Icbari sığortanı necə ləğv edə bilərəm?
N.Cəfərli qeyd edib ki, heç bir yenilik olmadığı halda, əhali arasında yaranan ajiotajın səbəbkarı sığorta şirkətləridir:
Icbari sığortanı necə ləğv edə bilərəm?
İcbari sığorta haqqında 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun 35.2. maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Dövlət qeydiyatına alınmış daşınmaz əmlak dedikdə, qarajlar, mağazalar, evlər, mənzillər və sair dövlət qeydìyyatına alınmış (“kupça”sı olan) obyektlər nəzərdə tutulur. “Kupça”sı olmayanlara sığorta məcburi deyil.
Maraqlıdır, 2011-ci ildə qüvvəyə minən və indiyədək heç bir nəzarət, cərimə mexanizmi tətbiq edilməyən icbari sığorta, qanuna heç bir dəyişiklik edilmədiyi halda, niyə 2020-ci ildən məcburi hal alır? Sığorta hadisəsi kimlərin maraqlarına işləyir?
Modern.az-ın bu qəbildən olan suallarını iqtisadçı Natiq Cəfərli cavablandırıb.
N.Cəfərli qeyd edib ki, heç bir yenilik olmadığı halda, əhali arasında yaranan ajiotajın səbəbkarı sığorta şirkətləridir:
“Sığorta şirkətləri bilərəkdən ajiotaj yaradaraq, əhalinin daşınmaz əmlakını sığortaya cəlb etmək niyyəti güdür, əlavə gəlir mənbəyi əldə etməyə çalışırlar. Bu qanun çoxdan qəbul olunub, amma tətbiqilə bağlı ciddi problemlər var. Çünki ölkədə 650-700 min daşınmaz əmlakın sənədi yoxdur. İllərdir “sənədsiz evlər” məsələsi həll olunmur. Sənədi olmayan daşınmaz əmlakın sığortalanması mümkün deyil. Ölkədə təqribən milyon yarıma yaxın daşınmaz əmlak var. Bunların sığortasını 50 manatdan hesablasaq, 75 milyon manat əlavə gəlir deməkdir. Belə baxanda sığorta şirkətlərinin iştahası pis deyil, obrazlı desək, piroqdan pay götürmək istəyirlər. Əgər ölkə ərazisində qanun hamıya bərabər şəkildə tətbiq olunmursa, onun işləməsi mümkün deyil. Ona görə də əhalinin təşivişinə, narahatlığına əsas yoxdur. Yalnız insanların öz daşınmaz əmlakı ilə bağlı hüquqi əməliyyat həyata keçirərkən, satarkən, yaxud kiminsə adına keçirərkən, həmin sənədi tələb edə bilərlər. Yalnız o zaman vətəndaş məcburiyyətdən həmin sənədlə bağlı addım atar”.
Ekspertin sözlərinə görə, milyonlarla daşınmaz əmlakın mövcud olduğu ölkədə hamıya cərimə yazılması mümkün deyil:
“Belə bir yanlış informasiya yayılıb ki, guya cərimə yazıldığı halda, onu ödəməyən vətəndaş hər 20 gündən bir cərimlənəcək. Bu, absurd bir şeydir, yenə də kimlərinsə maraqlarına xidmət edir. Hansısa qanun pozuntusuna görə cərimə il ərzində 1 dəfə yazıla bilər. Amma eyni əmələ görə hər 20 gündən bir cərimə yazılması mümkün deyil. Bu ajiotajın aradan qaldırılması üçün Azərbaycan hökuməti açıqlama verməlidir. Təəssüf ki, rəsmi orqanlar susur, danışanlar isə sığorta şirkətlərinin nümayəndələridir. İlkin olaraq daşınmaz əmlakla bağlı amnistiya aktı qəbul olunmalıdır. Bütün daşınmaz əmlaklar rəsmiləşdirildikdən, rəsmi qaydaya düşdükdən sonra sığortanın icbari tətbiqilə bağlı qərar verilə bilər. Eyni məhəllədə, eyni binada yaşayan iki qonşudan birində “kupça” yoxdursa, onun əmlakının sığortası məcburi olmur, amma sənədi olan məcburi qaydada daşınmaz əmlakını sığortalatdırmalıdır. İndiki halda bu, bərabərlik hüquqlarıın pozulmasıdır, həm məntiqə ziddir, həm də hüquqa. Rəsmilər mütləq şəkildə məsələyə aydınlıq gətirməlidirlər. Əks halda şayiələr də artaraq, insanları narahat edəcək”.
N.Cəfərli bildirib ki, şəxsən öz daşınmaz əmlakını sığortalatdırmayıb:
“Bunun üçün narahat deyiləm, vətəndaşları da rahat olmağa çağırıram. Cərimənin yazılması və yığılması ilə bağlı aidiyyatı və məsul orqan da yoxdur. Sığorta şirkətlərinə cərimə tətbiq etmək səlahiyyəti verilməyib”.
Icbari sığortanı necə ləğv edə bilərəm?
Bəzi iddialara görə, əhalinin böyük həyəcanla gözlədiyi və ölkə üzrə 2020-ci il 1 yanvardan tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta Bakı və Sumqayıt şəhərlərinə hələlik şamil edilməyəcək. Həmçinin qeyd edilir ki, növbəti ilin ilk ayından etibarən işləyən vətəndaşların hər birinin əməkhaqqından 10 manat tutulacaq.
FED.az xəbər verir ki, məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığorta 2020-ci il 1 yanvardan etibarən bütün ölkə üzrə tətbiq ediləcək:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 20 dekabr 2018-ci il tarixli 418 №-li Fərmanına əsasən 1 yanvar 2020-ci ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.
Bu məqsədlə 28 dekabr 2018-ci il tarixində icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə şərait yaradan “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul edilib”.
Rəsmi məlumata görə, təqvim ili üçün adambaşına 120 manat ödəməklə icbari tibbi sığorta münasibətləri çərçivəsində tibbi xidmətlərdən istifadə edilir:
““Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-10.1.2.1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən, işləyən şəxslərə münasibətdə sığortalı tərəfindən-hesablanmış əməyin ödənişi fondunun 2 faizi tutulacaq. Sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 2 faizi ödənilməklə, həmin qanunun 15-10.1.2.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və qeyd edilən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən təqvim ili üçün adambaşına 120 manat ödəməklə icbari tibbi sığorta münasibətləri çərçivəsində tibbi xidmətlərdən istifadə edilir”.
Həmçinin bildirilib ki, Qanununun 15-11.2-ci maddəsinə əsasən, sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq göstərilən ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidməti, o cümlədən aşağıda göstərilən kateqoriyalara daxil olan şəxslər üçün sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
– “Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Mülki Məcəlləyə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda:
– Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşınadək şəxslər;
– peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları;
– “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;
– “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər;
– “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
– ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonra 42 gün müddətində qadınlar;
– Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar”.
İcbari tibbi sığorta nədir və necə işləyir?
Cavab: İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.
Sual: Hal-hazırda icbari tibbi sığorta harada həyata keçirilir?
Cavab: Pilot layihə Mingəçevir şəhərində və Yevlax rayonunda həyata keçirilir.
Sual: Həyata keçirilən əsas tibbi xidmətlər hansılardır?
Cavab: İcbari tibbi sığortanın baza (əsas xidmətlər) zərfinə aşağıdakı tibbi xidmətlər daxildir:
• Təcili və təxirəsalınmaz tibbi yardım;;
• İlkin səhiyyə (ailə həkimi) xidməti;
• Ambulator şəraitdə müayinə və müalicə;
• Stasionar müalicə;
• Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.);
• Fizioterapevtik xidmətlər;
• Laborator müayinələr;
• Hamiləlik və doğuş xidməti;
• Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.);
• Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası;
• Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiyalar və s.);
• Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.
Qeyd: Mingəçevir şəhərində və Yevlax rayonunda icbari tibbi sığortanın baza (əsas xidmətlər) zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
Sual: Baza (əsas xidmətlər) zərfinə daxil olmayan tibbi xidmətlər üçün ödəniş tələb olunur?
Cavab: Bəli, icbari tibbi sığortanın baza (əsas xidmətlər) zərfinə daxil olmayan tibbi xidmətlər üçün tibb müəssisələrinə əlavə ödəniş edilməlidir.
Sual: Baza (əsas xidmətlər) zərfinə hansı dərman vasitələri ilə təminat daxildir?
Cavab: İcbari tibbi sığortanın baza (əsas xidmətlər) zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, habelə stasionar müalicə müddətlərində istifadə olunacaq dərman vasitələri daxildir.
Sual: İcbari tibbi sığorta haqqı nə qədərdir?
Cavab: Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanına əsasən pilot ərazilərdə – Mingəçevir şəhərində və Yevlax rayonunda rəsmi qeydiyyatda olan şəxslər hazırda icbari tibbi sığortanın baza (əsas xidmətlər) zərfindən pulsuz istifadə edə bilərlər. İcbari tibbi sığorta haqlarının toplanılmasına qanunvericiliyə müvafiq dəyişikliklər edildikdən sonra başlanılacaqdır.
Comments are closed, but trackbacks and pingbacks are open.