Press "Enter" to skip to content

Cəfərova Nabat. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I hissə

3.1. Yazı texnikasına və ilkin yazı bacarqlarına yiyələndiyini nümayiş etdirir.

İBTİDAİ SİNİFDƏ STANDARTLAR (I sinfin sonunda şagird)

1.2.4. Nitqində müvafiq jest və mimikalardan istifadə edir.

Lüğət ehtiyatının zənginləşdirilməsi

2.1. Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.

2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin adlandırır.

2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını sadə formada izah edir.

2.1.3. Yaxınmənalı və əksmənalı sözləri fərqləndirir.

2.1.4. Öyrəndiyi yeni sözləri cümlə içərisində işlədir.

2.2. Oxu texnikası və ilkin oxu bacarıqlarına yiyələndiyini nümayiş etdirir.

2.2.1. Nitq səslərini heca daxilində və ayrıca tələffüz edir.

2.2.2. Səsləri hecalarda birləşdirir və oxuyur.

2.2.3. Sözləri hecalarla oxuyur.

2.2.4. Sözləri bütöv oxuyur.

2.2.5. Kiçikhəcmli mətnləri müəyyən olunmuş tələblərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli oxuyur.

2.2.6. Müxtəlif bədii mətnləri (nəzm,nəsr) fərqləndirir.

2.2.7. Mətni mənaca bitkin hissələrə ayırır, şəkilli planını tutur.

2.2.8. Mətndəki əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir.

2.2.9. Mətnin məzmununu nəql edir.

3.1. Yazı texnikasına və ilkin yazı bacarqlarına yiyələndiyini nümayiş etdirir.

3.1.1. Hərflərin elementlərini və konfiqurasiyasını müəyyən olunmuş xətt boyunca düzgün yazır və bitişdirir.

3.1.2. Hərfləri kalliqrafik cəhətdən düzgün yazır və bitişdirir.

3.1.3. Əl yazısı şəklində olan sözləri və kiçikhəcmli mətnləri üzündən köçürür.

3.1.4. Marağına uyğun seçdiyi kiçikhəcmli nəzm nümunəsini əzbərdən yazır.

3.1.5. Kiçikhəcmli nəzm nümunələrinin məzmununu qısa şəkildə yazır.

3.1.6. Bir neçə cümlədən ibarət müşahidə xarakterli rabitəli mətn yazır.

3.1.7. Sinif səviyyəsinə uyğun olaraq müəyyən edilmiş sadə əməli yazılar (məktub, açıqca) yazır.

4. Dil qaydaları

4.1. Şagird zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1. Səs və hərfi adlandırır və onları fərqləndirir.

4.1.2. Sait və samit səsləri tanıyır.

4.1.3. Sait səslərə görə sözləri hecalara ayırır.

4.1.4. Böyük və kiçik hərfləri fərqləndirir.

4.1.5. Hərfləri əlifba sırası ilə sadalayır.

4.1.6. Tək və cəm anlayışlarını nümunələrlə izah edir.

4.1.7. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır və fərqləndirir.

4.1.8. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır.

4.1.9. Məqsəd və intonasiyaya görə cümlələri fərqləndirir.

İBTİDAİ SİNİFLƏRDƏ FONETİK ƏSASLARIN ÖYRƏDİLMƏ METODİKASI

  1. Fonetika təliminin məqsəd və vəzifələri
  2. Fonetik dərslərin təşkili və ona verilən tələblər
  3. Fonetik çalışmalar
  4. Fonetik təhlil

2.Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977.

3.A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962.

4.B.Əhmədov. Azərbaycan dili təltiminin qanunları, prinsipləri və metodları. Bakı, 1974.

5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı

Bakı, 2011,2015

6.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010

7.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011

8.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005

9.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I,II,III,Ivsiniflər üçün

Azərbaycan dili fənninin elmi materialı çox geniş və müxtəlifdir. Buraya fonetika, morfologiya, sintaksis, leksika, orfoqrafiya, orfoepiya, durğu işarələri və s. Kimi bir sıra bölmələr daxildir.

Qrammatika sözlərin dəyişməsi və cümlədə birləşməsi haqqında elm olmaqla dilə səlislik, mənalılıq verir. Bu baxımdan şagirdlərin nitqinin inkişafının tədrisi böyük əhəmiyyətə malikdir.

İbtidai siniflərdə qrammatikanın tədrisi sadə olmaqla praktik xarakter daşıyır və qarşısına şagirdlərə bitkin biliklər vermək məqsədi qoymur, lakin bu ilkin kurs şagirdləri dilimizin qrammatik quruluşu ilə tanış edir, onları sistematik qrammatika kursunu mənimsəməyə hazırlayır.

Qrammatikadan ibtidai kurs uşaqlarda dilin əsas elementlərinə, şüurlu münasibətin yaranmasına kömək edən məlumatların verilməsini nəzərdə tutur. Kursa dilimizin fonetika sahəsi də daxil edilmişdir.

«Fonetika» bölməsində şagirdlər səs, hərf, sait, samit, qalın, incə, dodaqlanan, dodaqlanmayan saitlər, cingiltili və kar samitlər, vurğu, ahəng qanunu, əlifba və s. dair anlayişlar öyrənirlər.

Morfologiyada sözlərin morfoloji quruluşu, kök və şəkilçi, sözdüzəldici və sözdəyişdirici şəkilçilər, nitq hissələri (isim, sifət, əvəzlik, fel) onların əmələ gəlməsi, sualları, qrammatik əlamətləri və s. əhatə edilir.

«Sintaksis» bəhsində şagirdlər cümlədə sözlərarasında əlaqə, cümlə qurmaq, onu genişləndirmək, sadə və mürəkkəb cümləni təhlil etmək, cümlənin intonasiyaya görə növlərini fərqləndirmək, onları tərtib etmək və s. Həmçinin də cümlə üzvləri: baş və II dərəcəli üzvlərə aid sadə bilik, bacarıq və vərdişlərə yiyələnirlər.

Bu baxımdan, şagirdlərin nitqinin inkişafında qrammatika tədrisinin mühüm əhəmiyyəti vardır. Qrammatikanın tədrisi prosesində şagirdlər tutuşdurma, sistemləşdirmə, sübutetmə, əqli nəticəçıxarma və s. kimi keyfiyyətlərə yiyələnirlər. Nəticə etibarilə onların məntiqi təfəkkürü, nitqinin inkişafı və ümumi inkişafı təmin edilir.

2.Qrammatika tədrisinin təşkili və ona verilən tələblər

Qrammatik materialın xarakteri, qarşıya qoyulmuş məqsəd və təlim metodlarından asılı olaraq dərsin tipləri müxtəlif olur. Dərsləri yeni materialın izah olunmasına, qazanılmış biliklərin möhkəmlənməsinə – şagirdlərdə bacarıq və vərdişlərin yaranmasına, öyrənilmiş materialın təkrarlanması və sistemə salınmasına; bilik, bacarıq və vərdişlərin hesaba alınmasına; şagirdlər tərəfindən yerinə yetirilmiş yazı işlərinin təhlilinə görə tiplərə ayırırlar. Lakin əslində onların heç biri saf olmur və hər bir tipdə digərinin elementlərindən istifadə olunur.

Dərsin quruluşu haqqında mülahizələr də müxtəlifdir. Əlbəttə ki, quruluş dərsin növündən asılıdır. Məsələn, yeni biliyin izahına həsr olunmuş dərsdə başlanğıcı təşkili, keçmiş dərsdə öyrənilmişlərin yoxlanması, dərsin vəzifələrinin qoyulması, yeni mövzunun izahı, təhlili və möhkəmləndirilməsi, dərsin yekunlaşdırılması və ev tapşırıqlarının verilməsi nəzərdə tutulur. Təkrar dərsdə sinfin –başlanğıcın təşkili, vəzifənin qoyulması, keçilmiş materialın təkrarı, təkrarın yekunlandırılması və tapşırıq mərhələləri olur.

  1. Ev tapşırıqlarının yoxlanması:

Ev tapşırğıının yoxlanılması şifahi və yazılı frontal və fərdi aparıla bilər.

2. Yeni mövzunun elan olunması.

Bu mərhələdə yeni mövzu elan olunur. Dərsin tədrisi qarşısında qoyulmuş vəzifələr, həmçinin də təlimedici, tərbiyələndirici və inkişafetdirici vəzifələr sadalanır. Həmin iş şagirdlərin diqqətini dərsdə öyrənəcəkləri məsələlərə yönəldir.

3. Yeni materialın izahı.

Maddi aləmin dərk edilməsi prosesi canlı şeydən başlayır. Şagirdlərin təlim materialını mənimsəmə, dərk etmə fəaliyyətidə, şübhəsiz, seyr və ya müşahidədən başlanır. Onlar müəllimin rəhbərliyi altında təqdim olunmuş mətn üzərində müşahidə aparır, lazımi faktları seçib, onlara sual verir, həmin faktlar əsasında nəticə çıxarır, ümumiləşdirmə apaprır, nəhayət, qayda üzərində düşünürlər. Bundan sonra dərslikdəki müvafiq qayda oxunur, mahiyyəti aydınlaşdırılır.

4. Yeni materialın möhkəmləndirilməsi.

Bu məqsədlə dərslikdəki çalışmalar üzrə iş aparılır. Çalışmalardan birinin müəllimin rəhbərliyi ilə şifahi yerinə yetirilməsi daha münasib sayılır. Bu işdən sonra şagirdlərin daha çox müstəqilliyini təmin edən yazılı çalışmanın verilməsi məsləhət görülür. Çalışmaların icrası prosesində müəllim işə nəzarət edir, partaların arası ilə gəzərək yazılara diqqət yetirir, seçmə yolu ilə çalışmaların necə icra edildiyini yoxlayır. Əgər uşaq mövzunu mənimsəmişsə, tapşırığı düzgün yerinə yetirəcək.

5.Ev tapşırığının verilməsi.

Evdə yerinə yetiriləcək iş mütləq şagirdlərə başa salınmalıdır. Tapşırığın yerinə yetirilmə qaydası aydınlaşdırılmalı, lazım gələrsə nümunə də göstərilməlidir. Ev tapşırığı şagirdlərə aydın olmalı, həm də onların fəallıq və müstəqilliyi təmin edliməlidir.

Dərsin yekunlaşdırılması.

Şagirdlər nəzəri və praktik cəhətdən nəyi öyrəndiklərini bildirirlər. Sinif müəllimi də şagirdlərin danışıqlarını yekunlaşdırır.

Ümumiyyətlə, dərsin hər bir hissəsi mövzu və məqsəddən asılı olaraq müxtəlif cür təşkil edilir.

Hər bir şagirdi fəallaşdırmaq, dərsdə yaradıcı iştirakını təmin etmək, problem qarşısında qoymaq, düşündürmək, müstəqil fəaliyyətə cəlb etmək müasir tələbləri ödəyən şərtlərdəndir.

Qrammatika dərslərinin təşkilinə verilən tələblər aşağıdakılardır:

1. Hər bir dərs fəaliyyətləndirici xarakterə malik olmalıdır.

2. Hər bir dərs inkişafetdirici olmalıdır.

3. Yeni qrammatik material məlum biliklər əsasında, onlara istinadən verilməlidir.

4. Dərsdə rəngarəng çalışmalardan istifadə edilməlidir.

5. Dərsdə fərdiləşməyə nail olunmalıdır.

6. Hər bir dərs də əvvəllər keçilmişlər təkrarlanmalıdır.

7. Dərsdə vaxta qənaət edilməlidir.

  1. Qrammatik çalışmalar

Çalışmaların hər biri məzmununa görə fərqlənir və dərslikdə müəyyən sistemlə verilir. Şagirdlərin fikri əməliyyatının xarakterinə görə də çalışmalar müxtəlif olur. Bir qismi təqdim olunmuş qayda və tərifi şüurlu dərketməyə, bir qismi isə söz və cümlələrin təhlil-tərkibinə, bəziləri qarşılaşdırma, qruplaşdırma və s. əməliyyata xidmət edir.

Qrammatik çalışmalar yazılı və ştfahi olur. Şifahi çalışmalar daha çox fonetika və nitq inkişafı i lə əlaqədardır, bəzən isə yazılı çalışmalara hazırlıq məqsədi ilə yerinə yetirilir. Belə çalışmalar çox zaman bütöv sinfin iştirakı ilə icra edilir.

Şagirdlərin iştirakına görə çalışmalar fərdi və kollektiv olur.

Ümumiyyətlə, çalışmalarla iş prosesində müəllim özü işə nəzarət etməli, yeri gəldikcə şagirdlərə fərdi yanaşmanı unutmamalı, həmçinin də, onları yaradıcılığa, müstəqil işləməyə istiqamətləndirməlidir.

Qrammatik çalışmalar hər bir dərs də yerinə yetirilir. Fonetikanın tədrisində çalışmalar nitq səslərinin düzgün tələffüzünü, sözlərin hecalara ayrılması, ahəng qanununun gözlənilməsinə və s. məsələlərə xidmət edir. Qrammatik vərdişlərin öyrənilməsində fonetik çalışmalar xüsusi əhəmiyyətə malikdir.

Morfoloji çalışmalar dilin morfoloji quruluşunun başa düşülməsinə xidmət edir. İstər sözün tərkibi, istərsə də nitq hissələrinin öyrənilməsi ilə əlaqədar çalışmalar şagirdlərdə orfoqrafik vərdişlərin yaranması və dil üzrə biliklərin genişlənməsinə xidmət edir.

Nitq hissələri ilə bağlı olan çalışmalar isə şagirdlərə qruplaşdırma və təsnifetmədən baş çıxarmağı öyrədir. Şagirdlər qrammatik kateqoriyaların mahiyyətini başa düşür, nitqdə sərbəst işlədə bilirlər.

Sintaktik çalışmalar şagirdlərin cümlənin quruluşu, tərkibi haqqında məlumatını artırır, onlara müstəqil söz birləşmələri və cümlə qurmağı öyrədir. Bunlar isə rabitəli nitqin inkişafını təmin edir.

İbtidai siniflrə də lüğət üzrə çalışmalara da geniş yer verilir. Bu tipli çalışmalar lüğət-qrammatik və lüğət-orfoqrafik olmaqla iki yerə ayrılır. I növ çalışmalar hər hansı sözün hansı nitq hissəsinə aid olmasını müəyyənləşdirməyi, sözə qohum sözləri, sinonim, antonim tapmağı, çoxmənalı sözlər üzərində işləməyi, sözləri qurplaşdırmağı, növ-cins əlaqələrini aydınlaşdırmağı və s. tələb edir. II növ çalışmalar yazılışı çətin sözlərin yazılması üzrə işə aid olur.

Qrammatik çalışmalar şifahi və ya yazılı olur. Şifahi çalışmalar daha çox fonetika və nitq inkişafı ilə əlaqədar aparılır. Bəzən də, yazılı çalışmalara hazırlıq məqsədilə yerinə yetirilir. Belə çalışmalarda çox zaman bütöv sinif iştirak edir. Şagirdlərin iştirakına görə çalışmalar fərdi və kollektiv olur.

Çalışmalar rəngarəng və maraqlı olmalı, yorucu olmamalı, müntəzəm aparılmalı, keçilən material mənimsənilənədək təkrarlanmalıdır. Bu iş şagirdlərdə təhlil etmək, diktəyə əsasən yazmaq, sözə sual qoymaq, mövzulara aid məlumat toplamaq kimi bacarıqlar yaratmaqla onları müstəqil fəaliyyətə hazırlamalıdır. Ümumiyyətlə, çalışmalar qayda və təriflərin şüurlu mənimsənilməsi və nitq inkişafına xidmət etməlidir.

  1. Qrammatik təhlil

Qrammatik təhlil şagirdlərə yeni qrammatik məlumatı, qayda və qanunları öyrətmək üçün istifadə olunan ən təsirli vasitələrdəndir. Qrammatik təhlil şagirdlərin diqqət və vərdişlərini nizama salır, müstəqil iş vərdişlərini artırır.

Qrammatik təhlil formasına görə şifahi və yazılı, həcminə görə bütöv və yarımçıq, məzmununa görə fonetik, morfoloji və sintaktik olur. Təhlilin bu növlərinin hər biri həm ayrılıqda, həm də birgə aparılır. Belə ki, morfoloji təhlil prosesində fonetik, sintaktik təhlildə isə morfolojiyə müraciət edilir.

Qrammatik təhlildən I sinifdən başlayaraq istifadə olunur. Şagirdlər savad təlimi dövründə cümləni sözlərə, sözləri hecalara ayırmaq, cümlədə sözlərin, sözdə hecaların sayını və ardıcıllığını müəyyənləşdirmək kimi bacarıqlara yiyələnirlər.

II sinifdən təhlilin həcmi və məzmunu genişlənir. Sonrakı siniflərdə keçilən qrammatik mövzulara uyğun olaraq təhlilin növlərindən istifadə olunur.

İbtidai təlimdə təhlilin hər növündən yeri gəldikcə istifadə etmək lazımdır, həm də bu iş müəllimdən də diqqətli olmağı tələb edir.

MÖVZU: 9

İBTİDAİ SİNİFLƏRDƏ FONETİK ƏSASLARIN ÖYRƏDİLMƏ METODİKASI

1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997.

2.Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977.

3.A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962.

4.B.Əhmədov. Azərbaycan dili təltiminin qanunları, prinsipləri və metodları. Bakı, 1974.

5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı

Bakı, 2011,2015

6.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010

7.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011

8.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005

  1. Fonetika haqqında ümumi məlumat və fonetika tədrisinin əsas məqsədi.

İbtidai siniflərdə də fonetik anlayışların öyrədilməsinə səs və hərf haqqında məluümatın verilməsi ilə başlanır. Əlifba təlimi dövründə şagirdlər heca, səs, hərf, sait və sammit kimi terminlərlə tanış olur. Bir sıra fonetik vərdişlər qazanırlar. II-III siniflərdə bir sıra orfoqrafik – orfoepik biliklər əldə edirlər.

  1. Azərbaycan əlifbası haqqında şagirdlərə məlumat vermək
  2. Danışıq səslərinin xüsusiyyətlərini – səslərin sait və sammit olması, qalın və incəliyi bildirməsi, kar və cingiltili işlənməsini, qoşa sait və qoşa samitin yanaşı gəlməsini şagirdlərə mənimsətmək.
  3. Heca, vurğu, ahəng qanunu və s. öyrətmək.
  4. Uşaqlarda orfoepik və orfoqrafik vərdişlər yaradılmasına nail olmaq və s.

Heca anlayışı da təlimin ilk mərhələsində verilir, şagirdlər hecanın tərkibi və quruluşu ilə tanış olurlar. Bu anlayış oxu və yazı texnikasının öyrədilməsində kömək göstərir.

Şagirdlər vurğu ilə praktik şəkildə II sinifdə, Ahəng qanunu haqqında sistemli işlə III sinifdə tanış olurlar. Hər iki mövzu şagirdlərin nitqinin və orfoqrafik vərdişlərinin inkişafına şərait yaradır. Fonetika üzrə praktik vərdişlər şifahi və yazılı nitqdə özünü göstərən dialektizmlərin aradan qaldırılmasında da şüurluluğu təmin edir.

  1. Danışıq səslərisaitlərin tədrisi

Oxşar və fərqli əlamətlərinə görə danışıq səsləri iki əsas qrupa ayrılır: saitlər, samitlər:

Saitləri izah edərkən sait məfhumunun mahiyyətini, onun tələffüz xüsusiyyətini aydınlaşdırmaq vasitəsidir. Saitlər sədalı olur, hava ağızdan sərbəst çıxır, heca yaradır.

Samitlər tələffüzdə maneəyə rast gəlir, avazlı, küylü olur, heca əmələ gətirə bilmir.

Azərbaycan dilində doqquz saitvar: a, ı, o, u, e, ə, i, ö, ü

Dodaqlanmayan: a, ı, e, ə, i

Dodaqlanan: o, u, ö, ü

Açıq : a, e, ə, ö, o

Belə bölgünün öyrənilməsi heca və ahəng qanununun mənimsənilməsinə bünövrə hazırlayır.

  1. Danışıq səslərisamitlərin tədrisi

Oxşar və fərqli əlamətlərinə görə danışıq səsləri iki əsas qrupa ayrılır: saitlər, samitlər.

Samitlər tələffüzdə maneəyə rast gəlir, avazlı, küylü olur, heca əmələ gətirə bilmir.

Dilimizdə 23 samit var. Kar və cingiltili samitlər haqqında anlayış tutuşdurulma əsasında verilir. Cingiltili samitlər ucadan, kar samitlər alçaqdan tələffüz edilir. Yəni tələffüz vaxtı səs telləri titrəyəndə cingiltili samitlər, titrəməyən də kar samitlər yaranır.

Cingiltili: b, v, ğ, d, j, z, g, c, q, y, l, ğ, n, r

Kar : p, f, x, t, ş, s, k, ç, k / , h / – – – – h

  1. Ahəng qanunu

Yəni sözdə eynicinsli saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir: səbət, bacı, şüyüt, qoyunvəs.

Dilimizdə ahəng qanununa tabe olmayan sözlərdə var ki, bunlar alınma sözlərdir. Belə sözlərə şəkilçi artırdıqda sözün son hecasındakı sait nəzərə alınmalıdır. Məsələn, ailə-miz, musiqi-çi, göz-lük, tələbə-lik və s.

«Ahəng qanunu» mövzusu seçilrək ənən mühüm məsələlərdən biri sözlərə şəkilçi artırarkən ahəngin gözlənilməsidir. Şagirdlər başa düşməlidirlər ki, sözə şəkilçi əlavə edərkən sonuncu hecadakı samitə baxıb hərəkət etməlidirlər. Morfologiyanın tədrisində ahəng qanunu üzrə işə daha çox imkan yaranır.

  1. «Əlifba»mövzusunun tədrisi

Əlifbanın yaranma tarixi qədimdir. Əlifbanın meydana gəlməsi öz kökünə görə qədim ölkələrə (Funigiya, Misir, Yunanıstana) gəlib çıxır.

Qədim hərfli yazılarının mükəmməli Funigiya yazısıdır. Bir çox əlifbaların əsasını təşkil edən həmin əlifbadan başqa xalqlar da istifadə etmiş və bu əlifba Şərq və Qərb istiqamtəində yayılmışdır.

Yazının əsas əlaməti hərfdir. Əlifbada hərflərin sıra ilə düzülüşüdür.

Azərbaycan əlifbasının mövcudluğu dövründə müxtəlf əlifbalardan istifadə edilmişdir. Azərbaycan ərazisində ən qədim əlifba Alban (Qafqaz) əlifbasıdır. Ərəblərin işğalından sonra azərbaycanlılar uzun müddət ərəb əlifbasından istifadə etmişlər. Ərəb əlifbasının çətinliklərinə görə 1921-ci ildə yaradılan Əlifba Komitəsi latın qrafikasına keçilməsinə aid qərar verdi. 1923-cü ildən hökumət idarələrində, iş latın əlifbası ilə aparıldı. 1929-cu ildən təlimə latın əlifbası ilə başlandı.

1939-cu il noyabrın 15-də Azərbaycan yazısının latın əlifbasından rus qrafikasına məcburi keçilməsi haqqında qəti qərar verildi. 1940-cı ildən məktəblərimizdə rus qrafikasına – Kiril əlifbasına keçildi. Uzun illər boyu məcburi tədris edilən Kiril əlifbası həyatda özünü doğrultmadığından – dilimizin qanunauyğunluqlarına uyğun gəlmədiyindən, 1991-ci ildən yenidən latın əlifbasına keçildi.

Azərbaycan Respublikasının müstəqillik qazanması və təhsil sisteminin yenidən qurulması, yeni əlifbaya keçmək zərurətini yaratdı.

25 dekabr 1991-ci il tarixdə «Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında» qərar verildi (Azərb.Resp.-sı Milli Şurası). Qərarda 32 hərfli latın qrafikalı Azərbaycan əlifbasının mərhələ-mərhələ yerinə yetirilməsi nəzərdə tutuldu.

1992-93-cü dərs ilindən məktəblərimizdə latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbası ilə sistemli təlimə başlanması işi reallaşdırıldı.

Adətən, bu mövzunun tədrisinə o qədər də əhəmiyyət verilmir. Əlifba təlimi dövründə hərflərin öyrədilməsi ardıcıllığı dərslikdəki düzülüşündən asılı olduğundan şagirdlər əlifba sırasını bilmirlər. II sinifdə onlar hərflərin sırası ilə yanaşı, hər birinin adını da öyrənirlər: Aa, Bb (be), Cc (ce) …

  1. Əlifbada mövcud 32 hərfAzərbaycan dilinin fonemlərini əhatə edir.
  2. Əlifbaya daxil olan hərflər, əsasən, latın əlifbası əsasında yaradılmışdır.
  3. Bir fonem bir hərflə ifadə olunur.
  4. K hərfi istisna olmaqla hər bir hərf bir fonemi ifadə edir.
  5. Hər hərfin çap və əlyazması şəkli mövcuddur və əlifbada hərfin adı da verilir.
  6. Hərflərin bitişdirilmə qaydası da sadədir və s.

Cəfərova Nabat. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I hissə

Dərslik ibtidai siniflərdə Azərbaycan dilinin tədrisinə, savad təliminin nəzəri və praktik problemlərinə həsr edilmişdir. Dərslikdə ibtidai siniflərdə savad təliminin mahiyyəti, əhəmiyyəti, məqsədi və vəzifələri açıqlanmış, problemin pedaqoji, psixoloji və linqvistik aspekti araşdırılmış, kurikulum tələbləri baxımından yeni yanaşmalar, savad təlimi dövrünə dair dərs nümunələri öz əksini tapmışdır. Fəal təlim prinsiplərinə istinad edən yeni metodların, interaktiv texnikaların tətbiqi ön plana çəkilmiş, həmçinin oxu və yazı təlimi məsələləri şərh edilmişdir. Dərslikdə ibtidai siniflərdə savad təliminin məzmunu və metodik sistemi verilmiş, I siniflərdə – Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) nun (I-IV siniflər) məktəb təcrübəsindəki nəticələri izlənilmişdir. Dərslik ibtidai təlim üzrə bakalavr, magistr, ibtidai sinif müəllimləri və tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.

  • Чтобы скачать этот файл зарегистрируйтесь и/или войдите на сайт используя форму сверху.
  • Регистрация
  • Узнайте сколько стоит уникальная работа конкретно по Вашей теме:
  • Сколько стоит заказать работу?

Ibtidai siniflrd azrbaycan dilinin tdrisi metodikası

Ana dillə xarici dilin paralel öyrədilməsi effektiv olmur. Bu, şagirdlərin zəif nəticə göstərmələrinə səbəb olur.

Müasir dövrdə əlavə dil bilmək böyük üstünlük hesab olunur. Ona görə də orta məktəblərdə müxtəlif xarici dillər tədris olunur. Ölkədə rus, ingilis, alman və fransız dillərinin tədrisi geniş vüsət alıb. Son dövrlərdə aparılan müşahidələr də göstərir ki, valideynlər uşaqlarını xüsusilə rus dili bölməsində oxutdurmağa üstünlük verirlər. Əlbəttə, rus dilində tədris informasiya cəhətdən məktəblilərin daha zəngin biliklərə sahib olmasına gətirib çıxarır. Müasir texnologiyaların, internet resurslarının, əsasən xarici dillərdə olması bu dili öyrənən şagirdlərin də təfəkküründə mühüm rol oynayır.

Xarici dil biliyi karyeranın qurulmasında da mühüm amil sayılır. Ancaq bir məsələ də var ki, bir sıra əcnəbi dillər ölkəmizdə ibtidai siniflərdən tədris olunur. Bu zaman isə müxtəlif fikir ayrılıqları ortaya çıxır. Bəzi pedaqoqlar xarici dillərin yuxarı siniflərdə tədrisini daha məqsədəuyğun hesab edirlər. Onların fikrincə, ibtidai sinif şagirdləri ilk növbədə öz ana dillərini, yəni Azərbaycan dilini mükəmməl öyrənsələr daha yaxşı olar. Ondan sonra isə istənilən xarici dili mənimsəmək olar. Ana dillə xarici dilin paralel öyrədilməsi azyaşlıların yüklənməsinə və zəif nəticə göstərmələrinə səbəb olur. Lakin bu iddianı qəbul etməyənlər də var.

Məsələn, sabiq təhsil naziri, görkəmli alim Firudin Cəlilov “Şərq”ə açıqlamasında bildirib ki, uşaqların aşağı siniflərdən xarici dil bilgisinə yiyələnməsinə məhdudiyyət qoymaq düzgün deyil. Çünki həmin dövrlərdə əcnəbi dilləri mənimsəmək daha rahat olur:

“Artıq dövr dəyişib, texnologiya inkişaf edib, müasir tələblər formalaşıb. Bir misal deyim, mənim nəvəm hələ orta məktəbə başlamayıb. Yaşı düşmür, 5 yaşı var. Amma rus dilində məndən yaxşı danışır. Evdə rus dilində danışan yoxdur. Uşaq rus dilini yeni dövrün icadı olan mobil telefon vasitəsi ilə öyrənib. Yəni demək istəyirəm ki, indi istər-istəməz balaca uşaqlar öyrənməyə meyilli olurlar. Bundan qaçmaq olmaz. Əgər ibtidai sinif şagirdlərinin iki dil öyrənməyə potensialı çatırsa, niyə onları bundan məhrum edək? Bu ki onların ziyanına yox, xeyrinədir. Sadəcə, uşaqlara imkan yaratmaq lazımdır”.

Alim deyib ki, pedaqoqlar bu məsələnin üzərində işləməlidir: “Müəyyən edilməlidir ki, uşaqlara bağçalarda dil öyrətmək daha münasib olar, yoxsa orta məktəbin ibtidai siniflərində. İndi mənim nəvəmə orta məktəbdə əcnəbi dil tədris etsələr, mənim ona etiraz etməyim nə dərəcədə düzgün olar?! Demirəm, 5-6 dil öyrənsinlər, ən azından birinci sinifdən etibarən rus və ya ingilis dillərini tədris etməyə ehtiyac var”.\\Ednews.net

Ana səhifəyə qayıt Baxış: 297 Tarix: 5-11-2019, 21:33

Comments are closed, but trackbacks and pingbacks are open.