İbtidai sinif | MİQ ÜSİ 10 | 2022
28 ci sualın cavabı səhv qeyd olunub 66 olmalıdı
Ibtidai sinif tədris planı pdf
İbtidai sinif müəllimi kiçik yaşlı uşaqlarla işləyir. İbtidai təhsil prosesinə dərslər və eyni zamanda sinifdənxaric işi də daxildir. Müəllimin işi yeni şagirdlərin valideynləri ilə tanışlıqdan başlayır. Müəllim ibtidai sinifdə şagirdlərlə dərsdən əlavə sənəd və analitik işlərlə məşğul olur, hesabat planı tərtib edir, metodik işlərdə və digər sinifdənxaric işlərdə iştirak edir. Bir sözlə, ibtidai sinif müəllimi cəmiyyətin həyatda ilk təməlçiləridir. İbtidai sinif müəllimi ibtidai sinifdə elə bir mövqe tutur ki, gələcəyin qurucusunu düzgün yetişdirmiş olsun. Psixologiya ilə maraqlananlar üçün uyğun sahədir.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
- ➝ Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq;
- ➝ Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) biologiya fənni üzrə təməl və seçmə dərsləri həyata keçirmək;
- ➝ Müasir texnologiyalardan istifadə edərək fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
- ➝ Əmək funksiyasını vicdanla yerinə yetirmək;
- ➝ Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
- ➝ Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
- ➝ Dövlətin təhsil siyasətini yerinə yetirmək;
- ➝ Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
- ➝ Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
- ➝ Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı, dərs məşgələləri zamanı obyektivliyə xələl gətirməmək;
- ➝ Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;
- ➝ Qoyulmuş əmək normalarını yerinə yetirmək;
- ➝ Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
- ➝ Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
- ➝ İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
- ➝ Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
- ➝ Özünü ləyaqətli aparmaq;
- ➝ Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
- ➝ Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə (tədris işləri üzrə direktor müavininə, direktora) məlumat verməyə borcludur.
Harada bu ixtisasa sahiblənmək olar?
- ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı)
- ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti (Şamaxı filialı)
- ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti (Şəki filialı)
- ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti (Ağcabədi filialı)
- ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti (Cəlilabad filialı)
- ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti (Quba filialı)
- ➝ Azərbaycan Dillər Universiteti
- ➝ Bakı Dövlət Universiteti (Qazax filialı)
- ➝ Bakı Qızlar Universiteti
- ➝ Bakı Slavyan Universiteti
- ➝ Gəncə Dövlət Universiteti
- ➝ Xəzər Universiteti
- ➝ Lənkəran Dövlət Universiteti
- ➝ Mingəçevir Dövlət Universiteti
- ➝ Naxçıvan Müəllimlər İnstitutu
- ➝ Sumqayıt Dövlət Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
- ➝ Dövlət məktəblərdə
- ➝ Özəl məktəblərdə
- ➝ Kurslarda
- ➝ Repetitor fəaliyyəti ilə məşğul olmaq ola
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
- ➝ Təşkilatçılıq qabiliyyətləri. Bu qabiliyyət müəllimin uşaqları birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaqvə s. Bacarığında özünü göstərir.
- ➝ Didaktik qabiliyyətlər. Buraya tədris materialını, əyani vasitələri, avadanlıqlığı seçmək və hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını yüksəltmək və s. Konkret bacarıqlar daxildir.
- ➝ Perspektiv qabiliyyətlər. Bu, şagirdlərin daxili aləmini görmək bacarığında, onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
- ➝ Kommunikativ qabiliyyətlər. Bu qabiliyyətlər müəllimin şagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsinin rəhbərliyi ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət yarada bilməsində özünü göstərir.
- ➝ Suqqestiv (təlqinedici ) qabiliyyətlər. Bu, şagirdlərə emosional-iradi təsir göstərməkdən ibarətdir.
- ➝ Tədqiqatçılıq qabiliyyətlər. Bu, pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığında özünü göstərir.
- ➝ Elmi – idrakı qabiliyyətlər. Bu, seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir.
- ➝ Müəllim praktiki fəaliyyət üçün bu qabiliyyətlərin hamısı eyni dərəcədə vacib deyil. Son illərin elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.
- ➝ İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqlar
İxtisasın gələcəyi
Bu ixtisasından gələcəyindən söz açsaq, qeyd edə bilərik ki, dünya və cəmiyyət var olduqca müəllimlik peşəsinə ehtiyac duyulacaqdır. Çünki bugünkü və gələcəkdəki ixtisaslı kadrlar müəllimlər tərəfindən yetişdirilir. Nə qədər ki, cəmiyyət var, uşaqlar var, o vaxt da qədər də öz işini bilən, peşəkar müəllimlərə tələbat olacaqdır. Çünki peşəkar müəllimlər savadlı uşaqlar hazırlayaraq sağlam gəncliyin təməlini qoymuş olur və eyni zamanda müqəddəs peşələrdən hessab olunur. İxtisasın populyar olması ilə əlaqədar olaraq da vakansiyalar kifayət qədər çoxdur.
Əmək haqqı
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının qaydası aşağıdakı kimidir:
- ➝ Pedaqoji staj 3 ilə qədər olduqda – 450azn
- ➝ Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda – 495 azn
- ➝ Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda – 520 azn
- ➝ Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda – 555 azn
- ➝ Pedaqoji staj 18 ildən çox olduqda – 595 azn
Ora ixtisas təhsilli-
- ➝ Pedaqoji staj 3 ilə qədər olduqda – 420azn
- ➝ Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda – 445 azn
- ➝ Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda – 460 azn
- ➝ Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda – 490 azn
- ➝ Pedaqoji staj 18 ildən çox olduqda – 510 azn
İbtidai sinif | MİQ ÜSİ 10 | 2022
MHM Tədris Mərkəzi tərəfindən hazırlanmış onlayn müəllimlərin işə qəbulu (MİQ) üzrə ümumi sınaq imtahanı 10. – Müddəti: 120 dəqiqə – Sual sayı: 60 (40 ixtisas, 20 metodika) – Qiymətləndirmə: İxtisas üzrə 1 sual 2 bal, Metodika üzrə 1 sual 1 bal. İxtisasdan 1 səhv sual -0.5 bal, Metodikadan 1 səhv sual -0.25 olaraq sistem tərəfindən hesablanacaq. – Xüsusilik: Bu sınaq Təhsil Nazirliyinin 2022-ci il MİQ imtahan sistemi əsasında hazırlanıb və MHM Tədris Mərkəzi tərəfindən sualların keyfiyyətinə zəmanət verilir.
MHM Tədris Mərkəzi
İmtahanı Əlavə Et – Pulsuz
İstənilən vaxt
2 saat
bir il əvvəl
Tərkib (3)
Azərbaycan dili
Riyaziyyat
Metodika
Həftənin Oxuyanları
Rəylər
Nuray
Bilqeis Allahverdiyeva
İlkin yoxlanış üçün seçilən suallar əladır.
shekibe memmedova
maraqlidir tesekkur edirem
Təzəgül Əliyeva
Əla kurkulumdan zəifəm oda düzələr
ROTEX YT
Hazırlaşmamış yazdım. superrr
Meryem Muellime
Elnur Tarıverdiyev
Sevda Quluyeva
Hesenova Mahire
Ülviyyə Rufullayeva
28 ci sualın cavabı səhv qeyd olunub 66 olmalıdı
Aynura Muradova
Ibtidai sinifdə keçilən derslerle heç əlaqəsi yoxdur. Müəllimləri bu qədər yükləmək nəyə lazımdır?
Neymet Xudiyev
Cox cetin sulardi ibtidayi sinif ucun cox cetin sullar qoymusunuz
Comments are closed, but trackbacks and pingbacks are open.