Press "Enter" to skip to content

Qanunlardakı “müvafiq icra hakimiyyəti orqanı”nı necə tapaq

“Çünki hazırkı stiuasiya işğaldan azad edilmiş bölgələrdə belə çevik idarəetmə təsisatını zəruri edib. Yerli icra hakimiyyətləri qurumları öz funksiyalarının öhdəsindən yetərli qədər gələ bilmirlər. Buna görə də ola bilsin ki, yerli icra hakimiyyəti strukturlarına yenidən baxış ortaya qoyulsun. İstisna etmirəm ki, idarəetmənin bu forması gələcəkdə digər ərazilərə də şamil edilsin. Bu cür təsisatlar bir neçə inzibati ərazini və ya həmin ərazilərin bir hissəsini əhatə edə bilər. Burada bürokratiyanın azalması prosesi baş verəcək, eyni zamanda qərarların mərkəzi icra hakimiyyətləri ilə razılaşdırılması ilə bağlı çoxsaylı prosedurlar məhdudlaşdırılacaq. Ərazilərdə məhz belə çoxsaylı aralıq mexanizmlərin olması ona gətirib çıxarır ki, bəzən aylarla qərarlar qəbul olunması gecikir. Bir sıra hallarda isə ümumiyyətlə qərarlar qəbul olunmur. Hesab edirəm ki, yeni təsisat dövlət orqanları arasında, həmçinin dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərə yeni xüsusiyyətlər gətirəcək”.

İcra hakimiyyətləri ləğv edilir?

Bu barədə verilən fərmana görə, xüsusi nümayəndəliklərə Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Prezidentin xüsusi nümayəndələri rəhbərlik edirlər. Artıq Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin vəzifə və hüquqları açıqlanıb. Bu barədə “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”də qeyd edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışları zamanı bu barədə danışıb. Bildirib ki, həmin nümayəndəliklər ona görə təsis edilib ki, orada ayrı-ayrı məmurların özbaşınalığına, mənimsəmələrinə, qanunsuz əməllərinə yol verilməsin.

Məlum olduğu ki, ölkəmizdə vətəndaşların yerli icra hakimiyyəti strukturlarından çoxsaylı narazılıqlarına rast gəlinir. Xüsusilə ötən il icra hakimiyyəti orqanlarında baş verən neqativ hallar cəmiyyətə açıqlandı və buna görə həbslər baş verdi.

Rayon İcra hakimiyyətləri idarəetmə strukturu olaraq özünü doğrultmadığından işğaldan azad edilmiş rayonlarda yaradılan Azərbaycan Respublikası Prezidentin xüsusi nümayəndəliklərinin digər rayonlarda da təsis edilməsi gözlənilə bilərmi?

“Bu bölgələrdə icra hakimiyyətlərinin ləğv olunması da mümkündür”

“Konstitusiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, nümayəndəliklər Prezident Administrasiyasının struktur vahididir:

“Faktiki olaraq hazırkı şəraitdə işğaldan azad edilmiş bölgələr üzrə yaradılması nəzərdə tutulan bu təsisiat demək olar ki, mərkəzi icra hakimiyyətinin yerlərdə olan idarələrinə aid olan bütün məsələlər üzrə cavabdeh olan təsisatdır. Burada ən mühüm məsələ qərarların qəbul edilməsində çevikliyin təmin edilməsidir. Quruculuq, sosial və bütün məsələlərlə bağlı bu təsisatın qərar qəbul etmək, müvafiq qurumlar qarşısında məsələ qaldırmaq səlahiyyəti var. Səlahiyyətli nümayəndə həm də ərazi üzrə təyin olunur. Həmin ərazilərin hüdudları da cənab prezident tərəfindən müəyyənləşdirilib. İndiki halda Şuşa şəhəri ilə bağlı bütün məsələlər səlahiyyətli nümayəndəliyin razılığı, nəzarəti altında həyata keçiriləcək”.

“Ola bilər ki, icra strukturlarına yeni baxış ortaya qoyulsun”

Əliməmməd Nuriyev qeyd edir ki, səlahiyyətli nümayəndənin fəaliyyətinə rəhbərlik prezident administrasiyası tərəfindən həyata keçirildiyindən burada qərarların qəbul olunmasında ləngimə olmayacaq:

“Çünki hazırkı stiuasiya işğaldan azad edilmiş bölgələrdə belə çevik idarəetmə təsisatını zəruri edib. Yerli icra hakimiyyətləri qurumları öz funksiyalarının öhdəsindən yetərli qədər gələ bilmirlər. Buna görə də ola bilsin ki, yerli icra hakimiyyəti strukturlarına yenidən baxış ortaya qoyulsun. İstisna etmirəm ki, idarəetmənin bu forması gələcəkdə digər ərazilərə də şamil edilsin. Bu cür təsisatlar bir neçə inzibati ərazini və ya həmin ərazilərin bir hissəsini əhatə edə bilər. Burada bürokratiyanın azalması prosesi baş verəcək, eyni zamanda qərarların mərkəzi icra hakimiyyətləri ilə razılaşdırılması ilə bağlı çoxsaylı prosedurlar məhdudlaşdırılacaq. Ərazilərdə məhz belə çoxsaylı aralıq mexanizmlərin olması ona gətirib çıxarır ki, bəzən aylarla qərarlar qəbul olunması gecikir. Bir sıra hallarda isə ümumiyyətlə qərarlar qəbul olunmur. Hesab edirəm ki, yeni təsisat dövlət orqanları arasında, həmçinin dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərə yeni xüsusiyyətlər gətirəcək”.

“Vasitəçi qurumlar idarəetmənineffektini azaldır”

Əlimməməd Nuriyev bildirir ki, bu cür təsisatların Prezident Administrasiyasına, Prezidentə birbaşa çıxışlarının olması idarəetmədə yeni aliqaritminin formalaşmasına gətirib çıxaracaq:

“Ümumiyyətlə hesab edirəm ki, Prezidentlə birbaşa əlaqələr quran təssisatlar olmalıdır. Hər hansı aralıq əlaqələr idarəetmənin effektliyini azaldır. Qarşıda böyük hədəflər var – məlumdur ki, 2030-cı ilə qədər milli iqtisadiyyatın prioritetləri müəyyən edilib – orda 5 əsas priroitet nəzərdə tutulub ki, bunlar da idarəetmənin hansı qaydada qurulacağından asılıdır”.

“Yeni idarəetmə aləti yaradılanda paralel strukturların ləğvi gündəmə gəlir”

Hüquqşünas bildirir ki, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı və müxtəlif xarakterli işlər görülməlidir:

“Mövcud idarəetmə təchizatı ilə onu həyata keçirmək yetərli qədər mümkün görünmür. Həmin ərazilərlə bağlı xüsusi nümayəndəliklər təyin edildikcə, ola bilsin ki, onların yerli icra hakimiyyətlərinin ləğvi də baş versin. Düşünürəm ki, bununla bağlı müəyyən təhlillər həyata keçirilir. Çünki yeni idarəetmə aləti yaradıldıqda paralel strukturların ləğvi də gündəmə gəlir. Çünki hazırkı şəraitdə biz resurslara qənaət etməliyik, resurslardan səmərəli istifadə etməliyik. Bütün bunlar idarəetmədə xərclərinin azaldılmasını zəruri edir. Bir təsisat yaradıb, digər paralel təsisatları saxlamaq idarəetmə xərclərini artıra bilər. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə bu istiqamətdə də addımlar olacaq. Hesab edirəm ki, bu idarəetmə sistemi Azərbaycanda yaxşı idarəetmə nümunələrindən biri ola bilər”.

Demokrat.az

Qanunlardakı “müvafiq icra hakimiyyəti orqanı”nı necə tapaq?

Qanunları oxuyarkən bəzi maddələrdə “müvafiq icra hakimiyyəti orqanı” ifadəsinə rast gəlirik. Məsələn, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda belə bir bənd var: “ 20.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum etik davranış qaydalarına əməl olunmasına nəzarəti nizamnaməsinə uyğun olaraq həyata keçirir.” Bəs burada “müvafiq icra hakimiyyəti orqanı” və “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” dedikdə nə nəzərdə tutulur?

Qanunlardakı bu cür ifadələri aydınlaşdırmaq üçün hər bir qanunun tətbiq edilməsi barədə sənədə baxmaq lazımdır. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd olunub:

“3.1. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş qurum Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzidir.”

Deməli, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunundakı müvafiq bəndi belə başa düşə bilərik: “Azərbaycan Respublikasının Prezidentinin yaratdığı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi etik davranış qaydalarına əməl olunmasına nəzarəti nizamnaməsinə uyğun olaraq həyata keçirir.”

Hər bir qanunun tətbiq edilməsi barədə müvafiq sənədi e-qanun.az saytında tapmaq mümkündür. Nümunə olaraq bir neçəsini qeyd edək:

  • “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
  • “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
  • “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daxili siyasət

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ

27 fevral 2023 13:13 (UTC +04:00)

Xəbər Lenti

DOST İnklüziv Mərkəzinə müraciət edən 86 nəfərə imtina verilib

17 mart 2023

AQTA pandemiya ilə əlaqədar 193 min manatdan çox cərimə yazıb

17 mart 2023

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 57% artıb

17 mart 2023

Bu il Azərbaycan ət, süd və yumurta istehsalını artırıb

17 mart 2023

Şuşanın qardaşlaşdığı şəhərlərin sayı 7-yə çatıb

17 mart 2023

Qaradağda yaşayış binasında yanğın olub

17 mart 2023

RİNN bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

17 mart 2023

Ötən il istehsalatda bədbəxt hadisələr nəticəsində 34 nəfər ölüb

17 mart 2023

İbtidai siniflərdə “Azsaylı xalqların dili” fənni tədris ediləcək

17 mart 2023

Bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

17 mart 2023

Sadiq Qurbanov: Su ehtiyatlarından səmərəli istifadə edilmir

17 mart 2023

Eldar Sultanov vəzifəsindən azad edilib

17 mart 2023

Novi Pazar şəhərinin meri: Şuşada görülən işlər məni heyrətləndirdi

17 mart 2023

Azərbaycanla Rusiya arasında “Xanoba” gömrük postu istifadəyə verilib – FOTO – VİDEO

17 mart 2023

Braziliya Prezidenti Çinə səfər edəcək

17 mart 2023

Ötən il AQTA qanun pozan sahibkarlara 2,7 milyon manat cərimə yazıb

17 mart 2023

Ötən il böyrək və buynuz qişasının köçürülməsi əməliyyatlarının sayı açıqlanıb

17 mart 2023

Məleykə Abbaszadə: Uşağı “700 bal toplamalısan” şərti qoymaqla stresə salmaq doğru deyil

17 mart 2023

DİM: Bəzən bizim imtahanlarda aşağı nəticə göstərənlər məktəbi əla qiymətlərlə bitirib

17 mart 2023

Fevralda dövlət büdcəsinin profisiti 14%-dən çox artıb

17 mart 2023

Buraxılış imtahanında riyaziyyatdan suala “belə bir paralelepiped yoxdur” yazan abituriyentlərin cavabı düzgün qiymətləndiriləcək

17 mart 2023

Azərbaycanda əhalinin gəlirləri 15% dən çox artıb

17 mart 2023

5.5 mindən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib

17 mart 2023

FHN: Ötən sutka 33 yanğına çıxış olub, 1 nəfər xilas edilib

17 mart 2023

Azərbaycan şirkətləri üçün e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayıb

17 mart 2023

FHN tərəfindən ötən il 1800 nəfər xilas edilib

17 mart 2023

Notariat hərəkətləri nəticəsində büdcəyə daxil olan vəsait açıqlanıb

17 mart 2023

DİM: Buraxılış imtahanlarından sonra kitabçaları abituriyentlərə vermirik, amma gizlicə suallar çəkilir

17 mart 2023

2022-ci ildə suda batmış 61 nəfərin cəsədi tapılıb

17 mart 2023

Azad olunmuş ərazilərdə minaların təmizlənməsinə cəlb olunan xarici şirkətlərin sayı açıqlanıb

17 mart 2023

Azad olunmuş ərazilərin yenidən qurulmasına 6,5 mlrd. manat yönəldilib

17 mart 2023

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

17 mart 2023

Azad edilmiş ərazilərdə ötən il 314 yanğın hadisəsi qeydə alınıb

17 mart 2023

AKTİ sədri: 200-dən çox könüllü 1 ay zəlzələ bölgəsində çadırlar qurub, yerli sakinlərə xidmət edib

17 mart 2023

Baş nazir: Bu ilin sonuna qədər laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır

17 mart 2023

“KredAgro” BOKT ötən ili əməliyyat zərəri ilə başa vurub

17 mart 2023

Azərbaycanda israfçılığın qarşısının alınması üçün sağlam qidalanma təşviq ediləcək

17 mart 2023

Əhaliyə fərdi şəkildə günəş panelləri dövlət tərəfindən satıla bilər

17 mart 2023

Məleykə Abbaszadə: Abituriyentlər riyaziyyat fənni üzrə salınan açıq sualları boş qoyurlar

17 mart 2023

2022-ci ildə 30 800 cinayətin üstü açılıb

17 mart 2023

Əli Əsədov: Azərbaycan Zəngəzur dəhlizi çərçivəsində ərazisində infrastrukturun yaradılması işlərini sürətlə davam etdirir

17 mart 2023

Tarif Şurası tərəfindən qiymətlərin hansı əsaslarla artırıldığı açıqlanıb

17 mart 2023

Baş nazir: Geosiyasi hadisələr fonunda Azərbaycanın nəqliyyat-tranzit infrastrukturuna tələbat artıb

17 mart 2023

2022-ci ildə 157 insan alveri cinayəti qeydə alınıb

17 mart 2023

Şirvan-Bakı elektrik qatarı istifadəyə veriləcək

17 mart 2023

Ədliyyə Nazirliyi bələdiyyələrdə islahatlar aparılması üçün Prezident Administrasiyasına müraciət edib

17 mart 2023

Azad olunmuş ərazilərdə ötən il 64 videomüşahidə kamerası quraşdırılıb

17 mart 2023

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2004 – 2021 Bütün müəllif hüquqları qorunur.

Comments are closed, but trackbacks and pingbacks are open.