd neçədir?
A) 23 B) 36 C) 18
D) 24 E) 32
8. 64 ədədinin 3/4-ü hansı ədədin 1/2-nə bərabər
olar ?
A) 90 B) 92 C) 96 D) 80 E) 120
9. Rəqəmlərinin cəmi 16 olan ən kiçik üçrəqəmli
ədədin rəqəmlərinin hasilini tap.
A) 54 B) 6 C) 90 D) 0 E) 108
10. Yüzlüklərə qədər yuvarlaqlaşdırıb 5-ə vurduqda
hasildə 4500 alınan ən kiçik üçrəqəmli ədəd
neçədir ?
A) 850 B) 901 C) 949
D) 950 E) 899
11. Qutuda 15 kub var. Həsən qutuya baxmadan
dəfələrlə cəhd etdisə də, mavi rəngli kub çıxara
bilmədi. Torbada neçə mavi kub var idi?
A) 0 B) 5 C)10 D)12 E)15
12. Cədvəldə 12 şagirdin uzununa tullanma üzrə
nəticələri metr dəqiqliyi ilə verilmişdir. Orta
statistik nəticəni göstərən ədəd neçədir?

A) 2 B) 3 C) 6 D) 4 E) 5
13. Bir yolun 2/5- si asfaltlandı. 8 km daha asfalt
çəkilərsə yolun yarısı asfaltlanmış olacaq.Bütün yol
cəmi neçə km – dir?
A)80 B)40 C)72 D)32 E)36
14. Bir bölmə əməlində bölünən ilə bölənin fərqi 138,
qismət 6, qalıq 13 – dür. Bu bölmə əməlində
bölünən neçədir?
A)150 B)163 C)137 D)176 E)180
15. Bir süd şüşəsi yarısına qədər südlə dolu ikən 1200
qram gəlir. Tam dolu ikən isə 1700 qram gəlir. Boş
süd şüşəsi neçə qram gəlir?
A) 650 B)700 C)750
D) 800 E)900
16. İki ədədin fərqi 74, ədədi ortası isə 118 – dir. Bu
ədədlərdən böyük olan neçədir?
A)144 B)130 C)148 D)155 E)162
17. Düzbucaqlının perimetri 60 sm-dir. Düzbucaqlının
uzunluğu enindən 4 dəfə çoxdur. Düzbucaqlının
uzunluğunu və enini tapın.
A) 4 sm; 16 sm B) 5 sm; 20 sm
C) 6 sm; 24 sm D) 7 sm; 28 sm
E) 8 sm; 32 sm
18. Futbol çempionatında 8 komanda bir-biri ilə
yarışacaq. Yarışda hər bir komanda qalan bütün
komandalarla oynamalıdır. Yarışda neçə
oyun keçiriləcək ?
A)16 B) 24 C) 64 D) 56 E) 28
19. Biri digərindən 3 dəfə böyük olan iki ədədin cəmi
2348-dir. Bu ədədlərdən böyüyünü tapın.
A) 587 B) 940 C) 1174 D) 1761 E) 1824
20. 1 kitab 3 dəftər alan alıcı kassaya 4 manat 20
qəpik pul ödədi. Bir kitabın qiyməti bir dəftərin
qiymətindən 4 dəfə baha olarsa, kitab neçəyədir ?
A)1 man 50 qəp B) 1 man 65 qəp
C) 1 man 80 qəp D) 2 man
E) 2 man 40 qəp
21. Hansı cümlədə “arzu” sözü böyük hərflə
yazılmalıdır?
A) Mehribanın ən böyük arzusu həkim olmaqdır.
B) Uşaqlar arzugilə qonaq getdilər.
C) Qız ürəyində bir arzu tutdu.
D) Onun arzusu yerinə yetdi.
E) Bu gözəl arzular onu mübarizəyə səsləyirdi.
22. Sözlərdən birində – lər şəkilçisi fərqli tələffüz
olunmur:
A) gələnlər B) kəndlər C) fənərlər
D) şəkillər E) dəftərlər
23. “Daş” sözü hansı cümlədə əlamət bildirir?
A) Yolun tikintisində çay daşlarından istifadə
etdilər.
B) Bacım sahildən rəngli daşlar toplamışdı.
C) Səma daş hasarın yanındakı gülləri suladı.
D) Bənna daşları üst-üstə qoymuşdu.
E) Qurban quşatana daş qoyub atdı.
24. Hansı sözün həm kökü, həm də şəkilçisi səhv
yazılıb?
A) ambarları B) cavannar C) yaşıyacaq
D) pambıqdan E) qəhramannar
25. Biri söz birləşməsidir:
A) İstidir B) Ramiz oxuyur
C) Səliqəli yazmaq D) Şimşək çaxdı
E) Su içdim
26. Səbəb-nəticə əlaqəli mürəkkəb cümləni seçin.
A) Sinfin qapısı cırıldayıb açıldı, Rüstəm
günahkar görkəmlə içəri girdi.
B) Anar sevinirdi, çünki onu xaricə oxumağa
göndərirdilər.
C) Mən içəri keçmək istədim, amma qapıçı
buraxmadı.
D) Gözəl musiqi çalınır və uşaqlar rəqs edirlər.
E) Göy guruldayır, yağış yağır.
27. Hansı söz omonim deyil?
A) biz B) top C) burun D) gül E) qaz
28. Quruluşca sadə olan sözü seç.
A) böyük B) soyuq C) daraq D) istək E) maraq
29. “Müəyyən”sözündə tələffüz zamanı düşən səsi
seçin.
A)ə B) ü C) y D) n E) m
30. Hansı sözdə leksik şəkilçi var?
A) istək B) pətək C) ətək D) çiçək E) kələk
31. Həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlənə
bilən sözlər hansı cərgədə verilib?
A) qoy, az B) din, min C) bir, tək
D) yalnız, üçün E) kimi, də
32. Sözlərdən birinə saitlə başlanan şəkilçi artırdıqda
səs düşümü baş vermir:
A) ömür B) sinif C) şəkil D) çətir E) fəsil
33. Sözlərdən biri cümlədəki yerindən asılı olmayaraq
həmişə böyük hərflə yazılır:
A) Günəş B) Babək C) Nadir
D) Reyhan E) Polad
34. Neçə sözü sətirdən-sətrə keçirmək olmaz?
oyun, toqqa, əsər, tıxac, qurd, ovçu, səhər
A) 3 B) 2 C) 4 D) 1 E) 5
35. Yalnız incə saitli sözlərdən ibarət cümləni seçin.
A) Çöllərdən təzə otların, çiçəklərin ətri gəlirdi.
B) Çiyələklər həm ləzzətli, həm də ətirli idi.
C) Aydanın əlində şəkilli kitab vardı.
D) Azad top aldı.
E) Qatarı gözləyən adamların səs-küyü ətrafı bürüdü.
36. Təkmənalı söz hansı bənddə verilmişdir?
A) göz B) diş C) vedrə D) baş E) qol
37. “İnsanlar” sözünün tələffüzündə altıncı səs
hansıdır?
A) l B) a C) r D) n E) s
38. Hansı cümlədə “da” ayrı yazılmalıdır?
A) Yayda kəndə gedəcəyik.
B) Sona Qəməri parkda gözləyirdi.
C) Suda yaşayan heyvanlar haqqında məlumat
topladıq.
D) Avtobus dayanacaqda dayandı.
E) Leylada bizim sinifdə oxuyur.
39. Eyni nitq hissəsinə aid olan omonimi seçin.
A) sarı B) bel C) gül D) yaz E) min
40. Məntiqi ardıcıllığı tamamlayan sözü seçin.
Aş, qazan, yay, …
A) at B) ayaq C) maşın D) qış E) baş

1. Ulduz işarəsinin yerinə bərabərsizliyi doğru
edən ən kiçik ədədi yazın: 830 + * > 830 + 293
A) 290 B) 295 C) 292
D) 254 E) 294
2. Avtomobil yarışının iştirakçıları birinci gün
52 km yol getmişdilər. Bu, ikinci gün gedilən
yoldan 4 dəfə çox idi. İdmançılar iki günə neçə
kilometr yol getdi?
A) 60 km B) 120 km C) 65 km
D) 78 km E) 92 km
3. 184 və 154 ədədlərinin fərqini 3-ə bölün:
A) 20 B)15 C) 10 D) 12 E) 19
4. Mən yüzlüklərinin sayı 2 olan ən böyük
üçrəqəmli cüt ədədəm. Yüzlüklərə qədər
yuvarlaqlaşsam, 300 olaram. Mən neçəyəm?
A) 296 B) 294 C) 298
D) 293 E) 211
5. 5 yüzlük neçə onluqdur?
A) 5 B) 50 C)500 D) 5000 E) 10
6. Biri 92, digəri bundan 4 dəfə kiçik olan iki
ədədin hasilini yüzlüklərə qədər yuvarlaqlaşdır –
saq, neçə olar?
A) 2000 B) 2100 C) 2200
D) 2300 E) 1200
7. Kamilə iki qələmə 18 manat pul verdi.
Qələmlərdən biri o birindən 2 dəfə baha idi.
Kamilənin aldığı qələmdən bahalısının qiyməti
neçə manatdır?
A) 10 manat B) 11 manat
C) 12 manat D) 13 manat
E) 14 manat
8. 3 – ə bölünən ən kiçik üçrəqəmli ədədlə 8- in
hasili nəyə bərabərdir?
A) 110 B) 816 C) 800 D) 806 E) 850
9. Bir ədədi 8 dəfə artırsan 48 olar. Bu ədədi
12 dəfə artırsan, neçə olar?
A) 64 B) 72 C) 84 D) 96 E) 60
10. Qalıqlı bölmə əməlində qismət 19, bölən 9 – dur.
Bu bölmə əməlində bölünən ən çoxu neçə ola
bilər?
A) 179 B) 170 C) 180 D) 183 E) 190
11. 949 – u 25- ə böldükdə alınan qalıq , 1731 – i 24
– ə böldükdə alınan qalıqdan neçə dəfə
böyükdür?
A) 5 B) 6 C) 7 D) 8 E) 10
12. Sual ləğv edilib.
13. Verilmiş misalda qismət neçə rəqəmlidir ?
258905 : 315
A) 2 B) 3 C) 4 D) 5 E) 8
14. Dörd müxtəlif üçrəqəmli ədədin cəmi 3430-dur.
Bu ədədlərin ən kiçiyi ən azı neçə ola bilər ?
A) 100 B) 430 C) 436
D) 999 E) 546
15. 32a üç rəqəmli ədədinin 2-yə, 3-ə və 4-ə qalıqsız
bölünə bilməsi üçün a neçə olmalıdır ?
A) 1 B) 4 C) 3 D) 2 E) 0
16. x:4=125 olarsa, 66 •x – 5500 ifadəsinin qiyməti
neçədir?
A) 27500 B) 28500 C) 29500
D) 30500 E) 26500
17. a=48 olarsa, (96•14•5) : (35•a) ifadəsinin
qiyməti nəyə bərabərdir?
A) 7 B) 6 C)5 D) 4 E) 6
18. 11364:12- 75 < 3•A şərtinə görə A – nın
yerindəki ən kiçik ədəd neçədir?
A) 293 B) 291 C) 292
D) 290 E) 270
19. Kvadratın perimetri 48 sm – dir. Sahəsi bu
kvadratın sahəsinə bərabər düzbucaqlının
uzunluğu 18 sm – dir. Düzbucaqlının eni neçə
santimetrdir?
A) 11 sm B) 7 sm C) 6 sm
D) 9 sm E) 8 sm
20. Ədədi ortası 40 olan üç ədəddən biri 31, digəri
52 – dir. Üçüncü ədəd neçədir?
A) 38 B) 42 C) 37 D) 40 E) 36
21. Yaxın mənalı sifətləri tapın.
A) kiçik-balaca
B) dar-geniş
C) gözlük-eynək
D) yazmaq-pozmaq
E) ağ-qara
22. Neçə sözü sətirdən-sətrə keçirmək olar?
ovçu, uzaq, aslan, xətt, ata, papaq, Arif
A) 1 B) C) 3 D) 4 E) 5
23. Hansı bənddə nöqtələrin yerinə “m” hərfi
yazılmalıdır?
A) la. pa B) şə. bə C) tə. bəl
D) sü. bül E) zə..bil
24. Hansı cümlədə “gözəl” sözü hərəkətin əlamətini
bildirir?
A) Vətənimiz gözəldir.
B) Leyla çox gözəl geyinmişdi.
C) Anamın əkdiyi gözəl güllər bağa yaraşıq verirdi.
D) Gözəl qız mahnı oxuyurdu.
E) Onun gözəl səsi hamını valeh etdi.
25. Hansı cümlənin sonunda həm sual, həm də
nöqtə işarəsi qoyula bilər?
A) Böyüyün sözünü kəsmə
B) Əhməd qonşusunu başa düşmədi
C) Bəs sənin adın nədir
D) Dərsə neçə nəfər gəlmişdi
E) Bu gün ayın neçəsidir?
26. Verilmiş sözlərin neçəsində səslər hərflərdən
azdır?
Dovşan, çiçək, ailə, hüzn, dostluq, təəssüf
A) 1 B) 2 C) 5 D)4 E) 3
27. “yazıçıların” sözü hansı bənddə kök və şəkilçiyə
düzgün ayrılıb?
A) yazı-çı-la-rın B) ya-zı-çı-la-rın
C) yaz-ı-çı-la-rın D) yaz-ı-çı-lar-ın
E) yazıçı-lar-ın
28. Verilmiş sözlərdən neçəsi yaxın mənalı sifətdir:
çirkin-gözəl, məğrur-qürurlu, güc-qüvvət,
ağ-bəyaz, dost-tanış, uzun-böyük, uca-hündür,
vətən-yurd, qısa-gödək, sıx-seyrək?
A) 3 B) 4 C) 5 D) 6 E) 7
29. Hansı cümlənin xəbərində orfoqrafik səhvə yol
verilib?
A) Uşaqlar meşədən göbələk topluyurdular.
B) Bağban ağacları sulayırdı.
C) Çoban ağaca söykənib yuxulayır.
D) Müəllim dərsi izah edir.
E) Balaca Rasim anasını görmək istəyirdi.
30. “qaçmaq” feli indiki zamanda ikinci şəxsin
cəmində necə olar?
A) qaçıram B) qaçırsan
C) qaçırıq D) qaçırsınız
E) qaçır
31. Vurğusu dəyişməklə mənası dəyişən sözlər
cərgəsini seçin:
A) gəlin, alma, vurma
B) sarı, burma, sərin
C) xurma, alın, bölmə
D) dərin, daraq, şaxta
E) qazma, oxu, taxta
32. Başladı sözü ilə bağlı olan səhv fikri seçin:
A) isimdən düzələn feldir
B) keçmiş zamandadır
C) inkar formasındadır
D) tələffüzü fərqlidir
E) sözün kökü “baş”dır.
33. Cümlələrin birində mübtəda işlənməmişdir:
A) Sabah atam bizi gəzməyə aparacaq.
B) Kitab oxudum.
C) İşləməyən dişləməz.
D) Dam dirək üstə durar.
E) Körpə ağladı.
34. Hansı cümlənin xəbəri düzəltmə sözlə ifadə
olunub?
A) Usta divarları ağartdı.
B) Mədinə hər gün məktəbə gedir.
C) Uşaqlar diqqətlə müəllimə qulaq asırdılar.
D) Kamil acığından ağladı.
E) Müəllim uşaqlara tapşırıq verdi.
35. Hansı cümlədə xəbər cəm şəkilçisi qəbul
etməlidir?
A) Kitablar onun əlindən yerə düşdü.
B) Camaat onun yolunu səbirsizliklə gözləyirdi.
C) Şagirdlər sabah ekskursiyaya gedəcək.
D) Saralmış yarpaqlar tökülür.
E) Güllər hər səhər açılır.
36. Feli birləşmə hansıdır?
A) dərilmiş meyvə B) qorxulu film
C) alma ağacı D) alma dərmək
E) dalğalı dəniz
37. Yaxınmənalı sözlərin birləşməsindən yaranan
mürəkkəb isim hansı bənddə verilib?
A) künc-bucaq B) sür-sümük
C) top-top D) bacı-qardaş
E) şərq-qərb
38. Verilmiş şeir parçasında neçə isim var:
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
A) 5 B) 4 C) 3 D) 2 E) 1
39. “Hiss” sözünə hansı şəkilçini artırdıqda qoşa
samitlərdən biri düşmür?
A) – siz B) -lər C) –in
D) –də E)-dir
40. Hansı cümlədə feldən düzələn isim işlənib?
A) Qırıcı təyyarələr səmada göründü.
B) Hamı uzaqdan gələn oğlana baxırdı.
C) Aysel müəllimin dediklərini kitabçaya qeyd etdi.
D) Sərçə çörək qırıntılarını dimdiklədi.
E) O, uçuq evdə yaşayır.

1. 678 ədədinin yüzlüklər mərtəbəsindəki rəqəmin
mərtəbə qiymətindən 257 çıxdıqda neçə alınar?
A) 443 B) 365 C) 353
D) 405 E) 343
2. Məchul ədədi 9-a vursaq, hasil 215 və 35
ədədlərinin fərqinə bərabər olar. Məchul ədədi
tapın.
A) 18 B) 20 C)25 D) 24 E) 17
3. 27 ilə 4 – ün hasilindən 99 ilə 3 – ün qismətini
çıxın:
A) 72 B) 75 C) 76 D) 73 E) 66
4. Yüzlük mərtəbə vahidlərinin sayı 5 olan ən kiçik
üçrəqəmli tək ədədlə bu ədəddən 3 dəfə kiçik
olan ədədin cəmi neçədir?
A) 501 B) 568 C) 138
D) 500 E) 668
5. 528 ədədinin onluqlarını 9 vahid artırıb,
təkliklərini 5 vahid azaltdıqda neçə alınar?
A) 623 B) 613 C) 447
D) 487 E) 541
6. 110 km/saat, digərinin sürəti isə 120 km/saat-dır.
3 saatdan sonra bu avtomobillər arasındakı
məsafə neçə kilometr olar?
A) 780 km B) 750 km C) 720 km
D) 690 km E) 700 km
7. 12 işçinin 15 gündə gördüyü işi 20 işçi neçə
gündə görər?
A) 8 günə B) 9 günə C) 10 günə
D) 12 günə E) 6 günə
8. Tənliyi həll edin: x+512 = 50•83
A) 4662 B) 2968 C) 2354
D) 4876 E) 3638
9. Zərifənin boyu qardaşının boyunun -sı
qədərdir. Zərifənin boyu 90 sm olarsa,
qardaşının boyu nə qədərdir ?
A) 70 sm B) 28 sm C) 115 sm
D) 84 sm E) 105 sm
10. Sual işarəsinin yerində hansı ədəd olmalıdır?

A) 12 B) 6 C) 2 D) 4 E) 3
11. 5867 ədədini yüzlüklərə qədər yuvarlaqlaşdır-
dıqda hansı ədəd alınar ?
A) 6000 B) 5800 C) 5900
D) 5870 E) 5970
12. 4603 ədədini onluqlara qədər yuvarlaqlaşdırdıq-
da alınan ədəd haqqında yazılmış fikirlərdən
hansı doğru deyil ?
A) Rəqəmlərinin cəmi 10-dur.
B) Dördrəqəmli cüt ədəddir.
C) 4603-dən böyükdür.
D) “dörd min altı yüz” kimi oxunur
E) 4500-dən böyükdür.
13. İkinci vuruğu tapın:
A) 20 B) 25 C) 15 D) 35 E) 18
14. 26-dan sonra gələn üç ardıcıl cüt ədədin cəmi
rəqəmləri müxtəlif olan ən kiçik üçrəqəmli
ədəddən neçə vahid azdır?
A)18 B)10 C) 12 D) 13 E) 9
15. 9; 8; 0; 7; 6 rəqəmlərindən bir dəfə istifadə
etməklə yazılan ən böyük və ən kiçik beşrəqəmli
cüt ədədlərin cəmi neçədir?
A) 37971 B) 159549 C) 37592
D) 159558 E) 17423
16. İki ədədin fərqi 3200 – dir. Azalanı 450 vahid,
çıxılanı isə 250 vahid artırsaq, fərq neçə olar?
A) 3400 B) 3300 C) 3250
D) 3150 E) 3500
17. Televizorun qiyməti avtomobilin qiymətini
göstərən ədədin yüzlüklər mərtəbəsindəki
rəqəmin qiymətindən 2 dəfə çoxdur. Avtombilin
qiyməti qırx beş min altı yüz manatdırsa,
televizorun qiyməti neçə manatdır?
A) 1000 man B) 800 man C) 1200 man
D)1100 man E) 1600 man
18. Üç yeşikdə 69 kq alma var. Yeşiklərin hər
birində olan almanın kütləsi müxtəlif olmaqla
20 kq-dan çox, 30 kq-dan azdır. Ən çox alma
üçüncü yeşikdədir. Üçüncü yeşikdə ən çoxu nə
qədər alma ola bilər?
A) 24 kq B) 28 kq C) 26 kq
D) 29 kq E) 32 kq
19. Nəzakət 132 səhifəlik kitabı hər sonrakı gün
əvvəlkindən 12 səhifə çox olmaqla 3 günə
oxudu. Nəzakət ikinci gün neçə səhifə oxudu?
A) 48 B) 32 C) 56 D) 44 E) 50
20. Yazılışlardan hansı doğrudur ? Eyni hərflər eyni
rəqəmləri göstərir.
A) ABABAB : AB = 10101
B) ABABAB : AB = 10111
C) ABABAB : AB = 10001
D) ABABAB : AB = 10000
E) ABABAB : AB = 1000
21. Hansı cümlədə “aslan”sözü böyük hərflə
yazılmalıdır?
A) O, aslanın pəncəsindən xilas olmağa çalışırdı.
B) Meşədə aslanın nəriltisi hər yerə yayıldı.
C) Heyvanxanaya iki aslan gətirmişdilər.
D) Aqil albomda aslan şəkli çəkmişdi.
E) Yaqub öz kitablarını aslana bağışladı.
22. “Qardaş” sözünün əvvəlinə hansı sözü əlavə
etsək, mürəkkəb söz alınar?
A) dayı B) qohum C) qonşu
D) əmi E) yoldaş
23. Əksmənalı sözləri seçin.
A) dağ, bağ B) yaş, quru
C) oturur, əyləşir D) gözəl, qəşəng
E) çirkin-çirkli
24. Hansı söz səhv yazılıb?
A) nəfis B) ümumilli
C) ləziz D) eyib
E) boyun
25. Hansı sözdə səslərin sayı hərflərin sayından
çoxdur?
A) mütaliə B) təbii
C) müəyyən D) məqsəd
E) kitab
26. “Alov torpaq səngəri keçə bilmədi” cümləsində
işlənmiş söz birləşməsini göstərin.
A) alov torpaq
B) keçə bilmədi
C) torpaq səngəri
D) səngəri keçə
E) alov bilmədi
27. Aşağıdakılardan hansında inkar şəkilçisi
işlənib?
A) Məmməd dondurma aldı.
B) Fəhlələr taxtaları ikinci mərtəbəyə qaldırdılar.
C) O, vurma əməlini yaxşı bilmir.
D) Əynində yun jaket vardı.
E) Onun atası qazmaçıdır.
28. Hansı sıradakı sözlərin hamısı düz yazılıb?
A) məhşur, təbaşir, əskər
B) böyürtkən, rəsmxət, şənbə
C) faciyə, həyacan, samavar
D) sümbül, panbıq, çiələk
E) lanpa, corap, zəmbil
29. Cümlələrin birində zərf işlənmişdir.
A) Naxçıvan qədim şəhərdir.
B) Bunu eşidən elçi geri qayıtdı.
C) Qərib quşun yuvası olmaz.
D) Yaşlılar daşlı-kəsəkli yolla gedirdilər.
E) Arif məktəbə getdi.
30. Biri omonim deyil.
A) yaş B) daş C) cəza
D) şam E) yol
31. Mürəkkəb cümlə hansı bənddə verilib?
A) Biz uşaqlarla həyətdə oynadıq, çox əyləndik.
B) Çanta Kamilin əlindən yerə düşdü, Kamil
utandı.
C) Anam Səkinəni evə çağırdı, ona çörək almasını
tapşırdı.
D) Uşaqlar meşədə göbələk yığdılar, çiçək
topladılar.
E) Sürücü maşını yolun kənarında saxladı
32. Vaqif onları ad gününə dəvət etdi- cümləsində
əvəzlik hansı cümlə üzvünün yerində işlənib?
A) mübtəda B) təyin C) tamamlıq
D) zərflik E) xəbər
33. Omonimlərdən ibarət cərgəni seçin:
A) bit, daş, al
B) ayaq, acı, aş
C) burun, baş, göz
D) düz, diş, ətək
E) əl, əqrəb, şirin
34. Hansı sırada cümlə üzvləri kim? necə? nəyə? nə
etdi? suallarına cavab verir?
A) Ovçu bu mənzərəyə təəccüblə baxdı.
B) Uşaqların biri təəccüblə soruşdu.
C) Güllü əlini armuddan çəkdi.
D) Qız heyrətlə ağaca baxdı.
E) Balaca Ülkər anasına baxıb güldü.
35. Sual cümlələrinin biri sual əvəzliyinin köməyi ilə
yaranıb.
A) Su yaxşıdırmı, təmizdirmi?
B) Bizi yeyəcəklər?
C) Səni buraya kim göndərib?
D) Əhməd oğlunu tanıya bilmirsən?
E) Məgər sən bunları öyrənməmişdin?
36. Quruluşuna görə dördündən biri fərqlidir.
A) yaylaq B) yaylıq C) sirdaş
D) məktəbli E) ovçu
37. Hansı cümlədə keyfiyyət bildirən sifət var?
A) Quzular yaşıl çəməndə otlayır.
B) Məktəbin həyətində böyük futbol meydançası
var.
C) O zolaqlı heyvan pələngdir.
D) Anam dadlı xörəklər bişirir.
E) Ağıllı düşmən, ağılsız dostdan yaxşıdır.
38. “Beşguşəli” sözünün tərkibi hansı sxemə
uyğundur?
A) isim + isim + şəkilçi
B) say + sifət + şəkilçi
C) say + isim + şəkilçi
D) say + fel + şəkilçi
E) sifət+isim+şəkilçi
39. Yalnız baş üzvlərdən ibarət cümləni seçin.
A) Sinif otağını təmizlədilər.
B) Ülkərin anası bağça müdiridir.
C) Dünən qar yağırdı.
D) Boyunbağı ona çox yaraşırdı.
E) Evi təmizlədik.
40. “Salman baba üçüncü dəfə, özü də bərkdən
adımı çağırdı” cümləsində felin şəxsini,
zamanını və formasını müəyyən et.
A) III şəxsin təki, indiki zaman, təsdiq forması
B) III şəxsin cəmi, indiki zaman, inkar forması
C) II şəxsin cəmi, keçmiş zaman, inkar forması
D) III şəxsin təki, keçmiş zaman, təsdiq forması
E) II şəxsin cəmi, indiki zaman, inkar forma

1. Teymur, Cavid və Gülər layihə təqdimatı üçün
hərəyə 2 plakat hazırladılar. Hər plakata 8
fotoşəkil yapışdırdılar. Onların plakatlarında
cəmi neçə fotoşəkil oldu?
A) 42 B)46 C) 48 D) 44 E) 41
2. 420 mm 30 sm – dən nə qədər böyükdür?
A) 120 mm B) 12 mm C) 80 mm
D) 10 sm E) 220 mm
3. Tənliyi həll edin: x+803=917
A) 114 B)104 C) 94
D) 124 E) 105
4. Aralarında 4 il yaş fərqi olan üç qardaşın
yaşlarını topladıqda cəmdə 54 alınır. Böyük
qardaşın neçə yaşı var ?
A) 20 B)14 C) 22 D) 18 E) 16
5. Sual ləğv edilib.
6. Sürəti 90 km/saat olan avtobusun 4 saata getdiyi
yolu sürəti 120 km/saat olan avtomobil neçə
saata gedər?
A) 6 saat B) 5 saat C) 4 saat
D) 2 saata E) 3 saat
A) 110 B) 115 C) 120
D) 125 E) 130
8. Azərin 42 manat pulu var. Bu, Azərin almaq
istədiyi kostyumun qiymətinin – si qədərdir.
Azərin kostyum almaq üçün neçə manatı
çatmır?
A) 105 manat B) 110 manat
C) 115 manat D) 120 manat
E) 150 manat
9. 2 kq təzə meyvədən 325 qr quru meyvə alınır.
214 kq təzə meyvədən nə qədər quru meyvə
alınar ?
A) 34775 qr B) 325126 qr C) 423142 qr
D) 102315 qr E) 186542qr
10. 5-ə qalıqsız bölünən 3 ikirəqəmli ədədin cəmi
210-dur. Bu ədədlərin ən kiçiyi ən azı neçə
olmalıdır ?
A) 35 B) 45 C) 15 D) 25 E) 55
1. a-nın qiymətini tapın.
a + 2478 = 5983
A) 3505 B) 2465 C) 3055
D) 2865 E) 2613
12. 192480 : 96 bölmə əməlində qismətin ilk rəqəmi
onun hansı mərtəbəsini ifadə edir?
A) yüz minliklər B) on minliklər
C) minliklər D) yüzlüklər
E) onluqlar
13. x:101=1925-1630 bərabərliyinin doğru olması
üçün x neçə olmalıdır?
A) 26785 B) 26795 C) 29795
D) 30500 E) 28895
14. 3 km – in hissəsi ilə 420 m –in cəmi neçə
metrdir?
A) 800 m B) 820 m C) 900 m
D) 920 m E) 600 m
15. Bir bağdan 72 səbət, o biri bağdan isə 80 belə
səbət üzüm yığıldı. İkinci bağdan yığılan üzüm
birinci bağdan yığılandan 96 kq çoxdur. Birinci
bağdan neçə kiloqram üzüm yığıldı?
A) 864 kq B) 880 kq C) 896 kq
D) 704 kq E) 576 kq
16. Tutumu 40 l olan bidondan 750 ml-lik qabla
20 dəfə su götürdülər. Bidonda nə qədər su
qaldı?
A) 30 l B) 15 l C) 22 l
D) 25 l E) 24 l
17. 48 •A=1440, A•B=2010 olarsa, A+B cəmi
neçədir?
A) 97 B) 99 C) 101
D) 103 E) 110
18. A312 : 6 qismətinin dördrəqəmli ədəd olması
üçün A – nın yerindəki rəqəm ən azı neçə
olmalıdır?
A) 1 B) 3 C) 6 D) 9 E) 8
19. Verilmiş misalda hərfin yerinə aşağıdakı
rəqəmlərdən hansını yazsaq qismət üçrəqəmli
olar ? A65217 : 483
A) 7 B) 3 C) 6 D) 5 E) 9
20. Yazılışlardan hansı doğrudur ? Eyni hərflər eyni
rəqəmləri göstərir.
A) ABCABC : ABC = 1111
B) ABCABC : ABC = 1000
C) ABCABC : ABC = 1010
D) ABCABC : ABC = 1001
E) ABCABC : ABC = 10001
21. Hansı sözün sinonimi səhv göstərilib?
A) bənzər-oxşar
B) azad-müstəqil
C) əzab-əziyyət
D) sülh-müharibə
E) bilikli-savadlı
22. “sakit” sözü bunlardan hansının əlaməti ola
bilməz:
A) torpaq B) hava C) mahnı
D) uşaq E) dəniz
23. Hansı söz səhv yazılıb?
A) qarpız B) biraz
C) gec-tez D) corab
E) aşpaz
24. Artıq sözü tapın:
A) doğru B) dürüst
C) düzgün D) gerçək
E) yenilməz
25. Hansı əsərin adı cümlə ilə ifadə olunub?
A) Torağaylar oxuyur
B) Mavi qatarın sirri
C) Qaraca qız
D) Səfillər
E) Kapitan Qrantın uşaqları
26. Hansı atalar sözündə əksmənalı sözlər işlənib?
A) Saxla samanı, gələr zamanı.
B) Örtülü bazar dostluğu pozar.
C) Dost başa baxar, düşmən ayağa.
D) Dost dar gündə tanınar.
E) El gücü sel gücü.
27. Hansı söz quruluşca düzəltmədir?
A) qaymaq B) bolluq
C) balıq D) barmaq
E) başmaq
28. Hansı sözün tərkibində bir cingiltili, iki kar
samit var?
A) bitki B) limon C) dovğa
D) armud E) yoldaş
29. Birinin sinonimi yoxdur.
A) yanlış B) yarpaq
C) bilik D) yeni
E) yüksək
30. Hansı sıra eyniköklü sözlərdən ibarətdir?
A) duzlu, duzla, duzlar
B) qorxunc, qorxu, qorxaq
C) yağlı, yağmur, yağış
D) işləyir, işlədi, işləyəcək
E) gül, güllər, gülüş
31. İsimdən düzələn sifət hansıdır?
A) uçuq B) qorxunc
C) zarafatcıl D) tutqun
E) qırıcı
32. “qaçmaq” feli indiki zamanda ikinci şəxsin
cəmində necə olar?
A) qaçıram B) qaçırsan
C) qaçırıq D) qaçırsınız
E) qaçır
33. “Üzümçülərin” sözündə dörd cür yazılan neçə
şəkilçi var?
A) yoxdur B) 1 C) 2
D) 3 E) 4
34. Həm əsas, həm də köməkçi nitq hissəsi kimi
işlənən sözlər hansı cərgədə verilib?
A) sarı, bir B) qoy, üçün
C) kim, və D) də, ən
E) tək, ki
35. “növbə” sözünün fonetik təhlili ilə bağlı səhv
fikri seçin:
A) ikihecalıdır
B) səslərin sayı hərflərin sayından çoxdur.
C) tərkibində iki cingiltili samit var.
D) ahəng qanununa tabedir.
E) vurğu sonuncu hecaya düşür.
36. Sözlərdən biri orfoepiya lüğətində məhz bu
şəkildə verilib?
A) Nailə B) kənt
C) təbii D) müəllim
E) təəccüb
37. Həm omonim, həm də çoxmənalı söz kimi
işlənən sözlər cərgəsini seçin.
A) göz, baş B) at, şam
C) üz, qol D) qaz, don
E) yol, ağız
38. Hansı cümlədə q-ğ əvəzlənməsi baş verməyib?
A) Yaxşılığı et, balığı at dəryaya, balıq bilməsə də
xaliq bilər.
B) Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa
yaxşılıq nər kişinin işidir.
C) Etdiyin yaxşılığı xatırlama, gördüyün yaxşılığı
unutma.
D) Yaxşılığı edəndə ondan qarşılıq istəmə.
E) Əsas odur ki, sənə pisliyi dəyən birisinə yaxşılıq
edəsən.
39. “Hiss” sözünə hansı şəkilçini artırdıqda qoşa
samitlərdən biri düşmür?
A) – siz B) -lər C) –in
D) –də E)-dir
40. Hansı cümlədə feldən düzələn isim işlənib?
A) Qırıcı təyyarələr səmada göründü.
B) Hamı uzaqdan gələn oğlana baxırdı.
C) Aysel müəllimin dediklərini kitabçaya qeyd etdi.
D) Sərçə çörək qırıntılarını dimdiklədi.
E) O, uçuq evdə yaşayır.

Comments are closed, but trackbacks and pingbacks are open.