Press "Enter" to skip to content

İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi metodikası

bir müddətdə ərəb əlifbasını öyrənmiş, sövti üsulla ―Vətən dili‖ adlı

Əsərlər Ana dilinin tədrisi metodikası

todikası (ibtidai siniflərdə)). Bakı, BQU nəşriyyatı, 2015, 470 s.

―Ana dilinin tədrisi metodikası‖ kursu Respublika ali pedaqoji

təhsil müəssisələrinin pedaqoji fakültələrində ixtisas fənni kimi təd-

Ağarəhim Əsərlər

ANA DİLİNİN TƏDRİSİNİN TARİXİNƏ DAİR

Ana dilinin inkişafı problemi tarixən mütəfəkkirləri, yazıçı və

pedaqoqlarımızı çox düşündürmüşdür. Vaxtilə M.F.Axundov,

H.B.Zərdabi, S.Ə.Şirvani, A.S.Mehdizadə, M.Ə.Sabir, C.Məm-

mədquluzadə və başqaları ana dilinə yüksək qiymət vermiş, bu dil-

də məktəb açmaq, yeni əlifba və dərsliklər hazırlamaq, ana dili təli-

mini inkişaf etdirmək haqqında fikirlər söyləmişlər.

Ana dilinin tədrisi metodikasının tarixi iki mühüm dövrə ayrılır.

1. Ana dili tədrisi 1830-1920-ci illərdə

Ana dili təlimi problemi XIX əsrin 30-cu illərindən Azərbaycan

pedaqoq alimlərinin əsərlərində öz əksini tapmış, əsrin ikinci yarı-

sında daha geniş vüsət almışdır. A.A.Bakıxanov, M.Ş.Vazeh,

M.Kazım bəy, L.M.Lazarev, L.Z.Budaqov və başqaları ana dilini

öyrətməyin zəruriliyini dönə-dönə göstərmiş, bu dildə uşaqların

nitq və təfəkkürünü inkişaf etdirməyi məsləhət bilmişlər. Ana dili

təlimində əyani vəsaitlərin, müəllimin iş metodlarının rolu məsələsi

xüsusi qeyd olunmuşdur. Azərbaycan dili tədrisinin ilk tədqiqatçısı

və bu haqda elmi fıkir söyləyən professor Mirzə Kazım bəydir. O,

1839-cu ildə ―Qrammatika turetsko-tatarskoqo yazıka‖ kitabında

Azərbaycan dilinin morfologiya və sintaksis bölmələrinin öyrədil-

məsinin ümumi məsələlərindən bəhs etmişdir. Onun davamçıların-

dan P.M.Budaqov ―Praktiçeskoye rukovodstvo turetsko-tatarsko-

azerbaydjanskoqo nareçiya‖ (1857) adlı əsərində 20 dərs nümunəsi

vermiş və hər dərsin sonunda mətndə olan cümlələrin sintaktik xü-

susiyyətlərini izah etmişdir. M.Ə.Vəzirov ―Uçebnik tatarsko-azer-

baydjanskoqo nareçiya‖ (1861) əsərində M.Kazım bəyin qrammati-

kasında olan məlumatı sadə və asanlaşdırılmış şəkildə vermişdir.

1866-cı ildə L.M.Lazarev ―Türk dilinin müqayisəli müntəxəbatı‖

adlı dərsliyini Moskvada çap etdirmişdir. 1869-cu ildə L.Budaqov

Ağarəhim Əsərlər

―Lüğəti-türki‖ adlı əsərini Peterburq şəhərində nəşr etdirmişdir.

Şübhəsiz, bu tədqiqatların hər biri XIX əsr Azərbaycan dili və onun

tədrisinin inkişafı tarixi üçün yüksək qiymətləndirilməlidir. Bu təd-

qiqatlar ibtidai məktəbdə ana dili təlimi üzrə iş aparmağa müəyyən

elmi əsaslar vermişdir. Bunlardan faydalanaraq A.O.Çernyayevski,

R.Əfəndiyev, Q.R.Mirzəzadə və s. tərəfindən ibtidai siniflərdə ana

dili təlimi üzrə aparılan işlər bir qədər genişləndirilmiş və təkmil-

XX yüzilliyin əvvəllərində H.Qaradaği, H.Mahmudbəyov,

M.H.Rüşdiyyə və başqaları öz tədqiqatlarında kiçik yaşlı məktəbli-

lərə cümlə qurmaq, cümləni suallarla genişləndirmək və başqaları

ilə ünsiyyətdə olmaq bacarıqları aşılanmasından bəhs etmişlər.

Bir sıra mənbələrə (arxiv materiallarına) görə Azərbaycanda ilk

―Əlifba‖ dərsliyinin müəllifı M.F.Axundov olmuşdur. Təəssüf ki,

onun ―Əlifba‖ dərsliyinin yazılma tarixi və özü hələlik məlum de-

yildir. Qori Müəllimlər Seminariyasının Azərbaycan (tatar) şöbəsi-

nin inspektoru işləyən milliyyətcə rus olan, A.O.Çernyayevski qısa

bir müddətdə ərəb əlifbasını öyrənmiş, sövti üsulla ―Vətən dili‖ adlı

dərsliyini yazıb çap etdirmişdir. Bu kitab Azərbaycan uşaqları üçün

ikinci ―Əlifba‖ dərsliyi olmuşdur.

1882-ci ildə R.Əfəndiyev müəllimi A.O.Çernyayevskinin hə-

min kitabının üzünü daşa basmasına köçürmüşdür. 1888-ci ildə

A.O.Çernyayevski S.Vəlibəyovla birlikdə ―Vətən dili‖ kitabının

ikinci hissəsini çap etdirmişdir. Onlar həmin kitabın giriş hissəsin-

də bir sıra dil materiallarının öyrədilməsi ilə əlaqədar tövsiyələr

1899-cu ildə R.Əfəndiyev ―Uşaq bağçası‖ dərsliyini çap etdir-

mişdir. Müəllif bu kitabda Azərbaycan dilinə yaramayan, ərəb

məxrəci ilə tələffuz olunan səkkiz ərəb hərfini əlifbadan kənarlaş-

dırmışdır. Nəticədə 32 hərfdən 24-nü saxlamışdır. Həmin hərflər

əsasında ―Uşaq bağçası‖ kitabında 24 dərs vermişdir.

R.Əfəndiyevin 1901-ci ildə ikinci dərsliyi — ―Bəsirət-ül-ətfal

qiraət‖ kitabı nəşr edilmişdir. Beləliklə də Azərbaycan dilinin tədri-

si tarixində R.Əfəndiyevin öz xüsusi mövqeyi olmuşdur.

İbtidai siniflərdə riyaziyyat fənninin tədrisi metodikası

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI SƏNAYE-PEDAQOJİ Kolleci Ffənn: İbtidai riyaziyyat kursunun tədrisi metodikası. Mövzu: Riyaziyyatın tədrisi metodikasının məqsəd və vəzifələri, başqa elmlərlə əlaqəsi Riyaziyyatın tədrisi metodikasının məqsəd. Показать больше

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI SƏNAYE-PEDAQOJİ Kolleci Ffənn: İbtidai riyaziyyat kursunun tədrisi metodikası. Mövzu: Riyaziyyatın tədrisi metodikasının məqsəd və vəzifələri, başqa elmlərlə əlaqəsi Riyaziyyatın tədrisi metodikasının məqsəd və vəzifələri, başqa elmlərlə əlaqəsi Pedaqogika elmi kimi riyaziyyatın tədrisi və metodikası da təlim və tərbiyənin qarşılıqlı əlaqədə olan ümumi qanunauyğunluqlarını işləyib hazırlayır.Hər bir xüsusi metodika ocümlədən riyaziyyatın tədrisi metodikası pedaqogika elminin bir sahəsi olub konkret məsələləri öz qanunlarına uyğun həll edir.Ali məktəblərdə tədris prosesi tələbələrin təşəkkül fəaliyyətinin təşkili və idarə olunması sistemi kimi nəzərdə tutulur.Tədrisin təşəkkül məqsədləri,təlimin nəticələri və bu nəticələrə nail olmaq üçün vasitə və metodları- tədris prosesinin bir sistemi kimi elementlərini təşkil edir.Tədris metodikasının əsas xüsusiyyətlərindən biri tələbələrə müstəqil təşəkkül metodlarının və fəaliyyətini elmi c Спрятать

  • Похожие публикации
  • Поделиться
  • Код вставки
  • Добавить в избранное
  • Комментарии

Comments are closed, but trackbacks and pingbacks are open.