Press "Enter" to skip to content

MİQ-ə hazırlaşanlar üçün Metodikadan 15 TEST

· obyektin informasiya modelini qurur və onun təbii modelini təsvir edir;

Ibtidai təhsil kurikulumu

Informatika kurrikulumu v ə onun xarakterik cəhətləri . Azərbaycan Respublikasında ümumtəhsil məktəbləri üçün i nformatika fənninin kurrikulumu onun məqsəd və vəzifələrini, əhəmiyyətinin əsaslandırılmasını, fənnin xarakterik xüsusiyyətlərini, məzmun xətlərini və onların əsaslandırılmasını, ümumi təlim nəticələrini, məzmun standartlarını, alt-standartları, tədris prosesində üfüqi və şaquli inteqrasiyanı, fəndaxili və fənlərarası inteqrasiyanı, təlim strategiyalarını və qiymətləndirmə vasitələrini əhatə edir.

Bu kurrikulum ümumtəhsil məktəblərində informatika təliminin əsas məqsədlərini müəyyənləşdirməklə ümumi təlim nəticələrinə nail olmaq üçün bütün fəaliyyətləri əks etdirən və hər bir şagirdin imkan və ehtiyaclarına istiqamətlənmiş konseptual sənəddir. Kurrikulum təhsil işçiləri, məktəb rəhbərləri, müəllimlər, dərslik, dərs vəsaitləri metodiki t ö vsiyə müəllifləri, valideynlər, icma və ictimaiyyətin digər nümayəndələri üçün nəzərdə tutulmuşdur.

I. İnformatika təliminin məzmunu

1.1. Ümumi təlim nəticələri

İbtidai təhsil pilləsi (I-IV siniflər) üzrə şagird:

· eynicinsli obyektlər qrupunda artıq əşyanı seçir, onları əlamətlərinə görə ayırır və müqayisə edir;

· hərəkətlər ardıcıllığında səhvləri tapır, buraxılmış addımı müəyyən edir;

· qanunauyğunluqları tapır və onların əsasında sadə modellər qurur;

· sadə riyazi alqoritmlər və layihələr tərtib edir;

· kompyuterlə sərbəst davranır, sadə əməliyyatları icra edir;

· qrafiki redaktorda rəsmlər çəkir, onları redaktə edir, rəsmlərə mətn daxil edir, alqoritmlərdən istifadə edərək mozaikalar qurur;

· mətn redaktorunda sadə mətnləri yığır, redaktə edir və onlara rəsmlər daxil edir.

Əsas təhsil pilləsi (V-IX siniflər) üzrə şagird:

· informasiya və kommunikasiya texnologiyalarının müasir cəmiyyətdə rolunu və əhəmiyyətini şərh edir;

· gündəlik həyatda və məişətdə lazım olan məsələləri kalkulyator rejimində həll edir;

· kompyuterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir;

· mətn redaktorunda sadə olmayan mətnləri yığır və formatlaşdırır, mətnə müxtəlif yaddaşlardan şəkillər daxil edir;

· qrafik redaktorda müəyyən çətinlik dərəcəsinə malik şəkillər hazırlayır, şəklin atributlarını dəyişdirir, onlara müvafiq mətnlər daxil edir;

· obyektin xassələrini, parametrlərini və mühitini təyin edir, obyektlər sistemini təsnif edir;

· obyektin informasiya modelini qurur və onun təbii modelini təsvir edir;

· informasiyanın xassələrini, kodlaşdırılmasını, qəbul edilməsi və ötürülməsini nümunələr əsasında izah edir;

· şəbəkə növləri vasitəsi ilə məlumatları axtarır, toplayır, sistemləşdirir və onlardan məqsədyönlü istifadə edir;

· müxtəlif təqdimatlar hazırlayır və nümayiş etdirir;

· elektron cədvəllərdən istifadə etməklə yeni sənədlər tərtib edir;

· müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini təmin edən proqram təminatından istifadə edir, sadə web səhifələr yaradır.

Orta təhsil pilləsi (X-XI siniflər) üzrə şagird:

· informasiyaları ölçür, təsvir edir və informasiya daşıyı­cıları ilə işləyir;

· sadə məsə­lələrin həlli üçün müx­təlif strukturlu alqoritm­lər tə­rtib edir, proq­ram­lar hazırlayır və icra edir;

· sadə informasiya model­lə­rinə uyğun in­forma­siya­ların işlən­mə­si alqo­ritm­lər­ini qurur və qurulmuş modeli kompüüerdə tədqiq edir;

· kompyuterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir və lazımi əməliyyatları icra edir;

· qrafiki redaktorda müxtəlif təsvirlərin hissələrindən istifadə edərək yeni təsvir yaradır, mətn redaktorunda cədvəl-mətnlər yığır, format­laşdı­rır, cədvəllər üzərində hesablamalar aparır, sənədləri çap edir;

· müxtəlif təqdimatlar hazırlayır, re­daktə edir və ona multimedia effektlərini əla­və edir;

· elektron cədvəl prosessorunda və verilənlər bazasında müvafiq əməliyyatları icra edir;

· internetin əsas xidmətlərindən istifadə edir, müxtəlif dizaynlı web-səhifələr yaradır.

MİQ-ə hazırlaşanlar üçün Metodikadan 15 TEST

Dəyərli Aztehsil.com izləyiciləri bu gündən başlayaraq saytımızın TEST bölməsində Müəllimlərin İşə Qəbulu ( MİQ) və Direktorların İşə Qəbulu ilə bağlı vaxtaşırı olaraq test nümunələri paylaşacağıq.Ay ərzində 4 dəfə ardıcıl olaraq testlərin cavablarını şərh bölməsinə ilk doğru yazan izləyicilərimiz tərəfindən müsabiqəyə hazırlaşmaq üçün vəsaitlə mükafatlandırılacaq.

Məlumat üçün onu da bildiririk ki,aztest.infi saytında ( saytın istənilən məqaləsinin sonunda SINAQ İMTAHANI yazılmış yazıya tıklamaqla həmin sayta keçid əldə edə bilərsiniz.Sayta keçdikdən sonra qeydiyyatdan da keçmək lazım olacaq.)

Hər birinizə uğurlar arzulayırıq !

1. “Kurikulum” sözünün lüğəti mənası nə deməkdir? A)Təhsil, fənn

B)Təhsil pilləsi, təhsil proqramları

2. Azərbaycan Respublikası Təhsil haqqında İslahat proqramı nə vaxt təsdiq olunub?

C)13 yanvar 2009

3. Təhsil haqqında qanun nə vaxt qəbul olunub?

B)13 yanvar 2009

C)12 oktyabr 2008 D)12 avqust 1999

4. Hansı bənddə kurikulumun səciyyəvi cəhətləri düzgün göstərilib?

1. Bəzi fənnlər üzrə qiymət normaları müəyyən edilib

5. İnteqrativlik əsas prinsip kimi qəbul olunub

6.Qiymətləndirmə müəllimin subyektiv rəyinə əsaslanır

5)Kurikulum islahatını zəruri edən səbəblər hansılardır?

1. Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması

2. Təlim prosesi ilə əlaqəli tədqiqatlar

3. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid

4. Dünya təhsil sisteminə inteqrasiya

5. Şagirdlərin zəifliyi

6. İnformasiya əsrinin tələbləri

7. Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması

6.Nəticəyönümlülük deyəndə nə nəzərdə tutulur?

A) Təlimin şagirdlərin marağına,təlabatına uyğunluğunun nəzərə alınmasıdır.

B) Şagirdlərin idraki,ünsiyyət və psixomotor bacarıqlarının inkişaf etdirilməsidir.

C) Təlimin məzmun komponentlərinin bir-biri ilə əlaqələndirilməsidir.

D) Əvvəlcədən müəyyən edilmiş şagird nailliyyətinin nəticələr formasında əks etdirilməsidir. E)Şagirdlərin nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbidir.

7. Təhsil islahatı neçənci illəri əhatə edir?

8) 1Azərbaycan Respublikasının Konstitusiyası nə vaxt qəbul olunmuşdur?

A)12 noyabr 1995-ci il

B)18 oktyabr 1996-ci il

C)21 avqust 1995-ci il

D)15 oktyabr 2003-cü il

E)5 noyabr 1995-ci il

9) Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası neçənci ildə təsdiq edilmişdir?

A) 19 iyun 2010-cu il

B) 24 oktyabr 2013-cü il

C) 5 iyun 2006-cı il

D) 19 iyun 2009-cu il

E)15 iyun 1999-cu il

10) Tədris və təlim işi şagirdlərin maraq və təlabatlanmn ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldir. Qeyd olunan fikir təlimin təşkilinə verilən tələblərindən hansının şərhidir?

A) Pedaqoji prosesin tamlığı

B) Təlimdə dəstəkləyici mühitin yaradılması

C) Təlimdə bərabər imkanların yaradılması

11.Milli Kurikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansı nəzərə alınmamışdır?

12. İbtidai təhsil səviyyəsi üçün neçə fənn kurikulumu hazırlanıb?

13.Kurikulumlarda fənnin məzmunu necə verilmişdir?

A) Bacarıqlar şəklində ifadə edilən təlim nəticələri-standartlar formasında

B) Qimətləndirmə standartları şəklində ifadə edilən təlim nəticələri-standartlar formasında

C) Biliklər şəklində ifadə edilən təlim nəticələri-standartlar formasında

D) Oyun və fəaliyyət şəklində ifadə edilən təlim nəticələri- standartlar formasında

E)Bütün variantlar doğrudur.

14. Kurikulum nədir?

A) Təlimin təşkilinə qoyulan tələblər və qiymətləndirmə nümunələri toplusu

B) Təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd.

C) Dərs nümunələri, qiymətləndirmə nümunələri və müəllimlər üçün digər metodik göstərişlər toplusu

D) Təlim metodu, forma və vasitələrin məcmusu

E)Təlimin qiymətləndirməsi ilə bağlı konseptual sənəd

15.Qiymətləndirmə standartları nədir?

A) Təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin nailiyyət səviyyəsinə qoyulan tələb.

B) Tədris ilinin sonunda şagirdlərin nailiyyət səviyyəsinə və məktəbin fəaliyyətinə qoyulan dövlət tələbidir.

C) Təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.

D) Şagird və müəllimlərin bilik və bacarıqlarına qoyulan tələb

E)Şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulan tələb

Ibtidai təhsil kurikulumu

2018-05-02 17:53:04

İbtidai sinif müəllimləri kurikulum barədə: “Yaxşı metoddur, amma ənənədən də uzaqlaşmaq olmaz”

Kurikulum – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Bu sənəd Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (milli kurikulum) kimi təsdiq olunub. Artıq 10 ildir ki, tətbiq olunan bu üsula münasibət birmənalı deyil. Bəziləri kurikulumun tərəfdarı olsalar da, bəziləri bu üsulun təhsil ideyamıza çevrilə bilmədiyini qeyd edirlər. AzEdu.az müəllimlər arasında kurikuluma münasibəti öyrənib: Sorğunu 62 saylı məktəb-liseyin ibtidai sinif müəllimləri cavablandırıb. 10 ildən çoxdur ki müəllimə işləyən Aygün Şabanova: “Kurikulum, əslində, çox gözəl üsuldur. Çünki bu üsulla işləyəndə nə müəllim yorulur, nə də şagird. Amma öyrədilən mövzunu uşaq qavraya bilməyəndə, mütləq biz ənənəvi üsula qayıtmalı oluruq. Ənənəvi üsulda uşağa hansısa mövzunu mənimsətmək üçün mütləq bizə vaxt ayrılır. Lakin kurikulumda bizə belə şans tanınmır. Açığı kurikulumun, sırf bu tərəfini heç bəyənmirəm. Qalan bütün hərşey – uşaqların aktivliyi, dərsin keçirilməsində maraqlı məqamlar isə mükəmməldir. Yenə təkrar edirəm, uşaqlar kurikulum üsulunda daha aktiv olurlar, sadəcə bəzi uşaqlar var ki, onlarda qavrama qabiliyyəti aşağıdır. Belə uşaqlar da təxminən sinifin 50%-ni təşkil edir. Bu uşaqlara əvvəlki mövzunu öyrətmək, yenidən təkrarlatmaq lazım gələndə məcburən ənənəvi üsula əl atırıq. Kurikuluma keçid edəndə uşaqların aktivliyi əsas meyar götürüldüyü üçün siniflərdə səs-küy çox olurdu. Amma indi həmin uşaqlarla işləmək olduqca rahatdır”. 13 ildir ki müəllimə işləyən Ramilə Məmmədova: “Həm ənənəvi, həm də kurikulum üsulunu tədris etmişəm. Düşünürəm ki, indiki üsul daha effektlidir. Çünki fəal təlimdir, uşaqlar özləri özlərini ifadə edir, müəllim olmadan tapşırığı yerinə yetirə bilirlər, müstəqil tətqiqat işi aparırlar. Araşdırma zamanı uşaqlar artıq tam şəkildə fikir sahibi olurlar. Müxtəlif mənbələrdən, internetdən yararlanaraq mövzuların öhdəsindən gəlirlər. Kurikuluma təzə keçid edəndə bir qədər çətinlik yaranırdı. Lakin, mütəmadi, kurs keçdiyimiz üçün artıq çətinliyin öhdəsindən gəlirik. Yavaş-yavaş kurslara cəlb olunduqca bu prorses bizim üçün asanlaşıb”. 47 illik stajı olan Nəzakət Həsənova: “Bugün uşaqların müstəqilliyi, sərbəst fikir söyləmələri, dərsə daha maraqla yanaşmaları ənənəvi üsulda yox idi. Ənənəvi sistem çox ciddi təşkil olunmuşdu, müəllim nə deyirsə o, olmalı idi.. Uşaqlar indiki kimi sərbəst və aktiv ola bilmirdilər. Kurikulumun yaradıcılıq, əməkdaşlıq istiqaməti məni çox qane edir. Keçid vaxtı kurikulumla bağlı elə bir çətinliyim olmadı. Ənənəvi üsulu görmüşdüm deyə yeri gələndə oradan lazım olan məqamları kurikulumda da tətbiq edirəm. İllərdir artıq bu məktəbdə işləyirəm. Artıq mənim şagirdlərim iş yoldaşım olublar, mənimlə birgə müəllim işləyirlər. Bu, mənim üçün fəxrdir”. 24 ildir ki müəllimə işləyən Gülşən Abbasova: “İstənilən yeni bir üsulun tətbiqi zamanı həm müsbət, həm də neqativ hallar ola bilər. Əslində, müəllim özü yaradıcı olmalıdır. Biz ənənəvi sistemi tamamilə kəsib ata bilmərik. Tədris prosesində mütləq, ənənəvi sistemin də istiqamətlərindən faydalanırıq, bugünkü gündə də ondan istifadə edirik.

Kurikulum ona görə, effektli üsuldur ki, söhbət burada fəal təlimlərdən gedir. Uşaqlar fikirlərini sərbəst ifadə edirlər, müxtəlif problemlərin həlli üçün özləri çıxış yolu tapırlar. Ənənəvi üsulda əsas iştirakçı müəllim idi. İndi isə əsas həlledici qüvvə şagirddir. Uşağı bir şəxsiyyət kimi formalaşdırmaq üçün təbii ki, kurikulum tətbiq olunmalıdır. İlk illərdə kurikuluma keçid edəndə bizim üçün bəzi çətinliklər yaranırdı. Lakin üzərimizdə işləməklə, məsləhətlər və tədbirlər vasitəsilə bunun öhdənisdən gəldik. Zənnimcə, yeni üsul gənc məzunlara tapşırılsa, onlar bunu daha rahat tədris edərlər. Nəinki köhnə- ənənəvi üsula köklənmiş müəllimlər. ” 11 ildir ki, müəllimə işləyən Səbinə Əliyeva: “Kurikulumun bir tərəfi yaxşıdır ki, uşağın şifahi bacarıqları formalaşır, amma təəssüf ki, yazı qabiliyyətləri yetəri qədər inkişaf etmir. 11 ildir müəllim işləyirəm, cəmi bir il ənənəvi üsulu tətbiq etmişəm. Mənim öz uşaqlarım hazırda universitetdə oxuyarlar. Onlarla, indi sinfimin şagirdlərini müqayisə edəndə görürəm ki, o dövrün uşaqları daha savadlı olublar. Yeni üsulun tədrisində mənə heç bir çətinliyi yoxdur. Lakin uşaqlar çox yüklənirlər, suallar, tapşırıqlar çox qəlizdir. Bugün öyrətdiyimiz dərsi sabah uşaq, bizə qaytara bilmir. Haradasa mütləq boşluq qalır”. 24 ildir ki müəllimə işləyən Könül Tarıverdiya: “Hansı üsulun effektli olması onda bəlli olur ki, bunu tədris edən müəllimlər hansını daha yaxşı bacarırlar. Bugün uşaqlar interaktivdirlər və onlara verdiyimiz təhsil də interaktiv olmalıdır. Bu baxımdan kurikulum daha yaxşıdır. Belə demək mümkünsə, dövrün tələbi kurikulumdur. Lakin biz bu üsul bizim başa düşdüyümüz kimi davam etməməlidir. Kurikulum təkmilləməli və milliləşməlidir. Əgər müəllim bu üsulu tətbiq edə bilmirsə, mahiyyətini başa düşmürsə, müəllim ümumiyyətlə dərs deməsin. Ənənəvidən daha yaxşı nəticə görürsə, elə ənənəvini tətbiq etsin. Çox yaxşı olardı ki, hamı kurikulumu yaxşı bilsin və ondan sonra bu üsulun tətbiqinə başlanılsın ki biz daha başqa 10 illər itirməyək. Kurikulumda müəllimlər üçün ən çox çətinlik yaradan istiqamət isə qiymətləndirmə sistemi və interaktivlikdir. Yeni sistemdə layihə xarakterli dərslər olur. Ənənəvi də olduğu kimi kurikulumda da, dərsi qavramayan uşağa həmin mövzunu dərsdən əlavə vaxt ayırıb öyrədirdik. Yəni, şagirdlərə fərdi yanaşma həmişə olub. Kurikulum 7 mərhələsi ki var, müəllimlər həmin mərhələləri tətbiq etməlidirlər. Bax, bu istiqamətlərin hər biri müəllimlərə düzgün öyrədilməlidir. Müəllim üçün qaranlıq qalan şey, uşaq üçün zülmətdir. Əgər indi kurikulum müəllimlərə qaranlıqdırsa, bu necə nəticələnəcək?”

Nəzrin Cavid

Bu bölməyə aid digər xəbərlər

Müəllimlərin maaşı yenə artımla VERİLMƏDİ

2023-03-17 09:50:33

Müəllimlərin maaşı artırıldı – QƏRAR

2023-03-09 11:47:00

Təhsil işçilərinin aylıq vəzifə maaşları artdı – CƏDVƏL

2023-03-09 11:40:00

Təhsil İnstitutu müəllimlər üçün görüş keçirib

2023-03-09 10:43:04

Qadın müəllimlər arasında voleybol yarışı keçirilib

2023-03-07 16:39:00

Qadın müəllimlər şalvar geyinə bilər? – Rəsmi və qeyri-rəsmi REAKSİYA

2023-03-03 16:01:00

MİQ imtahanına hazırlaşanlar üçün vebinarlar təşkil edilir

2023-03-01 11:47:10

Məktəbi kim idarə etməlidir: kişi, yoxsa qadın direktor.

2023-02-27 12:20:00

Paytaxt məktəbində “Atalar və məktəb birliyi”

2023-02-26 10:31:33

Bu müəllimlər sertifikasiyadan azad edilir – QANUNVERİCİLİK

Comments are closed, but trackbacks and pingbacks are open.