Ibtidai siniflərdə riyaziyyat təlimi pdf
E) rəqəmdir, ədəd deyil
##book name=Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası II
##num= 1// level= 1// sumtest=20 // name= 10 və 100 dairəsində nömrələnmənin öyrədilməsi metodikası – 1 – 20//
1. Saylar mənaca neçə növ olur?
2. Sıfır ədəddir, yoxsa rəqəm?
A) yalnız rəqəmdir
B) yalnız ədəddir
C) ədəd və rəqəmdir
D) ədəddir, rəqəm deyil
E) rəqəmdir, ədəd deyil
3. Onluq say sustemində istənilən sayda natural ədədləri yazmaq (işarə etmək) üçün neçə işarə qəbul edilmişdir?
4. Nömrələmə mövzusunda əsas obyekt nədir?
A) toplama və çıxma əməlləridir
B) funksiyalar
C) hesab əməlləridir
D) əşyalardır
5. Aşağıdakılardan hansı ədədlərin nömrələnməsi zamanı illustrativ material kimi qəbul olunmur?
C) Sinif və fərdi çötkələr
D) Kartondan, parçadan, taxtadan hazırlanmış düzüm taxtası
E) Ədədlərin mərtəbə və siniflərinə aid nömrələmə cədvəli
6. Aşağıdakılardan hansı ədədlərin nömrələnməsi zamanı illustrativ material kimi qəbul olunmur?
A) Sinif və fərdi çötkələr
B) Təlimin texniki vasitələri, o cümlədən ekran vasitələri (diafilmlər, diapazitivlər,
kinofilmlər və s. )
C) Sahə ölçü vahidləri
D) Kartondan, parçadan, taxtadan hazırlanmış düzüm taxtası
E) Ədədlərin mərtəbə və siniflərinə aid nömrələmə cədvəli
7. Riyaziyyatın ibtidai kursu neçə konsentr üzrə (mərhələdə) öyrədilir və bunları müəyyən edin:
1) 1 – dən 2 – yə qədər,
2) 1 – dən 100 – ə qədər,
3) 1 – dən 10 – a qədər,
4) 1 – dən 1000 – ə qədər,
5) 1 – dən milyona qədər.
D) 1, 3, 4, 2, 5
E) 2, 1, 3, 5, 4
8. 1 – dən 10 – a qədər ədədlər nə üçün müstəqil konsent kimi öyrədilir:
1- Natural sıranın ilk on ədədidir,
2- Şagirdlər saymağı bacarır,
3- 10 dairəsində nömrələmə müəyyən xüsusiyyətlərə malikdir,
4- 10 – ədədi onluq say sisteminin əsasıdır və təkliklərin cəmindən ibarətdir,
5- 1 – dən 10 – a qədər ədədləri adlandırmaq və yazmaq üçün xüsusi sözlərdən və işarələrdən istifadə olunur.
9. “1 – dən 10 – a qədər ədədlər” mövzusu neçə mərhələ üzrə tədris olunur və hansılardır:
1- yoxlama mərhələsi
2- hazırlıq mərhələsi
3- 1 – dən 10 – a qədər nömrələmə mərhələsi
4- Qruplaşdırma mərhələsi
5- 10 dairəsində toplama və çıxma
10. Hazirliq mərhələsinin vəzifələri hansılardır:
1) 1 – dən 10 – a qədər ədədlərin natural sırada yerini bilməlidir,
2) rəqəmlərin oxumaq və qiymətini bilməlidir,
3) məsələ tərtib etməyi bacarmalıdır,
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət
Ibtidai siniflərdə riyaziyyat təlimi pdf
Bu gün respublikamızda təhsil islahatı müvəffəqiyyətlə həyata keçirilməkdədir. İslahatda əsas məqsəd cəmiyyətin maraq və tələbini nəzərə almaqla müstəqil düşünməyi və fəaliyyət göstərməyi bacaran, yaradıcı qabiliyyətə malik şəxsiyyətlər yetişdirməkdir.
Müasir dövrdə uşaqlar hər gün müxtəlif dəyişikliklərlə üzləşirlər. Təbiət və cəmiyyətdə baş verən dəyişikliklər onlarda daim öyrənmək həvəsini artırır. Müəllimlər bunu nəzərə alaraq dərslərində yeni texnologiya və metodlardan daim istifadə etməlidirlər.
Müəllimin dərsdə rolu uşaqlara sərbəst şəkildə tədqiqat aparmaq, dərslərin fəal iştirakçısı olmaq və dərslərdə tək, yaxud digər şagirdlərlə birgə işləmək imkanları verməkdir.
Müəllimin istiqamət verdiyi dərslər uşaqların xüsusi bir vərdiş və metodları sınaqdan çıxarmaları üçün böyük və ya kiçik qruplar şəklində,yaxud da fərdi qaydada məşğul olduqları dərslərdir.
Müəllimlər uşaqlar üçün maraqlı olan və bir çox riyazi prosesləri (ölçmə, həndəsə, statistika və ehtimal da daxil olmaqla) əhatə edən dərsləri əvvəlcədən planlaşdırmalıdır. Axı şagirdlər müxtəlif obyektləri tədqiq və müqayisə etmək, ölçmək və ya quraşdırmaq imkanlarına malikdirlər.
İbtidai siniflərdə riyaziyyatın tədrisi prosesində məsələ həlli mühüm yer tutur. Məsələ anlayışının formalaşdırılması, məsələnin məzmunu və quruluşunun şüurlu mənimsənilməsi riyaziyyat dərsinin vacib şərtlərindən biridir. Məsələ həlli zamanı bir sıra anlayışların mahiyyəti açılır və onlar şagirdlər tərəfindən mənimsənilir.
Məsələ həlli müstəqil təfəkkürün növlərindən biridir. Onun məqsədi ədədlər üzərində əməllərə aid hesablama vərdişlərinin inkişaf etdirilməsi, gündəlik həyatda işlənən kəmiyyətlərlə, onlar arasındakı münasibətlərlə tanışlıq, sadə həndəsi təsəvvürlər formalaşdırmaq, bu bilikləri məsələ həlli və hesablamalarda tətbiq etməyi öyrətməkdir.
Məsələlərin həllində elə metodlar tətbiq edilməlidir ki, şagirdləri müstəqil mühakimə yürütməyə, oxşar və fərqli cəhətləri araşdırmağa, ümumiləşdirmə aparmağa, nəticə çıxarmağa yönəltsin, onlarda çox da çətin olmayan məsələlərin həlli ilə əlaqədar qismən axtarıcılıq və tədqiqatçılıq qabiliyyətini inkişaf etdirsin.
Nəzərə almaq lazımdır ki, şagirdlərin ibtidai siniflərdə hesab məsələlərinin həllinə və tətbiqinə aid əldə etdikləri bilik və bacarıqlar yuxarı siniflərdə riyaziyyatın, o cümlədən bir sıra digər fənlərin mənimsənilməsində əhəmiyyətli rol oynayır.
I sinifdə həyatdan götürülmüş məsələləri həll etdirmək həm də şagirdlərdə şüurlu və möhkəm hesablama vərdişlərinin formalaşmasını inkişaf etdirir. Şagirdlər riyaziyyat məsələləri vasitəsilə həyati hadisələri öyrənir, istehsal sahələri ilə tanış olurlar.
Riyaziyyat dərslərinin daha səmərəli keçməsi, daha yaddaqalan olması üçün müəllim şagirdlərin maraq dairələrinə müvafiq olaraq əyləncəli və düşündürücü məsələlərdən, tapmacalardan, nağıllardan, əyləncəli riyazi krossvordlardan istifadə etməlidir.
Nağıl, şeir, musiqili tapmacalar vasitəsilə keçilən dərslər şagirdlərə güclü emosional təsir göstərir. Bunun nəticəsində onlarda daha möhkəm, dərin biliklər formalaşır. Dərslərimdə tətbiq etdiyim nağıl tapmacalardan birini nümunə göstərmək istəyirəm:
Ağacda on alma var.
Dördünü dərdi siçan,
Birini yerə saldı.
Neçəsi orda qaldı?
Məlumdur ki, məktəbə yenicə gəlmiş uşaqlar heç vaxt “məsələ, məsələ həlli, məsələnin şərti” kimi söz və ifadələr eşitməmişlər.
Bu ifadələr şagirdlərin nitqinə yaddır, ona görə də müəllim şagirdi buna tədricən alışdırmalıdır.
Məsələ uşaq üçün uydurma və kənardan gəlmə məcburi bir şey olmamalı, şagirdlərin nəzərində ətraf aləmdəki şəraitdən daha yaxşı uşağın öz tələbatından doğan bir tapşırıq kimi görünməlidir.
Şagirdlər ilk dəfə məsələ həllini ən həyati və praktik bir sualın həlli kimi qavramalıdırlar. Məsələyə bu cür yanaşmanı şagirdlərin şüurunda canlandırmaq lazımdır. Məsələn: Balaca dovşan oyuncaqlarla oynamağı çox xoşlayır, amma o, bərk acıb. Sizcə, dovşan hansı yolla getməlidir?
Bu və digər tipli məsələlərin həllində şagirdlər yaradıcı düşünməyi, mühakimə yürütməyi və öz fikirlərini əsaslandırmağı öyrənirlər ki, bu da onların məntiqi təfəkkürünün formalaşmasını təmin edir.
Bu proses uşaqların təsəvvürünü, diqqətini, yaddaşını inkişaf etdirir, onlarda fəallıq, çətinlikdən çıxmaq üçün inadlılıq və təşəbbüskarlıq kimi keyfiyyətlərin formalaşmasına şərait yaradır.
Comments are closed, but trackbacks and pingbacks are open.